Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-53/2020 01.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Ağdaş şəhəri, H.Hacıyev küçəsi 5 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində 18 mart 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının əvvəllərində Ağdaş şəhəri Məşəd küçəsində su kanalının kənarından tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan kisədə təmiz çəkisi 1040,00 qram bitki mənşəli kütlə-tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış, 16 mart 2020-ci il tarixdə, saat 10:30 radələrində Ağdaş RPŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsində saxlanılaraq ünvan 1 saylı ünvanda yerləşən Ağdaş RPŞ-in növbətçi hissəsində üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 16 mart 2020-ci il tarixdə, təxminən saat 10:30 radələrində Ağdaş şəhəri, Bəkir Nəbiyev küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində hal şahidlərinin, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin qarın hissəsindən 01 ədəd sellofan kisə və həmin gödəkçənin sol yan cibindən 01 ədəd bir manatlıq pul əskinası və 01 ədəd kibrit qutusu aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərimdə saxladığını dediyini, daha sonra uzərindən aşkar edimiş kibrit qutusunun açıldığını və içərisindən kibrit dənələri aşkar olunduğunu,üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni tutulmazdan təxminən 10 gün əvvəl Ağdaş rayonu Məşəd kəndində su kanalının kənarından tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, həmin narkotik vasitəni tapıb gətirib evində gizlətdiyini, küçəyə çıxan vaxtlarda ailə üzvlərindən kimsə görüb tullamaması üçün həmin narkotik vasitələri üzərində gəzidirdiyini göstərdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işlədiyini, 16 mart 2020-ci il tarixdə, səhər saatlarında xidmətdə olan zaman Ağdaş şəhəri, H.Hacıyev küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri saxlaması və ondan istifadə etməsi barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar tərəfindən raportla şöbə rəhbərliyinə məruzə etdiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini, daha sonra həmin gün, yəni 16 mart 2020-ci il tarixdə, saat təxminən 11:00 radələrində Ağdaş şəhəri, B.Nəbiyev küçəsində Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ilə xidmətdə olan zaman Müşfiqi gördüklərini, Müşfiqə yaxınlaşıb özlərini təqdim etdiklərini, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və polis şöbəsinə dəvət etdiklərini, Müşfiqin də onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində iki hal şahidinin və bir vəkilin iştirakı ilə Müşfiqin üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyalar çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, Müşfiqin əynində olan gödəkçənin qarın hissəsinin sol tərəfindən bir ədəd sellofan kisəni, gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd bir manatlıq pul əskinasını çıxardıb masanın üzərinə qoyduğunu, həmin sellofan büküm açılan zaman içərisindən yaşıl rəngli, kəskin iyli bitki kütləsi aşkar edildiyini, Müşfiqin üzərindən aşkar olunan narkotik vasitələri özünün deməsinə görə 2020-ci ilin mart ayının əvvəllərində Məşəd küçəsindən kanalın yanında tapdığını, özü istifadə etmək məqsədilə özündə saxladığını göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 16 mart 2020-ci il tarixdə, təxminən saat 10:50 radələrində Ağdaş RPŞ-nin qarşısından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin üzərinə baxış aparılacağını bildirdiklərini, həmin baxışda onu hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, könüllü olaraq onlarla razılaşdığını və sonra Ağdaş RPŞ-nin növbətçi hissəsinə daxil olduğunu, eyni zamanda ondan başqa bir nəfər şəxsi də sonradan adını bildiyi Əsgər adlı şəxsi də hal şahidi kimi iştirak etmək üçün dəvət etdiklərini, daha sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərində müdafiəçi və hal şahidi kimi onların iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyalar çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, Müşfiqin əynində olan gödəkçənin qarın hissəsinin sol tərəfindən bir ədəd sellofan kisəni, gödəkçənin sol yan cibindən 01 ədəd kibrit qutusu və 01 ədəd bir manatlıq pul əskinasını çıxardıb masanın üzərinə qoyduğunu, üzərindən aşkar edilmiş sellofan kisə açılan zaman içərisindən kəskin iyli, yaşıl rəngli narkotik tərkibli bitkiyə oxşar bitki kütləsinin aşkar edildiyini, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edimiş kibrit qutusunun açıldığını və içərisindən kibrit dənələri aşkar olunduğunu göstərdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16.03.2020-ci il tarixli 17/174 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki bir ədəd sellofan torbada təmiz çəkisi 1040 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 08.05.2020-ci il tarixli 325 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 16 mart 2020-ci il tarixdən 18 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxmağı, məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer onun yaşayış yeri hesab olunmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1039,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdən 18 mart 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı ikir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və qəti cəza iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun, həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1039,95 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-53/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-53/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver