Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-50/2021 07.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X9 oğlunun Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi2 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən “X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın məsləhətçi-psixoloqu X4 iştirakı ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, ona aşkar surətdə 16 yaşına çatmadığı məlum olan, yəni xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək yaşadığı Ağdaş rayonu Orta Ləki kəndində yerləşən evində ailə qurmaq məqsədi ilə mütəmadi olaraq təkrarən cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində xx.xx.2018-ci il tarixdə Ağdaş şəhərində H.Əliyev adına parkda olduğunu, həmin parkda olan zaman Zərərçəkmiş şəxs gördüyünü və Arzudan xoşunun gəldiyini, Arzunun harada yaşaması ilə maraqlanan zaman onun Ağdaş rayonu Pirəyir kəndində yaşadığını bildiyini, bundan sonra bu barədə ailəsinə məlumat verdiyini, ailəsinin bir neçə dəfə Arzu üçün elçi getdiklərini, Arzunun atasının rəhmətə getdiyini, anasının isə onu atıb getdiyini, Arzuya xalası Ünzülənin baxdığını, Ünzülənin əvvəlcə evlənməklərinə razı olmadığını, lakin sonradan razılıq verdiyini, bundan sonra xx.xx.2019-cu il tarixdə nişanlarının olduğunu, daha sonra xx.xx.2019-cu il tarixdə Ünzülənin həyətində qız toyu olduğunu, daha sonra xx.xx.2019-cu il tarixdə onların evinin həyətində Ağdaş rayon Orta Ləki kəndində oğlan toylarının olduğunu, oğlan toyunu həyətdə etdiklərini, təxminən 20-30 adamın toyda iştirak etdiyini, həmin gün gecə evdə Arzu ilə ilk dəfə cinsi əlaqədə olduğunu, Arzunun bakirəliyinin onun tərəfindən pozulduğunu, həmin gündən sonra mütəmadi olaraq ər arvad kimi yaşadıqlarını, daha sonra xx.xx.2021-ci il tarixdə oğlan övladlarının olduğunu, Arzu ilə cinsi əlaqədə olan zaman onun 16 yaşının tamam olmadığını bildiyini, Arzunun onunla evlənməsi üçün və cinsi əlaqədə olması üçün heç kəsin məcbur etmədiyini, həmçini toy video görüntüsünə dair diskdə toyun tarixinin xx.xx.2019-cu il yazılmasının səhv olduğunu, toyun xx.xx.2019-cu il tarixdə baş verməsini göstərmişdir. Məhkəmədən son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində atasının rəhmətə getdiyini, anasının ondan ayrı yaşadığını, anasının onu atdığı üçün onu ana kimi qəbul etmədiyini, xalası Ünzülənin ona baxıb saxladığını, xalasını ana kimi qəbul etdiyini, xalasının himayəsində yaşadığını, xx.xx.2019-cu il tarixdə Ağdaş rayonu Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, Pərvinlə bir-birilərini sevdiklərini, sonra Pərvinin ailəsinin ona elçi gəldiklərini, lakin yaşının az olduğu üçün xalasının vermək istəmədiyini, sonradan xalasının onların evlənməklərinə razı olduğunu, xx.xx.2019-cu il tarixdə nişanlarının olduğunu, daha sonra xx.xx.2019-cu il tarixdə xalası Ünzülənin həyətində qız toylarının olduğunu, daha sonra xx.xx.2019-cu il tarixdə Pərvinin yaşadığı evin həyətində, yəni Ağdaş rayon Orta Ləki kəndində oğlan toylarının olduğunu, oğlan toyunun həyətdə olduğunu, təxminən 20-30 adamın toyda iştirak etdiyini, həmin gün gecə Pərvinlə yaşadığı evdə özünün könüllü olaraq ailə qurmaq məqsədilə Pərvinlə cinsi əlaqədə olduğunu, bakirəliyinin Pərvin tərəfindən həmin gün pozulduğunu, daha sonra ailə kimi bir yerdə yaşadıqlarını və ər-arvad münasibətlərində olduqlarını, xx.xx.2021-ci il tarixdə Pərvinlə oğlan övladlarının dünyaya gəldiyini, Pərvinlə evlənməsi və onunla cinsi əlaqədə olması üçün heç kəsin onu məcbur etmədiyini, Pərvinin onunla cinsi əlaqədə olan zaman 16 yaşının tamam olmamasını bildiyini, toy videosuna dair diskdə toyun tarixinin xx.xx.2019-cu il yazılmasını səhv olduğunu, toyun xx.xx.2019-cu il tarixdə baş tutduğunu göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmış X6 məhkəmədən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində Zərərçəkmiş şəxs doğma bacısı qızı olduğunu, Arzunun atasının rəhmətə getdiyini, anasının uzun illər əvvəl Bakı şəhərinə gedib orada yaşadığını, Arzunu qızı kimi baxıb böyütdüyünü, xx.xx.2019-cu il tarixdə Arzunun Ağdaş rayonu Orta Ləki kənd sakini Təqsirləndirilən şəxs ailə həyatı qurduğunu, 2019-cu ilin fevral ayında Pərvinin ailəsi Arzu üçün elçi gəldiklərini, lakin Arzunun yaşının az olduğu üçün onu vermədiyini, lakin onların əl çəkmədiklərini, Arzunun da Pərvini sevdiyini, həmçinin maddi imkanının çox zəif olduğunu, qonşuların verdikləri nəzirlə dolandığını, cümə günləri ziyarətgahda oturduğunu, Arzunu saxlamağa maddi imkanının çatmadığını görüb onu Pərvinlə evləndirmək qərarına gəldiyini, bundan sonra əvvəlcə özünün evinin həyətində qız toyu olduğunu, daha sonra xx.xx.2019-cu il tarixdə Pərvinin yaşadığı evin həyətində oğlan toyu olduğunu, həmin gündən sonra Pərvin və Arzunun ailə kimi bir yerdə yaşadıqlarını, Arzunun bakirəliyinin həmin gün Pərvin tərəfindən pozulduğunu, daha sonra xx.xx.2021-ci il tarixdə onların bir övladının olduğunu, Arzunu Pərvinlə evlənməsi üçün heç kəsin məcbur etmədiyini, Arzunun Pərvini sevdiyi üçün evləndiyini, həmçinin Arzunu Pərvinlə cinsi əlaqədə olması üçün heç kəsin məcbur etmədiyini, Arzunun ailə qurmaq məqsədilə özünün könüllü olaraq Pərvinlə cinsi əlaqədə olduğunu, eləcə də toy diskində toyun baş tutduğu tarixin səhv yazıldığını, toyun xx.xx.2019-cu il tarixdə baş tutmasını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanasnın” xx.xx.2021-ci il tarixli 214 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Orta Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən hal-hazırda Ağdaş rayonu, Orta Ləki kəndində Zərərçəkmiş şəxs ilə bir evdə yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Orta Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən AZ-İV 542331 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2021-ci il təvəllüdlü X5 adlı övladı vardır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məclləsinin 152.1-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs oğlunun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı şərti hesab etməyi məqsədəmüvafiq bilir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi əsasları müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin.Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-50/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-50/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver