Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-47/2021 14.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1976-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Ağdaş şəhəri Vaqif küçəsi 2/21/2 saylı ünvanda qeydiyyatda olan xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının ortalarında Ağdaş şəhəri Məşəd küçəsindən qəbristanlığın yanından yerdən tapdığı bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.537 qram olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.964 qram narkotik vasitə olan heroini üzərində daşımış, 0.573 qram heroini evində saxlamışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 12-36 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz saxladığı həmin narkotik vasitələrdən 0.964 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin həmin gün yəni, xx.xx.2021-cu il tarixdə saat 13-10 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri C.Cabbarlı küçəsində yarımtikilidə yerləşən evində axtarış aparılan zaman qanunsuz saxladığı 0.573 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində əməlindən peşman olduğunu, ailəli olduğunu, üç övladının olduğunu, böyük övladının 18 yaşı olduğunu, digər iki övladının isə 14 və 16 yaşları olduğunu, heç bir yerdə işləmədiyini, heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitə olan heroinin istifadəçisi olduğunu, əvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkum olunduğunu, 2015-ci ilin yanvar ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, 2016-cı ildə həbsdən azadlığa çıxdığını, 2021-ci ilin yanvar ayının ortalarında Ağdaş şəhəri Maşad küçəsində yol ilə gedərkən yerdən bir ədəd sellofan büküm tapdığını, həmin bükümü açarkən içərisində narkotik vasitə olan heroin olduğunu gördüyünü, özü istifadəçisi olduğu üçün istifadə etmək səbəbi ilə həmin sellofan bükümdə olan heroini iki yerə böldüyünü və bir hissəsini üzərində, digər hissəsini isə evdə mətbəxdə olan örtüyün altında saxladığını, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Ağdaş şəhərində yaşadığı küçədə olarkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona müdafiəçi təyin etdiklərini, sonra onu tutduqlarını, müdafiəçinin, 2 nəfər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarış zamanı onun əynindəki şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd sellafon büküm aşkar olunduğunu, sellafon büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellafon bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1.14 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların qablaşmaya imza etdiklərini, üzərindən aşkar olunmuş siqaret qutusuna baxış keçirilərkən içərisindən yalnız siqaret dənələri aşkar olunduğunu, bundan sonra protokol tərtib olunduğunu, özü və digər iştirakçıların protokola imza etdiklərini, evində də axtarış aparıdığını və evində olan narkotik vasitənin də polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyün daha sonra bildiyini, üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan heroini 2021-ci ilin yanvar ayının ortalarında Maşad küçəsində qəbristanlığın yanından yol ilə gedərkən yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını, narkotik vasitə olan heroindən istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özündə başqa narkotik vasitə olmadığını, evindən aşkar olunmuş narkotik vasitədən ailə üzvlərinin məlumatı olmadığını,ona hər hansı bir zor və ya təzyiq təqbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyada olan xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin, polis əməkdaşlarının və iki nəfər hal şahidlərinin iştirakı ilə Vüqarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüqarın əynində olan şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd sellafon büküm aşkar olunduğunu, sellafon büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellafon büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.14 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, zərfin üzərinin Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmədiyini, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, həmçinin fotoşəkillərin çəkildiyini, protokol tərtib olundu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, bundan sonra müdafiəçinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə mətbəx kimi istifadə olunan otağın giriş hissəsində olan örtüyün altından 01 ədəd şpris və 01 ədəd sellofan büküm aşkar olunduğunu, şprisin içərisində heç nə olmadığını, boş olduğunu, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellafon bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0.71 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, hal şahidlərinin həmin zərfə imza etdiklərini, baxış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu, proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 2021-ci ilin yanvar ayının ortalarında Maşad küçəsində qəbristanlığın yanından yol ilə gedərkən yerdən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış axtarış aparılan zaman orada müdafiəçi, polis əməkdaşları və hal şahidləri olduğunu, evində axtarış aparılan zaman isə onun evində Şahid5 adlı şəxsin olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Məhəmməd oğlu ifadəsində xx.xx.2021-ci il tarixdə təxminən saat 12:30 radələrində Ağdaş RPŞ-nin qarşısından keçərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu də hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, özü də buna heç bir etiraz etmədiyini, ondan sonra bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Vüqar adlı şəxsin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüqar adlı şəxsin əynində olan şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd sellafon büküm aşkar olunduğunu, sellafon büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellafon büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.14 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, zərfin üzərinin Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı Vüqar adlı şəxsin üzərindən başqa heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, bundan sonra müdafiəçinin, onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə mətbəx kimi istifadə olunan otağın giriş hissəsində olan örtüyün altından 01 ədəd şpris və 01 ədəd sellofan büküm aşkar olunduğunu, şprisin içərisində heç nə olmadığını, boş olduğunu, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellafon bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0.71 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, zərfin üzərinin Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, özü və digər hal şahidinin həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı Vüqar adlı şəxsin yaşadığı evindən başqa heç nə aşkar edilmədiyini, bütün bunlar barədə fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, əvvəllər Vüqar adlı şəxsi tanımadığını, onunla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən orada özü və digər hal şahidi, müdafiəçi və polis əməkdaşları, evində axtarış aparılarkən isə bir nəfər də Gülsabah adlı qadının olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 Məhəmməd oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla münasibətlərinin yaxşı olduğunu, aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Vüqarla tanışlıqlarını olduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 13:10 radələrində Vüqarın evində olduğunu, lakin Vüqarın özünün isə harasa getdiyini, həmin vaxt polis əməkdaşlarının, iki nəfər hal şahidləri və müdafiəçinin Vüqarın evinə gəldiklərini gördüyünü, onların evə baxış keçirəcəklərini bildirdiklərini, bundan sonra hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Vüqarın evinə baxış keçirildiyini, baxış zamanı Vüqarın yaşadığı evdə mətbəx kimi istifadə olunan otağın giriş hissəsində olan örtüyün altından 01 ədəd şpris və 01 ədəd sellofan büküm aşkar olunduğunu, şprisin içərisində heç nə olmadığını, boş olduğunu, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunduğunu, həmin sellafon bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0.71 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, zərfin üzərinin Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, hal şahidlərinin həmin zərfə imza etdiklərini, baxış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu, proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Vüqarın narkotik vasitələrdən istifadə etdiyini bildiyini,Təqsirləndirilən şəxs evində narkotik vasitə olmağından məlumatının olmadığını, onun evində narkotik vasitə olmasını polislərin aşkar edəndə bildiyini, Təqsirləndirilən şəxs evində axtarış aparılan zaman orada müdafiəçi, polis əməkdaşları və hal şahidlərinin olduğunu göstərmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 12:36-dan saat 12:48-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və öncə əynində olan şalvarın sağ yan cibindən 01 ədəd mobil telefon, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd sellafon büküm aşkar edilmiş, sellafon büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunmuş, həmin sellafon büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.14 qram olmuş, sonra həmin sellafon bükümün zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərfin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən heçnə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs evinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evi Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yarımtikildə yerləşir. Evə şabalıd rəngli taxta qapıdan daxil olunmuş, evə daxil olduqda dəhliz yerləşir, dəhlizdən sağ tərəfdə iki otaq, sol tərəfdə isə bir otaq və mətbəx kimi istifadə olunan kiçik otaq yerləşir, sağ tərəfdəki otağa baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmiş, sol tərəfdəki otaqdan da heç bir şey aşkar edilməmiş, mətbəx kimi istifadə olunan giriş hissəsində yerdə olan örtüyün altından 01 ədəd şpris vı 01 ədəd sellofan büküm aşkar edilmiş, şprisin içərisində heç nə olmamış, sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz və kristal halında olan maddə aşkar olunmuş, həmin sellafon bükümün elektron tərəzidə çəkilmiş, çəkisi 0.71 qram olmuş, sonra həmin sellafon bükümün zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərfin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs evindən iş üçün əhəmiyyət kəsb edən heçnə aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx xxxxxx 2021-ci il tarixli 17/59 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,964 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,573 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Heroin narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 65 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır, Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yerləşən yarımtikilidə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1- yoldaşı, 2004-cü il təvəllüdlü X5, 2006-cı il təvəllüdlü X6 və 2008-ci il təvəllüdlü X2r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:25-də Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də o, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlindən peşman olması, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin, həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 1.437 qram çəkidə heroin məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 25 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 25 saat hüquqi xidmətə görə 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Təqsirləndirilən şəxs “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 03 (üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı vaxtdan xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1.437 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlundan 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 saat hüquqi xidmətə görə 150 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-47/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-47/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver