Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-46/2025 03.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X5 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşadığı evin qonaq otağında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və sol qol nahiyələrindən yumruqla bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs - sol gözətrafı nahiyənin qançırı, sol gözün ağlı qişasına qansızma, alt dodağın sol nahiyəsinin diş səthinin yarası, qançırı, sol bazunun orta 1/3-nin bayır səthinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır və Zərərçəkmiş şəxs əri öldüyündən onlar birlikdə yaşayırlar. Buna görə də, bacısı Vüsalənin bütün problemlərini özü həll edir, hər hansı bir çətinliyi olanda ona köməklik edir. 28 aprel 2025-ci il tarixdə bacısı Vüsalənin yaşadığı evə getmiş, lakin Vüsalənin yaşadığı evin həyət qapısının qıfıllı olmasını görüb geri qayıtmışdır. 29 aprel 2025-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı evdə öz yataq otağında dincələrkən, yaşadıqları evin qonaq otağında bacısı Zərərçəkmiş şəxs ilə arvadı Şahid2 ilə söhbət etməsini eşidib, öz yataq otağından çıxıb evin qonaq otağına keçmişdir. Bacısı Zərərçəkmiş şəxs bir gün əvvəl hara getməsini soruşmuş, bacısı Zərərçəkmiş şəxs da ona, “mənim hara getməyimin sənə heç bir dəxli yoxdur” demişdir. O da, bacısı Vüsaləyə evdən gedəndə onlara da xəbər verməli olduğunu söyləmişdir. Həmin vaxt bacısı Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətmiş, buna görə də, bacısı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs əsəbləşərək ona yaxınlaşıb yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və sol qol nahiyələrinə qəsdən vuraraq ona qəsdən xəsarət yetirmişdir. Dava-dalaş zamanı anası Mehriban və arvadı Səidə onların yanında olmuşlar və onları sakitləşdirmişlər. Daha sonra səs-küyə həyətdə olan atası Eyvaz gəlib onlara iradını bildirmişdir. Dava-dalaşdan bir neçə dəqiqə sonra bacısı Vüsalə onların yaşadığı evdən çıxıb öz evinə getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını, bacısı Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib, barəsində olan materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qardaşı Tahirlə ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmasını bildirib, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və qardaşı ilə əvvəllər aralarında hər-hansı mübahisə və dava-dalaş olmamışdır. Əri öldüyündən övladları ilə birlikdə yaşayır. 29 aprel 2025-ci il tarixdə saat 16:00 radələrində atası Şahid3 yaşadığı evə getmiş və evin qonaq otağında qardaşı arvadı Şahid2 ilə söhbət edərkən Tahir də öz otağında dincəlirdi. Tahir onun arvadı Səidə ilə aralarındakı söhbəti eşidib, öz otağından onların olduqları qonaq otağına gələrək, ondan bir gün əvvəl evinin həyət qapısını qıfıllayıb hara getmisini və evdən getməsi barədə nə üçün onlara məlumat verməməsini soruşmuş, o da qardaşı Tahirə hara istəsə gedə bilərəcəyini, hara getməsinin ona aid olmadığını, qardaşı Tahirə “mən harasa gedəndə səndən icazə almamalıyam,” demişdir. Qardaşı Təqsirləndirilən şəxs ona "çıx rədd ol mənim evimdən" demiş, o da, qardaşı Tahirə "mən atamın evinə gəlmişəm, bura sənin evin deyil” demişdir. Bu səbəbdən də qardaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onun sifət nahiyəsindən və sol qolundan bir neçə dəfə yumruqla qəsdən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt anası Şahid1 və qardaşı arvadı Səidə onları aralaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 29 aprel 2025-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadıqları evin qonaq otağında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət və sol qol nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirmiş, onlar da Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralaşdırmışlar. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 30 aprel 2025-ci il tarixli, 169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol gözətrafı nahiyənin qançırı, sol gözün ağlı qişasına qansızma, alt dodağın sol nahiyəsinin diş səthinin yarası, qançırı, sol bazunun orta 1/3-nin bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəmə tibbi-ekspertizasının 30 aprel 2025-ci il tarixli, 170 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 may 2025- il tarixli, 18-1-22/2-664/2025 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 5-32-12/2-135/2025 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşayan xx xxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı xx xxx 1983-cü il təvəllüdlü Şahid2 və övladları 14 fevral 2006-cı il təvəllüdlü X4, 09 iyun 2007-ci il təvəllüdlü X3, 11 aprel 2015-ci il təvəllüdlü Şahid1 Tahir qızından ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq edilən sübutların yekununa əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə saat 16:00 radələrində Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşadığı evin qonaq otağında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət və sol qol nahiyələrindən yumruqla bir neçə dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs - sol gözətrafı nahiyənin qançırı, sol gözün ağlı qişasına qansızma, alt dodağın sol nahiyəsinin diş səthinin yarası, qançırı, sol bazunun orta 1/3-nin bayır səthinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı üçün ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 132 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 132 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(014)-46/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-46/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver