Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-47/2024 24.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Ağdaş rayonu, Orta Ləki kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, o, sərxoş vəziyyətdə 21 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən, ictimai yer hesab edilən “Mikro market”in qarşısında olan digər şəxslərə məhəl qoymayıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini nümayiş etdirərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları və əxlaq normalarına etinasızlıq etməklə, sonuncuya “sən məni tanıyırsan, mən kiməm?” deyə söyləyib nalayiq ifadələr işlədərək onun sifət nahiyəsindən yumruqla, baş nahiyəsindən təpiklə bir neçə dəfə, daha sonra mağazanın qarşısından götürərək silah qismində istifadə etdiyi taxta parçası ilə kürək və baş nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sol gözaltı nahiyənin qançırı, üzün sol çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), üst dodağın sol nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəsxin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən Faiq adlı şəxsə məxsus kafeyə gəlmiş, daha sonra həmin kafedə yemək yemiş və təxminən 2 litr spirtli içki araq içmişdir. Bundan sonra siqaret almaq üçün həmin kafenin yaxınlığında yerləşən “Mikro market”ə getmiş, həmin vaxt onun telefonuna zəng gəlmiş və telefonla danışa-danışa mağazaya doğru hərəkət etmişdir. Telefonla danışan zaman hazırda dəqiq olaraq xatırlamadığı şəxsə və xatırlamadığı səbəbdən söyüş söymüş, həmin vaxt poçtun qarşısında olmuş, buna görə də əvvəllər tanımadığı və qoca yaşlı bir kişi ona “söyüş söymə” deyə söyləmişdir. O, da həmin şəxsin ona nəyə görə irad bildirməsini soruşmuş, həmçinin həmin şəxsə telefonla danışdığını və buna görə də söyüş söydüyünü bildirmişdir. Lakin həmin şəxs ona yenə də irad bildirmiş və aralarında mübahisə baş vermişdir. Həmin şəxs isə ona bir neçə dəfə yumuruq vurmuş və daha sonra ondan uzaqlaşmışdır. “Müsü” deyə tanıdığı şəxs onu avtomobilə əyləşdirmiş və oradan uzaqlaşdırmaq istəmiş, həmçinin ona həmin şəxsin yaşlı adam olduğunu, yaxşı insan olduğunu və onunla dalaşmağa ehtiyac olmadığını bildirmiş, o, da razılaşmışdır. Daha sonra Müsünün avtomobilindən düşərək yenidən siqaret almaq üçün mağazaya tərəf getmişdir. Mağazanın qarşısında olan zaman yenidən həmin şəxslə üz-üzə gəlmiş, həmin şəxs də ona yaxınlaşaraq nə isə demək istəmiş, lakin onu yumuruqla vurmağa başlamışdır. Lakin həmin vaxt sərxoş olduğu üçün daha sonra baş verənləri xatırlamır, hadisənin baş verməsinə səbəb əvvəlcə həmin şəxsin ona irad bildirməsi və daha sonra onu yumuruqla vurması olmuşdur. Zərərçəkmiş şəxs tanımamış və aralarında əvvəllər heç bir mübahisə və ya dava-dalaş olmamışdır. Ola bilsin ki, hadisə Zərərçəkmiş şəxs söylədiyi kimi baş vermiş, lakin spirtli içkinin təsirindən sərxoş olduğu üçün heç bir şey xatırlamamışdır. Zərərçəkmiş şəxs yumruqla onun sifət nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Daha sonra təqdiriləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hadisə baş verən gün o, spirtli içki qəbul etmiş, özünü idarə edə bilməmişdir. Zərərçəkmiş şəxs də hadisə zamanı ona qarşı zor tətbiq etmiş, lakin cəzasız qalmışdır. 22 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs olunmuşdur. O, törətdiyi cinayətə görə artıq cəzasını çəkmişdir. Hadisə zamanı o, telefonla danışarkən söyüş söydüyü üçün Zərərçəkmiş şəxs ona yaxınlaşaraq iradını bildirərək ona yumruqla zərbə vurmuşdur. İlk zərbəni Zərərçəkmiş şəxs ona vurmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O, isə polis əməkdaşalarını heç bir etiraz bildirmədən onların xidməti maşınlarına əyləşərək polis şöbəsinə gəlmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclasında son söz söyləyərkən ona elan olunmuş ittihamda qeyd olunan əməli törətdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin ifadəsi və şahidlərin ifadələri, hadisə yerinin videogörüntüsü, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş rayon polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş rayon Aşağı Ləki kənd icra nümayəndəsi vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə təxminən saat 18:30 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsindən qayıdaraq üzü Ağdaş rayonu, Aşağı Ləki kəndində yerləşən yaşadığı evə getmiş, Ağdaş rayonu Orta Ləki kəndi ərazisində olan zaman komunal ödəniş etmək məqsədi ilə həmin kəndin ərazisində yerləşən “Mikro market”ə daxil olmuşdur. Ödəmə aparatından ödəniş etdikdən sonra mağazanın giriş qapısından çölə çıxmış, bu zaman mağazanın qarşısında əvvəllər tanımadığı iki nəfər şəxsi görmüş və həmin şəxslərə salam vermişdir. Bundan sonra həmin şəxslərdən biri ona “məni tanıdın?” deyə sual vermiş, o da həmin şəxsə dəqiq tanımadığını və deyərsə tanıyacağını söyləmişdir. Həmin şəxs isə ona “sən kimsən bəs” deyə soruşmuş, o da “mən Zərərçəkmiş şəxsm, Aşağı Ləki kəndinin icra nümayəndəsiyəm” deyə söyləmişdir. Bundan sonra həmin şəxs bir qədər aqressiv şəkildə ona “sən məni necə tanıyırsan?” deyə söyləmiş və onunla mübahisə etməyə başlamışdir. Həmin şəxslə danışmaq istəməmiş və cavab verməmiş, bu zaman həmin şəxs yenidən ona “yoxee sən məni necə tanıyırsan?” deyə təkrar sual vermiş, o yenə də heç bir cavab verməmiş, bu zaman həmin şəxs, yəni sonradan adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxs anidən ona yumruq atmağa başlamışdır. Zərbənin təsirindən özünü itirmiş və cavab qaytara bilməmişdir. Hacıbaba təkrar ona yumuruq zərbələri endirməyə başlamış, kənarda dayanan şəxslərdən kömək istəyərək həmin şəxsə “sən kimsən, məni nəyə görə vurursan” deyə söyləmişdir. Lakin Hacıbaba ona məhəl qoymadan uca səslə onu nalayiq şəkildə təhqir etmiş və vurmağa davam etmişdir. Bu zaman marketə gələn Samir adlı şəxs onları aralaşdırmaq istəmiş, bu zaman Hacıbaba mağazanın qarşısında satış məqsədi ilə qoyulmuş və ağac materialdan hazırlanmış lapatka sapını götürərək 3-4 dəfə möhkəm şəkildə onu vurmuş, daha sonra səs-küyə gələn şəxslər lapatka sapını Hacıbabanın əlindən almışlar. Lakin daha sonra Hacıbaba yenidən həmin yerdən başqa bir ağac parçası götürmüş və ona tərəf tullamışdır. Əyildiyi üçün həmin ağac parçası ona dəyməmiş, daha sonra mağazanın içərisinə girmişdir. Bundan sonra mağazada satıcı işləyən qızların köməkliyi ilə mağazanın içərisində yerləşən vitrinlərin arasında gizlənmiş, lakin Hacıbaba mağazanın içərisinə daxil olmuşdur. Bundan sonra həmin qızların köməkiliyi ilə mağazanın giriş qapısından çıxaraq qaçmışdır. Daha sonra bədənində ağrılar hiss etdiyi üçün Ağdaş rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Təqsirləndirilən şəxs tanımamış, onun adını sonradan öyrənmişdir. Əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs nəyə görə onu döyərək xəsarət yetirdiyini bilmir. Təqsirləndirilən şəxs 9-10 dəfə yumruqla onun sifət nahiyəsindən, 3-4 dəfə təpiklə başından və taxta parçası ilə kürək nahiyəsindən 3-4 dəfə vuraraq ona xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ədavət olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə hadisə olan günü marketin qarşısında görmüşdür. Hadisə saat 18:00, 18:30 radələrində olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt spirtli içki qəbul etmişdir. İlk zərbəni də Hacıbaba özü ona vurmuşdur. O, Hacıbabanı bir dəfə də olsa vurmamışdır. Hadisə zamanı yanlarında iki qadın və bir neçə şəxslər var idi. Həmin həmin ərazidə toy olduğundan mağazada çox adam olmamışdır. Onun tərəfindən Təqsirləndirilən şəxs heç bir zərbə endirilməmiş, o özünü çüdafiə etmək məqsədi ilə sonuncunu özündən kənarlaşdırmışdır. Belə ki, Hacıbaba onu baş nahiyəsindən sol əli ilə yumruqla vurduqda o, aldığı zərbədən bir anlıq şoka düşmüş və ətrafa olan şəxslərdən onu vuran şəxsin kim olduğunu soruşmuşdur. Aralarında olan mübahisə 10-15 dəqiqə davam etmişdir. Hazırda Hacıbabanın ona vurduğu zərbələr nəticəsində onun səhhətində cidddi problemlər əmələ gəlmişdir. O, uzun müddət dövlətə qüsursuz xidmət etmiş, hər hansı bir insan heç bir səbəb olmadan onu bu hərəkətlərə məruz qoyub nüfuzdan sala bilməz. Təqsirləndirilən şəxs şikayətçidir, ona sərt cəza verilməlidir ki, ətrafdakılar üçün dərs olsun ki, bu cür əməllərin qarşısı alınsın. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng etmiş, belə ki, həmin tarixdə təxminən saat 18:30 radələrində Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Mikro market”ə gəlmiş, həmin vaxt marketin qarşısında bir neçə şəxsin toplaşdığını və iki nəfər şəxsin dalaşmasını görmüş, həmin şəxslərdən biri qoca yaşlı kişi, digəri isə orta yaşlı bir kişi olmuş, həmin şəxslərin heç birini tanımırmış, lakin orta yaşlı şəxsin qoca yaşlı kişini yerə yıxaraq təpiklə vurmasını görmüş, buna görə də öz vətəndaş borcunu yerinə yetirərək həmin şəxsin cinayət əməlinin qarşısını almağa çalışmış və onları araıaşdırmağa başlamış, bundan sonra həmin şəxs uca səslə nalayiq ifadələr işlədərək mağazanın qarşısında satış üçün qoyulmuş taxtadan hazırlanmış lapatka saplarından birini götürərək qoca yaşlı kişinin kürək nahiyəsindən vurmağa başlamış, buna görə də yenə də onları aralaşdırmaq üçün onlara yaxınlaşmış və həmin şəxsin əlində olan lapatka sapını alaraq kənara atmış, daha sonra isə oradan çıxaraq yaşadığı Pirəzə kəndinə getmək üçün yola düşmüş, həmçinin dava-dalaş barədə DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra döyülən şəxsin adının Xaləddin olmasını öyrənmiş, lakin onu döyən şəxsin isə kim olmasını bilməmiş, Təqsirləndirilən şəxs tanımır, aralarında heç bir ədavət və düşmənçilik olmamış, Təqsirləndirilən şəxs vurmamış və ya ona heç bir xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs onu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Ağdaş rayonu, Aşağı Ləki kəndinin icra nümayəndəsi vəzifəsində işləyir, kənd içərisində vətəndaşlar arasında nüfuza malik şəxsdir. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə məhkum olunmuşdur. Onun özünə məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Mikro market” ərzaq məhsulları satılan mağazası var. Günün əksər hissəsini mağazanın qarşısında olur. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində mağazanın qarşısında durmuş, oğlu toyda olduğu üçün həmkəndlisi Şahid3 ofisdə oturmuşdur. Mağazanın qarşısında olan zaman Zərərçəkmiş şəxs mağazanın içərisindən çıxmasını görmüş, həmin vaxt mağazanın giriş qapısının qarşısında Səməd adlı həmkəndlisi ilə Təqsirləndirilən şəxs mağazanın giriş qapısının qarşısında olmalarını görmüşdür. Zərərçəkmiş şəxs mağazadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs və Şahid10 ilə üz-üzə gəlmişdir. Onlar arasında nə söhbətin baş verdiyini və nəyə görə mübahisə etdiklərini bilməmişdir. Anidən Təqsirləndirilən şəxs yumuruqla Zərərçəkmiş şəxs vurmasını görmüşdür. Şahid10 onları aralaşdırmaq istəmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumurluq vurmuşdur. Səs-küyə mağazanın içərisində olan tanımadığı şəxslər də bayıra çıxmışdır. O, da onları aralaşdırmaq üçün yaxınlaşmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs vurmağa davam etmişdir. Onlar nə qədər etsələr də Təqsirləndirilən şəxs oradan uzaqlaşdıra bilməmişlər. Belə ki, Təqsirləndirilən şəxs onları da əlləri ilə geriyə doğru itələmişdir. Zərərçəkmiş şəxs zərbələrin təsirindən yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs təpik və yumuruqla Zərərçəkmiş şəxs vurmuşdur. Yaranmış səs-küyə yoldan keçən və yaxınlıqda yerləşən çayxanada oturan şəxslər də dava-dalaşın baş verdiyi yerə gəlmişlər, lakin yenə də Təqsirləndirilən şəxs heç kim Zərərçəkmiş şəxs aralaşdıra bilməmişlər. Təqsirləndirilən şəxs daha sonra mağazanın qarşısında satılması məqsədi ilə qoyulmuş taxta parçalarından birini götürərək həmin ağac parçası ilə bir neçə dəfə Zərərçəkmiş şəxs müxtəlif nahiyələrindən vurmuşdur. Bundan sonra hazırda xatırlamadığı şəxs həmin ağac parçasını Təqsirləndirilən şəxs əlindən almış, lakin Təqsirləndirilən şəxs yenidən ağac parçalarının yığıldığı yerə gedərək daha bir ağac parçasını götürərək yenidən Zərərçəkmiş şəxs üzərinə gəlmişdir. Lakin mağazanın qarşısına səs-küyə toplaşmış şəxslər ağac parçasından yapışaraq Təqsirləndirilən şəxs əlindən almaq istəmişlər, Təqsirləndirilən şəxs isə ağac parçasını Zərərçəkmiş şəxs olduğu istiqamətə tərəf atmışdır. Bundan sonra mağazada satıcı işləyən qızlar mağazanın giriş qapısını açmışlar və Zərərçəkmiş şəxs mağazanın içərisinə girmişdir. Bunu görən Təqsirləndirilən şəxs də mağazanın içərisinə girmiş, daha sonra onlar mağazadan bayıra çıxmışlar. Orada olan şəxslərin köməkliyi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs uzaqlaşdırmaq mümkün olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs oradan qaçaraq uzaqlaşmışdır, Təqsirləndirilən şəxs vurmamış və ya ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu vurmağa başlamışdır. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şahid1 məhkəmə baxış iclasında verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisənin baş vermə səbəbini bilməmişdir. X2 vurmasını görmüşdür. Zərərçəkmiş şəxs özünü müdafiə etmək məqsədi ilə yerdən qalxaraq Hacıbabanı təpiklə bir neçə dəfə vurmuşdur. Daha sonra Xaləddin çıxıb getdikdən sonra hadisə yerinə mülki geyimli polis əməkdaşları gələrək Hacıbabanı Polis şöbəsinə aparmışlar. Polis əməkdaşları hadisə barədə məlumat veriləndən 15-20 dəqiqə sonra hadisə yerinə gəlmişlər. Hadisə kamera görüntülərində dəqiqliklə əks olunmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndli sayılırlar, həmçinin Aşağı Ləki kəndinin icra nümayəndəsidir, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs tanıyıram, Təqsirləndirilən şəxs uşaqlıqdan “Cacıx” deyə müraciət etmişlər, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində Faiq adlı şəxsə məxsus çayxananın qarşısında söhbət edirmiş. Həmin vaxt ucadan səs-küy olmasını eşitmiş və dava-dalaş olmasını bilmişdir. Buna görə də dərhal səs-küyün gəldiyi istiqamətə tərəf getmişdir. Həmkəndlisi Həmzəyə məxsus mağazanın qarşısında olan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə getməsini görmüşdür. Buna görə də dərhal Hacıbabaya yaxınlaşmış və onun qollarından tutaraq geriyə doğru çəkmiş, bu zaman Təqsirləndirilən şəxs onu əlləri ilə geriyə doğru itələmiş, o da xəstə adam olduğu üçün bir neçə metr arxaya doğru getmişdir. Daha sonra sonradan Ağdaş rayonu, Pirəzə kənd sakini olmasını bildiyi, lakin tanımadığı bir şəxs gəlib Hacıbabanı tutaraq kənara çəkmişdir. Səs-küyə sonradan gəldiyi üçün onların arasında hansı söhbətləri olmasını və davadalaşın hansı səbəbdən olmasını bilməmişdir. Onların əvvəlcədən dava-dalaş etmələrini görməmiş, orada olan şəxslərdən kiminsə Təqsirləndirilən şəxs xəsarət yetirməsini görməmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şahid4 bildirdi ki, hadisə hava qaralarkən baş vermişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdə aralarında bir qədər məsafə olduğundan orada olan danışıqları eşitməmiş, lakin Hacıbabanın onlara müqavimət göstərməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Aşağı Ləki kəndinin icra nümayəndəsidir, münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs tanıyıram. Təqsirləndirilən şəxs uşaqlıqdan “Cacıx” deyə müraciət etmişlər. Münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində özü üçün alış-veriş etmək məqsədi ilə həmkəndlisi Həmzəyə məxsus “mikro market”ə gəlmişdir. Mağazanın içərisindən çıxandan sonra Təqsirləndirilən şəxs Xalədin Əliyev ilə mübahisə etdiyini və X4 vurduğunu görmüşdür. Bundan sonra onları aralaşdırmağa çalışmış, lakin Hacıbaba əlləri ilə onları geriyə doğru itələmişdir. Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs vurmağa davam etmişdir. Nə qədər etsələr də onları aralaşdıra bilməmişlər, daha sonra Hacıbabanın sərxoş olmasını və onda xəsarət yetirə biləcəyini fikirləşmiş və buna görə də bir qədər uzaqlaşmışdır. Artıq Hacıbaba ilə Zərərçəkmiş şəxs aralaşmasını gördükdən sonra geriyə hadisənin baş verdiyi yerə yaxınlaşmışdır. Bu zaman yerdə ağac parçasının olmasını görmüş və həmin ağac parçasını götürərək kənara qoymuşdur. Daha sonra məhkəmə baxışı iclasında sualları cavablandıran Şahid5 bildirdi ki, hadisənin hansı səbəbdən və hansı saatda baş verdiyini dəqiq olaraq xatırlamır. Hadisə zamanı onlar bir-birlərini paltarlarından tutmuşlar. Onları ayırmaq istəyərkən gücünün çatmadığını görüb onlardan uzaqlaşmışdır. Hadisə 18:30 radələrində baş vermişdir, Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, onun doğma dayısıdır. Təqsirləndirilən şəxs tanımır. Atasına məxsus yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən çayxanada işləyir. Belə ki, dərsləri olmayan zaman orada atasına kömək edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən çayxanaya çatmışdır. Həmin vaxt çayxanada əvvəllər tanıdığı Qara adlı şəxs və “Cacıx” kimi tanıdığı şəxsin çayxanada oturmalarını görmüşdür. Qara adlı şəxs özləri ilə yemək gətirdiklərini və burada yemək istədiklərini, həmçinin stolun pulunu da verəcəklərini söyləmişdir. O, da heç bir etiraz etməmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra onların çıxıb getdiklərini görmüşdür. Bundan da bir qədər sonra çayxanada olan zaman çayxananın yaxınlığında yerləşən mağazanın qarşısında dava-dalaş olmasını eşitmişdir. Buna görə də həmin mağazanın qarşısına getmişdir. Bu zaman dayısı Zərərçəkmiş şəxs mağazanın içərisindən çıxaraq qaçıb avtomobildə əyləşdiyini və çıxıb getdiyini görmüşdür. Bundan sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Çayxana atasına məxsus olsa da həmin vaxt atası Faiq Mahmudov orada olmamışdır. Həmçinin poçt ilə onların çayxanası arasında təxminən 5-6 metr məsafə var. Təqsirləndirilən şəxs yalan deyir, Zərərçəkmiş şəxs poçtun qarşısında olmamışdır. Daha sonra məhkəmə baxış iclasında sualları cavablandıran Şahid7 bildirdi ki, o, dərsdən qayıdarkən saat təxminən altı olardı. Hadisəni özü görməmişdir. Obyektə gələrkən ətrafda insanların olduğunu görüb Hacıbabanın dayısını döydüyünü eşitmiş və qorxduğundan dərhal polisə zəng edərək hadisə barədə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları gələrək Hacıbabanın polis şöbəsinə aparmışlar. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, təxminən 1 ildir Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən həmkəndlisi Şahid1 məxsus “Mikro Market”də xadimə işləyir. Hər gün günün müxtəlif saatlarında mağazaya gələrək təmizlik işləri görür. Zərərçəkmiş şəxs tanımır, Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir. Təqsirləndirilən şəxs atasının evi ilə onun yaşadığı ev qonşuluqda yerləşir, lakin Təqsirləndirilən şəxs uzun müddətdir görməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində mağazanın içərisində olan zaman mağazanın qarşısında səs-küy olmasını eşitmiş, həmin vaxt mağazanın içərisində ondan başqa müştəri Nərgiz və onunla birlikdə mağazada işləyən Şəms xanım da olmuşdur. Səs-küydən sonra təxminən 20 dəqiqə ərzində dava-dalaş olmuş, dava-dalaşın başlamasından 20 dəqiqə sonra bir qoca yaşlı kişi qaçaraq mağazanın içərisinə girmişdir. Bu zaman həmin kişinin əvvəl mağazanın içərisində ödəmə terminalından ödəniş etdiyi və çörək alaraq mağazadan çıxması yadına düşmüşdür. Həmin yaşlı kişi mağazanın içərisinə girdikdən sonra vitrinlərin arası ilə içəriyə doğru qaçmış və onun arxasıyca isə qara rəngli gödəkcə geyinmiş bir şəxs də mağazanın içərisinə girmişdir. Lakin onlar heç biri onlara bir söz deməmiş, daha sonra içəridə olan müştəri döyülən kişiyə kömək etmiş və həmin kişi də oradan çıxaraq qaçmışdır. Həmin vaxt onun da iş saatı bitdiyi üçün mağazadan çıxıb yaşadığı evə getmişdir. Mağazanın içərisində olduğu üçün onların arasında hansı söhbətlərin olmasını və dava-dalaşın hansı səbəbdən olmasını bilməmişdir. Daha sonra məhkəmə baxışı iclasında sualları cavablandıran Şahid8 bildirdi ki, hadisə axşam saatlarında olmuşdur. Belə ki, mağazanın işıqları yandırılmışdır, lakin saatı tam olaraq xatırlamır. Ağsaqqal kişi həyəcanlı vəziyyətdə mağazaya daxil olaraq mağazanın qapısını tutaraq Hacıbabnın içəri daxil olmasına mane olmağa çalışırdı. Həmin vaxt ağsaqqal kişinin ağız hissəsində xəsarət var idi. Daha sonra mağazaya Cacıq, yəni Hacıbaba girdi və vitrinlərin arasına doğru irəlilədi. Bundan sonra ağsaqqal kişi mağazadan çıxaraq maşına əyləşib getdi, Hacıbaba isə bir neçə dəqiqə sonra çıxaraq mağazanın qarşısında kişilərlə söhbət etdi, özü isə həmin vaxt içəridə olduğundan onların nə danışdıqları barədə məlumatı olmamışdır. Bundan başqa onlar arasında mağazada heç bir söz-söhbət və ya mübahisə olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, təxminən 3-4 aydır Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən həmkəndlisi Şahid1 məxsus “Mikro Market”də satıcı işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımır. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində mağazanın içərisində olan zaman mağazanın qarşısında səs-küy olmasını eşitmişdir. Həmin vaxt mağazanın içərisində ondan başqa tanımadığı bir müştəri və onunla birlikdə mağazada işləyən Nüşabə xanım olmuşdur. Səs-küydən sonra təxminən 20 dəqiqə ərzində dava-dalaş olmuş, dava-dalaşın başlamasından 20 dəqiqə sonra bir qoca yaşlı kişi qaçaraq mağazanın içərisinə girmişdir. Bu zaman həmin kişinin əvvəl mağazanın içərisində ödəmə terminalından ödəniş etdiyi və çörək alaraq mağazadan çıxması yadına düşmüşdür. Həmin yaşlı kişi mağazanın içərisinə girdikdən sonra vitrinlərin arası ilə içəriyə doğru qaçmış, onun arxası ilə isə qara rəngli gödəkcə geyinmiş bir şəxs də mağazanın içərisinə girmişdir. Lakin onlar heç biri onlara bir söz deməmişdirlər. Daha sonra içəridə olan müştəri döyülən kişiyə kömək etmiş və həmin kişi də oradan çıxaraq qaçmışdır. Həmin vaxt onun da iş saatı bitdiyi üçün mağazadan çıxıb yaşadığı evə getmişdir. Mağazanın içərisində olduğu üçün onların arasında hansı söhbətlərin olmasını və dava-dalaşın hansı səbəbdən olmasını bilməmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Şahid9 bildirdi ki, hər iki şəxsi həmkəndlisi kimi tanıyır. Hadisə olan zaman yalnız mağazada Xaləddini görmüşdür. Həmin vaxt Xaləddin onlardan polis çağırılmasına dair kömək istəmişdir. O, da Xaləddinin telefonunu götürərək onun işçisinə zəng etmiş və özü telefonla danışmışdır. Hadisənin necə baş verməsi barədə heç bir məlumatı yoxdur. O, qorxduğundan atası ilə birlikdə işdən çıxaraq evlərinə getmiş, Xaləddinin mağazadan hansı şəraitdə çıxması və hara getməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid10 Hədiyyətullah oğlu fadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, Ağdaş rayonu, Aşağı Ləki kəndinin icra nümayəndəsi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs tanımır, sonradan Təqsirləndirilən şəxs həmkəndlisi olmasını öyrənmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 18:30 radələrində yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Mikro market”in qarşısına gəlmiş, belə ki, onun qızı Şahid9 həmin mağazada satıcı işləmiş və o da hərdən bir qızı işdən gec çıxanda axşam saatlarında mağazanın qarşısına gəlirmiş və qızı işdən çıxdıqdan sonra qızı ilə birlikdə evə qayıdırmış, həmin gün də qızı əvvəl olduğundan bir saat işdən gec çıxmalı olduğu üçün mağazanın qarşısına gəlmiş, mağazanın qarşısında siqaret çəkmiş, həmin vaxt əvvəllər yaşadığı kənddə gördüyü, lakin dəqiq olaraq tanımadığı bir kişi ona yaxınlaşaraq ondan nə siqareti çəkdiyini soruşmuş, o da həmin şəxsə ucuz bir siqaret çəkdiyini, əgər istəyərsə ona da verə biləcəyini söyləmiş, bu zaman əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs mağazadan çıxmış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında “sən məni tanıyırsanmı?” deyə söyləyərək mübahisə etməyə başladıqlarını görmüş, anidən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağa başlamış, daha sonra onları aralaşdırmaq istəmiş, bunun üçün Təqsirləndirilən şəxs qucaqlayaraq uzaqlaşdırmağa çalışmış, lakin Təqsirləndirilən şəxs onu itləyərək uzaqlaşdırmış, həmçinin Zərərçəkmiş şəxs oradan uzaqlaşmasını məsləhət görmüş, lakin Hacıabab Hacıyev yenidən Zərərçəkmiş şəxs vurmağa başlamış, o yenə də Təqsirləndirilən şəxs qollarından yapışaraq saxlamaq istəmiş, Təqsirləndirilən şəxs yenə də onu itələmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən yumuruq və təpiklə vurmağa başlamış, zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, Təqsirləndirilən şəxs yenə də Zərərçəkmiş şəxs vurmağa davam etmiş, daha sonra səsküyə kənardan bir neçə şəxs də gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs mağazanın qarşısında olan ağac parçalarından birini götürərək Zərərçəkmiş şəxs bir neçə dəfə vurmuş, kənarda olan şəxslər həmin ağac parçasını Təqsirləndirilən şəxs əlindən almışlar, lakin Təqsirləndirilən şəxs yenidən həmin yerdən ağac parçalarından birini götürərək Zərərçəkmiş şəxs tərəf atmış, bundan sonra səs-küyə gələn şəxslər onları aralaşdırmış, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə və dava-dalaşın hansı səbəbdən baş verməsini bilməmiş, hazırda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hansı söhbətin getməsini xatırlamır, olan şəxslərdən kiminsə Təqsirləndirilən şəxs xəsarət yetirməsini görməmiş, Təqsirləndirilən şəxs mağazanın qarşısına piyada gəlməsini görmüşdür. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 528 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər qapalı kəllə-beyin travması-beyin silkələnməsi, sol gözaltı nahiyənin qançırı, üzün sol çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), üst dodağın sol nahiyəsinin sıyrığı, küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddələri xx.xx.2023-cü il tarixə uyğun gələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 01 dekabr 2023-cü il tarixli 544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər sağ gkiçik ölçülü qansızma, küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddələri xx.xx.2023-cü il tarixə uyğun gələn sağlamlığa zərə vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin olunmur. İş materiallarında “sərxoşluq vəziyyətinin tibbi müayinsəi”nin 491 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış yeri Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən “Mikro market”in qarşısıdır. Zərərçəkmiş şəxs dava-dalaşın baş verdiyi yeri, Təqsirləndirilən şəxs ağac parçalarını götürdüyü yeri göstərmişdir. İş materiallarında olan “01 ədəd diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərzaq mağazasının qarşısında söhbət edən zaman, Təqsirləndirilən şəxs özünü kənar şəxslərin fövqündə tutaraq qəflətən yumruğu ilə Zərərçəkmiş şəxs sifət nahyyəsindən vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ondan aralanmış, lakin Təqsirləndirilən şəxs yenidən bir neçə dəfə yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs əməlinin qarşısını almaq üçün sakitləşdirərək aralamaq istəyən şəxsiyyəti istintaqa məlum olmayan şəxs özündən kənara itələyərək yenidən Zərərçəkmiş şəxs üzərinə getmiş və yenidən vurmağa davam etmişdir. Hadisə zamanı kənarda olan şəxslər öz işlərindən ayrılaraq oraya yığışmış, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Hacıbaba həmin şəxslərə məhəl qoymaraq öz əməlinə davam etmişdir. Zərərçəkmiş şəxs vurmağa davam edən zaman Təqsirləndirilən şəxs müvazinətini itirərək yerə yıxılmışdır. Sonradan ayağa qalxaraq yenidən Zərərçəkmiş şəxs üzərinə gedərək sonuncunu vurmağa davam etmişdir. Kənar şəxslər onu araladıqdan sonra Təqsirləndirilən şəxs mağazanın yan hissəsinə gedərək orada olan ağac (bel sapı) parçalarından birini götürərək geri qayıtmışdır. Təqsirləndirilən şəxs əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs üzərinə gələrək zərbə ilə bir neçə dəfə Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Dərhal ətrafda olan şəxslər onun əlində olan ağac parçasını alıb-kənara atmışlar. Lakin, Təqsirləndirilən şəxs yenidən mağazanın yan hissəsinə gedərək digər ağac parçasını da götürüb yenidən Xaləddin Əluiyevin yanına doğru gəlmiş, təxminən 2 metr məsafədən ağacı Zərərçəkmiş şəxs üzərinə atmış, ağac Zərərçəkmiş şəxs dəymişdir. İş materiallarında olan Ağdaş RMX PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 18- 1-22/2-1924/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 15 iyul 2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 7 iyun 2005-ci il tarixli qərarına əsasən həmin Məcəllənin 76-cı maddəsi tətbiq olunmaqla 11 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qusar Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2, 179.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 noyabr 2016-cı il tarixli qərarı ilə həmin Məcəllənin 70.5, 76.2-ci maddələri tətbiq olunmaqla 11 ay 1 gün vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri semilmiş və həds etmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 yanvar 2024-cü il tarixli 5-32-12/2- 1/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 tək yaşayır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Orta Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 07 yanvar 2024-cü il tarixli xəsiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, yaşadığı müddətdə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ərazi İdarəetmə və X3 ilə iş Şöbəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs 2006-cı ilin mart ayından Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ləki kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini, 2012-ci ilin oktyabr ayından isə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs işlədiyi müddət ərzində özünü daim fəal dövlət qulluqçusu kimi aparmış, kollektiv və ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış, özünü intizamlı, nəzakətli və təvazökar bir insan kimi tanıtmışdır. O, rayonda keçirilən müxtəlif səpkili tədbirlərdə yaxından iştirak etmiş. Rəhbərliyin verdiyi tapşırıqları layiqincə yerinə yetirmişdir. əhalinin problemlərininaradan qaldırılmasında və digər bir çox mühüm işdə əsas rol oynamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 12 aprel 2024-cü il tarixli məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü ilin noyabr ayı üzrə məlumatların araşdırılması mümkün deyil. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Məhkəmə müdafiə tərəfinin 21 noyabr 2023-cü il tarixdə törətdiyi əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs olunması və heç kəsin eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, hazırki cinayət əməli Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən, ictimai yer hesab edilən “Mikro market”in qarşısında zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri ilə ifadə olunur. Ağdaş Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 8 gün müddətə inzibati qaydada həbs olunmasına səbəb Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Ağdaş rayonu Orta Ləki kəndində küçədə ünvansız küçə söyüşləri söyərək ucadan qışqırıb səs-küy salaraq ictimai qaydanı pozması və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, müdafiə tərəfinin yuxarıda qeyd olunan mövqeyinə Ağdaş rayon X6 Bölməsinin müstəntiqi Xəyal Dolxanovun 22 yanvar 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında“ qərarında münasibət bildirilmiş və həmin qərardan müdafiə tərəfi şikayət verməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar – Ağdaş RPŞ-nin maddi sübuların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A41” makalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılmalı, 01 ədəd ağac parçası isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı) hesabına 102 (bir yüz iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Ağdaş RPŞ-nin maddi sübuların saxlanılma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung Galaxy A41” makalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılsın, 01 ədəd ağac parçası isə məhv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı) hesabına 102 (bir yüz iki) manat pul köçürülməlidir. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-47/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-47/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver