Məhkəmə qərarları › İş №1(014)-56/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-56/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-56/2022 13.09.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1977-ci ildə Ağdaş rayonunun Sadavat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Sadavat kəndində qeydiyyatda olan və yaşayan, barəsində məhkəmənin 21 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 27 avqust 2022-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 26 noyabr 2014-cü il tarixdən hesablanmaqla 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 21 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-16/2015 saylı, 14 yanvar 2015-ci il tarixli qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 3(014)-387/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 15 oktyabr 2020-ci il və 04 noyabr 2020-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 avqust 2021-ci il tarixinə kimi 4.680 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, hazırda 4.680 manat aliment borcunu tam olaraq ödəyərək Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini bildirdi, barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və ifadəsində göstərdi ki, hazırda Bakı şəhərində bina tikintisində fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olmaqla aylıq 300-400 manat gəlir əldə edir. Əlavə olaraq fərdi qaydada təsərüfat fəaliyyəti ilə məşğul olur və əlavə qazanc əldə edir. Əvvəllər icarə əsasında sürücülük fəaliyyəti ilə məşğul olmaq üçün “Mercedes” markalı minik avtomobil idarə etmiş, lakin pandemiya dövründə avtomobili sahibinə təhvil vermişdir. Zərərçəkmiş şəxs Ağdaş rayonu, Xosrov kəndinin sakini kimi tanımış və münasibətləri yaranmışdır. 2006-cı il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Evliliklərindən 29 sentyabr 2008-ci il təvəllüdlü X6 və 21 yanvar 2013-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Bakı şəhərində kirayə yaşamışlar, daha sonra Zərərçəkmiş şəxs Ağdaş rayonu, Xosrov kəndində öz valideynlərinin yanında yaşamışdır. Həmin vaxtlar o, Bakı şəhərində “Megafun” əyləncə mərkəzində texnik kimi çalışmış, bundan əlavə özünə məxsus avtoyuma məntəqəsi olmuş, lakin sonradan fəaliyyətini dayandırmışdır. Müxtəlif vaxtlarda xırda bizneslə də, əlavə gəlir etmişdir. Daimi işlədiyindən Məşğulluq mərkəzinə müraciət etməmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Tünzalə evdə əsassız söz-söhbətlər yaratdığından, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-16/2015 saylı, 14 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən ondan 26 noyabr 2014-cü il tarixdən hesablanmaqla 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 21 yanvar 2013cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, lakin, imkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini ilk vaxtlar səhlənkarlıq etdiyindən, daha sonra ölkədə pandemiya vəziyyəti olduğundan icra etməmişdir. Təqdimat verilən günə, yəni 11 avqust 2021-ci il tarixə kimi Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş (014)-16/2015 saylı, 14 yanvar 2015ci il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 4.680 manat təşkil etmişdir. 2020-ci il tarixdə Aynurə Əliyeva ilə yenidən ailə hayatı qurmuş və həmin evliliyindən X4 adlı övladı dünyaya gəlmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 4.680 manat aliment borcunun tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və göstərdi ki, Təqsirləndirilən şəxs Sadavat kənd sakini kimi tanımış və münasibətləri yaranmışdır. 2006cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 sentyabr 2008-ci il təvəllüdlü X6 və 21 yanvar 2013-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar Bakı şəhərində müxtəlif ünvanlarda sonradan Kamilin valideyinləri ilə birlikdə Ağdaş rayonun, Sadavat kəndində yaşamışlar. Əvvələr Kamil ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşaqları ilə maraqlanmadığı, başqa qadınla qeyri rəsmi ailə qurduğu üçün ayrılmış və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-16/2015 saylı, 14 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2014-cü il tarixdən hesablanmaqla 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 21 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Ağdaş Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 11 avqust 2021ci il tarixə kimi 4680,00 manat aliment borcunu ödəməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda Bakı şəhəri, NZS qəsəbəsində ayaqqabı təmiri tükanı, bundan əlavə Bakı şəhəri, 28 May küçəsində telefon satış mağazası işlətmiş və yetərli qazanc əldə etmişdir. Birgə yaşadıqları müddətdə “Mercedes” markalı minik avtomobil almışdır, lakin öz adına rəsmiləşdirməmişdir. Bildiyinə görə həmin avtomobili Bakı şəhərində icarəyə vermişdir. Hazırda Ağdaş şəhərində meyvə-tərəvəz satışı ilə məşğul olur. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Zərərçəkmiş şəxs 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə ailə hayatı qurmuşdur. Evliliklərindən 29 sentyabr 2008-ci il təvəllüdlü X6 və 21 yanvar 2013-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, qızı Tünzaləni atıb getdiyindən ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)- 16/2015 saylı, 14 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2014-cü il tarixdən hesablanmaqla 29 sentyabr 2008-ci il təvəllüdlü X2 və 21 yanvar 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 80,00 manat cəmi 160,00 manat sabit pul məbləğində aliment tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağdaş Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətində inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs qızı ilə evli olduğu vaxtlarda və hazırda yetərli qədər qazanc əldə edir. Ağdaş şəhərində yerləşən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olduğunu görmüşdür. Əvvəllər Kamilin avtomobili olmuş, lakin bildiyinə görə öz adına rəsmiləşdirməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs aliment ödəməkdən qərəzli olaraq yayınmış, uşaqları ilə maraqlanmamış nə maddi, nə mənəvi köməkliyi olmamışdır. İş üzrə şahid Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-16/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxx 1977-ci ildə Ağdaş rayonu Sadavat kəndində anadan olmuş, Ağdaş rayonu Sadavat kəndində yaşayan borclu Təqsirləndirilən şəxs 26 noyabr 2014-cü il tarixdən başlayaraq 29 sentyabr 2008-ci il tarixdə anadan olmuş X2 və 21 yanvar 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 80 manat aliment pulu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilən icra vərəqəsi 26 fevral 2015-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və 26 fevral 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Bildiriş borcluya təqdim edilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon icra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Ancaq o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. İcra şöbəsində 29 iyun 2020-ci il tarixdə “Borclunun axtarılmasına dair” qərar qəbul edilmiş və icra olunması üçün Ağdaş Rayon Polis Şöbəsinə göndərlmişdir. 05 oktyabr 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş rayon icra və probasiya şöbəsinə gətirilmiş, onun icra şöbəsində izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 3(014)-387/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün ona yeni müddət verilsə də borclu tələbi icra etməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 07 iyun 2015-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)- 16/2015 saylı 14 yanvar 2015-ci il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 26 iyun 2018-ci il tarixdən başlayaraq cəmi 1240,00 manat aliment pulu ödəmiş, borclunun tələbkara 05 avqust 2021-ci il tarixə 4680,00 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs 26 noyabr 2020-ci il tarixdə Ağdaş rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 2(014)-16/2015 saylı 14 yanvar 2015-ci il tarixli icra vərəqəsini inzibati tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq icra etməməkdə davam etmişdir. O, həm də tələbi icra etməsi üçün ona yaradılmış faktiki imkanlarından istifadə etməmişdir. Onun əməllərində qərəzlilik elementləri müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. İş üzrə şahid Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid3 məhkəmə iclasında şahid Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətmişdir, himayəsində bir azyaşlı uşağı var, 4.680 manat aliment borcunu tam olaraq ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və 306.2 maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, cinayət işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclası zalında həbsdən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar