Məhkəmə qərarları › İş №1(014)-54/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-54/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-54/2025 24.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Ağdaş rayonunun Qarağanşıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qarağanşıxlar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu X2ində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ilə eyni ünvanda yaşayan əri Təqsirləndirilən şəxs arasında 25 may 2025-ci il tarixdə saat 17:00 radələrində Ağdaş rayonu X2ində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsindən sönülü vəziyyətdə olan matorlu odun doğrayan mişar ilə bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs üzün sol almacıq nahiyəsinin şişkinliyi (dərialtı hematoması) yarası, sol gözün ağlı qişasına qansızma, küt alət (ola bilər motopila) təsirindən törənmiş, törənmə müddətləri 25 may 2025-ci il tarixə uyğun gələn və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Kərim oğlu özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onunla 2004-cü ildə ailə qurmuşdur. Onların bu evliliklərindən iki oğlan, bir qız olmaqla üç övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra arvadı Rəqsanə ona məxsus Ağdaş rayonu X2ində yerləşən evə köçmüş, orada arvadı Rəqsanə və bacısı Şahid1 ilə birlikdə yaşamağa başlamışdır. Tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib-gəlir. Sonuncu dəfə 2024-cü ilin fevral ayında işləmək üçün Rusiya Federasiyasının Ryazan vilayətinin Kasimov şəhərinə getmiş, 2025-ci ilin may ayının 25-də yaşadıqları evə geri qayıtmışdır. Əvvəllər arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə və dava-dalaş baş verməmiş, münasibətləri normal olmuşdur. Lakin son zamanlar aralarında narazılıqlar yaranmağa başlamışdır. Buna səbəb isə guya onun Rusiya Federasiyasına getdikdən sonra evə pul göndərməməsi, zəng edib arvadı Rəqsanəyə evdən çıxıb getməsini deməsi olmuşdur. Buna görə arvadı Rəqsanə ilə mobil telefonda danışan zaman aralarında mübahisə baş vermişdir. Həmin mübahisədən sonra onunla küsülü olub. 25 may 2025-ci il tarixdə təxminən saat 12:30 radələrində yaşadıqları evə gəlib. Evə gələn zaman arvadı Zərərçəkmiş şəxs evdə olmayıb, həmin vaxt o işdə olub. Uzaq yol gəldiyi üçün evə çatdıqdan sonra yatıb. Yuxudan oyandıqdan sonra evdə çölə, eyvana çıxıb. Bu zaman arvadı Zərərçəkmiş şəxs evin eyvanının pilləkənində oturub mobil telefonla danışmasını görüb. O, mobil telefonda danışdığı şəxsə sabah saat 7-də işə gedəcəyini deyib. Həmin vaxt bacısı Rəna da pilləkəndə, arvadı Rəqsanənin yanında oturubmuş. Rəqsanənin səhər işə gedəcəyini eşidib telefonu onun əlindən alıb söndürüb. Buna görə də aralarında mübahisə baş verib. Mübahisə zamanı arvadı Rəqsanə ona heç bir yerdə işləmədiyini, evə pul qazanıb gətirmədiyini, uşaqlara işləyib özünün baxdığını deyib. Rəqsanəyə dəfələrlə Rusiyada olan zaman pul göndərdiyini bildirib. Mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs dediyi sözlərdən əsəbləşib evin pilləkəninin üzərindəki sönülü vəziyyətdə olan motorlu odun doğrayan mişarı götürüb bir dəfə qəsdən arvadı Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən vuraraq qəsdən ona xəsarət yetirib. Həmin vaxt yanlarında olan bacısı Şahid1 onları bir-birindən uzaqlaşdırıb. Səs-küyə evdə olan oğlu Şahid2 gəlib. Mübahisə və dava-dalaşdan sonra evdən çıxıb gedib. Arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə və dava-dalaş 25 may 2025-ci il tarixdə saat təxminən 17:00 radələrində yaşadıqları evin eyvanında baş vermişdir. Arvadı Zərərçəkmiş şəxs ilə arasında mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2004-cü ildə Ağdaş rayonu X2 sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Onların bu evliliklərindən iki oğlan bir qız olmaqla üç övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ərinin Ağdaş rayonu X2ində yerləşən evinə köçmüş, orada əri Təqsirləndirilən şəxs və onun bacısı Şahid1 ilə birlikdə yaşamağa başlamışdır. Əri teztez işləmək üçün Rusiya Federasiyasına gedib-gəlir. Sonuncu dəfə 2024-cü ilin fevral ayında işləmək üçün Rusiya Federasiyasının Ryazan vilayətinin Kasimov şəhərinə getmiş, 2025-ci ilin may ayının 25-də yaşadıqları evə geri qayıtmışdır. Əvvəllər əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə və dava-dalaş baş verməmiş, münasibətləri normal olmuşdur. Lakin son zamanlar aralarında narazılıqlar yaranmağa başlamışdır. Buna səbəb isə əri Rusiya Federasiyasına getdikdən sonra evə pul göndərməməsi, zəng edib ona evdən çıxıb getməsini deməsi olmuşdur. Buna görə də mobil telefonla danışan zaman aralarında mübahisə baş vermişdir. Həmin mübahisədən sonra əri Təqsirləndirilən şəxs ilə danışmır, ondan küsülü olub. 25 may 2025-ci il tarixdə təxminən saat 12:30 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları evə gəlib. Ərinin gələcəyini ona baldızı Şahid1 deyib. Həmin vaxt Ofelia şadlıq sarayında işdə olub. Əri Təqsirləndirilən şəxs evə gəldiyi üçün saat təxminən 16:00 radələrində işdən çıxıb yaşadığı evə gedib. Evə çatdıqdan sonra əri Təqsirləndirilən şəxs evdə yatmasını görüb. Bundan sonra ev işləri ilə məşğul olmağa başlayıb. Təxminən bir saat sonra əri Calal yuxudan oyanıb çölə, eyvana çıxıb. Həmin vaxt o, yaşadığı evin pilləkənində oturub mobil telefonla bacısı Kəmalə ilə danışırmış. Bacısı ona ərinin gəlməsi ilə bağlı həm gözaydınlığı verib, həm də səhəri günü iş olacağını, saat 7-də hazır olmasını deyib. Həmin vaxt baldızı Rəna da yanında oturubmuş. Əri Təqsirləndirilən şəxs onun səhər işə gedəcəyini eşidib telefonu əlindən alıb söndürüb. Buna görə də aralarında mübahisə baş verib. Mübahisə zamanı ona heç bir yerdə işləmədiyini, evə pul qazanıb gətirmədiyini, uşaqlarına işləyib özünün baxdığını deyib. Bu zaman əri Təqsirləndirilən şəxs ona dediyi sözlərdən əsəbləşib evin pilləkəninin üzərindəki sönülü vəziyyətdə olan motorlu odun doğrayan mişarı götürüb bir dəfə qəsdən onun sifətinin sol tərəfindən vuraraq qəsdən ona xəsarət yetirib. Həmin vaxt yanlarında olan baldızı Şahid1 bir-birindən uzaqlaşdırıb. Səs-küyə evdə olan oğlu Şahid2 gəlib. Əri Təqsirləndirilən şəxs mübahisə və dava-dalaşdan sonra evdən çıxıb gedib. Əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə və dava-dalaş 25 may 2025-ci il tarixdə saat təxminən 17:00 radələrində yaşadıqları evin eyvanında baş vermişdir. Əri Təqsirləndirilən şəxs ilə arasında mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 25 may 2025-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadıqları evin eyvanında qardaşı Təqsirləndirilən şəxs sönülü vəziyyətdə olan motorlu odun doğrayan mişarı götürüb bir dəfə arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona qəsdən xəsarət yetirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan məhkəmə-tibbi ekspertizasının 27 may 2025-ci il tarixli, 212 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – üzün sol almacıq nahiyəsinin şişkinliyi (dərialtı hematoması) yarası, sol gözün ağlı qişasına qansızma, küt alət (ola bilər motopila) təsirindən törənmiş, törənmə müddətləri 25 may 2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan məhkəmə-tibbi ekspertizasının 27 may 2025-ci il tarixli, 213 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının 30 may 2025-ci il tarixli, 18-1-22/2-796/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X2 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X2 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və iki yetkinlik yaşına çatmış və bir azyaşlı uşaqdan ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin təqsrləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd motorlu odun doğrayan Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 110 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut – Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd motorlu odun doğrayan Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən 110 (yüz on) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar