Məhkəmə qərarları › İş №1(014)-56/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-56/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-56/2024 28.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Mütəxəssislər- X8 və X2, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Kəndoba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 10:40 radələrində “X16" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi QAZ 3110 markalı, **-RG-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax yolunun Ağdaş şəhəri ərazisindən keçən 240-cı kilometrliyində Yevlax şəhəri istiqamətində 40 km/saat surətlə hərəkətdə olarkən “X16” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbir görməli olduğu halda görməyərək avtomobilinin qabaq sağ tərəfi ilə yolun solundan sağına doğru iti addınlara keçən piyada Zərərçəkmiş şəxs yolun orta xəttindən sağa doğru 1,7 metr məsafədə vurmuş, nəticədə o, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol qamış sümüyünün orta 1/3-nin açıq yerdəyişmiş sınığı, sağ topuq sümüyünün yerdəyişmiş sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 40 km/s surətlə öz yolu ilə hərəkət edərkən Vilayət qəfildən onun maşınına dəyib yerə yıxılmışdır. O, yol hərəkəti qaydalarını pozmamışdır. O, avtomobildən düşüb Vilayətə ilkin tibbi yardım göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, onun sürücülük vəsiqəsi heç vaxt omamışdır. O, Ağsudan gələrkən hadisə baş vermişdir. Hadisə baş verən gün o, sərxoş vəziyyətdə olmamışdır. O, dairəvi yoldan düz yola keçdikdə, yolun kənarında avtobus dayanmışdı və o, həmin avtobusu görmüşdür, Vilayət qəfildən həmin avtobusun qarşı tərəfindən keçib onun avtomobilinin arxa təkərinə dəymişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, hadisə zamanı idarə etdiyi QAZ 3110 maralı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Pulunu verib alsa da etibarnamə ilə idarə edir. Onun sürücülük vəsiqəsi yoxdur. 13 oktyabr 2023-cü il tarixdə səhər saatlarında həmin avtomobilə 900 kq nar meyvəsi yükləyib satmaq üçün Qax rayonuna doğru yola düşmüşdür. Həmin gün saat 10:40 radələrində idarə etdiyi avtomobillə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Yevlax rayonu istiqamətində 40 km/saat surətlə hərəkətdə olarkən 30 metr qarşıda yolun sağında mikroavtobus dayandığını görmüşdür. Mikroavtobusu sol tərəfindən ötüb keçərkən onun qarşısından yolun sağından sonradan adının Vilayət olduğunu öyrəndiyi şəxs iti addımlarla yolu keçməyə başlamışdır. İmkan edib əyləci basa bilməmiş, avtomobilin qabaq sağ tərəfi ilə onun sol tərəfindən vurub sol ayağının üzərindən keçmişdir. Avtomobili qarşıda saxlayıb, avtomobildən düşüb onu kənara çəkmişdir. Təcili Yardım gəlib onu xəstəxanaya aparmışdır, özü isə hadisə yerində qalmışdır. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir, avtomobilində 900 kq nar yükü olmuş, avtomobildə nasazlıq olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özü etiraf etməsə də, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 13 oktyabr 2023-cü il tarixdə saat 10:20 radələrində yaşadığı kənddən Ağdaş şəhərinə getmək üçün həmkəndlisi Şahid idarə etdiyi mikroavtobusa əyləşmişdir. Müşfiqin mikroavtobusu şəhərin mərkəzində yerləşən bazarın qarşısına qədər gedir, o, isə İcra Hakimiyyətinin qarşısına qədər getməli olmuşdur. Bakı-Şamaxı-Yevlax yolunun kənarında dayanacaqda mikroavtobusdan düşüb, Səyyar Asan Xidmət avtobusundan şəxsiyyət vəsiqəsini götürmək üçün 10-15 metr qarşıya getmiş, sonra yolu iti addımlarla keçməyə başlamış və avtomobilin onu gözləyəcəyini düşünmüşdür. Lakin Göyçay rayonu istiqamətindən gələn Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 3110 markalı 10 RG-992 dövlət qeydiyyat nişanlı avtomobillə orta xəttə çatmamış onu vurub yerə yıxmışdır. Təqsirləndirilən şəxs avtomobili qarşıda saxlayıb ona yaxınlaşaraq yolun ortasından kənara çəkmiş və Təcili Yardım avtomobili ilə Ağdaş RMX-na yola salmışdır. Sonradan özü də gələrək onun müalicə xərclərini qarşılaşmış, onu evində ziyarət etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Daha sonra Zərərçəkmiş şəxs üçün dəvət olunmuş mütəxəssis Zərərçəkmiş şəxs sözləri ilə ərizə tərtib edib məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildrmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, mikroavtobus idarə edir, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 13 oktyabr 2023-cü il tarixdə həmişəki kimi səhər saatlarında ərəb kəndindən Ağdaş şəhəri stiqamətində yola düşmüş, Zərərçəkmiş şəxs da onun avtomaşınına əyləşmiş, Bakı-Şamaxı-Yevlax yolu ilə Ağdaş şəhəri istiqamətində olarkən şəhərin girişində yolun kənarında dayanacaqda mikroavtobusu saxlamış, Vilayət mikroavtobusdan düşmüş, qarşıya tərəf 10-15 metr gedib yolu sağdan sola doğru iti addımlarla keçməyə başlamışdir. Bu zaman QAZ 3110 markalı avtomobil onu vurmuşdur. Daha sonra məhkəmə baxışı iclasında sualları cavablandıran şahid Müşfiq İsgəndərov bildirdi ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmamış, Vilayət yolu iti addımlarla keçmək istəyərkən Emin onu avtomobillinin sağ qabaq hissəsi ilə vurmuşdur. Surət yüksək deyildi, çünki qarşıda polis əməkdaşları dayanmışdılar. Həmin yerdə surət 60 km/s-dir. İş materillarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 oktyabr 2023cü il tarixli protokoldan görünür ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 240-cı kilometrliyində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Bərdə-Tərtər yolunun Tərtər rayonu Sarıcalı kəndindən keçən 13-cü kilometrliyində baş vermişdir. Yolun ümumi eni 8,5 metrdir. Hərəkət hissənin eni 7,6 metrdir. Avtomobil yolu iki istiqamətlidir, Tərtər rayon, Bərdə rayon istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Hər iki istiqaməti ağ qırıq xətlər arakəsmə ayırır. Yolun hər iki istiqamətin sağında 2,5 metr enində yol çiyni yerləşir, hərəkət hissə ilə yol çiyinləri arasında sarı düz nişanlama xətti ilə işarələnmiş 45 sm. enində asfalt hissə yerləşir. Hadisə yerində baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Hadisə baş vermiş ərazidə sürət həddi 80 km/saat sürətlə məhdudlaşdırılmışdır. İş materillarında olan Sərxoşluq vəziyyətinin tibb müəyinəsi haqqında 13 oktyabr 2023-cü il tarixli 418 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materillarında olan məhkəmə-tibb ekspertizasının 24 oktyabr 2023-сü il tarixli 467 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol qamış sümüyünün orta 1/3-nin açıq yerdəyişmiş sınığı, sağ topuq sümüyünün yerdəyişmiş sınığı, küt əşyanın törənmə müddətləri 13 oktyabr 2023-cü il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olduqlarından sağlamlığa AĞİR zərər vuran xəsarətlər aiddirlər. Qeyd olunan xəsarətlər hərəkətdə olan avtomobilə piyadanın toqquşması zamanı əmələ gələ bilərlər. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 04 noyabr 2023-cü il tarixli 8/3166 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 3110 markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X16» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-сü il tarixli 69 nömrəli rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs hal-hazırda keçirilmiş kəllə-beyin travması nəticəsində psixoorqanik sindrom XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 müəyyən edilir. Bunu cinayət işinin materialları həmin cinayət işindəki tibbi sənədlər (Ağsu RMX PHŞ verilmiş 27 yanvar 2024-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi bir qədər hövsələsiz olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, xırda qıcığa güclü affektiv tibbi reaksiyalarla cavab verməsi törətmiş olduğu əmələ tənqidi münasibət bəsləməklə həmin əməldən peşman olduğunu söyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travması nəticəsində psixoorqanik sindrom XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəlik keçirtməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, törətmiş olduğu hadisə barəsində düzgün ifadə verə bilər və onun əməli AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür. 3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travması nəticəsində psixoorqanik sindrom XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəlik keçirtməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. İş materiallarında olan Ağsu rayon Mərkəzi Xəstəxanasının 27 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə müraciət etməmiş və qeydiyyata götürülməmiş, “psixoorqanik sindrom” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatda dayanır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat sorğu kartatekasında məlumat yoxdur. İş materiallarında olan Cinayət işinə əlavə edilmiş BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-dən daxil olmuş 26 yanvar 2024-cü il tarixli 3-13-16-1/2-43/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 28 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bakı-Şamaxı-Yevlax yolunun 240-cı kilometrliyində yerləşən müşahidə və stasionar kameralar yaddaş qurğularda qeydə alınan görüntüləri bir aydan artıq saxlanılmadığı üçün xx.xx.2023-cü il tarixdə qeydə alınmış görüntülərinin çıxarılması texniki cəhətdən mümkün olmamışdır. İş materiallarında olan Azercell Telekom MMC-nin 06 may 2024-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrənin qərarda göstərilən müddətdə istifadəsi qeydə alınmadığına gprə əhatə dairəsini müəyyən etmək mümkün olmamışdır. Müdafiəçi X7 isə vəsatətdə qeyd olunan istintaq hərəkətləri keçirilərkən istintaq hərəkətlərinin keçirildiyi yerdə olmuşdur. İş materiallarında olan Ağsu rayon İcra hakimiyyəti başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi var: arvadı X3, oğlu X11 xx.xx.2009, oğlu X12 xx.xx.2011, qızı X13 xx.xx.2017. İş materiallarında olan Ağsu rayon İcra hakimiyyəti başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 noyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X13 adlı bir yetkinlik yaşına çatmayan, iki azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək yol hərəkəti qaydalarını pozmadığı, təqsirin zərərçəkmiş şəxsdə olduğu barədə ifadə versə də, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq, həmçinin hazırki məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri ilə, ekspert rəyləri və digər sənədlərlə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməklə, elan edilmiş ittihamın və hökmün əsasına məhz sonuncuların ifadələri qoyulmalıdır. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin müdafiə hüququnun pozulmasına dair vəsatətinə münasibətdə, yəni istintaq hərəkətləri aparılarkən müdafiəçinin təqsirləndirilən şəxsin yanında olmamasına münasibətdə qeyd edir ki, Azercell Telekom MMC-nin 06 may 2024-cü il tarixli məktubuna əlavə olunmuş diskə baxış keçirilərkən müdafiəçi X7 isə vəsatətdə qeyd olunan istintaq hərəkətləri keçirilərkən istintaq hərəhəklərinin keçirildiyi yerdə olması müəyyən olur. Bu səbəbdən vəsatət əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №li Qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını həmin Məcəllənin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - QAZ 3110 markalı, **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 108 (yüz səkkiz) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - “VAZ-21065” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarıldığı nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi - aparılmış ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 108 (yüz səkkiz) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar