Məhkəmə qərarları › İş №1(014)-5/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-5/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-5/2022 08.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1962-ci ildə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, hazırda işsiz olmaqla cinayət törədilən vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağdaş rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, ona etibar edilmiş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Ağdaş rayon İcra Hakimiyyəti başçısının 11 iyun 2007-ci il tarixli 144 saylı əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağdaş rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 30 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etməli, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmalı, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etməli, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etməli, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamalı, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamalı və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək Ağdaş rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 16 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Ağdaş rayon Məşğulluq mərkəzinə ayrılmış 80.377,22 manat (səksən min üç yüz yetmiş yeddi manat iyirmi iki qəpik) məbləğində vəsait həmin dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən Şahid21 əvvəlcədən, yəni 2017-ci ilin iyun-avqust aylarında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 48.947 (qırx səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Ağdaş rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş fiziki şəxs X5, 31,374 (otuz bir min üç yüz yetmiş dörd) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Ağdaş rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibinin ********** VÖEN-lə qeydiyyatdan keçmiş Şahid24 rəhbəri olduğu “Sabit” kəndli fermer təsərrüfatının olması barədə 2017-ci ilin may-avqust aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə X14 yuxarıda adları göstərilən fiziki və hüquqi şəxslərə özü arasında bağlanaraq göndərdiyi 17 may 2017-ci il tarixli nömrəsiz və 05 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilələr, kotirovka sorğuları, tenderin nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Şahid21 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya Mərkəzin həmin dövrdə müvəqqəti direktoru vəzifəsini icra edən əməkdaşı Şahid4 26 dekabr 2016-cı il tarixli və özünün 06 iyun 2017ci il tarixli 13 nömrəli əmrləri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvləri Şahid4, Şahid20, Şahid10, Şahid11 və Şahid6 tərəfindən Ağdaş şəhəri, Heydər Xiyabani küçəsi 2 ünvanında yerləşən Ağdaş rayon Məşğulluq mərkəzinin inzibati binasında həmin tenderin nəticələri və kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və “Sabit” kəndli fermer təsərrüfatı və Şahid23 həmin tenderin və kotirovka sorğusunun qalibləri olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender və ya kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxsin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 4690 nömrəli ödəniş tapşırığı ilə Şahid23 "xxxx" ASCnin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 48.947,00 manat, xx.xx.2017-ci il tarixli 7358 nömrəli ödəniş tapşırığı ilə “Sabit” kəndli fermer təsərrüfatının "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 31.374,00 manat, ümumilikdə bir fiziki və bir hüquqi şəxsin hesabına cəmi 80,321 (səksən min üç yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən və 16 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi və fiziki şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid25 2017-ci ilin iyun-avqust ayları ərzində Ağdaş və Bərdə rayonları ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan və istintaqla müəyyən edilməyən digər şəxslərdən aldığı mal-qaranı və Ağdaş rayonu, Qaradeyin kəndindən aldığı arı yeşikləri və arıçılıqla məşğul olmaq üçün ləvazimatları Ağdaş rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid19 faktiki olaraq 2.300,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4.209,00 manat dəyərində, Şahid17 faktiki olaraq 4.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid9 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, X9 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid2 faktiki olaraq 3.750,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.072,00 manat dəyərində, Şahid8 faktiki olaraq 3.430,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid18 faktiki olaraq 5.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.072,00 manat dəyərində, Şahid5 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid3 faktiki olaraq 5.200,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid1 faktiki olaraq 4.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid16 faktiki olaraq 4.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid15 faktiki olaraq 4.260,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid7 faktiki olaraq 5.015,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid14 faktiki olaraq 3.400,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid12 faktiki olaraq 5.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, X2 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa ünvan 3 ünvanında yerləşən inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 24 oktyabr 2018-ci il tarixli aktları özünün imzası və həmin dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən Şahid21 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 16 işaxtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 80,321 (səksən min üç yüz iyirmi bir) manat məbləğində vəsaitdən faktiki olaraq 64,355 (altmış dörd min üç yüz əlli beş) manat məbləğində maddi aktivin verilib, qiymətlərin şişirdilməsi yolu ilə 15,966 (on beş min doqquz yüz altmış altı) manat məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdaş rayon, Pirkəkə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, 1991-ci ildə Rusiya Federasiyasının “X7”nun Bakı filialının “İqtisadiyyat” fakültəsini bitirmiş, məzun olduqdan sonra əvvəlcə Ağdaş rayon İstehlak Cəmiyyətində kadr üzrə sədr müavini, 1996-cı ildən isə Ağdaş rayon İcra Hakimiyyətində iqtisadçı vəzifəsində işləmiş, 2007-ci ildən 2020-ci ilin 05 avqust tarixinə kimi Ağdaş rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində işləmiş, 05 avqust 2020-ci il tarixdən 05 fevral 2021-ci il tarixə kimi yaradılmış 19 saylı Məşğulluq Mərkəzinin “Məşğulluq tədbirləri” şöbəsinin müdiri vəzifəsində işləmiş, hazırda işsizdir. Mahiyyəti üzrə bildirir ki, 2016-2017-ci illərdə Ağdaş rayon X20 və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin tabeliyində olmaqla, hesablaşma hesabı "xxxx" ASC-nin Ağdaş rayon filialında olmuşdur. 2016-cı ildə əhalinin özünəməşğulluğunun təmin edilməsi ilə bağlı Ağdaş rayon mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə 2-3 ay ərzində təlim kursları keçirilmişdir. Təlim kursları keçmiş şəxslər öz biznes planlarını təqdim etmişlər, məqbul qiymətləndirilən işsizlərə aktivlər verilməsi nəzərdə tutulmuşdur. 2017-ci ilin təxminən iyunavqust aylarında Dövlət Məşğulluq Xidmətində baş məsləhətçi işləyən Ağdaş rayon Məşğulluq Mərkəzi üzrə kurator Şahid21 ona zəng edərək maddi aktivlərin alınması ilə bağlı sənədləri Ağdaş rayon Məşğulluq Mərkəzinə göndərdiyini bildirərək həmin sənədləri imzalanmasını təmin edərək ona qaytarmağını tapşırmışdır. Bir müddət sonra həmin vaxt tanımadığı, hazırda xatırlamadığı taksi sürücüsü zərfdə sənədlər toplusunu ona gətirmişdir. Həmin sənədlərin içərisində maddi aktivlərin alınması ilə bağlı tender sənədləri, qaimələr, müqavilə və sair sənədlər olmuşdur. Şahid21 tapşırığı əsasında sənədləri imzalayıb möhürləmiş və hazırda xatırlamadığı taksi sürücüsü ilə zərfdə Şahid21 qaytarmışdır. Qeyd edir ki, həmin sənədlərin içərisində tarixlər, tender və kotirovka komissiyasının yaradılması barədə əmrlər, protokollar və müqavilələr hazır şəkildə göndərilmişdir. Komissiyalardan birinin tərkibində Göyçay rayon Məşğulluq Mərkəzinin əməkdaşları Şahid11 və Şahid6 da adları olmuş, onların gəlib sənədləri imzalamaları vaxt aparmasın deyə Şahid21 göstərişi əsasında onların da əvəzinə sənədlərə özü imza etmişdir. Digər şəxslər, yəni Ağdaş rayon Məşğulluq Mərkəzinin əməkdaşları Şahid4, Şahid20 və Vüsal Nuriyev tapşırığı ilə sənədləri oxumadan imzalamışlar, o həmin şəxslərə sənədlərin imzalanması barədə tapşırığın Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Şahid21 tərəfindən gəldiyini izah etmişdir. O, sənədləri imzalatdırıb Mərkəzin möhürü ilə təsdiq etdikdən sonra tender və kotirovka üzrə qalib kimi göstərilmiş “Sabit” fermer-kəndli təsərrüfatı və Seyidrəsul Abbasovun bank hesablarına köçürülməsini təmin etmişdir. Şahid21 göstərişi əsasında aktivlərin paylanmasını Şahid25 adlı şəxs həyata keçirmiş, sonuncu özü vətəndaşlara zəng etmiş və görüşüb aktivləri, yəni mal-qaranı paylamışdır. Şahid25 hansı şirkətin əməkdaşı yaxud kimin nümayəndəsi olduğunu bilməmişdir. Aktivlərin paylanmasında Ağdaş rayon Məşğulluq Mərkəzinin əməkdaşı Vüsal Nuriyev də iştirak etmişdir. Ağdaş rayon Məşğulluq Mərkəzi üzrə maddi aktivlərin alınması ilə bağlı faktiki olaraq heç bir tender və kotirovka keçirilməmiş, o və Mərkəzin digər əməkdaşları Baş idarədən gələn sənədləri Şahid21 tapşırığı əsasında imzalamışlar. Ağdaş rayon Məşğulluq Mərkəzi üzrə özünəməşğulluğun təmin edilməsi ilə bağlı tender komissiyasının yaradılması haqqında 06 iyun 2017-ci tarixli 13 nömrəli əmr, mallar (işlər və xidmətlər ) üzrə 05 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilə, 22 avqust 2017-ci il tarixli 661928 nömrəli qaimə faktura, habelə özünəməşğulluğun təmin edilməsi ilə bağlı kotirovka komissiyasının yaradılması haqqında 26 dekabr 2016-cı tarixli 20 nömrəli əmr, Kotirovka sorğusu prosedurunun nəticələri haqqında kotirovka komissiyasının 08 may 2017-ci il tarixli yekun protokolu, 08 may 2017-ci il tarixli mallar (işlər və xidmətlər ) üzrə 17 may 2017-ci il tarixli müqavilə, 22 may 2017-ci il tarixli 622355 nömrəli qaimə faktura adının qarşısında olan imzalar özünə məxsusdur, həmin sənədləri Ağdaş rayon Məşğulluq Mərkəzinin möhürü ilə möhürləmişdir. Kotirovka komissiyasının yaradılması barədə əmr yazılı şəkildə göndərilmiş, həmin əmrin Ağdaş rayon Məşğulluq Mərkəzinin əməkdaşı Şahid4 adından yazılmasına səbəb həmin tarixdə onun rəsmi olaraq məzuniyyətdə olmağı olmuş, lakin faktiki olaraq vəzifəsini icra etmiş, digər sənəddə satınalan şirkətin rəhbəri kimi imza etməyi üçün adı qeyd olunmadığı üçün imza etməmiş, komissiyanın üzvü olmamış, lakin həm kotirovka həm də tender nəticələri ilə bağlı müqavilələri özü imzalamış, möhürləmiş, qaimə fakturaları və ödəniş tapşırıqlarını da özü imzalamışdır. 05 sentyabr 2017-ci il tarixdə “Sabit” X8 31,374 manat məbləğində və 02 iyun 2017-ci il tarixli fiziki şəxs Şahid23 48,947 manat məbləğində pul vəsaitinin köçürülməsini həmin tarixli ödəniş tapşırıqları əsasında o, özü təmin etmişdir. Mərkəz üzrə heç bir tender və kotirovka keçirilməmiş, o, «Sabit» kəndi fermer təsərrüfatı və fiziki şəxs Şahid23 heç birini tanımır, həmin sənədləri baş idarədən göndərilən sənədlər olduğuna görə və imzalanıb möhürlənib təcili Baş idarəyə qaytarılmalı olması barədə Şahid21 tapşırığı əsasında imzalamış, əgər imza etməsəydi, arzu olunmayan işçi hesab ediləcəkdi. Onun sənədləri imzalamağı ilə bağlı heç bir maddi marağı olmamışdır. Heç bir aktivin paylanmasında iştirak etməmişdir. 03 avqust 2017-ci il tarixli tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda Göyçay rayon Məşğulluq Mərkəzinin əməkdaşları Şahid11 və Şahid6 yerinə imzaları özü çəkmiş, çünki sənədin təcili imzalanıb geri qaytarılması barədə tapşırıq olmuş və Şahid11la Fariz X11 gəlmələri vaxt aparacağından onların özlərinə adlarının komissiyanın tərkibinə daxil edilməsi barədə məlumat verilməklə adlarının qabağına imzaları prosesi surətləndirmək məqsədi ilə özü çəkmişdir. X18 üzrə aktivlərin alınması ilə bağlı faktiki olaraq tender və kotirovka keçirilmədiyi halda bununla bağlı sənədləri imzalamısını və mərkənzin möhürü ilə möhürləmisini, habelə digər şəxslər tərəfindən imzalanmasını təmin etməsini, heç vaxt görmədiyi şəxslərlə müqavilələrə imzala etməsini və möhürləməsini, habelə qaimə-faktura əsasında malları təhvil almadığı halda qaiməfakturanı guya malları qəbul etməyi ilə bağlı imzalamasını onunla əsaslandırır ki, qeyd olunan sənədlər ona baş idarədən hazır şəkildə göndərilmiş, o da imzalanmasını və möhürlənməsini təmin etmiş, əgər o, həmin sənədləri imzalayıb möhürləməsəydi arzu olunmayan işçi hesab ediləcəkdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, mütəxəssis rəyi, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X12 Publik hüquqi şəxsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə mülki iddia ilə müraciət etmiş və ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmiş və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq araşdırılması üçün iş məhkəməyə göndərilmişdir. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vahid niyyətlə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakım vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf etmə yolu ilə talamışdır. Belə ki, o, Ağdaş rayon İcra Hakimiyyəti başçısının 11 iyun 2007-ci il tarixli 144 saylı əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağdaş rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 30 iyul 2020-ci il tarixədək həmin vəzifədə işləyərkən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etməli, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmalı, tenderin əsas şərtlər toplusunun hazırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etməli, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etməli, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamalı, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamalı və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla ona etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cinayət əlaqəsinə girərək Ağdaş rayon Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 16 şəxsin biznes planlarının həyata keçirilməsi üçün “Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Ağdaş rayon Məşğulluq mərkəzinə ayrılmış 80.377,22 manat (səksən min üç yüz yetmiş yeddi manat iyirmi iki qəpik) məbləğində vəsait həmin dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən Şahid21 əvvəlcədən, yəni 2017-ci ilin iyun-avqust aylarında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 48.947 (qırx səkkiz min doqquz yüz qırx yeddi) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Ağdaş rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş fiziki şəxs X5, 31.374 (otuz bir min üç yüz yetmiş dörd) manat məbləğində maddi aktivlərin alınması üzrə guya Ağdaş rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibinin ********** VÖEN-lə qeydiyyatdan keçmiş Şahid24 rəhbəri olduğu “Sabit” kəndli fermer təsərrüfatının olması barədə 2017-ci ilin may-avqust aylarında istintaqla müəyyən edilməyən gündə və şəraitdə X14 yuxarıda adları göstərilən fiziki və hüquqi şəxslərə özü arasında bağlanaraq göndərdiyi 17 may 2017-ci il tarixli nömrəsiz və 05 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilələr, kotirovka sorğuları, tenderin nəticələri haqqında xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli yekun protokolları və digər sənədlərin Şahid21 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya Mərkəzin həmin dövrdə müvəqqəti direktoru vəzifəsini icra edən əməkdaşı Şahid4 26 dekabr 2016-cı il tarixli və özünün 06 iyun 2017-ci il tarixli 13 nömrəli əmrləri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının üzvləri Şahid4, Şahid20, Şahid10, Şahid11 və Şahid6 tərəfindən Ağdaş şəhəri, Heydər Xiyabani küçəsi 2 ünvanında yerləşən Ağdaş rayon Məşğulluq mərkəzinin inzibati binasında həmin tenderin nəticələri və kotirovka sorğuları üzrə təkliflərin müzakirə olunması və “Sabit” kəndli fermer təsərrüfatı və Şahid23 həmin tenderin və kotirovka sorğusunun qalibləri olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanmasını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir tender və ya kotirovka sorğusu keçirmədən, yuxarıda adları qeyd edilən hüquqi və fiziki şəxsin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub-olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan xx.xx.2017-ci il tarixli 4690 nömrəli ödəniş tapşırığı ilə Şahid23 "xxxx" ASC-nin Sabunçu filialında olan AZ47İBAZ******************** nömrəli hesabına 48.947,00 manat, xx.xx.2017-ci il tarixli 7358 nömrəli ödəniş tapşırığı ilə “Sabit” kəndlifermer təsərrüfatının "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 31.374,00 manat, ümumilikdə bir fiziki və bir hüquqi şəxsin hesabına cəmi 80.321 (səksən min üç yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən və 16 nəfərə nəzərdə tutulmuş maddi aktivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi və fiziki şəxslərin adından heç bir səlahiyyəti olmadığı halda Şahid25 2017-ci ilin iyun-avqust ayları ərzində Ağdaş və Bərdə rayonları ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan və istintaqla müəyyən edilməyən digər şəxslərdən aldığı mal-qaranı və Ağdaş rayonu, Qaradeyin kəndindən aldığı arı yeşikləri və arıçılıqla məşğul olmaq üçün ləvazimatları Ağdaş rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid19 faktiki olaraq 2.300,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 4209 manat dəyərində, Şahid17 faktiki olaraq 4.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid9 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5229 manat dəyərində, X9 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid2 faktiki olaraq 3.750,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.072,00 manat dəyərində, Şahid8 faktiki olaraq 3.430,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid18 faktiki olaraq 5.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.072,00 manat dəyərində, Şahid5 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid3 faktiki olaraq 5.200,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid1 faktiki olaraq 4.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid16 faktiki olaraq 4.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid15 faktiki olaraq 4260 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid7 faktiki olaraq 5.015,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid14 faktiki olaraq 3.400,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, Şahid12 faktiki olaraq 5.000,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində, X2 faktiki olaraq 3.600,00 manat dəyərində maddi aktiv verildiyi halda ona guya 5.229,00 manat dəyərində maddi aktivlərin verilməsi barədə şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa ünvan 3 ünvanında yerləşən inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 24 oktyabr 2018-ci il tarixli aktları özünün imzası və həmin dövrdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Peşə hazırlığı üzrə sektor müdiri vəzifəsində işləyən Şahid21 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə 16 işaxtaran şəxsə maddi aktivlərin verilməsi üçün ayrılmış 80.321 (səksən min üç yüz iyirmi bir) manat məbləğində vəsaitdən faktiki olaraq 64.355 (altmış dörd min üç yüz əlli beş) manat məbləğində maddi aktivin verilib, qiymətlərin şişirdilməsi yolu ilə 15966.00 manat (on beş min doqquz yüz altmış altı manat 00 qəpik) məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğun müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4 və 308.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Ümumilikdə iş üzrə vurulmuş zərər ümumilikdə 15966 manat (on beş min doqquz yüz altmış altı manat 00 qəpik) təşkil edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 89.1, 183.1 və 183.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən cinayət işi üzrə Təqsirləndirilən şəxs 15966 manat məbləğində maddi zərərin zərərçəkmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X12 publik hüquqi şəxsinin hesabına tutulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Eyni zamanda, sonradan zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X12 Publik hüquqi şəxsinin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmamasını və təyin ediləcək cəzaya aid hissədə məhkəmənin mülahizəsinə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1983-cü ildə yaşadığı Qolqəti kənd orta məktəbinin 8-ci sinifini bitirmiş, elə həmin ildə Ağdaş rayonu peşə məktəbinə daxil olub 3 il ərzində təhsil almış və həmin peşə məktəbini traktorçu ixtisası üzrə bitirmişdir. 2016-cı ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri 4000 manat təşkil etmişdir. 2017-ci ilin təxminən avqust aylarında X13 Ziya adlı əməkdaşı ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün o səhər tezdən Ağdaş mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından o, bir baş yanı balalı inək, bir baş boğaz inək və bir baş düyə seçmiş, seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını unutduğu şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya 4000 manat pul ödəmişdir. Aldığı yanı balalı inəyin qiyməti təxminən 1500 manat, boğazın inəyin və düyənin qiymətini isə dəqiq xatırlamır. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə 4000 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan yanı balalı inəyi satmış, düyə və boğaz inək isə qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 16 sentyabr 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imza özünə məxsusdur. Ona cəmi 4000 manat dəyərində mal-qara verilmiş, aktda göstərilən 5229 manat dəyərində mal-qara verilməmişdir. Akta imza edəndə həmin rəqəmlər orada yazılmamış, əgər yazıldığını görsəydi akta imza etməzdi. Ona əlavə nağd pul da verilməmişdir. Ona mal-qara verilməsi üçün heç kim pul istəməmiş və almamış, ona mal-qaranı verən şəxs əvvəlcədən demişdir ki, aldığı mal-qaraların dəyəri 4000 manatdan artıq ola bilməz, seçdiyi malları dəyəri 4000 manatdan artıq olsa qalan pulu özü ödəməli olacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Ağdaş rayonuda mühasibatlıq kursunu bitirmiş, 1993-2012-ci illərdə Ağdaş rayonunda yerləşən şahmat-idman məktəbində məşqçi müəllim işləmişdir. 2016-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planımı tərtib etmiş və məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri təxminən 4100 manat olmuşdur. 2017-ci ilin təxminən iyun ayında adını bilmədiyi şəxs ona zəng edərək Bərdə mal bazarına getməyini təklif etmiş, o da səhəri gün səhər tezdən Bərdə mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından onun üçün ət emalı üçün nəzərdə tutulmuş 4 baş hər birinin qiyməti təxminən 925 manat məbləğində olmaqla heyvanlar alınmışdır. Hər biri adını bilmədiyi həmin şəxs tərəfindən cəmi 3700 manata alınmışdır. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya 3700 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə 3700 manat pul ödəmişdir. Bundan sonra həmin malları adını bilmədiyi şəxs tərəfindən verilən 50 manat vəsait hesabına yaşadığı evə gətirmişdir. Həmin mallar kökəldikdən sonra onları sataraq yeniləri ilə əvəz etmişdir. Yenidən aldığı malların hər biri hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 09 iyun 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imza özünə məxsusdur. Ona cəmi 3700 manat dəyərində mal-qara verilmiş, aktda göstərilən 5072 manat dəyərində ona mal-qara verilməmişdir. O, akta imza edəndə həmin rəqəmlərin orada yazıldığına fikir verməmiş, əgər görsəydi akta heç vaxt imza etməzdi. Bir daha bildirir ki, aldığı malın cəmi dəyəri 3700 manat olmuşdur. Ona mal-qara verilməsi üçün heç kim ondan pul istəməmiş və almamışdır. Bundan əlavə ona mal-qaranı verən şəxs əvvəlcədən demişdir ki, aldığı mal-qaraların dəyəri 4000 manatdan artıq ola bilməz. Ona yol xərci olaraq əlavə 50 manat pul verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Yevlax rayonu, Xaldan qəsəbə tam orta məktəbinin 11-ci sinifini bitirmiş və heç yerdə işləməmişdir. 2016-cı ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş, o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planı tərtib etmiş və məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Onu da qeyd edir ki, biznes planının dəyəri 5000 manatdır. 2017-ci ilin təxminən iyun aylarında adını bilmədiyi şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün o, səhər tezdən Ağdaş mal bazarına getmişdir. Mal bazarından onun üçün 2 baş yanı balalı inək, 1 baş boğaz inək alınmış, onun seçdiyi yanı balalı inəyin hər biri adını bilmədiyi həmin şəxs tərəfindən 1700 manata cəmi 3400 manata alınmış, 1 baş 1200 manata olan boğaz inək almışlar. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı malqaralara görə həmin şəxs satıcıya 4600 manat pul ödəmişdir. Həmin şəxs əlavə olaraq ona ot və yem tədarükü üçün 600 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara və ot, yem tədarükü üçün ümumilikdə 5200 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin malların hər biri hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 08 iyun 2017ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona cəmi təxminən 5200 manat dəyərində mal-qara verilmişdir. Akta yazılan həmin rəqəmlərin doğru olduğunu təsdiq edir, lakin bildirir ki, akta göstərilən 1 baş yanı balalı, 1 baş boğaz, 1 baş düyə ona verilməmişdir. Ona mal-qara verilməsi üçün heç kim ondan pul istəməmiş və almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1991-ci ildə hazırkı İnşaat Mühəndisləri Universitetinin iqtsadiyyatın təşkili ixtisasını bitirmiş, 1992-ci ildən indiyə qədər Ağdaş rayonu Məşğulluq mərkəzində işləyir. Belə ki, əvvəllər həmin mərkəzdə məsləhətçi daha sonra aparıcı məsləhətçi vəzifələrində işləmiş, təxminən 10 ildir ki, həmin mərkəzdə baş məsləhətçi vəzifəsində işləyir. 2017-ci ilin avqust ayında mərkəzin direktoru Təqsirləndirilən şəxs onun xidməti otağına dəvət edib bildirmişdir ki, baş idarədən işsiz vətəndaşlara paylanması üçün nəzərdə tutulan maddi aktivlərin alınması ilə bağlı hazır sənədlər göndərilmiş, həmin sənədləri təcili imzalayıb baş idarəyə göndərmək lazımdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ona təqdim etdiyi mahiyyətini o qədər də dərk etmədiyi sənəddə yazılmış adının qarşısında imza etmişdir. Bildirir ki, o, mərkəz üzrə hər hansı bir kotirovka və açıq tenderdə iştirak etməmiş, mərkəzin uzun müddət işləyən əməkdaşı kimi deyə bilər ki, mərkəz üzrə heç bir kotirovka və tender keçirilməmişdir. Sadəcə olaraq həmin sənədləri Baş idarədən göndərilmiş sənədlər kimi imzalamışdır. Tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu iyul tarixli yekun protokolunda adının qarşısında olan imza ona məxsusdur, sənədi öz adından özü imzalamışdır. Mərkəz üzrə heç bir tender və kotirovka keçirilməmiş, o, şəxsən heç bir kotirovka və tenderdə iştirak etməmiş, qeyd edilən müəssisələrdən də heç birini tanımır. Bir daha bildirir ki, o, həmin sənədləri baş idarədən göndərilən sənədlər bilib imzalamışdır, əgər imza etməsəydi, onda arzu olunmayan işçi hesab edilərdi. Mənim sənədləri imzalamağı ilə bağlı heç bir maddi-marağı olmamışdır. O, heç bir aktivin paylanmasında iştirak etməmişdir. Mərkəzin Vüsal adlı əməkdaşı bu prosesdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbinin 11-ci sinifini bitirmiş, heç bir yerdə işləməmişdir. 2016-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmişdir. Biznes planı məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Onu da qeyd edir ki, biznes planının dəyəri 4200 manatdır. 2017-ci ilin təxminən iyun aylarında İslam adlı şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, lakin o, bununla razılaşmayaraq malları başqa fərdi mal alqı-satqısı ilə məşğul olan şəxsdən alacağını bildirmişdir. Səhəri gün səhər tezdən həmin mal alqı-satqısı ilə məşğul şəxsdən 1 baş yanı balalı inək 1200 manata, 1 baş boğaz inək 870 manata, 1 baş düyə 1000 manata almış, daha sonra həmin İslam adlı şəxs onun yaşadığı evə gəlmiş və aldığı malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan həmin İslam adlı şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya 3070 manat, əlavə olaraq ot və yem tədarükü üçün 530 manat məbləğində pul ödəmişdir. Həmin şəxs aldığı mal-qara və ot, yem tədarükü üçün ümumilikdə 3600 manat məbləğində pul ödəmişdir. Həmin mallardan boğaz inək xəstə olduğu üçün bir müddət sonra tələf olmuş və o bu barədə X14 məlumat vermişdir. Digər 2 malı isə ailəsinin maddi vəziyyəti pis olduğu və xəstə olduğu üçün 2019-cu ildə satmışdır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 08 iyun 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imza ona məxsus deyil. Mal-qara verilməsi üçün heç kim ondan pul istəməmiş və almamışdır. Bundan əlavə ona mal-qaranı verən şəxs əvvəlcədən demişdir ki, aldığı mal-qaraların dəyəri 3600 manatdan artıq ola bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2015-ci ildə işlədiyi "xxxx" ASC-də işdən çıxarıldıqdan sonra işaxtaran şəxs kimi X14 müraciət etmiş, 2016-ci ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş, o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Onu da qeyd edirki, biznes planının dəyəri təxminən 4300 manat olmuşdur. 2017-ci ilin təxminən iyun ayında adını bilmədiyi şəxs ona zəng edərək Bərdə mal bazarına getməyini təklif etmiş, səhəri gün səhər tezdən Bərdə mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından onun üçün 1 baş yanı balalı inək, 1 baş boğaz inək, 1 baş düyə alınmış, onun seçdiyi yanı balalı inək adını bilmədiyi həmin şəxs tərəfindən 1600 manata, 1 baş boğaz inək 1050 manata, 1 baş düyə isə 780 manata alınmışdır. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi həmin şəxs ödəmiş, aldığı malqaralara görə həmin şəxs satıcıya 3430 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə 3430 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan hər biri hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 09 iyun 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli hər iki aktda adının qarşısındakı imza özünə məxsusdur. Ona cəmi 3430 manat dəyərində mal-qara verilmiş, aktda göstərilən 5229 manat dəyərində ona mal-qara verilməmişdir. O, akta imza edəndə həmin rəqəmlər orada yazılmamış, əgər yazılsaydı akta heç vaxt imza etməzdi. Bir daha bildirir ki, aldığı malın cəmi dəyəri 3430 manat olmuş, ona əlavə nağd pul da verilməmişdir. Mal-qara verilməsi üçün heç kim ondan pul istəməmiş və almamışdır. Bundan əlavə ona mal-qaranı verən şəxs əvvəlcədən demişdir ki, aldığı mal-qaraların dəyəri 3600 manatdan artıq ola bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2007-ci ildə hazırkı Ağdaş Rayonu Kənd Təsərrüfatı Texnikumunun mühasibat uçotu və audit ixtisasını bitirmiş, 2012-ci ildən 2019-cu il 31 dekabr tarixinə qədər Ağdaş rayonu Məşğulluq mərkəzində işləmiş, əvvəldən həmin mərkəzdə mütəxəssis məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ilin avqust ayında mərkəzin direktoru Təqsirləndirilən şəxsonu xidməti otağına dəvət edib bildirmişdir ki, baş idarədən maddi aktivlərin alınması ilə bağlı (işsiz vətəndaşla verilməsi üçün) hazır sənədlər göndərilmiş, həmin sənədləri təcili imzalayıb baş idarəyə göndərmək lazımdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ona təqdim etdiyi mahiyyətini o qədər də dərk etmədiyi sənəddə yazılmış adının qarşısında imza etmişdir. Bildirir ki, o, mərkəz üzrə hər hansı bir kotirovka və açıq tenderdə iştirak etməmiş, mərkəzin uzun müddət işləyən əməkdaşı kimi deyə bilər ki, mərkəz üzrə heç bir kotirovka və tender keçirilməmişdir. Sadəcə olaraq həmin sənədləri Baş idarədən göndərilmiş sənədlər kimi imzalamışdır. Tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu iyul tarixli yekun protokolunda adının qarşısındakı imza özünə məxsusdur, həmin sənədi öz adından imzalamış, lakin mərkəz üzrə heç bir tender və kotirovka keçirilməmiş, o, şəxsən heç bir kotirovka və tenderdə iştirak etməmiş, qeyd edilən müəssisələrdən də heç birini tanımır. Bir daha bildirir ki, həmin sənədləri baş idarədən göndərilən sənədlər bilib imzalamış, əgər imza etməsəydi, onda arzu olunmayan işçi hesab edilərdi. Onun sənədləri imzalamağında heç bir maddi-marağı olmamışdır. Onu da əlavə edir ki, şəxsən maddi aktivlərin paylanmasında iştirak etmiş, tanımadığı şirkətin Şahid25 adlı əməkdaşı ilə birlikdə Ağdaş və Bərdə mal bazarlarında mal-qara alınıb paylanılmasında mərkəzin direktoru Təqsirləndirilən şəxs göstərişi ilə iştirak etmişdir. Belə ki, İslam qeyd etdiyi mal bazarlarında vətəndaşlara aldıqları mal-qaranın dəyərini vətəndaşın yanında satıcıya özü ödəmiş, heç bir vətəndaşa nağd pul verməmiş, lakin İslamın hansı şirkətin nümayəndəsi olmasını bilmir. Şahid25 ona bu prossesdə pul verməmişdir. Xatırlayır ki, Şahid25 3 vətəndaşa mal-qaranın pulunu həyətdə vermiş, qalan mal-qara isə mal bazarlarında alınmışdır. Təxinən 15 nəfər şəxsə mal-qara alınıb paylanılmışdır. Vətəndaşların istifadəsinə verilməsi barədə tərtib edilmiş sentyabr 2017-ci il tarixli aktlarda birinci sırada adının qarşısında olan imza özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Ağdaş rayonu Şəkili kənd tam orta məktəbinin 11-ci sinifini bitirdikdən sonra heç yerdə işləməmiş, 2017-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri 5000 manat təşkil etmişdir. 2017-ci ilin təxminən avqust aylarında adını bilmədiyi şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün o, səhər tezdən Ağdaş mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından o, 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyə seçmiş, onun seçdiyi yanı balalı inək adını bilmədiyi həmin şəxs tərəfindən təxminən 2000 manata alınmış, lakin seçdiyi digər malların qiyməti baha olduğu üçün onun istədiyi malların alınmasının mümkün olmamasını bildirmiş və daha sonra o, həmin şəxsə 50 manat məbləğində pul verərək həmin istədiyi 1 baş təxminən 1800 manata olan boğaz inək və 1 baş düyəni, təxminən 1200 manata olan mallar almışlar. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya təxminən 5000 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə təxminən 5000 manat pul ödəmişdir. Bundan sonra həmin mallan öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan hamısı hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 16 sentyabr 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona verilmiş mal-qaranın dəyəri 5000 manat olmuş, aktda göstərilən 5229 manat dəyərində olan mal-qara ona təxminən 5000 manat dəyərində verilmiş, sadəcə 50 manat məbləğində pul çatmadığı üçün ona 50 manat əlavə pul ödəmişdir. Ona əlavə nağd pul da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2007-ci ildə Ağdaş rayonu Aşağı Zeynəddin kənd tam orta məktəbinin 11-ci sinifini bitirdikdən sonra işləməmişdir. 2016-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri 3600 manat olmuşdur. 2017-ci ilin təxminən iyun aylarında İslam adlı şəxs ona zəng edərək Bərdə mal bazarına getməyini təklif etmiş, səhəri gün o, səhər tezdən Bərdə mal bazarına getmiş, onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından onun üçün 1 baş yanı balalı inək 1500 manata, 1 baş boğaz inək təxminən 1200 manata, 1 baş düyə təxminən 900 manata alınmışdır. Malların hər biri adını bilmədiyi həmin şəxs tərəfindən cəmi 3600 manata alınmışdır. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan İslam adlı şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya 3600 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə 3600 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan biri hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 09 iyun 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona cəmi 3600 manat dəyərində mal-qara verilmiş, aktda göstərilən 5229 manat dəyərində mal-qara ona verilməmişdir. O, akta imza edəndə həmin rəqəmlər orada yazılmamışdır, əgər görsəydi akta heç vaxt imza etməzdi. Ona əlavə nağd pul da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 Kərim oğlu ifadəsində göstərmişdir ki, 1997-ci ildə Ağdaş rayonu Xosrov kənd tam orta məktəbinin 11-ci sinfini bitirdikdən sonra heç yerdə işləməmişdir, ona görə də X14 müraciət edərək iş axtaran kimi qeydiyyata düşmüş, heyvandarlıqla məşğul olmaq niyyətini bildirmiş, mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kurs maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Onu da qeyd edir ki, biznes planının dəyəri 4000 manat olmuşdur. 2017-ci ilin təxminən avqust aylarında adını bilmədiyi şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün o səhər tezdən Ağdaş mal bazarına getmiş, onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından o, 2 baş yanı balalı inək,1 baş boğaz inək alınmış, onun seçdiyi yanı balalı inəyin hər biri adını bilmədiyi həmin şəxs tərəfindən 1425 manata cəmi 2850 manata alınmış, 1 baş 780 manata olan boğaz inək almış, seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı malqaralara görə həmin şəxs satıcıya 3400 manat pul ödəmişdir, lakin onun aldığı malların baha olduğu bildirildiyi üçün o, əlavə olaraq satıcıya 230 manat məbləğində pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə 3400 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan biri hal-hazırda qalır. Digər 2 baş mal isə ailəsinin maddi vəziyyəti pis olduğu və övladı xəstə olduğu üçün 2019-cu ildə satmışdır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 16 sentyabr 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Ağdaş rayonu Qaradeyin kəndində yaşayır. İşsiz olması ilə əlaqədar 2016-cı ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, 2017-ci ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri təxminən 4200 manat təşkil etmişdir. 2017-ci ilin təxminən avqust aylarında adını bilmədiyi şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün səhər tezdən Ağdaş mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından o, 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyə seçmiş, seçdiyi yanı balalı inək adını bilmədiyi həmin şəxs tərəfindən 1700 manata alınmış, 1 baş təxminən 1500 manata olan boğaz inək və 1 baş düyə təxminən 1000 manata olan mallar almışlar. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya ümumilikdə 4200 manat pul ödəmişdir. Bundan sonra həmin malları yaşadığı evə aparmaq üçün 60 manat ona əlavə pul ödənilmiş, o, həmin mal-qaranı yaşadığı Qaradeyin kəndinə aparmışdır. Həmin mallardan 1 baş yanı balalı inək xəstə olduğu üçün tələf olmuş, bu barədə Məşğulluq mərkəzinə məlumat vermiş, lakin digər mallar hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 16 sentyabr 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona aktda göstərilən 5229 manat dəyərində mal-qara verilməmişdir. Akta imza edəndə həmin rəqəmlər orada yazılmamışdır, əgər yazıldığını görsəydi akta heç vaxt imza etməzdi. Aldığı malın cəmi dəyəri təxminən 4200 manat olmuş, ona əlavə nağd pul da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Ağdaş şəhəri Nizami adına tam orta məktəbinin 8-ci sinifini bitirmiş, işsiz olması ilə əlaqədar 2017-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planı tərtib etmişdir, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Onu da qeyd edir ki, biznes planının dəyəri 4200 manatdır. 2017-ci ilin təxminən avqust aylarında adını bilmədiyi şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün o, səhər tezdən Ağdaş mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından o, 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyə seçmiş, seçdiyi yanı balalı inək adını bilmədiyi həmin şəxs tərəfindən 1800 manata alınmış, lakin seçdiyi digər malların qiyməti baha olduğu üçün istədiyi malların alınmasının mümkün olmamasını bildirmiş və daha sonra seçdiyi daha ucuz qiymətə olan 1 baş təxminən 1400-1500 manata olan boğaz inək və 1 baş düyə təxminən 600-700 manata olan mallar almışlar. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı malqaralara görə həmin şəxs satıcıya təxminən 4000 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə təxminən 4000 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan hamısı hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 16 sentyabr 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona aktda göstərilən 5229 manat dəyərində mal-qara verilməmiş, o, akta imza edəndə həmin rəqəmlər orada yazılmamış, əgər yazıldığını görsəydi akta heç vaxt imza etməzdi. Bir daha bildirir ki, aldığı malın cəmi dəyəri təxminən 4000 manat olmuşdur. Ona əlavə nağd pul da verilməmişdir. Mal-qara verilməsi üçün heç kim ondan pul istəməmiş və almamışdır. Bundan əlavə ona mal-qaranı verən şəxs əvvəlcədən demişdir ki, aldığı mal-qaraların dəyəri təxminən 4000-4200 manat olmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, 2016-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri 4000 manat olmuşdur. 2017-ci ilin təxminən iyun aylarında X13 Ziya adlı əməkdaşı ona zəng edərək Bərdə mal bazarına getməyini təklif etmiş, o da həmin gün Bərdə mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, ona bazardan alınan malların qiymətləri dəqiq olaraq məlum olmamış, lakin indiki vaxt mövcud olan qiymətlərə əsasən mal-bazarından onun üçün 2 baş yanı balalı inək hər biri təxminən 1600 manata cəmi 3200 manata, 1 baş boğaz inək təxminən 1400 manata alınmışdır. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya nə qədər pul ödədiyi ona tam olaraq məlum olmamışdır. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan ikisi hal-hazırda qalır. Maddi aktivin istifadəyə və mülkiyyətə verilməsi barədə 09 iyun 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona aktda göstərilən 5229 manat dəyərində mal-qara verilməmişdir, o, akta imza edəndə həmin rəqəmlər orada yazılmamış, əgər görsəydi akta heç vaxt imza etməzdi. Aldığı malın cəmi dəyəri hazırki bazar qiymətlərinə əsasən təxminən 4600 manat olmuş. Ona əlavə nağd pul da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universtetinin “mühasibat uçotu və audit” ixtisası üzrə bitirmiş, məzun olduqdan sonra 2012-2016-cı illərdə “Molbulak” və "xxxx" kredit təşkilatlarında kredit işçisi vəzifəsində işləmişdir. 2016-cı ilin yanvar ayında işdən çıxarıldıqdan sonra, 2016-cı ilin fevral ayında işaxtaran şəxs kimi X14 müraciət etmiş, 2017-ci ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Onu da qeyd edir ki, biznes planının dəyəri təxminən 5000 manat olmuşdur. 2017-ci ilin təxminən avqust aylarında adını xatırlamadığı şəxs ona zəng edərək Bərdə mal bazarına getməyini təklif etmiş, səhəri gün səhər tezdən Bərdə mal bazarına getmişdir. Mal bazarında onu adlarını xatırlamadığı şəxslər qarşılamışlar, onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından onun üçün ət emalı üçün nəzərdə tutulmuş 4 baş hər birinin qiyməti təxminən 1200 manat məbləğində olmaqla heyvanların (dana) hər biri adını xatırlamadığı həmin şəxslər tərəfindən cəmi təxminən 5000 manata alınmışdır. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını xatırlamadığı şəxslər ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya təxminən 5000 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən evə gətirmişdir. Həmin mallar kökəldikdən sonra həmin malları ət emalı üçün sataraq yeni mallar almışdır. Aldığı malların hər biri hal-hazırda qalır. Ona cəmi təxminən 5000 manat dəyərində mal-qara verilmiş, əlavə nağd pul verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, 1990-cı ildə Ağdaş rayonu Qaradeyin kənd tam orta məktəbinin 11 -ci sinifini bitirmiş, heç bir yerdə işləmədiyinə görə 2016-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, arıçılıqla məşğul olmaq istəmişdir. Buna görə də biznes planını tərtib etmiş və məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. Biznes planının dəyəri 4200 manat təşkil etmişdir. 2017-ci ilin təxminən iyun aylarında adını bilmədiyi şəxs ona zəng edərək arıçılıq üçün lazım olan ləvazimatları alacaqlarını söyləmiş, bundan sonra o həmin şəxsə yaşadığı Qaradeyin kəndindən qeyd edilən ləvazimatları ala biləcəklərini söyləmişdir. Bundan sonra həmin adını bilmədiyi şəxs yaşadığı Qaradeyin kəndinə gələrək Qaradeyin kəndində arıçılıq ləvazimatları satan şəxdən onun üçün 11 ədəd arı yeşiyini 11 ədəd arı ailəsi ilə birlikdə 6 ədədi hər biri 200 manata olmaqla cəmi 1200 manata, digər 5 ədədi isə hər biri 160 manat olmaqla cəmi 800 manata almışdır. Bundan başqa ona həmin adını bilmədiyi şəxsin özü ilə gətirdiyi və qiymətinin 300 manat olduğunu bildirdiyi balsüzən aparat da verilmişdir. Arıçılıq ləvazimatlarının pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyi şəxs ödəmiş, aldığı arıçılıq ləvazimatlarına görə həmin şəxs satıcıya 2000 manat pul ödəmişdir. Əlavə olaraq 300 manat dəyərində olduğunu bildirdiyi balsüzən aparat ona verilmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı ləvazimatlar üçün ümumilikdə 2300 manat məbləğində pul ödəmişdir. Həmin arıçılıq ləvazimatlarının biri hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 08 iyun 2017-ci il və 24 oktyabr 2018ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona aktda göstərilən arıçılıq ləvazimatları üçün 4209 manat verilməmişdir. Akta imza edəndə həmin rəqəmlərin orada yazıldığına fikir verməmiş, əgər görsəydi akta heç vaxt imza etməzdi. Bir daha bildirir ki, aldığı arıçılıq ləvazimatlarının cəmi dəyəri 2300 manat olmuşdur. Ona əlavə nağd pul da verilməmişdir. Ona arıçılıq ləvazimatları verilməsi üçün heç kim ondan pul istəməmiş və almamışdır. Bundan əlavə ona arıçılıq ləvazimatlarını verən şəxs əvvəlcədən demişdir ki, aldığı arıçılıq ləvazimatlarının dəyəri 4000 manatdan artıq ola bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Məşğulluq Mərkəzinə müraciət etmiş, həmin ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş, maldarlıqla məşğul olmaq istədiyinə görə bununla bağlı 3600 manat dəyərindən biznes planı tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. 2017-ci ilin təxminən iyun aylarında İslam adlı şəxs ona zəng edərək Bərdə mal bazarına getməyini təklif etmiş, səhəri gün o, səhər tezdən Bərdə mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından onun üçün 1 baş yanı balalı inək 1500 manata, 1 baş boğaz inək təxminən 1200 manata, 1 baş düyə təxminən 900 manata alınmışdır. Malların hər biri adını bilmədiyi həmin şəxs tərəfindən cəmi 3600 manata alınmışdır. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan İslam adlı şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya 3600 manat pul ödəmişdir. Ancaq onu bilir ki, həmin şəxs aldığı mal-qara üçün ümumilikdə 3600 manat pul ödəmişdir. Bundan sonra həmin malları öz vəsaiti hesabına yaşadığı evə gətirmişdir. Həmin mallardan biri hal-hazırda qalır. Maddi aktivin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 09 iyun 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imzalar özünə məxsusdur. Ona aktda göstərilən 5229 manat dəyərində mal-qara verilməmiş, mal-qaraya görə 3600 manat pul xərclənmiş, akta imza edəndə həmin rəqəmlər orada yazılmamış, əgər görsəydi akta heç vaxt imza etməzdi. Ona əlavə nağd pul da verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2016-ci ildə işaxtaran şəxs kimi X14 müraciət etmiş, 2017-ci ilin sonlarında mərkəzdən ona və başqalarına 2 ay ərzində işsizlik kursu keçilmiş və o, maldarlıqla məşğul olmaq istəmişdir. Buna görə də 5000 manat məbləğində biznes planını tərtib etmiş, məqbul qiymətləndirilmişdir. Bundan sonra Mərkəzdən ona demişlər ki, onu mərkəzə özləri dəvət edəcəklər. 2017-ci ilin təxminən avqust aylarında adını bilmədiyi şəxs ona zəng edərək Ağdaş mal bazarına getməyini təklif etmiş, səhəri gün səhər tezdən Ağdaş mal bazarına getmişdir. Onunla bərabər bir neçə nəfər şəxs də həmin bazara gəlmişlər, mal bazarından o, 1 baş yanı balalı inək, 1 baş boğaz inək və 1 baş düyə seçmiş, seçdiyi yanı balalı inək adını bilmədiyi həmin şəxs tərəfindən təxminən 2000 manata alınmış, 1 baş təxminən 1700-1800 manata olan boğaz inək və 1 baş düyə təxminən 1200-1300 manata olan mallar almışlar. Seçdiyi malların pulunu satıcıya həmin vaxt hansısa şirkətin nümayəndəsi olan adını bilmədiyim şəxs ödəmiş, aldığı mal-qaralara görə həmin şəxs satıcıya 5000 manat pul ödəmişdir. Bundan sonra həmin malları yaşadığı evə gətirmək üçün ona əlavə olaraq 15 manat məbləğində pul verilmişdir. Həmin mallardan hamısı hal-hazırda qalır. Maddi aktivlərin istifadəsinə və mülkiyyətinə verilməsi barədə 16 sentyabr 2017-ci il və 24 oktyabr 2018-ci il tarixli aktlarda adının qarşısındakı imza özünə məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərmişdir ki, 1997-ci ildə Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsini bitirmiş, növbə ilə İmişli şəhərində yerləşən "xxxx" MMC-də icraçı direktor, İmişli rayon İcra Hakimiyyətində məslətəçi, böyük məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində işləmişdir. Sonuncu iş yeri "xxxx" MMC-nin “Aran Regional” ETSİ-də mütəxəssis vəzifəsi olmuş, 2019-cu ildə oradan işdən çıxmışdır. Hal-hazırda kənd təsərrüfatı ilə məşğuldur. Belə ki, 1993-cü ildə “Sabit” kəndli fermer təsərrüfatını yaratmış, həmin təsərrüfatın direktoru özüdür, baş mühasibi əmisi Misirxan Səmədov olmuş, lakin sonuncu təxminən 3-4 il əvvəl vəfat etmişdir. Yaratdığı həmin müəssisə İmişli Vergilər İdarəsində qeydiyyatdadır, müvafiq vergini 7 saylı Vergilər İdarəsinə ödəmişdir. Müəssisənin hüquqi ünvanı İmişli rayonu, Məmmədli kəndidir, faktiki olaraq da həmin ünvanda yerləşir. Müəssisə heyvandarlıq və əkinçiliklə məşğul olur, 120 hektar torpaq sahəsi əkinçilik üçün istifadə olunur, maldarlıqla məşğul olmaq üçün ferma binaları və örüş sahələri də var. Təsərrüfatda 100 baş iri buynuzlu, 400 baş xırda buynuzlu və 100 baş keçi var. Şahid22 həmyerlisi kimi tanıyır, təxminən 10 il əvvəl İmişli bazarında tanış olmuşlar, dəfələrlə Şahlarla heyvan alveri ilə məşğul olmuşlar, hazırda da dostluq edirlər. Təxminən 2017-ci ildə Şahid22 ona müraciət edərək bildirmişdir ki, respublika üzrə müxtəlif rayonlarda əhalinin özünəməşğulluğunun təmin edilməsi məqsədi ilə tender və kotirovkalar keçirilir, həmin tender və kotirovkalarda iştirak etməklə pul qazanmaq istəyir, lakin bunun üçün rəsmi olaraq dövlət qeydiyyatından keçmiş şirkətlə tender və kotirovkada iştirak etmək lazımdır, onun isə belə bir şirkəti yoxdur. Ona görə də Şahlar xahiş etmişdir ki, ona məxsus “Sabit” X6 adından tender və kotirovkalarda iştirak etsin. O da Şahlarla razılaşmış, bundan sonra Şahlar ona bir neçə dəfə tender və kotirovka sənədləri, müqavilələr gətirərək imzalatdırıb və “Sabit” KFT-nin möhürü ilə təsdiqlətdirmişdir. Həmin tenderin nəticələrinə görə müəsissənin hesabına köçmüş pul vəsaitini özü bir neçə dəfə bankdan çıxarıb Şahid22 həm İmişli, həm də Bakı şəhərində vermiş, lakin özü faktiki olaraq hər hansı tender və kotirovkada iştirak etməmiş, imzaladığı müqavilələr üzrə müqavilə bağladığı şəxsləri görməmiş, müqavilələr üzrə hər hansı rayon Məşğulluq mərkəzinə mal-qara verməmiş, ümumiyyətlə bu işlərə qarışmamışdır. O, ancaq Şahların ona təqdim etdiyi tender və kotirovka sənədlərini, o cümlədən müqavilələri imzalamış, müqavilələr əsasında müəssisəyə köçmüş pulu bankdan çıxarıb Şahid22 vermişdir. Onu da qeyd edir ki, Şahların təklifi ilə razılaşdıqdan sonra sonuncu ona əhaliyə mal-qara payladıqdan sonra xeyir əldə edəcəyi təqdirdə konkret məbləğ deməsə də təşəkkür kimi pul vəsaiti verəcəyinə söz versə də sonradan ziyana düşdüyünə görə ona pul verə bilməyəcəyini bildirmişdir. Rəhbəri olduğu “Sabit” kəndli fermer təsərrüfatının Ağdaş rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli tenderin qalibi olması, bununla əlaqədar 05 avqust 2017-ci il tarixli 25 nömrəli müqavilə bağlanması, müqavilənini icrası ilə əlaqədar xx.xx.2017-ci il tarixli 7358 nömrəli ödəniş tapşırığı ilə “Sabit” kəndli fermer təsərrüfatının "xxxx" ASC-də olan AZ25AMRA******************** nömrəli hesabına 31.374,00 manat pul köçürülməsi ilə bağlı bildirir ki, sənədlər ona 2017-ci ildə xatırlamadığı ayda Şahid22 tərəfindən təqdim edilmiş, razılıqlarına əsasən həmin sənədləri imzalayıb Şahlara qaytarmışdır. Daha sonra qeyd olunan məbləği, yəni 31,374 manatı "xxxx" ASC-dən çıxaraq Şahlar Mizəyevə vermiş, qalan heç nəyə qarışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərmişdir ki, təqribən 2012-ci ildən iri və xırda buynuzlu heyvan satışı ilə məşğul olur. Şahid22 2017-ci ildən tanıyır, İmişli mal bazarında tanış olmuşlar. Ondan bir neçə dəfə iri və xırda buynuzlu heyvan almış, sonra tanış olmuşlar, ona təklif etmişdir ki, mal-heyvan alınıb əhaliyə paylanmasında kömək etsin. O da Şahlarla razılaşıb müxtəlif rayonlarda yaşayan şəxslər üçün mal-heyvan alınıb paylanması və birkalanmasında köməklik etmiş, yəni tender və kotirovka sorğuları ilə bağlı əhaliyə verilən mal-qaranın alınıb paylanmasına Şahlar Mizəyev tərəfindən cəlb edilmişdir. Onlara Şahid22 tərəfindən verilmiş siyahıda olan şəxsləri mal bazarına çağırmışlar, istəklərinə uyğun olaraq bazarda iri buynuzlu yaxud xırda buynuzlu heyvan alıb vermişlər. Həmin heyvanlar bazarda birkalanmış, bundan sonra aktın arxa tərəfinə birkaları qeyd etmişlər, şəxslərə imzaladıb foto və video şəklini çəkməklə təhvil vermişlər. Tərtib etdikləri aktlarda heyvanların və ya verilən digər maddi aktivlərin qiymətləri yazılmamışdır. Maddi aktivləri qəbul etmiş şəxslərin hər biri aktı özü imzalamaqla maddi aktivi təhvil almışlar. Mal-qara payladıqları rayonların içərisində Ağdaş rayonu da olmuşdur, həmin rayonların əhalisinə də mal-qara alıb paylamışdır. Ağdaş məşğulluq xidmətinin əməkdaşı da aktivin paylanması zamanı onların yanında dayanıb akta qol çəkmişdir. Bazarda kimin üçün hansı sayda hansı növ və təqribən hansı qiymətə heyvan almağı Şahid22 demişdir. Onun üçün kimə hansı sayda və neçəyə alınması önəmli olmamış, əsas ona fikir vermişdir ki, kimə heyvan alınıb verilsə narazı qalmasın. Şahlar bilmişdir ki, o, mal-heyvanı və qiymətini yaxşı bilir, ona görə şəxslərin gedib bəyənib seçdiyi heyvanların qiymətini danışıb almağı da ona tapşırmışdır. Əsasən ətlik, südlük iri və xırda buynuzlu heyvanlar almışlar. Məsələn yanı balalı bir qoyunun qiyməti 180-220 manat arası dəyişmiş, bir quzunun qiyməti 110-130 manat, bir yanı balalı inəyin qiyməti 1200-1400 manat olmuşdur. Qiymətlərin hamısını hazırda tam xatırlaya bilmir. Sonradan həmin heyvanların qiymətinin neçəyə rəsmiləşdirildiyini bilmir. Hər bir şəxsə heyvanla yanaşı ot ya da yem alıb vermişlər. Onun kömək etmək səbəbi odur ki, əvvəllər ondan da mal-heyvan almışlar, çünki o özü də bazarda alver etmiş, bundan başqa bəzi hallarda 50-100 manat da hörmət etmişlər. Ağdaş rayonu üzrə Şahların tapşırığı əsasında aktivləri özü paylamış, Şahların iştirak edib-etməməsi yadında deyil, lakin aktivləri paylayarkən hazırda adını xatırlamadığı X13 əməkdaşı da iştirak etmişdir. Ağdaş rayonu üzrə heyvanları Bərdə və Ağdaş rayonundan alıb vermişlər, o heyvanı tapmış, ya da vətəndaş özü tapmış, qiymətini danışmış, çünki bazardakı bütün qiymətləri bilmişdir. Bundan sonra Şahid22 heyvanın pulunu vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 2013-cü ildə həmin fakültəni bitirmişdir. Bundan sonra hazırkı dövrə kimi mal-qara alqı satqısı ilə məşğul olur. 2017-ci ilin may-iyul aylarında qəzetdə və İnternet saytında görmüşdür ki, X18 üzrə mal-qara və avadanlıq alışı ilə bağlı tender keçirilir. Elandan başa düşmüşdür ki, X18 vətəndaşlara verilməsi üçün mal-qara almaq istəyir və buna görə də tender və kotirovka keçirir. Bundan sonra Rəşad adlı soyadını və atasının adını unutduğu dostuma demişdir ki, onu elə bir şəxslə tanış etsin ki, həmin şəxsin ferması, mal-qarası olsun, onunla tenderdə iştirak etmək istəyir. Rəşad ona demişdir ki, belə bir tanışı vardır, onları görüşdürər. Bir müddət sonra Rəşad onu Seyidrəsul Abbasov adlı şəxsə tanış etmiş, öyrənmişdir ki, Seyidrəsul Saatlı rayon sakinidir, həmin rayonda mal-qara ferması var və vergi ödəyicisidir. Seyidrəsula demişdir ki, X18 mal-qara alışı ilə bağlı tender keçirir, malqara alıb vətəndaşlara paylayacaq. Seyidrəsula təklif etmişdir ki, birlikdə həmin Məşğulluq mərkəzi tərəfindən keçirilən tenderdə iştirak etsinlər, əldə olunan qazancı yarı bölsünlər. Seyidrəsul onun təklifi ilə razılaşmışdır. Bundan sonra X14 müraciət etmiş. Seyidrəsulun adından tenderdə iştirak etmək üçün ərizə və bank rekvizitlərini almış, təklif olunan malqara qiymətlərini paketə qoyub həmin sənədləri X14 təqdim etmişdir. Seyidrəsul ona kompyuter vasitəsi ilə nümayəndəsi olması barədə etibarnamə yazıb vermiş, lakin etibarnaməni notariat kontorunda təsdiq etdirməmişdir. O, həmin etibarnaməni və digər sənədləri X14 təqdim etmiş, bir neçə gün sonra X18ndə kotirovka keçirilmiş, lakin kotirovkanın hansı mərtəbədə və otaqda keçirilməsini xatırlamır. İki nəfər şəxs kotirovkada iştirak etmiş, lakin konkret kimlərin iştirak etməsini xatırlamır, konkret olaraq X13 hansı əməkdaşını komissiyada iştirak etmələrini xatırlamır. O, kotirovka sorğusunun qalibi olmuşdur. Şahid23 hesabına köçürülmüş pulu Seyidrəsul özü bankdan çıxarmış, vergilər və sair xərclər çıxmaqla qalanını mal-qara almaq üçün ona vermişdir. O da vətəndaşları mal bazarına aparıb orada istədikləri heyvanı alıb vermişdir, bununla bağlı akt tərtib edilmiş, tərəfindən foto və video şəkillər çəkilmişdir. Şahid23 başqa «Sabit» kəndi fermer təsərrüfatının adından da aparılan alış və təhvil-təslimlərdə iştirak etmişdir. Sabit kəndli fermer təsərrüfatının müdirinin adı Sabitdir. Sabitlə İmişli rayonunda yerləşən mal bazarında tanış olmuş, Sabitin mal-qara fermasının olmasını bildiyi üçün Sabitə də tender və kotirovkalarda iştirak etməyi təklif etmişdir. Ağdaş rayonu üzrə aktivləri nümayəndəsi və tanışı Şahid25 həyata keçirmişdir. Ağdaş rayonu ilə bağlı xərcləri çox çıxdığına görə o rayonda demək olar pul qazana bilməmişdir. Ağdaş rayonundan başqa İmişli, Saatlı, Kürdəmir, Lənkəran, Qax, Balakən, Oğuz, Mingəçevir, Abşeron, Sumqayıt, Suraxanı, Binəqədi, Sabunçu rayonlarında tender və kotirovka sorğularında iştirakını xatırlayır. Digər rayonların adlarını unutmuşdur. Dövlət Məşğulluq Xidmətinin hər hansı bir əməkdaşını tanımır, onun həmin əməliyyatlarda iştirak etməyi üçün heç kim heç kimdən heç nə xahiş etməmişdir. Bundan əlavə əldə etdiyi qazancımdan heç kimə pul verməmişdir. Aldığı malqaranın qiyməti təqdim etdiyi qiymətlərdən aşağı olmuşdur. Aldığı iri və xırda buynuzlu ev heyvanlarının, mal-materialların real bazar qiymətləri ilə faktiki olaraq alınmış qiymətləri arasında fərqləri onunla izah edir ki, faktiki olaraq o, bazar qiymətlərini müəyyən edib Seyidrəsula vermiş və Seyidrəsul bu qiymətləri təklif etmişdir. Həmin qiymətlərin içərisində mal-qaranın qiymətindən əlavə tender və kotirovkada iştirak edən hüquqi və fiziki şəxslərin qazancı, vergiləri və sair xərcləri hesablanmışdır. Ağdaş rayonu üzrə aktivlərin paylanması barədə aktları özü tərtib etmiş, lakin İslam aktivləri payladığına görə aktlara İslam imza etmişdir. Aktivlərin vətəndaşların mülkiyyətinə verilməsi barədə aktlar isə onlar tərəfindən tərtib edilməmiş, həmin proseslərdə iştirak etməmişdir. Maddi aktivlər Ağdaş rayonu üzrə Ağdaş və Bərdə rayonlarından alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, 1984-1990-cı illərdə Bakı Dövlət Universitetində “Tarix” fakültəsində bakalavr təhsili almış, 2001-ci ilin avqust ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. Dövlət Məşğulluq Xidməti X25 çevriləndən sonra Peşə hazırlığı və peşəyönümlü departamentinin müdürü kimi işini davam etdirir. Özünü məşğulluq prosesinin mahiyyətini qısa olaraq belə izah edə bilər ki, işsiz kimi seçilmiş şəxslər təlimlərə cəlb edilir, onlara biznes plan yazmaq, biznesi idarə etmək vərdişləri öyrədilir, bundan sonra onların yazdıqları layihələr öyrənilir, qiymətləndirilir, bəziləri seçmə qaydada yoxlanılır, ayrılmış vəsait hesabına onlara malmaterial-avadanlıqlar ayrılır ki, özünü məşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını yaratsınlar, sonradan həmin istifadəyə verilmiş əmlaklar şəxsin öz mülkiyyətinə verilir. Özünü məşğulluq proqramı üçün ilkin vəsait Prezidentin ehtiyat fondundan ayrılsa da, sonradan, xx.xx.2018-ci ildən bu vəsait işsizlikdən sığorta fondundan ayrılır. Həmin fondun vəsaitləri 05 faiz işləyən şəxslərin, 05 faiz isə işəgötürənlərin ödənişlər hesabına formalaşır. İşsiz kimi seçilmiş şəxslərə təlimlər X1 sertifikatını almış təlimçilər tərəfindən keçirilir, 36 saatlıq təlimlərdə onlara biznes plan yazmaq, maya dəyəri və xalis gəliri hesablamaq, təsərrüfatı yaxud istehsalı idarə etmək vərdişləri öyrədilir, vergilər, kənd təsərrüfatı nazirliklərinin nümayəndələri dəvət edilməklə işçilərə zəruri biliklər aşılanır. Yazılmış biznes planlar Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi tərəfindən yaradılmış komissiya tərəfindən qiymətləndirilir. Əvvəl vəsait yerli məşğulluq mərkəzinə ayrılırdı, həmin mərkəz tender keçirmək və ya kotirovka sorğusu ilə aidiyyatı təşkilatları seçirdi, həmin təşkilatlar isə tələb olunan mal-materialı, avadanlığı təmin edib işsiz şəxslərə təqdim edirdi. Hazırda isə tender və kotirovkaların keçirilməsini Mərkəzi aparat təşkil edir. Dövlət Məşğulluq Xidməti rəhbərliyinin əmrinə əsasən ölkə ərazisi müxtəlif regionlar üzrə kurasiyalara bölünmüşdü, 7-8 əməkdaş kurasiya üzrə rayonlarda bu prosesin keçirilməsinə nəzarət etmişdir. Onun kurasiyasında Ağdaş, Ağdam, Bərdə, Tərtər, Hacıqabul, Yevlax və Mingəçevir rayonları olmuşdur. Həmin rayonlarda biznes planların seçilməsində, maddi aktivlərin istifadə bir il sonra istifadəçilərin mülkiyyətin verilməsi prosesində özü iştirak etmiş və görüşdüyü bir neçə şəxsin təsərrüfatına yaxud yaratdığı iş sahəsinə baxış keçirmiş və yerində akt tərtib edilmiş, bununla da proses başa çatmışdır. Bir dəfə özünü məşğulluq çərçivəsində layihələrin icrasına cəlb edilmiş şəxslər növbəti illərdə işsiz kimi heç bir layihəyə cəlb edilməmişdir. Mal-materialların alınması ilə bağlı keçirilən tender və kotirovka sorğularına dair işlərə o, qarışmamışdır. İstintaq zamanı Ağdaş rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Təqsirləndirilən şəxs onun 2017-ci ilin iyun-avqust aylarında Ağdaş rayon Məşğulluq Mərkəzi üzrə özünəməşğulluğun təmin edilməsi ilə bağlı tender və kotirovka keçirilməsi ilə bağlı sənədləri Təqsirləndirilən şəxs göndərərək imzalanmaqla və möhürlənməklə ona qaytarılmasını tapşırması, bu göstərişi icra etməsi barədə ifadəsində göstərdiklərini əsassız hesab edir, heç vaxt Təqsirləndirilən şəxs tender və kotirovka sənədləri göndərməmiş, bu məzmunda göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxumuş, 2007-2012-ci illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mühəndis, 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon şöbəsində baş məsləhətçi, DSMF-nin Saatlı rayon şöbəsində müdir müavini vəzifəsində işləmişdir. 2019-cu ildən etibarən işsizdir, lakin ailəsinin Saatlı rayonunda 150 baş iri buynuzlu, 350 baş xırda buynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı mövcuddur. Həmin təsərrüfatı özü və qardaşı Mirmansur Abasov idarə edir. Fiziki şəxs kimi ona ********** nömrəli VÖEN verilmiş, 2010-cu ildə qeydiyyata alınmış, 2017-ci ildən etibarən fəaliyyətini dayandırmışdır. Şahid22lə tələbə yoldaşı olmuş, tanışlıqları həmin vaxtdandır. Şahid22 ona təklif etmişdir ki, təsərrüfatı olduğu üçün və vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə onun adından kotirovka sorğuları və tenderlərdə iştirak edib qazandığı pulun bir hissəsini ona verə bilər. O da həmin təkliflə razılaşmış, Şahid22 etibarnamə vermişdir. Şahid22 tərtib edib ona təqdim etdiyi müxtəlif rayonlarda keçirilən tender və kortirovka sorğuları ilə bağlı sənədləri imzalamış, həmin sənədlərin içərisində İmişli və Ağdaş rayonu üzrə tender sənədləri də olmuşdur. Özü heç bir rayona sənəd göndərməmiş, heç bir kotirovka sorğusu və ya tenderdə iştirak etməmişdir. 2017-ci ildə bir neçə dəfə Şahid22lə birlikdə Beynəlxalq Banka gedib orada onun hesabına köçürülən təqribən 500.000 manata yaxın vəsaiti hesabdan çıxarıb Şahid22 təqdim etmişdir. Pulu hesabdan çıxarıb dərhal Şahid22 verdiyinə görə məbləğini dəqiq xatırlaya bilmir. Aralarında olan danışığa görə həmin pul hesabına Şahid22 özünü məşğulluq proqramı çərçivəsində müxtəlif şəxslər üçün iri və xırda buynuzlu heyvanların verilməsini təşkil edəndən sonra qalan qazancın bir hissəsini ona verməliymiş, lakin Şahid22 sonradan heyvanların qiymətinin bahalaşmasını bəhanə edib ona pul verməmişdir. O da əvvəldən yoldaşlıq münasibətləri olduğuna görə bu barədə Şahlara heç nə deməmişdir. Möhürü Şahid22 versə də onun adından tərtib edilmiş bütün sənədləri şəxsən ona imzalatdırmışdır. Konkret olaraq hansı rayonlara tender və kotirovka sorğuları ilə bağlı müraciətlər göndərilməsini, müqavilələr bağlanmasını hazırda xatırlaya bilmir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi heç kimlə əmək müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid6 ifadəsində göstərmişdir ki, 2016-ci ilin sentyabr ayından Göyçay rayonu Məşğulluq Mərkəzində böyük məsləhətçi vəzifəsində işləyir. 2017-ci ilin təxminən avqust ayında mərkəzin direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət edib bildirmişdir ki, X18 tərəfindən maddi aktivlər paylanacaq, həmin mərkəzdə işçilərin sayı azdır, baş idarədən göstəriş var ki, onun və mərkəzin əməkdaşı Şahid11 adları X18 üzrə yaradılan kommissiyanın tərkibinə adları daxil edilsin və onlar aktivlərin paylanmasında iştirak etsinlər. O, heç bir etiraz etməmiş, lakin bundan sonra nə o, nə də Orxan heç bir yerə dəvət olunmamışlar, heç bir sənədə imza etməmişlər, heç bir aktivin paylanmasında iştirak etməmişlər. X18 üzrə birinci not üzrə tenderin nəticələri haqqında tender komisiyyasının xx.xx.2019-cu iyul tarixli yekun protokolunda adının qarşısında olan imza ona məxsus deyil, onun adından həmin sənədin kim tərəfindən imzalamasını deyə bilməz. O, şəxsən X18 üzrə heç bir kotirovkada və tenderdə iştirak etməmiş, heç bir sənəd imzalamamışdır. Təqdim olunan protokoldan adları qeyd olunan müəssisələrdən, adının X18 üzrə tender komissiyasının tərkibinə daxil edilməsindən məlumatı yoxdur. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid20 ifadəsində göstərmişdir ki, 2008-ci ildə hazırkı Azərbaycan Dövlət Aqrar Universtetini “Mühasibat uçotu və audit” ixtisası üzrə bitirimiş, bundan sonra "xxxx" MMC-də operator və kassir vəzifələrində işləmiş, 2016-ci ilin fevral ayından hazıradək Ağdaş rayonu Məşğulluq Mərkəzində baş məsləhətçi-mühasib vəzifəsində işləyir. 2017-ci ilin avqust ayında mərkəzin direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət edib bildirmişdir ki, baş idarədən maddi aktivlərin alınması ilə bağlı (işsiz vətəndaşla verilməsi üçün) hazır sənədlər göndərilmiş, həmin sənədləri təcili imzalayıb baş idarəyə göndərmək lazımdır. Bundan sonra o, Təqsirləndirilən şəxs ona təqdim etdiyi tender nəticələrinin yekun protokolunu tender komissiyasımn üzvü kimi imzalamış, daha sonra isə Mərkəzin direktoru Təqsirləndirilən şəxs ona verdiyi qaimə faktura, müqavilə və yekun protokolu əsasında qalib kimi adlı göstərilən “Sabit” KFT-nın və Seyidrəsul Abbasovun bank hesablarına müvafiq vəsaitləri köçürmüşdür. Bildirir ki, o, mərkəz üzrə hər hansı bir kotirovka və açıq tenderdə iştirak etməmiş, mərkəz üzrə heç bir kotirovka və tender keçirilməmişdir. Sadəcə olaraq həmin sənədləri Baş idarədən göndərilmiş sənədlər kimi imzalamışdır. Mərkəzin direktoru Təqsirləndirilən şəxs sənədlərin kim tərəfindən verilməsini bilmir. Tenderin nəticələri haqqında tender komisiyyasının xx.xx.2019-cu iyul tarixli yekun protokolunda adının qarşısında olan imza ona məxsusdur, sənədi öz adından özü imzalamışdır. Mərkəz üzrə heç bir tender və kotirovka keçirilməmiş, o, şəxsən heç bir kotirovka və tenderdə iştirak etməmiş, tender və kotirovkada adları qeyd edilən müəssisələrdən heç birini tanımır. O, həmin sənədləri baş idarədən göndərilən sənədlər bilib imzalamış, əgər imza etməsəydi, onda arzu olunmayan işçi hesab edilərdi. Onun sənədləri imzalamağında heç bir maddi-marağı olmamışdır. Təxminən 15 nəfər şəxsə hansısa şirkətin Şahid25 adlı əməkdaşı tərəfindən mal-qara alınıb paylanılmış, bu prossesdə o iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid11 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sentyabr ayından qədər Göyçay rayonu Məşğulluq Mərkəzində işləyir. Əvvəllər həmin mərkəzdə məsləhətçi vəzifəsində, daha sonra mütəxəssis vəzifəsində işləmişdir. 2017-ci ilin təxminən avqust ayında mərkəzin direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına dəvət edib bildirmişdir ki, X18 tərəfindən maddi aktivlər paylanacaq, həmin mərkəzdə işçilərin sayı azdır, baş idarədən göstəriş var ki, onu və mərkəzin əməkdaşı Şahid6 adı X18 üzrə yaradılan komissiyanın tərkibinə daxil edilsin və onlar aktivlərin paylanmasında iştirak etsinlər. O, heç bir etiraz etməmiş, lakin bundan sonra nə o, nə də Fariz heç bir yerə dəvət olunmamışlar, heç bir sənədə imza etməmişlər, heç bir aktivin paylanmasında iştirak etməmişlər. X18 üzrə birinci tenderin nəticələri haqqında tender komissiyasının xx.xx.2019-cu iyul tarixli yekun protokolunda tender komisiyyasının üzvü qarşısında olan imza ona məxsus deyil, onun adından həmin sənədin kim tərəfindən imzalamasını bilmir. Şəxsən X18 üzrə heç bir kotirovkada və tenderdə iştirak etməmiş, heç bir sənəd imzalamamışdır. Təqdim olunan protokoldan adları qeyd olunan müəssisələrdən, adının X18 üzrə tender komissiyasının tərkibinə daxil edilməsindən məlumatı yoxdur. İşin materiallarında olan Ağdaş rayonu Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 16 nəfər şəxsə özünüməşğulluq proqramı çərçivəsində 2017-ci ildə verilmiş maddi aktivlər ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə dair rəydən görünür ki, “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” Aktlara Ağdaş rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınmış 16 nəfərin adma 2017-ci ildə özünüməşğulluq proqramı çərçivəsində 82330,0 manat dəyərində maddi aktivlərin verilməsi rəsmiləşdirilmişdir. Lakin “Sabit” KFT (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 661928 nömrəli qaimə-fakturada 31374 manat və fiziki şəxs Şahid23 (VÖEN **********) adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622355 nömrəli qaimə-fakturada 48947 manat olmaqla, cəmi 80321 manat dəyərində maddi aktivlərin alınması barədə rəsmiləşdirmə aparılmışdır. Həmin sənədlərdən görünür ki, Aktlarda göstərilən rəqəmlə, qaimə-fakturada qeyd edilən rəqəmlər arasında 2009 manat fərq vardır. Ona görədə həmin xüsusat istintaq tərəfindən araşdıralaraq hüquqi qiymət verilməlidir. “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlarda göstərilən 16 nəfər şəxsə 82330 manat dəyərində maddi aktivlərin verilməsi barədə olan məlumatlar əsas kimi qəbul edilərsə, həmin şəxslərin ifadələrinə və bazarda aparılmış araşdırmalara əsasən müəyyən edilmişdir ki, 16 nəfər şəxsə faktiki olaraq 63100 manat dəyərində maddi aktivlər, bəzi şəxslərə digər xərclər üçün əlavə olaraq 1255 manat nağd pul vəsaiti verilmişdir. Nəticədə 17975 manat fərq yaranmışdır. Qaimə-fakturalarda göstərilən 16 nəfər şəxsə 80321 manat dəyərində maddi aktivlərin verilməsi barədə olan məlumatlar əsas kimi qəbul edilərsə, həmin şəxslərin ifadələrinə və bazarda aparılmış araşdırmalara əsasən müəyyən edilmişdir ki, 16 nəfər şəxsə faktiki olaraq 63100 manat dəyərində maddi aktivlər, bəzi şəxslərə digər xərclər üçün əlavə olaraq 1255 manat nağd pul vəsaiti verilmişdir. Nəticədə 15966 manat fərq yaranmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsində qeyd edilən saxtakarlıq hallarına yol verilmiş, mal və avadanlıqların qiymətinin müəyyən edilməsi, ən sərfəli təklifin seçilməsi ilə əlaqədar Qanunun 36-cı maddəsinin tələbləri pozulmuş, həmin Qanunun 38-ci maddəsinə əsasən tender və təkliflər sorğusunda iştirak edən müəssisələr barədə məlumatlar, 6-cı maddəsinin tələblərinə əsasən malgöndərənlərin ixtisas göstəriciləri təhlil edilməmiş, onlar formal olaraq satınalmaya cəlb edilmiş, təkliflər araşdırılmamış, Qanunun 36.5-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən qeyd edilən hallarda təklif kənarlaşdırmalı olduğu halda, hərəkətsizlik edilərək heç bir tədbir görülməmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixli, 02/5-875cix-28 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş verilmiş 18 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş verilmiş 18 oktyabr 2021-ci il tarixli, № 152 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirkəkə kəndində yaşamaqla ailə tərkibi X3, X10 və X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə 15966 manat ödəniş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.24-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddələrinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, uzun illər qüsursuz əmək fəaliyyətini, baş vermiş cinayət hadisəsində maddi mənfəət güdmədiyini və belə mənfəət əldə etmədiyini, buna baxmayaraq dəymiş zərəri tamamilə ödədiyini, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). İşin materiallarına əlavə olunmuş qəbzdən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) ittiham aktında göstərilən, mülki iddia üzrə tələb olunan pul məbləğini (15966 manat) tam olaraq ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia ittiham üzrə dəymiş zərər tamamilə ödənildiyindən təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar