Məhkəmə qərarları › İş №1(014)-5/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-5/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-5/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, himayəsində iki azyaşlı övladı olan, Ağdaş rayon Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də qeydiyyatda olan və yaşayan, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 234.1 və 237.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də yerləşən evinin həyətyanı torpaq sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 03 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 20,83 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini kauçuk qabda, 02 ədəd narkotik tərkibli çətənə bitkilərini torpaqda qanunsuz olaraq 2020-ci ilin iyul ayının əvəllərində əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 02 avqust 2020-ci il tarixdə saat 10:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri Ağdaş rayonu Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də yerləşən evinin həyətyanı torpaq sahəsində aşkar edilərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də yerləşən həyətində əkdiyi narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb qurudaraq kustar üsulla hazırlanmış təmiz çəkiləri 4.03 qram, 1.38 qram, 1,75 qram, 0,54 qram, 0,46 qram, 1,50 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 9,66 qram olan qurudulmuş marixuanaları 06 ədəd kağız bükümdə həyətində olan çay daşlarının içərisində və hamamın içərisində olan gödəkcənin ciblərində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış 02 avqust 2020ci il tarixdə saat 10:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin 06 ədəd bükümdə olan qurudulmuş marixunalar Ağdaş rayonu, Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də yerləşən evinin həyətyanı torpaq sahəsində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində, əvvəllər məhkum olunmadığını, narkotik vasitə olan qurudulmuş marixunadan istifadə etdiyini, təxminən bir ay əvvəl Ağdaş rayon Ləki qəsəbəsi M.Mustafayev küçəsi 3/1 ünvanında yerləşən yaşadığı evin həyətində özündə olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını 1 ədədi dibçəyə və 2 ədədini isə yerə əkdiyini, hər bir gündən bir yaşadığı həyətdə əkdiyi narkotik tərkibli bitkiləri suvardığını, dibini yumşaltdığını və qulluq etdiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 10-00 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkməyi və istifadə etməyi barədə məlumat olduğunu söylədiklərini, həmin vaxt onlara həqiqətən də yaşadığı evin həyətində dibçəkdə və yerdə narkotik tərkibli bitkilər əkdiyini etiraf etdiyini, daha sonra yaşadığı evin həyatyanı sahəsinə iki nəfər hal şahidlərinin və aqronomun iştirakları ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətindən bir ədəd dibçəyə əkilmiş hündürlüyü 67 sm və iki ədəd torpağa əkilmiş hündürlükləri 43 sm və 60 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardıldığını, daha sonra yaşadığı evin həyətində yerləşən hamamda gödəkcəsinin cibində qurudulmuş marixuna olmasını etiraf etdiyini, bundan sonra hal şahidlərinin iştirakları ilə hamama baxış keçirildiyini, baxış zamanı hamamda olan ona məxsus qara rəngli gödəkcənin sağ yan cibindən 4 ədəd kağız bükümlər aşkar olunduğunu, həmçinin də, həmin gödəkcənin sol yan iç cibindən siqaret qutusunun içərisindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra onun yaşadığı evin həyətində olan çay daşlarının arasından 1 ədəd kağız büküm aşkar olunduğunu, daha sonra həmin kağız bükümlərin açıldığını və içərilərindən yaşıl rəngli kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələrinin aşkar edildiyini, sonradan həmin bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 0,65 qram, 0,74 qram, 2.1 qram, 2.13 qram, 3,69 qram və 11,46 qram olduğunu, daha sonra aşkar edilmiş narkotik tərkibli kollar və bitki kolları kağız zərflərə qablaşdırıldığını, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, sonra bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, yaşadığı evin həyətindəki aşkar edilmiş narkotik tərkibli kolları təxminən bir ay bundan əvvəl özü istifadə etmək məqsədilə əkdiyini, həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı qəsəbənin yaxınlığında yerləşən boş sahədən yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını, heç kimə narkotik vasitə satmadığını, yaşadığı evin həyətindəki hamamda olan gödəkcənin cibindən və yaşadığı evin həyətində olan çay daşlarının içərisindən aşkar olunmuş bükümlərdə olan narkotik tərkibli bitki kütlələrini yaşadığı evin həyətində əkdiyi çətənə ağaclarından qurudub saxladığını, həmin qurudulmuş marixuanaları özü istifadə etmək üçün saxladığını, çətənə kollarını əkməyindən ailə üzvlərinin məlumatı olmadığını, həyətyanı sahədə özündən başqa heç kimin işləmədiyini, ona görə də narkotik tərkibli çətənə kollarının əkilməsindən ondan başqa heç kimin məlumatı olmadığını, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini göstərmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində, Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi M.Mustafayev 3/1 ünvanında yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi və saxlaması barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞnin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları iə birlikdə onun yaşadığı ünvana getdiklərini, həmin zaman saat 10 radələri olduğunu, həyət qapısından Təqsirləndirilən şəxs çağırdıqlarını, bu zaman Rəşadın qapıya çıxdığını və ona həyətində narkotik tərkibli bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiyiklərini bildirdiklərini, Rəşadın da buna heç bir etiraz etmədiyini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə iki nəfər hal şahidi kimi iştirak edən şəxsin, aqranom Şahid3 və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Rəşadın yaşadığı evin həyətindən 01 ədəd dibçəyə əkilmiş hündürlüyü 67 sm və 02 ədəd torpağa əkilmiş hündürlükləri 43 sm və 60 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardıldığını, daha sonra baxış zamanı Rəşadın yaşadığı evin həyətində yerləşən hamamda olan Rəşada məxsus qara rəngli gödəkcənin sağ yan cibindən 4 ədəd kağız bükümlər aşkar olunduğunu, həmçinin də, həmin gödəkcənin sol yan iç cibindən siqaret qutusunun içərisindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra Rəşadın yaşadığı evin həyətində olan çay daşlarının arasından 1 ədəd kağız büküm aşkar olunduğunu, daha sonra həmin kağız bükümlərin açıldığını və içərilərindən yaşıl rəngli kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələrinin aşkar edildiyini, sonradan həmin bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 0,65 qram, 0,74 qram, 2.1 qram, 2.13 qram, 3,69 qram və 11,46 qram olduğunu, daha sonra aşkar edilmiş narkotik tərkibli kolların və bitki kollarının kağız zərflərə qablaşdırıldığını, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, sonra bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra Rəşada Ağdaş RPŞ-də dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, Rəşadın da Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən cəmi 3 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli kolları təxminiən bir ay bundan əvvəl özü istifadə etmək məqsədilə əkdiyini bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs əkdiyi narkotik tərkibli kolların toxumlarını yaşadığı qəsəbənin yaxınlığında yerləşən boş sahədən yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını bildirdiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki hamamda olan gödəkcənin cibindən və yaşadığı evin həyətində olan çay daşlarının içərisindən aşkar olunmuş bükümlərdə olan narkotik maddələri ilkin sorğu zamanı yaşadığı evin həyətində əkdiyi çətənə ağaclarından özü istifadə etmək məqsədi ilə qurudub saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs həyətinə baxış keçirilən zaman orada polis əməkdaşlarının, hal şahidlərinin və aqranomun olduğunu göstərmişdir.. Məhkəmədə şahid qismində ifadə verən Şahid2 və Şahid4 Hüseyn oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 10 radələrində Ağdaş rayonu Ləki Qəsəbəsində olan zaman iki nəfər polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş rayonu Ləki Qəsəbəsində yaşayan bir nəfər şəxsin sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, ondan başqa bir nəfər şəxsi sonradan adının Asif oğluğunu bildiyi şəxsi də, hal şahidi kimi iştirak etmək üçün dəvət edildiyini, polis əməkdaşlarının Rəşadın yaşadığı ünvana gedərək ona narkotik vasitələrin əkilib becərilməsi və saxlanılmasında şübhəli olduğunu və həyətinə baxış keçirmək istdiklərini bildirdiklərini, Rəşadın da etiraz etmədiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və həyətyanı sahəsinə onun, digər hal şahidinin və aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Rəşadın yaşadığı evin həyətindən 01 ədəd dibçəyə əkilmiş hündürlüyü 67 sm və 02 ədəd torpağa əkilmiş hündürlükləri 43 sm və 60 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardıldığını, daha sonra baxış zamanı Rəşadın yaşadığı evin həyətində yerləşən hamamda olan Rəşada məxsus qara rəngli gödəkcənin sağ yan cibindən 4 ədəd kağız bükümlər aşkar olunduğunu, həmçinin də, həmin gödəkcənin sol yan iç cibindən siqaret qutusunun içərisindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra Rəşadın yaşadığı evin həyətində olan çay daşlarının arasından 1 ədəd kağız büküm aşkar olunduğunu, bundan sonra həmin kağız bükümlərin açıldığını və içərilərindən yaşıl rəngli kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələrinin aşkar edildiyini, sonradan həmin bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 0,65 qram, 0,74 qram, 2.1 qram, 2.13 qram, 3,69 qram və 11,46 qram olduğunu, daha sonra aşkar edilmiş narkotik maddələrin və bitki kollarının kağız zərflərə qablaşdırıldığını, daha sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, Sonra bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən cəmi 3 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli kolları təxminiən bir ay bundan əvvəl özü istifadə etmək məqsədilə əkdiyini bildirdiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki hamamda olan gödəkcənin cibindən və yaşadığı evin həyətində olan çay daşlarının içərisindən aşkar olunmuş bükümlərdə olan narkotik maddələri yaşadığı evin həyətində əkdiyi çətənə ağaclarından yığıb özü istifadə etmək məqsədi ilə qurudub saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs həyətinə baxış keçirilən zaman orada polis əməkdaşları, özü, digər hal şahidi və aqranomun olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində, X15 X1 rayon X7 baş aqranom işlədiyini, xx.xx.2020-ci il tarixdə il tarixdə onu RPŞ-nə dəvət edərək Ağdaş rayonu Ləki Qəsəbəsi M.Mustafayev 3/1 ünvanında yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun həyətyanı sahəsinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyini xahiş etdiklərini, etiraz etmədiyini, bundan sonra ona hüquqları izah edildiyini, daha sonra Ağdaş rayon X11 İsmayılovun yaşadığı ünvana getdiklərini, orada polis əməkdaşlarının Rəşada onun narkotik vasitələri əkib becərməkdə şübhəli olduğunu və yaşadığı evin həyətinə baxış keçiriləcəyini bildirdiklərini, ondan başqa orada iki nəfər də hal şahidi dəvət edildiyini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə onların iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Rəşadın yaşadığı evin həyətindən 01 ədəd dibçəyə əkilmiş hündürlüyü 67 sm və 02 ədəd torpağa əkilmiş hündürlükləri 43 sm və 60 sm olan narkotik tərkibli bitkiyə oxşar bitki kolları aşkar olunub kökündən çıxardıldığını, həmin bitkilərə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olması barədə rəy verdiyini, həmçinin baxış zamanı Rəşadın yaşadığı evin həyətində yerləşən hamamda olan Rəşada məxsus qara rəngli gödəkcənin sağ yan cibindən 4 ədəd kağız bükümlər aşkar olunduğunu, həmçinin də, həmin gödəkcənin sol yan iç cibindən siqaret qutusunun içərisindən 1 ədəd kağız büküm aşkar edildiyini, daha sonra Rəşadın yaşadığı evin həyətində olan çay daşlarının arasından 1 ədəd kağız büküm aşkar olunduğunu, bundan sonra həmin kağız bükümlərin açıldığını və içərilərindən yaşıl rəngli kəskin iyli narkotik vasitəyə oxşar bitki kütlələri aşkar edildiyini, sonradan həmin bükümlərin elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 0,65 qram, 0,74 qram, 2.1 qram, 2.13 qram, 3,69 qram və 11,46 qram olduğunu, daha sonra aşkar edilmiş narkotik vasitələrin və bitki kollarının kağız zərflərə qablaşdırıldığını, sonra zərfin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, sonra bu barədə protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 02 ədəd torpağa və 01 ədəd dibçəyə əkilmiş cəmi 03 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkilərin toxumlarını yaşadığı qəsəbənin yaxınlığında yerləşən boş sahədən yabanı halda bitən narkotik tərkibli bitkilərdən yığdığını göstərmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17/474№-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan hamamdan və çay daşlarının arasından çıxmış 6 (altı) büküm...” sözləri yazılmış zərfin içərisindəki 06 ədəd kağız bükümdə, təmiz çəkiləri-4.03 qıram, 1.38 qıram, 1.75 qram, 0.54 qıram, 0.46 qram, 1.50 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 9.66 qram, təqdiqata sərf edildi – 0.30 qram, qalıq – 9.360 qram təşkil edir. Tədqiqata təqdim olunmuş, üzərinə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş üç ədəd narkotik tərkiblli...bitkilər...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd hündürlükləri 43-sm-dən 67 sm-dək ümumi təmiz çəkiləri – 20.83 qram bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibi çətənə (kannabis) bitkiləridir..Qeyd: Çətənə bitkilərinin ümumi təmiz çəkisi – 20.83 qram, tədqiqata sərf edildi – 0.15 qram, qalıq – 20.68 qram təşkil edir.Tədqiqata təqdim olunmuş 03(üç) ədəd çətənə (kannabis) bitkiləri ilə 06(altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Baş aqronom mütəxəssis Şahid3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 894 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 947 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi, 3/1 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10:00-da Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 119 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi 3/1-də yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X3, xx.xx.2010-cu il təvəllüdlü X2, və xx.xx.2011-ci il təvəllüdlü X4r. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də yerləşən evinin həyətyanı torpaq sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 03 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 20,83 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisini kauçuk qabda, 02 ədəd narkotik tərkibli çətənə bitkilərini torpaqda qanunsuz olaraq 2020-ci ilin iyul ayının əvəllərində əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etməklə, həmçinin Ağdaş rayon Ləki qəsəbəsi M.Mustafayev küçəsi ev 3/1-də yerləşən həyətində əkdiyi narkotik tərkibli çətənə bitkisinin yarpaqlarından yığıb qurudaraq kustar üsulla hazırlanmış təmiz çəkiləri 4.03 qram, 1.38 qram, 1,75 qram, 0,54 qram, 0,46 qram, 1,50 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 9,66 qram olan qurudulmuş marixuanaları 06 ədəd kağız bükümdə həyətində olan çay daşlarının içərisində və hamamın içərisində olan gödəkcənin ciblərində satış məqsədi olmadan qanunsuz olaraq saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğunu, yaşayış yeri üzrə müsbər xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülməlidir. Müalicə müəssisəsində olduğu müddətcə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 03 ədəd 20,68 qram narkotik vasitə olan çətənə(kannabis) bitkiləri və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,36 qram qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 36 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 36 saat hüquqi xidmətə görə 216 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məmmədov Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 03 ədəd 20,68 qram narkotik vasitə olan çətənə (kannabis) bitkiləri və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,36 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 36 saat hüquqi xidmətə görə 216 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar