Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-57/2020 07.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1970-ci ildə Qəbələ rayonunun Mıxlı Qovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, C.Cabbarlı küçəsində yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdə, saat təxminən 10:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən «xxxxxxxxxxxx» ASC-nin Ağdaş filialının qarşısında ictimai yerdə sərxoş halda heç bir səbəb olmadan səs-küy salaraq ucadan nalayiq ifadələr işlətmiş və əli ilə bir neçə dəfə qəsdən bankın inzibati binasının giriş qapısının şüşəsini vuraraq sındırıb «xxxxxxxxxxxx» ASC-nin Ağdaş filialına 70 manat dəyərində maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və 22 may 2020-ci il tarixdə axşam saatlarında spirtli içki içdiyini, sərxoş vəziyyətdə olduğunu, ertəsi gün, yəni 23 may 2020-ci il tarixdə, səhər saatlarında yuxudan oyananda başının ağrıdığını, yenidən içmək qərarına gəldiyini yenidən araq içdiyini, bundan sonra «xxxxxxxxxxxx»-nın Ağdaş filialına gedib oradan maaşını almaq qərarına gəldiyini, həmin vaxt bankın qarşısında çoxlu sayda adam olduğunu, banka daxil olmaq istəyəndə qapının bağlı olmasını gördüyünü, orada olan mühafizə işçilərindən bankın niyə bağlı olmasını soruşduğunu, mühafizəçinin da ona bankın işləmədiyini, qeyri iş günü olmasını söylədiyini, mühafizəçiyə bankın açıq olmalı olduğunu söylədiyini, mühafizəçinin də ona nə sualı varsa 196 qaynar xəttinə zəng edib soruşmasını söylədiyini, həmin nömrəyə zəng edib danışan şəxsə maaş kartı olmadığına görə maaşını ala bilməməsini söylədiyini,oradan da ona şəxsiyyət vəsiqəsilə banka yaxınlaşıb oradan pulunu almasını söylədiklərini, bankın bağlı olmasını söylədiyini, danışan şəxsin də ona şəxsiyyət vəsiqəsini bankomata salıb pulunu ala biləcəyini söyləməsini, yeni aldığı şəxsiyyət vəsiqəsini bankomata salmaq istədiyini, lakin bankomatın onu qəbul etmədiyini, bundan sonra əsəbləşdiyini, özünün də sərxoş vəziyyətdə olmasını, bankın qapısına bir dəfə də yaxınlaşdığını, içəridə olan mühafizəçinin bir daha bankın işləməməsini, qeyri-iş günü olmasını söylədiyini, biraz keçdikdən sonra əsəbindən dayana bilmədiyini və əli ilə bankın giriş qapısının şüşəsinə bir neçə dəfə vuraraq sındırdığını, sonra mühafizəçilərin gəlib ona etdiyi hərəkətin qanun pozuntusu olmasını və polis şöbəsinə getməli olduqlarını söylədiklərini, bundan sonra onlarla birlikdə polis şöbəsinə gəldiyini bildirdi. İş üzrə zərərçəkmiş şəxs «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında «xxxxxxxxxxxx» ASC-nin Ağdaş filialında işlədiyini, filial müdirinin məzuniyyətdə olması ilə əlaqədar bankın müdiri vəzifəsini icra etdiyini, 23 may 2020-ci il tarixdə Ramazan bayramı münasibətilə iş günü olmadığını, həmin gün səhər saat 10:00 radələrində bankın inzibati binasında mühafizəçi olan Şahid1 ona zəng edərək bir nəfər şəxsin bankın giriş qapısının şüşəsini vurub sındırmasını dediyini, dərhal banka gəldiyini, orada mühafizəçilərin Təqsirləndirilən şəxs saxlamalarını gördüyünü, həmin şəxsin sərxoş olduğunu və ucadan nalayiq ifadələr işlətməsini gördüyünü, sonra polis əməkdaşlarının gəlib onu apardıqlarını, bundan sonra rəsmi qaydada həmin şəxs barəsində Ağdaş RPŞnə şikayət etdiyini, polis əməkdaşlarının gəlib hadisə yerinə baxış keçirməsindən sonra usta çağırıb bankın giriş qapısını təmir etdirdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə şahid, Ağdaş Rayon Mühafizə Bölməsinin mühafizəçisi Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs 23 may 2020-ci il tarixdə, saat 10:00 radələrində sərxoş vəziyyətdə «xxxxxxxxxxxx» ASC-nin Ağdaş filialının qarşısına gələrək orada heç bir səbəb olmadan səs-küy salaraq bankın və işçilərin ünvanına nalayiq ifadələr işlətdiyini və sonradan əli ilə bir neçə dəfə vuraraq bankın giriş qapısının şüşəsini vurub sındırdığını, sonra bu barədə bank rəhbərliyinə və polis şöbəsinə məlumat verdiklərini, sonra Təqsirləndirilən şəxs polis şöbəsinə apardıqlarını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 izahatı ilə eyni məzmunlu izahat verdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.06.2020-ci il tarixli 9/1691 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir cüt 10 mm qalınlığında 1.90x0.75 metr ölçüdə şüşənin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 70 manat müəyyən edilir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və himayəsində bir yetkinlik yaşına çatmamış uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir və barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-57/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-57/2020
07.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver