Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-50/2022 03.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 4-də qeydiyyatda olan və yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 03 noyabr 2022-ci il tarixdə saat 15:20-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəraitdə və mənbədən təmiz çəkisi 1.773 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd şüşə ampulada içərisində 0.1 qram maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin psixotrop maddə və güclü təsir edən maddə xx.xx.2022-ci il tarixdə saat 15:16-da ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, subay olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, xx.xx.2022-ci il tarixdə Maşad küçəsində yol ilə gedərkən yerdə bir ədəd büküm gördüyünü və yerdən götürüb içərisinə açıb baxarkən içərisindən bir ədəd sellofan bükümdə, patı yəni metamfetamin olduğunu, digər bükümdə limon duzu olduğunu, bundan başqa bir ədəd də üzərinə “Tramadol” yazılmış ampula olduğunu gördüyünü və həmin bükümdə olan iki ədəd sellofan bükümü və ampulanı cibinə qoyaraq üzərində saxladığını, bundan sonra təxminən saat 14:35 radələrində Ağdaş şəhəri Maşad küşəsində piyada yol gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd sellofan büküm və üzərinə tramadol yazılan 01 ədəd ampula, qara rəngli gödəkcəsinin sağ cibindən telefon üçün nəzərdə tutulmuş ağ rəngli USB, əynində olan göy rəngli cins şalvarının sağ cibindən Samsung J2 markalı mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olduğunu, digər sellofan bükümün içərisində limon duzunun olduğunu, 01 ədəd ampulanın içərisində tramadol olduğunu, içərisində narkotik maddə olan 01 ədəd seloffan bükümü və 01 ədəd üzərinə tramadol yazılan ampulanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri Maşad küçəsində tapdığını və həmin bükümü və ampulanı Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, həmin içərisində psixotrop maddəyə oxşar maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.59 qram olduğunu, içərisində limon duzu olan 01 ədəd sellofan büküm də elektron tərəzidə çəkildiyini, çəkisinin 22.62 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd sellofan büküm, 01 ədəd ampula və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özünün və digər iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, özündə başqa narkotik vasitə olmadığını, üzərindən götürülmüş mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, bundan başqa ***-***-**-** saylı mobil nömrə də işlətdiyini göstərmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq ittihamda göstərilən sms-lərin məzmunu açıqlayaraq ona məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olduğunu, X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “45MANATA 1LTR KOLA VAR İSTESEN XEBER ELE”, sms-inin onun yazmadığını, Arifə Kərimova adında adam tanımadığını, həmin nömrənin Ləkidən Nurlan adlı şəxsin işlətdiyini, həmin SMS-i də Nurlanın ona yazdığını, xx.xx.2021-ci il tarixdə yenidən Nurlanın ona “Sen gordun 2q p var mende 1 p ko ay wehane bulari hacan sene fikirlewdim men yeke adamsan” sözlərini yazmasını, xx.xx.2021-ci il tarixdə yenidən Nurlan ona yazaraq “Men varyoxun ....... 3 q kola vR 1 yariDa daw men eyni insanam Senssn ozunu Axirnci yola qoyan Mal goren kimi Bidene Cavidin nomresin isdedim onda vermedin”, xx.xx.2021-ci il tarixdə onun Nurlana mesaj yazaraq “Kola-pati-herainen-insulinde-cxara-bilersen2si10nuq-olsn-İynede-hazra-gelem-sencani-cay-xejesi-sadi-olnasn-Xeje-sat-olnasn-Me-..... gelmrem-sende-gelme-Seni-qizimin-cana-and-olsn-......-gözde-nurlan”, həmin gün ona Nurlan yenidən yazaraq “Wako narmalni tokurem ikisinde opwi 20m verersen”; X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “yixsan-burda-asda-teli-noıar10yqcam-seni-asda-men-kmese-möhdac-eleme-aqriramnolar” mesajına cavab olaraq bildirmişdir ki, Xanım Vəliyevanı tanımadığını həmin nömrənin “Rəfi” adlı şəxsin istifadə etdiyini, həmin tarixdədə onun Rəfiyə mesaj yazdığını göstərmişdir; xx.xx.2022-ci il tarixdə yenidən Rəfiyə mesaj yazmış “axsamnan-vezyetmpisdi-sencani-komey-ele”; xx.xx.2022-ci il tarixdə Nuranə adlı şəxsin onun telfonu ilə Rəfi adlı şəxsə yazdığını “yanundayilari-aralasdir-özinen-senen-basa-salcam-xetri-cox-isdremaralas-yq-meni-un-nömre-baqla-cx-°aradan-mem-telmnen- yqr- asma-aqlin-olsungetzdrme-sen-men-aqridan-cixartmsan-isdemrem-pissey-ols-aqlin- olsun- getzdrme-senmen-aqridan-cixartmsan-isdemrem-pissey-ols-nolar yarmsada-sada-görsük-me20m-koladuzet-qurban-olm-men-olara-mohdac-olmym-qadan-akm”; xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə onun Səbuhi adlı şəxsə mesaj yazdığını “Sencani-duranda-meniyq-aqrm-yaman-acilib-Axsamn-xeyr-nolar-ölerem-menen-elaqe-saxla-zeheri-harasaqoymusam-tapamiram-tezden alndiraqda-qurban-olm-senalah-Nolar qurban-olm-bugunyme-kömey-ele-sabax-derman-alcm-xais-elirem-isdemrem-.......möhdac-olm”, “erseyi-görurac-bu-teli-Nye-bele-elirsen-......-elemsem-se-qarsi-neynemsemki-insanda-vicdan-yaxsiseydi heyatdi-yadnda-saxlaki-nen-isdemezdm-sen qarsi-alcalameleme-bele-Allah-h”; Şahid5 istifadəsində ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə onun mesaj yazaraq “Vüsal” adlı şəxsin narkotikinin ona təklif etdiyini və həmin narkotikin Ruslan Lobovun narkotikindən yaxşı olduğunu və qıramının çox olduğunu bildirmişdir “Örxan. bu. men. oz. nomremdi. 1qizm. var. on. cana. and. olsun. pirablemsz. adamdi. ruslan5m. cetn. 2qatidi. yanmda. bxb. sora. alarsan. qardawi. turmededi .un. yana. getmycn. ver. valah. sen. xetri. cox. istrem.5m.bdamci.alnca.val ah. superde. maldı. 3m.50q.al11dne. qalb. me. he. yox. de. istemesn.bwqasna. dym”, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə ona məxsus olan mobil nömrə ilə Gülsabah adlı tanışı mesaj yazmışdır- “gulu aqridasansa malm var yq cxardm lmkadan gr suse tapa blsen zor olar”; Ruslan Lobovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə onun Ruslan adlı şəxsə mesaj yazaraq “Ay. olerem. me.4m. pati. vere.vlersen.qeveleye.gedrem.cekcem.takridym.a”,X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə ona mesaj yazaraq “Pati varimdi” bildirməsini göstərmişdir. Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri M.Əfəndizadə küçəsi 27-də qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumatın Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məxsus olduğunu, həmin məlumat əsasında həmin tarixdə Müdafiəçi tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:35 radələrində 14:35 radələrində CAB-nin əməliyyat müvəkkili Müdafiəçilə ilə birlikdə Şəbhanəni Ağdaş şəhəri Maşad küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Şəbhanənin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Şəbhanənin əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd sellofan büküm və üzərinə tramadol yazılan 01 ədəd ampula, qara rəngli gödəkcəsinin sağ cibindən telefon üçün nəzərdə tutulmuş ağ rəngli USB, əynində olan göy rəngli cins şalvarının sağ cibindən Samsung J2 markalı mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı Şəbhanənin aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olduğunu, digər sellofan bükümün içərisində limon duzunun olduğunu, 01 ədəd ampulanın içərisində tramadol olduğunu, içərisində narkotik maddə olan 01 ədəd seloffan bükümü və 01 ədəd üzərinə tramadol yazılan ampulanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri Maşad küçəsində tapdığını və həmin bükümü və ampulanı Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, həmin içərisində psixotrop maddəyə oxşar maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.59 qram olduğunu, içərisində limon duzu olan 01 ədəd sellofan büküm də elektron tərəzidə çəkildiyini, çəkisinin 22.62 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd sellofan büküm, 01 ədəd ampula və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, Şəbhanə və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, hal-hazırda Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunduğunu, Təqsirləndirilən şəxs ilə aralarında normal münasibətlər olduğunu, aralarında heç vaxt düşmən münasibətinin və ya ədavət olmadığını, Şəbhanəyə heç vaxt satmaq və istifadə etmək üçün narkotik vasitə vermədiyini, ona məxsus narkotik vasitəni Şahid5 təklif etməsi barədə Şəbhanənin ifadəsinin yalan olduğunu, əlavə olaraq onun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı Şəbhanənin məhkəmə iclasında “onun narkotik vasitə satdığını eşitmədiyini” göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, əvvələr məhkum olunduğunu, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla heç bir əlaqəsi olmadığını, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona məxsus narkotik vasitəni Şahid5 təklif etməsinin yalan olduğunu, onun hal-hazırda narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X9 ifadəsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və antenna dairəsinin, SMS-in mətnlərinin, həmçinin həmin nömrəyə daxil olan və çıxan zənglərin, SMS-in kimlərə məxsus olmasına dair məlumatlar Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən götürülmüş və həmin məlumatlar təhlil edilən zaman Şəbhanə X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “yixsan-burda-asda-teli-noıar10yqcam-seni-asda-men-kmese-möhdac-elemeaqriram-nolar”, xx.xx.2022-ci il tarixdə “axsamnan-vezyetm-pisdi-sencani-komey-ele”, xx.xx.2022-ci il tarixdə “yanundayilari-aralasdir-özinen- senen-basa-salcam-xetri-coxisdrem-aralas-yq-meni-un-nömre-baqla-cx-°aradan-mem- telmnen- yqr- asma- aqlinolsun- getzdrme-sen-men-aqridan-cixartmsan-isdemrem-pissey-ols-aqlin- olsungetzdrme-sen-men-aqridan-cixartmsan-isdemrem-pissey-ols-nolar yarmsada-sada-görsükme20m-kola-duzet-qurban-olm-men-olara-mohdac-olmym-qadan-akm”, xx.xx.2022-ci il tarixdə “Sencani-duranda-meni-yq-aqrm-yaman-acilib-Axsamn-xeyr-nolar- ölerem-menenelaqe- saxla-zeheri-harasa-qoymusam-tapamiram-tezden-alndiraqda-qurban-olm-senalah- Nolar qurban-olm-buguny-me-kömey-ele-sabax-derman-alcm- xais-elirem-isdemrem- .......möhdac-olm”, xx.xx.2022-ci il tarixdə erseyi- görur- ac- bu-teli- Nye- bele- elirsen-......elemsem-se-qarsi-neynemsemki-insanda-vicdan-yaxsi-seydi heyatdi- yadnda- saxlakinen- isdemezdm-sen qarsi-alcalameleme- bele- Allah-h” bildirməsinin müəyyən edilməsi ilə bağlı ***-***-**-** saylı mobil nömrədən özünün istifadə etdiyini, Şəbhanəni Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla heç bir əlaqəsi olmadığını, Şəbhanənin ona həmin mesajda nə yazmasının yadında olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri üzərindən saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. “Şəxsi axtarış keçirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 15:16-dan saat 15:30-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan olan qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd sellofan büküm və üzərinə tramadol yazılan 01 ədəd ampula, qara rəngli gödəkcəsinin sağ cibindən telefon üçün nəzərdə tutulmuş ağ rəngli USB, əynində olan göy rəngli cins şalvarının sağ cibindən Samsung J2 markalı mobil telefon aşkar olunmuş, aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunmuş, həmin içərisində psixotrop maddəyə oxşar maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.59 qram olmuş, içərisində limon duzu olan 01 ədəd sellofan büküm də elektron tərəzidə çəkilmiş, çəkisi 22.62 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd sellofan büküm, 01 ədəd ampula və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılmış, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmış, üzəri DİN-nin 111 nömrəli möhrü vurulmuş, bütün iştirakçılar imza etmiş, prosesi TB-nın təhqiqatçısı polis baş leytenantı Ruhid Yaqublu tərəfində video qeydə almışdır. “Şübhəli şəxsin dindirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən o içərisində pisxotrop maddə hesab olunan metafetamin olan bükümü və üzərində tramadol yazılmış ampulanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Maşad küçəsindən tapdığını və Ağdaş RPŞ-nə təhvil vermək məqsədi il üzərində saxladığını, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/31 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki -01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,773 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, -01(bir) ədəd sellofan paketdə, təmiz çəkisi – 19,861qram olan maddə narkotik vasitələr və psixotrop maddələrə aid deyil, -01(bir) ədəd üzərində “Tramadol 100mq/2ml”sözləri yazılmış şüşə ampuladakı maye halda olan maddənin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/348 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN-nin zərflər üçün N111” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd ampulada...” yazı və imzalar olan zərfdə üzərində “Tramadol kalüeks 100mq/2ml”sözləri yazılmış şüşə ampuladakı 2ml həcmli maye güclü təsir edən maddə olub, 1 ədəd 2ml həcmli ampulanın tərkibində tramadolun təsir maddəsinin ümumi miqdari 0,1 qramdır. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş güclü təsir edən maddələrin və onların külli miqdarı siyahısına (1 nömrəli əlavə) daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli 274 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 10 mart 2022-ci il 315 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 19 yanvar 2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş Şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 214 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.Əfəndizadə küçəsi 27 №-li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X13 yoldaşı; xx.xx.2012-ci il təvəllüdlü X6r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X18 08 oktyabr 2022-ci il tarixli USM-i arayışından görünür ki, Təqsirləndirilən şəxs yeddi həftəlik hamilədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 14:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSYdən azad edilmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-nin 234.2-ci və 240.1-ci maddələri ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı AR CM-nin 234.2 və 240.1-ci maddələri ilə ittiham sürülmüşdür ki, o, istintaqa məlum olmayan şəraitdə və mənbədən təmiz çəkisi 1.773 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd şüşə ampulada içərisində 0.1 qram maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin psixotrop maddə və güclü təsir edən maddə xx.xx.2022-ci il tarixdə saat 15:16-da ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi sonuncunun üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamininin çəkisinin şəxsi istehlak miqdarından çox olması, yəni 1.773 qram olması, habelə adına olan telefon nömrəsinə gələn SMS-lərin məzmunu ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-nin 234.2-ci və 240.1-ci maddələri ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunandan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan psixotrop maddəninin çəkisinə və təqsirləndirilən şəxsə aid olan telefon nömrələrinə daxil olan və çıxan SMS mətnlərinə görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə olan metamfetaminini və güclü təsir edən maddə olan Tramadolu məhz satış məqsədi ilə əldə edib saxlaması və özü ilə daşıması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixotrop və güclü təsir edən maddələrin satışını həyata keçirərkən, bilavasitə realizə edərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 15:16-da ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış zamanı ittihamda qeyd edilən psixotrop və güclü təsir edici maddələr aşkar olunmuşdur. Habelə şahid ifadələrindən və Ağdaş Rayon Polis Şöbəsinə yazılmış raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirlməsi üçün əsas narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi ilə bağlı daxil olmuş məlumatdır, onun tərəfindən narkotik vasitənin alğı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən maddələrin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, həmin psixotrop maddəninn yalnızca bir bükümdə, əvvəlcədən hazırlanaraq xırda-xırda çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi, iş materiallarında olan sms-lərin məzumunun narkotik və psixotrop maddələrin əldə edilməsi ilə bağlı olması, psixotrop maddələrin istifadəsi üçün limon duzunun aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop və güclü təsir edən maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin çoxluğunu, hazırkı ittiham edilən cinayət hadisəsindən bir il əvvəllə aid xx.xx.2021-ci il tarixli SMS-in mətnini nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla ona qarşı CM-nin 234.2 və 240.1-ci maddələri ilə ittiham irəli sürmüşdür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci və 240.1-ci maddələri ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə əldə edilmiş təqsirləndirilən şəxsə məxsus telefon nömrəsinə daxil və çıxan SMS-lərin mətnləri olmuşdur. Həmin mətnlərin məzmunundan göründüyü kimi təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməklə narkotik vasitə əldə etməyə çalışmış və ya ona narkotik, psixotrop maddələr təklif edilmişdir. Təqsirləndirilən şəxsə narkotik vasitələrin satışı ilə bağlı ittihamın əsasını yalnız hazırkı ittihamla irəli sürülən cinayət hadisəsindən bir il əvvəl olan xx.xx.2022-ci il tarixli sms təşkil etmişdir. Həmin sms-in məzmunu təqsirləndirlən şəxs tərəfindən məhkəm iclasında açılmış, yazılmasının məqsədi kimi Vüsal adlı şəxsə yardım etmək, həm də dostları tərəfindən ucuz və keyfiyyətli narkotik vasitə əldə etmək istəyi olmuşdur. O narkotik vasitə əldə etməmiş, onları satmamış, sms-nin məzmundan da göründüyü kimi başqasına məxsus olan narkotik vasitəni reklam etmişdir. Bundan əlavə Şahid4 AR CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş, 2021-ci il hadisələri ilə bağlı təqsirləndirilən şəxsə hər hansı ittiham irəli sürülməmişdir. Təqsirləndirilən şəxs isə birmənalı olaraq həm ibtidai araşdırma zamanı ilkin izahatında, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Şahid5la narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, onların bu məqsədlə görüşməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin satışından mənfəət əldə etməsi digər hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, həmin SMS mətnin məzmunu ilə bağlı təqsirləndirilən şəxsə hər hansı ittiham irəli sürülməməmişdir. Yalnız bir il əvvəl olan hadisəyə əsasən maddələrin satış məqsədilə əldə edilməsi iş materiallarında olan heç bir mötəbər sübutla öz təsdiqini tapmayan ehtimallar əsasında irəli sürülmüş, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmiş, təqsirləndirilən şəxsin özünün uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkməsi diqqətə alınmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində də xx.xx.2021-ci il tarixli sms-nin məzmunun sadəcə Vüsalın narkotik vasitələrinin tərifləməsindən ibarət olduğunu, onun keyfiyyətinin yüksək, qiymətinin ucuz olduğunu yazdığını, heç kimə narkotik və ya psixotrop maddə satmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi Korbely Macarıstana qarşı iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Beləliklə, məhkəmə məhkəmə istintaqının yekununda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəraitdə və mənbədən təmiz çəkisi 1.773 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd şüşə ampulada içərisində 0.1 qram maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq, daşımış və həmin psixotrop maddə və güclü təsir edən maddə xx.xx.2022-ci il tarixdə saat 15:16-da ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməli, ittiham edilən AR CM-nin 240.1-ci maddəsi ilə isə yuxarıda göstərilənlərə əsasən satış niyyəti sübuta yetirmədiyindən əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını və yeddi həftəlik hamilə olmasını, cinayət nəticəsində törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 4 ünvanında yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 1.723 qram metamfetamin və 1.95 ml tramadol hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 106 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 106 saat hüquqi xidmətə görə 636 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 159 manat 94 qəpik (yüz əlli duqquz manat doxsan dörd qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 4 ünvanında yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1.723 qram metamfetamin və 1.95 ml tramadol hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilsin. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 159 manat 94 qəpik (yüz əlli duqquz manat doxsan dörd qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 106 saat hüquqi xidmətə görə 636 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-50/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-50/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver