Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-51/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1970-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxx 2021-ci il tarixdə, saat təxminən 17:30 radələrində Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yaşayan Təqsirləndirilən şəxs oğlu ilə onunla eyni ünvanda yaşayan arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaşadıqları evin həyətyanı sahəsində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma xəsarətlərini yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və izahatında Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə qurduqlarını, birgə nigahlarından iki azyaşlı övladlarının olduğunu, ailə quran vaxtlar mehriban yaşadıqlarını, lakin son vaxtlar yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında müxtəlif səbəblərdən mübahisələrin baş verdiyini, xx xxxx 2021-ci il tarixdə, təxminən saat 17:30 radələrində arvadı Elmiranın yaşadıqları evin həyətyanı sahəsində yerə tökülən quru ağac budaqlarını təmizlədiyini, özünü isə həmin vaxt kənarda ağacdan fiqur cızdığını, həmin vaxt arvadı Elmiranın ona kömək etməsini söylədiyini, Elmiraya ona kömək edə bilməyəcəyini söylədiyini, həmin vaxt arvadı Elmiranın ona kobud cavab verərək “canın çıxar kömək etsən?” deyərək əlindəki işi saxlayıb yaşadıqları evə gedərkən ona yaxınlaşdığını, Elmiranın işi yarımçıq qoyması və ona kobud cavab verməsinə görə ona irad bildirdiyini, həmin vaxt aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı arvadı Elmiraya yaxınlaşaraq əsəbləşdiyi üçün yumruqla bir neçə dəfə Elmiranın sifət və baş nahiyəsinə qəsdən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt atası Həmdiyyənin onların yanına gələrək onları aralaşdırdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxsla 2006-cı ildə ailə qurduqlarını, ailə qurandan sonra əvvəllər mehriban yaşadıqlarını, birgə nighalarından iki övladlarının olduğunu, son vaxtlar yaşadıqları evdə Təqsirləndirilən şəxsla aralarında müxtəlif səbəblərdən mübahisələrinin baş verdiyini, xx xxxx 2021-ci il tarixdə, təxminən saat 17:30 radələrində yaşadıqları evin həyətyanı sahəsində yerə tökülən quru ağac budaqlarını təmizlədiyini, həmin vaxt Təqsirləndirilən şəxs da ondan bir neçə metr kənarda ağacdan fiqur cızdığını, Raqifə ona kömək etməsini, yerdəki ağac budaqlarını birlikdə təmizləməyi söylədiyini, Təqsirləndirilən şəxs həmin vaxt ona kömək etmədiyini və ona həyət təmizləmyin onun işi olmasını söylədiyini, ona görə də, həyətdə olan quru ağac budaqlarını təmizləməkdən imtina etdiyini və Təqsirləndirilən şəxs ona kömək etməyəcəksə onun da həyətdəki ağac budaqlarını təmizləməyəcəyini söylədiyini, sonra həmin yerdən çıxıb evin giriş istiqamətində gedərkən əri Raqifin ona yaxınlaşdığını və ona iradını bildirdiyini, həmin vaxt aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı əri Raqifin ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət və baş nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt qaynatası Şahid1 onların yanına gələrək əri Raqifi ondan aralaşdırdığını, bundan bir neçə dəqiqə sonra isə azyaşlı oğlu Şahid2 DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, polis əməkdaşları ünvana gələrkən əri Raqifin onu döyməsi barədə şikayət etdiyini, hazırda əri Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri izahatlarında yuxarıda göstərilən xüsusatları təsdiq edərək xx xxxx 2021-ci il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yaşadıqları evin həyətində qəsdən döyərək xəsarət yetirdiyini bildirdilər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 130 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materialları ilə müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdıqları üçün cinayət təqibinə xitam verilmiş və onlar cinayət məsuliyyətindən azad edilmişlərr. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs və X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdıqları üçün cinayət təqibinə xitam verildiyi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyi üçün təkrarən cinayət məsuliyyətindən azad edilə bilməz. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə X1 böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti,Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-51/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-51/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver