Məhkəmə qərarları › İş №1(014)-52/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-52/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-52/2025 23.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə X5 xüsusi ittiham qaydasında şikayət ərizəsini Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında nəzərdən keçirərək, Müəyyən etdi: X8 məhkəməyə ərizə ilə müraciət edərək, hər bir şəxsin şərəf və ləyaqətinin, habelə işgüzar nüfuzunun 1948-ci il Ümumdünya İnsan hüquqları Bəyannaməsinin, 1966-cı il Mülki və Siyası hüquqlar haqqında Beynəlxalq Paktın, Azərbaycan Respublikası Konstitusiyasının və s. normativ-hüquqi aktların müdafiəsi altında olmasını bilə-bilə barəsində ittiham irəli sürülən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, barəsində ittiham irəli sürülən şəxs X4 təqribən 2025-ci ilin mart aprel aylarında kütləvi informasiya vasitəsi olan tiktok səhifəsində barəsində videolar paylaşmışdır. Barəsində ittiham irəli sürülən şəxs X1 informasiya vasitəsi olan tiktok səhifəsində canlı açaraq şikayətçi X5 yəni onun barəsində təhqir və böhtan xarakterli videoları yaymaqla onun şərəf və ləyaqətini qəsdən alçaldaraq onu təhqir etmiş və ona böhtan atmışdır. Həmin videoların məzmunu belədir: barəsində ittiham irəli sürülən şəxs X4 tərəfindən kütləvi informasiya vasitəsi olan tiktok səhifəsində canlı açaraq böhtan və təhqir cinayətlərini belə törətmişdir. Müəllif məzmunu təqdim olunan videolarda şikayətçi X5, yəni onun cəmiyyətdə yeri, Ağdaş rayonu, Hapıtlı kəndi və bütün ölkə ərazisində onun nüfuzunu zədələyən, böhtan xarakterli, ailəsini, valideynlərini, özünü təhqir edici söyüşlərlə və həqiqətə uyğun olmayan, hədələyici ifadələr işlətməklə onun şərəf və ləyaqətini qəsdən alçaltmış, ləkələmiş, ona böhtan atmış bu da valideynlərinin, ailəsinin və onun nüfuzuna xələl gətirmişdir. Müəllif videolarında dəfələrlə ailəsini, valideynlərini və onu təhqir edici söyüşlərlə, hədə qorxu gəlmək, cəzalandırmaq, başına oyun gətirmək, söyüş söyməklə, insan hüquqlarına hörmətsizlik etmə və s.cinayətlərini törətmiş, ona böhtan atmış, onu təhqir etmiş və bununla da onun şərəf və ləyaqətini qəsdən alçaldaraq cəmiyyətdə nüfuzdan salmağa çalışmışdır. Qeyd edir ki, X3 barəsində oğurluqla bağlı cinayət işi açılmış, barəsində Ağdaş rayon məhkəməsi azadlığın məhdudlaşdırılmasına dair hökm vermişdir. Hazırda ayağına qandal vurulmuşdur. X2 yenə də ipə-sapa gəlməmiş, cinayət əməllərinə yenə də davam etmişdir. Onun azyaşlı qızının məktəbə getdiyi yolda dəfələrlə sürdüyü velosiped ilə qarşısını kəsmiş, hədə qorxu gələrək qızını qorxutmuşdur. X8 23 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək X4 barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş, hazırda həmin şikayətə baxılmasına istəmir, sənədlərin ona geri qaytarılmasını xahiş edir, buna səbəb X3 ondan üzr istəməsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Göründüyü kimi şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasında şikayətindən imtina etmiş və təqsirləndirilən şəxslə barışmış, bu barədə məhkəməyə rəsmi ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, X8 xüsusi ittiham qaydasında verdiyi şikayətdən imtina etdiyindən və təqsirləndirilən şəxslə barışdığından onun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301 və 302-ci maddələrinə əsaslanaraq məhkəmə Qərara aldı: X3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar