Məhkəmə qərarları › İş №1(014)-51/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-51/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-51/2025 30.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1973-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 47-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 259,81 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 05 may 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbirstanlığında saxlanılaraq həmin tarixdə saat 11:07-dən 11:16-dək üstü yoxlanılan zaman, əynində olan qırmızı rəngli uzunqol gödəkcənin arxa iç hissəsindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 259,81 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, o, təxminən 3-4 ildir narkotik vasitədən istifadə edir. Əvvəllər buna görə məhkum olunmuşdur. Təxminən iki-üç gün bundan əvvəl su doldurmaq üçün Ağdaş şəhəri 20 Yanvar küçəsində yerləşən Məşəd qəbirstanlığına getmişdir. Qəbirstanlıqdan çıxan zaman yerdə, kolluqların arasında sellofan bağlama olmasını görmüşdür. Ətrafda kiminsə olmadığını gördükdən sonra yerdən həmin sellofan bağlamanı götürmüşdür. İçərisini açan zaman bağlamanın içərisində narkotik vasitə olmasını görmüşdür. Daha sonra istifadə etmək üçün Məşəd qəbirstanlığında gizlətmişdir. Bundan sonra 05 may 2025-ci il tarixdə yenidən Məşəd qəbirstanlığına gedərək narkotik vasitəni əynində olan qırmızı rəngli uzunqol gödəkcənin arxa iç hissəsinə qoymuşdur. Saat təxminən 11 radələrində yaşadığı evə aparmaq istəyən zaman polis əməkdaşları onu Məşəd qəbirstanlığında saxlayaraq qanunsuz olaraq narkotik vasitəni üzərində saxlayaraq daşımasında şübhəli olduğunu, buna görə də üstünün yoxlanılacağını bildirilmişlər. Həmçinin müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələrim barədə bildiriş verilmişdir. Daha sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı əynində olan qırmızı rəngli uzunqol gödəkcənin arxa iç hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bağlama, əynimnə olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd alışqan aşkarlanmışdır. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 297 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 01(bir) ədəd alışqan ona geri qaytarılmışdır. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs və iştirakçılar ərəfindən imzalanaraq götürülmüşdür. Ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 2-3 gün öncə Ağdaş şəhərində yerləşən Məşəd qəbristanlıqdan tapdığını, daha sonra istifadə etmək üçün orada gizlətdiyini, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, eləcə də satmadığını, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını, evinə istifadə etmək üçün aparmaq istədiyini bildirmişdir. Bundan sonra o polis şöbəsinə aparılmışdır. Polis şöbəsində üstünün yoxlanılması barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokola imza etmişdir. Sonra ona müdafiəçi təyin olunmuşdur. Bundan sonra üstünü yoxlayan polis əməkdaşı tərtib etdiyi protokolu, üstünün yoxlanılması zamanı qeydə alınmış videogörüntü olan diski və üstündən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləsini təhqiqatçıya təqdim etmişdir. Bundan sonra hər hansı bir etirazının olub-olmaması soruşulmuş, o da heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra üstündən aşkar edilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlamanın qablaşdırıldığı 01 ədəd kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. O sellofan bağlamada olan narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni təxminən iki-üç gün bundan əvvəl Ağdaş şəhəri Məşəd qəbirstanlığından tapdığnı və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Ağdaş RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində axlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün, yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında 05 may 2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə, saat 11:07-də Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbristanlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan qırmızı rəngli uzunqol gödəkcənin arxa iç hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan bağlama, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd alışqan aşkarlanmışdır. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 297 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 01(bir) ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 2-3 gün öncə Ağdaş şəhərində yerləşən Məşəd qəbristanlıqdan tapdığını, daha sonra istifadə etmək üçün orada gizlətdiyini, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, eləcə də satmadığını, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını, evinə istifadə etmək üçün aparmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparılmışdır. Ona müdafiəçi təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə saat 11:07-dan saat 11:16-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlamanın qablaşdırıldığı 01 ədəd kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bağlamada olan narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitəni təxminən iki-üç gün bundan əvvəl Ağdaş şəhəri Məşəd qəbirstanlığından tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Bundan sonra video görüntüdən ibarət 1 ədəd DVD diskə baxış keçirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd siqaret qutusunu və əlində saxladığı bildiriş vərəqini təqdim etmişdir. Siqaret qutusu açılmış və içərisində siqaret dənələrinin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun üzərində şəxsi axtarış aparılmış, üzərindən hər hansı əşya aşkar olunmamışdır. Daha sonra bildiriş və siqaret qutusu geri qaytarılmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 05 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Ağdaş RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində axlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs üstünün, yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında 05 may 2025-ci tarixli qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə, saat 11:07-də Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən Məşəd qəbristanlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində olan qırmızı rəngli uzunqol gödəkcənin arxa iç hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd alışqan aşkarlanmışdır. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 297 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 01(bir) ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni 2-3 gün öncə Ağdaş şəhərində yerləşən Məşəd qəbristanlıqdan tapdığını, daha sonra istifadə etmək üçün orada gizlətdiyini, bu barədə heç kimə məlumat vermədiyini, həmin narkotik vasitədən heç kimə pay vermədiyini, eləcə də satmadığını, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxladığını, evinə istifadə etmək üçün aparmaq istədiyini bildirmişdir. İş materiallarında olan 05 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsinin videoçəkilişlə aparılmasına şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı bir etirazının olubolmaması soruşulmuş, sonuncu heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə saat 11:07-dan saat 11:16-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlamanın qablaşdırıldığı 01 ədəd kağız zərf təkrar açılaraq baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, sellofan bağlamada olan narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitəni təxminən iki-üç gün bundan əvvəl Ağdaş şəhəri Məşəd qəbirstanlığından tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Ona qarşı heç bir fiziki zorakılıq olmamışdır. Video görüntüdən ibarət 1 ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindəki qırmızı rəngli koftanın arxa içəri hissəsində saxladığı 01 ədəd sellofan bağlamadakı narkotik vasitəyə bənzər bitki kütləsini təqdim etmişdir. Sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 297 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və əməliyyat müvəkkili tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxsun üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd alışqan aşkarlanmışdır. Polis əməkdaşı həmin bitki kütləsinin nə olduğunu və hardan tapdığını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni iki-üç gün bundan əvvəl Ağdaş şəhəri Məşəd Qəbirstanlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin bitki kütləsindən heç kimə pay vermədiyini, eləcə də satmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 may 2025-ci il tarixli 17/324 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada, təmiz çəkisi – 259,81 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 may 2025-ci il tarixli 856 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 16 may 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX publik hüquqi şəxsin poliklinika şöbəsində “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, 1) Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 30 mart 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqından 20 % pul tutulmaqla 2 (iki) il müddətə islah cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli qərarına əsasən cəzadən azad edilmişdir. 2) Ağdaş Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəlləsinin 69.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 3) Ağdaş Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası azaldılaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 5) Ağdaş Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 oktyabr 2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə saat 11:07-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X3, övladları X8 və X6 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-Ə-1104/2025 nömrəli 20 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X4 ailə tərkibi əri xx xxxx 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs, övladı 19 may 1998-ci il təvəllüdlü X9, gəlini 17 avqust 1998-ci il təvəllüdlü X7 və nəvəsi 12 sentyabr 2022-ci il təvəllüdlü X5 ibarətdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdırılan hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 05 may 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 259.76 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 187 (yüz səksən yeddi) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 05 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 259.76 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 187 (yüz səksən yeddi) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar