Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-52/2023 03.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, subay, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 16/36-da qeydiyyatda olmaqla Ağdaş rayonu, Pirəyir kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 03 may 2023-ci il tarixdə saat 15:30-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, о, istintaqa məlum olmayan mənbədən, tarixdə və şəraitdə 01 (bir) ədəd 5.6 mm kalibrli, “Naqan” sistemli odlu silahı və 05 (beş) ədəd 5.6 mm kalibrli patronları qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 19.00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra, həmin tarixdə saat 19:40-dan saat 19:53-dək ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının yuxarı (bel) hissəsinə keçirdiyi 01 (bir) ədəd “Naqan” sistemli, revolver konstruksiyasında, 5,6 mm kalibrli patrondan atəş açmaq üçün, kustar üsulla hazırlanmış yivsiz, saz vəziyyətdə, təyinatı üzrə atəş zaman yararlı, üzərində təyinatı üzrə istifadə olunmasına maneə törədə biləcək əlavə və dəyişikliklər edilməmiş, üzərində hər-hansı zavod işarəsi müşahidə edilməyən, gödək lüləli odlu silah və 05 (beş) ədəd zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli (TOZ-8, TOZ-16, TOZ- 17, TOZ-8M və.s) tüfənglərdə, (TOZ 35, İJ-1 və.s) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı; tapançalarda, (GSG-5, AR-7 və.s) karabinlərdə və.s yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəşə) yararlı, üzərində hər-hansı zavod işarəsi olmayan döyüş sursatı-patron aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda üzrə özünü təqsirli bilərək ifadəsində rəsmi olaraq heç bir yerdə işləmədiyini, 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu və hazırda həmin cəzanı çəkdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 19 radələrində Ağdaş şəhəri, H.Əliyev adına parkın yanında olan çayxananın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdiklərini, həmin polis əməkdaşlarının onun üzərində qanunsuz olaraq odlu silah saxlamağı barədə onlarda məlumat olduğunu bildirərək onu Ağdaş rayon polis şöbəsinə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona hüquq və vəzifələri izah edildiyini, hüquq və vəzifələri izah edildikdən sonra ona ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə ona dövlət hesabına müdafiəçi təyin edilməsini bildirdiyini, bundan sonra ona vəkillərin siyahısı təqdim edildiyini və həmin siyahıdan Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən müdafiəçi X1 ona müdafiəçi təyin edilməsini istədiyini bildirdiyini, həmin vaxt Ehtibar Abdullayev rayon polis şöbəsinə dəvət edildiyini və onun müdafiəçisi təyin edildiyini, daha sonra Ağdaş rayon polis şöbəsinin inzibati binasında şübhəli kimi tutulduğunu, sonra isə müdafiəçinin iştirakı ilə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirildiyini, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol böyür hissəsindən (şalvarımın rezininə keçirilmiş vəziyyətdə) 01 ədəd tapança, əynindəki qara rəngli idman gödəkçəsinin sağ cibindən həmin tapançaya aid 05 ədəd patron, daha sonra isə həmin gödəkçənin sol cibindən 01 ədəd fanar və 01 ədəd cib bıçağı aşkar olunduğunu, üzərindən aşkar edilmiş tapançanın “Naqan” markalı tapança olmasını və 05 ədəd patronların da həmin tapançaya aid olmasını söylədiyini, bundan sonra üzərindən aşkar olunmuş həmin tapança və patronlar zərfə qablaşdırıldığını, həmin zərfin üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imzalar edildiyini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, o və digər proses iştirakçıları hər hansı bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş həmin 01 ədəd tapançanı və ona aid 05 ədəd patronu xx.xx.2023cü il tarixdə saat təxminən 10-11 radələrində Ağdaş şəhərində yerləşən Padar meşəsinin ərazisində yerdən tapdığını, həmin tapançanı və ona aid 05 ədəd patronu xoşuna gəldiyi üçün üzərində üçün saxladığını, həmin tapançadan istifadə etmədiyini, polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman onun üzərində qiymətli əşya olmadığını, polis əməkdaşları tərəfindən hər hansı bir təyziq və ya zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq odlu silah barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2la birlikdə Ağdaş şəhəri ərazisində xidmətdə olan zaman Ağanı Ağdaş şəhəri H.Əliyev parkının kənarında olan çayxananın yaxınlığında olmasını gördüklərini, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində odlu silah saxlaması barədə məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra Ağanı RPŞ-nə dəvət etdiklərini, Ağa da onlarla birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də Ağaya dövlət hesabına müdafiəçi təyin edildiyini və o, şübhəli şəxs kimi tutulduğunu, bundan sonra müdafiəçinin də iştirakı ilə RPŞ-nin növbətçi hissəsində Ağanın üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ağanın üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol böyür hissəsindən (şalvarının rezininə keçirilmiş vəziyyətdə) 01 ədəd tapança, əynindəki qara rəngli idman gödəkçəsinin sağ cibindən həmin tapançaya aid 05 ədəd patron, daha sonra isə həmin gödəkçənin sol cibindən 01 ədəd fanar və 01 ədəd cib bıçağı aşkar olunduğunu, Ağa üzərindən aşkar edilmiş tapançanın “Naqan” markalı tapança olmasını və 05 ədəd patronların da həmin tapançaya aid olmasını söylədiyini, bundan sonra aşkar olunmuş həmin tapança və patronlar zərfə qablaşdırıldığını, həmin zərfin üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən həmin zərfə imzalar edildiyini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Ağa və digər proses iştirakçılarının hər hansı bir şikayətləri olmadığından protokola imza etdiklərini, Ağanın üzərindən aşkar edilmiş həmin 01 ədəd tapançanı və ona aid 05 ədəd patronu xx.xx.2023-cü il tarixdə saat təxminən 10-11 radələrində Ağdaş şəhərində yerləşən Padar meşəsinin ərazisində yerdən tapdığını və həmin tapançanı və ona aid 05 ədəd patronu xoşuna gəldiyi üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Ağaya qarşı heç bir zor və güc tətbiq edilmədiyini, Ağanın şifahi sorğu zamanı da silahı və patronları tapdığını, onun hər hansı satmaq və istifadə etmək məqsədi olmadığını, özlərində olan əməliyyat məlumatlarına əsasən də Ağanın silahları satmaq niyyəti də olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdaş RPŞ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 04 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 19:40-dan saat 19:53-ə dək Ağdaş RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol böyür hissəsindən (şalvarının rezininə keçirilmiş vəziyyətdə) 01 ədəd tapança, əynindəki qara rəngli idman gödəkçəsinin sağ cibindən həmin tapançaya aid 05 ədəd patron, daha sonra isə həmin gödəkçənin sol cibindən 01 ədəd fanar və 01 ədəd cib bıçağı aşkar olunmuş, Ağa üzərindən aşkar edilmiş tapançanın “Naqan” markalı tapança olmasını və 05 ədəd patronların da həmin tapançaya aid olmasını söyləmiş, bundan sonra aşkar olunmuş həmin tapança və patronlar zərfə qablaşdırılmış, üzəri yazılaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/3 saylı rəyində göstərilmişdir ki, -Tədqiqata təqdim edilmiş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, revolver sistemli, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın üzərində zavod nişanları, silahın zavod nömrəsini və istehsal ilini göstərən hərfrəqəmlər müşahidə olunmur, yoxdur. -Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin kalibrli Marqolin konstruksiyalı tapançalardan ve TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Patronların üzərində zavod nişanları olmadığından, istehsal ilini müəyyən mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 17/121 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq kustar üsulla metal materialından hazırlanmış, bir tərəfli kəsici ucu deşiuci xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı tusirt bıçağıdır, soyuq silah hesab edilmir, saz (işlək) vəziyyətdədir. “Təqdim edilmiş soyuq silah nə vaxt, harada və hansı müəssisədə hazırlanmışdır?” sualı təqdim edilmiş bıçağın üzərində hər hansı işarə, nişan, yazı olmadığından cavablandırmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-ciü il tarixli 3/267, 3/268 saylı rəyində göstərilmişdir ki, -təqdim edilmiş gödək lüləli silah - "Naqan" sistemli, revolver konstruksiyasında, 5,6 mm kalibirli patrondan atəş açmaq üçün, kustar üsulla hazırlanmış yivsiz odlu silahıdır, saz vəziyyətdədir və təyinatı üzrə atəş açmaq üçün yararlıdır, üzərində təyinatı üzrə istifadə olunmasına maneə törədə biləcək əlavə və dəyişilik edilməmişdir. Silahın üzərində hərhansı zavod işarəsi müşahidə edilmir. Təqdim edilmiş 03 (üç) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, (TOZ-8, TOZ-16, TOZ-17, TOZ-8M, TOZ-18 və s.) tüfənglərdə, (TOZ-35, İJ-1 ve s.) təlim-məşq tapançalarda, (WALTER MOD PP Cal 22) konstruksiyalı tapançalarda, (GSG-5, AR-7 və s.) karabinlərində və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatlarıdır-patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Patronların üzərində öz kalibrinə uyğun silaha doldurub boşaldılması nəticəsində yaranmasına xarakterik olan səthi sıyrıqlar və batıq izləri vardır, lakin patronların təqdim edilmiş silahın patron yuvasına yerləşdirilməsini müəyyən etmək mümkün deyil. Patronların üzərində hər-hansı zavod işarəsi olmadığından onun hazırlandığı ili müəyən etmək mümkün deyil. Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş silahdan eksperimental atəş açılmışdır. Bu səbəbdən də, "Təqdim edilən silahdan sonuncu təmizləmədən sonra atəş açılmışdırmı sualı üzrə tədqiqat aparılmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-27/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-23/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 4 (dörd) ay 4 (dörd) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 8 (səkkiz) ay 2 (iki) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Gürcüva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 fevral 2023-cü il tarixli 5-32-12/2-58/2023 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev 16/36 da qeydiyyatda olmağına baxmayaraq, hal-hazirda Ağdaş rayonu Pirəyir kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Gürcüva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Pirəyir kəndində yaşadığı dörd il müddəti ərzində onun barəsində Gürcuva kənd icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 04 yanvar 2023-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 19:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsinin tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 66.5-cü maddəsinə əsasən hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(014)-27/2023 saylı hökmünə əsasən 2 (iki) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli barəsində “həbsə” qətimkan tədbiri seçildiyi vaxtdan yəni, 04 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kustar üsulla hazırlanmış, 5.6 mm kalibrli, revolver sistemli yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində zavod nişanları, silahın zavod nömrəsi və istehsal ilini göstərən hərf-rəqəmlər müşahidə olunmayan odlu silah, ekspertiza icraatından qaytarılan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapancalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin silah anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 158 manat 60 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 22 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 37 saat hüquqi xidmətə görə 222 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(014)-27/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 04 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kustar üsulla hazırlanmış, 5.6 mm kalibrli, revolver sistemli yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində zavod nişanları, silahın zavod nömrəsi və istehsal ilini göstərən hərf-rəqəmlər müşahidə olunmayan odlu silah, ekspertiza icraatından qaytarılan 03 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5.6 mm kiçik kalibrli olmaqla həmin kalibrli “Marqolin” konstruksiyalı tapancalardan və “TOZ” modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən patronlar hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin silah anbarına təhvil verilsin, 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 158 manat 60 qəpik (doxsan doqquz manat yetmiş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE**********0002088501 nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 37 saat hüquqi xidmətə görə 222 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmün maddi sübuta aid hissədə icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-52/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-52/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver