Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-51/2024 06.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 01 avqust 1999-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Azadlıq küçəsi-8 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün, xeyli miqdarda, yəni 5,91 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, Nizami küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 20:02-dən 20:22-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,91 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 yanvar 2024-cü il tarixdə təxminən saat 21 radələrində Ağdaş şəhəri, “Ləki dörd yolu” adlanan ərazidə olan zaman kolluq sahədən yerdən 01 ədəd kibrit qutusu tapdığını, kibrit qutusunu açıb içinə baxmış, əvvəllər də, narkotik vasitələrdən istifadə etdiyi üçün kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə olan “nəşə” olmasını anlamış, istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 19:20-də Ağdaş şəhəri, Nizami küçəsində olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləyib, onu Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi söylənilmiş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən, mobil telefonu, alışqanı və kibrit qutusunu, həmin gödəkcənin sol yan cibindən, 01 ədəd siqaret qutusunu, 02 ədəd açarı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd "xxxx" ASC-yə aid özünün adına olan plastik bank kartlarını təqdim etmiş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən xüsusi iyə malik olan narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsi aşkar olunmuş, bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç bir əşya aşkar olunmamış, üzərindən aşkar olunan əşyalardan mobil telefon istisna olmaqla digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, həmin kibrit qutusunun içərisində narkotik vasitə olan “nəşə” olmasını təkrar söyləmiş, ilkin olaraq 01 ədəd kibrit qutusu açılmış, baxış zamanı içərisində xüsusi iyə malik, yaşıl rəngli, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuş, kibrit qutusunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu kibrit qutusunun təxmini çəkisinin 9,05 qram olması müəyyən edilmiş, 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf müdafiəçi və şahidlər tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmişdir. Sonra üzərindən aşkar olunmuş mobil telefonda 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, videoçəkiliş sonlandırılmışdır. Hazırda əməlindən peşmandır, ilk dəfədir ki cinayət törədir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Beləki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Ağdaş şəhəri, Azadlıq küçəsi 8-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmış, xx.xx.2024-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, Nizami küçəsində Ümidi saxlamışlar, özlərini təqdim edərək Ümidə üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olduğunu demişlər və Ümidi RPŞ-yə dəvət etmişlər. Ümid onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmiş, həmçinin ona dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulmuş, bundan sonra onun üzərində RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmış, şəxsi axtarışa başlamazdan əvvəl, təhqiqatçı tərəfindən Ümidə hüquq və vəzifələri izah olunmuş, həmin vaxt Ümid əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən, mobil telefonu, alışqanı və kibrit qutusunu, həmin gödəkçənin sol yan cibindən, 01 ədəd siqaret qutusunu, 02 ədəd açarı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd "xxxx" ASC-yə məxsus özünün adına olan plastik bank kartlarını təqdim etmiş, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisindən xüsusi iyə malik olan narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsi aşkar olunmuşdur. Bundan sonra Ümidin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən heç bir əşya aşkar olunmamış, Ümidin üzərindən aşkar olunan əşyalardan mobil telefon və kibrit qutusu istisna olmaqla digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özümə qaytarılmış, 01 ədəd kibrit qutusu açılmış, baxış zamanı içərisində xüsusi iyə malik, yaşıl rəngli, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuş, kibrit qutusunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu kibrit qutusunun təxmini çəkisi 9,05 qram olması müəyyən edilmiş, 01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı söylənilmış, sonra üzərindən aşkar olunmuş mobil telefon da 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, videoçəkiliş sonlandırılmış, protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 06 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Ümid üzərində narkotik vasitə “nəşə” olduğunu söyləmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən, mobil telefonu, alışqanı və kibrit qutusunu, əynində olan qara rəngli gödəkcənin sol yan cibindən, 01 ədəd siqaret qutusunu, 02 ədəd açarı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd "xxxx" ASC-yə aid plastik bank kartlarını təqdim etmiş, bundan sonra üzərində polis əməkdaşı axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamış, kibrit qutusunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin olduğu kibrit qutusunun təxmini çəkisinin 9,05 qram olması müəyyən edilmiş,01 ədəd kibrit qutusu 01 ədəd zərfə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, ekspertizaya təqdim olunacağı bildirilmiş, 01 ədəd mobil telefon 01 ədəd zərfə qablaşdırılmış, zərf iştirakçılar tərəfindən imzalanmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, digər əşyalar özünə qaytarılmış, sorğu-sual aparılmış, şəxsi axtarış Samsung markalı kameradan istifadə olunmaqla həyata keçirilmiş, çəkiliş barədə iştirakçılar xəbərdar edilmiş, çəkiliş lenti 01 ədəd “DVD” markalı diskdə protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/19 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi-5,91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəsətəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-22/2-113/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat sorğu kartatekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 24 yanvar 2024-cü il tarixli 07 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 24 yanvar 2024-cü il tarixli 04/v nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X4 və atası X3 ibarətdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan və “Qətimkan tədbiri seçilməsi və Müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 06 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqdavə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 1 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerinisaat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 5,86 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerinisaat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmişcəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 5,86 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aparılmış video çəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-51/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-51/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver