Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-46/2022 30.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs «Azorqanik KTİİK»-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 26 oktyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum şəxslə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən «Azorganik KTİİK»-nə məxsus əraziyə qanunsuz daxil olaraq, həmin ərazidə yerləşən taxıl anbarından 2021-ci ilin iyul ayının əvvəllərindən mütəmadi olaraq vahid niyyətlə 2021-ci ilin sentyabr ayının 17-dək xeyli miqdarda cəmi 13.500 manat dəyərində 30 ton buğdanı oğurlamış, yəni özgənin əmlakını gizli yolla talamışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs tanımadığını, dayısı X2 Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən taxıl anbarında mühafizəçi işləyərək ailəsi ilə birlikdə həmin taxıl anbarının yaxınlığında yerləşən evdə qaldığını, həmçinin həmin ev və taxıl anbarının bağ əkin sahəsində yerləşdiyini, bir neçə dəfə dayısı Elxan Qasımov və onun ailəsi üçün ərzaq məhsulları alaraq onun yaşadığı yerə getdiyini, ərzaq məhsullarını ona verərək geri qayıtdığını, dayısı Elxan Qasımovun təxminən bir il orada işlədiyini, dayısı Elxan Qasımovun ailəsi ilə birlikdə uzun müddət Rusiya Federasiyasında yaşadığını və orada müəyyən qədər borcu olduğu üçün Azərbaycan Respublikasına geri qayıtdığını, dayısı Elxan Qasımovun burada yaşayan zamanlarda da onun maddi imkanı yaxşı olmadığını, lakin özünün təxminən 2 ay əvvəl ondan borc istədikdə ona 1000 manat borc pul verdiyini, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində dayısı Elxan Qasımovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən taxıl anbarından taxıl aparmağını ondan xahiş etdiyini, bir neçə dəfə dayısı Elxan Qasımovun işlədiyi yerə gedərək taxıl anbarından hər dəfə 500-600 kq torbalarda olan buğdanı idarə etdiyi özünə məxsus VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparıb Göyçay rayonun Mallı Şıxlı kəndində və digər kəndlərdə səyyar 1 kiloqramı 30 qəpik olmaqla satıb pulunu aparıb dayısı Elxana verdiyini, dayısı Elxanın da bunun müqabilində ona hər dəfə 10 manat benzin pulu və 20 manat zəhmət haqqı verdiyini, özünün ümumillikdə dayısı Elxanın ona təqdim etdiyi 10-12 ton buğdanı aparıb 1 kiloqramını 30 qəpikdən satıb dayısına verdiyini, həmçinin dayısı Elxan Qasımovun ona Qubadlı rayonuna getməli olduğunu bildirdiyini və Əli adlı şəxsin ona 100 manat borcunun olduğunu, həmin pulu Əli adlı şəxsdən alaraq ona göndərməli olduğunu tapşırdığını, bundan təxminən iki gün sonra Əli adlı şəxsin ona zəng edərək ondan nəyə görə pul istədiyini soruşduğunu və ona dayısı Elxan Qasımovla bir neçə iş birliyinin omasını, həmin pulu ondan istəsə Elxan Qasımovun barəsində polisə müraciət edəcəyini söylədiyini, buna görə də, Əli adlı şəxsə onunla heç bir işinin olmadığını, dayısı Elxan Qasımovla aralarında olan məsələləri həll etmələrini tapşırdığını, dayısı Elxan Qasımovun «Azorganik KTİİK» şirkətində mühafizəçi işlədiyini, dayısının işlədiyi şirkətə məxsus taxıl anbarından təxminən 2021-ci ilin iyul ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı gündə təxminən bir ay müddətində yəni 2021-ci ilin avqust ayının əvvəllərinə qədər 10-15 dəfə olmaqla dayısı Elxan Qasımovun dəvəti ilə axşamlar, yəni hava qaralandan sonra təxminən saat 22-23 radələrində dayısı Elxan Qasımovun əvvəldən təyin etdiyi yerə, yəni anbarın yerləşdiyi kənarları bağlı olan əraziyə daxil olduğunu, həmin yerdə yerləşən taxıl anbarının yaxınlğına getdiyini, dayısının da anbarın yaxınlığında gizlətdiyi, yolun kənarına yığdığı taxıl ilə dolu kisələri onun idarə etdiyi avtomobilə birlikdə yüklədiklərini, ona 10 manat benzin pulu əvvəldən verdiyini, daha sonra idarə etdiyi avtomobili sürüb yaşadığı kənddə getdiyini, səhəri günü isə idarə etdiyi avtomobil ilə yaşadığı kənddə və qonşu kəndlərdə həmin buğdanı səyyar satdığını, pulunu isə dayısı Elxan Qasımova verdiyini, dayısının da ona zəhmət haqqı olaraq 20 manat verdiyini, dayısının ona satmaq üçün verdiyi buğdanı anbardan oğurladığını, çünki dayısı Elxan Qasımovun hər dəfə ona taxıl ilə dolu kisələri verərkən gizli satmağını və heç kimə bu barədə heçnə deməməyini ona tapşırdığını, buna görə də dayısı Elxan Qasımovun işlədiyi şirkətin anbarından taxılı oğurlayıb ona verməsini başa düşdüyünü, dayısı Elxan Qasımov hər dəfə onu taxıl aparmaq üçün dəvət edərkən taxılı götürmək üçün tək getməyini və hava qaralandan sonra getməyini ondan tələb etdiyini, konkret günləri xatırlamadığını, həmişə də tək getdiyini, taxılı dayısı Elxan Qasımovun özü tək oğurladığını, oğurluqda iştirak etmədiyini, lakin taxılın satışını həyata keçirtdiyini, həmin vaxtlardan da dayısı Elxan Qasımovun taxılı oğurlamasını bildiyini, lakin qohum olduğu üçün onun barəsində şikayət etmədiyini, ümumillikdə 10-12 ton taxıl satdığını, taxılı yaşadığı kənddə, qonşu kəndlərdə, Göyçayın mal bazarında və kolxoz bazarında satdığını, bazarda satdığı şəxslərin adlarını xatırlamadığını, lakin kənddə satdıqlarının bir neçəsinin adını qeyd edə biləcəyini, Göyçay şəhərində yaşayan ünvanını bilmədiyi Vüqar adlı şəxsə 01 ton satdığını, həmkəndlisi Pərvizə 01 ton satdığını, Pərvizin Göyçay bazarında alverlə məşğul olduğunu, digər satdığı şəxslərin isə adlarını bilmədiyini, buğda satdığı şəxlərə buğdanın oğuluq olduğunu bildirmədiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs «Azorganik KTİİK»-nın nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində «Azorganik KTİİK»-da işlədiyini, həmin «Azorganik KTİİK» Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşdiyini, həmin müəssisədə müxtəlif kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olduqlarını, həmçinin də təsərrüfata məxsus torpaqların bir hissəsində taxıl əkdiklərini, həmin taxılı təsərrüfatda olan anbara yığdıqlarını, 2021-ci ilin biçin vaxtı da taxılı biçib onu hissə-hissə çəkərək çəkisi barədə təsərrüfatın mühasibatlığına məlumat verərək təsərrüfatın anbarına yığdıqlarını, həmin yığdıqları taxılın ümumi hesabatının da mühasibatlıqda aparıldığını, bir müddət əvvəl Elxan Qasımov adlı şəxsin təsərrüfat rəhbərliyi tərəfindən evi olmadığı üçün təsərrüfat sahəsində olan otağa yerləşdirildiyini və ailəsi ilə birlikdə orada qaldığını, 2021-ci ilin iyulavqust aylarında dəqiq xatırlamadığı tarixdə təsərrüfatda yerləşən anbardan taxıl oğurlanması barədə onda şübhələr yarandığını, belə ki, bir neçə dəfə taxıl anbarının qarşısında yerə dağılmış taxıl dənələri gördüyünü və taxılın anbardan oğurlandığından şübhələndiyini, həmçinin bir dəfə anbarın qapısının qıfılı da qırıldığını, lakin həmin vaxt anbarda olan taxıl açıq vəziyyətdə olduğu üçün oradan taxılın oğurlanması gözlə görünmədiyini, həmin qıfılı yenisi ilə əvəz etdiklərini, xx.xx.2021-ci il tarixdə tanışım Şahid4 ona tanımadığı şəxsin onun istifadəsində olan mobil telefonuna zəng edərək anbardan taxılın oğurlanmasını və dəyərindən ucuz qiymətə satılmasını, həmçinin bütün bunları təsərrüfatda yerləşən evdə ailəsi ilə birlikdə yaşayan Elxan Qasımovla onun bacısı oğlu Təqsirləndirilən şəxs etdiklərini söylədiyini, Elxan Qasımov xx.xx.2021-ci il tarixdə övladının müalicəsi ilə əlaqədar olaraq təsərrüfatdan çıxıb getdiyini, daha sonra anbarda olan taxıl təmizləndikdən sonra mühasibatlıqdan anbara yığılan taxılla anbardan çıxarılıb istifadə olunan taxıl hesablandığnı və hesab nəticəsində anbardan 30 ton taxılın əskik olunması müəyyən olunduğunu, bundan sonra anbardan taxıl oğurlandığını yəqin etdiklərini və bu barədə Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng məlumat mərkəzinə zəng edərək məlumat verdiklərini, sonrdan Elxan Qasımovun qıfılı qırıb içəri girdikdən sonra anbarın pəncərəsinin birini açıq qoyub, daha sonra bacısı oğlu Vüqar adlı şəxslə əlbir olub gecələr həmin pəncərədən içəri girərək taxılı torbalara doldurub, bundan sonra anbarın böyük darvazasını içəridən açıb və taxılı çölə çıxarıb, çöldən də maşına yığaraq aparıb satdıqlarını müəyyən etdiklərini, taxıl anbarından taxıl oğurlanmasını 2021ci ilin oktyabr ayının ortalarında taxıl məhsulları təmizləndikdən sonra tam aşkar etdiklərini, lakin buna qədər bir neçə dəfə taxlın oğurlanmasından şübhələndiklərini, həmin taxıl anbarından 2021-ci ilin iyul və avqust aylarında oğurluq edildiyini və 30 ton taxıl oğurlandığını, anbardan taxılı Elxan və Vüqar adlı şəxslər oğurlayıb və aparıb müxtəlif yerlərdə satdıqlarını, taxıl anbarından 30 ton taxıl məhsulunun oğurlanması nəticəsində onlara ümumilikdə təxminən 18.000 manat dəyərində maddi ziyan dəydiyini, belə ki, taxıl anbarına daxil olan və daha sonra oradan çıxarılan taxılın miqdarı «Azorganik KTİİK»-nin mühasibatlığında olduğunu, anbara yığılan taxılla içəridən çıxarılan taxılın arasında olan fərq 30 ton olduğunu, həmçinin bizim biçindən sonra anbara yığdıqları taxılın açıq vəziyyətdə olduğunu, ona görə də həmin taxılın üzərindən taxıl oğurlanmasını hiss etmədiklərini, yalnız işin sonunda sonuncu qalan taxıllar torbalara yığılıb çəkildikdən sonra 30 ton taxılın əskik olduğunu müəyyən etdiklərini və polisə müraciət etdiklərini, polislər gəlib anbara baxanda anbardakı taxıllar açıq vəziyyətdə deyil, torbalanmış vəziyyətdə olduğnu, Elxan Qasımovun həmin təsərrüfatda işləmədiini, onun evi olmadığı üçün ailəsi ilə birlikdə həmin təsərrüfatda qaldığını, onun taxıl anbarına daxil olmaq səlahiyyəti olmadığını, hazırda «Azorganik KTİİK»-ə vurulmuş 13.500 manat ziyanın tam olaraq ödənildiyni, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayətçi olmadıqlarını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, qardaşı X3 «Azorganik KTİİK»-də işlədiyini, həmin vaxt oradan buğda oğurladığını, Təqsirləndirilən şəxs vasitəsi ilə satdıqdan sonra Rusiya Federasiyasına getdiyini, hazırda ondan heç bir məlumatının olmadığını, həmin vaxtdan etibarən Elxanla əlaqə saxlaya bilmədiklərini, Elxanın Rusiya vətəndaşı olduğunu və sonradan soyadını dəyişdiyini, Elxanın soyadının hazırda Kasımov olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onun həmkəndlisi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını və hal hazırda da olmadığını, Göyçay rayonunda «Təzə Bazar» deyilən ərazidə kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olduğunu, 2021-ci ilin iyul ayının axırlarında bazarda olan zaman Vüqarın onun yanına gələrək özünə məxsus buğda olduğunu və həmin buğdanı pula ehtiyacı olduğu üçün satdığını bildirdiyini, yaşadığı evin həyətində özü üçün ev quşları saxladığına görə Vüqardan buğda almaq qərara gəldiyini, onunla razılaşaraq ondan 01 ton buğda aldığını və qarşılığında ona 300 manat pul verdiyini, Vüqarın həmin buğdanı özü gətirib yaşadığı evin həyətinə boşaltdığını, Vüqarın ona buğdanın oğurluq olması barədə heç nə demədiyini, Vüqardan buğdanı haradan əldə etdiyini soruşan zaman Vüqarın ona həmin buğdanın özünə məxsus olduğunu bildirdiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, onun nəzarətçi işlədiyi bağda günlük 15 manata günəmuzd işlədiyini, işlədiyi bağ sahəsində həmçinin bir taxıl anbarı da olduğunu, Elxan Qasımovu həmin vaxtdan tanıdığını, Elxan Qasımovun həmin bağda onlarla birlikdə fəhlə kimi işlədiyini, həmçinin ailəsi ilə birlikdə orada mühafizəçilər üçün nəzərdə tutulmuş tikilidə qaldığını və gecələr bağ sahəsinin və taxıl anbarının mühafizəçisi olduğunu, 2021-ci ilin yay aylarında Elxan Qasımovun onunla söhbət edən zaman ona anbarın daxilində kənara yığılmış 20 kisə taxılı anbaradan gizli yolla çıxararaq satacağını bildirdiyini və ondan bu barədə heç kimə heç bir söz deməməyini xahiş etdiyini, bundan iki gün sonra Exan Qasımovun ona 60 manat pul verdiyini, ondan nəyə görə həmin pulu ona verdiyini soruşduğunu, bu zaman Elxan Qasımovun onu satmadığı üçün həmin pulun onun olduğunu bildirdiyini, əvvəlcə həmin pulu götürmək istəmədiyini, lakin Elxan Qasımovun təkid etdiyi üçün pulu götürdüyünü, daha sonra bağda öz işini gördüyünü, bundan sonra müdiri olan Elçin müəllimin onlara artıq günlük deyil, işçilərin aylıq işləyəcəyini və əmək haqqılarının da aylıq veriləcəyini bildirdiyini, özünün də həmin şərtlərlə razı olmadığı üçün işdən çıxdığını, artıq heç bir yerdə işləmədiyi üçün maddi vəziyyətinin çox pis olduğunu, buna görə də Elxan Qasımovdan 100 manat borc pul istədiyini və işləyən zaman qaytaracağını bildirdiyini, bundan təxminən bir ay əvvəl Elxan Qasımovun onun istifadəsində olan mobil telefona zəng edərək ona olan 100 manat borcunu onun bacısı oğlu Vüqar adlı şəxsə verəcəyini, özünün isə Rusiyaya getdiyini bildirdiyini, daha sonra Vüqar adlı şəxsin onun istifadəsində olan mobil telefona zəng edərək dayısı Elxan Qasımova olan borcunu ona verməli olduğunu bildirdiyini, özünün də ona pulunun olmadığını, onun borcunu qaytara bilmədiyini söylədiyini və ona əgər bir daha ondan pul istəsə, dayısı Elxan Qasımovun etdiyi hərəkətlər barədə polisə məlumat verəcyini bildirdiyini, Vüqar adlı şəxsin bundan sonra bir daha ona zəng etmədiyini, Elxan Qasımovla adı iş yoldaşı kimi münasibəti olduğunu, əvvəllər Elxan Qasımovla onun heç bir iş birliyi olmadığını, Elxan Qasımovun mühafizəçisi olduğu taxıl anbarından taxıl oğurlanmasınada onun heç bir iştirakı olmadığını, Elxan Qasımovun göstərdiyi 20 kisə taxılı konkret olaraq nə vaxt, kimin vasitəsi ilə və hardan oğurlayacağı barədə heç bir söz demədiyini, həmçinin ona kömək göstərməyini xahiş etmədiyini və Elxan Qasımova taxıl anbarından taxıl oğurlamaqda heç bir köməklik etmədiyini bildirdi. İş üzrə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində onun Ağdaş rayonu, Xosrov kəndi ərazisində yerləşən təsərrüfat sahəsində taxıl anbarı olduğunu, həmin taxıl anbarına dostu olan Zərərçəkmiş şəxs ümumi nəzarət etdiyini, həmçinin həmin təsərrüfat sahəsində və anbarda X3 ailəsi ilə birlikdə qaldığını və mühafizəçi kimi işlədiyini, xx.xx.2021-ci il tarixdə ona tanımadığı bir şəxsin ona məxsus olan anbardan taxıl məxsulların oğurlanaraq daha ucuz qiyməıtə satılmasını bildirdiyini, həmçinin həmin şəxsin ona bu işləri, yəni ona məxsus taxıl anbarından taxıl məhsullarını onun anbarında mühafizəçi işləyən Elxan Qasımovun və onun bacısı oğlu Vüqar adlı şəxsin etdiyini, bundan təxminən 10-15 gün əvvəl anbarda olan zaman Zərərçəkmiş şəxs ondan anbarın giriş qapısının önündə taxılın yerdə olmasını bildirdiyini, buna görə də özünə məxsus anbardan taxıl oğurlanmasından şübhələndiyini, xx.xx.2021-ci il tarixdə Elxan Qasımovun ona övladının müalicəsi ilə bağlı Rusiya Federasiyasına getməli olduğnu bildirdiyini və mühafizəçi işləməyəcəyini söylədiyini, özünün də ona həmin ay üçün nəzərdə tutulmuş əmək haqqısını artıqlaması ilə ödədiyini, təxminən bir həftə əvvəl anbarda olan taxıl məhsullarını təmizlədən zaman anbardan təxminən 30 ton taxıl məhsulunun oğurlandığını müəyyən etdiyini, buna görə də, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verdiyini, sonradan, anbardan taxılı həqiqətən də Vüqar və onun dayısı Elxan Qasımov oğurladığını, özünə məxsus taxıl anbarından taxıl oğurlanmasını təxminən bir həftə əvvəl taxıl məhsulları təmizləndikdən sonra tam aşkar etdiyini, lakin buna qədər bir neçə dəfə bundan şübhələnmədiyini, özünə məxsus taxıl anbarından bir 2021-ci ilin iyul avqust aylarında neçə oğurluq edildiyini və 30 ton taxıl oğurlandığını, özünə məxsus taxıl anbarından 30 ton taxıl məhsulunun oğurlanması nəticəsində özünə 18.000 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/195 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir kq buğdanın 2021-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 0.45 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 125 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs vurduğu ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 24 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 08 ay 06 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 01 il 04 ay 12 gün, təyin edilmiş cəzadan çıxmağı, barəsində Ucar Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 №-li hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplayaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, vurulmuş 13.500 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı səkkiz ay altı gün gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi bir il dörd ay on iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və bir il yeddi ay on səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 1(063)-34/2021 №-li hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.2 və 179.2.4-cü maddələri ilə təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş bir il yeddi ay on səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılaraq qəti cəza, dörd il yeddi ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qəttmkan tədbiri seçilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Vurulmuş 13.500 (on üç min beş yüz) manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-46/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-46/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver