Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-53/2023 25.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Ağdaş rayonu, Hapıtlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağdaş rayonu, Hapıtlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 04:00 radələrində Ağdaş rayonu, Hapıtlı kənd sakini xx.xx.1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin kənd ərazisində yerləşən evinin həyətinə hasardan qanunsuz daxil olaraq oradan da həyətdə olan tövləyə qapıdan daxil olaraq tövlədə olan iki baş dişi cinsli, təxminən 11 aylıq, sarımtıl rəngli, hər birinin çəkisi təxminən 20- 25 kiloqram, hər birinin dəyəri 200 (iki yüz) manat, ümumi dəyəri 400 (dörd yüz) manat olan qoyunu gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs əvvəllər tanımış və onunla və onun ailə üzvləri onun və ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Uzun müddətdir heç yerdə işləmədiyinə görə maddi imkanı çox zəif olmuşdur. Maddi imkanı zəif olduğuna və asan yol ilə maddi qazanc əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs həyətində xırdabuynuzlu heyvanları olduğuna görə Zərərçəkmiş şəxs həyətinə qanunsuz daxil olaraq qoyunlarından iki baş qoyunu oğurlayıb satmaq və maddi qazanc əldə etmək qərarına gəlmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs evinin qarşısına gəlmiş və ətrafda heç kimin olmadığını görüb təkbaşına gizlin Zərərçəkmiş şəxs yaşadığı evin kənarındakı çəpərin üzərindən keçib Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qanunsuz daxil olmuş və evin həyətində yerləşən tövlənin qarşısında ağılın qapısının taxtasını əli ilə açıb qapıdan ağıla keçmişdir. Ağıldan Zərərçəkmiş şəxs məxsus iki baş dişi cinsli, sarımtıl rəngli qoyunları oğurlayıb setkanın digər tərəfinə qoymuşdur. Daha sonra setkanın digər tərəfinə keçmişdir. Daha sonra həmin iki baş qoyunu qabağına qataraq (alaraq) yaşadığı evin həyətinə aparmışdır. Yaşadığı ev ilə Zərərçəkmiş şəxs evinin arasında təxminən 50-60 metr məsafə vardır. Həmin oğurladığı iki baş qoyunu gətirib həyətində olan qoyunların arasına buraxmış və səhər açıldıqda aparıb sataraq maddi qazanc əldə edəcəyini fikirləşmişdir. Daha sonra yaşadığı evə keçib yatmışdır. Oğurluq barəsində evdə olan ailə üzvlərinə hər hansı bir söz deməmişdir. Evin təsərrüfatına o nəzarət edir deyə həmin qoyunların kiməsə məxsus olduğunu evdəkilərin bilməyəcəyini bilmişdir. Səhər açıldıqda kəndin mərkəzinə getmişdir. Kəndin mərkəzində üç baş qoyun satmaq istədiyini həmkəndlisi Şahid2 demişdir. Ceyhun isə ona həmin gün, yəni xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı Zərdab rayonu, Qoruqbağı kənd sakini X3 məsləhət görmüşdür. Belə ki, Mərhəmət Heydərli onların kəndindən və ətraf qonşu kəndlərdən heyvan alıb satmışdır. Həmin gün saat 17 radələrində kənddə olduğu zaman Mərhəmət Heydərinin ona məxsus VAZ 2106 markalı avtomobil ilə gəldiyini görmüşdür. Mərhəmət Heydərli avtomobilini saxlamış və həmin vaxt həmkəndlisi Şahid2 da avtomobildə olmuşdur. Hər ikisi ilə görüşmüşdür. Şahid2 ona avtomobildə Mərhəmətə onun qoyun satmaq istəməyi barədə danışdığını demişdir. O Mərhəmətə satmaq istədiyi qoyunlar barədə danışan zaman Ceyhun işi olduğunu bildirib onların yanından çıxıb getmişdir. Mərhəmət ilə danışmış və razılığa gəlmişlər ki, Mərhəmətə üç baş qoyunu 420 (dörd yüz iyirmi) manata satacaqdır. Mərhəmət isə bir baş dişi dananı ona 330 (üç yüz otuz) manata verəcəkdir və dişi dananı gətirib onun həyətinə qoymaq üçün yol xərci kimi, yəni, benzin pulu olaraq 20 (iyirmi) manat alacaqdır. Qalan 70 (yetmiş) manat pulu isə ona verəcəyini bildirmişdir. Bu razılaşmadan sonra Mərhəmət Heydərli ilə birgə yaşadığı evə getmişdir. Həmin vaxt tək olmuşlar. Yaşadığı evə çatdıqda evində heç kim olmamışdır. Mərhəmət satmaq istədiyi hər üç qoyuna baxmış və razılaşmışlar. Onlar üç baş qoyunu Mərhəmətin Vaz 2106 markal avtomobilinin yük yerinə qoymuşlar və Mərhəmətin yaşadığı Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən evinə getmişlər. Üç baş qoyunu Mərhəmət evin həyətinə qoymuş və bir baş dişi dananı avtomobili ilə yaşadığı evin həyətinə gətirib ona təhvil vermiş və 70 (yetmiş) manat da pulu verib çıxıb getmişdir. Daha sonra həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra isə həmin bir baş dişi dananı Ağdaş rayonunda yerləşən mal (heyvan) bazarında tanımadığı bir nəfər şəxsə (kişi) 400 (dörd yüz) manata satmış və həmin pulu da maddi ehtiyacları üçün xərcləmişdir. Ağdaş rayonunda yerləşən mal (heyvan) bazarında əvvəllər aldığı ona məxsus bir baş qara rəngli qoyunu da həmin oğurladığı iki baş qoyun ilə birlikdə satmasına səbəb oğurluğu barədə kimsə şübhələnməsi olmuşdur. Oğurluq edən zaman və oğurluq etdikdən sonra heç kimə heç nə deməmişdir. X4 avtomobilinin yük yerinə qoyan zaman onları heç kim görməmişdir. Evində həmin vaxt heç kim olmamışdır. Zərərçəkmiş şəxs məxsus oğurladığı həmin iki baş qoyun dişi cinsli, təxminən 11 aylıq, sarımtıl rəngli, hər birinin çəkisi təxminən 20-25 kiloqram olmuşdur. Şahid1 bu barədə hər hansı bir söz deməmişdir. Mərhəmət Heydarliya həmin heyvanların hər üçünün ona məxsus olmasını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. Həmin müraciəti ilə əlaqədar olaraq bildirmək istəyir ki, onun şəxsi təsərrüfatında ümumilikdə 20 (iyirmi) baş qoyunu vardır. Ona məxsus qoyunları həyətində saxlayır. O hər gün həmin qoyunları aparıb kənddə yerləşən otlaq sahəsində otarıb yaşadığı evin həyətinə gətirir. xx.xx.2022-ci il tarixdə yenə ona məxsus xırdabuynuzlu heyvanları otlaq sahəsində otarıb həmin gün axşam saat 19:00 radələrində gətirib yaşadığı evin həyətində yerləşən tövlənin qarşısındakı ağıla salmış və ağılın qapısını bağlayaraq yaşadığı evə getmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 07 radələrində tövlənin qarşısında yerləşən ağılın qapısını açarkən ağıldan ona məxsus dişi cinsli, təxminən 11 aylıq, sarımtıl rəngli, hər birinin çəkisi təxminən 20-25 kiloqram, qısır, şişək, hər birinin dəyəri 200 (iki yüz) manat, ümumi dəyəri 400 (dörd yüz) manat olan iki baş qoyununun olmadığını və oğurlandığını aşkar etmişdir. O qoyunlarının həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə evinin qarşısından keçərkən qoyunlarına baxdığını və ona heç bir salam vermədən keçib getdiyini görmüşdür. Lakin buna baxmayaraq o bu barədə şikayət etməmişdir. Ona məxsus qoyunları Təqsirləndirilən şəxs oğurladıqdan sonra şikayət etməyi fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə Pirverdinin ona məxsus qoyunları oğurlamasından tam əmin olduqdan sonra Təqsirləndirilən şəxs barəsində Ağdaş rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ona məxsus qeyd etdiyi qoyunları oğurlaması nəticəsində ona ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan dəymişdir. Onun fikrincə həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus həmin iki baş qoyununu yaşadığı evin həyətinin kənarında yerləşən çəpərin üzərindən keçib, daha sonra da ağılın kənarındakı setqanın üzərindən keçməklə oğurlamışdır. Nə onun, nə də ailə üzvlərinin həmkəndlisi Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ağılın qapısını taxta vasitəsi ilə bağlayır, qapıda hər hansı bir kilid və ya açar yoxdur. Oğurluq zamanı qapıya və ya hər hansı bir yerə ziyan dəyməmişdir. Qapını bağlamaq üçün istifadə etdiyi taxta yerində olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmir, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ağdaş rayonu, Hapıtlı kənd sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə və onların üzvləri ilə hər hansı bir ədavəti və düşmən münasibəti yoxdur. Hər ikisi onun həmkəndliləridir. Zərdab rayonu, Qoruqbağı kənd sakini X3 da tanıyır. O, Mərhəmət Heydərliyə bir neçə dəfə iribuynuzlu və xırdabuynuzlu heyvanlar satmışdır. Belə ki, Mərhəmət Heydərli yaşadıqları kənddə və digər qonşu kəndlərdə yaşayan insanlardan iribuynuzlu və xırdabuynuzlu heyvanlar alıb satır. xx.xx.2022-ci il tarixdə yaşadığı kəndin mərkəzində Təqsirləndirilən şəxs ona özünə məxsus üç baş qoyunu maddi ehtiyacı olduğuna görə satmaq istədiyini və həmin qoyunları satmaqda ona alıcı tapmağını xahiş etdi. O da Pirverdiyə onların kəndinə iribuynuzlu və xırdabuynuzlu heyvanları almaq üçün gəlib gedən Zərdab rayonu, Qoruqbağı kənd sakini əvvəllər tanıdığı X3 məsləhət görmüşdür. Həmin gün saat 17:00 radələrində Mərhəmət ilə kənddə görüşmüş və birlikdə avtomobillə hərəkətdə olduqları zaman Pirverdini kənddə görmüşlər və Mərhəmət idarə etdiyi “VAZ 2106” markalı avtomobilini saxlamış və onlar avtomobildən düşüb Pirverdi ilə görüşmüşdür. Mərhəmətə ona qoyun satmaq istəyənin Pirverdi olduğunu bildirib onları birbiriləri ilə tanış etmişdir. Daha sonra işi olduğu üçün onların yanından çıxıb getmişdir. Onun daha sonra olanlardan xəbəri olmamışdır. Bir müddət sonra həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlisi Zərərçəkmiş şəxs qoyunlarını oğurlayıb satdığını eşitmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 da iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/765 saylı ekspert rəyindən görünür ki, - 2 baş diri çəkisi 20-25 kq, 11 aylıq, sarımtıl rəngli, sağlam, dişi qoyunların 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq təxminən 300 (2x150 man) manat müəyyən olunur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Hapıtlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Hapıtlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 30 yanvar 2023-cü il tarixli, № 5-32/2-9/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Hapıtlı kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası – Şahid3 (xx.xx.1957-ci il təvəllüdlü); anası – X5 (xx.xx.1963-cü il təvəllüdlü); həyat yoldaşı X10 (xx.xx.2001-ci il təvəllüdlü); oğlu – X1 (xx.xx.2018-ci il təvəllüdlü; oğlu – X2 (xx.xx.2019-cu il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, № 651 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(014)-111/2017 saylı hökmünə əsasən cəzasını xx.xx.2019-cu il tarixdə tam olaraq çəkib qurtarmış və Ağdaş rayon İcra və Probasiya şöbəsində üzərində heç bir öhdəlik qalmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki az yaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs 50 (əlli) manat manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-53/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-53/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver