Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-54/2023 19.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1947-ci ildə Ağdaş rayonu Kükəl kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum olunmuş, məhkumluğu götrülmüş, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına 19 aprel 2023-cü il tarixdə saat 15:00-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs aralarında xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Ağdaş rayonu Kükəl kəndində yerləşən, yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs baş nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vurmuş, onun saçından tutub başını qəsdən plastik su çəninə vuraraq Zərərçəkmiş şəxs - beyin silkələnməsi, sol təpə- gicgah nahiyəsinin dərialtı hematoması (şişkinliyi), küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixdə uyğun gələn sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində hər hansı ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs onun barəsində Ağdaş rayon Polis Şöbəsinə etdiyi şikayətlə tanış olduğunu, Zərərçəkmiş şəxs ilə 1998-ci ildə ailə həyatı qurduğunu, birgə nikahlarından 1 qız övladlarının olduğunu, qızlarının ailə qurub ər evinə köçdüyünü, həmin vaxtdan sonra arvadı Zərərçəkmiş şəxs ilə birlikdə eyni evdə yaşadığını, gündəlik olaraq spirtli içki qəbul etdiyini, buna görə də, arvadı Zərərçəkmiş şəxs ilə aralarında tez-tez münaqişələrin baş verdiyini, bu səbəbdən də, təxminən 3 ilə yaxın müddətdir ki, arvadı Zərərçəkmiş şəxs ilə eyni evdə ayrı-ayrı otaqlarda yaşadığını, arvadı Zərərçəkmiş şəxs dəfələrlə paltarlarını yuyub nəm halda həyətdəki plastik su çəninin üzrərinə qoyduğunu, dəfələrlə arvadı Zərərçəkmiş şəxs nəm paltarı su çəninin üzərinə qoymamasını tapşırdığını, lakin arvadı Fatmaxanımın onun sözünə məhəl qoymadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs nəm paltarı su çəninin üzərinə qoymamasını söylədiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona “yaxşı edirəm” deyərək, həyətdə olan su çəninin özünə məxsus olmasını söylədiyini, daha sonra Fatmaxanım Məmədovanın vedrə ilə su çənindən su götürərkən arvadı Zərərçəkmiş şəxs yaxınlaşdığını, ona vedrəni su çəninin içərisinə salmamasını, suyu çirkləndirməməsini və plastik su çəninin özünə məxsus olmasını ona bildirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, buna görə də, aralarında mübahisənin baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs yaxınlaşaraq yumruqla bir neçə dəfə onun baş nahiyyəsindən qəsdən vurduğunu, daha sonra Zərərçəkmiş şəxs saçından tutub başını qəsdən bir dəfə su çəninə vuraraq ona xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs huşunu itirdiyinə görə yerdə oturduğun göstərmişdir. Məhkəmədə son sözündə etdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində hər hansı ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə ərizə ilə Ağdaş rayon Polis Şöbəsinə əri Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini, Təqsirləndirilən şəxs ilə 1998-ci ildə ailə həyatı qurduğunu, birgə nikahlarından 1 qız övladlarının olduğunu, qızlarının ailə qurub ər evinə köçdüyünü, həmin vaxtdan sonra əri Təqsirləndirilən şəxs ilə birlikdə eyni evdə yaşadığını, əri Təqsirləndirilən şəxs spirtli içkiyə qurşandığını, hər gün spirtli içki içdiyini və sərxoş olduğunu, dəfələrlə əri Təqsirləndirilən şəxs spirtli içki içməməsini bildirdiyini, lakin ərinin onun sözünə məhəl qoymadığını, yenə də, spirtli içki içdiyini, bu səbəbdən də təxminən 3 ilə yaxın müddətdir ki, əri Təqsirləndirilən şəxs ilə eyni evdə ayrı-ayrı otaqlarda yaşadığını, 3 ilə yaxın müddətdir ki, əri Təqsirləndirilən şəxs ilə küsülü olduğunu, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində yaşadıqları evin həyətində plastik su çənindən vedrə ilə su götürərkən əri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq plastik su çəninin ona məxsus olmasını iddia edərək həmin su çənindən su götürməsinə görə ona iradını bildirdiyini, onun da Təqsirləndirilən şəxs su çəninin ona məxsus olmadığını, su çəninin bir neçə il əvvəl özünün satın almasını söylədiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona nalayiq ifadə işlətdiyini, buna görə də, aralarında mübahisənin baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun baş nahiyyəsindən qəsdən vurduğunu, daha sonra Təqsirləndirilən şəxs onun saçından tutub onun başını qəsdən bir dəfə su çəninə vuraraq ona xəsarət yetirdiyini, daha sonra huşunu itirdiyinə görə yerdə oturduğunu, Təqsirləndirilən şəxs onu buraxıb çıxıb getdiyini bildirmişdir. Həmçinin o, izahatında əri Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə yaşadıqları evin həyətində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində Zərərçəkmiş şəxs doğma bacısı olduğunu, bacısı Zərərçəkmiş şəxs 1998-ci ildə Ağdaş rayonu Kükəl kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə ailə qurandan sonra əvəllər çox mehriban yaşadıqlarını, lakin son vaxtlar bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs spirtli içkiyə qurşandığını, hər gün spirtli içki qəbul etdiyini, xx.xx.2023-cü il tarixdə bacısı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona zəng edərək xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini və Ağdaş RPŞ-yə şikayət ərizəsi yazmasını ona söylədiyini, bir neçə gün sonra bacısı Zərərçəkmiş şəxs baş nahiyyəsində xəsarət olmasını, başının sol tərəfində şişkinlik olmasını gördüyünü, bacısı Zərərçəkmiş şəxs da ona Təqsirləndirilən şəxs döyərək ona xəsarət yetirməsini söylədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 76 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – beyin silkələnməsi, sol təpə - gicgah nahiyəsinin dərialtı hematoması (şişkinliyi) küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 77 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(014)-132/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(014)-7/2022 saylı qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-132/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 23 gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdulaşdırılması cəzasının 02 gününə azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanmaqla 03 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş Təqsirləndirilən şəxs «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2-ci hissəsinin 2.12-ci bəndinə əsasən cəzadan azad edilmiş, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 3-cü hissəsinin 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın xx.xx.2023-ci il tarixli, PHŞ/6.22-365-2023 saylı məktubdan görünür ki, Ağdaş rayon Kükəl kənd sakini Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB Kükəl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs son vaxtlar arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə daxilində münaqişələr olması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Kükəl kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Kükəl kəndində yaşamaqla ailə tərkibi Zərərçəkmiş şəxs qınıdan ibarətdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək Ağdaş rayonu Kükəl kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək Ağdaş rayonu Kükəl kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə 48 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-54/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-54/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver