Məhkəmə qərarları › İş №1(014)-49/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-49/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-49/2023 04.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1978-ci ildə Ucar rayonunun Şahlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonunun Şahlıq kəndində qeydiyyatda olan və Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində yaşadıqları Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağac budağı ilə 2 dəfə qəsdən baş nahiyəsindən vuraraq ona qəsdən sağlamlığa yüngül zərər vuran - beyin silkələnməsi, sol ənsə nahiyəsinin şişkinliyi (hematoması) xəsarətlərini yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahlarından 3 qız övladlarının olduğunu, ailə qurandan sonra 2017-ci ildən Bakı şəhəri Şüvəlan kəndində yaşadıqlarını, 2017-ci ildə Nəzakətin başqa şəxslərlə danışmasını biləndən sonra Nəzakətdən ayrıldığını, rəsmi boşanmasalar da ayrı yaşamağa başladıqlarını, ilk vaxtlar uşaqlardan ikisinin anasında, böyük qızı Aminənin isə onunla qaldığını, lakin sonradan Aminənin də anası ilə yaşamaq istəməsinə görə anasına verdiyini, övladlarına görə hər ay Nəzakətə 300 manat aliment ödədiyini, təxminən 4 ay bundan əvvəl ailədə müəyyən problemlərin olmasını eşitdiyini, qızı Aminə ilə əlaqə saxladığını, Aminənin də ona “Nəzakət yenə başqa şəxslə ünsiyyət edir” deyə bildirdiyini, bundan sonra Ağdaş rayonu Yuxarı Ləki kəndinə Nəzakətin övladları ilə yaşadığı evə gəldiyini, evin həyətində başqa bir köhnə ev olduğunu, orada yaşamağa başladığını, Nəzakətin uşaqlara nəzarət etmədiyini, onların tərbiyəsi ilə məşğul olmadığını, qızı Aminənin də başqa şəxslərlə telefon əlaqəsi saxlamasını gördüyünü, Nəzakətin marketdə satıcı işlədiyini, ona “mən qazanıb ailəyə baxacam, sən də marketdən çıx gəl otur evdə uşaqların tərbiyəsi ilə məşğul ol” deyə bildirdiyini, lakin Nəzakətin işdən çıxmadığını, ona görə aralarında mübahisələr baş verdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2023-cü il tarixdə baş verdiyini, belə ki həmin günü səhər saat 08:20 radələrində Aminənin evdən çıxıb rayon mərkəzinə getmək istədiyini, özünün də Aminədən hara getməsini soruşduğunu, Nəzakətin də “Aminəni kompüter kursuna yazdırmışam, kursa gedəcək” deyə bildirdiyini, Nəzakətə “mən qızı evə yığmaq istəyirəm, sən də özün marketə gedib qızı təkbaşına rayon mərkəzinə göndərirsən, elə sənsən Aminənin tərbiyəsini korlayan, özün də əxlaqsızsan, azyaşlı qızını da əxlaqsız öyrədirsən” deyə bildirdiyini, həmin vaxt Nəzakətin səs-küy salaraq onunla mübahisə etməyə başladığını və ona “həyat mənimdir, özüm bilərəm necə yaşayaram” deyə bildirdiyini, Nəzakətin bu sözündən əsəbləşib əlində olan ağac budağı ilə Nəzakətin baş nahiyəsindən 2 dəfə qəsdən vurduğunu, Nəzakətin də qaçıb oradan uzaqlaşdığını və Azərbaycan Respublikası DİN-in “102” Xidməti - Zəng mərkəzi sisteminə müraciət edərək onun barəsində şikayət etdiyini və işlədiyi marketə çıxıb getdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa qızı Aminənin olduğunu, Zərərçəkmiş şəxs ona xəsarət yetirmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onun övladlarının tərbiyəsinə mənfi təsir etdiyi üçün onu vurmuşdur. Buna görə də ona cəza verilməməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahlarından 3 azyaşlı 3 qız övladlarının olduğunu, təxminən 4 ildir ki, ər-arvad kimi yaşamadıqlarını, ayrı yaşadıqlarını, əri Əlvanın Bakı şəhərində işləyib orada yaşadığını, özünün də Ağdaş rayonu Yuxarı Ləki kəndində qohumunun evində yaşayıb marketdə satıcı işləyib övladlarına baxdığını, böyük qızı Şahid nəzarətsizlikdən istifadə edib öz həmyaşıdı oğlanlarla danışdığını, bu barədə ailələrində narazılıqlar yarandığını, Əlvanın da ona görə Bakı şəhərindən gəlib onların yaşadığı evin həyətində olan digər tikilidə yaşadığını, Əlvan gələndən sonra aralarında tez-tez mübahisələrinin baş verdiyini, Əlvanın onu qızının tərbiyəsi ilə məşğul olmamaqda, əxlaqsızlıqda günahlandırdığını, bu səbəbdən aralarında dəfələrlə mübahisələrinin baş verdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2023-cü il tarixdə baş verdiyini, belə ki, həmin günü təxminən saat 08:20 radələrində evdən çıxıb işə getmək istədiyini, həmin vaxt qızı Aminənin ona “mənə pul ver, mən “Region” kursuna yazılmışam” deyə bildirdiyini, özünün də pul vermədiyini və “özüm gəlib səni aparacam kursa” deyə bildirdiyini, Aminədən kursun müəlliminin nömrəsini götürdüyünü, müəllimlə danışdığını, müəllimin “Aminə kursa yazılıb, lakin valideynləri gəlib təsdiq etməlidir” deyə bildirdiyini, özünün də yaxın zamanda kursa gələcəyini bildirdiyini, həmin vaxt Əlvanın əlində ağac budağı ilə pilləkənlə yuxarı qalxdığını, ona “qızın tərbiyəsini pozan sənsən, qıza pul verib ora bura göndərirsən” deyə bildirdiyini, həmin vaxt Əlvanın Aminənin üstünə getdiyini, özünün də ona “Aminə ilə işin olmasın onu mən kursa yazdıracam ki, gedib təhsil alsın” deyə bildirdiyini, Əlvanın yenə ona əxlaqsız deyib Aminənin də tərbiyəsini pozduğunu deyəndə ona “sənsən Aminəyə pul verib onun tərbiyəsini pozan” deyə bildirdiyini, həmin vaxt aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı Əlvanın əlində olan ağac budağı ilə onun baş nahiyəsindən iki dəfə zərbə ilə vurduğunu, onun əlindən çıxıb qaçdığını, həyətdən çıxarkən Azərbaycan Respublikası DİN-in 102 Xidməti - Zəng mərkəzi sisteminə müraciət edib Əlvan barəsində şikayət etdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evin pilləkənində baş verdiyini və təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa qızı Aminənin olduğunu, Təqsirləndirilən şəxs vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 67 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində xəsarətlər - beyin silkələnməsi, sol ənsə nahiyəsinin şişkinliyi (hematoması) küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəmsinin 13 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət işinin icraatına xitam verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ucar rayon İcra hakimiyyəti başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ucar rayon İcra hakimiyyəti başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21 fevral 2023-cü il tarixli, № 82 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar rayonu, Şahlıq kəndinə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı - Zərərçəkmiş şəxs (1988-ci il təvəllüdlü); qızı – Şahid (2008-ci il təvəllüdlü); qızı – X2 (2010-cu il təvəllüdlü); qızı – X3 (2014-cü il təvəllüdlü). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində ikisi azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan övladının olmasını, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilməsi isə şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Ucar rayonlarının ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Ucar rayonlarının ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar