Məhkəmə qərarları › İş №1(014)-56/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-56/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-56/2021 28.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi-39 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 08.03.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 aprel 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötürü ki, 2021-ci il yanvar ayının axırlarında Ağdaş rayon Ləki Qəsəbəsindən su arxının kənarından şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 312.84 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş,həmin narkotik vasitədən 300,78 qramını evində saxlamış, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,95 qram, kağıza bükülmüş 02 ədəd ağ rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,54 qram və 0,57 qram, ümumi təmiz çəkisi 12,06 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımış və 06.03.2021-ci il tarixdə saat 13:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri M.İsayev küçəsindən Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 13:32 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə onun üzərindən aşkar edilərək götürülmüşdür.Həmçinin həmin gün saat 14:03 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi ev 39 ünanında yerləşən evində axtarış aparılan zaman qanunsuz olaraq satış məqsədi olmadan saxladığı 01 ədəd ağ rəngli sellofan torbada ümumi təmiz çəkisi 312.84 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuanandan qalan 01 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 300,78 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun evindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, ailəli olduğunu və heç bir yerdə işləmədiyini, səhhətində amma problemlər olduğunu, narkotik vasitə olan marixuananın istifadiçisi olduğunu, xəstə olduğunu, ağrıları olduğu üçün narkotik vasitədən istifadə etdiyini, 06.03.2021-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhəri M.İsayev küçəsi ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona müdafiəçi təyin etdiklərini, sonra onu tutduqlarını, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarışın mobil telefon vasitəsilə video qeydə alındığını, şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sol cibindən 01 ədəd sellafon büküm, sağ cibindən də 01 ədəd kağız büküm aşkar olunduğunu, başqa üzərindən heç bir şey aşkar olunmadığını, sellafon büküm açıldıqda içərisində yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsi elektron tərəzidə çəkildiyini, çəkisinin 12 qram olduğunu, kağız bükümün içərisindən isə 02 ədəd kiçik kağız bükümlərin aşkar olunduğunu, həmin kağız bükümlərin içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, həmin kağız bükümlərin də elektron tərəzidə çəkildiyini, çəkilərinin 0.91 və 0.85 qram olduğunu, aşkar olunmuş bükümlərin kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, qablaşmaya imza etdiklərini, sonra yaşadığı evin həyətində də narkotik vasitə saxladığını, sonra birlikdə onun yaşadığı ünvana getdiklərini, orada həyətdə gizlətdiyi sellafon torbada olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, həmin narkotik vasitənin də elektron tərəzidə çəkildiyini, çəkisinin 308 qram olduğunu, həmin sellafon torbanın da qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların qablaşmaya imza etdiklərini, üzərindən və yaşadığı evindən aşkar olunan həmin narkotik maddəni 2021-ci ilin yanvar ayının axırlarında Ləki Qəsəbəsindən su arxının yanından yerdən sellofan torbada tapdığını, daha sonra həmin sellofan torbanı götürüb evində saxladığını, içərisindən biraz götürüb üzərində istifadə etmək üçün saxladığını, qalanını isə istifadə etmək evdə üçün saxladığını, yaşadığı evdə narkotik vasitə saxlamağı barədə ailə üzvlərinin və ya başqa hər hansı bir şəxsin xəbəri olmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, oğlu Ənvərin ailəli olduğunu və öz ailəsi ilə birlikdə onunla yaşadığını, Ənvərin bir müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, 06.03.2021-ci il tarixdə Ənvərin Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Ağdaş şəhərində üzərində narkotik vasitə gəzdirərkən saxlandığını eşitdiyini, daha sonra da Ənvəri polis şöbəsinə apardıqlarını və həmin zaman onun üzərindən narkotik vasitə aşkar olunduğunu bildiyini, həmçinin də həmin gün polis əməkdaşlarının onların yaşadıqları evə gəldiklərini, həmin vaxt Ənvərin də polis əməkdaşları ilə birlikdə olduğunu, polis əməkdaşlarının onların yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirdiklərini və baxış zamanı yaşadıqları evin arxa sol tərəfində olan tualetin arxasında topa halda yığılmış odunların arasından 01 ədəd sellofan torba aşkar olunduğunu, daha sonra həmin torbanın içərisindən narkotik vasitəyə oxşar kütlə aşkar olunaraq götürüldüyünü, bundan başqa onların yaşadığı evdən heç nə aşkar olunmadığını və götürülmədiyini, həmçinin oğlu Ənvərin də yaşadıqları evdə narkotik vasitə olmadığını bildirdiyini, bundan sonra Ənvərin də polis əməkdaşları ilə birlikdə getdiyini, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən aşkar olunmuş narkotik maddəni onun haradan əldə etməsi barədə dəqiq heç nə bilmədiyini, 06.03.2021-ci il tarixdə 14:03 radələrində yaşadığı evdə axtarış aparılan zaman yaşadığı evin həyətindən 01 ədəd ağ rəngli sellofan torbada təmiz çəkisi 300,78 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi barədə yaşlı olduğu üçün və həmçinin də səhhəti ilə bağlı problemləri olduğu üçün yaşadığı evin həyətinə düşmədiyini, bu səbəblə də həyətdə harada nə olmasını bilmədiyini, Ənvərin evdə narkotik vasitə saxlamadığını, başqa yerdə saxlayıb saxlamaması barədə heç bir məlumatının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 06.03.2021-ci il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi-39 ünvanında yaşayan xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 13:00 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ənvəri Ağdaş şəhəri M.İsayüv küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, bundan sonra onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Ənvərin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ənvərin əynindəki gödəkçənin sol cibindən 01 ədəd sellafon büküm, sağ cibindən də 01 ədəd kağız büküm aşkar olunduğunu, başqa üzərindən heç bir şey aşkar olunmadığını, sellafon büküm açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 12 qram olduğunu, kağız bükümün içərisindən isə 02 ədəd kiçik kağız bükümlər aşkar olunduğunu, həmin kağız bükümlərin içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, həmin kağız bükümlərin də elektron tərəzidə çəkildiyini, çəkilərinin 0.91 və 0.85 qram olduğunu, aşkar olunmuş bükümlərin kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin zərfin üzəri imzalandığını, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxs protokollara imza etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi-39 ünvanına baxış keçirildiyini, həmin baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, baxış zamanı Ənvərin yaşadığı evin arxa tərəfində sol tərəfində olan tualetin arxasında topa halda yığılmış odunların arasından 01 ədəd sellofan torba aşkar olunduğunu, həmin sellofan torba açılan zaman içərisindən yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar olunduğunu, bundan sonra həmin sellfoan torbanın elektron tərəzidə çəkildiyini, çəkisinin 308 qram olduğunu, həmin sellafon torbada qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin torbanın üzəri imzalandığını, baxış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra baxışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 2021-ci ilin yanvar ayının axırlarında Ləki Qəsəbəsindən su arxının yanından yerdən sellofan torbada tapdığını, daha sonra həmin sellofan torbanı götürüb evində saxladığını, içərisindən biraz götürüb üzərində istifadə etmək üçün saxladığını, qalanını isə istifadə etmək üçün evdə üçün saxladığını bildirdiyini, Ənvər Əzzizovun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və özündə bu barədə heç bir məlumat olmadığını, Ənvər Əzzizovun üzərində şəxsi axtarış və evinə baxış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın və baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 06 mart 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş video diskdən müəyyən edilir ki, həmin tarixdə saat 13:32-dən saat 13:43-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və öncə Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd kağız büküm, sağ yan cibindən də 01 ədəd sellafon büküm aşkar olunmuş kağız büküm açıldıqda içərisindən qırmızı rəngli selofan büküm çıxdı.Həmin selofan bükümun içərisindən isə yaşıl rəngli xüusi iyə malik bitki kütləsi askar olundu. Həmin selfan büküm elektoron tərəzidə çəkildi və çəkisi 12 qram oldu. Sonra sağ yan cibdən çıxan sellafon büküm açıldı, içərisindən 2 ədəd kiçik kağız büküm aşkar olundu. Onlar da açıldıqda içərisindən yaşıl rəngli, iyli, bitki kütləsi aşkar olundu. Həmi kağız bükümlər elektron tərəzidən çəkildi çəkiləri müvafiq olaraq 0.91 və 0.85 qram oldu sonra hər üç büküm kağız zərfə qablaşdırıldı üzərin 111 nömrəli möhür vuruldu bütün iştirakçılar imza etdi proses TB-nın rəisi Rəşid Musayev tərəfində vido qeydə alındı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 16.03.2021-ci il tarixli 17/176 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 10,95 qr, kağıza bükülmüş 02(iki) ədəd ağ rəngli kağız bükümlərdə təmiz çəkiləri 0,54 qr, 0,57qr ümumi təmiz çəkisi – 12, 06 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən aşkar olunmuş sellofan büküm...” sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi – 300,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 01(bir) ədəd zərfdəki 01(bir) ədəd sellofan bükümdə və 02 (iki) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar ilə 01(bir) sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 19.03.2021ci il tarixli 269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannibinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X17 12 mart 2021-ci il 349 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Abşeron Rayon məhkəməsinin 10.08.2011-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə maddəsinə əsasən 4000 (dörd) min manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsaəsn üzərində qəti olaraq 2500 manat miqdarında cərimə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Ləki qəsəbə icra nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ləki X12 üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli 59 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi 39 №-li evdə yaşamaqla ailə tərkibi X3-anası, X10-qaradaşı, X6- həyat yoldaşı, uşaqları-15.10.2012-ci il təvəllüdlü X11 və 17.07.2014-cü il təvəllüdlü X7r İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında 06 mart 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə saat 13:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında 08.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSYdən azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon, Ləki qəsəbəsi C.Məmmədov küçəsi 39-da yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 312.64 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər X4 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili dullayev Ehtibar Vaqif oğlunun ibtidai istintaqda göstərdiyi 22 (iyirmi iki) saat, Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X1 məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 132 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına, 120 (yüz iyirmi) manat Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili X1 “xxxx” ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir.. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon, Ləki qəsəbəsi C.Məmmədov küçəsi 39-da yerləşən yaşayış yerini saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 312.64 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan iş üzrə məhkəmə xərci olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardıma görə 132 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına, 120 (yüz iyirmi) manat Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili X1 “xxxx” ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar