Məhkəmə qərarları › İş №1(014)-51/2020

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-51/2020

30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-51/2020 30.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Kərimov Həsən Ramiz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs2 xx xxxxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, S.Vurğun küçəsi 52 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs3 xx xxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Güvə kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 xx xxxx 1989-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, C.Hacıyev küçəsi 37 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxx 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə, saat 01:40 radələrində sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlu ilə xuliqanlıq etmək məqsədilə bir qrup şəxs halında birləşərək Qəbələ-Ağdaş yolu ilə üzü Ağdaş rayonu istiqamətində hərəkətdə olan Belarusiya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi “MAN” markalı M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobilinin qarşısını Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində heç bir əsaslı səbəb olmadan kəsərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifədə edən hərəkətlərə yol verməklə ümumi davranış qaydalarına məhəl qoymayaraq sonuncunun avtomobilinin kabinasını təpikləmiş, Təqsirləndirilən şəxs3 avtomobilinin qabaq qeydiyyat nişanını yerindən qopartmış,Təqsirləndirilən şəxs1 isə avtomobilin qabaq sağ və sol şinini silah qismində istifadə etdiyi bıçaqla deşmiş, daha sonra də onların qanunsuz əməllərinin qarşısını almaq məqsədi ilə hadisə yerinə gəlmiş polis əməkdaşlarının yanında nalayiq söyüşlər söyərək, cəmiyyətə laqeydlik və etinasızlıq nümayiş etdirməklə xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs 1300 manat dəyərində əmlakına ziyan vurmaqla özgənin əmlakının zədələnməsi və məhv edilməsi ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə, saat 01:40 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə xuliqanlıq etmək məqsədilə bir qrup şəxs halında birləşərək Qəbələ-Ağdaş yolu ilə üzü Ağdaş rayonu istiqamətində hərəkətdə olan Belarusiya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi “MAN” markalı, M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobilinin qarşısını Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində heç bir əsaslı səbəb olmadan kəsərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifədə edən hərəkətlərə yol verməklə ümumi davranış qaydalarına məhəl qoymayaraq sonuncunun avtomobilinin kabinasını Təqsirləndirilən şəxs2 təpikləmiş, Təqsirləndirilən şəxs3 avtomobilinin qabaq qeydiyyat nişanını yerindən qopartmış, daha sonra Təqsirləndirilən şəxs1 isə avtomobilin qabaq sağ və sol şinini silah qismində istifadə etdiyi bıçaqla deşmiş, bundan sonra onların qanunsuz əməllərinin qarşısını almaq məqsədi ilə hadisə yerinə gəlmiş polis əməkdaşlarının yanında nalayiq söyüşlər söyərək, cəmiyyətə laqeydlik və etinasızlıq nümayiş etdirməklə xuliqanlıq hərəkətlərinin davam etdirərək Zərərçəkmiş şəxs 1300 manat dəyərində əmlakına ziyan vurmaqla özgənin əmlakının zədələnməsi və məhv edilməsi ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə, saat 01:40 radələrində sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə xuliqanlıq etmək məqsədilə bir qrup şəxs halında birləşərək Qəbələ-Ağdaş yolu ilə üzü Ağdaş rayonu istiqamətində hərəkətdə olan Belarusiya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi “MAN” markalı M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobilinin qarşısını Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində heç bir əsaslı səbəb olmadan kəsərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifədə edən hərəkətlərə yol verməklə ümumi davranış qaydalarına məhəl qoymayaraq sonuncunun avtomobilinin kabinasını Təqsirləndirilən şəxs2 təpikləmiş, Təqsirləndirilən şəxs3 avtomobilinin qabaq qeydiyyat nişanını yerindən qopartmış, daha sonra Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sağ və sol şinini silah qismində istifadə etdiyi bıçaqla deşmiş, bundan sonra onların qanunsuz əməllərinin qarşısını almaq məqsədi ilə hadisə yerinə gəlmiş polis əməkdaşlarının yanında nalayiq söyüşlər söyərək, cəmiyyətə laqeydlik və etinasızlıq nümayiş etdirməklə xuliqanlıq hərəkətlərinin davam etdirərək Zərərçəkmiş şəxs 1300 manat dəyərində əmlakına ziyan vurmaqla özgənin əmlakının zədələnməsi və məhv edilməsi ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində xx xxxx 2020-ci il tarixdə, saat təxminən 13:00 radələrində dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Rafail oğlu ilə birlikdə Ağdaş rayonu, Şəkili kənd ərazisində Şor- Şor adlanan yerdə yeyib içdiklərini, Seymur ilə ikisinə təxminən 750 qramlıq araq içdiklərini, Məhəmmədin isə həmin vaxt spirtli içki qəbul etmədiyini, həmin yerə Məhəmmədin idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobili ilə getdiklərini, təxminən gecə saat 20:00 radələrində həmin yerdən çıxıb üzü şəhər istiqamətinə gəldiklərini, şəhərdə Məhəmmədin avtomobili ilə biraz gəzdikdən sonra gecə saat təxminən 23:30 radələrində Qəbələ istiqamətinə gedəndə Ağdaş rayonu, Türyançay qəsəbəsində körpünün üzərində polis əməkdaşlarının dayandıqlarını, polis əməkdaşlarının onlara karantin recmi olduğuna görə Ağdaş rayon sakinlərinin başqa rayona getmələri qadağan olduğunu dediklərini, həmin vaxt buna əməl edərək geri qayıtdıqlarını, həmin vaxt avtomobili Məhəmmədin idarə etdiyini, qabaqda Seymurun əyləşdiyini, arxada isə özü əyləşdiyini, Məhəmmədin avtomobili ilə Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisi ilə üzü şəhər istiqamətinə hərəkətdə olarkən, onların avtomobili ilə eyni istiqamətə nömrəsini bilmədiyi iri qabaritli TİR avtomobili hərəkətdə olduğunu, həmin avtomobil nizamsız hərəkət etdiyi üçün sürücünün sükan arxasında yatdığını zən etdiklərini, buna görə Məhəmmədin ötmə əməliyyatı apararaq sürücünü xəbərdar etmək istədiyini, lakin Məhəmmədin avtomobillə onu keçmək istəyən zaman həmin avtomobil onu yolun kənarına sıxdığı üçün Məhəmmədin avtomobilinin sağ təkərinin yolun sağında olan beton nişana dəyərək partladığını, qabaq sağ farasının qırıldığını, avtomobilin aşdığını, avtomobili düz vəziyyətinə qaytararaq təkəri partlaq vəziyyətdə biraz getdikdən sonra Məhəmmədin avtomobilinin işıqları ilə TİR-ın sürücüsünə işarə verdiyini, həmin avtomobilin sürücüsünün də sürətini azaltdığını, Məhəmmədin avtomobili həmin avtomobilin qarşısına verib saxladığını, həmin TİR-ın sürücüsünün də avtomobili saxladığını, bu vaxt Seymurun avtomobildən yerə düşüb həmin sürücüyə yaxınlaşmaq istəyən kimi, sürücünün yenidən hərəkətinə davam edib getdiyini, Seymur dərhal qaçaraq həmin avtomobilin qarşısına keçib onu saxlatdığını, həmin vaxt özü də avtomobildən düşdüyünü, sürücüyə əl ilə işarə edərək şüşəni aşağı salmasını bildirdiyini, sürücünün avtomobilin şüşəsini aşağı salanda ona onların avtomobilinin təkərinin partladığını və onlara açar verməyini dediyini, həmin vaxt Məhəmməd də avtomobildən yerə düşüb onların yanına gəldiyini, həmin vaxt sürücü danışmaq istəyəndə onun xarici vətəndaş olduğunu bildiklərini, onlara açar lazım olduğunu həmin sürücüyü başa sala bilmədiklərini, sürücünün şüşəni yuxarı qaldırdığını, bundan sonra üçü birlikdə üzü şəhər istiqamətinə biraz gəldiklərini, daha sonra Seymur ilə TİR-ın dəyandığı istiqamətə Seymurun telefonunu axtarmaq üçün gəldiklərini, bu vaxt polis əməkdaşlarının həmin hadisə yerinə gəldiklərini və onlara hadisə etmələrini, onlara Ağdaş RPŞ-nə gəlməli oldularını bildirdiklərini, etiraz etmədiklərini və polis əməkdaşları ilə birlikdə PŞ-nə gəldiklərini, həmin TİR adlanan avtomobili saxladarkən Seymurun üzərində gəzdirdiyi bıçaqla həmin avtomobilin qabaq sağ və sol təkərlərini partlatdığını, Məhəmmədin isə həmin avtomobilin qabaq qeydiyyat nömrəsini açıb öz avtomobilinin yük yerində saxlamağını sonradan bildiyini,həmin avtomobili saxlatsalar da həmin vaxt sərxoş olduğu üçün Seymurun bıçaqla həmin avtomobilin təkərlərini partlatmasına fikir vermədiyini, sərxoş olduğu üçün Məhəmmədin həmin vaxt həmin avtomobilin üzərindən qeydiyyat nömrəsini açan zaman onu görmədiyini, hadisə vaxtı həmin şəxsə söyüş işlətmədiklərini və ondan heçnə tələb etmədiklərini, həmçinin ona heç bir xəsarət yetirmədiklərini, ümumiyyətlə sürücünün avtomobilindən yerə düşmədiyini bildirdi. İş üzrə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadəsində etibarnamə ilə idarə etdiyi VAZ 2107 markal **-FK-*** qeydiyyat nişanlı avtomobili olduğunu, xx xxxx 2020-ci il tarixdə dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu, Şəkili kənd ərazisində Şor-Şor adlanan yerdə saat təxminən 13:00 radələrində yeyib içdiklərini, həmin vaxt onlardan başqa orada heç kimin olmadığını, həmin vaxt Elşən və Seymur ikisinə təxminən 750 qramlıq araq içdiklərini, özü isə həmin vaxt spirtli içki qəbul etmədiyini, həmin yerə onun idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobili ilə getdiklərini, təxminən gecə saat 20:00 radələrində üçü həmin yerdən çıxıb üzü şəhər istiqamətinə gəldiklərini, şəhərdə onun idarə etdiyi avtomobili ilə biraz gəzdikdən sonra gecə saat təxminən 23:30 radələrində Qəbələ istiqamətinə gedəndə Ağdaş rayonu, Türyançay qəsəbəsində körpünün üzərində polis əməkdaşları dayandıqlarını, onlara karantin recimi olduğuna görə Ağdaş rayon sakinlərinin başqa rayona getmələri qadağan olduğunu dediklərini, bu tələbə əməl edərək geri qayıtdıqlarını. həmin vaxt avtomobili özü idarə etdiyini, qabaqda Seymurun arxada isə Elşənin əyləşdiyini, Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisi ilə üzü şəhər istiqamətinə hərəkətdə olarkən, onların avtomobili ilə eyni istiqamətə nömrəsini bilmədiyi iri qabaritli TİR avtomobilinin hərəkətdə olduğunu, həmin avtomobil nizamsız hərəkət etdiyi üçün sürücünün sükan arxasında yatdığını zən etdiklərini, buna görə ötmə əməliyyatı apararaq sürücünü xəbərdar etmək istədiyini, lakin avtomobillə onu keçmək istəyən zaman həmin avtomobil onu yolun kənarına sıxdığı üçün avtomobilinin sağ təkərinin yolun sağında olan beton nişana dəyərək partladığını, qabaq sağ farasının qırıldığını, avtomobilin aşdığını, avtomobili düz vəziyyətinə qaytararaq avtomobili təkəri partlaq vəziyyətdə biraz getdikdən sonra avtomobilinin işıqları ilə TİR-ın sürücüsünə işarə verdiyini, həmin avtomobilin sürücüsünün də sürətini azaltdığını, həmin avtomobilin qarşısına verib saxladığını, həmin TİR-ın sürücüsünün də avtomobili saxladığını, Seymurun avtomobildən yerə düşüb həmin sürücüyə yaxınlaşmaq istəyən kimi, sürücünün yenidən hərəkətinə davam edib getdiyini, Seymurun dərhal qaçaraq həmin avtomobilin qarşısına keçib onu saxlatdığını və sürücüyə əl ilə işarə edərək şüşəni aşağı salmasını bildirdiyini, sürücünün də avtomobilin şüşəsini aşağı salanda Seymurun ona maşının təkərinin partlamasını və onlara açar verməsini dediyini, həmin vaxt Elşən və o avtomobildən yerə düşüb Seymurun yanına getdiklərini, sürücü danışmaq istəyəndə onun xarici vətəndaş olduğunu bildiklərini, onlara açar lazım olmasını ona başa sala bilmədiklərini, sürücünün şüşəni yuxarı qaldırdığını, bundan sonra əsəbləşib həmin avtomobilin qabaqda olan qeydiyyat nişanını üzərindən çıxardığını və avtomobilinə qodyuğunu, bundan sonra üçü birlikdə üzü şəhər istiqamətinə biraz gəldiklərini, həmin vaxt avtomobilində olan iki ədəd 0,5 litrlik Xırdalan pivəsini içdiyini, daha sonra Elşən ilə Seymurun TİR-ın dəyandığı istiqamətə getdiklərini, özü isə avtomobilini gətirib Dəhnə kəndindin girəcəyində marketin qarşısında saxladığını, bundan sonra Elşən və Seymurun arxası ilə MAN markalı yük avtomobilinin yanına getdiyini və ora gedəndə polis əməkdaşlarının orda olduqlarınmı gördüyünü, həmin vaxt Elşən və Seymuru Ağdaş RPŞ-nə apardıqlarını bildiyini, özü də onların arxası ilə Ağdaş RPŞ-nə gəldiyini, hadisə vaxtı həmin şəxsə söyüş işlətmədiklərini və ondan heçnə tələb etmədiklərini, həmçinin ona heç bir xəsarət yetirmədiklərini, ümumiyyətlə sürücünün avtomobilindən yerə düşmədiyini, əsəbləşib həmin avtomobilin qeydiyyat nişanını üzərindən çıxardığını, Seymurun isə həmin avtomobilin qabaq təkərlərini partlatdığını sonradan bildiyini, hadisə vaxtı üçü birlikdə olduqlarını bildirdi. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində xx xxxx 2020-ci il tarixdə dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağdaş rayonu, Şəkili kəndi ərazisində Şor-Şor adlanan yerdə saat təxminən 13:00 radələrində yeyib içdiklərini, həmin vaxt onlardan başqa orada heç kimin olmadığını, Elşən ilə ikisinə təxminən 750 qramlıq araq içdiklərini, Məhəmmədin isə həmin vaxt spirtli içki qəbul etmədiyini, həmin yerə Məhəmmədin idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət nömrə nişanlı avtomobili ilə getdiklərini, üçü təxminən gecə saat 20:00 radələrində həmin yerdən çıxıb üzü şəhər istiqamətinə gəldiklərini, şəhərdə Məhəmmədin avtomobili ilə biraz gəzdikdən sonra gecə saat təxminən 23:30 radələrində Qəbələ istiqamətinə gedəndə Ağdaş rayonu, Türyançay qəsəbəsində körpünün üzərində polis əməkdaşlarının dayandıqlarını, onlara karantin recmi olduğuna görə Ağdaş rayon sakinlərinin başqa rayona getmələri qadağan olduğunu dediklərini, bu tələbə əməl edərək geri qayıtdıqlarını, həmin vaxt avtomobili Məhəmmədin idarə etdiyini, qabaqda onun, arxada isə Elşənin əyləşdiyini, Məhəmmədin avtomobili ilə Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisi ilə üzü şəhər istiqamətinə hərəkətdə olarkən, onların avtomobili ilə eyni istiqamətə nömrəsini bilmədiyi iri qabaritli TİR avtomobilinin hərəkətdə olduğunu, həmin avtomobil nizamsız hərəkət etdiyi üçün sürücünün sükan arxasında yatdığını zən etdiklərini, buna görə Məhəmmədin ötmə əməliyyatı apararaq sürücünü xəbərdar etmək istədiyini, lakin Məhəmmədin avtomobillə onu keçmək istəyən zaman həmin avtomobil onu yolun kənarına sıxdığı üçün Məhəmmədin avtomobilinin sağ təkərinin yolun sağında olan beton nişana dəyərək partladığını, qabaq sağ farasının qırıldığını, avtomobilin aşdığını, avtomobili düz vəziyyətinə qaytararaq avtomobili təkəri partlaq vəziyyətdə biraz getdikdən sonra Məhəmməd avtomobilinin işıqları ilə TİR-ın sürücüsünə işarə verdiyini, həmin avtomobilin sürücüsünün də sürətini azaltdığını, Məhəmmədin avtomobilinin həmin avtomobilin qarşısına verib saxladığını, həmin TİR-ın sürücüsünün də avtomobili saxladığını, avtomobildən yerə düşüb həmin sürücüyə yaxınlaşmaq istəyən kimi, sürücünün yenidən hərəkətinə davam edib getdiyini, dərhal qaçaraq həmin avtomobilin qarşısına keçib onu saxlatdığını və sürücüyə əl ilə işarə edərək şüşəni aşağı salmasını dediyini, sürücünün avtomobilin şüşəsini aşağı salanda ona maşınlarının təkərinin partladığını və onlara açar verməsini dediyini, həmin vaxt Elşən və Məhəmmədə də avtomobildən yerə düşüb gəldiklərini, sürücü danışmaq istəyəndə onun xarici vətəndaş olduğunu bildiyini, onlara açar lazım olmağını onu başa sala bilmədiklərini, sürücünün şüşəni yuxarı qaldırdığını, bundan sonra əsəbləşib özündə gəzdirdiyi cib bıçağını çıxarıb həmin avtomobilin qabaq sağ və sol təkərlərini partlatdığını, bundan sonra üçü birlikdə üzü şəhər istiqamətinə biraz gəldiklərini, daha sonra Elşən ilə birlikdə telefonunu axtarmaq üçün TİR-ın dəyandığı istiqamətə gəldiyini, həmin vaxt polis əməkdaşlarının ora gəldiklərini və onlara yuxarıda qeyd etdiyi kimi hadisə etmələrini bildirdiklərini, onları Ağdaş RPŞ-nə gətridiklərini, həmçinin sonradan da Məhəmmədi də Ağdaş RPŞ-də gördüyünü, hadisə vaxtı istifadə etdi həmin bıçağı Bakı şəhərindən aldığını, bıçağın açılıb bağlanan tutacaq yeri taxtadan olan, mebel rəngində cib bıçağı olduğunu, meyvə doğramaq üçün üzərində gəzdirdiyini, bıçağı həmin vaxt tulladığını, hadisə vaxtı həmin şəxsə söyüş işlətmədiklərini və ondan heçnə tələb etmədiklərini, həmçinin ona heç bir xəsarət yetirmədiklərini, ümumiyyətlə sürücünün avtomobilindən yerə düşmədiyini, sərxoş olduğu üçün əsəbləşib həmin avtomobilin təkərlərini partlatdığını, MAN markalı M 8** AM *** qeydiyyat nişanlı avtomobilin qabaq qeydiyyat nömrəsinn Məhəmmədin açdığını və öz idarə etdiyi avtomobilin yük yerində saxladığını sonradan bildiyini göstərdi. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri, yəni iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili yolun kənarına sıxması, bunun nəticəsində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin aşaraq əzilməsi, buna görə də əsəbləşərək, həmçinin sərxoş odduqları üçün onu təqib etmələri və qeyd olunan hadisəni törətmələrini bildirmələri özlərini müdafiə etmək, məsuliyyətdən qaçmaq məqsədi daşıyır, heç biri ibtidai istintaq zamanı bu məzmunda ifadə verməmişlər, bu variant onlar tərəfindən özlərini müdafiə etmək üçün sonradan düşünülmüşdür, onların ifadələri iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə təkzib edilərək yuxarıda olunan cinayəti törətmələri tam sübuta yetirilir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs «xxxxxxxxxxxxxxx» MMC-də sürücü işlədiyini, azərbaycan dilini bilmədiyini, rus və belarus dillərini bildiyini, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini, xx xxxx 2020-ci il tarixdə Zaqatala rayonundan idarə etdiyi MAN markalı M848 AM799 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonuna Karaca fındıq şirkətindən fındıq aparmağa gəldiyini, avtomobilinin bütün sənədlərinin qaydasında olduğunu, xx xxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Zaqatala rayonundan fındıq yüklü idarə etdiyi MAN markalı M848 AM799 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getmək üçün çıxdığını, son təyinat məntəqəsinin Çexiya Respublikası olduğunu, xx xxxxx 2020-ci il tarixdə, saat 01:40 radələrində Qəbələ-Ağdaş magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Ağdaş rayonu, Dəhnəxəlil kəndinin yaxınlığından 50-60 km/saat gedərkən yolun sağ tərəfində ağ rəngli VAZ 2107 markalı avtomobilin dayanmasını gördüyünü, həmin vaxt iki nəfər şəxsin yolun kənarında bir nəfər şəxsin isə həmin iki nəfər şəxslə avtomobilin arasında dayanmasını gördüyünü, onların ikisinin də onun yolu getdiyi hissəsinin ortasına keçdiklərini, həmin vaxt sürəti azaltdığını və yolun digər hissəsinə keçib yoluna davam etmək istəyərkən onlardan birinin yenidən onun qarşısına keçdiyini və məcbur olub avtomobili saxladığını, həmin yolun sağ tərəfində olan şəxsin gəldiyini və təpiklə idarə etdiyi avtomobilin bir neçə dəfə qabaq hissəsindən vurduğunu daha sonra isə avtomobilin qabaq nömərsini dartaraq çıxardıb sonra isə sol tərəfdə dayanan şəxsin yanına gələrək ona avtomobilinin nömrəsini göstərməyə başladığını, həmin vaxt qorxduğunu və oradan uzaqlaşmaq qərarına gəldiyini və az-az sürət yığaraq 102 xidmətinə zəng etdiyini, həmin vaxt həmin iki nəfər şəxsin qaçaraq maşının arxasından gəlməsini gördüyünü, buna görə sürəti artırdığını, aradan bir neçə dəqiqə keçəndən sonra isə həmin üç nəfər şəxsin artıq VAZ 2107 markalı avtomobillə sol tərəfindən keçərək onun avotomobilinin qabağını kəsərək onu saxlatdıqlarını və üç nəfər şəxsin maşından düşərək onun idarə etdiyi maşının hər iki qapısını açmağa çalışdıqlarını və qapılara bir nəçə dəfə təpik və yumruqla vurduqlarını, həmin vaxt onlardan biri əvvəlcə onun idarə etdiyi avtomobilinin ön sağ təkərini sonra isə ön sol təkərini görmədiyi alətlə deşdiyini, bu zaman polis işçilərinin gəldiyini, onları digər təkərlərini deşməyə qoymadıqlarını və polis əməkdaşlarının həmin şəxslərə yaxınlaşaraq onları apardıqlarını, həmin üç nəfər şəxsin onu nə məqsədlə saxlamalarını bilmədiyini, həmçinin onların onu saxlayan zaman ona nəsə dediklərini, lakin Azərbaycan dilini bilmədiyinə görə heçnə anlamadığını, həmin şəxslərin əllərində heçnə görmədiyini, həmin vaxt idarə etdiyi MAN markalı M848 AM799 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olduğunu, salonun qapılarını bağladığını, salondan yerə düşmədiyini, onun idarə etdi MAN markalı M848 AM799 dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirən şəxslərin idarə etdikləri VAZ 2107 markalı avtomobilin nömrəsi **-FK-*** olduğunu, idarə etdiyi MAN markalı M848 AM799 dövlət qeydiyyat nişanlı avtomobildə şinin birinin təxminən 450-500 ABŞ dolları qiymətində olduğunu, idarə etiyi həmin təkərlərin ikisinə vurularn zərər təxminən ***-**** ABŞ dollar olduğunu, həmçinin avtomobilimin nömrəsinin çıxarlması nəticəsində təxminən 200 ABŞ dollar ziyan dəy dəydiyini, ümumilikdə ona 1100-1200 ABŞ dollar ziyan dəydiyini, hadisə vaxtı hava qaranlıq olduğu üçün onları tam seçə bilməsə də onların ikisinin arıq, birinin isə bir qədər kök olduğunu, birinin üzü tüklü, qalanlarının isə üzü tüksüz olduğunu, hər üçü də orta boylu olduğunu,həmin üç nəfər şəxslərin üçünün də onun avtomobilinin qarşısını kəsərək, avtomobilinin kabinasını təpiklə vurduğunu, daha sonra kök və orta boylu olan şəxs avtomobilin qabaq qeydiyyat nişanını yerinən qopardaraq çıxardığını, arıq və üzü tüklü olan şəxsin isə avtomobilimin qabaq sağ şinini kəsici deşici alətlə deşdiyini, bundan sonra DİN-nin 102 xidmətinə zəng etdiyini və hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, bu vaxt həmin arıq və üzü tüklü olan şəxsin yenidən onun avtomobilinin qabaq sol şinini kəsici deşici alətlə deşdiyini, hazırda Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə dəymiş 1.300 manat ziyanın tam olaraq ödənildiyini, iş üzrə təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlaraqa qarşı şikayət və tələblərinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs, tərcüməçi X1, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onlara bənzər şəxslərin iştirakı ilə tanınma keçirilmiş, Zərərçəkmiş şəxs ona təqdim edilmiş tanınmalı olan təqsirləndirilən şəxsləri bədən quruluşundan, saç formasından, sifət quruluşundan tam yəqinliklə tanıyaraq, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində onun idarə etdiyi MAN markalı M848 AM799RUS qeydiyyat nişanlı yük avtomobilinin qarşısını kəsib, avtomobilinə təpiklə, həmçinin də avtomobilinin qabaq sağ, sol təkərlərini kəsici alətlə deşib və qabaq qeydiyyat nişanını yerindən qoparan şəxslərin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin növbətçi hissəsində sürücü polis nəfəri vəzifəsində işlədiyini, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə Ağdaş RPŞ-nin əməliyyat istintaq qrupunda olduğunu, həmin gün saat 01:40 radələrində rabitə vasitəsi ilə bir nəfər şəxsin ağ rəngli VAZ 2107 markalı avtomobil ilə Qəbələ-Ağdaş yolunun Türyançay körpüsünün üzərinə yaradılmış Covid-19 virusi ilə bağlı postdan bir neçə dəfə gəlib keçərək orada olan əməkdaşlara hörmətsizlik göstərməyini eşitdiyini, bununla bağlı həmin gün əməliiyat qrupunda olan CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və xidmət üzrə baş inspektor vəzifəsində işləyən, hazırda sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis leytenantı Şahid1lə birlikdə onun idarə etdiyi növbətçi hissənin «Fiat Doblo» markalı avtomobili ilə həmin yerə gedən zaman üzü şəhər istiqamətinə gələndə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində “MAN” markalı M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobilinin dəyandığını gördüklərini, həmçinin həmin vaxt orada Məhəmməd, Seymur və Elşən adlı şəxslərin də olduğunu gördüynü, onların qışqır bağır edərək yük avtomobilini təpiklə vururduqlarını, həmçinin də sürücüdən avtomobildən yerə düşməsini tələb etdiklərini, Seymurun həmin vaxt əlində bıçaq olduğunu, Seymurun əlində bıçaq sürücüyə nalayiq ifadələr işlətdiyini gördüyünü, həmçinin də MAN markalı avtomobilin qabaq sağ və sol təkərlərini deşildiyini gördüyünü, hər üçünün birlikdə onların üçünə də yaxınlaşsalar da, onları nizam-intizama dəvət etsələr də, sərxoş olduqları üçün MAN markalı avtomobilin sürcüsünə ucadan nalayiq söyüşlər işlətdiklərini, hətta polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yenə də azğın formada öz hərəkətlərini davam etdirdiklərini, məsul növbətçi tərəfindən hətta onlara Belarusiya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi “MAN” markalı M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobilinin qarşısını Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində bir qrup şəxsin onun avtomobilinin qarşısını kəsməsi barədə məlumat verildiyini, növbətçi hissəyə hadisə yerində olduqlarını və onlara kömək lazım olduğunu bildirdiklərini, həmin vaxt TQ-nun təhqiqatçısı, polis baş leytenantı Şahid4 gəldiyini, həmçinin onların köməyinə TQ-nun baş təhqiqatçısı, polis mayoru Rəşid Musayev və digər polis əməkdaşlarının gəldiklərini, onların hadisə yerinə gələnə qədər Məhəmmədin öz idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerindən uzaqlaşdığını, Məhəmmədin avtomobilinin qabaq sağ hissəsinin əzilmiş vəziyyətdə olduğunu, həmçinin avtomobilin qabaq sağ təkərinin də partladığını, həmin vaxt Haxverdinin onlara hadisədən təxminən 10 dəqiqə qabaq Qəbələ- Ağdaş yolunun Türyançay körpüsünün üzərinə yaradılmış Covid-19 virusi ilə bağlı postda TQ-nun təhqiqatçısı Vüsal adlı əməkdaşın yanına gedən vaxt Məhəmməd adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilni yolun sol hissəsində saxladığını, onun avtomobilinin sağ təkəri partlamış vəizyyətdə olduğunu bildirdiyini, daha sonra Seymur və Elşəni Ağdaş RPŞ-nə gətirdiklərin, Məhəmmədin isə özünün Ağdaş RPŞ-nə gəldiyini, hadisə vaxtı heç bir xəsarət almadığını, hadisə vaxtı həmin Məhəmməd, Seymur və Elşən adlı şəxslərin hər üçünün də sərxoş vəziyyətdə olduğunu bildirdi. İş üzrə Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin TQ-nun təhqiqatçısı vəzifəsində işlədiyini, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə qədər məzuniyyətdə olduğunu, xx xxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə Bakı şəhərindən xidmət apardığı Ağdaş rayonuna gəldiyini, daha sonra ailə üzvlərini evə düşürdükdən sonra Qəbələ-Ağdaş yolunun Türyançay körpüsünün üzərinə yaradılmış Covid-19 virusu ilə bağlı posta xidmət aparan TQ-nun təhqiqatçısı Vüsal Əzənmədovun yanına getmək qərarına gəldiyini, Ağdaş-Qəbələ yolu ilə üzü Türyançay qəsəbəsi istiqamətinə gedəndə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində sonradan adını bildiyi Məhəmməd adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sol hissəsində dəyandığını, həmin vaxt onun yanında Seymur və Elşən adlı şəxsin də olduğunu, nə olmasını maraqlanmaq üçün avtomobilini onların yanında saxladığını, həmin vaxt Məhəmmədin avtomobilinin qabaq sağ təkərinin partladığını və qabaq sağ hissəsinin əzik olduğunu gördüyünü, həmin şəxslərin ondan avtomobilin təkərini dəyişmək üçün açar istədiklərini, lakin onlara avtomobil açarı olmadığını dediyini, daha sonra avtomobilini idarə edib Vüsalın yanına getdiyini, olanları Vüsala da danışdığını, Vüsalın da ona Məhəmmədin təxminən 5-10 dəqiqə qabaq həmin postdan bir neçə dəfə gəlib keçərək burada olan əməkdaşlara qarşı hörmətsizlik göstərdiyini, daha sonra Vüsalın yanında təxminən 5 dəqiqə dəyandıqdan sonra geri qayıtdığını, geri qayıdan zaman üzü şəhər istiqamətinə gedəndə Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində “MAN” markalı, M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobili dəyadığını, həmin vaxt orada həmin Məhəmməd, Seymur və Elşən adlı şəxslərin də olduqlarını gördüyünü, onların qışqır bağır edərək yük avtomobilini təpiklə vururduqlarını, həmçinin də sürücünü avtomobildən yerə düşürtməyi tələb etdiklərini, Seymurun həmin vaxt əlində bıçaq olduğunu, Seymur əlində bıçaq sürücüyə nalayiq ifadələr işlətdiyini, həmçinin MAN markalı avtomobilin qabaq sağ və sol təkərləri deşildiyini və yük avtomobilinin ön qeydiyyat nişanı yerində olmadığını gördüyünü, Məhəmmədin avtomobili isə həmin yük avtomobilinin qarşısında təxminən 3-4 metr aralıda sağda dəyandığını, orda olan polis əməkdaşları onların üçünü də nizam-intizama dəvət etsələr də, sərxoş olduqları üçün MAN markalı avtomobilin sürcüsünə ucadan nalayiq söyüşlər işlətdiklərini, hətta polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yenə də azğın formada öz hərəkətlərini davam etdirdiklərini, hətta sonradan məsul növbətçi tərəfindən orada olan polis əməkdaşlarına da Belarusiya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi “MAN” markalı, M 8** AM *** RUS qeydiyyat nişanlı yük avtomobilinin qarşısını Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində bir qrup şəxs onun avtomobilinin qarşısını kəsməsi barədə məlumat verildiyini, polis əməkdaşlarının da növbətçi hissəyə hadisə yerində olmalarını və onlara kömək lazım olduğunu bildirdiklərini, həmin vaxt həmin yerə TQ-nun baş təhqiqatçısı, polis mayoru Rəşid Musayevin və digər polis əməkdaşları gəldiklərini, onlar hadisə yerinə gələnə qədər Məhəmmədin öz idarə etdiyi VAZ 2107 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerindən uzaqlaşdığını, daha sonra Seymur və Elşəni növbətçi hissənin avtomobili ilə Ağdaş RPŞ-nə apardıqlarını, Məhəmmədin də özünün Ağdaş RPŞ-nə getdiyini sonradan bildiyini, hadisə vaxtı həmin Məhəmməd, Seymur və Elşən adlı şəxslərin hər üçünün sərxoş vəziyyətdə olduğunu bildirdi. İş üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində İ qrup əlil olduğunu, həyat yoldaşının da İİ qrup əlil olduğunu, Təqsirləndirilən şəxs3 onun doğma oğlu olduğunu, oğlu Məhəmmədin ailəli olduğunu, onun iki azyaşlı övladı olduğunu və Məhəmmədin ailəsi ilə birlikdə yaşadığını, ailəyə yeganə gəlir gətirən şəxsin Məhəmməd olduğunu, Məhəmmədin yoldaşının da heç bir yerdə işləmədiyini bildirdi. Təqsirləndirilən şəxs1 hadisə vaxtı istifadə etdiyi bıçağı müəyyən edib İQ-na təhvil verilməsi üçün xx.xx.2020-ci il tarixdə əməliyyat tapşırığı verilmiş, aparılmış əməliyyat tədbirləri nəticəsində bıçağı əldə etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 166 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri, baş ədliyyə müşaviri K.Talıbovun məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 03/202006015/787 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan ********* №-li cinayət işi üzrə xx xxx 2020-ci il tarixdə Aəzrbaycan Respublikası CM-nin 12.1, 32.5, 120.2.1, 12.1, 32.5, 120.2.5, 12.1, 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və hazırda istintaq hərəkətləri aparılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-439/2020 №-li xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elmar Məmmədovun vəsatəti, Azərbaycan Respublikası Baş prokurorunun birici müavini Elçin Məmmədovun təqdimatı əsasında Təqsirləndirilən şəxs3 barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılması müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 15:00-dan hesblanmışdır. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması il əvə ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgəninəmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq cinayətinin tərkib əlamətlərini yaradır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunan əməli törədərkən silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etmələri müəyyən olunmadığı üçün məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinə tövsif edilməlidir, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşaqların olmasını, Təqsirləndirilən şəxs1 təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurduqları ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi halda cinayət məsuliyyətinə səbəb olur.Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat nomalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər başa düşülür.Əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülür. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyət üçün təhlükəli olmadıqları qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab edir, təqsirləndirildikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldıqları 03 ay 29 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 ay 28 gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir, Təqsirləndirilən şəxs1cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs3 barəsində hazırkiişüzrəseçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsindəBakışəhəriNəsimiRayonMəhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədərbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, vurulmuş 1.300 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç ay iyirmi doqquz gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi yeddi ay iyirmi səkkiz gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il dörd ay iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç ay iyirmi doqquz gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi yeddi ay iyirmi səkkiz gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il dörd ay iki gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hazırkiişüzrəseçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cümaddəsi ilə təqsirli bilinib üçil müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı üç ay iyirmi doqquz gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza iki il səkkiz ay bir gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş iki il səkkiz ay bir gün müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin və hökm qanuni qüvvəsinə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə vurulmuş 1.300 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar