Məhkəmə qərarları › İş №1(014)-57/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-57/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-57/2023 18.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu ildə Ağdaş rayonu, Malay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Binələr kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində xx.xx.1970-ci il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən evinin həyətinə qanunsuz olaraq hasardan daxil olub ordan da həyətdə olan fərdi yaşayış evinin ağ rəngli taxta giriş qapısının kilidini əlində olan bir ədəd daş parçası ilə sındırmaq yolu ilə daxil olmaqla evin zalında olan 1 ədəd 2 metr uzunluğunda, 1 metr enində qara rəngli 100 manat dəyərində yun xalçanı, evin zalından yataq otağına pəncərənin şüşəsini və taxtasını əlində olan bir ədəd daş parçası ilə sındırmaq yolu ilə qanunsuz daxil olaraq ordan 1 ədəd qara rəngli 150 manat dəyərində “Elite” markalı televizoru, 1 ədəd boz rəngli 50 manat dəyərində “Super Max” markalı krosna aparatını, 1 ədəd 2 metr 20 santimetr uzunluğunda, 2 metr enində 42 manat dəyərində yun ədyalı, 1 ədədinin qiyməti 1 manat, ümumi dəyəri 12 manat olan 12 ədəd sadə xrustal stəkanı, 1 ədədinin qiyməti 5 manat, ümumi dəyəri 30 manat, göy rəngli, üzərində gül rəsmləri olan 6 ədəd nəlbəkini, bir ədədinin qiyməti 1 manat, ümumi dəyəri 12 manat, çəhrayı rəngli, üzərində yarpaq şəklində rəsmləri olan 12 ədəd nəlbəkini, bir ədədinin qiyməti 2,5 manat, ümumi dəyəri 5 manat, ağ rəngli dəmir materialdan olan su üçün istifadə olunan 2 ədəd vedrəni, bir ədədinin qiyməti 5 manat, ümumi dəyəri 10 manat, nikel materialdan olan 2 ədəd qazanı, 1 ədəd 8 manat dəyərində qara rəngli tavanı, 1 ədəd tunc materialdan olan 15 manat dəyərində ləyəni, 1 ədəd 700 qramlıq 50 qəpik dəyərində sadə bankanı gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 434,50 manat (dörd yüz otuz dörd manat əlli qəpik) maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, ara-sıra spirtli içki qəbul edir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 19 radələrində əvvəllər tanıdığı və hansı bir ədavət və düşməçiliyi olmadığı Zərərçəkmiş şəxs məxsus Ağdaş rayon Ləki qəsəbəsində yerləşən evə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Çünki pula ehtiyacı olmuşdur. Həmçinin Nəzakətin evində heç kimin qalmadığını, özünün də Bakı şəhərində yaşadığını bilmişdir. Nəzakətin evinin hasarının kənarına gələrək ətrafda heç kimin olmadığını bildikdən sonra qanunsuz olaraq Nəzakətin evinin həyətinə oğurluq məqsədi ilə daxil olmuşdur. Həyətə daxil olduqda həyətdəki pilləkan ilə evə qalxmışdır. Yuxarıya qalxdıqda pilləkanın qurtaracağında ağ rəngli qapının kilidlə bağlı olduğunu görmüşdür. Həyətə düşərək həyətdən bir ədəd böyük daş parçası götürüb yenidən pilləkanla evə qalxmışdır. Əlində olan daşla qapının kilidini sındıraraq evə daxil olmuşdur. Evə daxil olduqda zal olmuş və zalın da qapısı iki qıfılla bağlı olmuşdur. Qapının kənarında pəncərə olmuşdur. Həmin pəncərəni və pəncərənin taxtasını əlidə olan bir ədəd daş parçası ilə sındırıb pəncərədən evin otağına daxil olmuşdur. Evə daxil olduqda evdə müxtəlif növ ev əşyalarının olduğunu görmüşdür. Nəticədə zalda olan 1 ədəd xalçanı, yataq otağında olan 1 ədəd televizor, 1 ədəd krosna aparatı, 1 ədəd ədyalı götürüb zala yığmışdır. Yenidən həmin otağa qayıtmış, otaqda 1 ədəd qutu olduğunu görmüş və qutunun içərisinə baxdıqda dəqiq saylarını xatırlamadığı stəkan və nəlbəkiləri, 1 ədəd balaca bankanı götürmüş, o biri əşyaların yanına qoymuşdur. Daha sonra otaqda olan 2 ədəd qazanı, 2 ədəd dəmir vedrəni, 1 ədəd tavanı, 1 ədəd ləyəni oğurlamışdır. Bundan sonra həmin əşyaları hissə-hissə evin həyətinə, oradan da hasardan aşaraq küçəyə çıxartmışdır. Küçəyə çıxartdıqdan sonra gətirdiyi əlində olan iki ədəd kisəyə yığmış, televizoru isə çiyninə alaraq yaşadığı evə aparmışdır. Həmin oğurladığı əşyaların bir hissəsini Ləki qəsəbəsində yaşayan Eyvaza, bir hissəsini isə Zakirə müvəqqəti saxlaması üçün vermişdir. Qalan əşyaları isə Ləki qəsəbəsində tanımadığı şəxsə 10 manata satmışdır. Eyvaz və Zakirə əşyaların ona məxsus olmasını bildirərək daha sonra gəlib götürəcəyini demişdir. Çünki şübhə oyanmasın deyə oğurladığı əşyaları hissə-hissə satacaqdır. Oğurluq etməmişdən əvvəl və ya sonra oğurluq barəsində heç kimə heç nə deməmişdir. Oğurladığı əşyaların əlamətlərini xatırlamır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. ünvan 4 ünvanında ona məxsus həyətyanı sahəsi olan 3 otaqlı fərdi yaşayış evi vardır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində kirayədə yaşayıb işləyir və ara-sıra Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinə gəlib qalır. Bakı şəhərində yaşadığı müddətdə evinə arasıra gəlib gedir. xx.xx.2022-ci il tarixdə Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evinə saat 11 radələrində gəlmişdir. xx.xx.2022-ci il tarixdə isə saat 14 radələrində yaşadığı evdən çıxıb Bakı şəhərində kirayədə yaşadığı evə getmişdir. Hər hansı bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində əvvəllər tanıdığı Ağdaş rayon sakini Şahid1 istifadəsində olan mobil nömrədən ona zəng edərək, evinin həyətindən bir nəfər şəxsin (kişi) hasardan çölə çıxdığını gördüyünü bildirmişdir. Dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları gedərək evinə baxmışlar. Ona məxsus müxtəlif növ ev əşyaların naməlum şəxs(lər) tərəfindən oğurlanması məlum olmuşdur. Daha sonra Bakı şəhərindən evə gəlmiş və evə baxdıqda naməlum şəxsin(lər) evinin həyətinə qanunsuz daxil olmalarını görmüşdür. Həyətdən evə daxil olmaq üçün bir ədəd pilləkan vardır. Həmin şəxs(lər) pilləkan ilə qalxaraq evin zalına zalın giriş qapısının kilidini sındıraraq daxil olmuş(lar). Zaldan otağa daxil olmaq üçün isə bir ədəd qapı vardır. Həmin qapının kənarında isə iki ədəd pəncərə vardır. Zaldan otaqlara daxil olmaq üçün qapının qıfılını aça bilmədiklərinə görə həmin şəxs(lər) qapının yanında olan bir ədəd pəncərənin şüşəsini və taxtasını sındırmış(lar). Evə daxil olduqdan sonra isə zaldan 100 manat dəyərində olan uzunluğu 2 metr, eni isə 1 metr bir ədəd qara rəngli yun xalçanı, yataq otağından bir ədəd 150 manat dəyərində qara rəngli “Elite” markalı televizor, bir ədəd 50 manat dəyərində boz rəngli “Super Max” markalı krosna aparatı, bir ədəd 42 manat dəyərində 2 metr 20 santimetr uzunluğu, 2 metr eni olan yun ədyal, bir ədəd qutunun içərisinə yığdığım bir ədədinin qiyməti 1 manat, ümumi dəyəri 12 manat olan 12 ədəd sadə xrustal stəkan, bir ədədinin qiyməti 5 manat, ümumi dəyəri 30 manat olan 6 ədəd göy rəngli, üzərində gül rəsmləri olan nəlbəki, bir ədədinin qiyməti 1 manat, ümumi dəyəri 12 manat, çəhrayı rəngli, üzərində yarpaq şəklində rəsmləri olan 12 ədəd nəlbəki, bir ədədənin qiyməti 2,5 manat, ümumi dəyəri 5 manat, ağ rəngli dəmir materialdan olan su üçün istifadə olunan iki ədəd vedrə, bir ədədinin qiyməti 5 manat, ümumi dəyəri 10 manat, nikel materialdan olan 2 ədəd qazan, 8 manat dəyərində olan bir ədəd qara rəngli tava,tunc materialdan olan 15 manat dəyərində bir ədəd ləyəni, 700 qramlıq 50 qəpik dəyərində olan bir ədəd sadə bankanı qutunun içərisindən oğurlamış(lar). Ona oğurluq nəticəsində ümumilikdə 434 manat 50 qəpik maddi ziyan dəymişdir. Bundan başqa oğurlanmasa da ona məxsus qapının kilidinin sındırılması nəticəsində ona 10 manat, pəncərənin şüşəsinin və taxtasının sındırılması nəticəsində isə ona 25 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs Ağdaş rayon sakini kimi əvvəllər tanımış, onunla və onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın əslində ödənilmədiyini, ondan şikayətçi olduğunu, buna görə də təqsirləndirilən şəxsə daha ciddi cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə etdiyi müraciət və xx.xx.2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinə yazdığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onunla nə onun, nə də ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ağdaş rayonu, Binələr kəndində yaşayan Təqsirləndirilən şəxs isə qonşusudur. Təqsirləndirilən şəxs ilə də nə onun, nə də ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs yaşadığı Binələr kəndi ərazisində mütəmadi olaraq sərxoş vəziyyətdə gəzib-dolaşır. Kənd camaatı Təqsirləndirilən şəxs hər dəfə öz evindən müəyyən yeməkləri ac qalmaması üçün verir. O da Təqsirləndirilən şəxs ara-sıra ac qalmaması üçün yemək verir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs o evdə olan zaman yaşadığı evə gələrək bir ədəd ləyən, bir ədəd tava, bir ədəd “Super Max” markalı krosna aparatı və bir ədəd “Elite” markalı televizoru verərək saxlamasını və gəlib həmin əşyaları götürəcəyini bildirmişdir. Həmin əşyaların oğurluq olmasını bilməmişdir. O həmin əşyaların Təqsirləndirilən şəxs özünə məxsus olmasını bildiyinə görə götürüb saxlamaq üçün evə qoymuşdur. Təqsirləndirilən şəxs oğurluq etməsi barədə ona hər hansı bir söz deməmişdir. Həmin oğurluq hadisəsindən hər hansı bir məlumatı olmamışdır. Bu barədə daha sonra məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs evindən hansı əşyaların oğurlanmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə etdiyi müraciət ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun qonşusu olmuş və evi onun evinin qonşuluğunda yerləşir. Hazırda Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayır. Həmin evdə yaşayış olub-olmamasını bilmir. Nə onun, nə də ailə üzvlərinin Zərərçəkmiş şəxs ilə və onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ağdaş rayonu, Binələr kəndində yaşayan Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs yaşadığı Binələr kəndi ərazisində mütəmadi olaraq sərxoş vəziyyətdə gəzib-dolaşır. Kənd camaatı Təqsirləndirilən şəxs hər dəfə öz evindən müəyyən yeməkləri ac qalmaması üçün verir. Həmçinin, o da Təqsirləndirilən şəxs yeməklər verərək ac qalmaması üçün çalışır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək bir ədəd qazan, bir ədəd balaca banka və bir ədəd balaca su stəkanı verərək saxlamasını və gəlib həmin əşyaları götürəcəyini bildirmişdir. Həmin əşyaların oğurluq olmasını bilməmişdir. Həmin əşyaların Təqsirləndirilən şəxs məxsus olmasını bilmişdir. Təqsirləndirilən şəxs oğurluq etməsi barədə ona hər hansı bir söz deməmişdir. Həmin oğurluq hadisəsindən hər hansı bir məlumatı olmamışdır. Bu barədə daha sonra məlumatlı olmuşdur. Zərərçəkmiş şəxs evindən hansı əşyaların oğurlanmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayan Ağdaş rayonu, Ləki qəsəbə sakini Zərərçəkmiş şəxs xx.xx.2022ci il tarixdə DİN-in 102 xidmətinə etdiyi müraciət ilə tanış olmuşdur. Ağdaş rayonu, Ləki qəsəbə sakini Zərərçəkmiş şəxs qonşusudur. Hazırda Zərərçəkmiş şəxs Bakı şəhərində yaşayır. Həmin evdə yaşayış olub-olmamasını bilmir. Nə onun, nə də ailə üzvlərinin Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Ağdaş rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi yoxdur. Daha sonra almış olduğu məlumata görə Təqsirləndirilən şəxs Ağdaş rayonu ərazisində mütəmadi olaraq sərxoş vəziyyətdə gəzibdolaşır. Kənd camaatı Təqsirləndirilən şəxs hər dəfə öz evindən müəyyən yeməkləri ac qalmaması üçün verir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığından keçən zaman bir nəfər şəxsin Zərərçəkmiş şəxs fərdi yaşayış evinin hasarından çölə çıxdığını görmüşdür. Bunu gördükdə məlumatlı olsun deyə həmin vaxt zəng edərək Zərərçəkmiş şəxs məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs da zəng edərək polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuş, onun yanında həmin vaxt heç kim olmamışdır. Hava qaranlıq olduğuna görə Təqsirləndirilən şəxs üzünü görməmişdir. Evdən hansı əşyaların oğurlanmasını bilmir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6- 22/2-155/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 67A/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan istifadəyə tam yararlı uzunluğu 2 metr, eni isə 1 metr olan 1 ədəd qara rəngli yun xalçanın orta bazar qiyməti 80 manat, 1 ədəd qara rəngli “Elite” markalı televizorun orta bazar qiyməti 125 manat, 1 ədəd boz rəngli “Super Max” markalı krosna aparatının orta bazar qiyməti 35 manat, 1 ədəd 2 metr 20 santimetr uzunluğu, 2 metr eni olan yun ədyalın orta bazar qiyməti 30 manat, 12 ədəd sadə xrustal stəkanın hər birinin orta bazar qiyməti 01 manat, 6 ədəd göy rəngli, üzərində gül rəsmləri olan nəlbəkinin hər birinin orta bazar qiyməti 04 manat, çəhrayı rəngli, üzərində yarpaq şəklində rəsmləri olan 12 ədəd nəlbəkinin hər birinin orta bazar qiyməti 01 manata, ağ rəngli dəmir materialdan olan su üçün istifadə olunan 2 ədəd vedrənin hər birinin orta bazar qiyməti 02 manat, nikel materialdan olan 2 ədəd qazanın hər birinin orta bazar qiyməti 03 manat, 1 ədəd qara rəngli tavanın orta bazar qiyməti 07 manat, 1 ədəd tunc materialdan olan ləyənin orta bazar qiyməti 12 manat və 1 ədəd 700 qramlıq sadə bankanın orta bazar qiyməti 50 qəpik təşkil edir İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Binələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs heç bir yerdə işləmir. İnsanlarla xoş rəftar edir və mülayim davranış göstərir. Təqsirləndirilən şəxs barəsində bu günə kimi nümayəndəliyə heş bir şikayət və təqsirləndirici material daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Binələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, № 05-32-12/2-93/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Binələr kəndində qeydiyyatdadır və Ağdaş rayonu, Binələr kəndi ərazisində tək tənha yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 dekabr 2022-cicü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun dəfələrlə inzibati qaydada məsuliyyətə cəlb olunması (o cümlədən xırda talamaya görə) şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə maddi sübut olan, bir ədəd qara rəngli “Elite” markalı televizor, bir ədəd boz rəngli “Super Max” markalı krosna aparatı, bir ədəd qara rəngli tava, bir ədəd tunc materialdan olan ləyən, bir ədəd nikel materialdan olan qazan, bir ədəd 700 qramlıq sadə banka zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 04 dekabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut olan, bir ədəd qara rəngli “Elite” markalı televizor, bir ədəd boz rəngli “Super Max” markalı krosna aparatı, bir ədəd qara rəngli tava, bir ədəd tunc materialdan olan ləyən, bir ədəd nikel materialdan olan qazan, bir ədəd 700 qramlıq sadə banka zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar