Məhkəmə qərarları › İş №1(014)-5/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-5/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-5/2025 03.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X25 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və X14, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1963-cü il tarixdə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qəribli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 38,79 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq xırda hissələrə bölməklə yaşadığı evdə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 14:04-də Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Qəribli kəndində yaşadığı evə həmin tarixdə saat 14:04-dan 14:29-dək keçirilmiş baxış zamanı evin qonaq otağındakı divanın üzərindən 16 ədəd kibrit qutularında ümumi təmiz çəkisi 38,79 qram eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 3,36 qram, 1,96 qram, 2,75 qram, 3,22 qram, 3,00 qram, 0,74 qram, 3,16 qram, 1,87 qram, 2,42 qram, 2,53 qram, 3,48 qram, 2,61 qram, 1,62 qram, 1,54 qram, 3,02 qram, 1,51 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən, əsasən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, ürək və qara ciyər xəstəliyindən, eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkir, ayağında çürümə gedir. Onun yaşadığı evin həyətyanı sahəsinin ayaq tərəfindən su arxı keçir. Evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı həmin arxın kənarında bitən bir ədəd narkotik tərkibli kolun üzərindən yığıb özünün istifadə etməsi üçün saxlamışdır. Həmin kol hal-hazırda da orada qalmaqdadır. 21 sentyabr 2024-cü il tarixdə polis əməkdaşları onun evinə baxış keçirən zaman o, narkotik vasitəni həyətindən keçən su arxın kənarında yabanı halda bitmiş koldan yığdığını bildirmiş, lakin polis əməkdaşları onun dediklərinə əhəmiyyət verməmişlər. O, heç kimə narkotik maddə satmamışdır və evindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq fikri olmamışdır. Yalnız özünün istifadəsi üçün kibrit qutularına yığıb saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, bir ildir ki, narkotik istifadə edir. O, çöldə yabanı halda bitən kolun üzərindən yığıb qurutduğu və siqaret kimi istifadə etdiyi həmin maddənin narkotik vasitə olduğunu əvvəl bilməmişdir və iki dəfə kolun yarpaqlarından yığıb qurutmuşdur. Həmin kol hazırda da mövcuddur. Polis əməkdaşları gəldikdə onlara təqdim etdiyi ikinci dəfə yığıb qurutduğu marixuana olmuşdur. O, qurutduğu həmin narkotik vasitələri çəkmək və üzərində rahat daşıması üçün ayrı-ayrı kibrit qutularına yığıb saxlamışdır. Həmin kibrit qutularında olan narkotik vasitəni polis əməkdaşlarına özü təqdim etmişdir. Həmin bükümləri evində yatağın altında saxlayırdı və həmin narkotik vasitədən heç kəsin xəbəri yox idi. Polis əməkdaşları evinə gələrkən narkotik vasitə olan paket yadından çıxaraq divanın üzərində qalmışdır. O, heç vaxt heç kimə narkotik maddə satmamış və ya pay verməmişdir. Evindən aşkar edilən narkotik vasitəni yalnız özü istifadə etməsi üçün saxlamışdır. Hazırladığı bükümləri özü təklikdə xəlvəti qəbul etmişdir. O, istintaq vaxtı narkotik vasitəni otlaq sahəsində piyada hərəkət edərkən tapdığını polis əməkdaşlarına bildirməmiş, elə bir ifadə verməmişdir. Evindən aşkar edilmiş yarpaqlarını yığıb qurutduğu yabanı halda bitən narkotik tərkibli kol kəndlərinin Mürsəl kəndi tərəfə olan hissəsində bitmişdir. Hazırda da yabanı halda bitmiş həmin çətənə kolu arxın kənarında qalmaqdadır. Həmin kol bitən yerlə onun evinin arasında 200-300 metr məsafə olar. Tərəfindən həmin kola qulluq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 23 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və Ağdaş rayonu, Qəribli kəndində yerləşən yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 23 sentyabr 2024-cü il tarixdə saat 14:04 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qəribli kəndi ərazisində yerləşən evinə gələrək qanunsuz olaraq narkotik vasitələri üzərində, yaşadığı ünvanda saxlamasını və istifadə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış və onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki yataq otağına daxil olunmuş və ondan yaşadığı evdə narkotik vasitə olubolmamasını soruşmuş, varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs də yaşadığı evdə birinci mərtəbədəki yataq otağında olan divanın üzərindən 01 ədəd sellofan paketi təqdim etmişdir. Həmin sellofan paket tərəfindən açılan zaman içərisindən 16 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olduğunu, haradan əldə etdiyi və hansı məqsədlə saxladığı soruşulmuş, o da həmin bitki kütləsinin nəşə olduğunu, sahədən tapdığını, dağılmaması üçün kibrit qutularına yığdığını və şəxsi istifadə məqsədilə saxladığını bildirmişdir. Bundan sonra həmin bitki kütlələri tərəfindən kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs evində baxış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefon götürülərək kağız zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Daha sonra baxış yekunlaşmış və Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinə gətirilmişdir. Ağdaş rayon Polis Şöbəsində olan zaman təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evindən aşkar olunaraq qablaşdırılmış zərflərə baxış keçirilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 23 sentyabr 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, evə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə saat 14:04 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs Ağdaş rayon Qəribli kəndində yerləşən yaşadığı evə gəlmişdir. Polis əməkdaşı ona qanunsuz olaraq narkotik vasitələri üzərində, yaşadığı ünvanda saxlamasını və istifadə etməsini bildirmişdir. Daha sonra üzərində narkotik vasitənin olub-olmaması, varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərində qanunla qadağan edilmiş hər hansı əşa aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki yataq otağına daxil olunmuş və divanın üzərindən götürdüyü 01 ədəd sellofan paketi pois əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan paket açılan zaman içərisindən 16 ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər bitki kütləsi aşkar olunmuşdur. Polis əməkdaşının sorğusuna əsasən Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nəşə olduğunu, sahədən tapdığını, dağılmaması üçün kibrit qutularına yığdığını və şəxsi istifadə məqsədilə saxladığını bildirmişdir. Bundan sonra həmin bitki kütlələri kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş, kağız zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünə məxsus “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq götürülmüşdür. 23 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:04-dən saat 14:29-dək olan müddət ərzində rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən 16 ədəd kibrit qutularının içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütlələrinin qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin 16 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə bənzər bitki kütlələrinə baxış keçirilmişdir. Bundan sonra həmin kibrit qutuları yenidən kağız zərfə qablaşdırılmış, üzəri möhürlənmişdir. Məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2024-cü il tarixli, 17/783 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş içərisində narkotik maddəyə bənzər bitki kütləsi olan kibrit qutuları 16 ədəd.” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 16 (on altı) ədəd kibrit qutularında, ayıayrılıqda təmiz çəkiləri - 3,36 qram, 1,96 qram, 2,75 qram, 3,22 qram, 3,00 qram, 0,74 qram, 3,16 qram, 1,87 qram, 2,42 qram, 2,53 qram, 3,48 qram, 2,61 qram, 1,62 qram, 1,54 qram, 3,02 qram və 1,51 qram ümumi təmiz çəkiləri - 38,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 16 (on altı) ədəd kibrit qutularında qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli, 1638 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 28 sentyabr 2024-cü il tarixli, 18-1-22/2-1357/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Qəribli kəndində yaşayan, 25 avqust 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 oktyabr 2024-cü il tarixli, 5-32-12/2-180/2024 saylı arayışından görünür ki, Ağdaş rayonu, Qəribli kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 03 avqust 1967-ci il təvəllüdlü X2, oğlu 21 fevral 1988-ci il təvəllüdlü X10, gəlini 29 iyun 1991-ci il təvəllüdlü X6, nəvələri 16 mart 2016-cı il təvəllüdlü X11 və 28 sentyabr 2017-ci il təvəllüdlü X3 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs gərginlik stenokardiyası, qulaqcıqların fibrilyasiyası taxisistolik forma, ürək çatmamazlığı, ikinci ağciyər hipertenziyası, arterial hipertenziya İİ dərəcə, çox yüksək şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ağdaş rayon Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 06 yanvar 2017-ci il tarixli, 078998 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Ağdaş rayon Qəribli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 370992 saylı və AZ-İ № 656622 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 25 may 2009-cu il tarixdə ürək qan dövranı çatmamazlığı səbəbindən, X7 isə 14 dekabr 2013-cü il tarixdə kəskin ürək qan dövranı çatmamazlığı səbəbindən ölmüşlər. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 dekabr 2024-cü il tarixli, 5-32-12/2-207/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nəvəsi 27 oktyabr 2011-ci il təvəllüdlü X5 və 31 may 2013-cü il təvəllüdlü X8, ataları X7 14 dekabr 2013-cü ildə öldüyü tarixdən Təqsirləndirilən şəxs himayəliyi altındadır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 sentyabr 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdə saat 14:04-də şübhəli şəxs qismində tutulmuş, 25 sentyabr 2024-cü il tarixdə, saat 09:10-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, saat 09:40-da təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həmin tarixdə 10:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. 21 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 16 ədəd kibrit qutusunda olan ümumilikdə 38,79 qram qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı qalığını təşkil edən 38,47 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 043 ədəd DVD disk sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həyətyanı sahəsinin yaxınlığında, yəni Ağdaş rayonu, Qəribli kəndi ərazisində hal-hazırda da yabanı halda bitən çətənə kolunun olması, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı həmin kolun üzərindən yığması ilə bağlı dəlil irəli sürdüyündən, məhkəmə ilkin olaraq həmin dəlilə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söylədiyi səsli nitqində, eləcə də ibtidai istintaq zamanı müstəntiqə vermiş olduğu ifadəsində evindən aşkar edilmiş marixuananı 21 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Qəribli kənd ərazisində yerləşən otlaq sahəsində piyada hərəkət edən zaman yerdə bağlı vəziyyətdə sellofan paket gördüyünü, həmin sellofan paketi yerdən götürüb açaraq içərisinə baxdıqda, içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildiyini, həmin sellofan paketi evinə gətirdiyini, sellofan paketin içərisində olan narkotik vasitə qurudulmuş marixuananı istifadəsi üçün 16 ədəd kibrit qutularına yığdığını, kibrit qutularını da sellofan paketdə evinin 1-ci mərtəbəsində yerləşən yataq otağındakı divanın üzərinə qoyduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən və saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs evindən aşkar erdilmiş narkotik vasitənin həytyanı sahəsinə yaxın ərazidə bitən koldan yığması barədə onlara heç bir məlumat vermədiyini bildirmişıər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 207.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi bu xüsusatın müəyyənləşdirilməsi üçün ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermişdir. Ağdaş rayon X21 Bölməsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Qəribli kəndi ərazisində narkotik vasitəni topladığı çətənə kolunun olduğunu bildirməsi xüsusatı toplanmış araşdırma materialları ilə öz təsdiqini tapmadığından toplanmış HK-1/100 saylı material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi əraziyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həmin bitki müstəntiq tərəfindən kök hissədən çıxarılmış, metrə ilə ölçülmüş və uzunluğunun 113 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolu 01 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalamışdır. Bundan sonra Ağdaş RPŞ-nin inzibati binasına yaranmış zərurətlə əlaqədar olaraq 01 ədəd sintetik kisə Təqsirləndirilən şəxs iştirakı ilə açılmış, həmin bitki metrə ilə yenidən ölçülmüş və uzunluğunun 113 sm olması müəyyən edilmişdir. Mütəxəssis tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin bitkinin çətənə bitkisi olmaması, aqrotexniki qaydada qulluq olunmaması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşamaması müəyyən edilmişdir. Daha sonra həmin bitki yenidən 01 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN-in “№ 111” möhürü ilə möhürlənmişdir (Baxış keçirilməsinə dair protokollar iş materiallarına əlavə edilmişdir). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/208 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “vət. Ağdaş rayonu, Qəribli kənd ərazisində yerləşən pay torpaq sahəsinin yaxınlığında açıqlıq əraziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bitki kolu” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluğu 113 sm, təmiz çəkisi 70,0 qram olan 01 (bir) ədəd bitki nümunəsi narkotik tərkibli bitkilərə aid deyil. Aqronom (mütəxəssis) Əziz Mahmudovun xx.xx.2025-ci il tarixli rəyinə əsasən bitki nümunəsinə aqrotexniki qaydada qulluq göstərilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin evindən aşkar erdilmiş narkotik vasitənin həytyanı sahəsinə yaxın ərazidə bitən koldan yığması barədə məhkəmə baxışı dövründə verdiyi ifadəsi həqiqəti əks etdirməyən ifadə kimi qəbul edilməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Ağdaş rayon X21 Bölməsinin müstəntiqi Bədrəddin Yasərliyə ünvanlanmış 19 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, ********* saylı cinayət işi üzrə əməliyyat tapırıqda göstərilən faktlarla bağlı tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələri müxtəlif şəxslərə satması barədə məlumatlar daxil olmuş, lakin həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, onun hər hansı şəxslərlə əlbir olması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək və satış məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik vasitə olan marixuananı 16 ədəd ayrı-ayrı kibrit qutularına yığıb saxlamaqda məqsədi həmin narkotik vasitəni rahat daşıması və rahat istifadə etməsi ilə bağlı olduğunu bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsini və irəli sürdüyü dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü daha ağır cinayətin məsuliyyətindən qurtarmağa çalışır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 38,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda 16 ədəd kibrit qutularına yığıb saxlamaqda niyyəti həmin narkotik vasitənin məhz satışını həyata keçirmək olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarına da uyğun olmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspert rəylərini, əməliyyat məlumatı və işə aid biri digərinə uyğun gələn digər mötəbər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, ümumi təmiz çəkisi 38,79 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq ayrı-ayrılıqda 16 ədəd kibrit qutularına yığıb yaşadığı evdə saxlamışdır. Məhkəmə, işdəki sübutları və işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, müsbət xarakterizə edilməsini, iki oğlunun kəskin ürək qan dövran çatmamazlığından vəfat etmələrini, onların övladlarının təqsirləndirilən şəxsin himayəsində olmalarını, özünün ürək çatmamazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, İİ qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və cəzanı yüngülləşdirən hallar nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddəti ona təyin ediləcək cəzadan çıxılmalı, həmin Məcəllənin 56.1.2ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli, cəza çəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 03 oktyabr 2024-cü il tarixli, 1638 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsinin müəyyən edilməsi və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması məsləhət görülsə də, məhkəmə hesab edir k, “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasına əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 avqust 1963cü il tarixdə anadan olmaqla, artıq 60 yaşından yuxarı yaşdadır, eyni zamanda o, İİ qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 3-cü bəndinə əsasən əlilliyi olan şəxslərə və 60 yaşından yuxarı olan kişilərə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X28 göndərilməlidir. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********0002088 501 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 24 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 114 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs 16 ədəd kibrit qutusunda olan ümumilikdə 38,47 qram qurudulmuş marixuana məhv edilməli, 04 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 sentyabr 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən hesablansın. Cəza çəkdiyi dövrdə Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 34,55 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 16 ədəd kibrit qutusunda olan ümumilikdə 38,47 qram qurudulmuş marixuana məhv edilsin, 04 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 114 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X27

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar