Məhkəmə qərarları › İş №1(014)-55/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-55/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-55/2025 01.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X4 Ənvər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, 27 avqust 1994-cü il tarixdə Ağdaş rayonu, Sadavat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Sadavat kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində Ağdaş rayonu, Sadavat kəndində yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş və sifət nahiyələrindən yumruq ilə bir neçə dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs - qapalı kəllə beyin travması-beyin silkələnməsi, başın sağ təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sol gözbucağı nahiyənin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2021-ci il tarixdə evlənmişlər, birgə nikahlarından 1 oğlan övladı vardır. 01 iyun 2025-ci il tarixdə səhər saatlarında arvadı Zərərçəkmiş şəxs ona uşağı parka aparmaq istədiyini demiş, o da pulunun olmadığını, buna görə də parka getməməsini bildirmiş və evdən çıxaraq işə getmişdir. Həmin gün saat 20:00 radələrində işdən çıxıb yaşadığı evə gəlmiş və anası Şahid1 qonşudan gəlməsini görmüşdür. Anası Şahid1 hardan gəlməsini soruşduqda anası Səbinə cavabında arvadının parka getmək istədiyini, buna görə də atasına xəbər verməyə getdiyini bildirmişdir. Daha sonra əsəbləşərək arvadı Zərərçəkmiş şəxs üzərinə qışqırmış, arvadı ona kobud cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yaxınlaşaraq onun sifət və baş nahiyələrindən yumruq ilə bir neçə dəfə qəsdən vuraraq qəsdən xəsarət yetirmişdir. Mübahisə zamanı anası Şahid1 onların yanında olmuşdur. Mübahisədən sonra qayınatası Şahid2 onun yaşadığı evə gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını, arvadı Zərərçəkmiş şəxs ilə barışdıqlarını, Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödədiyini bildirib, barəsində olan materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs əri Nicat ilə barışdıqlarını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmasını bildirib, ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2021-ci il tarixdə evləniblər, birgə nikahlarından bir övladları vardır. 01 iyun 2025-ci il tarixdə əri Təqsirləndirilən şəxs uşağı parka aparmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs ona “pulunun olmadığını, buna görə də parka getməyəcini demiş və Nicat evi tərk edib işə getmişdir. Həmin gün yəni, 01 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində əri Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və qaynanası Şahid1 qonşudan gəlməsini görmüşdür. Qaynanası Şahid1 haradan gəlməsini soruşduqda cavabında ona “sənin arvadın parka getmək istəyir, atasına xəbər etmək üçün getmişdim” demişdir. Bu sözü eşidən əri Təqsirləndirilən şəxs ona yenidən gəzməyə getmək üçün pullarının demiş və əsəbləşərək onun üstünə qışqırmışdır. O da ərinə cavab qaytarmış, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruq ilə bir neçə dəfə qəsdən onun baş və sifət nahiyələrindən vuraraq qəsdən ona xəsarət yetirmişdir. Mübahisə zamanı yanlarında qaynanası Şahid1 olmuş və onları sakitləşdirmişdir. Daha sonra atası Şahid2 ona zəng edib nə baş vermədiyini soruşmuş, o da atasına əri tərəfindən döyülməsini bildirmişdir. Bundan sonra atası onun yaşadığı evə gələrək halının pis olduğunu görüb onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. 01 iyun 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində yaşadıqları evdə oğlu Təqsirləndirilən şəxs ilə gəlini Zərərçəkmiş şəxs aralarında mübahisə baş vermiş və mübahisə zamanı oğlu Nicat arvadı Vəfanın sifət və baş nahiyələrindən yumruqla bir neçə dəfə vuraraq Vəfaya xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 2021-ci il tarixdə evlənmişlər. 01 iyun 2025-ci il tarixdə qızı Zərərçəkmiş şəxs hal-əhval tutmaq üçün zəng vurmuş, qızının səsinin pis gəlməsini eşidib ondan nə olduğunu soruşduqda qızı Vəfa ona əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonu, Sadavat kəndində yerləşən evə getmiş və orada qızı Vəfanın sifət və baş nahiyələrində xəsarətlər olmasını görmüş və onu xəstəxanaya aparmışdır. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra qızını və nəvəsini Ağdaş rayonu, Mürsəl kəndində yerləşən evinə aparmış, daha sonra qızı Vəfa İsgəndərova polisə bu barədə şikayət etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 02 iyun 2025-ci il tarixli, 241 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – qapalı kəllə beyin travmasıbeyin silkələnməsi, başın sağ təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sol gözbucağı nahiyənin qançırı, törənmə müddətləri 01 iyun 2025-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəmə tibbi-ekspertizasının 02 iyun 2025-ci il tarixli, 247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 14 iyun 2025-ci il tarixli, 18-1-22/2-855/2025 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Sadavat kəndində yaşayan 27 avqust 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli, 5-32-12/2-184/2025 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Sadavat kəndində yaşayan 27 avqust 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – anası xx xxxxxx 1972-ci il təvəllüdlü Şahid1, arvadı xx xxxxxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və övladı 20 avqust 2022-ci il təvəllüdlü X2 ibarətdir. Ağdaş rayon Qeydiyyat şöbəsinin AZ-İV № 753084 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2022-ci il təvəllüdlü X7 adlı övladı var. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq edilən sübutların yekununa əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə saat 20:00 radələrində Ağdaş rayonu, Sadavat kəndində yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş və sifət nahiyələrindən yumruq ilə bir neçə dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs - qapalı kəllə beyin travması-beyin silkələnməsi, başın sağ təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sol gözbucağı nahiyənin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı üçün ona qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 saat 30 dəqiqə vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 104,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 104,50 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar