Məhkəmə qərarları › İş №1(014)-55/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-55/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-55/2024 13.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 06 avqust 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, mənbədən və şəraitdə satış məqsədi olmadan, şəxsi istifadəsi üçün xeyli miqdarda, yəni 1,132 qram tərkibində kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraqəldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan” kafesinin yaxınlığında saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 18:32-dən 18:50-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf bükümdə ümumi təmiz çəkisi 1,132 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə qurudulmuş marixuana və heroin istifadə edir. Narkotik vasitələr qəbul etməyəndə bədənində ağrılar yaranır. 08 yanvar 2024-cü il tarixdə saat təxminən 12 radələrində Mingəçevir şəhəri, Qres qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbin qarşısında piyada hərəkət edən zaman yerdə içərisində ağ rəngli sellofan büküm olan kibrit qutusunu görüb, marağına səbəb olduğundan götürmüş və içərisinə baxmışdır. Kibrit qutusunun içərisində şəffaf rəngli sellofan büküm və həmin bükümün içərisində də narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin heroini kibrit qutusu ilə birlikdə götürüb əynində olan qara rəngli gödəkçənin sağ yan cibində qoymuş, daha sonra isə fərdi yaşayış evinə getmişdir. Narkotik vasitə heroini qara rəngli gödəkçəsinin cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında dostları ilə görüşmək üçün Ağdaş şəhərinə gəlmiş, Ağdaş şəhərində olan zaman üzərində olan narkotik vasitə heroinin üzərindən az miqdarda götürüb istifadə etmişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Saat təxminən 18 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan” adlanan kafenin yaxınlığında piyada hərəkət edən zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin olunmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu, 1 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd “Winston” markalı siqaretin dənəciyini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təhqiqatçı kibrit qutusuna baxmış və içərisində kibrit dənəciklərinin olduğunu müəyyən etmişdir. Daha sonra təqdim etdiyi şəffaf rəngli sellofan bükümə baxış keçirmiş və həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşmuşdur. Özü də həmin maddənin narkotik vasitə kakos olduğunu və xx.xx.2024-cü il tarixdə saat təxminən 12:00-13:00 aralığında Mingəçevir şəhəri, Qres qəsəbəsində yerləşən 4 nömrəli məktəbin qarşısında yerdə olan kibrit qutusunda tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,33 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə heroin kütləsi özünə məxsusdur. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Hazırda əməlindən peşmandır, himayəsində biri azyaşlı olmaqla iki övladı var, səhhətində problemlər var, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs saxlanılaraq Ağdaş RPŞ-yə gətirilməsi ilə bağlı tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə saat 18:00 radələrində onun və PPXB-nün manqa komandiri Şahid1 iştirakı ilə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Xırdalan” kafesinin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsində şübhəli olmasını bildirmişlər və onu Ağdaş RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümə baxış keçirmiş və həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin maddənin narkotik vasitə kakos olduğunu və xx.xx.2024-cü il tarixdə saat təxminən 12:00-13:00 aralığında Mingəçevir şəhəri, Qres qəsəbəsində yerləşən 4 nömrəli məktəbin qarşısında yerdə olan kibrit qutusunda tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,33 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılıb RPŞ-yə gətirilərkən üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmamışdır. Daxil olmuş əməliyyat məlumatı və keçirilmiş əməliyyat-axtarış tədbirlərinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə heroini şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd papaq, sol əlində saxladığı 1 ədəd cib dəsmalını, gödəkçənin sol iç cibindən 1 ədəd eynək, 1 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 1 ədəd ip, gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusu, 1 ədəd şəffaf rəngli sellofan büküm və 1 ədəd “Winston” markalı siqaretin dənəciyini çıxarıb masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təhqiqatçı kibrit qutusuna baxmış və içərisində kibrit dənəciklərinin olduğunu müəyyən etmişdir. Daha sonra təqdim etdiyi şəffaf rəngli sellofan bükümə baxış keçirmiş və həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşmuşdur. Özü də həmin maddənin narkotik vasitə kakos olduğunu və 08 yanvar 2024-cü il tarixdə saat təxminən 12:00-13:00 aralığında Mingəçevir şəhəri, Qres qəsəbəsində yerləşən 4 nömrəli məktəbin qarşısında yerdə olan kibrit qutusunda tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroin təhqiqatçı tərəfindən şəffaf sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,33 qram olduğu müəyyən olunmuşdur. Həmin narkotik vasitə heroin iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, o və iştirak edən digər iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 10 yanvar 2024-cü il tarixli 17/34 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan paket....” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-1,132 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 yanvar 2024-ci il tarixli 62 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən, Mingəçevir Şəhər Məhkəməsinin 28 may 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 1) Mingəçevir Şəhər Məhkəməsinin 27 may 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,234.2-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətə azadlıqdan məhrum etmə cəzaına məhkum edilmiş, 08 iyun 2007-ci il tarixdə Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. 2) Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyul 2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 12 fevral 2014-cü ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. 3) Mingəçevir Şəhər Məhkəməsinin 30 iyul 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 avqust 2016-cı il tarixdə Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. 4) Mingəçevir Şəhər Məhkəməsinin 28 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 noyabr 2021-ci il tarixdə Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. İşin materiallarında olan Mingəçevir şəhəri MKTK. MİS 3 17 yanvar 2024-cü il tarixli 37 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində mənzil istismar sahəsinə heç bir şikayət və narazıçılıq daxil olmamışdır. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3 adlı 1 azyaşlı uşağı vardır. İşin materiallarında olan 09 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 09 yanvar 2024-cü il tarixdə saat 18:00-dan hesablanmışdır. İşin materiallarında olan 11 yanvar 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2024-cü il tarixdə saat 10:40-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İşin materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” 02 iyun 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə könüllü olaraq özünü Mingəçevir ŞPŞ-nə təqdim etmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroin şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 02 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1,082 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 71(yetmiş bir) manat 94(doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 84 (səksən dörd) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (il) ay 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1,082 qram çəkidə kustar üsulla hazırlanmış nakotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 14 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 84 (səksən dörd) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar