Məhkəmə qərarları › İş №1(014)-52/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-52/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-52/2022 26.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Ağdaş rayonunun Kotanarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında 01.03.2022-ci il tarixdə saat 07:50 radələrində Ağdaş rayonu Kotanarx kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və çiyin nahiyələrinə qəsdən vurmuş, daha sonra Zərərçəkmiş şəxs yerə yıxılmış, daha sonra yenidən təpiklə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sinə, kürək və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona qəsdən başın sağ təpə nahiyəsinin geniş ölçülü şişkinliyi (dərialtı hematoması), sağ çiyin nahiyəsinin, sağ bazu oynağının bayır səthinin qançırları, sağ bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 01.03.2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində onun Zərərçəkmiş şəxs ilə 2009-cu ildə ailə qurduğunu, onların birgə nikahlarından iki övladlarının dünyaya gəldiyini, əvvəllər Zərərçəkmiş şəxs ilə çox mehriban yaşadıqlarını, lakin son vaxtlar arvadı Zərərçəkmiş şəxs onu xəyanət etməkdə günahlandırdığını, bu səbəbdən də arvadı Zərərçəkmiş şəxs ilə onun arasında narazılıqların yarandığını, 01.03.2022-ci il tarixdə təxminən saat 07:50 radələrində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə söhbət edərkən Zərərçəkmiş şəxs ona Şahid3 adlı qadın ilə əlaqəsinin olmasını və onu Şahid3 ilə sevgili olmaqda günahladırdığını, lakin onun həyat yoldaşı Zərərçəkmiş şəxs Şahid3 ilə 3-4 ay əvvəl dostluq etdiyini, lakin təxminən bir aydan çox müddətdir ki, onun Şahid3 ilə heç bir əlaqəsinin olmadığını, Şahid3 ilə daha dostluq etmədiyini bildirdiyini, lakin arvadı Zərərçəkmiş şəxs ona məxsus avtomobildə Şahid3 məxsus şərfin olmasını söylədiyini, o da həyat yoldaşı Zərərçəkmiş şəxs özünə məxsus avtomobildə Şahid3 məxsus şərfin olmadığını, ona məxsus avtomobildə dəsmal olmasını söylədiyini, daha sonra onun özünə məxsus avtomobildə olan həmin dəsmalı gətirib arvadı Mülkünaza göstərdiyini, lakin Mülkünazın yenə də ona Şahid3 ilə sevgi münasibətlərinin olmasında günahlandırdığını, buna görə də yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı onun arvadı Zərərçəkmiş şəxs əsəbləşib yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sifət, baş və çiyin nahiyələrinə vurduğunu, daha sonra Zərərçəkmiş şəxs yerə yıxıldığını, daha sonra onun yenidən təpiklə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sinə, kürək və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt anası Şahid2 onları aralaşdırdığını, Zərərçəkmiş şəxs da evdən çıxıb qonşuluqda yaşayan Həcər müəllimənin yaşadığı evə getdiyini, onunla arvadı Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, mübahisə və davadalaşın təxminən 5-10 dəqiqə davam etdiyini, onlar arasında baş vermiş mübahisə va dava-dalaş zamanı yanlarında heç kimin olmadığını, səslərinə yaşadıqları evdən anası Şahid2 gələrək onları bir-birindən ayırdığını, səslərinə başqa heç kimin gəlmədiyini, arvadı Zərərçəkmiş şəxs ilə onun arasında baş vermiş mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu döymədiyini, ona heç bir xəsarət yetirmədiyini və onun Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində onun 2009-cu ildə Ağdaş rayonu Kotanarx kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduğunu, onların ailə qurandan sonra əvvəllər çox mehriban yaşadıqlarını, birgə nikahlarından iki övladlarının dünyaya gəldiyini, lakin son vaxtlarda əri Təqsirləndirilən şəxs ona xəyanət edərək Şahid3 ilə əlaqə saxladığını, buna görə də onun dəfələrlə əri Təqsirləndirilən şəxs Şahid3 ilə əlaqə saxlamamasını bildirsə də, Təqsirləndirilən şəxs onun sözünə məhəl qoymayaraq yenə də hər gün Şahid3 ilə mobil telefonla danışdığını, bu səbəbdən də əri Təqsirləndirilən şəxs ilə aralarında narazılıqların yarandığını, 01.03.2022-ci il tarixdə təxminən saat 07:50 radələrində yaşadıqları evdə əri Təqsirləndirilən şəxs ilə söhbət əsnasında onun əri Təqsirləndirilən şəxs Şahid3 ilə münasibətlərinin olub-olmamasını soruşduğunu, həmin vaxt Təqsirləndirilən şəxs ona Şahid3 ayrılmasını və onunla heç bir əlaqəsinin olmamasını söylədiyini, onun da əri Təqsirləndirilən şəxs Şahid3 şərfinin ona məxsus avtomobildə, olmasını söylədiyini, Hüseyinin də ona məxsus avtomobildə dəsmal olmasını, Şahid3 məxsus şərfin ona məxsus avtomobildə olmamasını söylədiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət, baş və çiyin nahiyələrinə qəsdən vurduğunu, həmin vaxt onun yerə yıxıldığını, daha sonra əri Təqsirləndirilən şəxs yenidən təpiklə bir neçə dəfə onun sinə, kürək və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt qayınanası Şahid2 onu əri Təqsirləndirilən şəxs əlindən aldığını, daha sonra onun qonşusu Həcər müəllimənin evinə qaçdığını, Həcər müəllimənin evindən isə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat verdiyini, daha sonra polis əməkdaşlarının oraya gəldiklərini, onun da Ağdaş rayon Polis şöbəsinə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə şikayətlə müraciət etdiyini, onunla əri Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaş zamanı yanlarında heç kimin olmadığını, səs-küylərinə heç kimin gəlmədiyini, əri Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın təxminən 5-10 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə istinaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gəlini Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları təsdiq edərək, analoji izahat vermişdir. Məhkəmə istinaqında şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs izahatında olan xüsusatları təsdiq edərək analoji izahat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 01.03.2022-ci il tarixli, 141 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – başın sağ təpə nahiyəsinin geniş ölçülü şişkinliyi (dərialtı hematoması), sağ çiyin nahiyəsinin, sağ bazu oynağının bayır səthinin qançırları, sağ bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 01.03.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar