Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-56/2025 12.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsinin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2025-ci il saat 02:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş qapısından qanunsuz daxil olmuş, oradan da həyətyanı sahədə olan hinin taxta qapısının dəmir cəftəsini çıxarıb açaraq həmin yerə qanunsuz daxil olmaqla 01 ədəd erkək cinsli, 1 illik, diri çəkisi 07 kq 47 (qırx yeddi) manat dəyərində və 02 ədəd hər biri dişi cinsli, 2 illik, diri çəkisi 05 kq ayrı-ayrılıqda 59 manat olmaqla 118 (yüz on səkkiz) manat dəyərində ümumilikdə isə 03 ədəd 165 manat dəyərində olan hind quşlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2025-ci il saat 01 radələrində Ağdaş rayonu, Cardam kəndində yerləşən Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş qapısından qanunsuz daxil olmuş, oradan da həyətyanı sahədə olan tövlənin taxta qapısındakı təsərrüfat ipini açaraq həmin yerə qanunsuz daxil olmaqla 01 baş dişi cinsli, 05 aylıq, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq, 450 manat dəyərində olan buzovu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı CM-nin 177.2.2 və 177.2.3-cü mаddələri ilə оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək, göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 02 radələrində əvəllər bibisinin ona hədiyyə etməyi vəd etdiyi lakin sonra verməkdən imtina etdiyi ev quşlarını oğurlamaq qərarına gəlmiş, bu səbəblə Ağdaş rayonu, Yuxarı Ləki kəndində tək yaşayan bibisi Zərərçəkmiş şəxs1 evinin qarşısına getmiş, təxminən saat 02:30 radələrində qapını açaraq həyətə girmiş, evdən təxminən 5-6 metr məsafədə yerləşən Hinin taxta qapısı dəmir cəftəsini çıxarıb yerə atmış və hinə daxil olmaqla 01 ədəd erkək, 02 ədəd isə dişi cinsli hind quşları olmaqla ümumilikdə 03 ədəd hind quşlarını ayaqlarından tutaraq əlinə götürmüş və gəldiyi qaydada hindən çıxaraq piyada Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə yerləşən fərdi yaşayış evinə getmiş quşları hinə salmışdır. O bibisinin həyətinə daxil olan vaxt onu heç kim görməmiş, bibisi Zərərçəkmiş şəxs1 onun həmin həyətə gedəcəyi barədə məlumatı olmamışdır. Bundan başqa atası əvvəllər digər bacılarına heyvan hədiyyə verərək ona da verəcəyini vəd etdiyi, lakin sonradan hədiyyə verməkdən imtina etdiyi üçün xx.xx.2025-ci il tarixdə təxminən axşam saat 23 radələrində atası Şahid arvadı Zərərçəkmiş şəxs2 Ağdaş rayonu, Cardam kəndindəki evindən ona məxsus iribuynuzlu heyvanı oğurlamaq qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 01 radələrində həmin evin qarşısına çatmış, həyətə daxil olmuş, evdən təxminən 5-6 metr məsafədə yerləşən tövlənin taxta qapısısını açaraq tövləyə daxil olmuş və 01 baş dişi cinsli buzovun boynuna bağlı olan kəndirdən tutaraq çölə çıxarmış, kimsənin görməməsi üçün piyada olaraq fərdi yaşayış evinin yaxınlığında yerləşən su kanalının kənarına gedib buzovun kəndirini ağaca dolayaraq ağacı yerə basdırmışdır. O Zərərçəkmiş şəxs2 həyətinə daxil olan vaxtı və buzovu oğurlayaraq evinə gedən zaman gecə vaxtı olduğundan onu heç kim görməmiş, həmçinin onun həmin həyətə gedəcəyi barədə də heç kimin əvvəldən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı fərdi yaşayış evinin həyətində hində 01 ədəd erkək və 02 ədəd dişi olmaqla ümumilikdə 03 ədəd hind quşu saxlayır. Başqa heyvanı yoxdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində də 03 ədəd hind quşunu hinə salaraq qapının bağlamış, daha sonra yaşadığı evdə olub və yatmışdır. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində hinə doğru getdikdə hinin qapısının açıq olduğunu, qapının dəmirdən olan keçirilmə cəftəsinin yerdə olduğunu görmüşdür. Hinə baxdıqda isə 03 ədəd hind quşunun olmadığını aşkar etmişdir. Bir müddət sonra oğurluq hadisəsi olması barədə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək heyvanların oğurlanması barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs qohum olaraq yaşadığı evə əvvəllər qonaq gəlmişdir, lakin xx.xx.2025-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun icazəsi olmadan daxil olmuşdur. Belə ki, həmin vaxt o evdə yatmış, Elman da ona əvvəldən gələcəyini deməmişdir. Bundan başqa əvvəl Elmana hədiyyə olaraq hind quşları verəcəyini vəd etsə də sonradan imtina edərək quşları sonuncuya verməyəcəyini demişdir. Hazırda ona vurulmuş ziyan ödənilmiş, hind quşları özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 27 ilə yaxın müddətdir ki, qeyri-rəsmi olaraq Şahid ilə birlikdə yaşayır. Onun özünə məxsus olmaqla 02 baş dişi cinsli inək və 01 baş dişi cinsli buzov olmaqla ümumilikdə 03 baş iribuynuzlu heyvanı vardır. Həmin heyvanları yaşadığı fərdi yaşayış evinin həyətində olan tövlədə saxlayır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində 03 baş iribuynuzlu heyvanları tövləyə salaraq qapıları bağlamış, daha sonra isə yatmışdır. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində Şahid ilə birlikdə tövlənin qapısını açdıqda 02 baş dişi cinsli inəyin orada olmasını, 01 baş dişi cinsli buzovun isə olmadığını aşkar etmişdir. Tövləyə daxil olan zaman tövlənin və tövlənin digər hissəsində olan dəmirlə əhatə olunmaqla qapısı taxtadan olan kiçik hissənin qapılarının təsərrüfat ipi ilə bağlı olmuşdur. Daha sonra oğurluq hadisəsi olması barədə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək 01 baş iribuynuzlu heyvanın oğurlanması barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi münasibətdə olduğu əri Şahid birinci nigahından övladıdır. O qohum olaraq yaşadığı evə əvvəllər qonaq gəlmişdir, lakin xx.xx.2025-ci il tarixdə gecə vaxtı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun icazəsi olmadan daxil olmuşdur. Belə ki, həmin vaxt o evdə yatmış, Elman onlara əvvəldən gələcəyini deməmişdir. Bundan başqa əri Süleyman əvvəllər Elmana hədiyyə olaraq 1 baş buzov vermək istəsə də sonradan imtina edərək verməyəcəyini demişdir, həmçinin heyvanlar da onun özünə məxsus olmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilmiş, buzovu özünə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, qeyri-rəsmi ər-arvad kimi Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. Arvadı Zərərçəkmiş şəxs2 02 baş dişi cinsli inək və 01 baş dişi cinsli buzov olmaqla ümumilikdə 03 baş iribuynuzlu heyvanı vardır. Həmin heyvanları yaşadıqları fərdi yaşayış evinin həyətində olan tövlədə saxlayır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində arvadı Zərərçəkmiş şəxs2 03 baş iribuynuzlu heyvanları tövləyə salaraq qapıları bağlamış, daha sonra isə yatmışdır. xx.xx.2025-ci il tarixdə saat 06 radələrində arvadı Zərərçəkmiş şəxs2 ilə birlikdə tövlənin qapısını açdıqda 02 baş dişi cinsli inəyin orada olmasını, 01 baş dişi cinsli buzovun isə olmadığını aşkar etmişdir. Həmçinin onu da qeyd edir ki, tövləyə daxil olan zaman tövlənin və tövlənin digər hissəsində olan dəmirlə əhatə olunmaqla qapısı taxtadan olan kiçik hissənin qapılarının təsərrüfat ipi ilə bağlı olmuşdur. Daha sonra arvadı Zərərçəkmiş şəxs2 oğurluq hadisəsi olması barədə DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək 01 baş iribuynuzlu heyvanın oğurlanması barədə məlumat vermişdir. Həmçinin Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu olmaqla keçmiş arvadı ilə birlikdə yaşayır, onun yaşadığı evə də bir neçə aydan bir gəlir. Əvvəllər oğluna hədiyyə olaraq 1 baş heyvan verəcəyini söz versə də sonradan imtina etmiş və verməyəcəyini demişdir. Elmanın xx.xx.2025-ci il tarixdə gecə vaxtı onların yaşadığı həyətə gələciyindən də xəbəri olmamış, sonuncu onların həyətinə gizli daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli hadisə yerinə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən hin və ətrafına baxış keçirilərək foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli hadisə yerinə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlə və ətrafına baxış keçirilərək foto şəkillər çəkilmiş və protokola əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış keçirilən zaman 03 ədəd hind quşlarının Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən hində olması müəyyən edilmiş və təqdim edilmiş 03 ədəd hind quşları götürülmüşdür. 01 baş buzovun Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında olan su kanalının kənarında boynundakı ipin ağaca basdırılaraq yerə basdırıldığı müəyyən olunmuşdur. Təqdim edilmiş 01 baş buzov götürülmüşdür. - xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, həmin gün saat 19:20-də Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək, o, MSYdən azad olunmuşdur. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək xx.xx.2025-ci il saat 02:30 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən hinə və xx.xx.2025-ci il saat 01 radələrində Ağdaş rayonu, Cardam kəndində yerləşən Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövləyə gizli olaraq qanunsuz daxil olub oğurluq etməsini göstərmişdir. - xx.xx.2025-ci il tarixli “maddi sübutların tanınması və təhvil verilməsi haqqında” qərardan görünür ki, 01 ədəd erkək cinsli, 1 illik, diri çəkisi 07 kq, təmiz çəkisi 05 kq hind quşu, 02 ədəd dişi cinsli, 2 illik, diri çəkisi 05 kq, təmiz çəkisi 03 kq olan hind quşları və 01 baş dişi cinsli, 05 aylıq, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan buzov maddi sübut kimi tanınmaqla saxlanılması üçün qanuni sahiblərinə qaytarılmışdır. - xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**- ** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2025-ci il saat 02:28:03-də Ağdaş rayonu, Ləki kəndi ərazisində olmuşdur. Bundan başqa ***-***-**-** saylı mobil nömrənin hansı ərazilərdə istifadə olunması (anten əhatə dairəsi) barədə məlumatlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2025-ci il saat 0:47:51-də Ağdaş rayonu, Cardam kəndi ərazisində olmuşdur. - xx.xx.2025-ci il tarixli AE 05-002/25 nömrəli “daşınar əmlakın qiymətləndirilməsi” haqqında mütəxəssis rəyindən görünür ki, 01 ədəd erkək cinsli, 1 illik, diri çəkisi 07 kq, təmiz çəkisi 05 kq hind quşu və 02 ədəd dişi cinsli, 2 illik, diri çəkisi 05 kq, təmiz çəkisi 03 kq olan hind quşlarının 2025-ci ilin mart ayına orta bazar dəyəri-165 (bir yüz altmış beş) manat, 01 baş 05 aylıq, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq dişi cinsli iri buynuzlu heyvanın (buzov) nəzəri qaydada qiymətləndirməyə təqdim edilməklə 2025-ci ilin mart ayına orta bazar dəyəri- 450 (dörd yüz əlli) manat təşkil etmişdir. - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs götürülmüş və ona təqdim edilmiş 01 ədəd erkək cinsli, 1 illik, diri çəkisi 07 kq, təmiz çəkisi 05 kq hind quşu, 02 ədəd dişi cinsli, 2 illik, diri çəkisi 05 kq, təmiz çəkisi 03 kq olan olan hind quşlarını bir daha göstərərək ona məxsus olmasını bildirmişdir. - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs götürülmüş və ona təqdim edilmiş 01 baş dişi cinsli, 05 aylıq, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan buzovu bir daha göstərərək buzovun ona məxsus olmasını bildirmişdir. - Ağdaş RİHB-nin Ləki qəsəbə İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. - “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsində “Kannabioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və iş materiallarına əlavə edilmiş məhkəmə hökmü və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2014-cü il tarixdə Ucar Rayon Məhkəməsinin hökmü ilə CM-in 263-1.1-ci maddəsilə təqsirli bilinərək 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Şabran Rayon Məhkəməsinin hökmü ilə CM-in 185.1-ci maddəsilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi ilə 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 2 il 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Göyçay Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1,177.2.2, 177.2.3-cü maddələrilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi ilə 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası 3 il 6 aya endirilmiş, xx.xx.2019-cu ildə cəza sonu ilə azad olunmuş, xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinin hökmü ilə CM-in 180.2.1-ci maddəsilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsi ilə 11 ay 23 gün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 3 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (həbs tarixi xx.xx.2020), xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək, 1 il 5 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 3 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 6 ay 5 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur, məhkumluğu ödənilməmişdir. - Ağdaş RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, Yeni Massivdə qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 67-də yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasını ödəyib-ödəməməsi DİN-in BDYPİ-nin mərkəzi məlumat sistemində yoxlanılmış və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur, həmçinin o, xx.xx.2016-cı il tarixli hökm ilə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasını ödəməmişdir. - Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı icra üçün daxil olmamışdır. - xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə ödəmiş, ondan hər hansı şikayət və tələb yoxdur. - “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı -xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 var. - Ağdaş Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, ona seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - Ağdaş RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq MSY-yə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onlara dəymiş ziyanı tamamilə ödəməsini və himayəsində azyaşlı uşaqlarının olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Göyçay Rayon Məhkəməsinin hökmü ilə qəsdən cinayət törətməyə görə 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzası 3 il 6 aya endirilməklə xx.xx.2019-cu ildə əsas cəzanı çəkib azad olunduqdan sonra əlavə cəzası çəkilmədən və bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətməklə xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il 5 ay nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 3 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin qərar üzrə əsas cəzadan vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq əlavə cəzanı ödəmədən və bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 2 il müddət keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Bununla da onun məhkumluğu ödənilməmiş və cinayətlərin təhlükəli residivini yaratmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni hesab edir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 05 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilmə cəzasının çəkilməmiş qaldığı müəyyən edildiyindən həmin cəza hazırki hökm üzrə təyin edilən cəza ilə tamamilə birləşdirilmək yolu ilə üzərində qəti cəza saxlanılmalı, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-dan xx.xx.2025-ci il tarixdə saat 19:20-dək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra -Cinayət Prosessual Məcəllə) 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - 01 ədəd erkək cinsli, 1 illik, diri çəkisi 07 kq, təmiz çəkisi 05 kq hind quşu, 02 ədəd dişi cinsli, 2 illik, diri çəkisi 05 kq, təmiz çəkisi 03 kq olan hind quşlarının sahibi Zərərçəkmiş şəxs1 və 01 baş dişi cinsli, 05 aylıq, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan buzovun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə xərci qismində mütəxəssis rəyinin 50 (əlli) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub "xxxx" (AECS) MMC-nin hesabına keçirilməlidir. (Müstərinin VÖENİ **********, Hesab nömrəsi AZ74AİİB400600F**********112, Kapital Bank ASC Mərkəz filialı, Bankın VÖEN-i: **********, müxbir hesab: AZ37NABZ********************, Kod 200026, SWİFT AİİBAZ2XXXX). Cinayət Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat hüquqi yardım göstərmiş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 154 (yüz əlli dörd) manat miqdarında pul vəsaiti ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 05 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 05 ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası tamamilə birləşdirilmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 01 ədəd erkək cinsli, 1 illik, diri çəkisi 07 kq, təmiz çəkisi 05 kq hind quşu, 02 ədəd dişi cinsli, 2 illik, diri çəkisi 05 kq, təmiz çəkisi 03 kq olan hind quşlarının sahibi Zərərçəkmiş şəxs1 və 01 baş dişi cinsli, 05 aylıq, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan buzovun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Məhkəmə xərci qismində mütəxəssis rəyinin 50 (əlli) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub "xxxx" (AECS) MMC-nin hesabına keçirilsin (Müstərinin VÖENİ **********, Hesab nömrəsi AZ74AİİB400600F**********112, Kapital Bank ASC Mərkəz filialı, Bankın VÖEN-i: **********, müxbir hesab: AZ37NABZ********************, Kod 200026, SWİFT AİİBAZ2XXXX). Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla (14 saat) bağlı 154 (yüz əlli dörd) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərlik edən Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №1(014)-56/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-56/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver