Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-54/2024 01.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri X3 və Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 3ində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə edib daşıyaraq üzərində saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПM”) konstruksiyalı, ********** nömrəli, “BAİKAL-442” modelli, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yivli, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, həmçinin zavod nişanlarına əlavə də dəyişikliklər edilməmiş, gülləsinin başlanğıc sürəti 315 m/saniyə, öldürücüməhvedici gücü 350 metrə, maksimal uçuş sürəti 1200 metrə qədər olan odlu silah hesab edilən yarımavtomatik tapança, həmin tapançanın üzərində olan 01 ədəd “Макаров” (“ПM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşıyan komplekt hissəsi olmaqla 12 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış təyinatı üzrə yararlı olan sandıqça və həmin sandıqçanın içərisindən 03 ədəd “Макаров” (“ПM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 kalibrli təyinatı üzrə yararlı patronu əldə edib daşıyaraq üzərində saxlamış və gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş şəhəri, H.Əliyev prospektində olarkən saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 21:09-dan saat 21:29-dək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən yuxarıda qeyd olunan 01 ədəd yarımavtomatik tapança, həmin tapançanın üzərində olan 01 ədəd sandıqça və sandıqçanın içərisində olan 03 ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, sözügedən silahı Xankəndində hərbi postlar tikərkən yol kənarından tapmış və ona maraqlı gəldiyi üçün götürmüşdür. Həmin vaxt orada vəzifəli şəxslər də var idi, lakin həmin silahı onlara təqdim etməyərək özü ilə götürüb yaşadığı ünvana gətirmişdir. Təxminən 10-15 gün özündə saxlamışdır. Daha sonra qohumu və tanışı olan Maarif adlı polis əməkdaşı ilə görüşərək silah tapdığını və üzərində saxlamaqdan qorxduğunu bildirmiş, Maarif isə ondan həmin silahı alaraq satacağını və ona 500 manat verəcəyini özünə isə 400 manat saxlayacağını bildirmişdir. Silahı Maarifə verməsindən 2 ay keçdikdən sonra Maarifdən heç bir xəbər gəlmədiyini görüb Maarif ilə əlaqə saxlayaraq silahı ona qaytarmasını, özünün isə həmin silahı polis şöbəsinə təhvil verəcəyini bildirmişdir. Bundan sonra Maarif gələrək həmin silahı ona vermiş, bundan bir neçə dəqiqə sonra isə polis əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə onlarda məlumat olduğunu bildirərək onu Polis şöbəsinə dəvət etmişlər. Hazırda əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, himayəsində iki azyaşlı uşağı, xəstə anası var, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 2 ay bundan əvvəl fəhlə işləmək üçün işğaldan azad olunmuş Xankəndi rayonuna getmişdir. Həmin vaxt Xankəndi rayonunda yolun kənarı ilə gəzərkən yerdən 01 ədəd “Makarov” markalı odlu silah tapmış və özündə maraq doğurduğu üçün yerdən götürərək üzərində saxlamışdır. Həmin silahın üzərində sandıqça da olduğunu, həmin sandıqçanın içərisində isə 03 ədəd patron olduğunu görmüşdür. Bundan sonra yaşadığı ünvan 3ində yerləşən evinə gəlmiş, silahı isə evdə saxlamışdır. 12 yanvar 2024cü il tarixdə yaşadığı evdən çıxaraq rayon mərkəzinə doğru yola düşmüşdür. Evdən gedən zaman evdə saxladığı “makarov” markalı odlu silahı da, üzərində götürmüş, silahın üzərində sandıqça və sandıqçanında içərisində 03 ədəd patron da olmuşdur. Həmin günü, yəni 12 yanvar 2024-cü il tarixdə təxminən saat 20:30 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq qanunsuz olaraq üzərində və yaşadığı ünvanda odlu silah saxlamağında şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirmişlər. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan odlu silah olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “makarov” markalı odlu silahı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarın altındakı idman şalvarının sol yan cibindən 01 ədəd 20 manat, 02 ədəd 2 manat, 04 ədəd 20 qəpik və 01 ədəd 10 qəpik pul əskinaslarını təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 01 ədəd “makarov” markalı silaha baxış keçirilmiş, baxış zamanı silahın üzərində ********** saylı rəqəmlər, BAİKAL-442 sözləri yazılması aşkar edilmişdir. Sonra həmin silahın sandıqçası da çıxarılaraq baxış keçirilmişdir. Baxış zamanı sandıqçanın içərisində 03 ədəd həmin silaha aid patron olması aşkar edilmişdir. 01 ədəd “makarov” markalı silah, həmin silahın üzərindən çıxarılmış sandıqça və 03 ədəd patron 01 ədəd zərfə və 01 ədəd “Samsung” markalı mobil telefon da 01 ədəd zərfə qablaşdırılmaqla üzəriləri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, zərflər özünün və digər proses iştirakçıları tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, özünə düşmən qazanmamaq üçün həmin silahın iki ay Maarifdə olması barədə polisə heç bir söz deməmişdir. Ona görə istintaqda fərqli ifadə vermişdir. İbtidai istintaq zamanı ona heç bir təzyiq və ya təsir olmamışdır. Silah təxmini 15 gün onda olmuş, qalan müddət isə Maarifdə olmuşdur. Silahı Maarifdən özü tələb edib almış ki, polisə təhvil versin. Silahı Maarifdən alan kimi də polis əməkdaşları onu saxlamışlar. O, silahı Maarifdən alıb Polis Şöbəsinə gedəcəkdi, çünki silahı özü ilə gətirsə də saxlamaqdan qorxmuşdur. 17 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs bildirdi ki, Maarifin məhkəmədə dindirilməsini istəmir, Maarifə silah verməmiş, sadəcə məlumat vermiş, məlumat verdikdən sonra polis əməkdaşları onda silah aşkar etmişlər. Qorxduğu üçün silahı təhvil verə bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Ağdaş rayon sakini kimi tanıyır. 12 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edib məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirmişdir. Belə ki, 12 yanvar 2024-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlamasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Nicatdan üzərində odlu silah olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Makarov” markalı odlu silahı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarın altındakı idman şalvarının sol yan cibindən 01 ədəd 20 manat, 02 ədəd 2 manat, 04 ədəd 20 qəpik və 01 ədəd 10 qəpik pul əskinaslarını təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş 01 ədəd “makarov” markalı silaha baxış keçirilmiş, baxış zamanı silahın üzərində ********** saylı rəqəmlər, BAİKAL-442 sözləri yazılması aşkar edilmiş, sonra həmin silahın sandıqçanı da çıxarılaraq baxış keçirilmiş, baxış zamanı sandıqçanın içərisində 03 ədəd həmin silaha aid patron olması aşkar edilmişdir. 01 ədəd “makarov” markalı silah, həmin silahın üzərindən çıxarılmış sandıqça və 03 ədəd patron 01 ədəd zərfə və 01 ədəd “Samsung” markalı mobil telefon da 01 ədəd zərfə qablaşdırılmaqla götürülmüşdür. Bundan əlavə aşkar olunmuş 01 ədəd 20 manat, 02 ədəd 2 manat, 04 ədəd 20 qəpik və 01 ədəd 10 qəpik pul əsginasları onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Nicat həmin silahı və hissələrində Xankəndi şəhərindən tapdığını və özündə saxladığını bildirmişdir. Şəxsi axtarışdan sonra Nicatın evinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışı iclasında sualları cavablandıran Şahid1 bildirdi ki, Maarif polis nəfəridir və Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilən əməliyyat tədbirlərində iştirak etməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Ağdaş RPŞ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir. Təqsirləndirilən şəxs Ağdaş rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən RPŞ-in rəhbərliyinə raportla məruzə edildikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlamasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Nicatdan üzərində odlu silah olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “makarov” markalı odlu silahı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və əynində olan göy rəngli cins şalvarın altındakı idman şalvarının sol yan cibindən 01 ədəd 20 manat, 02 ədəd 2 manat, 04 ədəd 20 qəpik və 01 ədəd 10 qəpik pul əskinaslarını təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa əşya və predmet aşkar olunmamışdır. Aşkar olunmuş 01 ədəd “makarov” markalı silaha baxış keçirilmiş, baxış zamanı silahın üzərində ********** saylı rəqəmlər, BAİKAL-442 sözləri yazılması aşkar edilmiş, sonra həmin silahın sandıqçanı da çıxarılaraq baxış keçirilmiş, baxış zamanı sandıqçanın içərisində 03 ədəd həmin silaha aid patron olması aşkar edilmişdir. 01 ədəd “makarov” markalı silah, həmin silahın üzərindən çıxarılmış sandıqça və 03 ədəd patron 01 ədəd zərfə və 01 ədəd “Samsung” markalı mobil telefon da 01 ədəd zərfə qablaşdırılmaqla götürülmüşdür. Bundan əlavə aşkar olunmuş 01 ədəd 20 manat, 02 ədəd 2 manat, 04 ədəd 20 qəpik və 01 ədəd 10 qəpik pul əsginasları onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Nicat həmin silahı və hissələrində Xankəndi şəhərindən tapdığını və özündə saxladığını bildirmişdir. Şəxsi axtarışdan sonra Nicatın evinə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi polis əməkdaşının məhkəmədə dindirilməsi ilə bağlı məhkəmə təşəbbüsünə müdafiə tərəfi etiraz etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində olarkən saxlanılaraq RPŞ-yə gətirildikdən sonra ünvan 1 ünvanında yerləşən RPŞ-nin inzibati binasında həmin tarixdə saat 21.09-dan saat 21.29-dək üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “makarov” markalı silah, həmin silahın üzərində olan sandıqça və sandıqçanın içərisində olan 03 ədəd patron aşkar olunub qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/104 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş 01 ədəd ********** nömrəli silah, zavod üsulu ilə Rusiya dövlətində 2021-ci ildə istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmş 03 ədəd patron zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarının ştat patronlarıdır, döyüş sursatlarıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə utulmuş, həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançaların komplekt hissəsidirsandıqçadır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan təkrar məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/145 saylı rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Макаров” (“ПM”) konstruksiyalı, ********** nömrəli, “BAİKAL-442” modelli, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yivli, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, həmçinin zavod nişanlarına əlavə də yəşişikliklər edilməmiş, gülləsinin başlanğıc sürəti 315 m/saniyə, öldürücü-məhvedici gücü 350 metrə, maksimal uçuş sürəti 1200 metrə qədər olan odlu silah hesab edilən yarımavtomatik tapançadır. Tədqiqata təqdim edilmiş 01 ədəd “Макаров” (“ПM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşıyan komplekt hissəsi olmaqla 12 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış təyinatı üzrə yararlı olan sandıqçadır. Tədqiqata təqdim edilmiş 01 ədəd “Макаров” (“ПM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və.s uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 laibrli tıyinatı üzrə yararlı patrondur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatla İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-1810/2024 saylı məktubundan görünür ki, 01 ədəd 9x18 mm kalibrli, ********** nömrəli Baykal 442 modelli tapança silahdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balisstik sistemi ilə yoxlanılmış, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir və o, həmin qərarla həmin tarixdə saat 18:45-də tanış olmuşdur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli, 18-1-22/2-112/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinmiş, Şəki xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasdı Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Ağsu-Ağdaş-Kürdəmir rayonları bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 84 saylı arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Təqsirləndirilən şəxs ünvan 3i ünvanında müvəqqəti qeydiyyatda olmaqla, ailə tərkibi – anası xx.xx.1958-ci il təvəllüdlü X7, arvadı xx.xx.1990-cı il təvəllüdlü X8, qızı xx.xx.2018-ci il təvəllüdlü X9 və oğlu xx.xx.2019-cu il təvəllüdlü X4 ibarətdir. İşin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Ağsu-Ağdaş-Kürdəmir rayonları bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 09 aprel 2024-cü il tarixli A/43 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür, himayəsində təqayütçü anası, evdar qadın həyat yoldaşı və iki azyaşlı övladları var, ailəyə gəlir gətirən özüdür. İş materiallarında olan AZ İİ 237528 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında nikah Bərdə Regional ASAN Xidmət Mərkəzi tərəfindən 26 yanvar 2018-ci il tarixdə 119 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 03 iyun 2018-ci il təvəllüdlü X9 və 28 noyabr 2019-cu il təvəllüdlü X10 adlı iki azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında silahı polis nəfəri Maarif Yaqubova verdiyi və ya ona silah barədə məlumat verdiyi barədə ifadəyə tənqidi yanaşır, həmin ifadənin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, eləcə də polis nəfəri Maarif Yaqubovun məhkəmə iclasında dindirilməsinə təkidlə etiraz etməsi, həmçinin şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə, ekspert rəyləri ilə təkzib edildiyini nəzərə alaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına özünün ibtidai istintaq zamanı verdiyi ifadəsinin, şahidlərin ifadələri ilə yanaşı ekspert rəylərinin qoyulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, məcburi köçkün olmasını, ailənin yeganə qazanc gətirəni olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən, onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirilmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, silahdan istifadə etmək məqsədi ilə yox maraq üçün gətirdiyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan 1 ədəd tapança və 1 ədəd sandıqça Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunmalı, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTREG**********002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC’ nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 72 (yetmiş iki) macal pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdən 13 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın içrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nökrn qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar- Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan 1 ədəd tapança və 1 ədəd sandıqça dövlət nəfinə müsadirə olunsun, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin.(Az.MEM, VÖEN **********, Hesab № AZ34CTREG**********002088501 Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxsə göstərilmiş 12 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (“Kapital Bank ASC’ nın Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160) hesabına 72 (yetmiş iki) macal pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və aoelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasırıca protest və ya şikayət verilmədikdə hökm həmin müddəi başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-54/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-54/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver