Məhkəmə qərarları › İş №1(014)-52/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-52/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-52/2021 26.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X9 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər– Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs oğlunun Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, B.Vahabzadə küçəsi ev 24-də qeydiyyatda olan və Ağdaş şəhəri, Ə.Bayramov küçəsi 24-də yaşayan, barəsində 02.03.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 may 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 22.09.2020-ci il tarixdə saat 11:30 radələrində anası xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus Ağdaş şəhəri Ə.Bayramov küçəsi 24-də yerləşən fərdi yaşayış evini həmin evdə yaşayan xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 istifadəsində olan şüşəbənddən kağız parçası ilə qəsdən yandırmaqla Zərərçəkmiş şəxs2 məxsus 8400 manat dəyərində fərdi yaşayış evini, 02 ədəd hər biri 2.00 manat olmaqla cəmi 4.00 manat dəyərində işlənmiş balınc üzü, 02 ədəd hər biri 4.00 manat olmaqla cəmi 8.00 manat dəyərində işlənmiş yorğan üzü, 02 ədəd hər biri 4.00 manat olmaqla cəmi 8.00 manat dəyərində işlənmiş döşək üzü, 02 ədəd hər biri 4.00 manat olmaqla cəmi 8.00 dəyərində işlənmiş balınc, 02 ədəd hər biri 10.00 manat olmaqla cəmi 20.00 manat dəyərində işlənmiş yorğan, 02 ədəd hər biri 10.00 manat olmaqla cəmi 20.00 manat dəyərində işlənmiş döşək, 110 AZN nəğd pul əskinasları və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 400,00 manat dəyərində 108 ekran Ortel markalı işlənmiş televizor, 01 ədəd 250,00 manat dəyərində Samsung markalı 2 qapılı işlənmiş soyuducu, 01 ədəd 150,00 manat dəyərində EUROLUX markalı işlənmiş qaz sobası, 01 ədəd 10 manat dəyərində Leistz markalı işlənmiş divar saatı, 01 ədəd 30,00 manat dəyərində Eoruolux markalı işlənmiş krosnu aparatı, 01 ədəd 30,00 manat dəyətində işlənmiş Sony markalı DVD, 01 ədəd 80,00 manat dəyərində Tefal FV5735 markalı təzə ütü, 01 ədəd 200,00 manat dəyərində Volf markalı təzə tok samovar, 01 ədəd 50,00 manat dəyərində gümüşü rəngli təzə sini dəsti, 12 ədəd hər biri 4 manat olmaqla cəmi 48,00 manat dəyərində Tom markalı təzə büllur stəkan, 50 ədəd hər biri 1 manat olmaqla cəmi 50,00 manat dəyərində təzə armudu stəkan nəlbəki dəsti, 01 ədəd 20,00 manat dəyərində Perilla markalı işlənmiş ütü masası, 08 ədəd hər biri 15 manat olmaqla cəmi 120,00 manat dəyərində Tekstil markalı təzə hamam dəsmalı, 15 ədəd hər biri 6 manat olmaqla cəmi 90,00 manat dəyərində Tekstil markalı təzə əl-üz dəsmalı, 01 ədəd 300 manat dəyərində Madeyra markalı işlənmiş mebelni stol, 06 ədəd hər biri 50 manat olmaqla cəmi 300 manat dəyərində Madeyra markalı işlənmiş mebelni stul, 01 ədəd 600 manat dəyərində Embawod markalı işlənmiş mebel divan və 02 ədəd kreslo dəsti, 01 ədəd 50 manat dəyərində Çılçıraq Y-005 markalı işlənmiş listur, 01 ədəd 350 manat dəyərində Acer markalı işlənmiş notebook, 01 ədəd 100 manat dəyərində BOSH markalı işlənmiş ətçəkən maşın, 01 ədəd 100 manat dəyərində Tefal markalı təzə sokçəkən maşın, 01 ədəd 50 manat dəyərində Tefal markalı təzə elektrik çaydanı, 01 ədəd 120 manat dəyərində Matara markalı təzə tokla işləyən termos, 02 ədəd hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində Shosman markalı təzə boşqab dəsti, 01 ədəd 150 manat dəyərində Solingen markalı təzə qaşıq-çəngəl sandığı, 02 ədəd hər biri 50 manat olmaqla cəmi 100 manata dəyərində Emsan markalı təzə qaşıq çəngəl dəsti, 03 ədəd hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində Röndell markalı təzə çaydan, 04 ədəd hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində Röndell markalı təzə çaynik, 40 ədəd hər biri 2 manat olmaqla cəmi 80 manat dəyərində təzə Villur stəkan, 01 ədəd 250 manat dəyərində Enigma markalı işlənmiş uşaq beşiyi, 01 ədəd 1000 manat dəyərində Modern markalı işlənmiş ağ parlaq mebel yataq dəsti, 01 ədəd 70 manat dəyərində Embawod markalı təzə dekorativ sandıq, 01 ədəd 30 manat dəyərində plastik işlənmiş Çin paltar şkafı, 06 ədəd hər biri 20 manat olmaqla cəmi 120 manat dəyərində Bowls markalı təzə büllur qənd qabı, 01 ədəd 180 manat dəyərində Bio Granite keramika adlanan təzə qazan dəsti (içərisində 05 ədəd), 01 ədəd 150 manat dəyərində Tefal markalı təzə qazan dəsti (içərisində 6 ədəd), 01 ədəd 100 manat dəyərində Bonera markalı təzə tuj qazan dəsti (içərisində 5 ədəd), 01 ədəd 60 manat dəyərində Bosh markalı təzə blender, 01 ədəd 60 manat dəyərində Bosh markalı təzə mikser, 04 ədəd hər biri 180 manat olmaqla cəmi 720 manat dəyərində Merinos markalı təzə xalça, 01 ədəd 100 manat dəyərində Milano markalı işlənmiş xalça, 04 ədəd hər biri 40 manat olmaqla cəmi 160 manat dəyərində Karaca granit markalı təzə fincan dəsti, 02 ədəd hər biri 200 manat olmaqla cəmi 400 manat dəyərində təzə Atlas yataq örtüyü dəsti (pakrival), 03 ədəd hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində təzə yun(Boxvu) ədyal, 08 ədəd hər biri 50 manat olmaqla cəmi 400 manat dəyərində Versage markalı taxt üçün təzə çexol dəsti, 08 ədəd hər biri 35 manat olmaqla cəmi 280 manat dəyərində Versage markalı tək adamlıq təzə çexol dəsti, 02 ədəd hər biri 60 manat olmaqla cəmi 120 manat dəyərində Versage markalı təzə slikon yataq dəsti təzə, 12 ədəd hər biri 2 manat olmaqla cəmi 24 manat dəyərində Konfer markalı təzə büllur mürəbbə qabları, 10 ədəd hər biri 10 manat olmaqla cəmi 100 manat dəyərində Hobby markalı təzə büllur meyvə qabları, 01 ədəd 40 manat dəyərində Zepter markalı təzə bıçaq dəsti, 01 ədəd 6 manat dəyərində Nozitazen Opera markalı dəst, qulplu təzə armudu stəkan, 01 ədəd 50 manat dəyərində Muose markalı uşaq üçün təzə qış gödəkçəsi, 01 ədəd 35 manat dəyərində Sports markalı uşaq üçün təzə idman dəsti, 06 ədəd hər biri 35 manat olmaqla cəmi 210 manat dəyərində Brus markalı təzə süfrə, 02 ədəd hər biri 35 manat olmaqla cəmi 70 manat dəyərində Pors Elvan markalı təzə şirniyyat qabları, 12 ədəd hər biri 0,50 qəpik olmaqla cəmi 6 manat dəyərində Lubiana markalı təzə duz qabları, 18 ədəd hər biri 0,50 qəpik olmaqla cəmi 9 manat dəyərində Glasver jet markalı təzə araq stəkanları, 02 ədəd hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində Bogemo markalı təzə büllur güldan, 01 ədəd 150 manat dəyərində uşaq üçün 583 əyyarlı işlənmiş qızıl qolbaq, 900 AZN nağd pul əskinaslarını ümumilikdə 10173 manat dəyərində, Zərərçəkmiş şəxs2 isə cəmi 8578 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs1 məxsus AE208000 nömrəli sürücülük vəsiqəsini və VAZ 2109 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə aid AC919863 nömrəli qeydiyyat şəhadətnaməsi olan rəsmi sənədləri məhv etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 2012-ci il tarixdə Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək 2016-cı ilin fevral ayının birində azadlığa çıxdığını, atasının 2016-cı ildə öldüyünü, anası Zərərçəkmiş şəxs2 və qardaşı Firidun Məmmədov ilə birlikdə yaşadığını, ümumiyyətlə ailədə iki qardaş olduqlarını, yaşadıqları evin birmərtəbəli olduğunu, köhnə evlərdən olduğunu, bir damın altında iki ev olduğunu, həm evin bir hissəsində bibisioğlu Feruzun yaşadığını, bir hissəsində isə özlərinin yaşadıqlarını, hər iki ev anasına məxsus olduğunu, lakin evin bir hissəsininin yuxarıda qeyd etdiyi kimi Feruza müvəqqəti yaşamağa verdiklərini özünün də Feruzun həmin evdə yaşamamasına görə və Feruzun həmin evdən çıxıb getməsi üçün anasına öz narazılığını bildirdiyini, dəfələrlə Feruza deməyinə baxmayaraq Feruzun həmin evdən çıxıb getmədiyini, 22.09.2020-ci il tarixdə Feruzun evdə olmadığını, anasının isə tək özününü evdə olduğunu, Feruzun qaldığı həmin otağın şüşəbənd hissəsinə girdiyini, onun biri iki əşyalarının olduğunu və onlara baxdığını, həmin vaxt kağız parçasına od vurub evdə yerə sərilmiş vəziyyətdə olan xalçanın altına tulladığını və evdən çıxdığını, bundan sonra şəhərə getdiyini, təxminən 1 saat sonra yanğınsöndürənlərin onun yaşadığı küçəyə getdiklərini eşitdiyini, dərhal evə gəldiyini və evə gələn zaman yaşadıqları evin tamamilə yandığını gördüyünü, həmin vaxt anasının DİN-nin 102 xidmətinə zəng edib evin yanması barədə məlumat verdiyini bildiyini, sonra da özü PŞ-nə gəldiyini, anası Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zəng edərək onu döyməyini və evi yandırması barədə məlumat verməsi barədə evi özü yandırdığını, etdiyi əməldəndə peşman olduğunu, həmçinin anasını döymədiyini, aralarında Feruzun evdən çıxmamağının üstündə mübahisə olduğunu, həmin evin qiymətinin təxminən 7-8 min manat olduğunu, içərisindəki əşyaların isə təxminən 1000 manat olduğunu, Feruzun yaşadığı tərəfdən evi yandıran zaman anası Gülzadə Mahmudva və Zərərçəkmiş şəxs1 əmlakını yanacağını bildiyini, Feruzun yaşadığı evin şüşəbənd hissəsindən evi yandıracağından evin tamamilə yana biləcəyini, həmin zaman əsəbi olduğunu və ona görə bu hərəkəti etdiyini, evi yandırmamışdan qabaq Feruzun ailəsi ilə birgə edə olmadığını bildiyini, anası və qardaşınında evdə olmadığını, anasının küçədə qapının yanında olduğunu bildiyini, əgər evdə kiminsə oldğunu bilsəydi evi yandırmayacağını göstərmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs onun dayısı oğlu olduğunu, 29.10.2017-ci il tarixdə Ağdaş rayon Mürsəl kəndində yaşayan Şahid1 ilə ailə qurduğunu, ailə qurduqdan sonra təxminən 1il yarım ikisinin kirayədə yaşadıqlarını, 2019-cu ilin may ayından sonra həmin kirayə yaşadıqları evdən çıxamalı olduqlarını, həmin vaxt gəlinbacısının onlara “gəlin bizim evdə yaşayın” dediyini, həmçinin onların yaşadığı evin iki hissədən ibarət olduğunu, belə olub həmin vaxtda sonra yoldaşı və azyaşlı övladı ilə birlikdə həmin evin bir hissəsində yaşamağa başladıqlarını, digər hissəsində isə Mərhədin, qardaşı və anasının yaşadıqlarını, 22.09.2020-ci il tarixdə səhər radələrində işdə olduğunu, bu zaman onların yaşadıqları həmin evin yandığını eşitdiyini, dərhal həmin yerə getdiyini və bu zaman yaşadıqları evin yandığını və yanğınsöndürənlərin həmin yerə gəldiklərini və yanğını söndürməyə başladıqlarını gördüyünü, onun yaşadığı 1 yataq otağı və 1 şüşəbəndin tamamilə içərisində əşyalar ilə birlikə yandığını, Gülzadənin yaşadığı 1 yataq otağı və 1 şüşəbəndin yalnız yataq otağının üst dam hissəsinin yandığını, həmin yataq otağının üst hissəsinin yanması nəticəsində bəzi əşyaların da yandığını, bəzi əşyalarını isə orada olan şəxslərin evdən çölə çıxardıqlarını, daha sonra da Gülzadənin gedib polisə ərizə ilə müraciət etdiyini, həmin evi Gülzadənin oğlu Mərhədin yandırdığını, həmin zaman yoladaşı Gülnarə və azyaşlı övladının xəstəxanada olduqlarını, səhər işə gedən zaman onlarıda xəstəxanaya orada olan qohumlarını ziyarət etmələri üçün apardığını, yaşadıqları evdə özlərinə məxsus cehiz əşayaları və digər əşyaların olduğunu, yanğın zamanı həmin əşyaların hamısının, yəni 01 ədəd 108 ekran Ortel markalı televizor işlənmiş, təxminən 800 manat dəyərində, 01 ədəd Samsung markalı 2 qapılı soyuducu işlənmiş, təxminən 500 manat dəyərində, 01 EUROLUX markalı qaz sobası işlənmiş, təxminən 400 manat dəyərində, 01 ədəd Madeyra markalı mebelni stol işlənmiş, təxminən 300 manat dəyərində, 06 ədəd Madeyra markalı mebelni stul işlənmiş təxminən hər biri 50 manat dəyərində, 01 ədəd Embawod markalı divan və 02 ədəd kreslo dəsti işlənmiş təxminən 600 manat dəyərində, 01 ədəd Leistz markalı divar saatı işlənmiş təxminən 20 manat dəyərində, 01 ədəd Çılçıraq Y-005 markalı listur işlənimiş təxminən 50 manat, 01 ədəd Acer markalı nodbuk işlənmiş təxminən 350 manat, 01 ədəd Eoruolux markalı krosnu aparatı işlənmiş təxminən 50 manat dəyərində,01 ədəd Sony markalı DVD işlənmiş təxminən 50 manat dəyərində, 01 ədəd BOSH markalı ətçəkən maşın işlənmiş təxminən 100 manat dəyərində, 01 ədəd Tefal markalı sokçəkən maşın təzə təxminən 100 manat dəyərində, 01 ədəd Tefal FV5735 markalı ütü təzə təxminən 90 manat dəyərində, 01 ədəd Tefal markalı elektrik çaydanı təzə təxminən 50 manat dəyərində, 01 ədəd Volf markal tok samovarı təzə təxminən 200 manat dəyərində,01 ədəd Matara markalı tokla işləyən termos təzə təxminən 120 manat dəyərində, 02 ədəd Shosman markalı boşqab dəsti təzə, təxminən hər biri 100 manat dəyərində, 01 ədəd Solingen markalı qaşıq çəngəl sandığı təzə təxminən 150 manat dəyərində, 02 ədəd Emsan markalı qaşıq çəngəl dəsti təzə təxminən hər biri 50 manat dəyərində, 01 ədəd Gümüşü rəngli potnis dəsti təzə təxminən 50 manat dəyərində, 03 ədəd Röndell markalı çaydan təzə təxminən hər biri 25 manat dəyərində, 04 ədəd Röndell markalı çaynik təzə təxminən hər biri 10 manat dəyərində, 12 ədəd Tom markalı xrsutal stəkan təzə hər biri təxminən 4 manat dəyərində, 40 ədəd Villur stəkan təzə hər biri təxminən 2 manat dəyərində, 50 ədəd armudu stəkan nəlbəkisi təzə hər biri təxminən 1 manat dəyərində, 01 ədəd Enigma markalı uşaq beşiyi işlənmiş, təxminən 250 mana dəyərində, 01 ədəd Modern markalı ağ parlaq mebel yataq dəsti işlənmiş təxminən 1000 manat dəyərində, 01 ədəd Embawod markalı dekorativ sandıq təzə təxminən 70 manat dəyərində, 01 ədəd Perilla markalı ütü stolu işlənmiş təxminən 40 manat dəyərində, 01 ədəd plastik Çin paltar şkafı təxminən 30 manat dəyərində, 06 ədəd Bowls markalı büllur qənd qabı təzə təxminən 120 manat dəyərində, 01 ədəd Bio Granite keramika adlanan qazan dəsti (içərisində 05 ədəd) təzə təxminən 180 manat dəyərində, 01 ədəd Tefal markalı qazan dəsti(içərisində 6 ədəd) təzə təxminən 150 manat dəyərində,01 ədəd Bonera markalı tuj qazan dəsti (içərisində 5 ədəd) təzə təxminən 100 manat dəyərində, 01 ədəd Bosh markalı blender təzə təxminən 60 manat dəyərində, 01 ədəd Bosh markalı mikser təzə təxminən 60 manat dəyərində, 04 ədəd Merinos markalı xalça təzə təxminən hər biri 180 manat dəyərdinə, 01 ədəd Milano markalı xalça işlənmiş təxminən 100 manat dəyərində, 04 ədəd Karaca granit markalı fincan dəsti təzə təxminən hər biri 40 manat dəyərində, 02 ədəd Atlas yataq örtüyü dəsti (pakrival) təzə hər biri təxminən 200 manat dəyərində, 03 ədəd yun(Boxvu) ədyal təzə hər biri təxminən 50 dəyərində, 08 ədəd Versage markalı taxt üçün çexol dəsti təzə hər biri təxminən 50 dəyərində, 08 ədəd Versage markalı tək adamlıq çexol dəsti təzə hər biri təxminən 35 manat dəyərində, 02 ədəd Versage markalı slikon yataq dəsti təzə hər biri təxminən 60 manat dəyərində, 08 ədəd Tekstil markalı hamam dəsmalı təzə hər biri təxminən 20 manat dəyərində, 15 ədəd Tekstil markalı əl-üz dəsmalı təzə hər biri təxminən 8 manat dəyərində, 12 ədəd Konfer markalı xrsutal mürəbbə qabları təzə hər biri təxminən 2 manat dəyərində, 10 ədəd Hobby markalı xrsutal meyvə qabları təzə hər biri təxminən 10 manat dəyərində, 01 ədəd Zepter markalı bıçaq dəsti təzə təxminən 40 manat dəyərində, 01 ədəd Nozitazen Opera markalı dəst qulplu armudu stəkan təzə 6 manat dəyərində, 01 ədəd Muose markalı uşaq üçün qış gödəkçəsi təzə təxminən 50 manat dəyərində, 01 ədəd Sports markalı uşaq üçün idman dəsti təzə təxminən 35 manat dəyərində, 06 ədəd Brus markalı süfrə təzə təxminən hər biri 35 manat dəyərində, 02 ədəd Pors Elvan markalı şirniyyat qabları təzə hər biri təxminən 35 manat dəyərində, 12 ədəd Lubiana markalı duz qabları təzə hər biri təxminən 0,50 qəpik dəyərində, 18 ədəd Glasver jet markalı araq stəkanları təzə hər biri təxminən 0,50 qəpik dəyərində, 02 ədəd Bogemo büllur güldan təzə hər biri təxminən 40 manat dəyərində, 01 ədəd uşaq üçün 583 problu qızıl qolbaq işlənmiş təxminən 150 manat dəyərində əşyaların, özünə məxsus sürücülük vəsiqəsinin, özünə məxsus VAZ 2109 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyat şəhadətnaməsinin, özünə məxsus 900 manat nağd pulun, Mərhədin anası Zərərçəkmiş şəxs2 onlarda olan 110 manat nəğd pulun yandığını, ümumilikdə ona 11223 manat maddi ziyan dəydiyini, Mərhət və onun ailəsi ilə aralarında heç bir ədavət və düşmənçilik olmadığını, yanğın baş verən gün səhər saatlarında evdən birlikdə çıxdıqlarını, həmin zaman evdə heç bir elektrik avadanlığının işlək vəziyyətdə olmadığını, yanğın baş verən vaxtı da onlardan tərəfdən evdə heç kimin olmadığını, yanğının ilkin olaraq onlar tərəfdən olduğunu, yəni Mərhədin onun yaşadığı evin şüşəbənd hissəsindən kağız parçasına od vurub xalçanın altına ataraq evi yandırdığını, həmin evin qohumu Gülzadəyə məxsus olduğunu, Mərhədin onun yaşadığı evin şüşəbənd olan hissədən qapı tərəfdən içəriyə daxil olaraq, alışqanla kağız parçasını yandırıb, evin giriş qapısında polun üzərində olan xalçanı yandırdığını, həmin zaman da yanğın baş verdiyini göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində mərhum ərinin 1986-cı il tarixdə ailə qurduğunu, birgə nigahdan 2 oğlan övladlarının olduğunu, ailə qurduqdan sonra yoldaşının ata məhləsində yaşadıqlarını, qaynanasının təxminən 10 il olar ki rəhmətə getdiyini, həmin evin iki hissəyə bölündüyünü, yarı hissəsində bacısının kürəkəni, həmçinin də qaynının oğlu Zərərçəkmiş şəxs1 həyat yoldaşı və bir uşağı ilə birlikdə yaşadığını, evin digər hissəində isə iki övladı Məmmədov Firidun və Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığını, yaşadıqları həmin evin bir hissəsinin 1 yataq otağı və 1 şüşəbənddən ibarət olduğunu, həmçinin Feruzgilin evinin də 1 yataq otağı və 1 şüşəbənddən ibarət olduğunu, Feruzun həmin yerdə qaldığı üçün oğlu Mərhədin onun həmin evdə qalmasına narazılıq etdiyini, dəfələrlə bu barədə onunla mübahisə də etdiyini və Feruzun həmin evdən çıxıb getməsini, yoxsa evi yandıracağını bildirdiyini, 21.09.2020-ci il tarixdə gecə saat təxminən 02 radələrində oğlu Mərhədin onunla mübahisə etdiyini və həmin vaxt onu eyvana yıxdığını, həmin vaxt biraz ağrıdığını və ona “adam anasına əl qaldırmaz” deyərək əsəbləşdiyini, lakin Mərhətin ona “Feruz buradan çıxıb getməlidir” dediyini, 22.09.2020-ci il tarixdə evdə olan zaman Mərhətin ondan pul istədiyini, lakin ona pulu olmadığını bildirdiyini, belə olub onunla aralarında mübahisə yarandığını, daha sonra onun barəsində şikayət etmək üçün Polisə gəldiyini, lakin yazılı ərizə vermədiyini, daha sonra evə qayıtdığını, qonşusuna bəlkə Mərhədin onun sözünü eşidəcəyini düşünərək həmin zaman qonşuya keçmək istədiyini, bu zaman qonşudan “ev yanır, ev yanır” deyə səs gəldiyini eşitdiyini, həmin zaman evə qayıdanda evin Feruzgilin yaşadığı tərəfdən alışıb yanmağa başladığını gördüyünü, həmin zaman qışqırmağa başladığını və həyacandan özünü itirdiyini, ayılan zaman isə yanğın söndürənlərin yanğını sondürməyə çalışdığını və həkimlərin isə onu tibbi müayinə göstərdiyini gördüyün, həmçinin də yanğın Feruzgil tərəfdən başladığı üçün onun tərəfdə olan əşyaların bir qismini orada olan qonşuların köməkliyi ilə çölə çıxarıldığını, bundan sonra Feruzun ora gəldiyini və öz mobil telefonu ilə onun adından DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyini, həmin vaxtı yanğın söndürən əməkdaşların da hadisə yerinə gəldiklərini, sonra yanğını söndürdüklərini, Feruzgilin yaşadığı həmin 1 yataq otağı və 1 şüşəbəndin tamamilə üst tavan, dam örtüyü və içərisində olan əşyalar ilə birlikdə tamamilə yandığını, onun və övladlarının olduğu 1 yataq otağı və 1 şüşəbənd olan hissənin yalnız yataq otağı olan hissənin tavan və dam örtüyü yandığını, həmin yataq otağının tavan və dam örtüyünün yanması nəticəsində də bəzi əşyalarının da yandığını, yanğın söndürüldükdən sonra RPŞnə gəldiyini və ərizə ilə müraciət edərək oğlunun onu döyməsini və ona məxsus evi yandırmasını bildirdiyini, Mərhədin evi yandıran zaman ona həm də Feruzgilə maddi ziyanlıq vurduğunu, yaşadıqları evdə özlərinə məxsus istifadə etdikləri əşayaların olduğunu, yanğın zamanı həmin əşyaların hamısı yəni 02 ədəd balınc üzü işlənmiş təxminən hər biri 10 manat dəyərində, 02 ədəd yorğan üzü işlənmiş təxminən hər biri 6 manat dəyərində, 02 ədəd döşək üzü işlənmiş təxminən hər biri 7 manat dəyərində, 02 ədəd balınc işlənmiş təxminən hər biri 6 manat dəyərində, 02 ədəd yorğan işlənmiş təxminən hər biri 10 manat dəyərində, 02 ədəd döşək işlənmiş təxminən hər biri 10 manat dəyərində əşyaların yandığını, həmçinin də yaşadıqları hissənin yataq otağının tavan və dam örtüyü yandığını, ümumilikdə ona 10000 manat maddi ziyan dəydiyini, həmin evə gəlin gəldiyini, həmin evin özü və övladlarının yaşadığı hissənin yəni 1 yataq otağı və 1 şüşəbəndin 1964-cü ildən tikildiyini, daha sonra 1985-ci ildə həmin evin arxa hissəsində onun evinə birləşik, yəni Feruz və ailəsinin yaşadığı 1 yataq otağı və 1 şüşəbənd 1985-ci ildə tikilmiş, daha sonra da həmin evin dam örtükləri birləşdirildiyini, ümumilikdə 2 yataq otağı və 2 şüşəbəndin dam örtüyü birlikdə örtüldüyünü, Feruzun yaşadığı həmin evdə isə onun özünə məxsus əmlak olduğunu, Feruzun yaşadığı həmin 1 yataq otağı və 1 şüşəbənd 2019-cu il tarixdə tam təmir edildiyini, həmin evi oğlu Mərhədin yandırdığını, Mərhədin ona “evi yandıracam Feruzgil evdən çıxsın” dediyini, Mərhədə evi yandırmamasını dediyini, bunun sözündən qorxub qonşusu Mehribangilə gedib Mehribana “Mərhət evi yandırmaq istəyir, gəl gedək sən ona sən denən evi yandırmasın” dediyini, Mehribanla birlikdə həyətə girdiklərini, həmin vaxtı Mərhədin həyətdə olduğunu, Mehribanın da ona “evi yandırma, anan sənə zülüm ilə baxıbdır” dediyini, bundan sonra Mərhədin heçnə deməyib, küçəyə çıxdığını, bu zaman qonşudan səs gəldiyini, “Gülzadə evinizdən tüstü çıxır” dediklərini, Feruz yaşadığı tərəfə baxanda Feruzun yaşadığı ev tərəfdən tüstü çıxdığını, həmin zaman Mərhədin Feruzun yaşadığı tərəfdən evi yandırdığını bildiyini, Zərərçəkmiş şəxs1 izahatında yaşadığı evin yanan zaman həmin evdə ona məxsus 110 manat pul olmasını və həmin pulun da yanmasını bildirməsi barədə həmin 110 manat pulu oğlunun ondan alıb xərcləməməsi üçün Feruzun yoldaşına verdiyini, Feruz və onun ailəsi ilə aralarında heç bir ədavət və düşmənçilik olmadığını, sadəcə olaraq oğlu Mərhədin onların həmin yerdə yaşamalarına narazılıq etdiyini, Feruzun yeni ailə qurduğunu, həmin evdə onun yoldaşına məxsus cehizlik əşyaları olduğunu, yanğın zamanı ona təxminən 15000 manatdan yuxarı maddi ziyan dəydiyini, Mərhədlə sözlə mübahisə etdiyini, Mərhədin onu yerə yıxdığını, lakin onun heç bir xəsarəti olmadığını, çölə çıxan zaman qonşuluqdan “ev yanır ev yanır” deyə səs gəldiyini eşitdiyini, lakin həmin zaman həyacanlandığı üçün konkret olaraq bunu kimin deməsini bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs1 onun qızı Gülnarənin həyat yoldaşı olduğunu, həmçinin də bacısı Zərərçəkmiş şəxs2 qaynının oğlu olduğunu, Feruz və qızının 29.10.2017-ci il tarixdə ailə qurduqlarını, onlar ailə qurduqdan sonra təxminən 1il yarım ikisi birlikdə kirayədə yaşadıqlarını, 2019-cu ilin may ayından sonra həmin kirayə yaşadıqları evdən çıxamalı olduqlarını, həmin vaxt bacısı ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 onlara “gəlin bizim evdə yaşayın” dediyini, bacısının yaşadığı evin iki hissədən ibarət olduğunu, belə olub həmin vaxtdan sonra Feruz, qızı və azyaşlı nəvəsinin birlikdə həmin evin bir hissəsində yaşamağa başladıqlarını, digər hissəsində isə bacısı və onun iki övladlarının yaşadıqlarını, 22.09.2020-ci il tarixdə günorta radələrində bacısı Gülzadənin oğlu Mərhət Feruzun yaşadığı evin şüşəbənd hissəsindən evi qəsdən yandırdığını eşitdiyini, həmin zaman Feruz və qızının birgə olan əşyalarının tamamilə yandığını, həmçinin evin digər örtük və tavan hissələrinin də yandığını, yanğının həmçinin də Gülzadənin yaşadığı hissəyə keçərək onun da yaşadığı ev yandığını, yanğın zamanı Feruzun və qızının əşyaları ilə bərabər Feruzun özünə məxsus sürücülük vəsiqəsinin, özünə məxsus VAZ 2109 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyat şəhadətnaməsi, pulların, bacısı Gülzadənin onlarda olan 110 manat pulunun yandığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində ailəsi ilə birgə yaşadığını,heç bir ruhi-əsəb və.s. xəstəliyi olmadığını,latın qrafası ilə sərbəst yazıb oxumağı bacardığını, Mərhət onun qonşusu olduğunu,o, anası Gülzadə və qardaşı ilə birlikdə yaşadığını,həmin yaşadığı evin bir hissəsində Feruz, həyat yoldaşı Gülnarə və azyaşlı övladı yaşadığını,onların yaşadıqları evin dam örtükləri eyni olduğunu,evin bir hissəsində Mərhətgil bir hissəsində isə Feruzgil yaşadığını,22.09.2020-ci il tarixdə saat təxminən 11:30 radələrində Mərhətin anası Gülzadə onlara gəldiyini və ona Mərhət evi yandırmaq istəyir dediyini, sən ona denən ki, evi yandırmasın dediyini,oda Gülzadəyə yazığı gəldi üçün onunla birlikdə onların yaşadığı həyətə getdiyini,həmin vaxt Mərhət həyətdə olduğunu, Mərhətə evi yandırma anan sənə zülümlə baxıbdır dediyini, Mərhət ona heçnə demədədən küçəyə çıxdığını. Mərhətin arxası ilə küçəyə çıxdığını,həmin zaman qonşudan səs gəldiyini, Gülzadə evinizdən tüstü çıxır, ev yanır dediklərini, Bu vaxt Gülzadə həyətə qayıdanda Mərhət evi Feruz yaşayan tərfən yandırdı dediyini,bundan sonra həyacandan Gülzadə özünü pis hiss etdiyini,özünü itirdiyini,həmin vaxt kimsə yanğın söndürmə məntəqəsinə zəng edib yanğın barədə məlumat verdiyini,yangın söndürülsədə artıq ev əşyalarla birlikdə yandığını,hadisədən sonra da Feruz da həmin yerə gəldiyini göstərmişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2020-ci il tarixli 10/3393 nömrəli rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində yanğının mənbəyi evin Zərərçəkmiş şəxs1 istifadəsində olan hissəsində yerləşən şüşəbəndin daxilində olmuşdur və yanğın mənbə zonasından yüksələn xətt istiqamətində genişlənərək evin həmin hissəsinə, qismən də Zərərçəkmiş şəxs2 istifadəsində olan hissəsinə yayılmışdır. Yanğın, kağız parçalarından odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş verməsi üçün xarakterikdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 17.02.2021-ci il tarixli 9/692 saylı rəyində göstərilmişdir ki, aparılmış ekspert tedqiqatı nəticəsində, Bakı şəhərində yerleşen ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən, tədqiq edilən 65 adda tədqiqat obyektlərinin, 22 sentyabr 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakendə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: Vət. Zərərçəkmiş şəxs2 yaşadığı evde olan: - iki ədəd İşlənmiş balınc üzü 2,00 manat; - iki ədəd İşlənmiş yorğan üzü 4,00 manat, - iki ədəd İşlənmiş döşək üzü 4,00 manat: - iki ədəd İşlənmiş balınc 4,00 manat: - iki ədəd İşlənmiş yorğan 10,00 manat: - iki ədəd İşlənmiş döşək 10,00 manat; vət. Zərərçəkmiş şəxs1 yaşadığı evde olan: 1 ədəd 108 ekran Ortel markalı işlənmiş televizor 400,00 manat, 1 ədəd Samsung markalı 2qapılı işlənmiş soyuducu 250,00 manat: 01 ədəd EUROLUX markalı işlənmiş qaz sobası 150,00 manat; 01 eded Leistz markalı işlənmiş divar saati 10,00 manat: 01 ədəd Eoruolux markalı işlənmiş krosnu aparatı 30,00 manat; 01 ədəd Tefal FV5735 markalı teze ütü 80,00 manat; 12 ədəd Tom markali teze büllur stekan 48,00 manat 01 ədəd işlenmiş Sony markalı DVD 30,00 manat; 01 ədəd Volf markalı teze tok samovari 200,00 manat, 01 ədəd gümüşü rəngli teze sini desti 50,00 manat 50 ədəd təzə armudu stəkan nəlbəki dəsti 50,00 manat: 01 ədəd Perilla markalı işlənmiş ütü masası 20,00 manat 08 ədəd Tekstil markalı təzə hamam dəsmalı 120,00 manat 15 ədəd Tekstil markalı təzə əl-üz dəsmalı 90,00 manat; Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təsviri hissəsində göstərilən lakin qiymətləndirilməyən aşağıdakı göstərilən digər əmlak faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi ve fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmeden ve onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08.11.20212-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət məsulliyətinə cəlb olunmuş 01.02.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş 28.02.2021-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28.02.2021-ci il tarixdə saat 11:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 02.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02.03.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10:20-də Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 01.02.2021-ci il tarixli 22 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Ə.Bayramov küçəsində qeydiyyatdadı və hal-hazırda həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində nümayəndəliyimizə heç bir ərizə şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 06.02.2021-ci il tarixli 168 saylı məktubdan görünür ki, ünvan 5 ünvanda yaşayan xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlilər üzrə qeydiyyatda deyillər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12.02.2021-ci il tarixli 603 saylı arayışdan göründüyü kimi Zərərçəkmiş şəxs2 Ağdaş şəhəri, Ə.Bayramov küçəsi 24 №li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2 (1957); Məmmədov Firidun Yusif oğlu (1988); Təqsirləndirilən şəxsdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə daxil olmuş 05.05.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən ona vurulan ziyan ödənilmiş, hal-hazırda Təqsirləndirilən şəxs oğlunda heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə daxil olmuş 05.05.2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən ona vurulan ziyan ödənilmiş, hal-hazırda Təqsirləndirilən şəxs oğlunda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun 22.09.2020-ci il tarixdə saat 11:30 radələrində anası xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus Ağdaş şəhəri Ə.Bayramov küçəsi 24-də yerləşən fərdi yaşayış evini həmin evdə yaşayan xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 istifadəsində olan şüşəbənddən kağız parçası ilə qəsdən yandırmaqla Zərərçəkmiş şəxs2 məxsus 8400 manat dəyərində fərdi yaşayış evini, 02 ədəd hər biri 2.00 manat olmaqla cəmi 4.00 manat dəyərində işlənmiş balınc üzü, 02 ədəd hər biri 4.00 manat olmaqla cəmi 8.00 manat dəyərində işlənmiş yorğan üzü, 02 ədəd hər biri 4.00 manat olmaqla cəmi 8.00 manat dəyərində işlənmiş döşək üzü, 02 ədəd hər biri 4.00 manat olmaqla cəmi 8.00 dəyərində işlənmiş balınc, 02 ədəd hər biri 10.00 manat olmaqla cəmi 20.00 manat dəyərində işlənmiş yorğan, 02 ədəd hər biri 10.00 manat olmaqla cəmi 20.00 manat dəyərində işlənmiş döşək, 110 AZN nəğd pul əskinasları və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 400,00 manat dəyərində 108 ekran Ortel markalı işlənmiş televizor, 01 ədəd 250,00 manat dəyərində Samsung markalı 2 qapılı işlənmiş soyuducu, 01 ədəd 150,00 manat dəyərində EUROLUX markalı işlənmiş qaz sobası, 01 ədəd 10 manat dəyərində Leistz markalı işlənmiş divar saatı, 01 ədəd 30,00 manat dəyərində Eoruolux markalı işlənmiş krosnu aparatı, 01 ədəd 30,00 manat dəyətində işlənmiş Sony markalı DVD, 01 ədəd 80,00 manat dəyərində Tefal FV5735 markalı təzə ütü, 01 ədəd 200,00 manat dəyərində Volf markalı təzə tok samovar, 01 ədəd 50,00 manat dəyərində gümüşü rəngli təzə sini dəsti, 12 ədəd hər biri 4 manat olmaqla cəmi 48,00 manat dəyərində Tom markalı təzə büllur stəkan, 50 ədəd hər biri 1 manat olmaqla cəmi 50,00 manat dəyərində təzə armudu stəkan nəlbəki dəsti, 01 ədəd 20,00 manat dəyərində Perilla markalı işlənmiş ütü masası, 08 ədəd hər biri 15 manat olmaqla cəmi 120,00 manat dəyərində Tekstil markalı təzə hamam dəsmalı, 15 ədəd hər biri 6 manat olmaqla cəmi 90,00 manat dəyərində Tekstil markalı təzə əl-üz dəsmalı, 01 ədəd 300 manat dəyərində Madeyra markalı işlənmiş mebelni stol, 06 ədəd hər biri 50 manat olmaqla cəmi 300 manat dəyərində Madeyra markalı işlənmiş mebelni stul, 01 ədəd 600 manat dəyərində Embawod markalı işlənmiş mebel divan və 02 ədəd kreslo dəsti, 01 ədəd 50 manat dəyərində Çılçıraq Y-005 markalı işlənmiş listur, 01 ədəd 350 manat dəyərində Acer markalı işlənmiş notebook, 01 ədəd 100 manat dəyərində BOSH markalı işlənmiş ətçəkən maşın, 01 ədəd 100 manat dəyərində Tefal markalı təzə sokçəkən maşın, 01 ədəd 50 manat dəyərində Tefal markalı təzə elektrik çaydanı, 01 ədəd 120 manat dəyərində Matara markalı təzə tokla işləyən termos, 02 ədəd hər biri 100 manat olmaqla cəmi 200 manat dəyərində Shosman markalı təzə boşqab dəsti, 01 ədəd 150 manat dəyərində Solingen markalı təzə qaşıq-çəngəl sandığı, 02 ədəd hər biri 50 manat olmaqla cəmi 100 manata dəyərində Emsan markalı təzə qaşıq çəngəl dəsti, 03 ədəd hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində Röndell markalı təzə çaydan, 04 ədəd hər biri 10 manat olmaqla cəmi 40 manat dəyərində Röndell markalı təzə çaynik, 40 ədəd hər biri 2 manat olmaqla cəmi 80 manat dəyərində təzə Villur stəkan, 01 ədəd 250 manat dəyərində Enigma markalı işlənmiş uşaq beşiyi, 01 ədəd 1000 manat dəyərində Modern markalı işlənmiş ağ parlaq mebel yataq dəsti, 01 ədəd 70 manat dəyərində Embawod markalı təzə dekorativ sandıq, 01 ədəd 30 manat dəyərində plastik işlənmiş Çin paltar şkafı, 06 ədəd hər biri 20 manat olmaqla cəmi 120 manat dəyərində Bowls markalı təzə büllur qənd qabı, 01 ədəd 180 manat dəyərində Bio Granite keramika adlanan təzə qazan dəsti (içərisində 05 ədəd), 01 ədəd 150 manat dəyərində Tefal markalı təzə qazan dəsti (içərisində 6 ədəd), 01 ədəd 100 manat dəyərində Bonera markalı təzə tuj qazan dəsti (içərisində 5 ədəd), 01 ədəd 60 manat dəyərində Bosh markalı təzə blender, 01 ədəd 60 manat dəyərində Bosh markalı təzə mikser, 04 ədəd hər biri 180 manat olmaqla cəmi 720 manat dəyərində Merinos markalı təzə xalça, 01 ədəd 100 manat dəyərində Milano markalı işlənmiş xalça, 04 ədəd hər biri 40 manat olmaqla cəmi 160 manat dəyərində Karaca granit markalı təzə fincan dəsti, 02 ədəd hər biri 200 manat olmaqla cəmi 400 manat dəyərində təzə Atlas yataq örtüyü dəsti (pakrival), 03 ədəd hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində təzə yun(Boxvu) ədyal, 08 ədəd hər biri 50 manat olmaqla cəmi 400 manat dəyərində Versage markalı taxt üçün təzə çexol dəsti, 08 ədəd hər biri 35 manat olmaqla cəmi 280 manat dəyərində Versage markalı tək adamlıq təzə çexol dəsti, 02 ədəd hər biri 60 manat olmaqla cəmi 120 manat dəyərində Versage markalı təzə slikon yataq dəsti təzə, 12 ədəd hər biri 2 manat olmaqla cəmi 24 manat dəyərində Konfer markalı təzə büllur mürəbbə qabları, 10 ədəd hər biri 10 manat olmaqla cəmi 100 manat dəyərində Hobby markalı təzə büllur meyvə qabları, 01 ədəd 40 manat dəyərində Zepter markalı təzə bıçaq dəsti, 01 ədəd 6 manat dəyərində Nozitazen Opera markalı dəst, qulplu təzə armudu stəkan, 01 ədəd 50 manat dəyərində Muose markalı uşaq üçün təzə qış gödəkçəsi, 01 ədəd 35 manat dəyərində Sports markalı uşaq üçün təzə idman dəsti, 06 ədəd hər biri 35 manat olmaqla cəmi 210 manat dəyərində Brus markalı təzə süfrə, 02 ədəd hər biri 35 manat olmaqla cəmi 70 manat dəyərində Pors Elvan markalı təzə şirniyyat qabları, 12 ədəd hər biri 0,50 qəpik olmaqla cəmi 6 manat dəyərində Lubiana markalı təzə duz qabları, 18 ədəd hər biri 0,50 qəpik olmaqla cəmi 9 manat dəyərində Glasver jet markalı təzə araq stəkanları, 02 ədəd hər biri 40 manat olmaqla cəmi 80 manat dəyərində Bogemo markalı təzə büllur güldan, 01 ədəd 150 manat dəyərində uşaq üçün 583 əyyarlı işlənmiş qızıl qolbaq, 900 AZN nağd pul əskinaslarını ümumilikdə 10173 manat dəyərində, Zərərçəkmiş şəxs2 isə cəmi 8578 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs1 məxsus AE208000 nömrəli sürücülük vəsiqəsini və VAZ 2109 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə aid AC919863 nömrəli qeydiyyat şəhadətnaməsi olan rəsmi sənədləri məhv etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 186.2.2 və 326.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 186.2.2 və 326.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, cəzasının əvvəli həbsə alındığı tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 40 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 202.00 (iki yüz iki) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 fevral 2021-ci il tarixdən 02 mart 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı vaxtdan 26.05.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə dəymiş ziyan – 18751.00 (on səkkiz min yeddi yüz əlli bir) manat zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 202.00 (iki yüz iki) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi xidmətə görə 240 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün.. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar