Məhkəmə qərarları › İş №1(014)-5/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-5/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-5/2020 22.01.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi x1 Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Ağdaş şəhəri S.Salehov küçəsi ev 5-də yaşayan, barəsində 16.09.2019-cu il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 yanvar 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, o, 07.09.2019-cu il tarixdə saat 01:00 radələrində Ağdaş şəhəri Ü.Hacıbəyov küçəsi ev 11-də yaşayan Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən saxlanc yeri olan adsız mağazasının qapısının qıfılını sındırmaq yolu ilə qanunsuz içəri daxil olaraq oradan 01 ədəd 550 manat dəyərində samovarı gizli talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, arada bir fəhləlik edib 3-5 manat pul qazanmaqla dolandığını, Zərərçəkmiş şəxs tanıdığını, əvvəllər onunla aralarında heç bir söz-söhbətin və narazılığın olmadığını, 07.09.2019-cu il tarixdə gecə saat təxminən 01 radələrində evə gələn zaman pivə içdiyini, içkili olduğunu, Zaurun Ağdaş şəhəri SU-18 qəsəbəsində mağazası olduğunu, həmin mağazada Zaurun yas mərasimlərində istifadə etmək üçün kirayə çadır, qab-qacaq və s. əşyaları verdiyini, mağazanın qapısını açıb içəri daxil olduğunu, mağazanın qapısı açıq olduğunu, ayağına samovarın dəydiyini, samovarı götürüb özü ilə apardığını, başqa heçnə götürmədiyini, samovarın yol ilə gedərək altı və qulplarının qırılıb düşdüyünü, samovarı sürütləyərək evinə apardığını, evinin həyətində otlaq sahəsində valideynlərininhəmin samovarı görməməsi üçün gizlətdiyini, sonra isə həmin samovarı aparıb satmaq məqsədi ilə balta ilə doğradığını, lakin əməlindən peşman olduğunu, həmin samovarın təxminən 40 litrlik samovar olduğunu, mağazanın qapısının örtülü olduğunu, lakin zamokunun bağlanmadığını, qapını açıb içəri daxil olduğunu, oğurluq etməyi barədə heç kəsə məlumat vermədiyini, bu barədə də heç kəsin məlumatının olmadığını, ona qarşı heç bir təzyiq olmadığını göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Ağdaş şəhəri H.Əliyev prospektində kirayə sexinin olduğunu, həmin sexdə yas mərasimləri üçün kirayə çadır, stol, stul verdiyini, bununla bağlı VÖEN-in də olduğunu, 06.09.2019-cu il tarixdə saat təxminən 13 radələrində obyekti bağlayıb getdiyini, 07.09.2019-cu il tarixdə saat təxminən 13 radələrində obyektə gəldiyini, obyektə daxil olan zaman samovarımın yerində olmadığını gördüyünü, həmin samovarın təxminən 5 il bundan əvvəl aldığını, həmin samovarın 40 litrlik mis-latun qarışığı olan samovar olduğunu, həmin samovarı 5 il bundan əvvəl 550 manata aldığını, hazırda həmin samovarın qiymətinin bahalaşdığını və 700 manat olduğunu, qapının aşağısının qıfıl yerinin çıxarıldığını gördüyünü və oğurluq olduğunu başa düşdüyünü, qalan əşyalarının hamısının yerində olduğunu, bundan sonra özü oğurluq edən şəxsi və ya şəxsləri axtarmağa başladığını, lakin tapa bilmədiyini, buna səbəblə də 14.09.2019-cu il tarixdə gəlib polisə bu barədə ərizə ilə müraciət etdiyini, obyektindən 06.09.2019-cu il tarixdən 07.09.2019-cu il tarixə keçən gecə oğurluq edildiyini, mağazasından 700 manat dəyərində bir ədəd samovarın oğurlandığını, samovarının 40 litrlik olduğunu, mis-latun qarışığı olduğunu, samovarın başı, yəni odluq yerinin qapaq istiqamətindən yandığını, həmin yerə yenidən mis kasa alaraq mis kasanın altını qopardıb, yumru hala salıb samovarın başına svarkalatdığını, obyektinin giriş qapısının qıfılı sındırılmaqla oğurluq olduğunu, şübhələndiyi heç bir şəxsin olmadığını göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 Rəsul oğlu ifadəsində Şahid2 Bəhram oğlunun onun doğma oğlu olduğunu, 14.09.2019-cu il tarixdə Bəhmanın oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlandığını eşitdiyini, Bəhmannın samovar oğurladığını sonradan eşitdiyini, lakin onun oğurluq etməsi barədə məlumatının olmadığını, Bəhman ifadəsində Zaur adlı şəxsin obyektindən 01 ədəd samovar oğurlayaraq yaşadığı evin həyətində balta ilə parçalamasından xəbərinin olmadığını, bu barədə heçnə deyə bilmədiyini, Zaur adlı şəxsi də Ağdaş sakini kimi üzdən tanıdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 Niyazi qızı da iş üzrə şahid qismində dindirilmiş Şahid2 Rəsul oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26sentyabr 2019-cu il tarixli 240048 saylı rəyində göstərilmişdir ki, qərarda göstərilən samovarın 40 litr tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla, zədələnməmişdən əvvəl istifadəyə yararlı vəziyyətdə 2019-cu ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablanma yolu ilə təxminən 550,00 manat müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 25 noyabr 2019-cu il tarixli 1217 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər x3 üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında “ protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.09.2019-cu il tarixdə saat 17:45 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə qərardan görünür ki, 16.09.2019-cu il tarixə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə MSY-dən azad olunmuşdur. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi 03 ədəd hissəyə parçalanmış samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Rеspublikasının Cinayət Prоsеssual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən еkspеrtə vеrilməli оlan məbləğ məhkəmə məsrəflərinə aid оlduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qоyula bilər. İş matеriallarında оlan Azərbaycan Rеspublikası Ədliyyə Nazirliyinin Məhkəmə Еkspеrtizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış еkspеrtiza tədqiqatının dəyəri 50 manat təşkil еdir, həmin məbləğ Təqsirləndirilən şəxs оğlundan tutulub dövlət nəfinə kеçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən оlunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14.09.2019-cu il tarixdən 16.09.2019-cu il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11(on bir) ay 26 gün (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 07:00-dək Ağdaş şəhəri S.Salehov küçəsi ev 5-də yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 03 ədəd hissəyə bölünmüş samovarın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar