Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-47/2020 23.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil x1 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1968-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş rayonu, Ləki Qəsəbəsi, M.Mustafayev küçəsi 59 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 01 mart 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,750 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış və həmin narkotik vasitə 28 fevral 2020-ci il tarixdə, saat 11:35 radələrində ünvan 1 saylı ünvanda yerləşən Ağdaş Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində narkotik vasitə olan heroindən istifadə etdiyini, 28 fevral 2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən mağzaya alış-veriş etmək üçün gedən zaman polis əməkdaşlarınən ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd yaşıl rəngli alışqan, gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu, şalvarının arxa sağ cibindən 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq və 01 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin sol döş iç cibindən üzərinə “Magna” yazılmış siqaret qutusu, 01 ədəd şpris və 01 ədəd sellofan büküm, görəkçənin sol yan cibindən 01 ədəd əl dəsmalı, cins şalvarının sağ yan cibindən 02 ədəd 20 qəpiklik və 02 ədəd 10 qəpiklik sikkələr aşkar edildiyini, üzərində olan gödəkçənin sol döş iç cibindən aşkar edilmiş üzərinə “Magna” yazılmış siqaret qutusu açıldığını və içərisindən 01 ədəd kəsik flakon (içində pambıq) və 02 ədəd içərisində ağ rəngli toz və kristal halında narkotik vasitəyə oxşar maddə olan sellofan bükümlərin aşkar edildiyini, daha sonra üzərində olan gödəkçənin sol döş iç cibindən aşkar edilmiş sellofan bükümün açıldığını və içərisində qəhvəyi rəngli kristal və toz halında narkotik vasitəyə oxşar maddənin aşkar edildiyini, üzərindən aşkar edilmiş heroinin ona məxsus olmadığını, həmin narkotik vasitəni üzərinə polis əməkdaşlarının qoyduğunu bildirdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən cibinə qoyulduğu barədə olan hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi, özünü müdafiə etmək, məsuliyyətdən qaçmaq məqsədi güdür, onun ifadəsi iş üzrə şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, iş üzrə keçrilmiş ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda qeyd olunan cinayəti törətməsi tam sübuta yetirilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 28 fevral 2020-ci il tarixdə, təxminən saat 11:30 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan əvvəl bir nəfər də hal şahidi kimi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan tanıdığı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Gündüzün əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd yaşıl rəngli alışqan, gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu, şalvarın arxa sağ cibindən 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq və 01 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin sol döş iç cibindən üzərinə “Magna” yazılmış siqaret qutusu, 01 ədəd şpris və 01 ədəd sellofan büküm, gödəkçənin sol yan cibindən 01 ədəd əl dəsmalı, cins şalvarın sağ yan cibindən 02 ədəd 20 qəpiklik və 02 ədəd 10 qəpiklik sikkələr aşkar edildiyini, onun üzərində olan gödəkçənin sol döş iç cibindən aşkar edilmiş üzərinə “Magna” yazılmış siqaret qutusu açıldığını və içərisindən 01 ədəd kəsik flakon (içində pambıq) və 02 ədəd içərisində ağ rəngli toz və kristal halında narkotik vasitəyə oxşar maddə olan sellofan bükümlər aşkar edildiyini, daha sonra Gündüzün üzərində olan gödəkçənin sol döş iç cibindən aşkar edilmiş sellofan büküm açıldığını və içərisində qəhvəyi rəngli kristal və toz halında narkotik vasitəyə oxşar maddə aşkar edildiyini, həmin sellofanın elektron tərəzidə çəkildiyini, Gündüzün üzərindən aşkar edilmiş pulların ona qaytarıldığını bildirdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin rəisi vəzifəsində işlədiyini, 28 fevral 2020-ci il tarixdə Ağdaş rayonu, Ləki Qəsəbəsi, M.Mustafayev küçəsi 59 saylı evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:00 radələrində CAB-nın əməliyyat müvəkkilləri Şahid5 və Şahid3la birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Gündüzün özünü şübhəli apararaq onlardan uzaqlaşmaq istədiyini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması bərdə onlarda məlumat olduğunu bildirirərək onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Gündüzün üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Gündüzün əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd yaşıl rəngli alışqan, gödəkçənin sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu, şalvarın arxa sağ cibindən 01 ədəd 50 manatlıq, 01 ədəd 10 manatlıq və 01 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin sol döş iç cibindən üzərinə “Magna” yazılmış siqaret qutusu, 01 ədəd şpris və 01 ədəd sellofan büküm, görəkçənin sol yan cibindən 01 ədəd əl dəsmalı, cins şalvarın sağ yan cibindən 02 ədəd 20 qəpiklik və 02 ədəd 10 qəpiklik sikkələr aşkar edildiyini, üzərində olan gödəkçənin sol döş iç cibindən aşkar edilmiş üzərinə “Magna” yazılmış siqaret qutusu açıldığıını və içərisindən 01 ədəd kəsik flakon (içində pambıq) və 02 ədəd içərisində ağ rəngli toz və kristal halında narkotik vasitəyə oxşar maddə olan sellofan bükümlər aşkar edildiyini, daha sonra üzərində olan gödəkçənin sol döş iç cibindən aşkar edilmiş sellofan bükümün açıldığını və içərisində qəhvəyi rəngli kristal və toz halında narkotik vasitəyə oxşar maddənin aşkar edildiyini, həmin sellofanın elektron tərəzidə çəkildiyini, içərilərində ağ rəngli maddə olan digər sellofan bükümlərin də elektron tərəzidə çəkildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmədiyini, Gündüzün üzərindən aşkar edilmiş pulların ona qaytarıldığını, Təqsirləndirilən şəxs həmin narkotik maddənin ona məxsus olmadığını və üzərinə hansısa polis əməkdaşının qoymasını bildirməsinin yalan olduğunu, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə CAB-də məlumatlar olduğunu, lakin həmin məlumatları realizə etmək mümkün olmadığını bildirdi. İş üzrə Şahid5 məhkəmə iclasında Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 fevral 2020-ci il tarixli 142 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,750 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 02 ədəd şəffaf sellofan bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri 5,689 qram və 0,774 qram olan maddələr narkotik vasitələrə aid deyildir, 01 ədəd şüşə ampulada və pambıq düyümündə olan maddə hissəcikləri heroin hissəcikləridir, tədqiqata təqdim olunmuş şüşə ampulada və pambıq düyümündə olan heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və onların təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 16.04.2020-ci il tarixli 255 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tələbənamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri höka qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi rayonun yaşayış yeri hesab olunmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,700 qram narkotik vasitə olan heroin məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0,700 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-47/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-47/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver