Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-5/2023 24.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs övladı X1 işlədiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə köçürülmə yolu ilə keçməsinə köməklik göstərməsinə dair 2021-ci ilin iyun ayında ona müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı sonuncunun etibarını qazanmaq məqsədi ilə özünün guya DTX-nin rəhbər vəzifəli şəxsinin sürücüsü işlədiyini deyib DTX-nin rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən qeyd edilən məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs yalandan bildirib, özü barədə inam yaratdıqdan sonra həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nurlan İsmizadənin xeyrinə edəcəyi hərəkətə, yəni onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə keçirilməsi üçün zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək inandırıb Zərərçəkmiş şəxs razılığını almaqla onunla sövdələşib, həmin adla Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu ərazisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə cinayətdən xəbərsiz olan dostu X3 "xxxx" ASC-yə aid olan **** **** 10344988 saylı bank kartına 1700 manat, "xxxx" ASC-yə aid 416974 ***** 3225 saylı öz adına olan bank kartına müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu ərazisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 1800 manat, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu ərazisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 2000 manat, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu ərazisində yerləşən "xxxx" ASC-nin ödəmə terminalı vasitəsi ilə 1000 manat, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu ərazisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 540 manat, xx.xx.2021-ci il tarixdə Ağdaş rayonu ərazisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə 460 manat məbləğində olmaqla ümumilikdə 7500 manat məbləğində pul vəsaitinin ona göndərilməsinə nail olub aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə həmin məbləği ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nurlan İsmizadənin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində tanıdığı Ağdaş şəhərində ev-alqı satqısı ilə məşğul olan Zərərçəkmiş şəxs zəng edərək atasına məxsus Ağdaş rayonu Mikayıl Müşfiq küçəsində yerləşən həyət evini satmaq istədiyini bildirmiş, o, evi Bakı şəhərində mənzil almaq məqsədi ilə 75 min manata satışa qoymuş, həmin gün Zərərçəkmiş şəxs Elçin adlı şəxslə yaşadığı ünvana gəlib evin fotoşəkillərini çəkərək evi satmaqda ona köməklik edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs evin açarlarını qonşu Şöhrət Şavəddinova verəcəyini, müştəri olarsa evin açarlarını ondan götürüb evi göstərə biləciyini bildirib onunla sağollaşmış, Zərərçəkmiş şəxs bir neçə dəfə evə müştəri gətirmiş, lakin müştərilər evi ucuz qiymətə istədikləri üçün razılaşmamışdır. Daha sonra Zərərçəkmiş şəxs ona zəng edərək evi 75000 manata sata bilməyəciyini bildirmiş, bir müddət sonra Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onun geniş əlaqələrinin olması barədə xəbərinin olduğunu, onun oğlu DSX-də işləyən Nurlan İsmizadəni DTX-yə keçirilməsində ona köməklik etməyini xahiş etmiş, o, isə Zərərçəkmiş şəxs köməklik edəcəyini söz vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs zəng edərək oğlu Nurlan İsmizadənin şəxsiyyət vəsiqəsinin surətini "whatsapp" vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə göndərməsini bildirmiş, həmin söhbətlərdən bir müddət sonra Zərərçəkmiş şəxs 2021-ci il iyun ayında ona zəng edərək Nurlan İsmizadənin DTX-yə keçirilməsi ilə bağlı işlərin hansı mərhələdə olması barədə soruşmuşdur. Həmin vaxtlarda ona şəxsi məqsədlərinə xərcləmək üçün pul lazım olmuş, ona görə də o, Zərərçəkmiş şəxs qeyd olunan işlərin görülməsi üçün DTX-də işləyən tanış adamlar olduğunu və onlara 7500 manat pul vermək lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsla razılaşaraq ondan istədiyi 7500 manat pulu ayrı-ayrı vaxtlarda onun və qohumu Ülvi İsmayılovun adına olan bank kartına köçürülmüşdür. Ona məxsus bank kartının istifadə müddəti bitdiyindən Zərərçəkmiş şəxs pulun bir hissəsini tanışı Ülvi İsmayılova məxsus bank kartına köçürməsini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 1700 manat məbləğində, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 540 manat, xx.xx.2021-ci il tarixdə 460 manat məbləğində ümumilikdə 7500 manat məbləğində pulu ona və qohumu Ülvi İsmayılova məxsus bank kartına köçürmüşdür. 7500 manat məbləğində pulları o "xxxx" ASC-nin terminallarında nağdlaşdırmışdır. Lakin, Zərərçəkmiş şəxs oğlu Nurlan İsmizadənin DTX-yə keçirilməsi ilə bağlı heç bir şəxslə danışmamış və heç bir şəxsə pul verməmişdir. Zərərçəkmiş şəxs aldığı 7500 manat məbləğində borclarının ödənilməsinə istifadə etmişdir. 2022-ci ilin fevral ayında o, Zərərçəkmiş şəxs zəng edərək ünvan 2ndə yaşadığı evə çağırmışdır. O, Zərərçəkmiş şəxs ondan aldığı 7500 manat pulu 2022-ci ilin mart ayınadək qaytaracağını bildirib ilkin olaraq ona həmin gün axşam radələrində qohumu Ağdaş şəhər sakini Şahid1 vasitəsi ilə 500 manat pul qaytarmışdır. 2022-ci ilin mart ayında isə atası X12 Bəkirovun tanımadığı qohumları ilə Bakı şəhərində görüşərək onlara 4000 manat məbləğində pul vermişdir. Lakin, sonradan “COVİD-19” virusuna yoluxduğu üçün Zərərçəkmiş şəxs pulun qalan hissəsini qaytara bilməmişdir. 2022-ci ilin iyun ayında Ağdaş rayon prokurorluğundan ona barəsində şikayət daxil olduğu bildirilib və araşdırma üzrə izahatının alınması üçün rayon prokurorluğuna dəvət edilmişdir. Lakin, atası Elşən Əliyevin səhhətinin ağır olması və atası yataq xəstəsi olması ilə bağlı o, rayon prokurorluğuna gələ bilməmişdir. Həmçinin, Zərərçəkmiş şəxs onun barəsində rayon prokurorluğuna şikayət etdikdən sonra atası Elşən Əliyev 2022-ci ilin təxminən avqust ayında Zərərçəkmiş şəxs pulun qalan 3000 manat hissəsindən 2500 manatını geri qaytarmışdır. Digər 500 manatını isə qısa zamanda Zərərçəkmiş şəxs o, qaytaracaqdır. Ümumilikdə o, Zərərçəkmiş şəxs aldığı 7500 manat pulun 7000 manatını ona geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs aldığı 7500 manat məbləğində pulları onun oğlu Nurlan İsmizadəni DTX-yə işə düzəltəmək adı ilə almış və həmin pulları DTX-də işləyən tanışları olan vəzifəli şəxslərə verəcəyini bildirmişdir. Lakin, o, həmin pulları heç kimə verməmişdir. Belə ki, ona həmin vaxtlarda pul lazım olduğu üçün Zərərçəkmiş şəxs ümumilikdə 2021-ci ilin iyun ayından sentyabr ayına qədər olan müddət ərzində 7500 manat məbləğində pulu alaraq öz şəxsi məqsədlərinə xərcləmiş və Zərərçəkmiş şəxs aldadaraq ona qarşı dələduzluq etmişdir. Əməlindən peşmandır. Törətdiyi cinayət əməlini etiraf edir. Zərərçəkmiş şəxs dedikləri doğrudur. Belə ki, Zərərçəkmiş şəxs soruşduqda o, çox geniş əlaqələrinin olmasını və Nurlan İsmizadəni DTX-yə işə keçirə biləcəyini qeyd etmişdir. Həmçinin, o, Zərərçəkmiş şəxs yalan danışmışdır. O, DTX-də və ya digər hər hansı bir dövlət orqanında işləmir. Zərərçəkmiş şəxs dedikləri doğrudur lakin, o, həmin pulları heç kimə verməmiş və onun Zərərçəkmiş şəxs pul almağını heç kim bilmir. Bu barədə heç kimə deməmişdir. Onun məqsədi sadəcə Zərərçəkmiş şəxs pul alaraq şəxsi məqsədlərinə xərcləmək olmuşdur. Onun əvvəlcədən hər hansı vəzifəli şəxsə pul vermək niyyəti olmamışdır. Buna görə də hesab edir ki, əməlində rüşvət verməyə təhrik etmə maddəsinin tərkib əlamətləri yoxdur. O, sadəcə bu üsulla Zərərçəkmiş şəxs inanması üçün onu aldadaraq pulunu dələduzluq yol ilə ələ keçirib şəxsi məqsədləri üçün istifadə etmək istəmişdir. Dələduzluq etməsi ilə bağlı əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. İstintaq zamanı isə hadisəni olduğu kimi danışmışdır, lakin ona ittham verilmiş 312.1-ci maddə ilə razı deyil. Hesab edir ki, əməli düzgün tövsif olunmayıb. Onun əməlində yalnız dələduzluq cinayətinin tərkib əlamətləri vardır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsi ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Ağdaş şəhəri ərazisində evlərin alqı-satıqısı və kirayə verilməsi ilə məşğul olur. 2021-ci ilin yanvar ayında Ağdaş şəhər sakini kimi tanıdığı mobil telefonu ***-***-**-** və ***-***-**-** olan Təqsirləndirilən şəxs adlı şəxs ona yaxınlaşaraq evini satdığını bildirmiş, o, da Pərvinlə bir neçə dəqiqə söhbət edib onun evinin satılmasına köməklik edəcəyini bildirmiş, daha sonra sağollaşaraq Pərvinlə sabah görüşəcəklərinə razılaşmışlar. Növbəti gün o, Ağdaş şəhərində Padar küçəsində Pərvinlə görüşmüşdür. Lakin, o, daha evini satmadığını bildirmişdir. Həmin vaxt o, Pərvindən harada işlədiyini soruşmuş Pərvin isə cavabında bildirmiş ki, “DTX-nin rəisinin sürücüsüdür, şəxsi ailə sürücüsü, DTX-də 3–cü adamdır “nə lazım olsa mən sənin qulluğundayam” demişdir. O isə Pərvinə oğlu Nurlan İsmizadənin DSX-də işlədiyini bildirmişdir. Pərvin isə ona “istəyirsən təmənnasız deyim gətirsinlər onu DTX-yə, sən mənə uşaqlıqda çox yaxşılıq eləmisən, mən də istəyirəm sənin əlindən tutum” demişdir. Belə ki, o, uşaq vaxtı Pərvinə işlədiyi yerin yaxınlığında mebel sexində işləyən vaxt kafedə ona çox vaxt yemək almış və pul vermişdir. Həmin söhbətlərindən təxminən 4-5 ay keçdikdən sonra 2021-ci ilin iyun ayında o, Təqsirləndirilən şəxs mobil telefonla zəng edərək ona söz verdiyi kimi Nurlanı DTX-yə köçürmə yolu ilə keçəcəyinə köməklik edib-etməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə ona cavabında bildirmişdir ki, “narahat olma bütün sənədlər hazırdır, şöbədən sorğu gedib, əvvəlcə Kəlbəcər rayonunda işləyər, daha sonra Ağdaş DTX-nin rəisi Aydın Əliyevlə danışmışam, sonra oğlunu Ağdaşa gətirəcəyik, amma şöbələr var ki, həmin şöbələrin rəisləri olan vəzifəli şəxslərə pul verməlidir ki, oğlu Nurlanın işini həll eləsinlər”. O, Pərvindən nə qədər pul lazım olduğunu soruşanda o, ona bildirmiş ki, ümumilikdə DTX-də işləyən vəzifəli şəxslərə 7500 manat pul verməlidir. O, Təqsirləndirilən şəxslə razılaşıb Pərvinin ondan istədiyi 7500 manat məbləğdə pulu ayrıayrılıqda 2021-ci ilin iyun-sentyabr aylarında Ağdaş şəhərində yerləşən "xxxx" ASC-nin filialından və Ağdaş şəhərində yerləşən “Ağdaş” marketə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs və onun dostu X3 adına köçürmüşdür. Belə ki, o, xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2021-ci il tarixdə 1800 manat, xx.xx.2021-ci il tarixdə 2000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 540 manat, xx.xx.2021-ci il tarixdə 460 manat məbləğində pulları, ümumilikdə 7500 manat məbləğində qeyd etdiyi pul köçürmə vasitələri ilə pul köçürmüş, Təqsirləndirilən şəxs isə həmin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə ona vəd verdiyi kimi oğlu Nurlan İsmizadəni DTX-də yeni işə köçürülməsinə heç bir köməklik etməmiş, ona məxsus pulları aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də o, 26 fevral 2022-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ndə yerləşən evində olmuş, ona aldığı pulları verməyəcəyi təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs hansı səbəbdən onu aldatdığını, atası Elşənin və qohumu Şahid2 iştirakı ilə soruşmuş, Təqsirləndirilən şəxs isə ona müxtəlif bəhanələr deyərək pulun 500 manatını həmin günün axşamı qaytaracağını, digər qalan 7000 manatını isə 2022-ci ilin mart ayında qaytaracağını bildirmiş, lakin, həmin gün axşam radələrində 500 manat, 2022-ci ilin mart ayının sonlarında isə 4000 manat pulu qohumları və tanışları vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən ona qaytarılmışdır. Belə ki, 500 manat məbləğində pulu 26 fevral 2022-ci il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs dayısı oğlu Samir Ağdaş şəhəri Musiqiçilər Bağı adlanan ərazidə qaytarmış, 4000 manat məbləğində pulu isə Bakı şəhərində işləyən adını bilmədiyi qohumu vasitəsi ilə onun qohumu İldırıma Bakı şəhərində vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evində olarkən tərəfindən qeydə alınmış səs yazısını, onunla olan telefon danışıqları ilə bağlı yazışmaları və Təqsirləndirilən şəxs pul göndərilməsini təsdiq edən qəbzlərin surətini izahatına əlavə etmişdir. Qeyd etdiklərini qohumu Şahid2 da təsdiq edə bilər. Belə ki, Təqsirləndirilən şəxs pul göndərdiyi vaxtlarda və Təqsirləndirilən şəxslə olan birbaşa və mobil telefon danışıqlarının çox hissəsində Şahid2 onun yanında olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ailə üzvləri, atası Elşən və anası Nairanın da Pərvinin ona qarşı etdiyi əməllərdən məlumatları vardır. Təqsirləndirilən şəxs həmin pulları ondan alarkən oğlu Nurlan İsmizadəni işlədiyi DSX-dən DTX-yə köçürülməsinə köməklik edəcəyini, özünün DTX-də işlədiyini, DTX-nin rəhbərliyinə yaxın şəxs olduğu, DTX-nin rəisinin şəxsi və ailə sürücüsü olduğunu, ondan aldığı pulları DTX-də işləyən şöbə rəislərinə verəcəyini, həmin şəxslər vasitəsi ilə oğlu Nurlan İsmizadənin ilkin vaxtlarda Kəlbəcər rayonunda işə düzəldiləcəyini, daha sonra isə Aydın Əliyev vasitəsi ilə Nurlanın Ağdaş şəhərinə təyinat almasına köməklik edəcəyini bildirmişdir. Əvvəllər o, Təqsirləndirilən şəxs Ağdaş şəhərində hər hansı bir şəxsi işə düzəldəcəyi vədi altında pul aldığını və həmin şəxsi aldatdığını eşitməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onun həmyerlisidir, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır, onun bağışlanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs Ağdaş şəhəri ərazində evlərin alqı-satıqısı və kirayə verilməsi ilə məşğul olur. 2021-ci ilin iyun ayında qohumu Zərərçəkmiş şəxs ona bildirmiş ki, onun Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs adlı tanışı vardır və onun oğlu Nurlan İsmizadəni işlədiyi Dövlət Sərhəd Xidmətindən Dövlət Təhlükəsizlik Xidmətinə yeni işə köçürülməsinə kömək edilməsinə söz vermişdir. Həmçinin, Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilkin olaraq Nurlan İsmizadənin yeni işlə təmin olunması müqabilində ilkin olaraq 1700 manat məbləğində pul istəmişdir. Həmin vaxtlarda Zərərçəkmiş şəxs istəmiş, 30 iyun 2021-ci il tarixdə saat təxminən 17:00 radələrində o və Zərərçəkmiş şəxs Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən “Ağdaş” marketə gedərək orada “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs dostu X3 adına ümumilikdə 1700 manat məbləğində pul köçürmüş, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək pulu köçürdüyünü bildirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs eşitdiyinə görə o, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul-sentyabr aylarında əlavə olaraq müxtəlif vaxtlarda "xxxx" ASC və “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına 5800 manat məbləğində pul köçürmüşdür. Təqsirləndirilən şəxs isə ümumilikdə 7500 manat məbləğində pulu aldıqdan sonra Zərərçəkmiş şəxs aldatmış və onun oğlu Nurlan İsmizadənin yeni işlə təmin olunmasına heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu Nurlan İsmizadənin yeni işlə təmin olunacağına köməklik edəcəyi vədi altında ümumilikdə ondan aldığı 7500 manat məbləğində puldan 4500 manatını 2022-ci ilin fevral və mart aylarında Zərərçəkmiş şəxs qaytarmışdır. Həmçinin, o və qohumu Zərərçəkmiş şəxs təxminən 26 fevral 2022-ci il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ndə yerləşən evində olmuş, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hansı səbəbdən onu aldatdığını atası Elşənin və onun iştirakı ilə soruşmuş, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr deyərək pulun 500 manatını həmin günün axşamı qaytaracağını, digər qalan 7000 manatını isə 2022-ci ilin mart ayının sonuna qədər qaytaracağını bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, “bəs mənə deyirdin DTX-də işləyirsən, orada 3-cü adamam, pulları DTX-də şöbə rəislərinə verəcəm, nəyə görə məni aldatdın, sən adi sürücü işləyirsən”. Təqsirləndirilən şəxs isə cavabında bildirmişdir ki, “Tərlan əmi məni də aldatdılar, sənin pulunu tezliklə qaytaracam”. Daha sonra o və Zərərçəkmiş şəxs oradan ayrılmış, həmin gün axşam radələrində Zərərçəkmiş şəxs ona zəng edərək 500 manat məbləğində pulu Təqsirləndirilən şəxs qohumu Samir vasitəsi ilə ona qaytarmışdır. Həmçinin, Samir adlı şəxs də o və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə olarkən orada olmuşdur. Sonradan bildiyinə görə 2022-ci ilin mart ayının sonlarında isə 4000 manat pulu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qaytarmışdır. Hal-hazırda bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pullardan 3000 manatını geri qaytarmamışdır. 30 iyun 2021-ci il tarixdə 1700 manat məbləğində pulları Təqsirləndirilən şəxs terminal vasitəsi ilə göndərərkən Zərərçəkmiş şəxs telefonla onun yanında Təqsirləndirilən şəxs pulları kimə verəcəyini soruşmuş, Təqsirləndirilən şəxs isə həmin pulları DTX-nin rəhbərliyinə şirinlik kimi verəcəyini bildirmişdir. Sonrakı pulların Təqsirləndirilən şəxs göndərilməsini görməsə də, həmin pulların göndərilməsi barədə qəbzləri Zərərçəkmiş şəxs ona göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evində olarkən o, Zərərçəkmiş şəxs DTX-nin rəhbərliyindən ona söz verdiklərini, lakin, onun da aldadıldığını bildirmişdir. Təqsirləndirilən şəxs DTX-nin Ağdaş rayon şöbəsinin rəisi Aydın Əliyevlə də yaxın münasibətləri olduğunu bildirmişdir. Əvvəllər o, Təqsirləndirilən şəxs Ağdaş şəhərində hər hansı bir şəxsi işə düzəldəcəyi vədi altında pul aldığını və həmin şəxsi aldatdığını eşitməmiş və görməmişdir. Təqsirləndirilən şəxs ilə heç bir şəxsi ədavəti və düşmən münasibəti yoxdur. Onu Ağdaş şəhər sakini kimi tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Ağdaş şəhərində qeydiyyatda olsa da, işi ilə əlaqədar olaraq Xızı rayonunda yaşayır. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Onunla münasibətləri hər zaman yaxşı olmuşdur. Zərərçəkmiş şəxs Ağdaş şəhər sakini kimi tanıyır. Onunla heç bir münasibəti yoxdur. O, təxminən 2022-ci ilin fevral ayının sonlarında səhər radələrində bibisi oğlu Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ndə yerləşən evinə qonaq gəlmiş, həmin vaxt ondan sonra Təqsirləndirilən şəxs yaşadığı evə Zərərçəkmiş şəxs və Şahid2 adlı şəxslər də gəlmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə atası Elşən Əliyev də orada olmuş, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs Elşən Əliyevlə söhbət etməyə başlamış, söhbət zamanı Zərərçəkmiş şəxs Elşən Əliyevdən hansı səbəbdən onu aldatdığını soruşmuş, Təqsirləndirilən şəxs isə ondan aldığı pulların 500 manatını həmin günün axşamı qaytaracağını, digər qalan hissəsini, yəni 7000 manatını isə 2022-ci ilin mart ayında qaytaracağını bildirmiş, o, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı məqsədlə və hansı məbləğdə pul aldığını bildirmiş, söhbət zamanı həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, “bəs mənə deyirdin DTX-də işləyirsən, orada 3-cü adamam, pulları DTX-də şöbə rəislərinə verəcəm, nəyə görə məni aldatdın sən adi sürücü işləyirsən”. Təqsirləndirilən şəxs isə cavabında bildirmiş ki, “Tərlan əmi məni də aldatdılar, sənin pulunu tezliklə qaytaracam”. Ümumiyyətlə söhbət zamanı bibisi oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 7500 manat pul aldığını etiraf edib pulları qaytaracağını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs atası Elşən Əliyev də Pərvinə əsəbləşərək hansı səbəbdən insanları bu cür aldatdığını soruşmuş, lakin, Təqsirləndirilən şəxs heç bir cavab verməmişdir. Daha sonra Zərərçəkmiş şəxs və Şahid2 evdən çıxaraq getmişlər. Həmin gün axşam radələrində Təqsirləndirilən şəxs ona 500 manat məbləğində pul verərək həmin pulu Zərərçəkmiş şəxs verməyini bildirmiş, o, isə həmin günü Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib onunla Ağdaş şəhəri Musiqiçilər Bağı adlanan ərazidə görüşmüş və 500 manat məbləğində pulu Zərərçəkmiş şəxs vermişdir. Onun bildikləri və gördükləri bundan ibarətdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 7500 manat pul alaraq sonuncuya oğlunu DTX-də yeni işlə təmin edəcəyinə vəd verməsini həmin gün, yəni 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs evinə qonaq gəldikdən sonra Zərərçəkmiş şəxs öyrənmişdir. Sonradan bildiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pullardan 4000 manatını geri qaytarmış, lakin, 3000 manatını bu günədək qaytarmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs dediyinə görə o, Təqsirləndirilən şəxs pulları bank və “Milli Ön” ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Bildiyinə görə bibisi oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunu DSX-dən DTX-yə yeni işə köçürülməsi müqabilində 7500 manat pulları almış, pulları alarkən özünü DTX-nin əməkdaşı kimi təqdim etmiş və həmin pulları DTX-də işləyən tanımadığı şəxslərə şirinlik kimi verəcəyini bildirmişdir. O, qeyd edilənləri Zərərçəkmiş şəxs eşitmişdir. Söhbət zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini inkar etməmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 26 fevral 2022-ci il tarixə aid olan Təqsirləndirilən şəxs, X8 və Zərərçəkmiş şəxs aid səs yazıları vardır. Səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Yaşar oğlunun yaşadığı evə 26 fevral 2022-ci il tarixdə günorta radələrində gələrək Təqsirləndirilən şəxs atası X5 bildirir ki, Təqsirləndirilən şəxs onun oğlu X2 DTX-də işə düzəldəcəyini bildirmiş, həmçinin, Təqsirləndirilən şəxs ona DTX-də 3cü adam olduğunu, DTX rəisinin sürücüsü olduğunu bildirib ondan oğlunu işə düzəltməsi müqabilində ümumilikdə 7500 manat pul almışdır. Təqsirləndirilən şəxs isə atası Elşən Əliyevə qeyd edilənlərin doğru olduğunu bildirib, həmin pulun 500 manatını 26 fevral 2022-ci il tarixdə qaytaracağını, 7000 manatını isə 2022-ci mart ayında hissə-hissə 2 dəfəyə qaytaracağını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 7 ədəd ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən “Milli Ön” elektron ödəmə terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 1700 manat məbləğində pulu X3 adına olan son 8 rəqəmi 10344988 olan "xxxx" ASC-yə aid bank kartına, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 4xxxx3225 nömrəli bank kartına xx.xx.2021-ci il tarixdə 1800 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 2000 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 540 manat məbləğində, xx.xx.2021-ci il tarixdə 460 manat məbləğində köçürmüş, həmçinin, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Ağdaş şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə 1000 manat məbləğində pulu Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə aid 4xxxx3225 nömrəli bank kartına köçürmüşdür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.-1-ci maddəsi ilə təqsirli bilinib, Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 7 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, 17/47-927 saylı məktubundan görünür ki, həmin məktubla Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən 1 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası bitdiyinə görə əlavə cəza olan 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası yerinə yetirilməsi üçün aidiyyəti üzrə Ağdaş rayon İcra bölməsinə göndərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, c/i-53 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair icra sənədi Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 9/3-13-62/2-173/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şamaxı rayon İcra hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 06 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda Şamaxı rayonunun Nağaraxana kəndində müvəqqəti yaşayır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 avqust 2022-ci il tarixli, 1069 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla ailə tərkibi anası Əliyeva Naira Şahid qızından ibarətdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilmiş tədbirlər nəticəsində Şamaxı rayon Çuxuryurd kəndi ərazisində tutularaq Ağdaş RPŞ-yə gətirilərək, Növbətçi Hissəyə təhvil verilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 18 sentyabr 2022-ci il tarixli, 4(014)-128/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 4(014)-145/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərşəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, qismən səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini qismən boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Həmçinin, məhkəmə onun şəxsiyyətini səciyyələndirilən hallara qiymət verərkən, E,Əliyevin əvvəllər Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum olunması məsələsi ilə bağlı qeyd edir ki, həmin maddə üzrə verilmiş ittiham ehtiyatsızlıqdan törədilmiş əməllə bağlı olmuş və həmin hökm üzrə cəza uzun müddət əvvəl çəkilərək başa çatmışdır. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin atası X4 ibtidai istintaqın gedişi zamanı (xx.xx.2022-ci il tarixdə) vəfat etməsini və yaşlı anasının onun himayəsində qalmasını da cəza təyin edərkən nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq onun dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmasını qeyri-mümkün hesab edir. Belə olan halda isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza qismində müəyyən vəzifə tutma hüququndan məhrum edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş əlavə cəzanın icrası vəziyyəti ilə bağlı məlumatın olmamasına hüquqi qiymət verərək qeyd edir ki, həmin hökm üzrə əsas cəza xx.xx.2015ci il tarixdə başa çatmışdır. Qanunvericiliyin tələbinə görə Təqsirləndirilən şəxs heç vaxt sürücülük hüququ olmadığından, əlavə cəzanın icrası həmin hökm üzrə əsas cəza başa çatdıqdan sonra dərhal hesablanmalı idi. Belə olan halda isə hökm üzrə əlavə cəza icra olunaraq başa çatmalı idi. Eyni zamanda, qeyd olunan hökm üzrə əlavə cəzanın icra olunub-olunmamasından asılı olmayaraq, cəzanın qanunvericiliklə müəyyən edilmiş icra müddəti də başa çatmışdır. Buna görə də həmin hökmlə təyin edilmiş əlavə cəza hazırkı hökmlə nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilərkən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə uyğun olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 4 (dörd) ay 8 (səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 8 (səkkiz) ay 16 (on altı) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 9 (doqquz) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Əsas cəzanın cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CM-in 46.3-cü maddəsinə əsasən əlavə cəzanın əvvəli hökmün qanuni qüvvəsini aldığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-5/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-5/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver