Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-49/2024 08.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X4 və Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olan, barəsində hazırki iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri, başqa işlə əlaqədar həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, xeyli miqdarda, yəni 6,05 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 17:23-dən 17:40-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,32 qram və 2,73 qram, ümumi təmiz çəkisi 6,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər də narkotik vasitələrdən istifadə etmişdir. 15 yanvar 2024-cü il tarixdə Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığında olan su arxının kənarı ilə gedən vaxt yerdən 02 ədəd kibrit qutusu tapmış, həmin kibrit qutularını açıb içərisinə baxmış, içərisində yaşıl rəngli bitki kütləsinin olmasını görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kibrit qutularının içərisindəki maddənin narkotik vasitə olan “nəşə” olmasını anlamış, istifadə etməyi üçün üzərində saxlamışdır. 17 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “köhnə xəstəxana”nın qarşısında piyada dayanarkən Ağdaş RPŞnin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Ağdaş RPŞ-yə dəvət etmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olubolmaması soruşulmuş, əgər varsa təqdim etməyi təklif edilmişdir. Əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd 50 manat, 01 ədəd 20 manat, 01 ədəd 10 manatlıq pul əskinaslarını və 02 ədəd 10 qəpik, 01 ədəd 20 qəpik dəmir pulları, həmin şalvarın sol arxa cibindən avtomobil açarını, həmin şalvarın sağ arxa cibindən 01 ədəd 10 manat pul əskinasını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir əşya və predmet aşkar olunmamışdır. Kibrit qutularının içərisində narkotik vasitə olan “nəşə” olmuşdur. Kibrit qutularına baxış zamanı içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Kibrit qutularının təxmini çəkiləri müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, təxmini çəkiləri 4,74 qram və 5,02 qram olması müəyyən edilmiş, 02 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmişdir. Digər əşyalar özünə qaytarılmışdır. Daha sonra videoçəkiliş sonlandırılmış, protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Həmin kibrit qutularındakı bitki kütləsi narkotik vasitə olan marixuanadır. Narkotik vasitələrin satışı ilə məşğul deyil. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin narkotik vasitəni 2 gün bundan əvvəl Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığında olan su arxının kənarı ilə gedən vaxt yerdən 02 ədəd kibrit qutusunda tapmışdır. Narkotik vasitə istifadə etdiyi üçün həmin narkotik vasitəni üzərində saxlamış, şəxsi axtarış və götürmə keçirilən zaman həyacanlı olduğundan polis əməkdaşı ikinci dəfə içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını haradan tapdığını soruşanda səhv cavab vermişdir. Əslində içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığından keçən su arxının kənarından biri digərindən təxminən 1 metr uzaqlıqda tapmışdır. Şəxsi axtarış və götürmə keçirilən zaman həmin fikirdə narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını arxın kənarından yerdən yığdığını-tapdığını söyləmək istəmişdir. Mobil telefon işlətmədiyi üçün mobil telefon nömrəsi də yoxdur. Həmin kütlə ona məxsusdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, o, əvvəllər kokos və marixuana istifadə etmişdir. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı və yaşlı anası olmaqla, evin yeganə gəlir gətirənidir. Ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024cü il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində-köhnə xəstəxananın qarşısında Məhəmmədi saxlamışlar və özlərini təqdim etdikdən sonra Məhəmmədə üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu söyləmişlər. Bundan sonra Məhəmmədi RPŞ-nə dəvət etmişlər. Məhəmməd də onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmiş, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Məhəmməddən üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi söylənilmişdir. Şəxsi axtarış zamanı Məhəmməd əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd 50 manat, 01 ədəd 20 manat, 01 ədəd 10 manatlıq pul əskinaslarını və 02 ədəd 10 qəpik, 01 ədəd 20 qəpik dəmir pulları, həmin şalvarın sol arxa cibindən avtomobil açarını, həmin şalvarın sağ arxa cibindən 01 ədəd 10 manat pul əskinasını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Məhəmmədin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç əşya və predmet aşkar olunmamışdır. Kibrit qutularına baxış zamanı içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Kibrit qutularının təxmini çəkiləri müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, təxmini çəkiləri 4,74 qram və 5,02 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin qutular zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar zərfə imza etmişlər. Sonra polis əməkdaşı Məhəmməddən həmin maddənin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuş, Məhəmməd həmin maddənin narkotik vasitə olan marixuana-“nəşə” olmasını və iki gün bundan əvvəl Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığında olan su arxının kənarı ilə gedən vaxt yerdən 02 ədəd kibrit qutusunda tapdığını, həmin kibrit qutularını açıb içərisinə baxdığını, içərisində yaşıl rəngli bitki kütləsini olmasını gördüyünü, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kibrit qutularının içərisindəki kütlənin narkotik vasitə olan “nəşə” olmasını anladığını, istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Protokol tərtib edilmiş, ucadan oxunmuş, şəxsi axtarış başa çatmışdır. Proses iştirakçıları həmin protokolu imzalamışlar. İlkin sorğu zamanı Məhəmməd üzərindən aşkar edilmiş narkotik vasitəni, iki gün bundan əvvəl Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığında olan su arxının kənarı ilə gedən vaxt yerdən 02 ədəd kibrit qutusu tapdığını, həmin kibrit qutularını açıb içərisinə baxdığını, içərisində yaşıl rəngli bitki kütləsini olmasını gördüyünü, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kibrit qutularının içərisindəki kütlənin narkotik vasitə olan “nəşə” olmasını bildiyini, istifadə etməyi üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri işləyir. 17 yanvar 2024-cü il tarixdə Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1la birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində-köhnə xəstəxananın qarşısında Məhəmmədi saxlamışlar və özlərini təqdim etdikdən sonra Məhəmmədə üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu söyləmişlər. Bundan sonra Məhəmmədi RPŞ-nə dəvət etmişlər. Məhəmməd də onlarla birlikdə Ağdaş RPŞ-nə gəlmiş, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Məhəmməddən üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi söylənilmişdir. Şəxsi axtarış zamanı Məhəmməd əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd 50 manat, 01 ədəd 20 manat, 01 ədəd 10 manatlıq pul əskinaslarını və 02 ədəd 10 qəpik, 01 ədəd 20 qəpik dəmir pulları, həmin şalvarın sol arxa cibindən avtomobil açarını, həmin şalvarın sağ arxa cibindən 01 ədəd 10 manat pul əskinasını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Məhəmmədin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç əşya və predmet aşkar olunmamışdır. Kibrit qutularına baxış zamanı içərisində yaşıl rəngli xüsusi iyə malik, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Kibrit qutularının təxmini çəkiləri müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, təxmini çəkiləri 4,74 qram və 5,02 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin qutular zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar zərfə imza etmişlər. Sonra polis əməkdaşı Məhəmməddən həmin maddənin nə olduğunu və onu haradan əldə etdiyini soruşmuş, Məhəmməd həmin maddənin narkotik vasitə olan marixuana-“nəşə” olmasını və iki gün bundan əvvəl Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığında olan su arxının kənarı ilə gedən vaxt yerdən 02 ədəd kibrit qutusunda tapdığını, həmin kibrit qutularını açıb içərisinə baxdığını, içərisində yaşıl rəngli bitki kütləsini olmasını gördüyünü, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kibrit qutularının içərisindəki kütlənin narkotik vasitə olan “nəşə” olmasını anladığını, istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Protokol tərtib edilmiş, ucadan oxunmuş, şəxsi axtarış başa çatmışdır. Proses iştirakçıları həmin protokolu imzalamışlar. İlkin sorğu zamanı Məhəmməd üzərindən aşkar edilmiş narkotik vasitəni, iki gün bundan əvvəl Ağdaş rayonu, Zeynəddin kəndində yerləşən heyvan bazarının yaxınlığında olan su arxının kənarı ilə gedən vaxt yerdən 02 ədəd kibrit qutusu tapdığını, həmin kibrit qutularını açıb içərisinə baxdığını, içərisində yaşıl rəngli bitki kütləsini olmasını gördüyünü, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin kibrit qutularının içərisindəki kütlənin narkotik vasitə olan “nəşə” olmasını bildiyini, istifadə etməyi üçün üzərində saxladığını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Məhəmməd üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu, əynində olan həmin şalvarın sağ yan cibindən 01 ədəd 50 manat, 01 ədəd 20 manat, 01 ədəd 10 manatlıq pul əskinaslarını və 02 ədəd 10 qəpik, 01 ədəd 20 qəpik dəmir pulları, həmin şalvarın sol arxa cibindən avtomobil açarını, həmin şalvarın sağ arxa cibindən 01 ədəd 10 manat pul əskinasını təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərində şəxsi aaxtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya aşkar olunmamış, sonra kibrit qutuları açılmış, içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələr mövcud olmuş, daha sonra həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 4,74 qram və 5,02 qram olmuş, içərilərində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütlələri olan kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, sorğu-sual aparılmış, şəxsi axtarış Samsung markalı kameradan istifadə olunmaqla həyata keçirilmiş, çəkiliş barədə iştirakçılar xəbərdar edilmiş, çəkiliş lenti 01 ədəd “DVD” markalı diskdə protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 18 yanvar 2024-cü il tarixli, 17/64 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan yaşıl rəngli bitki kütləsi.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (bir) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri – 3,32 qram və 2,73 qram, ümumi çəkiləri – 6,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 140 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 68.1, 68.1.1-1 və 66.2-ci maddələrinə əsasən 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və 19 aprel 2022-ci ildə cəzanın sonu ilə cəzadan azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 aprel 2023-cü ildə cəzanın sonu ilə azad edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 1(014)- 101/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdulaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1, 68.1.1-1, 66.2-ci maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla bir il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, az ciddi cəza olan bir il müddətə azadlıqdan məhrum etmə cəzası daha ciddi cəza olan bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilərək qəti cəza 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(014)-31/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(107)-235/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 1(014)-31/2024 hömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 01 fevral 2024-cü il tarixli, 5-32-12/2- 94/2-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - anası 1959-cu il təvəllüdlü X7, arvadı 1997-ci il təvəllüdlü X5, övladları 2016-cı il təvəllüdlü X6 və 2018-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 01 fevral 2024-cü il tarixli, 5-32-12/2- 94/1-2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 29 yanvar 2024-cü il tarixli, 18-1-22/2-135/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 17 yanvar 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə saat 17:16-da şübhəli şəxs qismində tutulmuş, 19 yanvar 2024-cü il tarixdə saat 13:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayəti etiraf edərək, əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 68.1, 68.1.1-1, 66.2-ci maddələrinə əsasən 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, 19 aprel 2022-ci ildə cəzanın sonu ilə azad olunmasını və həmin tarixdən 2 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda Təqsirləndirilən şəxs iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(014)- 31/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, həmçinin Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır və Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 5,95 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 19 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 114 (yüz on dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(014)-31/2024 saylı hökmü ilə ona təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, həmçinin Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdən 16 noyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 5,95 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 19 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 114 (yüz on dörd) manat pul köçürülməlidir. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-49/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-49/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver