Məhkəmə qərarları › İş №1(014)-51/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-51/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-51/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1985-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Birinci Aral kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Aral Bir kəndində yaşayan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 01.03.2022-ci il tarixdə saat 10:00 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla baş, qol və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona başın ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sol çiyin nahiyəsinin, sol bazu oynağının bayır səthinin qançırları, sol bazu oynağının əzilməsi, sol körpücük nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt ələt təsirindən törənmiş, törənmə müddəti 01.03.2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, onların təxminən 14 ildir ki, evli olduqlarını, onların 3 övladlarının olduğunu, son zamanlar arvadı Nailə ilə arasında tez-tez söz-söhbətlərin baş verdiyini, onların arasındakı söz-söhbətlərə səbəb Nailənin Bakı şəhərinə köçüb orada yaşamaqlarını istəməsi olduğunu, onun bir neçə dəfə Nailəyə Tovuz rayonuna gedib orada işləmələrini təklif etsə də, Nailənin hər dəfə onun təklifini qəbul etməyib Bakı şəhərinə getməkdə israrlı olduğunu, 01.03.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində yaşadığı evə gəldiyini, həmin vaxt Nailədən ona yemək verməsini istədiyini, onun yemək yeyən zaman Nailəyə 3-5 günə Tovuz rayonuna işləməyə gedəcəyini söylədiyini, Nailədən onunla getmək istəyib-istəməməsini soruşduğunu, Nailənin də ona Tovuz rayonuna getməyəcəyini söylədiyini, həmçinin Nailənin ona “sən də Tovuz rayonuna getmə, sən orada olanda çoxlu spirtli içki qəbul edirsən” deyə söylədiyini, onun da Nailəyə onun içki qəbul etmədiyini, əgər ona inanmırsa onda onunla Tovuz rayonuna gedib onun spirlti içki qəbul edib-etməməsinə nəzarət etməsini söylədiyini, lakin Nailənin onun sözlərinə məhəl qoymadığını və yenə də Bakı şəhərinə getməkdə israrlı olduğunu, buna görə də aralarında mübahisə baş verdiyini, onun da mübahisə zamanı əsəbləşdiyini və yediyi yeməyin boşqabını yerə vurduğunu və Nailəyə “sənə 15 dəqiqə vaxt verirəm, paltarını geyin çıx get atanın evinə, mənə sənin kimi arvad lazım deyil” deyə söylədiyini və çölə çıxdığını, aradan təxminən 15 dəqiqə keçəndən sonra onun yataq otaqlarına gəldiyini və Nailənin orada olmasını gördüyünü, onun həmin vaxt Nailəyə “sənə demədim çıx get” deyə söylədiyini, Nailənin də ona nalayiq ifadə işlədərək “mən bu evdə qalmayacağam, uşaqlarımı anamın yanına qoyub, oradan da Bakı şəhərinə tək gedib orada işləyəcəyəm” deyə cavab verdiyini. Bu zaman anası Şahid onların yanına gəldiyini, Nailənin onun anası Sevdanı görəndə ona nalayiq ifadə işlədərək “sənsən bu işləri başıma açan” deyə söylədiyini, onun da Nailənin sözlərinə əsəbləşdiyini və Nailəyə “haraya gedirsən get” deyərək onun saçından tutub dartdığını və bir neçə dəfə yumruqla onun baş nahiyəsindən, qol nahiyəsindən və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs izahatında arvadı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və davadalaşın 01.03.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı onun Zərərçəkmiş şəxs saçından tutub dartdığını, daha sonra bir neçə dəfə yumruqla Nailənin baş, qol və bədəninin digər nahiyələrindən vurduğunu, həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs başqa anası Şahid olduğunu, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, onların təxminən 14 ildir ki, evli olduqlarını, onların 3 övladlarının olduğunu, son zamanlar əri İlham ilə arasında tez-tez söz-söhbətlərin baş verdiyini, onların aralarındakı sözsöhbətlərə səbəb İlhamın spirtli içki aludəçisi olması olduğunu, onun nə qədər İlhama spirtli içki qəbul etməsinə görə irad tutsa da, İlhamın onun iradlarına fikir vermədiyini, İlhamın ona son vaxtlar bir neçə dəfə Tovuz rayonuna işləmək üçün getmələrini söylədiyini, onun da İlhamla razılaşmadığını və ona Tovuza getməkdənsə Bakı şəhərinə gedib orada iş tapmalarının yaxşı olacağını söylədiyini, 01.03.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində İlhamın yaşadıqları evə gəldiyini, həmin vaxt İlhamın ondan yemək verməsini istədiyini, onun da İlhama yemək verdiyini, İlhamın yemək yeyən zaman ona 3-5 günə Tovuz rayonuna işləməyə gedəcəyini söylədiyini, onunla getmək istəyib-istəməməsini soruşduğunu, onun da İlhama Tovuz rayonuna getməyəcəyini söylədiyini, həmçinin İlhama “sən də Tovuz rayonuna getmə, sən orada olanda çoxlu spirtli içki qəbul edirsən” deyə söylədiyini, İlhamın onun sözlərinə əsəbləşdiyini və ona nalayiq ifadə işlədərək “sən mənim işimə qarışma” deyə söylədiyini, buna görə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə İlhamın ona “yaxşı edib Tovuza gedirəm, daha səni bu evdə görmək istəmirəm, çıx get atanın evinə” söylədiyini və evdən çıxıb getdiyini, aradan təxminən 15 dəqiqə keçdikdən sonra onun yataq otaqlarında olan zaman İlhamın əsəbi şəkildə oraya gəldiyini və ona “sənə demədim paltarlarını yığ və evimdən çıx get” deyə ona söylədiyini, onun da İlhama “İlham, içəri gəl söhbət edək” deyə cavab verdiyini, lakin İlhamın onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlədərək “sənə demirəm rədd ol evimdən” deyə söylədiyini, buna görə İlhamla yenə də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı qayınanası Sevdanın oraya gəldiyini, onun da Sevdaya “sənsən bu işləri başıma açan, məni evdən qovmaq istəyirsən” deyə söylədiyini, İlhamın da həmin vaxt ona “sən anamla niyə belə danışırsan” deyərək onun saçından tutub dartdığını və bir neçə dəfə yumruqla baş nahiyəsindən, qol nahiyəsindən və bədəninin digər nahiyələrindən vurduğunu, daha sonra isə İlhamın oradan çıxıb getdiyini, onun da İlhamın onu döyməsinə əsəbləşdiyini və oğlu Samir ilə qızı Gülnarı götürüb gedəcəyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs izahatında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın 01.03.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində yaşadığı evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs onun saçından tutub dartdığını və bir neçə dəfə yumruqla onun baş, qol və bədəninin digər nahiyələrindən vurduğunu, davadalaş zamanı orada ondan və Təqsirləndirilən şəxs başqa qayınanası Sevdanın olduğunu, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə istinaqında şahid qismində dindirilmiş Şahid ifadəsində oğlu Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatları təsdiq edərək 01.03.2022-ci il tarixdə saat təxminən 10:00 radələrində yaşadıqları evdə oğlu Təqsirləndirilən şəxs ilə gəlini Zərərçəkmiş şəxs arasında mübahisə və dava-dalaş baş verdiyini, dava-dalaş zamanı oğlu Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla Zərərçəkmiş şəxs baş nahiyəsindən, qol nahiyəsindən və bədəninin digər nahiyələrindən vurduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 05.03.2022-ci il tarixli, 147 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - başın ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sol çiyin nahiyəsinin, sol bazu oynağının bayır səthinin qançırları, sol bazu oynağının əzilməsi, sol körpücük nahiyəsinin yumşaq toxumalarının əzilməsi, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 01.03.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar