Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-47/2022 12.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1969-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi, 4-cü dalan, 12 saylı evdə qeydiyyatda olan, faktiki olaraq Ağdaş şəhəri, F.Səfərov küçəsi 1-də yaşayan, barəsində 06 yanvar 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 26.01.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edimiş, barəsində «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzası Ağdaş Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli 69 saylı qərarı ilə 01 il müddətə azaldılmış, məhkumluğu ödənilmədən və ya götürülmədən naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qram və 0,201 qram olmaqla ümumi təmiz çəkisi 0,359 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,145 qram və 0,074 qram olmaqla ümumi təmiz çəkisi 0,219 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayaraq daşımış, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,523 qram, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan asetilə edilmiş tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək yaşadığı evində saxlamış, 04 yanvar 2022-ci il tarixdə, saat 12:03 radələrində Təqsirləndirilən şəxs oğlunun ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq saxladığı 0,359 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun üzərindən aşkar edilərək götürülmüş, həmçinin həmin gün, yəni 04 yanvar 2022-ci il tarixdə, saat 12:28 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evində axtarış aparılan zaman qanunsuz saxladığı 0,523 qram çəkidə narkotik vasitə olan asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində 04.01.2022-ci il tarixdə, təxminən saat 11:20 radələrində Ağdaş şəhəri, F.Səfərov küşəsində piyada yol gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində qanunsuz narkotik vasitəni saxlamağı barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞdə ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 04 ədəd kağız büküm, həmin gödəkcənin sağ yan cibindən ona məxsus “Nokia” markalı mobil telefon, əl dəsmalı və 01 ədəd alışqan aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 04 ədəd kağız bükümün narkotik maddə olduğunu, həmin bükümləri təxminən 2 gün əvvəl yaşadığı küçədə yolun kənarından tapdığını və həmin bükümləri Ağdaş rayon Polis Şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 04 ədəd kağız büküm açılan zaman 03 ədəd bükümdə içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə, həmçinin 01 ədəd kağız bükümdə içərisində ağ rəngdə, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 04 ədəd kağız bükümün elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinə baxış keçirlidiyini və axtarış aparıldığı, onun yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin yataq otağından 01 ədəd sellofan büküm aşkar edildiyini, aşkar edilmiş 01 ədəd sellofan açıldığını, içərisində tünd qəhvəyi rəngli maddə aşkar edildiyini, daha sonra həmin bükümün elektron tərəzidə çəkildiyini və qablaşdırldığını, yaşadığı evə baxış və axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini tutulmamışdan təxminən 2 gün əvvəl yaşadığı Ağdaş şəhəri, F.Səfərov küçəsində yolun kənarından tapdığını və Ağdaş RPŞ-nə təhvil vermək məqsədi ilə üzərində saxladığını, evindən aşkar olunmuş tiryəkin özünə məxsus olmadığını, həmin narkotik vasitənin evinə kim tərəfindən qoyulmasını bilmədiyini göstərdi. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinin yaşadığı Ağdaş şəhəri, Fariz Səfərov küçəsi 1 sayı ünvanda yerləşən evində axtarış aparılan zaman aşkar edilmiş 0,523 qram çəkidə narkotik vasitə olan asetilə edilmiş tiryəkin ona məxsus olmaması barədə hissəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə etmək və məsuliyyətdən yayınmaq məqsədi daşıyır, onun ifadəsinin həmin hissəsi iş üzrə şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilir. Belə ki, iş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQnun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 04 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qorki küçəsi dalan 4, ev 12-də qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12:00 radələrində Şahid2 ilə birlikdə Mehmanın yaşadığı evin yerləşdiyi küçədə piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Mehmanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Mehmanın əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 04 ədəd kağız büküm, həmin gödəkcənin sağ yan cibindən “Nokia” markalı mobil telefon, əl dəsmalı və 01 ədəd alışqan aşkar olunduğunu, şəxsi axtarış zamanı Mehmanın aşkar edilmiş 04 ədəd kağız bükümün narkotik maddə olduğunu, həmin bükümləri təxminən 2 gün əvvəl yaşadığı küçədə yolun kənarından tapdığını və həmin bükümləri Ağdaş rayon Polis Şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 04 ədəd kağız büküm açılan zaman 03 ədəd bükümdə içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə, həmçinin 01 ədəd kağız bükümdə içərisində ağ rəngdə, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 04 ədəd kağız büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, daha sonra müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə Mehmanın yaşadığı ünvan 6 ünvanında yerləşən yaşayış evinə baxış keçirlidiyini və axtarış aparıldığını, Mehmanın yaşadığı evə baxış keçirilən zaman onun yaşadığı evin yataq otağından 01 ədəd sellofan büküm aşkar edildiyini, aşkar edilmiş 01 ədəd sellofan açıldığını, içərisində tünd qəhvəyi rəngli maddə aşkar edildiyini, daha sonra həmin büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, Mehmanın həmin bükümün özünün olmadığını və ümumiyyətlə həmin bükümün içərisindəki maddənin nə olmasını bilmədiyini bildirdiyini, Mehmanın yaşadığı evinə baxış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin narkotik maddəni yaşadığı küçədə yolun kənarından tapdığını, lakin evindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Ağdaş RPŞ-nə heç bir məlumat daxil olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 04.01.2022-ci il tarixli 17/11 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,158 qr, 0,201 qr, ümumi təmiz çəkisi 0,359 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir, digər 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,145qr, 0,074qr, ümumi təmiz çəkisi 0,219 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir, tədqiqata təqdim edilmiş 02 ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər, tədqiqata təqdim edilmiş 02 ədəd kağız bükümlərdə olan metafetaminlər tərkiblərinə görə eynidirlər, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan büküm” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,523 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir, tədqiqata təqdim edilmiş 02 ədəd kağız bükümlərdə olan heroinlər və 01 ədəd sellofan bükümdə olan asetilə edilən tiryək müxtəlif növ narkotik vasitələr olduğundan onların müqayisəli tədqiqatı aparılmadı. İş üzrə keçirilmiş məhkəmə-narkoloci ekspertizasının 05.03.2022-ci il tarixli 273 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 04 ədəd kağız büküm, həmin gödəkcənin sağ yan cibindən “Nokia” markalı mobil telefon, əl dəsmalı və 01 ədəd alışqan aşkar olunmuş, aşkar edilmiş 04 ədəd kağız büküm açılan zaman 03 ədəd bükümdə içərisindən qəhvəyi rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə, həmçinin 01 ədəd kağız bükümdə içərisində ağ rəngdə, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 04 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən yaşayış evinə baxış keçirlmiş və axtarış aparılmış, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman onun yaşadığı evin yataq otağından 01 ədəd sellofan büküm aşkar edilmiş, aşkar edilmiş 01 ədəd sellofan açılmış, içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilmiş, daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 7(014)-69/2021 №-li 08.12.2021-ci il tarixli qərarı ilə «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı əsasında cəzası 01 il azaldılmış, hazırki cinayət işi üzrə şübhəli şəxs kimi tutulduğu tarixə, yəni 04.01.2022ci il tarixə çəkilməmiş 01 il 04 gün cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü ilə barəsində təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdulaşdırılması cəzasının çəkilməmiş 01 il 04 gün hissəsini azadlığın məhdulaşdırılması cəzasının 02 gününə azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanmaqla 06 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplayaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 04 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 0.259 qram narkotik vasitə heroin, 0.423 qram narkotik vasitə asetilə edilən tiryək, 0.119 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd CD diski cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən Ağdaş Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdulaşdırılması cəzasının çəkilməmiş bir il dörd gün hissəsi azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla altı ay iki gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, hazırki hökmlə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 yanvar 2022-ci il tarixdən 06 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə, cəmi iki gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə 0.259 qram heroin, 0.423 qram narkotik vasitə asetilə edilən tiryək, 0.119 qram psixotrop maddə metamfetamin məhv edilsin, iki ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-47/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-47/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver