Məhkəmə qərarları › İş №1(014)-5/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-5/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-5/2024 11.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Əliyeva (Xəlilova) Rahilə Fazil qızının, Təqsirləndirilən şəxs Əliyeva (Xəlilova) Rahilə Fazil qızının müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1951-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Ağdaş şəhəri, 14-məhəllə, 13/2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyən, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə, xx xxxxx 1965-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Ağdaş şəhəri, Vaqif küçəsi 2/22/28 ünvanında qeydiyyatda olmaqla ünvan 3Ş-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşların intensive terapiya bölməsində həkim neonatoloq vəzifəsində işləyən, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Əliyeva (Xəlilova) Rahilə Fazil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli 2549-K nömrəli əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinə əsasən müvafiq qaydalara və və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq və digər təşkilatisərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəli”nə uyğun olaraq xx.xx.2022-ci il tarixdə növbədə olduğu müddət ərzində həmin gün saat 06:15 radələrində “37-38 həftəlik hamiləlik, inkişafdan qalmış hamiləlik” diaqnozu ilə Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş X13 doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib icra edilmiş fizioloji doğuş prosesini səhiyyə sistemində qüvvədə olan protokollara uyğun aparmamış, Gülşən Bağıyeva doğum şöbəsinə daxil olduqdan sonra heç bir laborator-instrumental müayinələr və doğuş prosesi zamanı bətndaxili hipoksiyadan əziyyət çəkmiş yenidoğulmuşun vəziyyətindəki ağırlaşmalara qarşı tədbirlər icra etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan X13 yenidoğulmuş kişi cinsli uşağının xx.xx.2022-ci il tarixdə bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bundan başqa, o, təkrarən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək 21 dekabr 2022-ci il tarixdə saat 19:14-də “Dölyani mayenin erkən açılması, ənsə gəlişində spontan doğuş” diaqnozu ilə Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş X9 22 dekabr 2022-ci il tarixdə saat 10:20-də təbii yolla başa çatmış doğuş əməliyyatına rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib icra edilmiş fizioloji doğuş prosesini sürətləndirməmiş, dölün bətndaxili hipoksiyasının qarşısını alacaq konservativ tədbirlər icra etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan X9 yenidoğulmuş qadın cinsli uşağının xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığı nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs Əliyeva (Xəlilova) Rahilə Fazil qızı xx.xx.2018-cu il tarixli 1334-K nömrəli əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşların intensiv terapiya bölməsinə həkim neonatoloq vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim neonatoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozu müəyyən etmək və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata kecirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəlinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə növbədə olduğu müddət ərzində 21 dekabr 2022-ci il tarixdə saat 19:14-də “Dölyani mayenin erkən açılması, ənsə gəlişində spontan doğuş” diaqnozu ilə Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş X9 22 dekabr 2022-ci il tarixdə saat 10:20-də təbii yolla icra edilən doğuş əməliyyatı zamanı dünyaya gətirdiyi qadın cinsli körpəsində doğuşdan dərhal sonra postnatal asfiksiyanı düzgün dəyərləndirməli, yenidoğulmuşun oksigen tələbatını bərpa etmək məqsədi ilə süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyasını təmin edərək bu istiqamətdə konservativ müalicə tədbirləri başlamalı olduğu halda həmin tələblərə riayət etməyib səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib yenidoğulmuşun oksigen tələbatını bərpa etmək məqsədi ilə süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyasını təmin etməmiş, bu istiqamətdə konservativ müalicə tədbirlərinin başlamasını təmin etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan X9 yenidoğulmuş qadın cinsli uşağının xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığı nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində 1971-ci ildə Bakı şəhərində N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olduğunu, 1977-ci ildə həmin institutu “Müalicə işi” ixtisası üzrə bitirdiyini, 02 avqust 1977-ci il tarixli 115 nömrəli əmrlə 5 nömrəli klinik xəstəxanasında ixtisası üzrə internatura kursu keçmək üçün həkim-interna vəzifəsinə qəbul olduğunu, 22 iyul 1978-ci il tarixində internaturanın vaxtı çatdığı üçün həkim-interna vəzifəsindən azad olduğunu, 01 avqust 1978-ci il tarixli 144 nömrəli əmrlə Ağdaş RMX-nin Kükəl kənd xəstəxanasında həkim-terapevt vəzifəsinə qəbul olduğunu, xx.xx.1982-ci il tarixdə 162 nömrəli əmrlə Kükəl kənd xəstəxanasına baş-həkim vəzifəsinə keçirildiyini, xx.xx.1991-ci il tarixdən Kükəl kənd xəstəxanasına həkim mama-ginekoloq vəzifəsinə keçirildiyini, xx.xx.2010-cu il tarixdən Ağdaş RMX-nin mama-ginekologiya şöbəsinə həkim mama-ginekoloq vəzifəsinə keçirildiyini, xx.xx.2018-ci il tarixdən ginekologiya və doğum şöbəsinə həkim-mama ginekoloq vəzifəsinə keçirildiyini, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini, xx.xx.2019-cu il tarixindən ginekologiya və doğum şöbəsinə həkim-ginekoloq vəzifəsinə qəbul edildiyini, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Ucar rayon sakini xx.xx.1992-ci il təvəllüdlü X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nın Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 37-38 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə gətirildiyini, hamilə qadının deməsinə görə dölyanı mayenin 12 dekabr 2022-ci il tarixdə saat 01 radələrində özbaşına açıldığını, Gülşən Bağıyevanı doğum şöbəsində qəbul edən və doğuşu icra edən həkimin özü olduğunu, Gülşən Bağıyevanın xəstəxanaya gec müraciət etməsi ilə əlaqədar onu ilkin mexaniki “Dopler” cihazı ilə və ginekoloji müayinədən keçirmək mümkün olmadığını, xəstənin doğum şöbəsinə müraciət etdikdən bir neçə dəqiqə sonra doğuşdan azad olunduğunu, doğuş əməliyyatı zamanı çəkisi 1 kq 300 qram, boyu 38 sm, baş dairəsinin ölçüsü 30 sm, döş dairəsinin ölçüsü 28 sm olan oğlan cinsli körpə uşağın doğulduğunu, dölün ölü doğulduğunu, həmçinin körpənin çəkisi və boyunun onun ana bətnində nisbətən inkişafının ləngiməsinə göstərən əlamətlər olduğunu, belə ki, normal halda 37-38 həftəlik hamilə qadınların dünyaya gətirdiyi körpələrin çəkisinin təxminən 3 kq olmalı olduğunu, doğuşdan sonra yenidoğulmuş körpənin çəkisinin normadan az olduğunu, dərisinin atrofiya olunduğunu, göbək ciyəsinin 2 dəfə dölün boynuna dolandığını müəyyən etdiyini, həmin vaxt özünün körpənin ölü olduğunu görüb Gülşən Bağıyevadan hamiləlik dövründə döldə və ya onun özünün səhhətində hər hansı bir problemin olub-olmamasını soruşduğunu, Gülşən Bağıyevanın hamiləlik dövründə körpəsində və ya öz səhhətində problemin olmadığını, lakin hamiləlik dövründə Əqidə Mahmudovanın təyin etdiyi müalicələri maddi imkanının olmaması ilə əlaqədar ala bilmədiyini bildirərək körpəni ona göstərməyini xahiş etdiyini, onun da körpəni yuxarı qaldırıb ona göstərərək körpənin ölü doğulduğunu bildirdiyini, daha sonra körpəni digər otağa keçirilməsinə göstəriş verdiyini, həmin vaxt Ağdaş RMX PHŞ-nın Acil bölməsində növbədə olan və doğum şöbəsində neonatoloq vəzifəsində işləyən həkim neonatoloq Şahid3 doğuş otağına çağıraraq körpəyə baxmasını bildirdiyini, Şahid3 yenidoğulmuş körpəni müayinə etdikdən sonra körpənin ölü doğulduğunu bir daha təsdiq etmdiyini, bundan sonra körpənin aidiyyəti üzrə təhvil verilməsi üçün şöbənin başqa otağına aparıldığını, həmin gün saat 09:00-da o, növbəni digər həkim mama-ginekoloqa təhvil verərək evə getdiyini, Gülşən Bağıyeva doğuşdan sonra hamiləlik dövründə Əqidə həkimin qəbulunda olduğunu, sonuncunun ona təyinat versə də, onları icra etmədiyini və təkrar müayinəyə gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində hamilə və zahıların müayinəsi və müalicəsi, doğuş prosesi, yenidoğulmuş körpələrin müayinəsi və müalicəsi Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollarına, tibbi qaydalara və təlimatlara əsasən keçirildiyini, Gülşən Bağıyevanın doğum şöbəsinə daxil olarkən güc dövründə olduğunu, yəni hamilə qadında tam açılış baş verdiyini, buna görə də, hamilənin dərhal doğuş masasına qaldırıldığını və laborator-instrumental müayinələrin icra edilməsinə vaxt olmadığını, belə ki, Gülşən Bağıyevanın doğuş zalına daxil olduqda artıq doğuş prosesinin başladığını, doğuş icra edildikdən sonra isə tibbi sənədlər tərtib edildiyini, döl doğulduqdan sonra dölün inkişafdan qaldığının aşkar edildiyini və bu barədə müvafiq sənədlərdə əvvəlki tarixə qeydlər aparıldığını, körpə ölü doğulduğundan körpəyə Apqar şkalası ilə 0 bal verildiyini, bu səbəbdən də prosedura qaydalarına uyğun olaraq “körpənin inkişaf tarixi” adlı tibbi sənəd açılmadığını, döl dünyaya gəldikdən sonra Gülşən Bağıyevanın körpəsini görmək istədiyini, özünün də Gülşənə körpənin ölü doğulduğunu bildirib körpəni əlində qaldıraraq kürək nahiyəsini ona göstərdiyini, həmin vaxt körpənin ağlamadığını və ya tərpənmədiyini, ola bilsin ki, körpəni qaldırarkən körpənin ayaqları və qollarının havada silkələndiyindən Gülşən Bağıyevanın körpənin tərpəndiyini düşündüyünü, Gülşən Bağıyevanın adına tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 34 nömrəli rəyinə əsasən meyitin daxili müayinəsi zamanı ağ ciyərin tikəsini suyun içərisinə atdıqda bəzi tikələr batıb, bəzi tikələrin batmaması barədə heç bir söz deyə bilməyəcəyini, dölün ölü doğulmasını həmin vaxt doğuşda iştirak edən tibb bacılarının da təsdiq edə biləcəklərini, doğuş başa çatdıqdan sonra o, Gülşən Bağıyevanın qohumlarına yaxınlaşaraq körpənin ölü doğulması barədə onlara vaxtında məlumat verdiyini, həmçinin körpənin küvezə yerləşdirilmədiyii, belə ki, körpə doğulduqdan sonra onun göstərişi ilə digər doğuş otağına keçirildiyini, həmin otaqda isə küvez aparatının ümumiyyətlə mövcud olmadığını, qeyd etdiklərinin xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış video görüntülərdə də öz əksini tapdığını, Gülşən Bağıyevanın dediklərinin yalan olduğunu və heç bir halda həqiqəti əks etdirmədiyini, Gülşən Bağıyevanın doğum şöbəsinə daxil olarkən hamilə qadın güc dövründə olduğundan, o, ilk olaraq təbii doğuş əməliyyatını başladığını, buna görə də anketin açılması üçün vaxt olmadığını, doğuş icra edildikdən sonra isə tibbi sənədlər tərtib olunduğunu, buna görə də, tibbi sənədlərdə texniki səhvlərə yol verilərək doğuşun vaxtının bir qədər səhv göstərildiyini, icra edilmiş təbii doğuş əməliyyatının təxminən 15-20 dəqiqə çəkdiyini, daha sonra xəstənin şəxsiyyət vəsiqəsini ailəsinin bir qədər gec təqdim etdiyindən tibbi sənədlərin tərtib edilməsinin ləngidildiyini, özünün yenidoğulmuş körpənin ölü doğulması barədə doğuşdan təxminən 5-10 dəqiqə sonra xəstəxananın ginekologiya və doğum şöbəsinin müdiri Sevinc İskəndərovanın mobil telefonuna zəng edərək məlumat verdiyini, belə hallar olanda şöbənin həkimlərinin şöbə müdirinə məlumat verməli, şöbə müdirinin isə öz növbəsində hüquq-mühafizə orqanlarına və xəstəxana rəhbərliyinə məlumat verməli olduğunu, həmin körpənin ölü doğulması ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilməməsindən xəbəri olmadığını, belə ki, o, saat 09:00-da növbədən çıxaraq evə getdiyini, Gülşən Bağıyevanın doğum şöbəsinə daxil olarkən səhər saatları olduğu üçün qrafikə əsasən növbədə həkim neonatoloq olmadığını, Gülşən Bağıyevanın doğuş otağına daxil olduqdan bir neçə dəqiqə sonra doğuşdan azad olduğunu, buna görə də, doğuş əməliyyatdında həkim neonatoloqun iştirak etmədiyini, döl doğulduqdan təxminən 3-4 dəqiqə sonra həkim neonatoloq Şahid3 şöbəyə gələrək dölü müayinə etdiyini və dölün ölü olduğunu bir daha təsdiq etdiyini, körpə ölü doğulduqdan sonra ananın psixoloji vəziyyətini nəzərə alaraq körpənin meyitini digər otağa keçirilməsinə göstəriş verdiyini, daha sonra körpənin örtüyə bükülmüş vəziyyətdə ailəsinə təhvil verilməsi üçün digər otağa aparıldığını, yenidoğulmuş körpənin ölümünə səbəb dölün böyüməsinin dəqiqləşdirilməmiş ləngiməsi olduğunu, X6 və doğum şöbəsinə daxil olduqdan 10-15 dəqiqə sonra doğuşdan azad olduğundan həmin vaxt ərzində anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılmasının praktiki olaraq mümkün olmadığını, bildirmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 12 sakini xx.xx.1999-cu il təvəllüdlü X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə yerləşdirildiyini, xəstənin deməsinə görə dölyanı mayenin saat 17:30-da özbaşına açıldığını, Əfsanə Hacıyevanı doğum şöbəsində qəbul edən və doğuşu icra edən həkimin özü olduğunu, belə ki, xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən özünün 21 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 22-dekabr 2022-ci il tarixdə saat 09:00-dək xəstəxananın ginekologiya və doğum şöbəsində növbədə olduğunu, lakin həmin gün özünün işə bir qədər tez, saat 18 radələrində gəldiyini, Əfsanə Hacıyeva xəstəxanaya daxil olduqdan sonra doğuş sancıları zəif olduğundan onu zahılar palatasına yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 07 radələrində hamilə qadını ilkin mexaniki “Dopler” cihazı ilə və ginekoloji müayinə etdikdən sonra döldə ürək döyüntülərinin dəqiqədə 140 olduğunu, uşaqlıq yolunda 6 sm açılış olduğunu, qarın dairəsinin 94 sm, doğuş sancılarının isə təxminən 3-4 dəqiqədən bir olduğunu müəyyən etdiyini, 22 dekabr 2022-ci il tarixdə saat 9:30-da xəstədə tam açılış (8-10 sm) baş vermədiyini, saat 10:20-də doğuşdan azad olduğunu, doğuş əməliyyatı zamanı çəkisinin 3 kq 300 qram, boyunun 49 sm, baş dairəsinin ölçüsünün 32 sm, döş dairəsinin ölçüsünün 34 sm olan qadın cinsli körpə uşağın doğulduğunu, dölün arxa görkəm ilə doğulduqdan sonra ciftin sərbəst düşdüyünü və qırıq əlaməti olmadığını, doğuşdan sonra yenidoğulmuş körpənin səhhətində hər hansı problem aşkar etmədiyini, körpənin göbəyi kəsildikdən sonra körpəni neonatoloq Təqsirləndirilən şəxs2 təhvil verdiyini, körpənin doğulduqdan sonra uca səslə ağladığını, apqar şkalası ilə 8-9 balla qiymətləndirildiyini, həmçinin körpədə hipoksiyanın əlamətlərini özündə əks etdirən hər hansı əlamətlər aşkar edilmədiyini, doğuşda onunla birlikdə həkim nonatoloq Təqsirləndirilən şəxs2, mama Aygün Eyyublu və tibb bacılarının iştirak etdiklərini, 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində xəstəxanada olarkən Əfsanə Hacıyevanın yeni doğulmuş körpəsinin öldüyünü eşitdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 əlavə olaraq ifadəsində Əfsanə Hacıyevanın ginekologiya və doğum şöbəsinə 21 dekabr 2022-ci il tarixdə saat 19 radələrində hamiləlik sancıları ilə və dölyanı mayenin az-az axması şikayəti ilə daxil olduğunu, doğuş sancıları az olduğundan Əfsanə Hacıyevanın ginekologiya və doğum şöbəsində zahılar palatasına yerləşdirildiyini, zahılar palatası ilə doğuş otaqlarının Ağdaş RMX PHŞ-nin inzibati binanın 2-ci mərtbəsində yan-yana yerləşdiyini, 21 dekabr 2022-ci il tarixdə saat 23:30-da sancılarının zəif olduğunu, dölyani mayenin az-az axdığını, dölün ürək döyüntüsünün 140 ritmiki olduğunu, uşaqlıq boynu eksentrik olub 2 sm açıldığını, odur ki, həmin vaxt doğuşun tezləşdirilməsi üçün kənar müdaxiləyə ehtiyac olmadığını, 22 dekabr 2022-ci il tarixdə saat 07:00-da xəstənin vəziyyətinin kafi olaraq qiymətləndirildiyini, sancıların tezləşdiyini, müddətin uzun çəkdiyini, ananın arterial təzyiqinin 119/70 mm, pulsunun 80 olduğunu, SPO2 - 96 olduğunu, dölün ürək döyüntüsünün 1 dəqiqədə 140 vurğu, ritmiki olduğunu, bunun isə dölün həmin vaxt hipoksiyadan əziyyət çəkmədiyinin göstəricisi olduğunu, buna görə də həmin vaxt doğuşun tezləşdirilməsi üçün əlavə müdaxiləyə və ya stimuliyasiyaya zərurət olmadığını, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində aparılmış daxili müayinə zamanı uşaqlıq boynu eksentrik olması, uşaqlıq yolunda 6 sm açılış olması, dölün başı çanaq girəcəyində olmasını müəyyən etdiyini, həmin vaxt anada sancıların tezləşdiyini, təxminən 2-3 dəqiqədən bir tutub müddətinin uzun çəkdiyini, bunun isə doğuşun yaxınlaşdığının göstəricisi olduğunu, odur ki, əlavə müdaxiləyə və stimulyasiyaya zərurət olmadığını, saat 10:20-də Əfsanə Hacıyevanın doğuşdan azad olduğunu, yenidoğulmuş körpənin doğulanda ucadan ağladığını, hipoksioyadan əziyyət çəkən körpənin ağlamasının zəif olmalı olduğunu, Əfsanə Hacıyevanın körpəsi isə Apqar şkalası ilə 8-9 balla qiymətləndirildiyini, bunun isə körpədə hipoksiya əlamətlərinin olmadığının göstəricisi olduğunu, Əfsanə Hacıyevada doğuş sancılarının normal olmasını və saat 07:00 radələrində uşaqlıq yolunda 6 sm açılış olmasını nəzərə alaraq doğuşun sürətləndirilməsi üçün heç bir əsas olmadığını, belə ki, doğuşun sürətləndirilməsinin həmin vaxt ananın ölümünə səbəb ola biləcəyini, buna görə də, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin baş vermiş ölümü ilə doğuşun idarə edilməsi ilə bağlı heç bir əlaqəsinin olmadığını, onun müayinə və müalicəni Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollarına, tibbi qaydalara və təlimatlara əsasən həyata keçirdiyini, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin doğuşdan 3 sutka sonra öldüyünü, doğuş prosesi zamanı körpədə və ya anada hər hansı bir ağırlaşma olmadığını, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin baş vermiş ölümü ilə doğuş prosesi arasında birbaşa səbəbli əlaqə olmadığını, belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmiş “doğuşun induksiyası və stimulyasiyası üzrə klinik protokol”a əsasən Əfsanə Hacıyevanın doğuş prosesinin sürətləndirilməsi induksiya və stimulyasiyaya əks-göstəriş olduğunu və doğuşun induksiyasının göstərişlərinə zidd olduğunu, buna görə də, doğuşun sürətləndirilməsinə heç bir elmi əsas olmadığını, prosedura qaydalarına uyğun olaraq körpə doğulduqdan dərhal sonra neonatoloqa təhvil verilməli olduğunu, onun da körpənin göbəyi kəsildikdən sonra prosedura qaydalarına uyğun olaraq körpəni neonatoloq Təqsirləndirilən şəxs2 təhvil verdiyini, körpənin tənəffüsü, dəri örtüklərinin rəngi, ürək döyünməsi, tonusu həkim neonatoloq Təqsirləndirilən şəxs2 tərəfindən qiymətləndirildiyini, doğuşda iştirak edən mamanın isə ona təbii doğuş əməliyyatını başa çatdırmaqda köməklik etdiyini, doğuşun baş verdiyi müddətə kimi dölyani mayenin çirkli olması ilə əlaqədar onun doğuş zamanı hamilə qadına “Ringer” sistemi qoşduğunu, dölyani mayenin çirkli olmasının ana bətnində infeksiyanın olmasının göstəricisi olduğunu, praktikada əsasən qrip infeksiyasına rast gəlindiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyeva (Xəlilova) Rahilə Fazil qızı özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində 1983-cü ildə Bakı şəhərində N.Nərimanov adına Azərbaycan Tibb İnstituna daxil olduğunu, 1989-cu ildə həmin institutun pediatriya ixtisası üzrə bitirdiyini, 01 avqust 1989-cu il tarixli 138 nömrəli əmrlə Ağdaş RMX-də pediatr ixtisası üzrə internatura kursu keçmək üçün həkim-interna vəzifəsinə qəbul olduğunu, 01 iyul 1990-cı il tarixində internaturanın vaxtı çatdığı üçün həkim-interna vəzifəsindən azad olunduğunu, 06 avqust 1990-ci il tarixli 145 nömrəli əmrlə Ağdaş RMX-nin Pediatriya şöbəsinə analıq məzuniyyət yerinə həkim-pediatr vəzifəsinə qəbul olunduğunu, xx.xx.1991-ci il tarixdə 23 nömrəli əmrlə daimi Uşaq İnkefsion şöbəsinə həkim-pediatr vəzifəsinə keçirildiyini, xx.xx.1992-ci il tarixdə 175 nömrəli əmrlə Doğum evinin observasion doğum şöbəsinin yenidoğulmuşlar palatasında pediatr həkim vəzifəsinə, xx.xx.2010-cu il tarixdən mama-ginekologiya şöbəsinə həkim neonatoloq vəzifəsinə, xx.xx.2018-ci il tarixdə 1334-K əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin intensiv terapiya bölməsinə həkim-neonatoloq vəzifəsinə keçirildiyini, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 12 sakini xx.xx.1999-cu il təvəllüdlü X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX PHŞnin ginekologiya və doğum şöbəsində icra edilən təbii doğuş əməliyyatı zamanı çəkisinin 3 kq 300 qram olan qadın cinsli körpə uşağının doğulduğun, doğuşu idarə edənin həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən özünün həmin gün, yəni 22 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 15:00-dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində neonatoloq kimi məsul növbətçi olduğunu, buna görə də Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müalicə həkiminin özü olduğunu, 22 dekabr 2022-ci il tarixdə körpə dünyaya gəldikdən sonra özünün prosedura qaydalarına uyğun olaraq körpəni Təqsirləndirilən şəxs1 təhvil aldığını, daha sonra körpəni müayinə etdiyini, müayinə zamanı yenidoğulmuş körpənin ümumi vəziyyətinin kafi olduğunu, dərisinin təmiz, dərialtı piy təbəqəsinin kafi inkişaf etdiyini müəyyən etdiyini, körpənin ürək tonlarının aydın, nəbzinin ritmik olduğunu, auskultasiya zamanı ağ ciyərlərin hər iki payına havanın bərabər ötürüldüyünü, qara ciyərin sağ qabırğaaltı nahiyədə əllənmiş, bud çanaq oynağının hərəkətli olduğunu, göbəyinin quru, sidik və mekonium ifrazının sərbəst olduğunu, həmin gün körpənin ümumi vəziyyətinin yaxşı olduğunu və körpənin ana südü ilə qidalandığını, yenidoğulmuş körpənin doğuşdan təxminən 1-2 saat sonra anası ilə birlikdə zahılar palatasında yerləşdirildiyini, həmin gün özünün saat 15:00-dək növbədə olduğu müddət ərzində körpənin səhhətində ağırlaşmalar olmadığını, növbəti gün, xx.xx.2022-ci il tarixdə o, günün ikinci yarısında, saat 15:00-dan saat 21:00-dək işlədiyi xəstəxanada məsul növbətçi olduğunu,özünün növbəni Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin neonatoloqu Şahid3 təhvil aldığını, növbəni təhvil alarkən Şahid3 körpənin vəziyyəti barədə ona məlumat verərək növbədə olduğu zaman körpənin səhhətində hər hansı bir problemin olmadığını bildirdiyini, lakin, özü növbədə olarkən saat 19 radələrində körpənin ümumi vəziyyətinin kafi olduğunu, çox ağladığını, bədən temperaturunun 38 dərəcəyə qalxdığını, hərəkətinin aktiv, yuxusunun normal olduğunu, dərisinin təmiz, rənginin çəhrayı, göbək dibinin təmiz, qarnının köp və ağrılı, sidik və mekonium ifrazının sərbəst olduğunu, özünün körpənin vəziyyətini nəzərə alaraq körpəyə gündəlik 8 saatdan bir Ampisillin məhlulu və Sefekon şamı təyin etdiyini, qeyd olunan müalicə tədbiri icra edildikdən sonra körpənin bədən temperaturunun normaya düşdüyünü, körpənin zahılar palatasında anası ilə birlikdə qaldığını, həmin gün 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəlinə uyğun olaraq özünün saat 21:00-da işdən çıxaraq evə getdiyini, 24 dekabr 2022-ci il tarixdə özünün şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getməli olduğu üçün Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin müdiri Sevinc İskəndərovadan icazə aldığını, həmçinin bununla bağlı şöbənin digər neonatoloqu Şahid3 onu 24 dekabr 2022-ci il tarixdə növbətçilik qrafikinə uyğun olaraq saat 09:00-dan saat 15:00-dək əvəz etməsini xahiş etdiyini, 24 dekabr 2022-ci il tarixdə səhər saat 08 radələrində özünün şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə yola düşdüyünü, həmin gün körpənin səhhəti barədə məlumatı olmadığını, 25 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Şahid3 ona zəng edərək körpənin vəziyyətinin ağırlaşdığını, çətin nəfəs aldığını, körpənin küvezə yerləşdirildiyini bildirdiyini, lakin həmin vaxt özü Bakı şəhərində olduğundan xəstəxanaya gələ bilmədiyini, 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində körpənin öldüyünü eşitdiyini, belə ki, aparılan müalicə tədbirlərinə baxmayaraq yenidoğulmuş körpənin xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Ağdaş RMX PHŞnin ginekologiya və doğum şöbəsində öldüyünü, özünün 1992-ci il tarixdən ginekologiya sahəsində məsul vəzifələrdə işlədiyini, ginekologiya sahəsində təxminən 30 illik iş təcrübəsi olduğunu, özünün növbədə olduğu günlərdə körpənin tənəffüs problemləri olmadığını, körpənin səhhətinin həkim neonatoloq Şahid3 növbədə olduğu zaman ağırlaşmağa başladığını və müalicə tədbirlərinin onun tərəfindən həyata keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində hamilə və zahıların müayinəsi və müalicəsi, doğuş prosesinin, yeni doğulmuş körpələrin müayinəsi və müalicəsi Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollarına, təlimatlara və tibbi qaydalara əsasən keçirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində icra edilən təbii doğuş əməliyyatı zamanı özünün 2022-ci ilin dekabr ayı üzrə növbətçilik cədvəlinə uyğun olaraq həmin vaxt ginekologiya və doğum şöbəsində həkim neonatoloq kimi məsul növbətçi olduğunu, doğuşda iştirak etdiyini, prosedura qaydalarına əsasən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müayinə və müalicə həkimi kimi məsul şəxsin özünün olduğunu və yenidoğulmuş körpənin müayinə və müalicə taktikasının onun tərəfindən seçildiyini və icra edildiyini, tibbi prosedura qaydalarına əsasən yenidoğulmuş körpənin müalicə həkimi olan həkim neonatoloq körpə doğulduqdan sonra onu doğuşu icra etmiş həkim ginekoloqdan dərhal təhvil almalı və müvafiq müayinələri keçirməli olduğunu, xx.xx.2022-ci il tarixdə saat 10:20-dək hamilənin müayinələrin həkim ginekoloq Təqsirləndirilən şəxs1 tərəfindən keçirildiyini, müayinələrin nəticələri barədə tibbi sənədlərdə onun tərəfindən qeydlər aparıldığını, odur ki, körpə doğulanadək aparılmış müayinələrdə iştirak etmədiyindən dölün dəqiqəlik ürək döyüntüsünün vəziyyəti barədə dəqiq məlumatı olmadığını, körpə doğulduqdan sonra isə prosedura qaydalarına uyğun olaraq özünün körpəni həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 təhvil alaraq müayinə etdiyini, ilkin müayinə zamanı körpədə tənəffüs problemlərinin olmasını özündə əks etdirən əlamətlər və ya hər hansı digər ağırlaşmalar aşkar etmədiyini, Əfsanə Hacıyevanın yeni doğulmuş körpəsinin ümumi görünüşünün normal, ürək-damar və urogenital sistemində heç bir problem olmadığını, yenidoğulmuşa ilkin baxışın onun tərəfindən keçirildiyini və müvafiq vərəqədə qeydlərin onun tərəfindən aparıldığını, 23 dekabr 2022-ci il tarixdə özü növbədə olarkən saat 19 radələrində körpənin temperaturunun 38 dərəcəyə yüksəldikdən sonra dərhal körpəyə Ampisillin və Sefekon dərman preparatlarını təyin etdiyini, qeyd olunan müalicə tədbirləri həyata keçirildikdən sonra isə körpənin bədən temperaturunun normaya düşdüyünü, həmin tarixədək isə körpənin bədən temperaturunun normada olduğunu, özü həmin gün evə gedərkən körpənin səhhətinin yaxşı olduğunu, lakin körpənin bədən temperaturunun yüksək olması ilə bağlı ona diaqnoz qoyulmadığını, belə ki, yenidoğulmuş körpələrdə bədən temperaturunun tez-tez yüksəlməsinin normal hal hesab edildiyini, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin 22 dekabr 2022-ci il tarixdə bədən temperaturunun 39,5 dərəcəyə yüksəlməsi barədə ona həmin gün və növbəti gün məlumat vermədiyini, özünün doğuşdan dərhal sonra körpəni müayinə etdiyini və yenidoğulmuşda ana bətnində əziyyət çəkdiyi hipoksiyanın əlamətlərini özündə əks etdirən hər hansı əlamətləri aşkar etmədiyini, buna görə də, yenidoğulmuş körpənin ağ ciyərlərinin ventilyasiyasına (süni tənəffüs aparatı vasitəsi ilə) ehtiyac bilmədiyini, Əfsanə Hacıyevanın yenidoğulmuş uşağında baş vermiş ölümü ilə doğuşdan sonra yenidoğulmuşun müayinə və müalicə taktikasının seçilməsi arasında heç bir əlaqə olmadığını, özünün ginekologiya sahəsində 30 illik iş təcrübəsinə arxalanaraq və hazırda xatırlamadığı tibbi ədəbiyyatlara əsaslanaraq bunları qeyd etdiyini, körpə doğulduqdan sonra xx.xx.2022-ci il tarixdə prosedura qaydalarına uyğun olaraq onun tərəfindən müayinələr keçirildiyini və körpənin tənəffüs aktında və digər fizioloji aktlarında hipoksiyanı özündə əks etdirən əlamətlər aşkar etmədiyini, bununla bağlı tibbi sənədlərdə də, müvafiq qeydlər apardığını, özünün Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinə 22 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək baxdığını, həmin vaxt körpənin səhhətində hər hansı ciddi problem olmadığından həkimlərin konsiliumu keçirilməsinə ehtiyac olmadığını, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin tənəffüsündə hər hansı bir problem aşkar edilmədiyindən 22 dekabr və 23 dekabr tarixlərdə onun tərəfindən oksigen terapiyası keçirilmədiyini, 24 dekabr 2022-ci il tarixdə körpənin səhhəti ağırlaşdıqdan sonra körpəyə həkim neonatoloq Şahid3 tərəfindən oksigen terapiyasının hansı növünün tətbiq edilməsi barədə dəqiq məlumatının olmadığını, 23 dekabr 2022-ci il tarixdə iş çoxluğu ilə əlaqədar özünün ginekologiya və doğum şöbəsində olan yenidoğulmuş körpələri müayinə edərək onların vəziyyəti barədə qaramalarda qeydlər aparıb daha sonra isə yenidoğulmuşun müşahidə vərəqəsinə köçürtdüyünü, buna görə də tibbi sənədlərin tərtibində nöqsana yol verildiyini, dölyani mayenin çirkli olmasının ananın doğuşadək müxtəlif xəstəliklər keçirməsi və ya infeksiyaların olmasının göstəricisi olduğunu, dölyani maye çirkli olduqda yenidoğulmuş körpəyə Bifidum Bakterin dərmanı verilməli, anaya isə müvafiq antibiotiklər təyin edilməli olduğunu, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinə doğulduqandan sonra 22 dekabr və 23 dekabr tarixlərdə ümumilikdə 3 dəfə Bifidum Bakterin dərman preparatı verildiyini, lakin həmin dərman preparatlarının tətbiq edilməsi ilə bağlı onun tərəfindən tibbi sənədlərdə qeydlər aparılmadığını və bununla bağlı müvafiq ixtisaslı tibb işçisinin cəlb olunmadığını, müşahidələrin vaxtı-vaxtında aparıldığını, lakin tibb bacılarının işin çoxluğu ilə əlaqədar diqqətsizlik edərək aparılmış müşahidə barədə müvafiq sənədlərdə qeydlər aparmadıqlarını, ona görə də, tibb bacılarının sonradan texniki səhvə yol verərək körpənin bədən temperaturunun 23 dekabr 2022-ci il tarixdə normada olduğunu göstərdiklərini bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməsələr də, elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərər çəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələri, iş üzrə maddi sübutlar, təkrar komisyon və kompleks məhkəmə-tibbi eksperizalarının rəyləri və işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X26 ifadəsində 2021-ci ilin əvvəllərində Ağdaş şəhər sakini Taleh Hüseynovla evlənərək qeyri-rəsmi nikahda yaşadığını, 2021-ci ilin aprel ayında hamilə qaldığını, axırıncı menstruasiyasının 09 aprel 2022-ci il tarixdə olduğunu, hamiləlik dövründə səhhətində və uşağın inkişafında tibbi müayinələr zamanı hər hansı bir ciddi problem və ya ağırlaşmalar aşkar olunmadığını, belə ki, özünün ilk dəfə hamiləliyin birinci trimesterində, yəni 8-10 həftəsində Ağdaş RMX PHŞ-də Əqidə Mahmudovanın qəbulunda olduğunu və hamiləliyin gedişi ilə bağlı tibbi müayinələrdən keçdiyini, Əqidə Mahmudovanın müayinə zamanı hamiləliyini təsdiqləyərək növbəti müayinələrdən keçmək üçün vaxt təyin etdiyini, bundan başqa özünün 2022-ci ilin iyul ayında İsmayıllı RMX-də USM müayinəsindən, 26 avqust 2022-ci il tarixdə isə Göyçay RMX-də müvafiq müayinələrdən keçdiyini, müayinələr zamanı bətnində olan körpədə və səhhətində hər hansı bir problem aşkar edilmədiyini, 2022-ci ilin oktyabr ayında özünün növbəti dəfə Əqidə Mahmudovanın qəbulunda olduğunu, həmin vaxt Əqidə Mahmudovanın ona hamiləliyi ilə əlaqədar qeydiyyata düşməsi üçün yaşayış yeri haqqında arayış təqdim etməsini tapşırdığını, belə ki, özünün Ucar rayonu, Lək kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 8 ünvanında yaşadığını, lakin 2022-ci ilin oktyabr ayında şəxsi işləri ilə əlaqədar özünün qeyd olunan sənədləri Ağdaş RMX-yə təqdim etmədiyini və hamiləliklə əlaqədar qeydiyyatdan keçmədiyini, bununla əlaqədar 2022-ci ilin noyabr ayında Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsinin Elmira adlı tibb bacısının yaşadığı ünvana gələrək hamiləliyi ilə bağlı qeydiyyata düşməsini və tibbi müayinələrdən keçməsini məsləhət verdiyini, bundan təxminən 2-3 gün sonra eltisi Günel Hüseynova ilə birlikdə Ağdaş RMXyə Əqidə Mahmudovanın qəbuluna getdiyini, həmin vaxt özünün təxminən 35-36 həftəlik hamilə olduğunu, Əqidə Mahmudovanın ona yaşayış yeri haqqında arayış alaraq hamiləliyi ilə bağlı qeydiyyata düşməsini tapşırdığını, bundan sonra 30 noyabr 2022-ci il tarixdə qeyd olunan sənədləri Əqidə Mahmudovaya təqdim edərək Ağdaş RMX-də hamiləliyi ilə bağlı qeydiyyata götürüldüyünü, həmin gün Əqidə Mahmudovanın onu USM müayinəsindən keçirərək növbəti müayinələrdən keçməsi üçün vaxt təyin etdiyini, həmçinin müayinə zamanı Əqidə Mahmudovanın onun səhhətində və döldə hər hansı bir problem aşkar etmədiyini, bundan başqa Əqidə Mahmudovanın 20 dekabr 2022-ci il tarixədək doğuşun gözlənildiyini bildirdiyini, hadisə günü, yəni 12 dekabr 2022-ci il tarixdə saat 02 radələrində qarnında sancılar başladığını, saat 06 radələrində qarnında olan sancılar kəskinləşərək açılış baş verdiyini, özünün dərhal ailə üzvlərinə məlumat verdiyini, əri Taleh Hüseynovun onu Ağdaş RMX-yə apardığını, həmin vaxt eltisi Günel Hüseynova və qayınanası Dilavər Əliyevanın da onunla birlikdə xəstəxanaya getdiyini, onların saat 06:10 radələrində Ağdaş RMX-yə çatdığını, daha sonra Ağdaş RMX-nin TTTYŞ-nin dəhlizində tibb bacılarının onu əlil arabasına əyləşdirərək ginekologiya və doğum şöbəsinə təxliyə etdiklərini, doğuş otağına daxil olduqdan sonra tibb bacılarının onu doğuş masasına qaldırdıqlarını və həmin vaxt növbədə olan həkim ginekoloq Təqsirləndirilən şəxs1 məlumat verdiklərini, Təqsirləndirilən şəxs1 doğuş otağına daxil olaraq dərhal doğuş əməliyyatına başladığını, özü doğuş otağına daxil olduqdan 15-20 dəqiqə sonra doğuşun başa çatdığını, doğuş başa çatdıqdan sonra özünün Təqsirləndirilən şəxs1 körpəni ona göstərməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs1 ondan hamiləlik dövründə körpədə hər hansı bir problemin olub-olmamasını soruşduğunu, özünün də hamiləliyinin normal keçdiyini, müayinələr zamanı körpədə hər hansı bir problem aşkar edilmədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs1 körpəni yuxarı qaldıraraq bel nahiyəsini ona göstərdiyini, lakin körpənin üzünü görmədiyini, həmin vaxt körpənin əllərinin hərəkət etdiyini, lakin körpənin doğuşdan sonra ağlamadığını, daha sonra Təqsirləndirilən şəxs1 körpəni tibb bacısına verərək başqa otağa aparmasını tapşırdığını, doğuşdan təxminən 1 saat 30 dəqiqə sonra tibb bacılarının onu xəstəxana çarpayısına keçirdərək zahılar palatasına apardığını, həmin vaxt adını xatırlamadığı tibb bacısından körpənin vəziyyəti ilə maraqlandığını, tibb bacısı körpənin öldüyünü bildirdiyini, özünü iki gün Ağdaş RMX PHŞdə ginekologiya və doğum şöbəsində zahılar palatasında qaldıqdan sonra 14 dekabr 2022-ci il tarixdə evə buraxıldığını bildirmişdir. Bundan əlavə, Gülşən Bağıyeva ifadəsində doğuşdan əvvəl və ya doğuş başa çatdıqdan sonra ona uşağın səhhətində hər hansı bir problemin olması barədə heç bir söz deyilmədiyini, həmçinin hamiləlik dövründə bir neçə dəfə Ağdaş RMX-də Əqidə həkimin onu USM müayinəsindən və digər tibbi müayinələrdən keçirdiyini, uşağın inkişafdan qalması barədə ona məlumat verilmədiyini, heç bir müalicə tədbirləri görülmədiyini, doğum şöbəsinə daxil olarkən onda açılış başladığını, buna görə də onu dərhal doğuş masasına qaldırdıqlarını, doğuş icra edilənədək hər hansı müayinə icra edilmədiyini və ya iynə və dərman preparatları tətbiq edilmədiyini, həmçinin həmin vaxt körpənin əllərinin hərəkət etdiyini gördüyünü, lakin körpənin doğuşdan sonra ağlamadığını, daha sonra Təqsirləndirilən şəxs1 körpəni tibb bacısına verərək başqa otağa aparmasını tapşırdığını, körpənin ölməsi barədə ona doğuşdan təxminən 1 saat 30 dəqiqə sonra məlumat verildiyini, doğuş zamanı doğuş zalında Təqsirləndirilən şəxs1 başqa 4-5 nəfər həkim və tibb bacılarının iştirak etdiyini, lakin həmin şəxslərin adlarını xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X26 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X23 ifadəsində 2018-ci il tarixdə Ağdaş şəhər sakini Ruhlan Hacıyevlə evləndiyini, birgə nikahdan 1 azyaşlı övladının olduğunu, 2022-ci ilin aprel ayında hamilə qaldığını, axırıncı menstruasiyanın 23 mart 2022-ci il tarixdə olduğunu, hamiləlik dövründə vaxtıvaxtında Ağdaş RMX-də Əqidə həkimin yanında müayinələrdən keçdiyini, hamiləlik dövründə onun və bətnində olan körpənin səhhətində hər hansı problem və ya ağırlaşmalar aşkar edilmədiyini, 21 dekabr 2022-ci il tarixdə saat 19 radələrində hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini və 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə yerləşdirildiyini, özünü ginekologiya və doğum şöbəsində qəbul edən və tibbi müayinələrdən keçirən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, Təqsirləndirilən şəxs1 onu müayinə etdikdən sonra zahılar palatasına köçürülməsinə göstəriş verərək tez-tez müayinə edəcəyini doğuş vaxtı yaxınlaşanda onu doğuş masasına qaldıracaqlarını bildirdiyini, 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci tarixə keçən gecə həkimlərin tez-tez zahılar palatasına gələrək onu müayinə etdiyini, həmin gecə səhərədək özündə doğuş sancılarının olduğunu, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində hamiləliklə əlaqədar qarnında olan sancıların daha da kəskinləşdiyindən doğuş otağına təxliyə edildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində icra edilən doğuş əməliyyatı zamanı çəkisinin 3 kq 300 qram olan qadın cinsli körpə uşağın doğulduğunu, doğuşu idarə edən həkimin Təqsirləndirilən şəxs1 olduğunu, körpənin müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, doğuş zamanı körpənin səhhətində hər hansı bir problem olmadığını, körpənin uca səslə ağladığını, doğuşdan təxminən 1 saat sonra özünün körpə ilə birlikdə zahılar palatasına yerləşdirildiyini, həmin vaxt körpənin vəziyyətinin yaxşı olduğunu, ana südü ilə qidalandığını, 22 dekabr 2022-ci il tarixdə saat 22 radələrində körpənin özünü narahat hiss etməyə başladığını və dayanmadan ağladığını, həmin vaxt ginekologiya və doğum şöbəsində növbədə olan, adını xatırlamadığı tibb bacısının körpənin bədən temperaturunu ölçərək körpənin bədən temperaturunun yüksək olduğunu bildirdiyini, tibb bacısının körpənin müalicə həkiminə zəng edib körpənin səhhəti barədə məlumat verdiyini, daha sonra həmin tibb bacısının körpəyə Sefekon şamı qoyduğunu və Ampisillin iynəsi vurduğunu, qeyd olunan müalicə tədbirləri görüldükdən sonra həmin gecə körpənin bədən temperaturunun normaya düşdüyünü və körpənin gecə rahat yatdığını, Sefekon şamı və Ampisillin iynəsinin körpəyə hər 6 saatdan bir tətbiq edildiyini, 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında həkim neonatoloq Şahid3 körpəni müayinə etdiyini və körpənin bədən temperaturunun normada olduğunu bildirdiyini, bundan təxminən 2-3 saat sonra saat 12 radələrində tibb bacılarının körpəni zahılar palatasından götürüb “uşaq otağına” apardığını, körpəyə sistem köçürüldükdən sonra körpəni onun yanına, zahılar palatasına gətirdiklərini, günün ikinci yarısında növbədə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, Təqsirləndirilən şəxs2 körpəni müayinə edib körpənin bədən temperaturunun normada olduğunu bildirərək körpənin üstün örtəməməyini tapşırdığını, həmin vaxt körpənin tənəffüs problemlərinin olması barədə ona heç bir söz deyilmədiyini, 24 dekabr 2022-ci il tarixdə günün birinci yarısında körpənin bədən temperaturunun normada olduğunu, körpənin özünü rahat hiss etdiyini, lakin həmin gün axşam saatlarında körpənin bədən temperaturunun yüksəlməyə başladığını, doğum şöbəsinin tibb bacısı Kəbirə Abdullayevanın körpəni onun yanından, zahılar palatasından götürərək müayinə otağına apardığını, Kəbirə Abdullayevanın körpəni müayinə etdikdən sonra körpənin bədənində temperaturun yüksək olduğunu, körpəni küvezə yerləşdirəcəklərini bildirdiyini, daha sonra Kəbirə Abdullayevanın körpəni çimizdirib küvezə yerləşdirdiyini, Kəbirə Abdullayevanın palataya qayıtmağını, körpənin səhhəti barədə ona məlumat veriləcəyini bildirdiyini, həmin gün, 24 dekabr 2022-ci il tarixdə özünün mütamadi olaraq küvez olan otağa gedərək uşağa baxdığını, körpənin vəziyyətinin həmin vaxt normal olduğunu, həmçinin bədən temperaturunun normaya düşdüyünü, həmin gün, saat 23 radələrində adlarını xatırlamadığı tibb bacılarının zahılar palatasına gələrək körpənin vəziyyətinin ağırlaşdığını bildirdiklərini, özünün də dərhal körpənin küvezdə saxlanıldığı otağa getdiyini, həmin vaxt körpənin çətin nəfəs aldığını, burnunda isə burun kanyulyasının olduğunu gördüyünü, növbədə olan həkim neonatoloq Şahid3 körpənin vəziyyətinin olduqca ağır olduğunu, bu cür hallarda körpənin 3-4 gün yaşayacağını, həmçinin körpədə ürək qüsurlarının olmasından şübhələndiyini bildirdiyini, onun da Şahid3 6 aylıq hamiləlik dövründə Mingəçevir şəhərində “Şəfa” klinikasında “Dopler” müayinəsində keçdiyini, körpənin ürək qüsurlarının olmadığını, körpəni Perinatal mərkəzə göndərilməsinə dair göndəriş verilməsini xahiş etdiyini, lakin Şahid3 hal-hazırda Acil bölməsində növbədə olduğunu, uşağın səhhətinə görə narahat olaraq gəldiyini, uşağa baxan neonatoloqun Rahilə Xəilovavanın olduğunu, onun isə hal-hazırda Bakı şəhərində olduğunu və gələ bilməyəcəyini, göndəriş verməyə səlahiyətinin olmadığını, göndərişin verilməsi üçün xəstəxana rəhbərliyinə məlumat veriləcəyini bildirdiyini, həmin gün uşağa başqa bir tibbi yardım göstərilmədiyini, dərman preparatlarının tətbiq edilmədiyini, gecə saatlarında körpənin vəziyyətinin ağır olaraq qalmaqda davam etdiyini, növbəti gün, yəni 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində doğuşu icra etmiş həkim Təqsirləndirilən şəxs1 zahılar palatasına gələrək körpənin öldüyünü bildirdiyini, körpənin Ağdaş rayon MTE və PA ETTB-nin Ağdaş rayon şöbəsində xarici və daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verildiyini, özünün də, Ağdaş RMX-də zahılar palatasında 3 gün qaldıqdan sonra 25 dekabr 2022-ci il tarixdə evə buraxıldığını bildirmişdir. Bundan əlavə, Əfsanə Hacıyeva ifadəsində övladı doğulduqdan sonra onda hər hansı bir xəstəlik olmadığını və bu barədə ona heç bir məlumat verilmədiyini, bundan başqa övladının bədən temperaturunun yüksək olması ilə bağlı bir sıra adlarını dəqiq bilmədiyi iynələr vurulduğunu, həmçinin Sefekon şamı və Ampisillin iynəsinin təyin edildiyini, özünün hamiləlik dövründə hamiləliyi müşahidə edən həkim Əqidə Mahmudovanın təyin etdiyi vaxtlarda vaxtı-vaxtında müayinələrdən keçdiyini, onda və ya körpəsində hər hansı bir xəstəlik və ya digər ağırlaşmalar aşkar edilmədiyini və bununla bağlı hər hansı bir müalicə aparılmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X23 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində X13 onun gəlini olduğunu, X40 Hüseynovla 2021-ci il tarixdən evlənənək onunla qeyri-rəsmi nikahda yaşadığını, Gülşən Bağıyevanın 2022-ci ilin təxminən aprel ayında hamilə qaldığını, axırıncı menstruasiyanın 9 aprel 2022-ci il tarixdə olduğunu, hamiləlik dövründə Gülşənin səhhətində və uşağın inkişafında hər hansı bir problem olmadığını, X47 rayonu Lək kəndində qeydiyyatda olduğundan hamiləliyinin ilk 8 ayında Ağdaş RMX PHŞ-də qeydiyyatda alınmadığını, lakin Gülşənin hamiləliyi ilə əlaqədar bir neçə dəfə Əqidə Mahmudovanın yanında olduğunu və tibbi müayinələrdən keçdiyini, 2022-ci ilin noyabr ayında Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsinin Elmira adlı tibb bacısının onların yaşadığı ünvana gələrək Gülşən Bağıyevanın hamiləliyi ilə əlaqədar qeydiyyata alınmasını və tibbi müayinələrdən keçməsini məsləhət verdiyini, bundan təxminən 2-3 gün sonra Gülşən Bağıyevanın gəlini Günel Hüseynova ilə birlikdə Ağdaş RMX-yə Əqidə həkimin yanına getdiyini, həmin vaxt Gülşən Bağıyevanın təxminən 35-36 həftəlik hamilə olduğunu, X32 Bağıyevanın hamiləliyi ilə əlaqədar qeydiyyata alınması üçün Ağdaş RİHBnin Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən yaşayış yeri haqqında arayış alaraq qeydiyyata düşməsini tapşırdığını, 30 noyabr 2022-ci il tarixdə Gülşən Bağıyevanın qeyd olunan sənədləri Əqidə Mahmudovaya təqdim edərək Ağdaş RMX-də hamiləliyi ilə əlaqədar qeydiyyata alındığını, həmin gün X32 Bağıyevanı müayinə edərək növbəti müayinələrdən keçmək üçün vaxt təyin etdiyini, müayinə zamanı Gülşən Bağıyevanın səhhətində və döldə hər hansı ciddi problem aşkar edilmədiyini, X32 Bağıyevanın körpəsinin 20 dekabr 2022-ci il tarixədək doğuşun gözlənildiyini bildirdiyini, qeyd olunan tarixədək Gülşən Bağıyevanın 2022-ci ilin iyul ayında İsmayıllı RMX-də USM müayinəsindən, 26 avqust 2022-ci il tarixdə isə Göyçay RMX-də analizlər verdiyini, hadisə günü, yəni 12 dekabr 2022-ci il tarixdə səhər saat təxminən 5-6 arası oğlu Taleh Hüseynovun onu yuxudan oyadaraq Gülşən Bağıyevanın doğuş sancılarının başladığını bildirdiyini, onların dərhal X48 məxsus qara rəngli “Mercedes-benz” markalı minik avtomobili ilə Ağdaş RMX-yə təxliyə etdiklərini, onların təxminən saat 06 radələrində Ağdaş RMX-yə çatdıqlarını, Gülşən Bağıyevanın gəlini Günel Hüseynovanın və onun köməkliyi ilə Ağdaş RMX-nin TTYŞ-nin giriş qapısından xəstəxanaya daxil olduğunu, xəstəxanaya daxil olduqdan sonra orada olan adlarını bilmədiyi tibb bacılarının Gülşən Bağıyevanı əlil arabasına əyləşdirərək Ağdaş RMX-nin inzibati binasının 2-ci mərtəbəsində yerləşən doğum şöbəsinə apardıqlarını, Gülşən Bağıyeva doğum şöbəsinə qaldırıldıqdan təxminən 30-40 dəqiqə sonra doğuşu icra etmiş həkim ginekoloq Ziyafət Rüstəmovanın onları çağıraraq doğuşun başa çatdığını, lakin yenidoğulmuş körpənin doğuşdan sonra ağlamadığını, tənəffüs problemlərinin olduğunu, buna görə də körpəni küvezə yerləşdirdiklərini, körpəni başqa xəstəxanaya köçürülməsinin mümkün olmadığını, körpənin sağ qalmaq ehtimalının olmadığını bildirdiyini, bundan təxminən 10-15 dəqiqə sonra, yəni səhər saat 07 radələrində adlarını xatırlamadığı tibb bacılarının Ağdaş RMXnin TTYŞ-nin dəhlizində onlara yaxınlaşaraq körpənin öldüyünü bildirdiklərini, daha sonra həkimlərin körpənin meyitini təhvil alıb aparmaqlarını bildirdiklərini, lakin həmin vaxt havanın qaranlıq olması, uşağın meyitini qucağına götürməkdən qorxduğunu bildirib havanın açılmasını gözləyib daha sonra körpənin meyitini təhvil alacağını bildirdiyini, bundan sonra özünün yaşadığı ünvana qayıtdığını, təxminən saat 10 radələrində gəlini Günel Hüseynova, qardaşı Məmməd Əliyev və onun əri X49 RMX-yə gələrək körpənin meyitini təhvil aldıqlarını, həmin gün saat 13 radələrində prokurorluq və polis əməkdaşlarının yaşadığı ünvana gələrək körpənin daxili və xarici müayinəsinin aparılması üçün Ağdaş rayon MTE və PA ETTB-nə təxliyə edilməsini bildirdiklərini, həmin vaxt qardaşı və digər qohumların körpəni Ağdaş şəhərində yerləşən Maşad kənd qəbiristanlığına apardıqlarını, dərhal bu barədə qardaşına məlumat verdiyini, bundan sonra körpənin meyitinin Ağdaş rayon MTE və PA ETTB-nin Ağdaş rayon şöbəsində xarici və daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verildiyini, gəlini Gülşən Bağıyevanın 3 gün Ağdaş RMX-də zahılar palatasında qaldıqdan sonra 14 dekabr 2022-ci il tarixdə evə buraxıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş RMX PHŞnin ginekologiya və doğum şöbəsinin neonatoloqu vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 12 sakini xx.xx.1999-cu il təvəllüdlü X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin ginekologiya və doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı çəkisi 3 kq 300 qram olan qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkimin Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün 21 dekabr 2022-ci il tarixdə səhər saat 09:00-dan saat 16:00-dək, 23 dekabr səhər saat 09:00-dan saat 16:00-dək, 25 dekabr 2022-ci il tarixdə saat 09:00dan saat 21:00-dək Ağdaş RMX-nin ginekologiya və doğum şöbəsində neonatoloq kimi məsul növbətçi olduğunu, bundan başqa 21 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 22 dekabr saat 09:00-dək, 24 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dək xəstəxananın Acil bölməsində həkim pediatr kimi növbədə olduğunu, xəstəxananın ginekologiya və doğum şöbəsində 3 nəfər həkim neonatoloq işçi olduğunu, lakin həmin vaxt həkim neonatoloq Sevinc Musayavanın növbəti əmək məzuniyyətində olduğunu, yenidoğulmuş körpənin müalicə və müayinəsinə məsul şəxs doğuş əməliyyatı baş verən zaman xəstəxanada növbədə olan həkim neonatoloqun olduğunu, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müalicə həkimi Təqsirləndirilən şəxs2 olduğunu, 22 dekabr 2022-ci il tarixdə saat 22 radələrində ginekologiya və doğum şöbəsinin uşaq tibbi bacısı Bənövşə Rzayevanın ona zəng edərək Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin bədən temperaturunun 39,50 olduğunu bildirdirdiyini, özünün Bənövşə Rzayevaya körpənin müalicə həkimin Rahilə Xalilovanın olduğunu, bu barədə ona məlumat verməsini bildirdiyini, növbəti gün, yəni 23 dekabr 2022-ci il tarixdə özü ginekologiya və doğum şöbəsində növbədə olarkən səhər saatlarında körpəni müayinə etdiyini, həmin vaxt körpənin vəziyyətinin normal olduğunu, SPO2- 98%, bədən temperaturunun isə 36,90 olduğunu, tibb bacılarının 22 dekabr 2022-ci il tarixdə gecə saatlarında körpənin bədən temperaturu yüksəldikdən sonra körpəyə tibbi yardımlar göstərildiyini, daha sonra körpənin bədən temperaturunun normaya düşdüyünü bildirdiklərini, 23 dekabr 2022-ci il tarixdə özü növbədə olarkən körpənin səhhətində hər hansı bir ağırlaşmalar olmadığını, özünün 23 dekabr 2022-ci il tarixdə günün ikinci yarısında növbəni Təqsirləndirilən şəxs2 təhvil verdiyini, Təqsirləndirilən şəxs2 növbəti gün, yəni 24 dekabr 2022-ci il tarixdə işdə olmayacağını, Bakı şəhərində toy mərasimində iştirak edəcəyini bildirərək onu əvəz etməyini xahiş etdiyini, onun da 24 dekabr tarixdə Ağdaş şəhərində toy mərasimində olacağını bildirərək, səhər saatlarında xəstəxanaya gəlib körpələrin vəziyyəti ilə maraqlana biləcəyini, lakin gün ərzində onu əvəz edə bilməyəciyini bildirdiyini, 24 dekabr 2022-ci il tarixdə özü səhər saatlarında xəstəxanaya gedərək körpələrin vəziyyəti və təyinatların icra vəziyyəti ilə maraqlandığını, həmin vaxt şöbədə olan yenidoğulmuş körpələrdə hər hansı bir problem olmadığını, saat 13 radələrində işdən çıxaraq Ağdaş şəhərində yerləşən Ağ Saray şadlıq sarayında keçirilən toy mərasiminə getdiyini, həmin gün özü qrafikə uyğun olaraq saat 21:00-dan növbəti gün saat 09:00-dək Acil bölməsində növbədə olduğu üçün xəstəxanaya getdiyini, 24 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Acil bölməsində növbədə olarkən tibb bacısı Kəbirə Abdullayevanın ona zəng edərək Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyətinin ağırlaşdığını bildirdiyini, dərhal doğum şöbəsinə gedib uşağı müayinə etdiyini, Təqsirləndirilən şəxs2 zəng edərək körpənin vəziyyətinin ağır olması barədə məlumat verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 şəxsi işləri ilə əlaqədar Bakı şəhərində olduğunu, həmin vaxt ginekologiya və doğum şöbəsinin müdiri Sevinc İskəndərovanın da orada olduğunu, müayinə zamanı xx.xx.2022-ci il tarixdə saat 21:00-da körpənin ümumi vəziyyətinin çox ağır olduğunu, dərinin rəngi yayılmış sianozlu, əmmə aktı zəif, qıcığa qarşı reaksiyası zəif, tənəffüsü çətin, səthi, qeyri ritmik olduğunu müəyyən etdiyini, körpəni küvez rejiminə keçirilməsinə göstəriş verdiyini, ilkin olaraq körpəyə maska vasitəsi ilə oksigen verildiyini, lakin körpənin səhhətinin düzəlmədiyini və SPO2 aşağı düşdüyünü görüb körpəyə oksigeni burun kanyulyası vasitəsilə verilməsinə göstəriş verdiyini, xx.xx.2022-ci il tarixdə saat 04:00-da uşağın ümumi vəziyyətinin ağır olaraq qaldığını, dərinin rəngi sianozlu, tənəfüssü çətin, səthi, qeyri ritmik, ürək tonları karlaşmış, nəbzi qeyri ritmik, 158 olduğunu, həmçinin körpənin bədən temperaturunun yüksək olduğunu, körpənin vəziyyəti ağır olduğundan özünün bütün gecəni körpənin yanında olduğunu, 25 dekabr 2022-ci il tarixdə səhər saatlarında körpənin vəziyyətinin ağır olduğundan özünün Ağdaş RMX PHŞ-nın baş həkimi İntiqam İbrahimova məlumat verdiyini, İntiqam həkimin körpənin görüntülərini “whatsap” mobil tətbiqi vasitəsilə ona göndərməyini bildirdiyini, bundan sonra körpəni video çəkilişlə çəkərək İntiqam İbrahimovun istifadəsində olan mobil nömrəyə göndərdiyini, İntiqam İbrahimovun yenidoğulmuş körpəni daha yüksək səviyyəli xəstəxanaya köçürülməsi məqsədilə Gəncə şəhər Perinatal mərkəzin neonatoloqu Zülfiyyə həkimlə əlaqə saxladığını, həmçinin, onun da Zülfiyyə həkimlə əlaqə saxlayıb körpənin səhhəti barədə məlumat verdiyini, Zülfiyyə həkimin körpədə beyinə qansızma təhlükəsi olduğundan uşağın digər xəstəxanaya təxliyəsinin onun həyatı üçün təhlükəli olacağını bildirdiyini, buna görə də körpədə qansızma şübhəsi olduğu üçün onun daha yüksək səviyyəli xəstəxanaya köçürülməsinin məqsədə uyğun olmadığını, konsultasiya zamanı körpənin video görüntülərini çəkərək Zülfiyyə həkimə göndərdiyini, aparılan müalicə tədbirlərinə baxmayaraq körpənin xx.xx.2022-ci il tarixdə saat 11:50-də hipoksik, işemik, ensefalopatiya, ürək qüsuru diaqnozu ilə öldüyünü, daha sonra isə körpənin MTE və PAB-nin PHŞ Ağdaş rayon şöbəsinə təhvil verildiyini bildirmişdir. Bundan əlavə, Şahid3 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində hamilə və zahıların müayinəsi və müalicəsi, doğuş prosesi, yeni doğulmuş körpələrin müayinəsi və müalicəsinin Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollarına, təlimatlara və tibbi qaydalara əsasən keçirildiyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş yenidoğulmuşlarda tənəffüs pozuntuları üzrə kliniki protokolun qaydalarına əsasən onun tərəfindən müalicə metodu kimi oksigen müalicə üsulunu əsas götürülüb körpəyə 24 dekabr 2022-ci il tarixdə saat 21 radələrində küvez rejimi tətbiq edilərək körpəyə ilkin olaraq maska vasitəsilə daha sonra isə burun kanyulyası vasitəsilə sərbəst axınla oksigen verildiyini, aparılmış müalicə tədbirlərinə baxmayaraq Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin 25 dekabr 2022-ci il tarixdə Ağdaş RMX-nin ginekologiya və doğum şöbəsində öldüyünü, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müalicə həkimi olan həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, yenidoğulmuş körpəyə ilkin baxışın onun tərəfindən keçirildiyini və qeyd olunan tibbi sənədlərin onun tərəfindən tərtib edildiyini, Əfsanə Hacıyevanın doğuşun baş verdiyi müddətə kimi aparılmış müayinələrdə ifraz olunan dölyanı mayenin çirkli olmasının bir çox səbəbinin ola biləcəyini, bir çox hallarda dölyani mayenin çirkli olmasının ana bətnində infeksiyanın olmasının göstəricisi olduğunu, Əfsanə Hacıyevanın doğuş prosesini idarə edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1, yenidoğulmuşun müalicə həkimi isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, yenidoğulmuşun müayinə və müalicə taktikasının neonatoloq Təqsirləndirilən şəxs2 tərəfindən seçildiyini bildirmişdir. Bundan başqa, Şahid3 ifadəsində xx.xx.2022-ci il tarixdə saat 06 radələrində xx.xx.1992-ci il təvəllüdlü Ucar rayon sakini X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə xəstəxananın ginekologiya və doğum şöbəsinə gətirildiyini, həmin vaxt özünün xəstəxana rəhbərliyi tərəfindən təsdiq edilmiş qrafikə əsasən Ağdaş RMX-nin Acil bölməsində həkim pediatr kimi məsul növbətçi olduğunu, saat təxminən 06:30 radələrində Acil bölməsinə zəng edilərək onu doğum şöbəsinə çağırdıqlarını, özünün dərhal xəstəxananın doğum şöbəsinə gəldiyini, doğum şöbəsinə gəldikdə dölün artıq doğulduğunu, həmin vaxt Kəbirə Abdullayeva ilə Təqsirləndirilən şəxs1 reanimasiya tədbirlərinin həyata keçirdiklərini gördüyünü, özünün körpəni müayinə etdiyini, lakin körpədə heç bir həyatı göstəricilər olmadığını, tənəffüs hərəkətlərinin, ürək döyüntülərinin və əzələ tonusunun olmadığını müəyyən etdiyini, körpənin çəkisinin az olduğunu, dərisinin örtüyünün avazıdığını, Təqsirləndirilən şəxs1 körpənin ölü olduğunu bildirərək öz xidməti yerinə qayıtdığını, bundan sonra olanlardan məlumatının olmadığını bildirmişdir. Bundan əlavə, Şahid3 ifadəsində “Doğum tarixi” sənədinin tərtibinə nəzarətə məsul şəxslərin doğuşunu icra etmiş həkim mama-ginekoloq və şöbə müdiri olduğunu, tərtib edilmiş tibbi sənədlərdə doğum tarixinin hansı səbəbdən düzgün qeyd edilməməsi barədə dəqiq bir söz deyə bilmədiyini, körpə ölü doğulduğundan körpəyə apqar şkalası ilə 0 bal verildiyini, bu səbəbdəndə “körpənin inkişaf tarixi” adlı sənəd açılmadığını, özün körpəni müayinə etdikdən sonra həmin vaxt növbədə olduğu Acil bölməsinə qayıtdığını, körpənin ölü doğulması ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilməməsindən xəbərinin olmadığını, Səhiyyə Nazirliyinin qüvvədə olan klinik protokollarına əsasən neonatoloqun doğuşda iştirak etmə olduğunu, lakin həmin vaxt xəstəxananın doğum şöbəsində gecə növbəsində neonatoloq həkimin olmadığını, özünün Təqsirləndirilən şəxs1 tərəfindən Gülşən Bağıyevanın uşaq dünyaya gətirməsi ilə bağlı icra edilən təbii doğuş əməliyyatında iştirak etmədiyini, belə ki, doğuş başa çatdıqdan sonra onu doğum şöbəsinə çağırdıqlarını, özünün ginekologiya və doğum şöbəsinə gəlib yenidoğulmuşu müayinə edib onun ölü olduğunu müəyyən etdiyini, lakin körpənin doğuş zamanı və ya doğuşdan sonra ölməsini bilmədiyini, ekspertiza rəyindəndə yenidoğulmuş uşağın baş vermiş ölümü ilə doğuş prosesi arasında birbaşa səbəbli əlaqənin olması göstərilsə də, doğuşdan sonra aparılmış müayinə və müalicə taktikasının seçilməsi ilə yenidoğulmuşun ölümü ilə bağlı səbəbli əlaqənin olmasının göstərilmədiyini, belə ki, doğuş prosesinin həkim mama-ginekoloq tərəfindən icra olunduğunu, prosedura qaydalarına əsasən həkim neonatoloqun fəaliyyətinin doğuşdan sonra yenidoğulmuşu mama-ginekoloqdan təhvil alaraq müvafiq müayinə və müalicə tədbirlərinin həyata keçirilməsindən ibarət olunduğunu, odur ki, doğuşda baş verə biləcək tibbi qüsurlara məsul şəxsin doğuşu icra etmiş həkim mamaginekoloq olduğunu, qeyd olunanların həmin rəydə öz əksini tapdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsinin həkim mama-ginekoloqu vəzifəsində işlədiyini, 2022-ci ilin oktyabr ayında X41 RMX PHŞ-nin poliklinika şöbəsinə “Normal hamiləliyin gedişi üzərində müşahidə” diaqnozu ilə müraciət etdiyini, onu poliklinika şöbəsində qəbul etdiyini və müayinələrdən keçirdiyini, X47 rayon qeydiyyatında olduğundan ona müvəqqəti yaşayış yerindən arayış almasını və hamiləliyi ilə bağlı Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində qeydiyyata düşməsini məsləhət verdiyini, lakin Gülşən Bağıyevanın bir daha xəstəxanaya müraciət etmədiyini, bundan sonra 2022-ci ilin noyabr ayında özünün poliklinika şöbəsinin patronajı X33 Bağıyevanın yaşadığı ünvana göndərərək onu hamiləliyi ilə bağlı qeydiyyata düşməsi üçün poliklinika şöbəsinə dəvət etdiyini, bundan bir müddət sonra, 30 noyabr 2022-ci il tarixdə Gülşən Bağıyevanın xəstəxanaya müraciət etdiyini, özünün Gülşən Bağıyevaya şəhər icra nümayəndəliyindən yaşayış yeri haqqında arayış almasını, daha sonra onu hamiləliyi ilə bağlı qeydiyyata götürəcəklərini bildirdiyini, Gülşən Bağıyevanı qeydiyyata götürüldükdən sonra onu müvafiq müayinlərdən keçirdiyini, müayinə zamanı döldə və hamilə qadında hər hansı patoloji dəyişiklik aşkar etmədiyini, bununla bağlı tibbi sənədlərdə müvafiq qeydlər apardığını, həmin vaxt Gülşən Bağıyevanın təxminən 35-36 həftəlik hamilə olduğunu, hamilə qadının ümumi vəziyyəti zəif olsa da, onun bətnində olan dölün inkişafdan qalmasını və digər problemlər aşkar etmədiyini, belə ki, USM müayinələrin nəticəsinə əsasən dölün çəkisinin təxminən 2 kq 600 qram olduğunu, özünün Gülşən Bağıyevanın hemoqlobinin normadan bir qədər aşağı olduğundan sonuncuya “Vidafer” dərmanı təyin edərək ona təkrar müayinəyə gəlməsini bildirdiyini, lakin Gülşən Bağıyevanın bir daha Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsinə müraciət etmədiyini, belə ki, xx.xx.2022-ci il tarixdə X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etdiyini, daha sonra isə 37-38 həftəlik ölü döl dünyaya gətirdiyi barədə eşitdiyini bildirmişdir. Bundan əlavə, Əqidə Mahmudova ifadəsində həmin vaxtdan uzun müddət keçdiyindən Gülşən Bağıyevanın ilk dəfə dəqiq nə vaxt müraciət etməsini xatırlamadığını, X47 rayon qeydiyyatında olduğundan ola bilsin ki, həmin vaxt onu hamiləliyi ilə bağlı qeydiyyata götürməyin mümkün olmadığını, buna görə də müayinələrin nəticəsi barədə heç bir sənəd tərtib edilmədiyini, tərəfindən aparılan müayinələr zamanı Gülşən Bağıyevada və onun bətnində olan döldə patoloji dəyişikilik və ağırlaşmalar müəyyən edilmədiyini, USM müayinəsinə əsasən 30 noyabr 2022-ci il tarixdə dölün çəkisi və ürək döyüntülərinin normaya uyğun olduğunu, hamilə qadının səhhətində isə ciddi problem olmadığını, 35-36 həftəlik hamiləlik qeydə alındığını, bununla bağlı “Hamilə və zahının tibbi kitabçası”nda müvafiq qeydlər apardığını, müayinə zamanı özünün Gülşən Bağıyevaya zəif olmasını, səhhətinə daha da ciddi fikir verməsini söylədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işlədiyini, 12 dekabr 2022-ci il tarixdə səhər saat 07 radələrində doğum şöbəsinin həkim mama-ginekoloqu Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək xx.xx.2022ci il tarixdǝ saat 06 radələrində xx.xx.1992-ci il təvəllüdlü Ucar rayon sakini X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra xəstəxananın doğum şöbəsinə gətirildiyini, onu doğum şöbəsində qəbul edərək doğuşu icra etdiyini, icra edilmiş təbii doğuş əməliyyatı zamanı ölü döl doğulduğunu, hamilə qadının xəstəxanaya gec müraciət etdiyini, onun xəstəxanaya daxil olarkən artıq doğuş prosesinin başladığını buna görə də onu ilkin mexaniki “Dopler” cihazı ilə və ginekoloji müayinədən keçirtmək mümkün olmadığını və dərhal doğuş masasına qaldırdıqlarını bildirdikərini, bundan sonra özünün dərhal Ağdaş RMX-yə getdiyini, daha sonra Ağdaş RMX PHŞ-nin baş hakimi İntiqam İbrahimova baş vermiş hadisə ilə bağlı məlumat verdiyini, saat 10 radələrində Gülşən Bağıyevanın qohumlarının xəstəxanaya gələrək yenidoğulmuşun meyitini təhvil aldıqlarını, doğum şöbəsində icra edilmiş doğuş əməliyyatı zamanı çəkisi 1 kq 300 qram, boyu 38 sm, baş dairəsinin ölçüsü 30 sm, döş dairəsinin ölçüsü 28 sm olan oğlan cinsli ölü döl doğulduğunu bildirmişdir. Bundan əlavə, Sevinc İskəndərova ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində hamilə və zahıların müayinəsi və müalicəsi, doğuş prosesi, yeni doğulmuş körpələrin müayinəsi və müalicəsinin Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollarına, tibbi qaydalara və təlimatlara əsasən keçirildiyini, X6 və doğum şöbəsinə daxil olarkən güc dövründə olduğundan anketin açılması üçün vaxt olmadığını, doğuş icra edildikdən sonra isə tibbi sənədlər tərtib olunduğunu, buna görə də həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 tibbi sənədlərin tərtibində texniki səhvlərə yol verərək doğuşun vaxtını bir qədər səhv göstərdiyini, körpə ölü doğulduğundan körpəyə Apqar şkalası ilə 0 bal verildiyini və bu səbəbdəndə “körpənin inkişaf tarixi” adlı tibbi sənəd açılmadığını, yenidoğulmuş körpənin ölü doğulması barədə doğuşdan sonra doğuşu icra etmiş həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 ona zəng edərək hadisə barədə məlumat verdiyini, bu cür hallarda doğuşu icra etmiş həkim mama-ginekoloqun müvafiq olaraq hüquq mühafizə orqanlarına və xəstəxananın rəhbərliyinə məlumat verməli olduğunu, həmin körpənin ölü doğulması ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilməməsindən xəbərinin olmadığnı bildirmişdir. Bundan başqa, Sevinc İskəndərova ifadəsində xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə yerləşdirildiyini, onu doğum şöbəsində qəbul edən və doğuşu icra edən həkimin Təqsirləndirilən şəxs1 olduğunu, körpənin müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, Əfsanə Hacıyevanın 22 dekabr 2022-ci il tarixdə saat 10:20-də doğuşdan azad olduğunu, doğuşdan sonra körpənin həkim neonatoloq Təqsirləndirilən şəxs2 tərəfindən müvafiq müayinələrdən keçirildiyini, körpənin səhhətində hər hansı bir ciddi problem və ya ağırlaşmalar aşkar etmədiyini, 22 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci tarixlərdə körpəyə neonatoloq Təqsirləndirilən şəxs2 baxdığını, şöbənin digər həkim neonatoloqu Şahid3 24 dekabr 2022-ci il tarixdə səhər saat 09:00-dan saat 13 radələrinədək şöbədə olduğunu və şöbədə olan yenidoğulmuş körpələrə nəzarət etdiyini, saat 13 radələrində Nurangiz Mustafeyavanın ona yaxınlaşaraq şöbədə olan körpələri müayinə etdiyini, onlara təyin edilmiş müalicələrin qrafikə uyğun aprıldığını bildirərək evə gedəcəyini bildirdiyini, belə ki, həmin gün 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin həkim qrafikinə uyğun olaraq Təqsirləndirilən şəxs2 24 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 15:00-dək ginekologiya və doğum şöbəsində məsul növbətçi olmalı olduğunu, lakin Təqsirləndirilən şəxs2 həmin gün şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getdiyindən işə gəlmədiyini, şöbədə doğuş baş verən zaman növbədə olan həkim neonatoloqun yenidoğulmuş körpənin müalicə və müayinəsini həyata keçirdiyini, əgər körpənin səhhətində ağırlaşmalar müəyyən edilərsə körpənin müalicə həkimi tərəfindən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicə, reabilitasiya və profilaktik prosedur tədbirləri təşkil etməli olduğunu, 24 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00dək ginekologiya və doğum şöbəsində işdə olduğunu, saat 21:00-da isə evə getdiyini, xəstəxanada olduğu müddət ərzində Əfsanə Hacıyevanın yendioğulmuş körpəsinin səhhətində hər hansı bir problemin olması barədə məlumatı olmadığını, növbəti gün, yəni 25 dekabr 2022-ci il tarixdə səhər saatlarında həkim neonatoloq Şahid3 ona zəng edərək Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyətinin ağır olduğunu bildirdiyini, dərhal xəstəxanaya gəlib bu barədə Ağdaş RMX PHŞ-nin baş həkimi İntiqam İbrahimova məlumat verdiyini, Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin daha yüksək səviyyəli xəstəxanaya köçürülməsi məqsədilə Gəncə şəhər Perinatal mərkəzlə əlaqə saxlanılsa da, körpədə beyin qansızması təhlükəsi olduğundan digər xəstəxanaya təxliyəsi edilməsinin məqsədə müvafiq hesab edilmədiyini, aparılmış müalicə tədbirlərinə baxmayaraq körpənin 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində öldüyünü, yenidoğulmuşun adına açılmış tibbi sənədlərin tərtibinə nəzarət edən məsul şəxs özü olduğunu, lakin, həkim neonatoloq və tibb bacıları diqqətsizlik edərək tibbi sənədləri müəyyən edilmiş qaydalara uyğun vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmədikərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 ifadəsində Ağdaş RMX PHŞ-nın ginekologiya və doğum şöbəsinin həkimi vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, onu doğum şöbəsində qəbul edən və doğuşu icra edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuşun müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün 22 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək işlədiyi xəstəxananın doğum şöbəsində mama kimi məsul növbətçi olduğunu, növbəni şöbədə həkim-mama vəzifəsində işləyən X19 təhvil aldığını, növbəni təhvil alarkən Əfsanə Hacıyevanın doğuş otağında olduğunu və güc dövründə olduğunu, saat 11 radələrində icra edilən doğuş əməliyyatı zamanı çəkisinin 3 kq-dan artıq olan qadın cinsli körpə uşaq dünyaya gəldiyini, körpənin doğulduqdan sonra göbəyinin kəsilərək prosedura qaydalarına uyğun olaraq həkim neonatoloq Təqsirləndirilən şəxs2 təhvil verildiyini, özünün isə zahının müalicə tədbirlərini davam etdirdiyini, doğuşdan sonra yeni doğulmuş körpənin uca səslə ağladığını və körpənin səhhətində hər hansı bir problem olmadığını, 24 dekabr 2022-ci il tarixdə xəstəxanada olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyətinin ağır olduğunu eşitdiyini, növbəti gün, 25 dekabr 2022-ci il tarixdə Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müalicə aldığı Ağdaş RMX-də öldüyünü bildirmişdir. Bundan əlavə, Aygün Eyyublu ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində hamilə və zahıların müayinəsi və müalicəsi, doğuş prosesi, yeni doğulmuş körpələrin müayinəsi və müalicəsinin Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollara və təlimatlara əsasən keçirildiyini, körpə doğulduqdan sonra körpəni həkim neonatoloq Təqsirləndirilən şəxs2 müayinə etdiyini və müvafiq qeydlər apardığını, Təqsirləndirilən şəxs2 doğuş əməliyyatında iştirak etdiyindən körpə doğulduqdan sonra körpənin vəziyyətinin onun tərəfindən qiymətləndirilərək Apqar şkalası ilə 8-9 bal verildiyini, onun prosedura qaydalarına uyğun olaraq Əfsanə Hacıyevaya tibbi yardımlar göstərdiyini, Əfanə Hacıyevanın doğuşdan sonra iki saat doğuş masasında qaldıqdan sonra körpəsi ilə birlikdə zahılar palatasına köçürüldüyünü, növbəni həkim-mama X19 təhvil alarkən Əfsanə Hacıyevanın artıq doğuş masasına qaldırıldığını, hamilə qadın zəif olduğundan hamiləyə “Natrium-xlorid” və Oksitosin dərmanı sistem vasitəsilə vena daxilinə köçürülməyə başlandığını, lakin hamilə qadın güc dövründə olduğundan doğuşun tezləşdirilməsi üçün əlavə tibbi tədbirlərin görülməsinə ehtiyac olmadığını, bundan təxminən 30 dəqiqə sonra Əfsanə Hacıyevanın doğuşdan azad olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı işlədiyini, xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 22 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin ginekologiya və doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkim mamaginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, körpənin doğulduqdan sonra anası ilə birlikdə zahılar palatasına köçürüldüyünü, körpə doğulduqdan bir neçə saat sonra körpənin bədən temperaturunu ölçdüyünü və bu barədə müvafiq qeydlər apardığını, növbədə olduğu vaxt yenidoğulmuşda ağırlaşmalar və ya bədən temperaturun olmasını xatırlamadığını, həmin vaxt körpənin səhhətinin yaxşı olduğunu, 22 dekabr 2022-ci il tarixdə növbəni tibb bacısı Bənövşə Rzayevaya təhvil verdiyini, növbəni təhvil verərkən körpənin bədən temperaturunun normada olduğunu, 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində körpənin Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində öldüyünü eşitdiyini, tibb bacısı olduğu üçün onun hadisə barədə bildiklərinin bu qədər olduğunu, doğum şöbəsinin tibb bacılarının yalnız neonatoloqların göstərişini yerinə yetirdiyini, belə ki, neonatoloqlar tərəfindən təyin edilmiş müalicə metodları və dərman vasitələrinin onların nəzarəti altında tibb bacıları tərəfindən körpələrə tətbiq edildiyini bildirmişdir. Bundan əlavə Afayət Əhmədova ifadəsində həmin gün iş çoxluğu ilə əlaqədar özünün ginekologiya və doğum şöbəsində olan yenidoğulmuş körpələri müayinə edərək onların vəziyyəti barədə qaramalada qeydlər aparıb daha sonra isə yenidoğulmuşun müşahidə vərəqəsinə köçürtdüyünü, buna görə də yenidoğulmuşun müşahidə vərəqəsinin tərtibində nöqsanalara yol verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı işlədiyini, xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 22 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 23 dekabr 2022-ci il tarixdə saat 09:00-dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin ginekologiya və doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün yenidoğulmuş körpəyə 22 dekabr 2022-ci il tarixdə saat 21:00-dan növbəti gün saat 09:00-dək baxdığını, növbəni tibb bacısı Afayət Əhmədovadan təhvil aldığını, növbəni təhvil alarkən zahılar palatasında körpə səsi eşidib palataya daxil olub Əfsanə Hacıyevanın körpəsinin ağladığını gördüyünü, körpəni Əfsanə Hacıyevadan təhvil alıb müayinə otağına apardığını, ilkin olaraq körpənin bədən temperaturunu termometrlə ölçdüyünü, həmin vaxt körpənin bədən temperaturunun 39,5 dərəcə olduğunu müəyyən etdiyini, dərhal həkim neonatoloq Şahid3 zəng edib körpənin vəziyyəti barədə məlumat verdiyini, Şahid3 “Novakain, Analgin, Dimedrol” məhlullarını qarışdırıb əzələ daxili, yəni uşağın sağrı nahiyəsinə vurulmasına, daha sonra isə körpəyə Ampisillin və Sefekon dərman preparatlarının tətbiq etməsinə göstəriş verdiyini, həmçinin Şahid3 körpənin müalicə həkiminin neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, körpənin vəziyyəti barədə ona məlumat verməyini bildirdiyini, özünün də körpəyə “Novakain, Analgin, Dimedrol” məhlullarını qarışdırıb əzələ daxili, yəni uşağın sağrı nahiyəsinə vurduqdan bir qədər sonra körpənin bədən temperaturunun 37 dərəcəyə düşdüyünü, daha sonra körpəyə Ampisillin və Sefekon dərman preparatları tətbiq etdiyini, körpənin bədən temperaturu tam normaya düşdükdən sonra körpənin gecə rahat yatdığını, növbəti gün, 23 dekabr 2023-cü il tarixdə saat 09:00-da növbəni tibb bacıları Rəsmiyyə Əliyeva və Nuranə Məmmədovaya təhvil verdiyini, növbəni təhvil verərkən onlara 22 dekabr 2022-ci il tarixdə saat 21:00 radələrində işə gələrkən körpənin bədən temperaturunun 39,5 dərəcəyə yüksəldiyini, körpəyə tibbi yardımlar göstərdiyini, bundan sonra körpənin bədən temperaturunun normaya düşdüyünü bildirdiyini, 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində körpənin Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində öldüyünü eşitdiyini, tibb bacısı olduğu üçün onun hadisə barədə bildiklərinin bu qədər olduğunu, doğum şöbəsinin tibb bacılarının yalnız neonatoloqların göstərişini yerinə yetirdiyini, belə ki, neonatoloqlar tərəfindən təyin edilmiş müalicə metodları və dərman vasitələrinin onların nəzarəti altında tibb bacıları tərəfindən körpələrə tətbiq edildiyini bildirmişdir. Bundan əlavə Bənövşə Rzayeva ifadəsində 22 dekabr 2022-ci il tarixdə saat 21:00dan növbəti gün saat 09:00-dək Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinə Ampisillin iynəsi vurulduğunu və Sefekon şamı qoyulduğunu, həmçinin 22 dekabr 2022-ci il tarixdə saat 22 radələrində körpənin bədən temperaturunun normaya salmaq məqsədilə ilə “Novakain, Analgin, Dimedrol” məhlullarını qarışdırıb əzələ daxili, yəni uşağın sağrı nahiyəsinə vurduğunu, özünün bir neçə dəfə Təqsirləndirilən şəxs2 zəng etdiyini, lakin onun telefonuna zəng çatmadığını, buna görə də, həmin gün körpənin vəziyyəti barədə ona məlumat verə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı işlədiyini, xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 23 dekabr 2022-ci il tarixdə saat 09:00-dan 21:00-dək və 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı çəkisi 3 kq 300 qram olan qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün yenidoğulmuş körpəyə 23 dekabr 2022-ci il tarixdə saat 09:00-dan 21:00-dək şöbənin digər tibb bacısı Nuranə Məmmədova ilə birlikdə, 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan tibb bacısı Fərqanə Qədirova ilə birlikdə baxdığını, 23 dekabr 2022-ci il tarixdə saat 09:00-da onlar növbəni tibb bacısı Bənövşə Rzayevadan təhvil aldığını, növbəni təhvil alarkən X34 Hacıyevanın yenidoğulmuş körpəsinin 22 dekabr 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixə keçən gecə bədən temperaturunun yüksək olduğunu, körpəyə tibbi yardımlar göstərildikdən sonra bədən temperaturunun normaya düşdüyünü bildirdiyini, özü növbədə olarkən səhər saatlarında Əfsanə Hacıyevanın yeni doğulmuş körpəsinin bədən temperaturunun normada olduğunu, həkim neonatoloq Təqsirləndirilən şəxs2 yazdığı təyinata uyğun olaraq onların müalicə tədbirlərini davam etdiklərini, 23 dekabr 2022-ci il tarixdə şöbənin həkim neonatoloqu Şahid3, günün ikinci yarısında isə növbədə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, körpənin səhhətinin günorta saatlarınadək normada olduğunu, körpənin özünü rahat hiss etdiyini, həmin gün saat 16 radələrində körpənin bədən temperaturunun yüksəlməyə başladığını, həkim neonatoloq Təqsirləndirilən şəxs2 göstərişinə əsasən körpəyə tibbi yardımlar göstərildiyini, körpəyə Ampisillin iynəsi vurulduğunu və Sefekon şamı qoyulduğunu, saat 21:00-da növbəni tibb bacısı Fərqanə Qədirovaya təhvil verdiyini, növbəni təhvil verərkən körpənin səhhətinin kafi olduğunu və bu barədə Fərqanə Qədirovaya məlumat verildiyini, bundan əlavə xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən özünün 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək tibb bacısı Fərqanə Qədirova ilə birlikdə işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, həmin gün özü xəstəxanaya gəldikdə körpənin vəziyyətinin olduqca ağır olduğunu və körpənin küvez rejimində olduğunu, gecə növbəsində olmuş tibb bacısı İlahə Ağayevanın körpənin daha yüksək səviyyəli xəstəxanaya keçirilməsi ilə bağlı xəstəxananın rəhbərliyi tərəfindən Gəncə Perinatal mərkəzlə danışıldığını, lakin körpədə qansızma təhlükəsi olduğundan körpənin köçürülməsinin mümkün olmadığını bildirdiyini, aparılmış müalicə tədbirlərinə baxmayaraq yenidoğulmuş körpənin 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində öldüyünü, tibb bacısı olduğu üçün onun hadisə barədə bildiklərinin bu qədər olduğunu, doğum şöbəsinin tibb bacılarının yalnız neonatoloqların göstərişini yerinə yetirdikərini, belə ki, neonatoloqlar tərəfindən təyin edilmiş müalicə metodları və dərman vasitələrinin onların nəzarəti altında tibb bacıları tərəfindən körpələrə tətbiq edildiyini bildirmişdir. Bundan əlavə Rəsmiyyə Əliyeva ifadəsində 23 dekabr 2022-ci il tarixdə saat 09:00dan saat 21:00-dək Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müailcə həkimi, həkim neonatoloq Təqsirləndirilən şəxs2 yazdığı təyinata uyğun olaraq körpəyə 1 dəfə Ampisillin iynəsi vurulduğunu, 1 dəfə isə Sefekon şamı qoyulduğunu, körpəyə başqa dərman vasitələri verilmədiyini, bundan başqa 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyətinin olduqca ağır olduğunu və körpənin küvez rejimində olduğunu, lakin həmin gün körpəyə hər hansı bir başqa tibbi yardımlar göstərilmədiyini, həmin gün saat 12 radələrində körpənin öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı X20 da iş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı işlədiyini, xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən 23 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 24 dekabr saat 09:00-dək və 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunun, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı çəkisinin 3 kq 300 qram olan qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkimin mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yeni doğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün də yenidoğulmuş körpəyə 23 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 24 dekabr saat 09:00-dək, 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan isə tibb bacısı Rəsmiyyə Əliyeva ilə birlikdə baxdığını, 23 dekabr 2022-ci il tarixdə saat 21:00-da növbəni Rəsmiyyə Əliyevadan və Nuranə Məmmədovadan təhvil aldığını, növbəni təhvil alarkən tibb bacıları Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında vəziyyətinin normal olduğunun, saat 16 radələrindən isə körpənin bədən temperaturunun bir qədər yüksəldiyini, həkim neonatoloq Təqsirləndirilən şəxs2 yazdığı təyinata uyğun olaraq körpəyə Ampisillin iynəsi vurulduğunu və Sefekon şamı qoyulduğunu bildirdiklərini, özünün növbəni təhvil alarkən körpənin səhhətinin kafi olduğunu, 24 dekabr 2022-ci il tarixdə gecə saat 03:00 radələrinədə körpənin səhhətinin daha da ağırlaşmağa başladığını və körpənin dayanmadan ağladığını, gecə saatlarında körpənin bədən temperaturunun yüksək olduğunu, Təqsirləndirilən şəxs2 yazdığı təyinata uyğun olaraq müalicə tədbirlərini davam etdiyini, 24 dekabr 2022-ci il tarixdə saat 09:00-da özünün növbəni tibb bacısı Kəbirə Abdullayevaya təhvil verdiyini və körpənin səhhəti barədə ona məlumat verdiyini, növbəni təhvil verərkən körpənin səhhətinin kafi olduğunu, bədən temperaturunun isə təxminən 370 dən bir qədər yuxarı olduğunu, 23 dekabr 2022-ci il tarixdə günün birinci yarısında şöbənin həkim neonatoloqu Şahid3, günün ikinci yarısında isə növbədə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, bundan başqa xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən özünün 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək tibb bacısı Rəsmiyyə Əliyeva ilə birlikdə işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, həmin gün özü xəstəxanaya gəldikdə körpənin vəziyyətinin olduqca ağır olduğunu və körpənin küvez rejimində olduğunu, gecə növbəsində olmuş tibb bacısı İlahə Ağayevanın körpənin daha yüksək səviyyəli xəstəxanaya keçirilməs ilə bağlı xəstəxananın rəhbərliyi tərəfindən Gəncə Perinatal mərkəzlə danışıldığını, lakin körpədə qansızma təhlükəsi olduğundan körpənin köçürülməsinin mümkün olmadığını bildirdiyini, aparılmış müalicə tədbirlərinə baxmayaraq yenidoğulmuş körpənin 25 dekabr 2022-ci il tarixdə saat 12 radələrində öldüyünü, tibb bacısı olduğu üçün hadisə barədə bildiklərinin bu qədər olduğunu, doğum şöbəsinin tibb bacılarının yalnız neonatoloqların göstərişini yerinə yetirdiyini, belə ki, neonatoloqlar tərəfindən təyin edilmiş müalicə metodları və dərman vasitələrinin onların nəzarəti altında tibb bacıları tərəfindən körpələrə tətbiq edildiyini bildirmişdir. Bundan əlavə Fərqanə Qədirova ifadəsində özünü 23 dekabr 2022-ci il tarixdə saat 21:00-dan saat 24 dekabr saat 09:00-dək Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin müalicə həkimi-neonatoloq Təqsirləndirilən şəxs2 yazdığı təyinata uyğun olaraq körpəyə 1 dəfə Ampisillin iynəsi vurulduğunu xatırladığını, həmin vaxtdan uzun müddət keçdiyindən körpəyə başqa dərman verilməsini xatırlamadığını, bundan başqa özünün 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dan Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyətinin olduqca ağır olduğunu və körpənin küvez rejimində olduğunu, lakin həmin gün körpəyə hər hansı bir başqa tibbi yardımlar göstərilmədiyini və saat 12 radələrində körpənin öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı işlədiyini, 11 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 12 dekabr 09:00-dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 06 radələrində xx.xx.1992-ci il təvəllüdlü Ucar rayon sakini X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX PHŞ-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 37-38 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın ginekologiya və doğum şöbəsinə gətirildiyini, doğum şöbəsində onu qəbul edən və doğuşu icra edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, Gülşən Bağıyevanın xəstəxanaya gec müraciət etməsi ilə əlaqədar onu ilkin mexaniki “Dopler” cihazı ilə və ginekoloji müayinədən keçirməyin mümkün olmadığını, icra edilən təbii doğuş əməliyyatı zamanı çəkisi 1 kq 300 qram, boyu 38 sm, baş dairəsinin ölçüsü 30 sm, döş dairəsinin ölçüsü 28 sm olan oğlan cinsli körpə uşağın doğulduğunu, Körpənin ölü doğulduğunu, körpənin çəkisi və boyunnu onun ana bətnində nisbətən inkişafının ləngiməsinə göstərən əlamətlər olduğunu, belə ki, normal halda 37-38 həftəlik hamilə qadınların dünyaya gətirdiyi körpələrin çəkisinin təxminən 3 kq olmalı olduğunu, döl doğulduqdan sonra Təqsirləndirilən şəxs1 körpənin göbəyini kəsərək ona təhvil verdiyini, və Gülşən Bağıyevanın psixoloji vəziyyətini nəzərə alaraq körpənin meyitini başqa otağa keçirilməsinə göstəriş verdiyini, özünün körpəni tərəzidə çəkdiyini, daha sonra körpəni qucağına götürərək digər otağa apardığını, bundan sonra həmin vaxt xəstəxananın Acil bölməsində növbədə olan həkim Şahid3 doğum şöbəsinə gələrək yenidoğulmuş körpəni müayinə etdiyini və körpənin ölü olduğunu təsdiq etdiyini bildirmişdir. Bundan əlavə Kəbirə Abdullayeva ifadəsində X6 və doğum şöbəsinə daxil olarkən hamilə qadın güc dövründə daxil olduğu üçün anketin açılması üçün vaxtın olmadığını, doğuş icra edildikdən sonra isə tibbi sənədlərin tərtib olunduğunu, buna görə də, tibbi sənədlərdə mama-ginekoloq tərəfindən texniki səhvlərə yol verilərək doğuşun vaxtının bir qədər səhv göstərildiyini, icra edilmiş təbii doğuş əməliyyatının təxminən 15-20 dəqiqə çəkdiyini, daha sonra körpə ölü doğulduğundan iş çoxluğu ilə əlaqədar tibbi sənədlərin tərtib edilməsinin ləngidildiyini, Gülşən Bağıyevanın doğum şöbəsinə daxil olarkən hamilə qadının güc dövründə olduğunu, buna görə də, hamilənin dərhal doğuş masasına qaldırıldığını, buna görə də laborator-instrumental müayinələrin icra edilməməsinə vaxt olmadığını, belə ki, Gülşən Bağıyevanın doğuş zalına daxil olduqda artıq doğuş prosesinin başladığını, təxminən 15-20 dəqiqə sonra doğuşdan azad olduğunu, yenidoğulmuş körpəyə tibbi karta sənədlərin doğuşu icra etmiş həkim mama-ginekoloq tərəfindən açıldığını, lakin körpə ölü doğulduğundan körpəyə apqar şkalası ilə 0 bal verilərək “körpənin inkişaf tarixi” adlı sənədin açılmadığını, döl doğulduqdan sonra Gülşən Bağıyevanın körpəsini görmək istədiyini bildirdiyini, həmin vaxt körpənin ağlamadığını və ya tərpənmədiyini, doğuşu icra etmiş həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 zahıya körpənin ölü doğulması barədə doğuşdan dərhal sonra məlumat verib-verməməsini xatırlamadığını, körpə ölü doğulduqdan sonra ananın psixoloji vəziyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs1 körpənin meyitini digər otağa keçirilməsinə dair göstəriş verdiyini, özünün də körpəni götürərək digər otağa apardığını, həmin vaxt körpənin ölü olduğunu, bundan başqa özünün 24 dekabr 2022-ci il tarixdə saat 09:00-dan 21:00-dək işlədiyi xəstəxananın gikenologiya və doğum şöbəsində tibb bacısı kimi məsul növbətçi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı çəkisi 3 kq 300 qram olan qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün yenidoğulmuş körpəyə 24 dekabr 2022-ci il tarixdə saat 09:00-dan 21:00-dək baxdığını, o, növbəni tibb bacısı Fərqanə Qədirovadan təhvil aldığını, növbəni təhvil alarkən X25 Hacıyevanın yenidoğulmuş körpəsinin 23 dekabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixə keçən gecə bədən temperaturunun yüksək olduğunu, körpəyə Ampisillin iynəsi vurduğunu, daha sonra isə körpənin bədən temperaturunun normaya düşdüyünü bildirdiyini, özünün də növbədə olarkən səhər saatlarında Əfsanə Hacıyevanın yeni doğulmuş körpəsinin bədən temperaturunu ölçdüyünü, körpənin bədən temperaturunun 37 dərəcədən bir qədər yüksək olduğunu, özünün körpənin müalicə həkimi olan neonatoloq Təqsirləndirilən şəxs2 zəng etdiyini, həmçinin körpənin bədən temperaturunun yüksək olması barədə həkim neonatoloq Şahid3 məlumat verdiyini, Şahid3 özünün də körpəni müayinə edərək təyinat üzrə müalicəni davam etməyini, körpəyə Ampisillin iynəsi vurmağını tapşırdığını, özünü körpəyə “Ampsilin” iynəsi vurduqdan sonra körpənin bədən temperaturunun normaya düşdüyünü, həmin gün saat 20 radələrinədək körpənin səhhətinin normal olduğunu, saat 20 radələrində Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyətinin ağırlaşdığını gördüyünü, körpənin müalicə həkimi olan doğum şöbəsinin neonatoloqu Təqsirləndirilən şəxs2 zəng etdiyini, lakin ona zəng çatmadığını, bundan sonra özünün şöbənin digər həkim neonatoloqu Şahid3 zəng edib uşağın səhhəti barədə məlumat verdiyini, Şahid3 təxminən 5-10 dəqiqə sonra doğum şöbəsinə gəldiyini, belə ki, Şahid3 həmin vaxt xəstəxananın Acil bölməsində növbədə olduğunu, Şahid3 doğum şöbəsinə gələrək körpəni müayinə etdikdən sonra ona körpəyə oksigen cihazı qoşmağı bildirdiyini, Şahid3 göstərişinə əsasən uşağa oksigen cihazı qoşduğunu, ilkin olaraq körpəyə maska vasitəsi ilə oksigen verildiyini, daha sonra isə Şahid3 körpəyə oksigeni burun kanyulyası vasitəsilə verilməsinə göstəriş verdiyini, saat 21:00-da növbəni digər tibb bacısına təhvil verdiyini, növbəni təhvil verərkən körpənin vəziyyətinin ağır olduğunu, növbəti gün, yəni 25 dekabr 2022-ci il tarixdə Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin öldüyünü eşitdiyini, tibb bacısı olduğu üçün onun hadisə barədə bildiklərinin bu qədər olduğunu, doğum şöbəsinin tibb bacılarının yalnız neonatoloqların göstərişini yerinə yetirdiklərini, belə ki, neonatoloqlar tərəfindən təyin edilmiş müalicə metodları və dərman vasitələrinin onların nəzarəti altında tibb bacıları tərəfindən körpələrə tətbiq edildiyini bildirmişdir. Bundan əlavə Kəbirə Abdullayeva ifadəsində 24 dekabr 2022-ci il tarixdə saat 09:00-dan saat 21:00-dək Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin vəziyyəti olduqca ağır olduğunu və körpənin küvez rejimində olduğunu, lakin həmin gün körpəyə hər hansı bir başqa tibbi yardımlar göstərilmədiyini, həmin gün saat 21:00-da növbəni digər tibb bacısına verərək evə getdiyini, növbəti gün Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsinin öldüyünü eşitdiyini, özünün ginekologiya və doğum şöbəsində olan yenidoğulmuş körpələri müayinə edərək onların vəziyyəti barədə qaramalarda qeydlər aparıb daha sonra isə yenidoğulmuşun müşahidə vərəqəsinə köçürtdüyünü, buna görə qeyd olunan nöqsana yol verildiyini, yəni körpənin bədən temperaturunun normada olduğunun göstərildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşlar üzrə intensiv terapiya bölməsinin tibb bacısı işlədiyini, özünün 24 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 25 dekabr saat 09:00dək işlədiyi xəstəxananın ginekologiya və doğum şöbəsinin intensiv terapiya bölməsində tibb bacısı kimi məsul növbətçi olduğunu, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1999-cu il təvəllüdlü ünvan 12 sakini X9 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə 38-39 həftəlik hamiləlik diaqnozu ilə xəstəxananın doğum şöbəsinə yerləşdirildiyini, 22 dekabr 2022-ci il tarixdə saat 10 radələrində X39 RMX-nin doğum şöbəsində icra edilən doğuş əməliyyatı zamanı çəkisinin 3 kq 300 qram olan qadın cinsli körpə uşaq dünyaya gətirdiyini, doğuşu idarə edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 olduğunu, yenidoğulmuş uşağın müalicə həkiminin isə həkim neonatoloq Təqsirləndirilən şəxs2 olduğunu, özünün yenidoğulmuş körpəyə 24 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 25 dekabr 2022-ci il tarixdə saat 09:00-dək baxdığnı, növbəni tibb bacısı Kəbirə Abdullayevadan təhvil aldığını, növbəni təhvil alarkən körpənin küvezdə olduğunu, körpənin bədən temperaturunun isə normadan bir qədər yüksək olduğunu, həkim neonatoloq Təqsirləndirilən şəxs2 yazdığı təyinata uyğun olaraq körpəyə Sefekon şamı qoyulduğunu, körpənin bədən temperaturu normaya düşsə də, bir müddət sonra yenə yüksəlməyə başladığını, bundan başqa körpənin saturasiyası (SPO2), pulsu və digər göstəricilərinin tez-tez dəyişdiyini, körpənin vəziyyətinin gecə səhərədək olduqca ağır olduğunu, həmin vaxt xəstəxananın Acil bölməsində növbədə olan həkim neonatoloq Şahid3 tez-tez ginekologiya və doğum şöbəsinə gələrək körpənin səhhəti ilə maraqlandığını və nəzarət etdiyini, bundan başqa özünün həmin vaxt Bakı şəhərində olan körpənin müalicə həkimi neonatoloq Rahilə Xalilova ilə “Whatsap” telefon tətbiqi vasitəsilə mesajlaşaraq körpənin səhhəti barədə məlumatlar verdiyini, 25 dekabr 2022-ci il tarixdə səhər saat 08:00 radələrində körpəni daha yüksək səviyyəli xəstəxanaya köçürülməsi məqsədilə sənədləşdirmə işlərinə başlanıldığını, Şahid3nin körpəni Gəncə şəhər Perinatal mərkəzə köçürüləcəyini, ona körpəni müşayiət etməyini tapşırdığını, lakin daha sonra Şahid3 körpənin qansızma təhlükəsi olduğundan yola çıxmasının mümkün olmadığını bildirdiyini, həmin gün saat 09:00-da növbəni şöbənin uşaq tibb bacıları Rəsmiyyə Əliyevaya və Fərqana Qədirovaya təhvil verərək evə getdiyini, saat 12 radələrində tibb bacıları ilə əlaqə saxlayıb körpənin səhhəti ilə maraqlanarkən körpənin öldüyünü bildirdikərini, tibb bacısı olduğu üçün hadisə barədə bildiklərinin bu qədər olduğunu, doğum şöbəsinin tibb bacılarının yalnız neonatoloqların göstərişini yerinə yetirdiyini, belə ki, neonatoloqlar tərəfindən təyin edilmiş müalicə metodları və dərman vasitələrinin onların nəzarəti altında tibb bacıları tərəfindən körpələrə tətbiq edildiyini bildirmişdir. Bundan əlavə İlahə Ağayeva ifadəsində özünün 24 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 25 dekabr saat 09:00-dək Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin intensiv terapiya bölməsində tibb bacısı kimi növbədə olarkən körpənin küvez rejimində olduğunu və körpəyə burun kanyulyası vasitəsilə oksigen verildiyini, körpəyə 24 dekabr tarixdə saat 23 radələrində Sefekon şamı qoyulduğunu, bundan başqa körpəyə hər hansı başqa tibbi yardımlar göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində Ağdaş RMX-nin Ginekologiya və Doğum şöbəsində mama vəzifəsində işlədiyini, 11 dekabr 2022-ci il tarixdə saat 21:00-dan 12 dekabr 09:00-dək işlədiyi xəstəxananın Doğum şöbəsində mama kimi məsul növbətçi olduğunu, 12 dekabr 2022-ci il tarixdə saatlarında 10 yanvar 1992-ci il təvəllüdlü Ucar rayon sakini X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili Tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə xəstəxanın Doğum şöbəsinə gətirildiyini, doğum şöbəsində onu qəbul edən və doğuşu icra edən həkim mama-ginekoloq Ziyafət Rüstəmovanın olduğunu, Gülşən Bağıyevanın xəstəxanaya gec müraciət etməsi ilə əlaqədar onu ilkin mexaniki “Dopler” cihazı ilə və ginekoloji müayinədən keçirməyin mümkün olmadığını, doğuş əməliyyatı zamanı oğlan cinsli körpə uşağın doğulduğunu, körpənin ölü doğulduğunu, dölün doğulduqdan sonra Ziyafət Rüstəmovanın körpənin göbəyini kəsərək tibb bacısı Kəbirə Abdullayevaya təhvil verdiyini və Gülşən Bağıyevanın psixoloji və emisional vəziyyətini nəzərə alaraq körpənin meyitini başqa otağa keçirməyinə göstəriş verdiyini, Kəbirə Abdullayevanın körpəni tərəzidə çəkərək daha sonra “Doğuş zalı 2” otağından götürərək “Doğul zalı 1” otağına apardığını, bundan sonra özünün prosedura qaydalarına uyğun olaraq Gülşən Babayevaya tibbi yardımlar göstərdiyini, hadisə ilə bağlı bildiklərinin bu qədər olduğunu bildirmişdir. Bundan sonra Vəfa Rasulova ifadəsində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində hamilə və zahıların müayinəsi və müalicəsi, doğuş prosesi, yeni doğulmuş körpələrin müayinəsi və müalicəsinin Səhiyyə Nazirliyinin qüvvədə olan müvafiq klinik protokollarına, tibbi qaydalara və təlimatlara əsasən keçirildiyini, X6 və Doğum şöbəsinə daxil olarkən hamilə qadın güc dövründə olduğundan, anketin açılması üçün vaxt olmadığını, doğuş icra edildikdən sonra tibbi sənədlərin tərtib olunduğunu, buna görə də tibbi sənədlərdə doğuşun vaxtında bir qədər uyğunsuzluq olduğunu, həmin sənədlərin tərtibində məsul şəxsin doğuşu icra etmiş həkim-mama ginekoloqun olduğunu, Gülşən Bağıyevannı doğum şöbəsinə daxil olarkən hamilə qadın güc dövründə olduğunu, buna görə də hamilənin dərhal doğuş masasına qaldırıldığını, buna görə də laboratorinstrumental müayinələrin icra edilməsinə vaxt olmadığını, belə ki, Gülşən Bağıyevanın doğuş zalına daxil olduqda artıq doğuş prosesinin başlandığını, döl doğulduqdan sonra Gülşən Bağıyevanın körpəni görmək istədiyini bildirdiyini, lakin həmin vaxt ananın psixoloji vəziyyətini nəzərə alaraq Ziyafət Restəmovanın körpənin ölü doğulması barədə Gülşən Bağıyevaya heş bir söz demədiyini, həmin vaxt körpənin ağlamadığını və ya tərpənmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RMX-nin Ginekologiya və Doğum şöbəsində mama vəzifəsində işlədiyini, həmin gün işdə olduğunu, X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Ağdaş RMX-nin Təcili Tibbi yardım şöbəsinə müraciət etdiyini, daha sonra isə xəstəxananın Doğum şöbəsinə gətirildiyini, doğum şöbəsində onu qəbul edən və doğuşu icra edən həkim mama-ginekoloq Ziyafət Rüstəmovanın olduğunu, Gülşən Bağıyevanın xəstəxanaya gec müraciət etməsi ilə əlaqədar onu ilkin mexaniki “Dopler” cihazı ilə və ginekoloji müayinədən keçirməyinin mümkün olmadığını, doğuş əməliyyatı zamanı oğlan cinsli körpə uşağın doğulduğunu, körpənin ölü doğulduğunu, dölün doğulduqdan sonra Ziyafət Rüstəmovanın körpənin göbəyini kəsərək tibb bacısı Kəbirə Abdullayevaya təhvil verdiyini və Gülşən Bağıyevanın psixoloji və emisional vəziyyətini nəzərə alaraq körpənin meyitini başqa otağa keçirməyinə göstəriş verdiyini, Kəbirə Abdullayevanın körpəni tərəzidə çəkərək daha sonra digər otağa apardığını, uşağın ana bətnində göbək ciyəsi ilə qidalandığını, uşaq doğularkən göbək ciyəsində qan olmadığını, Gülşən Bağıyavaya prosedura qaydalarına uyğun olaraq tibbi yardımlar göstərildiyini, Gülşən Bağıyevanın uşağın ölü doğulduğunu soruşduğunu, bundan sonra X11 həkimə uşağın ölməsi barədə telefon vasitəsi ilə məlumat verdiyini bildirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RMX-də texniki işçi olduğunu, həmin gün doğum şöbəsində olduğunu, X13 hamiləliyi ilə bağlı qarnında yaranmış sancılarla və dölyanı mayenin erkən açılması diaqnozu ilə Acildən şöbəyə gətirildiyini, Gülşən Bağlıyevanın dərhal doğum otağına aparıldığını, doğum şöbəsində onu qəbul edən və doğuşu icra edən həkim mama-ginekoloq Ziyafət Rüstəmovanın olduğunu, doğuş əməliyyatının təxminən 15-20 dəqiqə çəkdiyini, 1 kq 300 qr çəkidə oğlan uşağının doğulduğunu, uşaq doğularkən rənginin göy olduğunu və göbək ciyəsində qan olmadığını, həmçinin uşaq doğularkən ağlamadığını, bundan sonra Ziyafət Rüstəmovanın uşağı Kəbirə adlı tibb işçisinə verərək digər otağa aparmasına dair göstəriş verdiyini, Kəbirənin də uşağın çəkini çəkdikdən sonra digər otağa apardığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 2302 nömrəli arayışdan görünür ki, X5 rayonu, Qəziyan kəndində qeydiyyatda olmaqla, ünvan 8 ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Ağdaş rayon şöbəsinin X13 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 34 saylı rəyindən görünür ki;

1. Yeni doğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi olmuşdur.

2. Yeni doğulmuşun meyitində hər hansı bir xəsarət aşkar olunmadı.

3. Uşaq 37-38 həftəlik doğulmuşdur, dölün inkişafdan qalması İİ dərəcə. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji X12 məhkəmətibbi ekspertizasının X13 adına tərtib edilmiş 16 fevral 2023-cü il tarixli 58/KEŞ saylı rəyindən görünür ki, 1.2. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsində X13 adına tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçası”dan görünür ki, o, hamiləliklə əlaqədar qeydiyyata götürülmüş və müayinə zamanı onda hər hansı bir patologiya müəyyən edilməmişdir. Tövsiyyə olunan növbəti gəlişlərdən hamilə imtina etmişdir. 3.5. Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Gülşən Bağıyevanın adına tərtib olunmuş doğum tarixindən görünür ki, ona “37-38 həftəlik hamiləlik. İnkişafdan qalmış hamiləlik. Dölyani mayenin erkən açılması” ilkin diaqnozu təyin edilmişdir. Lakin doğum tarixindən görünür ki, Gülşən Bağıyeva xx.xx.2022-ci il tarixdə saat 06:52-də doğum şöbəsinə daxil olmuş, saat 07:00-də isə doğuş başa çatmış və onun üzərində qeyd edilən ilkin diaqnozu (inkişafdan qalmış hamiləlik) təsdiq edən hər hansı müayinə icra edilməmişdir. “İnkişafdan qalmış hamiləlik” diaqnozunu yalnız doğuş baş vermədən öncə instrumental müayinələr (USM və ya US-DOPPLER) nəticəsində, doğuş baş verdikdən sonra isə yenidoğulmuşun obyektiv müayinəsi nəticəsində təyin etmək mümkündür. Qeyd edilənlərlə əlaqədar olaraq “İnkişafdan qalmış hamiləlik” diaqnozu instrumental müayinələr aparılmadıqda yalnız son klinik diaqnozda öz əksini tapa bilər. Bu isə özlüyündə tibbi sənədlərin doğuş və yenidoğulmuşun ölümü baş verdikdən sonra baş vermiş hadisəyə uyğun tərtib edildiyinə əsas verir. Gülşən Bağıyevanın doğuş prosesinin təbii yolla başa çatdırılması qərarı düzgün olmuşdur. Lakin icra edilmiş fizioloji doğuş prosesi səhiyyə sistemində qüvvədə olan protokollara uyğun aparılmamış, hamilə doğum şöbəsinə daxil olduqdan sonra heç bir laborator-instrumental müayinələr icra edilməmiş, tibbi sənədlər düzgün tərtib edilməmişdir. Buna məsul şəxs həkim mama-ginekoloqdur. 4.6. Gülşən Bağıyevanın yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi olmuşdur. X13 adına tərtib edilmiş tibbi sənədlər meyit müayinəsi ilə ziddiyyət təşkil etmişdir. Belə ki, yenidoğulmuşun doğuş prosesi zamanı həkim mama-ginekoloq və doğuşdan sonra bətndaxili hipoksiyadan əziyyət cəkmiş yenidoğulmuşun vəziyyətindəki ağırlaşmalara qarşı tədbirlər həkim neonatoloq tərəfindən icra edilməmiş, yenidoğulmuş haqqında məlumatlar onun barəsində tərtib edilməli olduğu halda, tərtib edilməyən yenidoğulmuşun tibbi kartasına qeydlər aparılmamışdır. Yenidoğulmuşa Apqar şkalası ilə 0 bal verilərək ölüdoğulma kimi sənədləşdirilmişdir. İş materiallarına əsasən yenidoğulmuşun baş vermiş ölümü ilə doğuş prosesi arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxslər həkim mama-ginekoloq və həkim neonatoloqdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji Anatomiya Birliyinin məhkəmə-tibbi ekspertizasının X13 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 230/KEŞ saylı rəydən görünür ki, 1983-cü il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.5. X13 yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsinin olduğu müəyyən edilmişdir ki, bu da aparılmış məhkəmə-histoloji müayinə ilə öz təsdiqini tapmışdır.

2. Gülşən Bağıyevanın yenidoğulmuş uşağının meyitinin xarici müayinəsi zamanı yenidoğulmuşda hər hansı bir xəsarət aşkar olunmamışdır.

3. Gülşən Bağıyevanın yenidoğulmuş uşağının meyitinin daxili müayinəsi zamanı onda hər hansı bir inkişaf anomaliyası və ya xəstəliyə uyğun patoloji dəyişiklik müəyyən edilməmişdir.

4. Gülşən Bağıyevanın yenidoğulmuş uşağının meyitində uşaqlıq-döl qan dövranı ilə əlaqədar hematogen yolla yoluxmaya uyğun morfoloji dəyişikliklər müəyyən edilməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli, PHŞ-6-47/2- 487/2023 nömrəli müayinə və müalicə olunma barədə məlumatdan görünür ki, Ucar rayon Lək kəndində qeydiyyatda olmaqla ünvan 8ndə yaşayan xx.xx.1992-ci il təvəllüdlü X26 xx.xx.2022-ci il tarixində İsmayıllı rayon X1 və Doğum şöbəsinin ginekoloqu Mirzəyeva Afaqa müraciət etmiş, xəstə həkim tərəfindən müayinə olunaraq ona USM müayinəsi göndəriş verilmiş, X26 USM müayinədən keçərək təkrar həkim ginekoloqun qəbuluna qayıtmadan xəstəxananı tərk etmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji Anatomiya Birliyinin məhkəmə-tibbi ekspertizasının X13 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 368/KEŞ saylı rəyindən görünür ki, X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsində X13 adına tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçası”dan görünür ki, o, hamiləliklə əlaqədar qeydiyyata götürülmüş və müayinə zamanı onda hər hansı bir patologiya müəyyən edilməmişdir. Tövsiyyə olunan növbəti gəlişlərdən hamilə imtina etmişdir. 2.4.5. Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Gülşən Bağıyevanın adına tərtib olunmuş doğum tarixindən görünür ki, ona "37-38 həftəlik hamiləlik. İnkişafdan qalmış hamiləlik. Dölyani mayenin erkən açılması" ilkin diaqnozu təyin edilmişdir. Lakin doğum tarixindən görünür ki, Gülşən Bağıyeva xx.xx.2022-ci il tarixdə saat 06:52-də doğum şöbəsinə daxil olmuş, saat 07:00-də isə doğuş başa çatmış və onun üzərində qeyd edilən ilkin diaqnozu (inkişafdan qalmış hamiləlik) təsdiq edən hər hansı müayinə icra edilməmişdir. “İnkişafdan qalmış hamiləlik” diaqnozunu yalnız doğuş baş vermədən öncə instrumental müayinələr (USM və ya US-DOPPLER) nəticəsində, doğuş baş verdikdən sonra isə yenidoğulmuşun obyektiv müayinəsi nəticəsində təyin etmək mümkündür. Qeyd edilənlərlə əlaqədar olaraq “İnkişafdan qalmış hamiləlik” diaqnozu instrumental müayinələr aparılmadıqda yalnız son klinik diaqnozda öz əksini tapa bilər. Bu isə özlüyündə tibbi sənədlərin doğuş və yenidoğulmuşun ölümü baş verdikdən sonra baş vermiş hadisəyə uyğun tərtib edildiyinə əsas verir. Gülşən Bağıyevanın doğuş prosesinin təbii yolla başa çatdırılması qərarı düzgün olmuşdur. Lakin icra edilmiş fizioloji doğuş prosesi səhiyyə sistemində qüvvədə olan protokollara uyğun aparılmamış, hamilə doğum şöbəsinə daxil olduqdan sonra heç bir laborator-instrumental müayinələr icra edilməmiş, tibbi sənədlər düzgün tərtib edilməmişdir. Buna məsul şəxs həkim mama-ginekoloqdur. 3.6. Gülşən Bağıyevanın yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi olmuşdur. X13 adına tərtib edilmiş tibbi sənədlər meyit müayinəsi ilə ziddiyyət təşkil etmişdir. Belə ki, yenidoğulmuşun doğuş prosesi zamanı həkim mama-ginekoloq və doğuşdan sonra bətndaxili hipoksiyadan əziyyət cəkmiş yenidoğulmuşun vəziyyətindəki ağırlaşmalara qarşı tədbirlər həkim neonatoloq tərəfindən icra edilməmiş, yenidoğulmuş haqqında məlumatlar onun barəsində tərtib edilməli olduğu halda, tərtib edilməyən yenidoğulmuşun tibbi kartasına qeydlər aparılmamışdır. Yenidoğulmuşa Apqar şkalası ilə 0 bal verilərək ölüdoğulma kimi sənədləşdirilmişdir. Həkim-neonatoloq tərəfindən qeyd olunan çatışmamazlıqlarla baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. İş materiallarına əsasən yenidoğulmuşun baş vermiş ölümü ilə doğuş prosesi arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1dır. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin nümunəvi vəzifə təlimatının vəzifə öhdəliklərinin 7-ci bəndi pozulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Birinci Aral kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 5-32-12/2-134/2023 və 5-32-12/2-135/2023 nömrəli arayışlardan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X2 rayonu, Birinci Aral kəndi ünvanında yaşayır. Ailə tərkibi əri - xx.xx.1989-cu il təvəllüdlü X30 və oğlu – xx.xx.2021-ci il təvəllüdlü X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş yenidoğulmuşun inkişaf tarixindən görünür ki, (Hacıyeva Əfsanə) xx.xx.2022-ci il tarixdə saat 10:20-də dünyaya gəlmiş yenidoğulmuşun xx.xx.2022-ci il tarixdə saat 21:00-a kimi tənəffüsü, əmmə aktı, yuxusu və digər fizioloji aktları normal daxilində olmasına olmuşdur. Yenidoğulmuşun ümümi vəziyyətinin norma baxmayaraq, xx.xx.2022-ci il tarixdə bədən hərarəti 38.0°C kimi (daha sonra 39.0°C kimi) yüksəlmişdir. Bədən hərarəti yüksəlmiş yenidoğulmuşa simptomatik (temperturun aşağı salınması məqsədi ilə) və antimikrob (infeksiyaya qarşı antibiotik) müalicə planı təyin edilərək icra edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdən (doğuşun baş verdiyi tarixdən) Ampisillin 0.5, şam Sefakon 50 mq dərman preparatlarından istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə yenidoğulmuşun vəziyyəti ağırlaşmağa başlamış, xx.xx.2022-ci il tarixdə saat 21:00-da artiq onun vəziyyətinin ağır olduğu, tənəffüs aktının pozulduğu, qıcığa qarşı reaksiyasının pozulduğu, dərisinin rənginin avazıdığı, tənəffüs aktının pozulması səbəbi ilə hipoksiyadan əziyyət çəkdiyi və buna müvafiq olaraq ürək döyüntülərinin sayının 172 vurğu, SPO2-87% olduğu tibbi sənədlərdə öz əksini tapmışdır. Oksigen terapiyasına başlanan yenidoğulmuşun vəziyyəti nisbətən yaxşılaşmış, saat 23:00-da SPO2-97%, nəbzi 162 olmuşdur. Lakin tibbi sənədlərdə əlavə hansı müalicə tədbirlərin aparıldığı, oksigen terapiyasının hansı növündən istifadə edildiyi öz əksini tapmamışdır (iş materiallarına əsasən yenidoğulmuşun vəziyyətinin ağırlaşdığı gün hər hansı dərman preparatı istifadə olunmamışdır). xx.xx.2022-c il tarixdə saat 11:50-də yenidoğulmuşun ölümü baş vermişdir. Qeyd olunan tarixə kimi vəziyyəti ağır olaraq qalan yenidoğulmuşun diaqnozu təsdiqlənməmiş (temperaturun hansı səbəblə yüksəldiyi), müalicə taktikası düzgün seçilməmiş və hər hansı ixtisaslı digər müalicə həkimi (infeksionist) cəlb edilməmişdir. Yenidoğulmuşun vəziyyətində baş verən patologiya gündən aşkarlandığı halda onun diaqnozunu və müalicəsini təşkil etmək və ya digər ixtisaslı müalicə müəssisəsinə köçürmək əvəzinə müalicə həkimi (həkim neonatoloq) tərəfindən tibbi sənədlərdə təhriflər etmiş, xəstənin vəziyyəti, müalicə planı, müayinə qeydləri aparmamış, iş materiallarına əlavə edilmiş ikinci (təkrar əldə edilmiş) tibbi sənəddə əvvəlki tarixə qeydlər aparmış, yenidoğulmuşun əziyyət çəkdiyi yüksək bədən hərarəti kimi göstəricilər norma daxilində qeyd edilmişdir (yenidoğulmuşun müşahidə vərəqəsində). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji Anatomiya Birliyinin məhkəmə-tibbi ekspertizasının X9 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 367/KEŞ saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. X9 adına Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHS-in poliklinika şöbəsində tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçası”dan görünür ki, o, xx.xx.2022-ci il tarixdə hamiləliklə əlaqədar qeydiyyata götürülümüşdür. və müalicəsi səhiyyə sistemində qüvvədə olan “Hamilə və Hamiləlik dövründə müayinə zahı qadınların antenatal qulluq üzrə” klinik protokoluna uyğun aparılmışdır. Antenatal qulluq zamanı normal fizioloji doğuş izlənilmiş, hamiləliklə bağlı hər hansı patologiya mövcud olmamışdır. Əfsanə Hacıyeva hamiləlik dövründə anemiyadan əziyyət çəkmişdir. Əfsanə Hacıyevanın hamiləlik dövründə müayinə və müalicəsi düzgün icra edilmiş, antenatal qulluq zamanı tövsiyyə olunan gəlişlərin sonunda (hestasiya müddətinə uyğun dəyişmə kartının verilmə tarixində) ona laborator-instrumental müayinələr əsasında "31-32 həftəlik hamiləlik. Baş gəlişi. Anemiya" diaqnozu düzgün təyin edilmişdir. Qeyd olunan tarixə kimi vəziyyəti ağır olaraq qalan yenidoğulmuşun diaqnozu tasdiqlənməmiş (temperaturun hansı səbəblə yüksəldiyi), müalicə taktikası düzgün seçilməmiş və hər hansı ixtisaslı digər müalicə həkimi (infeksionist) cəlb edilməmişdir. Yenidoğulmuşun vəziyyətində baş verən patologiya ilk gündən aşkarlandığı halda onun diaqnozunu və müalicəsini təşkil etmək və ya digər ixtisaslı müalicə müəssisəsinə köçürmək əvəzinə müalicə həkimi (həkim neonatoloq) tərəfindən tibbi sənədlərdə təhriflər etmiş, xəstənin vəziyyəti, müalicə planı, müayinə qeydləri aparmamış, iş materiallarına əlavə edilmiş ikinci (təkrar əldə edilmiş) tibbi sənəddə əvvəlki tarixə qeydlər aparmış, yenidoğulmuşun əziyyət çəkdiyi yüksək bədən hərarəti kimi göstəricilər norma daxilində qeyd edilmişdir (yenidoğulmuşun müşahidə vərəqəsində). 5.7.8. Əfsanə Hacıyevanın yenidoğulmuş qadın cinsli uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir. Meyitin müayinəsinə əsasən, döl doğuş başa çatmazdan əvvəl ana bətnində hipoksiyaya asfiksiyaya keçərək yenidoğulmuşun ölümünə qədər davam etmişdir. Meyitin müayinəsinin nəticələri ilə Əfsanə Hacıyeva və yenidoğulmuşun barəsində tərtib edilmiş tibbi sənədlər arasında ziddiyyətlər vardır. Belə ki, tibbi sənədlərdə hamilə xəstəxanaya qəbul olduqdan sonra doğuş prosesi başa çatana kimi bir gün (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) müddətində dölün ana bətnində ürək vurğularının sayı həkim ginekoloq tərəfindən dəqiqədə 140 vurğu kimi qeyd edilmişdir. Bu isə döldə hipoksiya əlamətlərinin olmadığının göstəricisidir. Meyitin müayinəsinə əsasən, göstərilən müddətdə doğuş ləngidilmiş, döl ana bətnində hipoksiyaya məruz qalmışdır. Digər tərəfdən, tibbi sənədlərdə yenidoğulmuşun doğulduqdan xx.xx.2022-ci il, saat 2100-a kimi qeydlərdə onun vəziyyətinin tam normal olduğu, yalnız yüksək temperaturdan əziyyət çəkdiyi, tənəffüs aktının və digər fizoloji aktların normal olduğu, oksigen terapiyasının göstərilən tarixdə (xx.xx.2022-ci il) başladığı qeyd edilmişdir. Yəni yenidoğulmuş doğulduqdan vəziyyəti ağırlaşanadək olan müddətdə hipoksiyadan əziyyət çəkməmişdir. Meyit müayinəsinə əsasən, yenidoğulmuşun ana bətnində əziyyət çəkdiyi hipoksiya doğuşdan sonra davam edərək postnatal asfiksiyaya (boğulma) keçmiş və yenidoğulmuşun ölümünə səbəb olmuşdur. Belə ki, həkim mama-ginekoloq doğuş prosesini sürətləndirməli, dölün bətndaxili hipoksiyasının qarşısını alacaq konservativ tədbirlər icra etməli idi. Həkim neonatoloq isə doğuşdan dərhal sonra yenidoğulmuşda postnatal asfiksiyanı düzgün dəyərləndirməli, yenidoğulmuşun oksigen təlabatını bərpa etmək məqsədi ilə ağciyərlərin ventilyasiyasını (süni tənəffüs aparatı vasitəsi ilə) təmin edərək, bu istiqamətdə konservativ müalicə tədbirlərinə başlamalı idi. Qeyd edilənləri nəzərə alaraq, Əfsanə Hacıyevanın yenidoğulmuş uşağında baş vermiş ölümü ilə doğuş prosesi və doğuşdan sonra yenidoğulmuşun müayinə və müalicə taktikasının düzgün seçilməməsi arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxslər doğuşu idarə edən həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 və yenidoğulmuşun müalicə həkimi olan həkim neonatoloq Təqsirləndirilən şəxs2dır. Bununla əlaqədar həkim mama-ginekoloq və həkim neonatoloq tərəfindən səhiyyə sistemində qüvvədə olan 2012-ci il tarixli 70 saylı əmrin nümunəvi vəzifə təlimatlarının vəzifə öhdəliklərinin 7-ci bəndləri pozulmuşdur.

6. Həkim mama-ginekoloq tərəfindən Əfsanə Hacıyevanın doğuş prosesinin təbii yolla başa çatdırılması qərarı düzgün olmuşdur. Lakin doğuş sürətli icra edilməli olduğu halda ləngidilmişdir.

9. Əfsanə Hacıyevaya və onun yenidoğulmuş uşağına göstərilmiş qüsurlu tibbi xidmətə məsul şəxslər hamilənin müalicə həkimi mama-ginekoloq, yenidoğulmuşun müalicə həkimi neonatoloq və müalicənin təşkili, tibbi sənədlərin tərtibinə nəzarətə məsul olan ginekologiya şöbəsinin müdiri və yenidoğulmuşlar şöbəsinin müdiridir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 1 ədəd DVD-yə baxarkən müəyyən edildi ki, DVD diskdə 1 faylda 21 saniyəlik video görüntü vardır. Video görüntüyə əsasən Əfsanə Hacıyevanın yenidoğulmuş körpəsi küvez aparatına yerləşdirilmiş, körpənin burnunda burun kanyulyası vardır. Körpənin qeyri ritmiki, çətin nəfəs aldığı görünür. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Ağdaş rayon şöbəsinin X9 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 39 saylı rəyindən görünür ki,

1. Yeni doğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığı olmuşdur.

2. Yeni doğulmuşun meyitində hər hansı bir xəsarət aşkar olunmadı.

3. Uşaq 38-39 həftəlik doğulmuşdur.

4. Yeni doğulmuşun ölümü xx.xx.2022-ci il tarixdə saat 11:50-də baş vermişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji X12 məhkəmətibbi ekspertizasının X9 adına tərtib edilmiş 16 fevral 2023-cü il tarixli 59/KEŞ saylı rəyindən görünür ki,

1. X9 adına Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsində tərtib edilmiş “Hamilə və zahının tibbi kitabçasıdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə hamiləliklə əlaqədar qeydiyyata götürülümüşdür. Hamiləlik dövründə müayinə və müalicəsi səhiyyə sistemində qüvvədə olan “hamilə və zahı qadınların antenatal qulluq üzrə” klinik protokoluna uyğun aparılmışdır. Antenatal qulluq zamanı normal fizioloji doğuş izlənilmiş, hamiləliklə bağlı hər hansı patologiya mövcud olmamışdır. Əfsanə Hacıyeva hamiləlik dövründə anemiyadan (ekstragenital xəstəlik) əziyyət çəkmişdir.

2. Əfsanə Hacıyevanın hamiləlik dövründə müayinə və müalicəsi düzgün icra edilmiş, antenatal qulluq zamanı tövsiyyə olunan gəlişlərin sonunda (hestasiya müddətinə uyğun dəyişmə kartasının verilmə tarixində) ona laborator-instrumental müayinələr əsasında “31-32 həftəlik hamiləlik, baş gəlişi, Anemiya” diaqnozu düzgün təyin edilmişdir.

3. Əfsanə Hacıyevanın adına Ağdaş Rayon Mərkəzi Xəstəxanası PHŞ-də tərtib edilmiş doğum tarixindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə TTTY tərəfindən xəstəxanaya gətirilmiş və aparılmış müvafiq müayinələr əsasında ona “38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi, təkrari doğuş” diaqnozu düzgün təyin edilmişdir. Hamiləliyin hestasiya müddətinə uyğun olaraq 38-39 həftəlik hamilə qadın doğum şöbəsinə yerləşdirilməli idi. Lakin hamilə ginekologiya şöbəsinə yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə doğuşun başa çatdığı, xx.xx.2022-ci il tarixdə saat 10:20-yə kimi hamilənin müayinələri zamanı dölün dəqiqəlik ürək döyüntüsü 140 vurğu olmuş, döldə hər hansı hipoksiya əlamətləri olmamışdır (meyit müayinəsi ilə ziddiyyətlidir). Doğuşun baş verdiyi müddətə kimi aparılmış müayinələrdə ifraz olunan dölyanı mayenin çirkli olduğu qeyd edilmişdir (infeksiya əlamətləri). xx.xx.2022-ci il tarixdə saat 19:14-də xəstəxanaya qəbul olmuş hamilənin doğuşu xx.xx.2022-ci il tarixdə saat 10:20-də başa çatdırılmışdır. Tibbi sənədlərə əlavə edilmiş “Yenidoğulmuş uşağa ilkin baxış” vərəqəsindən görünür ki, çəkisi 3 kq 300 qram, boyu 49 sm, başın dairəsinin ölçüsü 35 sm, döş qəfəsi 34 sm olan və Apqar şkalası ilə 8-9 balla qiymətləndirilən yenidoğulmuşda heç bir patologiya aşkar edilməmiş, yenidoğulmuşun fizoloji göstəriciləri normal olmuşdur. 4.5.7.8.9. Əfsanə Hacıyevanın yenidoğulmuş qadın cinsli uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir. Meyitin müayinəsinə əsasən, döl doğuş başa çatmazdan əvvəl ana bətnində hipoksiyaya (oksigen çatmamazlığı) məzruz qalmış, doğulduqdan sonra isə hipoksiya postnatal asfiksiyaya keçərək yenidoğulmuşun ölümünə qədər davam etmişdir.

6. Həkim mama-ginekoloq tərəfindən Əfsanə Hacıyevanın doğuş prosesinin təbii yolla başa çatdırılması qərarı düzgün olmuşdur. Lakin doğuş sürətli icra edilməli olduğu halda ləngidilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertizası və patoloji Anatomiya Birliyinin məhkəmə-tibbi ekspertizasının X9 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 229/KEŞ saylı rəyindən görünür ki; 1999-cu il təvəllüdlü X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.5. X9 yenidoğulmuş uşağının meyiti müayinə olunmuş və yenidoğulmuşun ölümünə səbəb bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığının olduğu müəyyən edilmişdir ki, bu da aparılmış məhkəmə-histoloji müayinə ilə bir daha öz təsdiqini tapmışdır.

2. Əfsanə Hacıyevanın yenidoğulmuş uşağının meyitinin xarici müayinəsi zamanı yenidoğulmuşda hər hansı bir xəsarət aşkar olunmamışdır.

3. Əfsanə Hacıyevanın yenidoğulmuş uşağının meyitinin daxili müayinəsi zamanı onda hər hansı bir inkişaf anomaliyası və ya xəstəliyə uyğun patoloji dəyişiklik müəyyən edilməmişdir.

4. Əfsanə Hacıyevanın yenidoğulmuş uşağının meyitində uşaqlıq-döl qan dövranı ilə əlaqədar hematogen yolla yoluxmaya uyğun morfoloji dəyişikliklər müəyyən edilməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş 19 aprel 2023-cü tarixli, PHŞ-6-22/2- 559/2023 nömrəli Doğuşda iştirak etmiş və yenidoğulmuşa qulluq etmiş tibb presonalı haqqında məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə X13 doğuşunda həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1, mama X31 və tibb bacısı X16 iştirak etmişdir. xx.xx.2022-ci il tarixdə X9 doğuşunda həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1, həkim neonatoloq Təqsirləndirilən şəxs2, mama X44 və tibb bacısı X28 iştirak etmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, PHŞ-6-22/3- 499/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əmək fəaliyyətinə dair müsbət xarekterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X8 Təmir Müəssisəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 155 nörməli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X8 Təmir Müəssisəsi tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, 156 nörməli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 13 ünvanda qeydiyyatda olmaqla, ünvan 14 tərkibi 1999-cu il təvəllüdlü X7 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” X69 tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli PHŞ-6-22/2- 528/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Ağdaş RMX-nin X69nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Mingəçevir şəhər X3 tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli 336 nömrəli məktubdan görünür ki, ünvan 15 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Xəlilova X18 Ruhi-əsəb Xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş 12 aprel 2023-cü il tarixli, PHŞ-6-22/3- 498/2023 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əmək fəaliyyətinə dair müsbət xarekterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X8 Təmir Müəssisəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 173 nörməli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Mənzil X8 Təmir Müəssisəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 172 nörməli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 17 ünvanda tək yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş rayon mərkəzi xəstəxanası” X69 tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli PHŞ-6-22/2- 527/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdaş RMX-nin X69nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Mingəçevir şəhər X3 tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli 338 nömrəli məktubdan görünür ki, Ağdaş şəhəri, 14-cü məhəllə, 13/2 ünvanında yaşayan 1951-ci il təvəllüdlü Rüstamova X10 Ruhiəsəb Xəstəlikləri Dispanserində psixiatrik müşahidədə olmamış və müraciət etməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-47/2-944/2023 nömrəli məlumatdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X26 xx.xx.2022-ci il tarixində İsmayıllı rayon X1 və Doğum şöbəsinin ginekoloq Afaq Mirzəyevanın müayinəsində olmuş, “hamiləlik (7-20 həftəyə qədər)”, “hamiləlik zamanı yüngül qusma” dioqnozu təyin edilərək USM müyasinəsinə yönlədirilmiş, lakin vətəndaş USM yoxlanışından sonra yenidən həkim müayinəsinə qayıtmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-40/2-1246/2023 nömrəli məlumatdan görünür ki, Ucar rayonu, Lək kənd sakini 1992-ci il təvəllüdlü X26 xx.xx.2022-ci il tarixdə “Dəqiqləşdirilməmiş böyrək sancısı, Dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit” diaqnozu ilə RMX-nin uroloji kabinetinə ambulator müraciət etmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X69 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-22/2-1534/2023 nömrəli məlumatdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X13 və xx.xx.1990-cı ıl təvəllüdlü X17 2022-ci ildə Ağdaş RMX-PHŞ-ya aşağıdakı müraciətləri olmuşdur. X13 müraciətləri;

1. xx.xx.2022-ci il tarixdə həkim mama-ginekoloqun müayinəsində olmuş, laborator və instrumental (Qanın və sidiyin ümumi analizi, EKQ,) müayinələrdən keçirilmiş və “Cari (ümumi) ginekoloji müayinə” diaqnozu qoyulmuşdur.

2. xx.xx.2022 tarixdə həkim mama-ginekoloqun müayinəsində olmuş, laborator və instrumental (Qan və sidiyin ümumi analizi, EKQ, hamiləlik USM) müayinələrdən keçirilmiş və “Normal hamiləliyin üzərində müşahidə” diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixdə G.Bağıyeva poliklinika şöbəsində “35 həftəlik hamiləlik" diaqnozu ilə qeydiyyata götürülmüş, həkim terapevt, həkim nevropatoloq, həkim dermatoveneroloq və həkim oftalmoloq tərəfindən müayinə olunmuşdur.

3. xx.xx.2022-ci il tarixdə G.Bağıyeva “Ənsə gəlişi ilə spontan doğuş” diaqnozu ilə stasionar müalicəyə qəbul edilmiş, labortor müayinələrdən keçirilmiş və doğuşdan azad olmuşdur. xx.xx.2022-ci il tarixdə G.Bağıyeva kafi vəziyyətdə stasionardan evə yazılmışdır. X17 müraciətləri;

4. xx.xx.2022-ci il tarixdə həkim mama-ginekoloq tərəfindən müayinə olunmuş, laborator-instrumental (Qanın ümumi analizi, USM) müayinələrdən keçirilmiş və “Normal hamiləliyin üzərində müşahidə” diaqnozu qoyulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respubilkası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X70 “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X70 tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 intizam məsuliyyəti tədbirinin tətbiq edilməsi haqqında əmrin surətindən görünür ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X69n Yenidoğulmuşların intensiv terapiya bölməsinin Həkimneonatoloqu Təqsirləndirilən şəxs2 vəzifə öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli 2549-K nömrəli əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə həkim mamaginekoloq vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinin tələblərlərinə əməl etməyərək 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəli”nə uyğun olaraq xx.xx.2022-ci il tarixdə növbədə olduğu müddət ərzində həmin gün saat 06:15 radələrində “37-38 həftəlik hamiləlik, inkişafdan qalmış hamiləlik” diaqnozu ilə Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş X13 doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib icra edilmiş fizioloji doğuş prosesini səhiyyə sistemində qüvvədə olan protokollara uyğun aparmamış, Gülşən Bağıyeva doğum şöbəsinə daxil olduqdan sonra heç bir laborator-instrumental müayinələr və doğuş prosesi zamanı bətndaxili hipoksiyadan əziyyət çəkmiş yenidoğulmuşun vəziyyətindəki ağırlaşmalara qarşı tədbilər icra etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan X13 yenidoğulmuş kişi cinsli uşağının xx.xx.2022-ci il tarixdə bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Bundan başqa, o, təkrarən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim mamaginekoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinin tələblərinə əməl etməyərək 21 dekabr 2022-ci il tarixdə saat 19:14-də “Dölyani mayenin erkən açılması, ənsə gəlişində spontan doğuş” diaqnozu ilə Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş X9 22 dekabr 2022-ci il tarixdə saat 10:20-də təbii yolla başa çatmış doğuş əməliyyatına rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib icra edilmiş fizioloji doğuş prosesini sürətləndirməmiş, dölün bətndaxili hipoksiyasının qarşısını alacaq konservativ tədbirlər icra etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan X9 yenidoğulmuş qadın cinsli uşağının xx.xx.2023-cü il tarixdə saat 11:50 radələrində bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığı nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2018-cu il tarixli 1334-K nömrəli əmrlə Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinin yenidoğulmuşların intensiv terapiya bölməsinə həkim neonatoloq vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim neonatoloqun nümunəvi vəzifə təlimatı”nın vəzifə öhdəliklərinin 7-ci bəndinin tələblərinə əməl etməyərək 2022-ci ilin dekabr ayı üzrə ginekologiya və doğum şöbəsinin növbətçilik cədvəlinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə növbədə olduğu müddət ərzində 21 dekabr 2022-ci il tarixdə saat 19:14-də “Dölyani mayenin erkən açılması, ənsə gəlişində spontan doğuş” diaqnozu ilə Ağdaş şəhəri, H.Əliyev prospekti 184 ünvanında yerləşən Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsinə müraciət etmiş X9 22 dekabr 2022-ci il tarixdə saat 10:20-də təbii yolla icra edilən doğuş əməliyyatı zamanı dünyaya gətirdiyi qadın cinsli körpəsində doğuşdan dərhal sonra postnatal asfiksiyanı düzgün dəyərləndirməli, yenidoğulmuşun oksigen tələbatını bərpa etmək məqsədi ilə süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyasını təmin edərək bu istiqamətdə konservativ müalicə tədbirləri başlamalı olduğu halda həmin tələblərə riayət etməyib səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli olduğu halda, xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib yenidoğulmuşun oksigen tələbatını bərpa etmək məqsədi ilə süni tənəffüs aparatı vasitəsi ilə ağciyərlərin ventilyasiyasını təmin etməmiş, bu istiqamətdə konservativ müalicə tədbirlərinin başlamasını təmin etməmiş və həmin qüsurlu tibbi xidmət səbəbindən ehtiyatsızlıqdan X9 yenidoğulmuş qadın cinsli uşağının xx.xx.2022-ci il tarixdə saat 11:50 radələrində Ağdaş RMX PHŞ-nin ginekologiya və doğum şöbəsində bətndaxili hipoksiyanın postnatal asfiksiyaya keçməsi, kəskin tənəffüs çatışmazlığı nəticəsində ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət hadisəsi baş vermişdir. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər, onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxslər tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş komisyon və kompleks məhkəmə tibbi ekspertizalarının rəyləri, zərəçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onların təqsirli olmaları öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələri özlərini müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərinhüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, uzun illər qüsursuz tibbi fəaliyyətlə məşğul olmasını, yaşını, qadın olmasını, ilk dəfə cinayət törətməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 nın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, ilk dəfə məhkum edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni və yaşını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, qadın olmasını, ilk dəfə cinayət törətməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Əliyeva (Xəlilova) Rahilə Fazil qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Əliyeva (Xəlilova) Rahilə Fazil qızının barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar