Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-48/2025 16.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 370,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən yaşadığı evdə saxlamış, 15 mart 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan evə həmin tarixdə saat 20:18-dən 20:43-dək baxış keçirilən zaman evin yataq otağındakı çarpayının üzərindən 01 ədəd sellofan torbada təmiz çəkisi 370,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstəmişdir ki, o, təxminən 5 ildir narkotik vasitə istifadə edir. Təxminən bir ay əvvəl 2025-ci ilin fevral ayının ortalarında Ağdaş rayonunun Yuxarı Ləki kəndindən keçən “Ləki arxı” deyilən su kanalının kənarı ilə hərəkətdə olan zaman kanalın kənarında çətənə kollarına bənzər bitkilər görmüş, həmin bitkilərin narkotik tərkibli çətənə kolları olub-olmadığını dəqiqləşdirmək üçün bitkilər olduğu yerə yaxınlaşmış, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bitkilərin yabanı halda bitmiş çətənə kolları olduğunu bilmiş, əvvəlcə onları tam yetişdikdən sonra yarpaqlarını toplayıb həmin yerdə qurudub az-az istifadə etməyi fikirləşmiş, lakin bir neçə gün sonra su kanalında bərpa işləri görülmüş və kənarlardakı ağac və kolların təmizləndiyini görmüş, buna görə də ətrafda heç kim olmayan vaxt həmin yerə gedib çətənə kollarının yarpaqlarını yığıb evə gətirmişdir. Daha sonra heç kimin görməməsi üçün onları yaşadığı evin həyətyanı sahəsinin kənarında kolların arasında qurutmuş, qurutduqdan sonra onları sellofan torbaya yığıb yaşadığı evin istifadə edilməyən yataq otağında çarpayının altında gizlətmişdir. Bundan sonra həmin narkotik vasitədən ara-sıra istifadə etməyə başlamış, 15 mart 2025-ci il tarixdə də həmin narkotik vasitədən istifadə etdikdən sonra sellofan torbanı çarpayının üzərinə qoyub otaqdan çıxmış, saat 20 radələrində qapı döyüldüyünü, qapıya yaxınlaşıb qapını açmış, həmin vaxt 3 nəfər polis əməkdaşının videoçəkiliş vasitəsilə ona özlərini təqdim edib yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı RPŞ-yə məlumat daxil olmuş, buna görə də Ağdaş Rayon Məhkəməsinin qərarı əsasında yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər, o, etiraz etməmişdir. Bundan sonra ona üzərində və yaşadığı evdə narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədlər olub-olmadığı, əgər varsa onları təqdim etməyi təklif edilmiş, polis əməkdaşlarına üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olmasını bildirmiş, polis əməkdaşı ona həmin narkotik vasitəni saxladığı yeri göstərməyini bildirmişdir. Həmin narkotik vasitəni yaşadığı evin yataq otağında saxladığını bildirdikdən sonra göstərdiyi yolla hərəkətə başlamışlar, əvvəlcə evə, sonra isə narktok vasitəni saxladığı yataq otağına daxil olmuşlar, polis əməkdaşı narkotik vasitəni təqdim etməyi bildirmiş, yataq otağındakı çarpayıya yaxınlaşıb çarpayının üzərindən ağ rəngli sellofan torbanı götürüb polis əməkdaşına təqdim edərək içərisində narkotik vasitə olan “nəşə” olmasını bildirmişdir. Polis əməkdaşı həmin narkotik vasitəni haradan əldə etdiyini, başqa şəxslərə satıb-satmadığını və ya pay veribvermədiyini soruşmuş, o, həmin narkotik vasitəni Ləki arxının kənarından yığıb şəxsi istifadə üçün saxladığını, heç kimə satmadığını və ya pay vermədiyini bildirmiş, narkotik vasitədən nə qədər müddət istifadə etməyi soruşulduqda isə təxminən 5-6 ildir ki, istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin torba açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmiş, həmin kütlənin çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 386 qram olduğunu, sonra polis əməkdaşı ona həmin bitki kütləsinin ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürüləcəyini bildirmişdir. Daha sonu həmin bitki kütləsinin sellofan torba ilə birlikdə içərisi boş olan ağ rəngli kağız zərfə qablaşdırılıb, üzərində DİN-in 111 saylı möhürü olan kağız parçaları ilə möhürləndikdən sonra iştirakçılar və özü tərəfindən imzalanaraq götürülmüş, bundan sonra ondan yaşadığı evdə, həyətyanı sahədə başqa narkotik vasitə olubolmadığı soruşulmuş, polis əməkdaşlarına olmadığını bildirmiş, sonra üstü yoxlanılmış, yoxlama zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində siqaret dənəcikləri olan 02 ədəd “Keno” markalı siqaret qutusu, boz rəngli şalvarının sol yan cibindən 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əsginasları, sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd “Nokia” markalı mobil telefon aşkarlanmış, iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Nokia” markalı mobil telefon polis əməkdaşları tərəfindən eyni qaydada qablaşdırılaraq götürülmüş, digər əşyaların isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra polis əməkdaşları yaşadığı evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirmişlər, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə, predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan aşkar olunan bitki kütləsini haradan tapdığını və hansı məqsədlə yaşadığı evdə saxladığını soruşmuşlar, o, həmin bitki kütləsini təxminən 1 ay əvvəl Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisindən keçən Ləki arxının kənarından yığıb istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. Polis əməkdaşları baxışı yekunlaşdırdıqdan sonra onu polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslimi həyata keçirilmiş, təhqiqatçı tərəfindən içərisində narkotik vasitə olan 01 ədəd zərf açılmış, baxış keçirilmiş və yenidən qablaşdırılaraq üzərinin möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmiş, sonra yaşadığı evə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişin onlara nümayiş etdirilmiş, daha sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, axtarış başlamazdan əvvəl ona hüquq və vəzifələrinin izah edilmiş, sonra polis əməkdaşının ona üzərində olan əşyaları təqdim etməyini təklif etmiş, bu təklifdən sonra üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd “Keno” markalı siqaret qutusunu, sol yan cibindən 01 ədəd alışqanı və 01 ədəd bildiriş olan kağızı, boz rəngli şalvarının sol yan cibindən 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əsginaslarını çıxarıb təqdim etmiş, sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa əşya və predmet aşkar edilməmiş, sonra bildiriş, siqaret qutusu, alışqan və pulların iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağı olduğunu, sol ağ ciyərin infiltrativ vərəmi xəstəliyindən əziyyət çəkdiyini bildirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, onun Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi və saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 15 mart 2025-ci il tarixdə saat 20:18-də Ağdaş RPŞ-nin PPXB-in polis nəfəri, polis serjantı Şahid2 və Ağdaş RPŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis mayoru X13 ilə birlikdə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evinin qarşısına gedilmiş, sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, müdafiə hüququnun olması izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı ünvanda narkotik vasitə olmasını bildirmişdir. Ona həmin narkotik vasitəni saxladığı yeri göstərməyini bildirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı evin yataq otağında saxladığını bildirdikdən sonra göstərdiyi yolla hərəkətə başlamışlar, əvvəlcə evə, sonra isə yataq otağına daxil olmuşlar, Təqsirləndirilən şəxs yataq otağındakı çarpayıya yaxınlaşıb çarpayının üzərindən ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan “nəşə” olmasını bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etmiş, başqa şəxslərə satıb-satmadığını və ya pay verib-vermədiyini soruşmuşlar, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Ləki arxanın kənarından yığıb şəxsi istifadəsi üçün saxladığını, heç kimə satmadığını və ya pay vermədiyini bildirmişdir. Sonuncudan narkotk vasitədən nə qədər müddət istifadə etməsi soruşulduqda o, təxminən 5-6 ildir istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin torba açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən edilmiş, həmin kütlənin çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 386 qram olduğu müəyyən olunaraq həmin kütlənin ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahədə başqa narkotik vasitə olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs onlara olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərində iş üzrə əhəmiyyət kəsb etdiyindən 01 ədəd “Nokia” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə, predmet aşkar edilməmişdir. Daha sonra baxışı yekunlaşdırmışlar və Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişdir. İş materiallarında olan Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən içərisində siqaret dənələri olan 02 ədəd “Keno” markalı siqaret qutusunu, sol yan cibindən 01 ədəd alışqanı və 01 ədəd bildiriş olan kağızı, boz rəngli şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əsginaslarını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, yuxarda göstərilənlərdən başqa hər hansı əşya və predmet aşkar olunmamışdır. Daha sonra bildiriş, siqaret qutusu, alışqan və pul əsginasları iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. İş materiallarında olan 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin mənzilinin yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdə saat 20:18-də Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin yaşadığı evdə narkotik vasitə olmasını bildirdi. Ona həmin narkotik vasitəni saxladığı yeri göstərməyi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı evin yataq otağında saxladığını bildirdikdən sonra göstərdiyi yolla hərəkətə başlanılmışdır. Əvvəlcə evə, sonra isə yataq otağına daxil olunmuşdur. Təqsirləndirilən şəxs yataq otağındakı çarpayıya yaxınlaşıb çarpayının üzərindən ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan “nəşə” olmasını bildirmişdir. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi, başqa şəxslərə satıb-satmadığı və ya pay verib-vermədiyi soruşulmuşdur. O, həmin narkotik vasitəni Ləki arxının kənarından yığıb şəxsi istifadəsi üçün saxladığını, heç kimə satmadığını və ya pay vermədiyini bildirmişdir. Narkotk vasitədən nə qədər müddət istifadə etməsi soruşulduqda isə təxminən 5-6 ildir ki, istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin torba açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləsi olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisini müəyyən etmək üçün elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 386 qram olmuşdur. Sonra həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahədə başqa narkotik vasitə olubolmaması soruşulmuşdur, o olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində siqaret dənəcikləri olan 02 ədəd “Keno” markalı siqaret qutusu, boz rəngli şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əsginasları, sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd “Nokia” markalı mobil telefon aşkarlanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Nokia” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, digər əşyalar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə, predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni təxminən 1 ay əvvəl Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisindən keçən Ləki arxının kənarından yığıb istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. İş materiallarında olan 15 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 15 mart 2025-ci il tarixdə saat 20:18-dən saat 20:43-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs Təqsirləndirilən şəxs Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən yaşadığı evin yataq otağındakı çarpayının üzərindən aşkar olunmuş içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan torbanın qablaşdırıldığı kağız zərf polis əməkdaşı tərəfindən təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan torbadakı narkotik vasitə olan “nəşə” dir, özünə məxsusdur, həmin narkotik vasitəni təxminən bir ay əvvəl Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisindən keçən Ləki arxının kənarından yığaraq əldə etmişdir. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Bundan sonra həmin sellofan torba yenidən polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra təqdim olunmuş digər zərf polis əməkdaşı tərəfindən açılmış və içərisində 01 ədəd “Nokia” markalı mobil telefon olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu və üzərindən aşkar olunduğunu bildirmişdir. Həmin mobil telefon da polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra video görüntüdən ibarət 01 ədəd DVD disk “HP” markalı kompyuterin DVD-Romuna yerləşdirilmişdir. Daha sonra «My computer» pəncərəsində açıldıqda “VİD_20250315_201816.mp4” adlı video görüntü açılmışdır. 25 dəqiqə 22 saniyədən ibarət olan görüntünün 02:47 dəqiqəsində Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı çarpayının üzərindən 01 ədəd sellofan torbada narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 386 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində siqaret dənələri olan 02 ədəd “Keno” markalı siqaret qutusu, boz rəngli şalvarın sol yan cibindən 01 ədəd 10 manatlıq, 01 ədəd 5 manatlıq, 01 ədəd 1 manatlıq pul əsginasları, sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd “Nokia” markalı mobil telefon aşkarlanmışdır. Aşkar olunmuş mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Digər əşyalar iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına və həyətyanı sahəyə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı maddə, predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni təxminən 1 ay əvvəl Ağdaş rayonu, Yuxarı Ləki kəndi ərazisindən keçən Ləki arxının kənarından yığıb istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 mart 2025-ci il tarixli 17/243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız bağlamanın içərisindəki digər 01 (bir) ədəd kağız bağlamanın içərisində olan 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi-370,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazıranmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 aprel 2025-ci il tarixli 499 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 08 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X6, övladları X9, X8 və X7 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-12-32/2-115/2025 nömrəli 18 mart 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə dolunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 avqust 2013-cü il təvəllüdlü X8, 11 iyul 2012-ci il təvəllüdlü X9 və 20 avqust 2017-ci il təvəllüdlü X11 adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan ŞA 000843 nömrəli 06 mart 2015-ci il tarixli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X18 Birliyi vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs nənəsi X10 şəhid ailəsi statusu verilib. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ləki kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 iyun 2025-ci il tarixli arayışından görünür ki, X14 nəvəsi xx xxxxxxxx 1989-cu il təvəllüdlü X12 xəstə olduğu üçün uzun müddətdir ona baxır və qulluq edir. İş materiallarında olan 09 iyun 2025-ci il tarixli 04 nömrəli X2 arayışdan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixindən “Sol ağ ciyərin İnfiltrativ vərəmi, dağılma mərhələsi” diaqnozu ilə X3 qeydiyyata götürülmüşdür. Hal hazırda Təqsirləndirilən şəxs “Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlaməti” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 15 mart 2025ci il tarixdən 17 mart 2025-ci il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vərəm xəstəliyindən əziyyıt çəkməsini, şəhid anasının himayəsində yaşamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 369.80 qram qalığı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 19 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 209 (iki yüz doqquz) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması cəzasına iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübut - Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə təmiz çəkisi 369.80 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 19 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 209 (iki yüz doqquz) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-48/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-48/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver