Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-51/2023 20.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Ağdaş rayonu, Cüvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-nin tabeliyində olan Mərkəzi-Aran RETSİ-nin X10 Paylayıcı Şəbəkə sahəsinin 1 nömrəli şəhər şəbəkə sahəsində yarımstansiya üzrə elektrik montyoru vəzifəsində işləmiş, hazırda işsiz əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, H.Əliyev prospekti 76/17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs səhlənkarlıq, yəni işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməklə, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, "xxxx" ASC-nin sədrinin 11 yanvar 2019-cu il tarixli K/19-00107 nömrəli əmri ilə Mərkəzi-Aran RETSİ-nin X10 Paylayıcı Şəbəkə sahəsinin 1 nömrəli şəhər şəbəkə sahəsində yarımstansiya üzrə elektrik montyoru vəzifəsinə təyin olunmaqla həmin vəzifədə işləyərkən 10 yanvar 2022-ci il tarixdə Mərkəzi-Aran RETSİ-nin rəisi tərəfindən təsdiq edilmiş vəzifə təlimatına əsasən Texniki təhlükəsizlik qaydalarına aid bütün tələbləri yerinə yetirmək, 110/35/20/6/10 kV şəbəkədə sxem dəyişikləri və qəzanın ləğvi ilə əlaqədar əməliyyatlar aparmaq, meqaommetrnən və gərginlik zədə göstərici ilə transformator və kabellərin vəziyyətini yoxlamaq, 110/35/20/6/10 kV elektrik avadanlığında qoruyucuları dəyişmək, fazalaşma aparmaq, torpaqlama quraşdırıb və çıxartmaq, elekrtik avadanlıqlarına və mühafizələrinə baxış keçirtmək, qurğularda yük və gərginlik ölçmələri aparmaq, insan həyatına təhlükə yaranan zaman növbətçi mühəndisin və ya müəssisə dispetçerinin icazəsi ilə avadanlıqdan gərginliyi çıxartmaq və digər inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən, habelə, 16 dekabr 2022-ci il tarixdə X14 üzrə verilmiş 20 nömrəli naryad-buraxılışa əsasən 35/10 kV-luq Ağdaş yarımstansiyasında 1 nömrəli 10 MVA transformatorunda cari təmir işlərinin aparılmasına «buraxılış verən» şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci yarımbəndinə əsasən idarəçiliyində olan avadanlığın açılmasının və qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasına məsul vəzifəli şəxs olduğu halda, o, işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək - yəni, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 2.1.8-ci yarımbəndinə əsasən idarəçiliyində olan avadanlığın qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasını müəyyən etməli olduğu halda bunları etməyərək 16 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində yarımstansiyada növbədə olan zaman 16 dekabr 2022-ci il tarixdə X14 üzrə verilmiş 20 nömrəli naryad-buraxılışa əsasən 35/10 kV-luq Ağdaş yarımstansiyasında 1 nömrəli 10 MVA transformatorunda cari təmir işləri aparılarkən saat 15:21-də Ağdaş şəhəri H.Əliyev prospekti 1 ünvanında yerləşən yarımstansiya binasına daxil olaraq “35 kV-luq X19” yazılmış qurğudan bölmələrarası açarı bağlayıb, sonra 1-ci transformatora tərəf gərginliyi boşaltmış, daha sonra üzərində “35 KV-luq 1-ci Ağdaş” yazılmış qurğudan giriş açarını açaraq 1 nömrəli 10 MVA transformatora elektrik enerjisinin verilməsini dayandırmış, “10 KV-luq 1-ci Giriş Açarı” yazılmış qurğunu açmadan üzərində “10 KV-luq B.A.V.A” yazılmış qurğunu bağlaması nəticəsində 1 nömrəli 10 MVA transformatoruna gərginlik vermiş, nəticədə həmin vaxt 1 nömrəli 10 MVA transformatorun üzərində şin və izalyatorları təmizləyən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 elektrik cərəyanı vurmuş, Zərərçəkmiş şəxs1 almış olduğu boynun ön nahiyəsinin döş qəfəsinin ön nahiyəsinin, sol saidin, aşağı 1/3-nin sol əlin, sağ saidin aşağı 1/3-nin sağ əlin, sol budun iç səthinin sol diz oynağının iç səthinin, sağ baldırın arxa 1/3-nün, sağ ayağın alt səthinin, sol ayağın alt səthinin sol iç topuq nahiyəsinin İİ, İİİ, İV dərəcəli yanıqları kimi canlı şəxslərdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olan xəsartlər alaraq hadisə yerində, Zərərçəkmiş şəxs2 Etibar oğlu isə almış olduğu sol baldırın 1/3-nün, sol ayaq aşıq baldır oynağı səviyyəsində postrvamatik amputasiya ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol və sağ yarısının, sağ çiyin qurşağının ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, sağ budun yuxarı və aşağı 1/3-də diz oynağının ön, bayır və iç səthlərinin, sol diz oynağının ön və bayır səthinin, sol saidin yuxarı və aşağı 1/3-də diz oynağının, ön, bayır və iç səthlərinin sol diz oynağının ön və bayır səthinin, sol saidin yuxarı və 1/3-də ön, iç və arxa səthlərinin, sol budun aşağı 1/3nin ön səthinin ümumilikdə bədən səthinin 30 faizini təşkil edən İİİ, İV dərəcəli termiki yanıq yaraları, alının sağ yarısının tüksüz hissəsinin və sifətin sağ yarısının, sağ çiyin qurşağının ön səthinin, sağ qalça tinin sıyrıqları, sağ təpə nahiyəsinin əzilmiş yarası kimi canlı şəxslərdə sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olan xəsarətlərdən elektrik cərəyanının vurması nəticəsində xx.xx.2022-ci il tarixdə xəstəxanada ölmüş, həmin hərəkətləri ilə ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, evlidir, 1 övladı vardır. 1979-1981-ci illərdə 132 nömrəli Ağdaş Texniki-peşə Məktəbində çilingər ixtisası üzrə təhsil almış, 1984- 1986-cı illərdə Rusiya Federasiyasında dəmiryolunda yol montyoru işləmiş, 1987-ci ildə ölkəyə qayıtmış, 2 il Ağdaş rayon Aqrar-sənaye Enerji birliyində elektrik montyoru, 1996-cı ildən isə Ağdaş EŞ-nin X6 növbətçi elektrik montyoru işləmiş, 2017-ci ildə işdən ayrılmış, 2018ci ildən isə yenidən Ağdaş EŞ-də işə başlamış, Ağdaş şəhəri 35/10 KV-luq elektrik yarımstansiyasının növbətçi elektrik montyoru kimi işləmişdir. 16 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində Ağdaş EŞ-nin Ağdaş şəhəri 35\10 KV-luq elektrik yarımstansiyasında ayrılmış naryad əsasında təmizlik və transformatorlara texniki qulluq işləri aparılmışdır. Həmin gün yarımstansiyada növbətçi elektrik montyoru o olmuşdur. Belə ki, yarımstansiyada onunla birlikdə 03 nəfər növbətçi işləyir və ardıcıl hər gün biri növbədə olurmuşlar. Naryad-buraxılış vərəqəsinə əsasən iş rəhbəri Şahid1, iş icraçısı Şahid8, briqada üzvləri isə Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid7, Şahid3 olmuşdur. Həmçinin iş üzrə sərəncam verən Şahid6 olmuşdur. 16 dekabr 15:21-də Şahid1 yarımstansiyaya gələrək 1 nömrəli transformatorda təmizlik işlərinin aparılmalı olduğunu demişdir. İşə başlamazdan əvvəl o, bir-birinə paralel yerləşmiş 1 və 2 nömrəli transformatirların yanında yerləşən yarımstansiya binasına daxil olaraq sağ tərəfdəki otağa keçmiş və üzərində “35 KV-luq X21” yazılmış qurğudan bölmələrarası açarı bağlayıb, sonra 1-ci transformatora tərəf gərginliyi boşaltmışdır. Daha sonra üzərində “35 KV-luq 1-ci Ağdaş” yazılmış qurğudan giriş açarını açmış, bununla da 1-ci transformotara elektrik enerjisinin verilməsi dayandırılmış, yəni transformatora gedən elektrik cərəyanını kəsmiş və transformatoru tam şəkildə elektrik cərəyanı yükündən azad etmişdir. Daha sonra isə həmin transformatorun üzərində, yəni üst hissəsində daha dəqiq desək elektrik izolyatorlarında elektrik montyorları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X20 təmizlik və texniki qulluq işləri aparmağa başlamışdır. Təxminən 10 dəqiqə sonra elektrik yarımstansiyasının 077 *** ** ** nömrəli xidməti telefona Ağdaş şəhərində yaşayan abonentlər tərəfindən çox saylı zənglər gəlməyə başlamış və sakinlər tərəfindən ona şəhərdə işıqların sönməsi ilə bağlı narazılıqlar bildirilmişdir. Bundan sonra o, Ağdaş şəhərinin bir qismini elektriklə təmin etmək məqsədilə yarımstansiyasının elektrik paylayıcı qurğularının yerləşdiyi binaya daxil olaraq giriş qapısından sol tərəfdə yerləşən otağa keçmişdir. Həmin otaqda giriş qapısından birinci yerləşən, üzərində “10 KV-luq 1-ci Giriş Açarı” yazılmış qurğunu açmaq və torpaqlama qoymaq istəyərkən xidməti telefonuna xatırlamadığı abonent tərəfindən zəng gəlmiş və o, fikirli halda, səhvən üzərində “10 KVluq 1-ci Giriş Açarı” yazılmış qurğunu açmadan üzərində “10 KV-luq B.A.V.A” yazılmış qurğunu bağlamış, yəni həmin qurğuya elektrik vermişdir. Nəticədə isə təmizlik işlərinin aparıldığı 1-ci elektrik transofrmatorunda qısaqapanma baş vermişdir. Qısaqapanma nəticəsində isə transformatorun üzərində olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 elektrik cərəyanı vurmuşdur. Sonuncular 1-ci transformatorun 35 KV-luq hissəsində izolyatorları təmizləyirmişlər. Baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmişdir. Zərərçəkmiş şəxs2 isə Ağdaş RMX-yə təxliyə olunmuşdur. Hadisə zamanı fikirli olduğu üçün səhvən bölmələrarası açarı təhlükəsizlik qaydalarına zidd olaraq birbaşa bağlamış və nəticədə qeyd edilən hadisə baş vermişdir. Heç vaxt xidmətdə olduğu zaman belə bir hadisə baş verməmişdir. Hadisə zamanı fikirli olduğundan səhlənkarlıq etmişdir. Həmin vaxt 1-ci elektrik transformatoruna ötürülən elektrik cərəyan xəttini açmalı və torpaqlama qoymalı olduğu halda bunu etməmişdir. Hadisə baş verərkən 1-ci transofrmatorun üzərində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid4, elektrik yarımstansiyasının həyətində isə briqadanın üzvləri olan EŞ-nin digər işçiləri olmuşdur. Transformatorlarda təmizlik və texniki qulluq işlərinin hansı aralıqlarda aparıldığını xatırlamır. Transformatorda təmizlik və texniki qulluq işləri baş mühəndis Şahid1 göstərişi əsasında aparılmışdır. O, əvvəllər də bu cür təmizlik işlərinin aparılmasında növbətçi montyor kimi iştirak etmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və digər işçilər gündəlik adi geyimlərində olmuşdur. O, elektrik montyorları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X20nun hadisə baş verən transformatorun üzərində işləməyə davam etdiklərini bilmiş, lakin hadisə zamanı fikirli olduğu üçün səhvən təhlükəsizlik qaydalarına zidd olaraq bölmələrarası açarın torpaqlamasını çıxarıb açarı birbaşa bağlamış və nəticədə qeyd edilən hadisə baş vermişdir. Transformatorda təmizlik işlərinə başlamazdan əvvəl 1 nömrəli 10 MVA transformatordan gərginliyin alınması, 10 KV-luq şin və eleqaz açarlarının açılması, 35 KV-luq eleqaz açarının və şin ayırıcısının açılması, 1 nömrəli 10 MVA transformatorun hər iki tərəfdən torpaqlama qoyulması, açılma olan qurğularda təhlükəsizlik plakatlarının asılması, həmçinin tərəfimdən inqidator vasitəsilə 1 nömrəli 10MVA transformatorda gərginlik olub-olmaması yoxlanılmışdır. Ağdaş şəhər abonentləri xidməti telefona zəng etdikdən sonra bu barədə heç kimə məlumat vermədən Ağdaş şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsini təmin etmək məqsədilə yarımstansiyanın binasına daxil olaraq əməliyyata başlamış, səhvən “10 KV-luq B.A.V.A” yazılmış qurğuya elektrik enerjisi verərkən yanında heç kəs olmamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxlərin hüquqi varislərinin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs1 hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, evlidir, iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs1 onun həyat yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs1 ilə 2007-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladı olmuşdur. Zərərçəkmiş şəxs1 təxminən 6-7 ildir ki, Ağdaş EŞ-də montyor işləyirmiş. 16 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 iş yerində xəsarət alaraq ölməsini eşitmış, lakin hazırda kimdən eşitdiyini xatırlamır. Hadisənin necə olması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs2 hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, evlidir, iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs2 onun həyat yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs2 ilə 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2 övladı olmuşdur. Zərərçəkmiş şəxs2 2019-cu ildən Ağdaş EŞ-də montyor işləyirmişdir. 16 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 iş yerində xəsarət aldığını öyrənmişdir. Hazırda kimdən eşitdiyini xatırlamır. RMX-də Zərərçəkmiş şəxs2 ilkin tibbi yardım göstərildikdən sonra onu Bakı şəhərinə təxliyyə etmişlər. Zərərçəkmiş şəxs2 25 dekabr 2022-ci il tarixdə Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat etmişdir. Hadisənin necə olması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, evlidir, 1 övladı vardır. 2004-cü ildən X12 nəzarətçi-mühəndis kimi, 2019-cu ildən isə X12 usta vəzifəsində işləyir. 16 dekabr 2022-ci il tarixdə 20 nömrəli naryad vərəqinə əsasən Ağdaş şəhəri 35\10 KV-luq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir işləri aparılmalı idi. Naryad-buraxılış vərəqəsinə əsasən iş rəhbəri Şahid1, iş icraçısı o, növbətçi montyor Təqsirləndirilən şəxs, briqada üzvləri isə Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid7, Şahid3 olmuşdur. 16 dekabr 2022-ci il tarixdə, 15:00 radələrində iş rəhbəri Şahid1 göstərişi ilə Ağdaş şəhəri 35\10 KVluq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir və təmizlik işləri aparılmağa başlanılmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs tərəfindən transformatorlar xətdən ayrılmış və transformatorlara elektrik enerjisinin verilməsi dayandırılmışdır. Şakir yarımstansiyanın binasında transformatorlara elektrik enerjisinin verilməsini dayandırarkən onun yanında iş rəhbəri Şahid1 olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs indiqator vasitəsilə 1 nömrəli transformatora elektrik cərəyanının gəlib-gəlməməsini yoxlamışdır. Həmin vaxt orada o və Şahid1 da olmuşdur. Transformatora elektrik cərəyanının gəlmədiyinə əmin olduqdan sonra briqada üzvləri olan elektrik mantyorları Şahid4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 göstərişimlə 01 nömrəli transformatorda işə başlamaq üçün onun üzərinə qalxmış, şin və izolyatorları təmizləməyə başlamışdır. Digər 3 nəfər isə, Şahid5, Şahid3 və Şahid7 1 nömrəli transformatorun çəpərindən içəri tərəfdə olan xəzəlləri və transformatorun gövdəsinə düşmüş toz və yağ damcılarını silib təmizləyirdilər. İşə başladıqdan təxminən 10 dəqiqə sonra 1 nömrəli transformatorda qısaqapanma baş vermiş və transformatorun üzərində işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 elektrik cərəyanı vurmuş və onlar yerə yıxılmışlar. Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmişdir. Zərərçəkmiş şəxs2 isə Ağdaş RMX-yə çatdırılmışdır. Təqsirləndirilən şəxs heç kəsə məlumat vermədən yarımstansiyanın binasına gedərək orada səhvən 1 nömrəli transformatora elektrik cərəyanı vermişdir və nəticədə bu cür hadisə baş vermişdir. Lakin yarımstansiyanın binasında hansı əməliyyatları, hansı ardıcıllıqla həyata keçirməsi barədə məlumatı olmamışdır. Hadisə 16 dekabr 2022-ci il tarixdə, saat 15:00 radələrində baş vermişdir. Hadisə baş verərkən 1-ci transofrmatorun üzərində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid4, elektrik yarımstansiyasının həyətində isə briqadanın üzvləri olan Şahid7, Şahid3, Şahid5 transformatorun çəpərindən içəridə olmuşdur. Transformatorlarda təmizlik və texniki qulluq işləri transformatorda olan nasazlıqdan, təmizlik və texniki qulluq vəziyyətindən asılı olaraq aparılır. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və digər işçilər "xxxx" ASC-yə məxsus geyim vasitələrində olmuş, lakin həmin geyimlərin üzərindən adi geyim geymişlər. Onların əlində rezin əlcək olmuş, lakin həmin əlcəklər elektrik cərəyanı keçirməyən əlcəklər olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid4la hər hansı düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 2-ci transformatordan alınan enerji ilə 1-ci transformatorun elektrik ötürdüyü ərazilərə elektrik ötürmək istərkən fikirli olduğu üçün əməliyyatı düzgün aparmamış və səhvən birinci transformatora elektrik cərəyanı vermişdir. Lakin Şakir bu əməliyyatı həyata keçirərkən heç kimə, eləcə də Şahid1 məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir, 3 övladı vardır. 2021-ci ilin yanvar ayından Elektrik Şəbəkəsində mühəndis kimi, 2021-ci ilin iyul ayından isə X10 baş mühəndisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətinə tabeliyində olan işçilərinin iş fəaliyyətini və bu qrupların koordinasiyasını vaxtında təmin etmək, işçilərin vəzifə təlimatlarına, müəsisədaxili nizam-intizam qaydalarına uyğun davranmasını təmin etmək, elektrik avadanlıqlarının saz vəziyyətdə saxlanılmasını təmin etmək və s. ibarətdir. 16 dekabr 2022-ci il tarixdə 20 nömrəli naryad vərəqinə əsasən Ağdaş şəhəri 35/10 KV-luq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir işləri aparılmalı idi. Naryad-buraxılış vərəqəsinə əsasən iş rəhbəri o, iş icraçısı Şahid8, yarımstansiyanın növbətçi montyor Təqsirləndirilən şəxs, briqada üzvləri isə Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid7, Şahid3 olmuşdur. 16 dekabr 2022-ci il tarixdə, 15:00 radələrində iş icarçısı Şahid8 naryadı Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs Regional Dispetçer Xidməti ilə əlaqə saxlayıb icazə aldıqdan sonra işə başlamalı idi. Təqsirləndirilən şəxs onlara Mərkəzi Dispetçer Xidməti ilə əlaqə saxladığını, əməliyyat aparmaq üçün zəruri olan icazəni aldığını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 1 nömrəli 10 MVA nömrəli transformatoru gərginlikdən azad etmiş və həmin transformatora elektrik enerjisinin verilməsi dayandırmışdır. Şakir yarımstansiyanın binasında 1 nömrəli 10 MVA nömrəli transformatora elektrik enerjisinin verilməsini dayandırarkən o, Şakirin yanında olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs indiqator vasitəsilə 1 nömrəli transformatora elektrik cərəyanının gəlib-gəlməməsini yoxlamışdır. Həmin vaxt orada o və Şahid8 olmuşdur. Transformatora elektrik cərəyanının gəlmədiyinə əmin olduqdan sonra briqada üzvləri olan elektrik mantyorları Şahid4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şahid8 göstərişi ilə 01 nömrəli transformatorda işə başlamaq üçün transformatorun üzərinə qalxmış, şin və izolyatorları təmizləməyə başlamışdır. Digər 3 nəfər isə, Şahid5, Şahid3 və Şahid7 1 nömrəli transformatorun çəpərindən içəri tərəfdə olan xəzəlləri və transformatorun gövdəsinə düşmüş toz və yağ damcılarını silib təmizləmişlər. İşə başladıqdan sonra o, montyorların işləməsini mobil telefonu vasitəsilə qeydə almışdır. İşə başladıqdan təxminən 10 dəqiqə sonra 1 nömrəli transformatorda qısaqapanma baş vermiş və transformatorun üzərində işlyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 elektrik cərəyanı vurmuş və onlar yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmiş, Zərərçəkmiş şəxs2 yerində işçilər tərəfindən ilkin tibbi yardım göstərilmiş və o, Ağdaş RMX-yə çatdırılmışdır. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç kəsə məlumat vermədən yarımstansiyanın binasına gedərək orada səhvən 1 nömrəli transformatora elektrik cərəyanı vermişdir və nəticədə bu cür hadisə baş vermişdir. Təqsirləndirilən şəxs yarımstansiyanın binasına girməyini və orada hansı əməliyyatları aparmasını görməmişdir. Hadisə baş verərkən 1-ci transofrmatorun üzərində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid4, elektrik yarımstansiyasının həyətində isə briqadanın üzvləri olan Şahid7, Şahid3, Şahid5 transformatorun çəpərindən içəridə olmuşdur. Transformatorlarda təmizlik və texniki qulluq işləri transformatorda olan nasazlıqdan, təmizlik və texniki qulluq vəziyyətindən asılı olaraq aparılır. Transformatorlarda hər hansı bir nasazlıq olduğu halda gündəlik iş planı əsasında aidiyyəti göstəriş əsasında aparıcı mühəndis tərəfindən naryad yazılır. Mərkəzi Dispetçer Xidmətindən icazə alındıqdan sonra transformatrolara elektik enerjisinin verilməsi dayandırılır, transformator gərginlikdən azad olunduqdan sonra cari təmir və ya təmizlik işləri aparılır. 16 dekabr 2022-ci il tarixdə səhər 35/10 KV-luq yarımstansiyanın 1 nömrəli 10 MVA transformatoruna baxış zamanı onun bolt birləşmələrindən və şüşələrindən səslər gəlmiş, həmin səslərin gəlməyinin səbəbi transformatorun çirkli olması olmuşdur. Ona görə transformatorda cari təmizlik işləri aparılması zəruri olmuşdur. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və digər işçilər "xxxx" ASC-yə məxsus geyim vasitələrində olmuş, lakin həmin geyimlərin üzərindən adi geyim geymişlər. Onların əlində adi işçi əlcəyi olmuşdur. Belə ki, onlar elektrik cərəyanı olmadığı mühitdə işlədikləri üçün elektrik cərəyanı keçirməyən əlcəklərə zərurət olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid4la hər hansı düşmənliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs hansı məqsədlə yarımstansiyanın ərazisində briqada işləyən zaman 1 nömrələri 10 MVA transformatora gərginlik verməsini o bilməmişdir. Daha sonra Şakir ilə söhbət edən zaman Şakir abonentlərdən çoxlu sayda zəng gəldiyi üçün fikirli halda səhv əməliyyat icra etdiyini söyləmişdir. Təqsirləndirilən şəxs yarımstansiyanın binasına daxil olan zaman o, Şakiri görməmişdir. Şakir ona hər hansı bir əməliyyat aparacağı barədə heçnə deməmişdir. Yarımstansiyanın binasına EŞ-nin rəisi, baş mühəndis, aparıcı mühəndis, mühəndis və yarımstansiya üzrə növbətçi elektrik montyorlarının daxil olmağa icazəsi vardır. Təqsirləndirilən şəxs Texniki Departament Direktorunun Ş-22/047 nömrəli göstərişinə əsasən İV qrupa malikdir. Odur ki, işəburaxan kimi fəaliyyət göstərə bilər. 1 nömrəli 10MVA transformator Təqsirləndirilən şəxs tərəfindən briqadanın işləməsi üçün hazırlandıqdan sonra Təqsirləndirilən şəxs özü tərəfindən indiqator vasitəsilə yoxlanılmış və transformatorda gərginliyin olmadığı müəyyən edilmişdir. Həmin vaxt o və iş icraçısı Şahid8 da orada olmuşdur. Təqsirləndirilən şəxs transformatorda gərginliyin olmadığından əmin olduqdan sonra briqadanı işləmək üçün əraziyə buraxmışdır. O, 1 nömrəli 10 MVA transformatordan gərginliyin alınması, 10 KV-luq şin və eleqaz açarlarının açılmasını, 35 KV-luq eleqaz açarının və şin ayırıcısının açıq olmasını, 1 nömrəli 10 MVA transformatorun hər iki tərəfdən torpaqlama qoyulmasını yoxlamışdır. Bundan başqa açılma olan qurğularda təhlükəsizlik plakatları asılmış, həmçinin Təqsirləndirilən şəxs tərəfindən inqidator vasitəsilə 1 nömrəli 10MVA transformatorda gərginlik olub-olmasını yoxlanılmışdır. Hadisə zamanı iş icraçısı Şahid8 yarımstansiyanın ərazi hüdudlarında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, evlidir, 2 övladı vardır. 2016-cı ildən X12 elektrik montyoru vəzifəsində işləyir. 16 dekabr 2022-ci il tarixdə 20 nömrəli naryad vərəqinə əsasən Ağdaş şəhəri 35\10 KV-luq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir işləri aparılmalı idi. Naryad-buraxılış vərəqəsinə əsasən iş rəhbəri Şahid1, iş icraçısı Şahid8, növbətçi montyor Təqsirləndirilən şəxs, briqada üzvləri isə onunla birlikdə Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid7, Şahid3 olmuşdur. 16 dekabr 2022-ci il tarixdə, nahardan sonra təxminən saat 15:00 radələrində iş rəhbəri Şahid1 göstərişi ilə Ağdaş şəhəri 35\10 KV-luq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir və təmizlik işləri aparılmağa başlanılmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs tərəfindən transformatorlar xətdən ayrılmış və transformatorlara elektrik enerjisinin verilməsi dayandırılmışdır. Şakir yarımstansiyanın binasında transformatorlara elektrik enerjisinin verilməsini dayandırarkən onun yanında iş rəhbəri Şahid1 olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs transofmatorun üzərinə çıxaraq indiqator vasitəsilə 1 nömrəli transformatora elektrik cərəyanının gəlib-gəlməməsini yoxlamışdır. Həmin vaxt o və briqadanın digər üzvləri transformatorun mühafizə çəpərindən kənarda dayanmışdır. Elman Səfəov və Şahid1 transformatorun yanında olmuşdur. Transformatora elektrik cərəyanının gəlmədiyinə əmin olduqdan sonra briqada üzvləri olan elektrik mantyorları Şahid4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şahid8 göstərişi ilə 01 nömrəli transformatorda işə başlamaq üçün onun üzərinə qalxmış, şin və izolyatorları təmizləməyə başlamışdır. Digər 3 nəfər isə, o, Şahid3 və Şahid7 1 nömrəli transformatorun çəpərindən içəri tərəfdə olan xəzəlləri və transformatorun gövdəsinə düşmüş toz və yağ damcılarını silib təmizləyirmiş. İşə başladıqdan təxminən 8-10 dəqiqə sonra 1 nömrəli transformatorda qısaqapanma baş vermiş və transformatorun üzərində işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 elektrik cərəyanı vurmuşdur. Hadisə zamanı Şahid4 özünü transformatordan aşağı atmışdır. Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmiş, Zərərçəkmiş şəxs2 isə Ağdaş RMX-yə çatdırılmışdır. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yarımstansiyanın binasına gedərək orada səhvən 1 nömrəli transformatora elektrik cərəyanı vermiş və nəticədə bu cür hadisə baş vermişdir. Lakin yarımstansiyanın binasında hansı əməliyyatları, hansı ardıcıllıqla həyata keçirməsi barədə məlumatı olmamışdır. Hadisə baş verərkən 1-ci transofrmatorun üzərində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Şahid4, elektrik yarımstansiyasının həyətində o və briqadanın digər üzvləri Şahid7, Şahid3 transformatorun çəpərindən içəridə olmuşdur. Transformatorlarda təmizlik və texniki qulluq işləri transformatorda olan nasazlıqdan, təmizlik və texniki qulluq vəziyyətindən asılı olaraq aparılır. Transformatorda təmizlik və texniki qulluq işləri baş mühəndis Şahid1 göstərişi əsasında aparılmışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və digər işçilər "xxxx" ASC-yə məxsus geyim vasitələrində olmuş, lakin həmin geyimlərin üzərindən adi geyim geyinmişlər. Onların əlində rezin əlcək olmuş, lakin həmin əlcəklər elektrik cərəyanı keçirməyən əlcəklər olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid4la hər hansı düşmənliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxsin 1-ci transformatora elektrik enerjisini hansı məqsədlə verməsini bilməmişdir. Təqsirləndirilən şəxs əməliyyatı icra edərkən hər hansı bir şəxsə məlumat verib-vermədiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid7, Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2016-cı ilin yanvar ayından Mərkəzi Aran RETSİ-nin RDX-nin dispetçeri vəzifəsində işləyir. 16 dekabr 2022-ci il tarixdə saat 08:00-dan 20:00-dək növbətçi o olmuşdur. Saat 15:32 Mərkəzi Aran RETSİ-nin Texniki direktoru Elburs Əliyev ona Ağdaş rayonunda yerləşən 35/10 KV-luq Ağdaş rayımstansiyasında hadisənin baş verdiyini, 2 əməkdaşın gərginliyə düşdüyü bildirmiş və ondan dərhal hadisə ilə maraqlanmağını söyləmişdir. O, növbətçi montyor Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs 35 KV-luq Ağdaş yarımstansiyasında əməliyyat apardığını, bu zaman hadisənin baş verdiyini, 2 nəfər əməkdaşın transformatorda gərginliyə düşdüyünü bildirmişdir. O, Şakirdən niyə heç bir məlumat vermədən əməliyyat apardığını, əməliyyat aparmaq üçün kimdən icazə aldığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs hadisənin şokunda olmuş və onun suallarına dəqiq cavab verə bilməmişdir. O, Təqsirləndirilən şəxs suallara cavab verə bilmədiyini gördükdə onunla telefon danışığı yekunlaşdırmış və dərhal aidiyyəti üzrə Mərkəzi Dispetçer Xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs 35/10 KV-luq Ağdaş yarımstansiyasında əməliyyat aparacağı barədə ona heç bir məlumat verməmişdir. Hadisə barədə onun 15:32 məlumatı olmuşdur. 16 dekabr 2022-ci il tarixdə 35 KV-luq Ağdaş yarımstansiyasında digər əməliyyat həyata keçirilmiş və bununla bağlı Təqsirləndirilən şəxs məlumat vermişdir. Lakin, 35 KV-luq Ağdaş rayon stansiyasının həyətində yerləşən 1 nömrəli 10 MVA transofrmator üzərində təmizlik işləri aparması ilə bağlı ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, evlidir, 2015-ci ildən X10 aparıcı mühəndisi vəzifəsində işləyir. 16 dekabr 2022-ci il tarixdə Ağdaş şəhəri 35\10 KV-luq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir işləri aparılmalı olmuşdur. O, cari təmir və təmizlik işlərinin aparılması üçün 20 nömrəli naryad buraxılışı iş icraçısı Şahid8 təqdim etmiş, naryad buraxılış təqdim edən zaman Elman Səfətovu təlimatlandırmışdır. Həmin 20 nömrəli naryada əsasən iş saat 15:00 radələrində başlamışdır. O, naryad buraxılışı Şahid8 təqdim etdikdən sonra şəxsi işləri ilə əlaqədar rəhbərlikdən icazə alıb işdən ayrılmışdır. 20 nömrəli naryad buraxılışa əsasən o, naryad verən şəxs olmuşdur. Onun vəzifəsi naryad-buraxılışı iş icraçısına təqdim etməkdən ibarət olmuşdur. Hadisə barədə o, Şahid1 məlumat almış, hadisənin baş vermə mexanizmi haqqında heç bir məlumat olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/8453 saylı ekspertizası rəyindən görünür ki, 20 nömrəli naryad-buraxılışa əsasən transformatorda təmir işlərinin aparılmasına “buraxılış verən” təyin edilmiş Təqsirləndirilən şəxs tərəfindən idarəçiliyində olan avadanlığın qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmaması müəyyən edilmədən, işçilərin işlədiyi 1 nömrəli 10 MVA transformatora gərginlik verməsi baş vermiş hadisənin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 2.1.8-ci bəndinin tələbləri pozulmuşdur. Ağdaş EŞ-in Ağdaş şəhəri 35/10 kV-luq elektrik yarımstansiyasının növbətçi elektrik montyoru vəzifəsində işləyən, 20 nömrəli naryad-buraxılışa əsasən transformatorda təmir işlərinin aparılmasına “buraxılış verən” təyin edilmiş Təqsirləndirilən şəxs idarəçiliyində olan avadanlığın qoşulmasının təhlükəsiz həyata keçirilməsinin mümkün olub-olmamasını müəyyən etmədən, işçilərin işlədiyini 1 nömrəli 10 MVA transformatora gərginlik verdiyinə görə, onun tərəfindən “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 2.1.8-ci bəndinin tələbləri pozulmuşdur. Hadisənin baş verməsinin səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Etibar oğlu tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və təlimatların pozulması halı müəyyən edilmir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş 16 dekabr 2022-ci il tarixli, 20 saylı X10 “Naryad-Buraxılış” vərəqindən görünür ki, Ağdaş şəhəri 35/10 KV-luq elektrik yarımstansiyasının 1 nömrəli, 10 MVA transformatorunda cari təmir işləri aparılmalı olmuşdur. Naryad-buraxılış vərəqəsinə əsasən iş rəhbəri Şahid1, iş icraçısı Şahid8, yarımstansiyanın növbətçi montyor Təqsirləndirilən şəxs, briqada üzvləri isə Şahid4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid7, Şahid3 olmuşdur. 16 dekabr 2022-ci il tarixdə, 15:00 radələrində iş icarçısı Şahid8 naryadı Təqsirləndirilən şəxs təqdim etmişdir. İşin materiallarında olan 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs1 arvadı X4 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi Birliyinin 16 dekabr 2022-ci il tarixli, 36 saylı meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində aşkar olunan xəsarətlər boynun ön nahiyəsinin döş qəfəsinin ön nahiyəsinin, sol saidin, aşağı 1/3-nin sol əlin, sağ saidin aşağı 1/3-nin sağ əlin, sol budun iç səthinin sol diz oynağının iç səthinin, sağ baldırın arxa 1/3-nün, sağ ayağın alt səthinin, sol ayağın alt səthinin sol iç topuq nahiyəsinin İİ, İİİ, İV dərəcəli yanıqları yüksək gərginlikli texniki elektrikləzədələnmə nəticəsində törənmiş, törənmə meddətləri xx.xx.2022-ci il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb texniki elektriklə zədələnmə, elektrik vurma olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü meyitin müayinəsindən ən azı 1, ən çoxu 3 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs1 meyitində olan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə elektrik cərəyanı vurması nəticəsində əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan nümunəsində etil spirti aşkar olunmadı.(Məhkəməkimyəvi müayinə aktı xx.xx.2023-cü il tarixli 157/K saylı). İşin materiallarında olan 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs2 arvadı X8 zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi Birliyinin 25 dekabr 2022-ci il tarixli, 156 saylı meyitin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Etibar oğlunun meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər: sol baldırın 1/3-nün, sol ayaq aşıq baldır oynağı səviyyəsində postrvamatik amputasiya ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol və sağ yarısının, sağ çiyin qurşağının ön səthinin, sağ saidin orta 1/3-nin arxa səthinin, sağ budun yuxarı və aşağı 1/3-də diz oynağının ön, bayır və iç səthlərinin, sol diz oynağının ön və bayır səthinin, sol saidin yuxarı və aşağı 1/3-də diz oynağının, ön, bayır və iç səthlərinin sol diz oynağının ön və bayır səthinin, sol saidin yuxarı və 1/3-də ön, iç və arxa səthlərinin, sol budun aşağı 1/3-nin ön səthinin ümumilikdə bədən səthinin 30 faizini təşkil edən İİİ, İV dərəcəli termiki yanıq yaraları yüksək hərarətin (alovun) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə əmələ gələrdi, alının sağ yarısının tüksüz hissəsinin və sifətin sağ yarısının, sağ çiyin qurşağının ön səthinin, sağ qalça tinin sıyrıqları, sağ təpə nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qeyd edilən xəsarətlər həyatıdır, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gəlmişdir, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs2 Etibar oğlunun almış olduğu yanıq xəsarətlərin nəticəsində inkişaf etmiş septiki şok və orqanizmin ümumi intoksikiyası olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə 12:45-də “EGE” hospitalda baş vermişdir, hansı ki, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən inkar edilmir. Mərhum Zərərçəkmiş şəxs2 Etibar oğlunun adına tərtib edilmiş xəstəlik tarixlərində sərxoşluğu barədə heç bir qeydiyyat aparılmamışdır. Mərhum Zərərçəkmiş şəxs2 Etibar oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicə aldığından, ona bu müddətdə vena daxili çoxlu miqdarda dərman preparatları köçürüldüyündən onun qanında etil spirtinin və narkotik maddələri təyin etmək mümkün deyildir. İşin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 (yüz) manat müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs1 arvadı X1 təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs2 arvadı X5 təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsindən verilmiş 25 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsindən verilmiş 25 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospekti 76/17 ünvanında yaşamaqla, ailə tərkibi 1961-ci il təvəllüdlü X3 və 2001-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və ekspertizalarının rəyləri və digər iş materialları ilə onun səhlənkarlıq, yəni işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməklə, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsinə əsasən bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini, ona qarşı şikayətin və tələbin olmamasını, yaşını, ilk dəfə və ehtiyatsızlıqdan cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər, maddi və texniki-təhlükəsizlik sahəsində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq onun dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər, maddi və texniki-təhlükəsizlik sahəsində məsul vəzifə tutmasını qeyri-mümkün hesab edir. Belə olan halda isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza qismində müəyyən vəzifə tutma hüququndan məhrum edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər, maddi və texniki-təhlükəsizlik sahəsində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-51/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-51/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver