Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-48/2024 21.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxslərin nümayəndəsi, vəkil Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci ildə Ağdaş rayonu ünvanında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263..1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 20:00 radələrində özünə məxsus idarə etdiyi “Daimler Benz C180” Minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospektində geriyə doğru, yəni yolun sağından soluna doğru manevr edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən, dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq həmin yolla üzü Ağdaş şəhər istiqamətinə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21099” markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşmuş və Zərərçəkmiş şəxs1 döş qəfəsinin qapalı travması, sağ X-Xİ qabırğaların yerdəyişməmiş sınığı, hemopnevmotoraks, döş qəfəsinin sıxılma sindiromu, burun sümüyünün sınığı, sol diz oynağının əzilməsi, sol diz oynağının ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran, sonuncunun idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sağ bazu oynağının və sağ diz oynağının əzilməsi ilə müşayiət olunan sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, beyin silkələnməsi, sağ gicgah nahiyəsinin, alt çənə nahiyəsinin yaraları, sağ diz oynağının və sağ aşıq daban oynağının əzilməsi, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa az ağır zərər vuran, Şahid isə alnın sağ nahiyəsinin, sağ qaşaltı nahiyənin yaraları, dilin üst səthinin yarası, hər iki mil bilək oynağının əzilməsi ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayının 5-də, axşam saat 7-8 radələrində Gimnaziya məktəbinin qarşısında, 2 piyada keçidi olan ərazidə özünə məxsus “Daimler Benz C180” Minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə parkdan çıxarkən Zərərçəkmiş şəxs1 yüksək sürətlə, təxminən 90-100 sürətlə idarə etdiyi “VAZ-21099” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobili vurmuş, həmin avtomobilin sürəti o qədər yüksək olmuş ki, onun olduğu yerdən VAZ avtomobilindən qat-qat ağır olan Mercedes markalı avtomobilini sürüyərək yoldan çıxartmış və səkiyə atmışdır. Hadisə zamanı Rəmişin idarə etdiyi avtomobildə 4 nəfər olmuşdur. Əgər hadisə günü onlar anlaqlı vəziyyətdə olsaydılar, sürətləri yüksək olmasaydı, hadisə də olmazdı. Hadisə törədildikdən sonra onun tək olmağı, onların 4 nəfər olması, piyan olmaları, hətta sığortalarının belə olmamasını insanlıq naminə nəzərə alıb və Ağdaş rayon Polis şöbəsinin müstəntiqi Elton adlı şəxsin xahişi ilə o hər bir şeyi öz üzərinə götürmüş, yəni günahsız olduğu halda, günahkar olmuşdur. O, ümumiyyətlə ömrü boyu spirtli içki qəbul etməmişdır. Rəmişə yazığı gəldiyi üçün və Rəmiş imkansız olduğu üçün onlara müstəntiq Elton müəllim vasitəsi ilə 1200 manat pul vermiş ki, ehtiyaclarını qarşılasınlar, sığorta alanda geri qaytararlar. Beləliklə zərərçəkmiş şəxsə 1200 manat pul verildikdən sonra Ağdaş rayon notariusunda barışıq ərizələri yazılmışdır. Lakin günahkar olan şəxslər sonradan ondan şikayət etməyə başladılar. Nəhayət müstəntiq Elton işi başa çatdırmamış iş yeri dəyişdirilmiş və yerinə Ruslan adlı müstəntiq təyin edilmişdir. Bundan sonra müstəntiq Ruslan ona bildirmiş ki, səhv edib günahı öz üzərinə götürüb. Yenidən Rəmiş ondan 1400 manat pul istədilər, yenə də insanlıq göstərərək onlara istədikləri pulu vermişdir. Hadisənin üstündən bir neçə il keçdikdən sonra Rəmişin atası Abdulla onun yanına gələrək, sığorta ala bilmədiklərini, əgər o, notarial qaydada ərizə verərsə ki, onlara heç bir maddi köməklik göstərməyib bu zaman sığorta ala biləcəklərini bildirdi. Bütün bunları nəzərə alaraq ona yüngü cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan edilmişdir. Cinayət işi üzrə ibtida istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Özünə məxus olan “Mercedes C 180” markalı, **-OG-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və digər sənədləri vardır. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “Mercedes C 180” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdaş rayonu mərkəzi H.Əliyev prospekti ilə mərkəzi bazar istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt idarə etdiyi avtomaşının salonuna oturmuş tanımadığı şəxsi parkın girəcəyində düşürtmüş, daha sonra həmin yerdən H.Əliyev prospektindən manevr edib geri qayıtmaq istəmişdir. Manevr etməmişdən qabaq güzgüdə arxadan avtomobil gəlməsini və işıqlarının uzaqda olmasını görmüşdür. Bundan sonra sağdan sola doğru dönmə əməliyyatını yerinə yetirmişdir. Bu zaman yolun orta ağ xəttinə qədər dönmə əməliyyat aparmış və xətti bir az keçmişdir ki, axadan gələn “VAZ-21099” markalı avtomaşın əks hərəkət zolağında onun avtomobili ilə toqquşmuş və avtomobillər sola doğru gedib yolun sol hərəkət hissəsinin kənarında dayanmışlar. Həmin vaxt sükana sıxılı vəziyyətdə qalmış, həmin vaxt oraya toplaşmış insanlar ona köməklik göstərib onu təcili yardım avtomaşını ilə Ağdaş rayon xəstəxanasına, sonra oradan Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmışlar. Sonradan ona məlum olmuşdur ki, “VAZ-21099” markalı avtomaşında sürücüsü və əlavə olaraq üç nəfər şəxslər də xəsarət almışlar. Hadisə xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Ağdaş şəhəri H.Əliyev prospekində Gimnaziyanın qarşısında baş vermiş. Hadisədən qabaq parkın girəcəyi olan yerdən H.Əliyev prospektindən dayandığı yerdən sola doğru dönmə əməliyyatı aparmaq istəmişdir. Dönmədən qabaq sola dönmə işıqlarımı yandırmışdır. Arxa güzgülərdən geriyə baxmış və görmüşdür ki, uzaqdan avtomobil gəlir və geri dönmək istəmişdir. Yolun orta ağ xəttinin üzərinə qədər manevr etmiş və qarşı hərəkət yoluna çıxan zaman arxadan gələn “VAZ-21099” markalı avtomobillə yolun əks hərəkət zolağında toqquşmuş və avtomobilər sola doğru gedib sol hərəkət hissəsinin kənarında dayanmışlar. Hadisənin baş verməsinə səbəb onun yolu sağdan sola doğru diqqətsiz manevr etməsi olmuşdur. Dönmə əməliyyat yerinə yetirdiyindən avtomobili 20-30 km/saat sürətlə idarə etmişdir. Həmin avtomobil ondan təxminən 10-15 metr arxada olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir və həkim müayinəsindən keçmişdir. Hadisə vaxtı yaxınlıqda heç kim olmamış, avtomobildə tək olmuşdur. Hadisə baş verən zaman yol quru, asfalt, düz və hamar olmuşdur. Hadisə baş verən zaman idarə etdiyi avtomaşının salonunda özü olmuşdur, avtomobildə yük olmamışdır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş iş materialları ilə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. İdarə etdiyi “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Hüşün kəndindən həmkəndliləri Şahin, Röyal və Nicatla birlikdə Ağdaş rayonundan alış-veriş etmək məqsədilə rayona gəlmiş və Ağdaş şəhər mərkəzinə daxil olduqda Ağdaş rayonu mərkəzi H.Əliyev prospekti ilə mərkəzi bazarın yaxınlığında yerləşən 1-İnci marketə doğru hərəkət etmişdir. Şəhərin H.Əliyev prospektində “Gimnaziya” məktəbinin yaxınlığına çatdıqda bu zaman yolun sağ tərəfindən küçədən ani bir anda “Mercedes C 180” markalı avtomaşının onun idarə etdiyi “VAZ-21099” markalı avtomaşın qarşısına çıxmış, həmin vaxt idarə etdiyi avtomaşını 50- 60 km sürətlə hərəkət etdirmiş, yolun sağ tərəfindən çıxan Mercedes markalı avtomaşını gördükdə hadisədən yayınmaq üçün sükanı sola, yəni əks hərəkət zolağına doğru hərəkət etdirmiş, buna baxmayaraq idarə etdiyi avtomaşın Mercedes markalı avtomaşınla toqquşmuş, nəticədə özü və həmin vaxt avtomaşının salonunda olan həmkəndliləri Şahin, Röyal və Nicat xəsarət almışlar. Həmin yol-nəqliyyat hadisəsi zamanı burnundan, ayağından və daxili orqanlarından xəsarətlər almışdır. Hadisədən sonra xəsarət aldıqları üçün onları Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmışlar. Daha sonra Göyçay rayon xəstəxanasında 5 gün müaliçə almışdır. Hadisə xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Ağdaş rayonu Qəbələ rayonu istiqamətindən şəhərin H.Əliyev prospektində “Gimnaziyanın” qarşısında keçən avtomobil yolunda baş vermişdir. “Mercedes C 180” markalı avtomaşın yolun sağ tərəfindən park istiqamətindəki yoldan onun hərəkət yoluna çıxmışdır. Digər avtomobilin parkın girəcəyi olan yoldan manevr edən zaman sola dönmə işıqlarını yandırıb-yandırmamasını görməmişdir. Mercedes markalı avtomobili onun manevr edib toqquşduqları yerə təxminən 2-3 metr qalmış görmüşdür. Toqquşma onun hərəkət yolunda baş vermiş, lakin daha sonra avtomobillər sol hərəkət yoluna doğru gedib həmin hərəkət hissəsinin kənarında dayanmışlar. Hadisənin baş verməsinə səbəb Mercedesin ani bir vaxtda manevr edib onun qarşısına çıxması olmuşdur. Hadisədən qabaq avtomobili 55-60 km/saat sürətlə idarə etmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir və həkim müayinəsindən keçmişdir. Hadisə vaxtı yaxınlıqda heç kim olmamışdır. Hadisə baş verən kimi onları ilkin olraq Ağdaş rayon xəstəxanasına, oradan isə Mingəçevir şəhər xəstəxanasına aparmışlar. Avtomobilində Nicat, Şahin və Röyal adlı həmkəndliləri olmuşdur. Hadisə baş verən zaman yol quru, asfalt, düz və hamar olmuşdur. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə yük olmamışdır, avtomobildə Nicat qabaq oturaçaqda, Şahin sürücünün arxasında, Röyal isə arxa sağ oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 doğma əmisi oğludur və Rəmişlə eyni kənddə yaşayırlar. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Rəmişin özünə məxsus “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və Rəmiş həmin avtomobili etibarnamə əsasında idarə edir. Həmçinin Rəmişin avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də var. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Rəmişin idarə etdiyi “VAZ-21099” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Hüşün kəndindən həmkəndliləri Nicat və Röyal ilə birlikdə Ağdaş rayonundan alış-veriş etmək məqsədi ilə gəlmişlər. Ağdaş şəhəri H.Əliyev prospekti ilə mərkəzi bazarın yaxınlığında yerləşən 1-İnci marketə doğru hərəkət edərkən Rəmiş avtomobili 50-60 km sürətlə hərəkət etdirmişdir. Həmin vaxt avtomobili Rəmiş idarə etmiş, qabaqda sağda Nicat, arxa solda özü, sağda isə Röyal əyləşmişdir. Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Gimnaziya” məktəbinin yaxınlığına çatdıqda bu zaman yolun sağ tərəfindən küçədən ani bir anda “Mercedes C 180” markalı avtomobil Rəmişin idarə etdiyi “VAZ-21099” markalı avtomobilin qarşısına çıxmışdır. Rəmiş yolun sağ tərəfindən çıxan Mercedes markalı avtomobili gördükdə hadisədən yayınmaq üçün sükanı sola yəni əks hərəkət zolağına doğru hərəkət etdirmişdir. Lakin, buna baxmayaraq Rəmişin idarə etdiyi avtomobil Mercedes markalı avtomobillə toqquşmuş və nəticədə mən özü, Rəmiş və həmin vaxt avtomobilin salonunda olan həmkəndliləri Nicat və Röyal xəsarət almışlar. Rəmiş həmin yol-nəqliyyat hadisəsi zamanı burnundan, ayağından və daxili orqanlarından xəsarətlər almışdır. Hadisə zamanı xəsarət aldıqları üçün onları Ağdaş RMX-yə aparmışlar, daha sonra Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailəsilə birlikdə yaşayır və əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 həmkəndlisi olaraq tanıyır. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Rəmişin idarə etdiyi “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadıqları Ağdaş rayonu Hüşün kəndindən Ağdaş rayonu mərkəzi H.Əliyev prospekti ilə mərkəzi bazarın yaxınlığında yerləşən “1-İnci” marketə doğru hərəkət etmişlər. Həmin vaxt avtomaşının sürücüsü arxadakı oturacaqda sağ tərəfdə əyləşmişdir. Şəhərin H.Əliyev prospektində “Gimnaziya” məktəbinin yaxınlığına çatdıqda bu zaman yolun sağ tərəfindən küçədən ani bir anda “Mercedes C 180” markalı avtomaşın Rəmişin idarə etdiyi “VAZ-21099” markalı avtomaşının qarşısına çıxmış onların hərəkət yoluna çıxdığından Rəmiş hadisənin qarşını ala bilməmiş və avtomaşın Mercedes markalı avtomaşınla toqquşmuşdur. Həmin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı çiynindən və kürəyindən xəsarəti almışdır. Avtomaşının salonunda ondan başqa üç nəfər həmkəndliləri də olmuşdur. Hadisədən sonra xəsarət aldıqları üçün onları Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 həmkəndlisi olaraq tanıyır. xx.xx.2021-ci il tarixdə saat təxminən 20 radələrində Rəmişin idarə etdiyi “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadıqları Ağdaş rayonu Hüşün kəndindən Ağdaş rayonu mərkəzi H.Əliyev prospekti ilə mərkəzi bazarın yaxınlığında yerləşən 1-İnci marketə doğru hərəkət etmişlər. Həmin vaxt avtomaşının qabaq oturacaqda sağ tərəfdə əyləşmişdir. Onlarla birlikdə həmkəndliləri Şahinlə və Röyalla birlikdə olmuşlar. Şəhərin H.Əliyev prospektində “Gimnaziya” məktəbinin yaxınlığına çatdıqda bu zaman yolun sağ tərəfindən küçədən ani bir anada “Mercedes C 180” markalı avtomaşın Rəmişin idarə etdiyi “VAZ-21099” markalı avtomaşının ani bir anda sağdan onların hərəkət yoluna çıxdığından Rəmiş hadisənin qarşını ala bilməmiş və avtomaşın Mercedes markalı avtomaşınla toqquşmuşdur. Həmin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı dilindən xəsarəti almışdır. Avtomaşının salonunda ondan başqa üç nəfər həmkəndliləri də olmuşdur. Hadisədən sonra xəsarət aldığqları üçün onları Mingəçevir şəhərində yerləşən xəstəxanaya aparmışlar. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X3 13 dekabr 2021-ci il tarixli, 761 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarətlər-sağ bazu oynağını və sağ diz oynağının əzilməsi,küt alət təsirindən törənmiş , törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduğlarından səbəb olduqlarından sağlamlığa az ağız zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X3 13 dekabr 2021-ci il tarixli, 762 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarətlər-qağalı kəllə beyin travması, beyin silkələnməsi, sağ gicgah nahiyəsinin, alt çənə nahiyəsinin yaraları, sağ diz oynağının və sağ aşıq daban oynağının əzilməsi, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X3 13 dekabr 2021-ci il tarixli, 763 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Şahid bədənində olunan xəsarətlər – alnın sağ nahiyəsinin , sağ qaşaltı nahiyənin yaraları, dilin üst səthinin yarası,hər iki mil bilək oynağının əzilməsi ,küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 764 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – sol çiyin sümüyünün və sol qalça sümüyünün sınığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X3 13 dekabr 2021-ci il tarixli, 765 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər-döş qəfəsinin qağalı travması, sağ X-Xİ qabırğalarının yerdəyişməmiş sınığı, hemopnevmotoraks, döş qəfəsinin sıxılma sindromu,burun sümüyünün sınğı, sol diz oynağının əzilməsi,sol diz oynağının ön səthinin siyriqları, küt alət təsrindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/157 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə “VAZ- 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz C 180” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/1415 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur.Sürücü Zərərçəkmiş şəxs1 avtomobili hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 50 km/saat sürətdən artıq, yəni 55 km/saat sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz C 180” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci həssəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ TBŞ tərəfindən xx.xx.2017-ci ildə verilmiş AE seriyalı 227008 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AD seriyalı 488934 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1998-ci il, “**-OG-*** DAİMLER BENZ C180 dövlət qeydiyat nişanlı Minik markalı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. İşin materiallarında olan X4 tərəfindən verilmiş ƏN-Vİİ 560956 saylı etibarnamədən görünür ki, **-OG-*** DAİMLER BENZ C180 Minik markalı avtomobil idarə etmək səlahiyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sürücü Təqsirləndirilən şəxs verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 dekabr 2021-ci il tarixli, 533 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 05 dekabr 2021-ci il tarixli, 534 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə ayıq olmuşdur İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 06 dekabr 2021-ci il tarixli, 535 saylı protokoldan görünür ki, Şahid həmin tarixdə ayıq olmuşdur İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 06 dekabr 2021-ci il tarixli, 536 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə ayıq olmuşdur İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 06 dekabr 2021-ci il tarixli, 537 saylı protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə ayıq olmuşdur İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Tofiqi kəndində anadan olmuş, kənndə yaşadığı müddətdə özünün nizam intizamlı və tərbiyəli aparmışdır. Kənddə ictimai işlərdə, dövlət tədbirlərində fəal iştirak etmişdir. Onun haqqında nümayəndəliyə heç bir şikayət xarakterli materail daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon, Tofiqi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 15 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1indəə yaşamaqla, ailə tərkibi atası - X5, anası - X2 ibarətdir. İşin materiallarında olan 09 dekabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və İşin materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə məhkəmə istintaq zamanı dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəyə uyğun ifadə vermişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs səmimilik göstərərək təqsirini qismən boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən, zərərçəkmiş şəxslərə ziyanın tam ödənilməməsini isə onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 161 (yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən tələb edilən ziyanla bağlı sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 72-ci bəndində qeyd olunmuşdur ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırkı halda isə mülki iddiaçılar əmlaka dəyən zərərə görə 6160 manat tələb etməklə yanaşı, həmçinin hər biri sağlamlığa dəyən zərərə görə 1500 manat əlavə pul tələb edirlər. Sağlamığa dəyən zərərin isə konkret olaraq 1500 manat olmasına dair məbləğlə bağlı işin materiallarında, o cümlədən mülki iddia ərizəsinin qoşmasında hər hansı sübut mövcud deyil. Həmin məbləğin müəyyənləşdirilməsi isə hazırkı işin məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, müvafiq sübutlarını qoşmaqla yenidən ümumi qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, hazırkı iş üzrə mülki iddia Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 161 (yüz altmış bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-48/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-48/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver