Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-57/2024 12.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxs Ağdaş rayonu Eymur bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı özbaşına zəbt etmişdir. Belə ki, o, 2021-ci ilin fevral ayının əvvəllərindən həmin ilin noyabr ayınadək olan müddət ərzində Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən X-693999,52 Y- 4491320,83 kordinatlı Ağdaş rayonu, Eymur kənd bələdiyyəsinin mülkiyyətində olan 3,17 hektar kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan şəxsi ehtiyacları üçün qəsdən özbaşına zəbt etməklə "xxxx" MMC-nin Yevlax filialı ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin MMC-nin cinayətdən xəbərsiz işçiləri vasitəsi ilə şumlatdırıb pambıq əkdirməklə becərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, sözügedən torpaq sahəsini qanunsuz əkib becərməmişdir. Belə ki, o, pambıq əkini üçün bələdiyyəyə müraciət etmiş, "xxxx" MMC-nin, kənd bələdiyyəsinin nümayəndəsi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və kənd icra nümayəndəliyində iclas olduqdan sonra həmin torpaq sahəsində əkin işlərinin aparılmasına icazə verilmiş və bu barədə bələdiyyənin imzası və möhürü ilə təsdiqlənmiş akt verilmişdir. Bundan sonra Su İdarəsinin nümayəndələri də torpaq sahəsinə baxış keçirmişlər və o, dövlət büdcəsinə su pulu ödədikdən sonra ona həmin torpaq sahəsində əkin işlərinin aparılmasına icazə verilmişdir. Onun heç bir qanunsuz hərəkətləri olmamış, öz başına əkin işləri aparmamışdır. Əgər hər hansı bir qanunsuz hərəkətləri olsa idi ona əkin işlərinə başlayarkən və işləri davam etdirərkən nümayəndəlik və ya bələdiyyə tərəfindən məlumat verilərdi. O, əkin işlərinə fevral ayında başlamış, lakin ona qanunsuz əkin əkməsi barədə sentyabr ayından sonra məlumat vermişlər. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, sözügedən torpaq sahəsi Ağdaş rayonu, Qaradeyin kəndində yerləşir və 3 hektardan ibarətdir. Həmin torpaq sahəsində pambıq əkini ilə məşğul olmuşdur. Torpaq sahəsinin təyinatı örüş torpaq sahəsidir və bələdiyyənin balansında olmasına baxmayaraq istifadə edilməsi üçün şəhid ailəsinə verilmiş, şəhid ailəsi də həmin torpaq sahəsində əkin işlərinin aparılması üçün ona həvalə etmişdir. Torpaqda əkin işlərinin aparılması üçün yazılı deyil, şihafi olaraq kənd bələdiyyəsinə müraciət etmiş, bələdiyyə xəstə olduğundan onun müavini və "xxxx" MMC-nin nümayəndələri torpaq sahəsinə baxış keçirmişlər, daha sonra iclas olmuş və ona imzalı möhürlü akt vermişlər. 2021-ci ilin sentyabr ayında sahədə pambıq yığını zamanı kənd icra nümayəndəsi ona zəng edərək görüşməli olduqlarını bildirmiş və onlar görüşərkən nümayəndə ona əkin işləri apardığı torpaq sahəsində problemlərin olduğunu bildirmişdir. O da nümayəndə tərəfindən icazə verilməsinə dair akt tərtib etdikərini və razılıq verildiyini bilirmişdir. Bundan sonra həmin ilin dekabr ayında Polis Şöbəsindən ona zəng edərək sözügedən torpaq sahəsində qanunsuz olaraq əkin işlərinin aparılmasına dair şikayət olunduğunu bildirmişlər. O, pambıq əkini üçün "xxxx" MMC ilə müqavilə bağlasa da, torpaq sahəsində istifadə üçün bələdiyyə ilə heç bir müqavilə bağlamamışdır. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, ona qarşı irəli sürülmüş itttihamda heç bir təqsiri yoxdur, ailəsini çox çətinliklə dolandırır, hazırda ürəyində ciddi problemlər var və ürəyinə stent qoyulub, himayəsində iki azyaşlı övladı var, heç yerdə işləmir, qeyd olunanların nəzərə alınıb ona bəraət verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, o, 19 yanvar 2020-ci il tarixdən Ağdaş rayon, Eymur bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ağdaş rayonunun Qaradeyin, Ərəbşəki və Ağcaqovaq kəndləri də Eymur bələdiyyəsinin tabeçiliyində olmuş, gözündə olan problemlə bağlı 2021-ci ilin dekabr ayı ərzində mütəmadi olaraq ambulator müalicə almaq üçün Bakı şəhərində yerləşən xəstəxanaya gedib-gəldiyi üçün də vəzifələrini müvəqqəti olaraq həmin vaxtı Eymur bələdiyyəsinin baş mühasibi işləyən Şahid3 icra etmişdir. Bunun üçün də Ağdaş RPŞ-də istintaq olunan Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə olan cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində Şahid3 tanınması ilə bağlı Ağdaş RPŞ-yə məktubla müraciət etmiş, 05 oktyabr 2023-cü il tarixdə Şahid3 işdən çıxmışdır. Ağdaş rayonu, Qaradeyin bələdiyyəsinin balansında 555 hektar örüş sahəsi vardır. Həmin sahələr quraqlıq və yulğunluqdan ibarətdir. Kənd sakinləri həmin torpaq sahələrinin müəyyən hissəsində əvvələr əkinçiliklə məşğul olmuşlar. Sözügedən torpaq sahəsi Təqsirləndirilən şəxs pay torpaq sahəsinin yuxarı hissəsində yerləşir. Bələdiyyədə həmin topraq sahəsinin əkilib becərilməsinə icazə verilməsinə dair hər hansı bir qərar mövcud deyildir. Daha sonra Nümayəndə məhkəmə iclasında sualları cavablandıraraq bildirdi ki, Eymur bələdiyyəsinin tərkibi 8 nəfərdən ibarətdir, müavin var lakin bələdiyyə qulluqçusu deyil. O, Bakı şəhərində olarkən səlahiyyət baş mühasib Şahid3 olmuşdur. O, işdə olmadığı müddətə ona baş vermiş hadisə ilə bağlı şifahi məlumat verilmişdir. Həmin torpaq sahələri örüş torpaqları olmaqla yanaşı, xırda buynuzlu heyvanların qidalanması üçün həsir əkilməsinə icazə verilir. Təqsirləndirilən şəxs təsərrüfatçıdır və əkin işləri ilə məşğul olur. Lakin icarəyə torpaq sahəsi götürməmişdir. Daha sonra Eymur Bələdiyyəsinin sədri Nümayəndə məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, zəbt olunmuş torpaq sahəsinin Eymur Bələdiyyəsinə təhvil verildiyini, Təqsirləndirilən şəxs bələdiyyə tərəfindən bağışlandığını bildirib, barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 sentyabr 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Mingəçevir ərazi şöbəsinin baş məsləhətçisi Şahid2, Ağdaş rayon Qaradeyin kənd bələdiyyəsinin sədr əvəzi Şahid3 iştirakı ilə Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid olan 3,17 ha örüş torpaq sahəsinin Ağdaş rayon, Qaradeyin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən şumlanıb pambıq bitkisi əkməsini müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair heç bir sənəd təqdim etməmiş və həmin torpaq sahəsini icazə olmadan ailəsinin dolanışığını təmin etmək məqsədilə şumladıb pambıq əkdiyini bildirmişdir. Keçirilmiş baxışla bağlı akt tərtib etmişlər və aktı iştirak edən şəxslər imzalamışlar. Daha sonra Şahid1 məhkləmə iclasında sualları cavablandırarkən bildirdi ki, sözügedən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və Təqsirləndirilən şəxs kənd ərazisində yerləşən torpaq sahəsini icarayə götüməmişdir. Kənd sakinlərindən bir nəfər şəxs heyvanların otarılması üçün olan örüş sahəsinin bələdiyyə tərəfindən satılmasına və həmin torpaq sahəsinin başqa şəxs tərəfindən zəbt olunmasına dair şikayət etmiş, bundan sonra onlar torpaq idarəsinin nümayəndəsinin və icra nümayəndəsinin iştirakları ilə həmin torpaq sahəsinə baxış keçirmişlər və həmin torpaq sahəsində əkin işlərinin aparılması müəyyən olunmuşdur. Həmin ərazi bələdiyyənin balansında olduğundan şikayət olunanadək orada əkin işlərinin aparılmasından məlumatları olmamışdır. Bələdiyyənin balansında hazırda əkin üçün 8 hektar torpaq sahəsi var. Örüş torpaqları da o halda vətəndaşa icarayə verilir ki, sahibkar heyvanları olduğunu və həmin heyvanların otarılması üçün torpaq sahəsinə ehtiyacının olduğunu bildirir və bundan sonra torpaq sahələrinə baxış keçirilir, ölçü işləri aparıldıqdan sonra vətəndaşa torpaq sahəsi ayrılır. Təqdim olunmuş akt zavod tərəfindən tərtib edilmiş aktdır və həmin aktda qeyd edilən “icarayə verilməli” yazısı onlar tərəfindən yazılmamışdır. O, həmin aktı imzalayıb, möhürləyərkən həmin aktda 4 ha pay torpağına baxış keçirildiyini təsdiq etmiş, digər məlumat, yəni 3 ha icarə hissəsi sonradan əlavə olunmuş, onun bu barədə məlumatı yoxdur. Bundan başqa həmin örüş torpağı pay torpaqlarının qarşısında yerləşdiryindən həmin toprağın örüş torpağı olmasını bilməmişdir. Yalnız vətəndaş şikayəti əsasında torpağa baxış zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi örüş torpaq sahəsidir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Əmlak Məsələləri Dövlət Xidmətinin Mingəçevir Ərazi Şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir. Qaradeyin kənd sakini İqtisadiyyat Nazirliyinə şikayət ərizəsi yazmış və o, həmin şikayət əsasında kənd ərazisində olmuşdur. 27 sentyabr 2021-ci il tarixdə ünvan 5ini Təqsirləndirilən şəxs heç bir rəsmi icazəsi və ya istifadə hüququ olmadan həmin kənd ərazisində 2021-ci ilin aprel ayından bələdiyyə mülkiyyətində örüş yeri kimi istifadə olunan 3,17 ha torpaq sahəsinə pambıq əkdiyini aşkar etmişdir. Bundan sonra həmin ərazinin koordinatlarını götürmüş, Yevlax Ərazi İdarəsində koordinatları müəyyən edərkən həmin torpaq sahəsinin örüş torpaq sahəsi olması müəyyən edilmiş, bu səbəbdən də bələdiyyə mülkiyyətinə məxsus torpaqdan qanunsuz istifadə olunması və qeyd olunan əraziyə baxış keçirərkən torpaq sahəsinə pambıq əkilməsi aşkar olunmuş və bununla bağlı tərtib olunmuş akta imza etmişdir. Həmin akt Ağdaş rayon Eymur bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid3 və Qaradeyin kənd icra nümayəndəsi Şahid1 iştirakı ilə tərtib olunmuşdur. Təqsirləndirilən şəxs əkin işi gördüyü örüş torpaq sahəsinə dair heç bir icazəsi olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2009-cu ildən 05 oktyabr 2023-cü il tarixədək Eymur Bələdiyyəsində baş mühasib vəzifəsində işləyir. Ağdaş rayonunun Qaradeyin, Ərəbşəki və Ağcaqovaq kəndləri də Eymur bələdiyyəsinin tabeçiliyində olmuş, o, bir müddət, yəni Nümayəndə müalicədə olarkən bələdiyyə sədri vəzifəsini icra etmişdir. Təqsirləndirilən şəxs heş bir icazə və ya istifadə hüququ olmadan 2021-ci ilin aprel ayından bələdiyyə mülkiyyətində olan 3,17 ha örüş təyinatlı torpaq sahəsində pambıq əkmişdir. Bu səbəbdən də bələdiyyə mülkiyyətinə məxsus torpaqdan qanunsuz istifadə olunması və qeyd olunan əraziyə baxış keçirərkən torpaq sahəsinə pambıq əkilməsi ilə bağlı tərtib olunmuş akta imza etmişdir. Həmin akt onun və Qaradeyin kənd icra nümayəndəsi Şahid1 iştirakı ilə tərtib olunmuşdur. Təqsirləndirilən şəxs əkin işi gördüyü örüş torpaq sahəsinə dair heç bir icazəsi olmamışdır. Daha sonra Şahid3 məhkəmə baxışı iclasında sualları cavablandırarkən bildirdi ki, həmin torpaq sahəsi şəhid Vidadi Əzizovun anasına istifadə üçün verilmiş, lakin şəhid anası vəfat etdikdən sonra şəhidin qardaşı istifadə etməyə başlamışdır, lakin onların həmin torpaqdan istifadə etməəri üçün rəsmi icazələri və ya sənədləri yoxdur. Həmin torpaq bələdiyyəyə məxsus örüş təyinatlı torpaqdır. Sözügedən torpaq sahəsi Təqsirləndirilən şəxs pay torpaq sahəsinin yuxarı hissəsində yerləşir. Bələdiyyədə həmin topraq sahəsinin əkilib becərilməsinə icazə verilməsinə dair hər hansı bir qərar mövcud deyildir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də traktorçu işləmişdir. Təqsirləndirilən şəxs müdriyyətlə müqavilə bağlamış və müdriyyət Təqsirləndirilən şəxs torpaq sahəsini şumlamaq üçün onu göndərmişdir. O, təxminən 5,64 hektar torpaq sahəsini şumlamışdır. Fəxrəddin torpağı şumlayarkən onun yanında olmuş və o, Fəxrəddinin ona göstərdiyi əraziləri şumlamışdır. Şumladığı topraq sahəsinin örüş torpaq sahəsi olması barədə heç bir məlumatı olmamışdır və həmin torpaq sahəsinin təyinatı ilə maraqlanmamışdır. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, qardaşı şəhid olandan sonra anası torpaq sahəsinin ayrılmasına dair müvafiq qurumlara müraciət etmiş və onları Rayon İcra Hakimiyəti Başçısının qəbuluna dəvət etmişlər. Qəbuldan sonra Bəhrəm adlı şəxs Qaradeyin kəndində anasına əkib-becərmək üçün torpaq sahəsi göstərmiş və onlar 2006-cı ildən həmin torpaq sahəsini əkmişlər. 2012ci ildə anası rəhmətə getmişdir. Həmin torpaq şəhid anası kimi onun anasına verilsə də torpağa mülkiyyətlə bağlı heç bir sənədləri yoxdur. O, 2021-ci ilin fevral ayında Ağdaş rayon Eymur Bələdiyyəsinə bələdiyyə fond torpağından mövsümü əkin üçün torpaq sahəsi ayrılması üçün müraciət etmişdir, lakin yazılı cavab ala bilməmiş, şifahi olaraq ona əkməsini demişlər. 2021-ci ildə Fəxrəddin ona ayrılmış torpaq sahəsində şərikli pambıq əkməyi təklif etmiş, o, da razılaşmışdır. Onun istifadə etdiyi torpaq örüş təyinatlı bələdiyyə torpağıdır. O, həmin torpaqdan sənədsiz istifadə etməyin qadağan olunduğunu bilməmişdir. Fəxrəddin torpağın bələdiyyə torpağı olduğunu və sənədinin olmadığıı bilmişdir. İş materiallarında olan JN-0009 KOD 90320028 nömrəli torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 04 noyabr tarixli, 19 nörəli qərarı ilə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində 1,89 hektar kənd təsrrüfatı məhsulları istehsalı torpaq sahəsi X7 və onun ailə üvzləri X12, X4, Təqsirləndirilən şəxs və X2 birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli, 18/21-02 nömrəli müqavilənin surətindən görünür ki, tərəflər arasında “Xam-pambığın alqı-satqısına dair” müqavilə bağlanmışdır. İş materiallarında olan X8 09 fevral 2021-ci il tarixdə Ağdaş rayon Eymur Bələdiyyəsinə ünvanladığı ərizədən görünür ki, o, bələdiyyə fond torpağından mövsümü əkin üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. İş materiallarında olan 04 mart 2021-ci il tarixli “Baxış aktı”ının surətindən görünür ki, 2021-ci il pambıq mövsümü üzrə pambıq əkininə dair müraciət etmiş Ağdaş rayonu, Qradeyin kənd sakini Təqsirləndirilən şəxs 4 hektar pay torpağına və 3 hektar icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin pambıq əkininə tam yaralı və su təminatının mövcud olduğu müəyyən edilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə əsasən torpaqlardan istifsdə və onların mühafizəsinə Dövlət nəzarətini keçirilməsini təmin etmək məqsədi ilə keçirilmiş monitorinq zamanı Qaradeyin kənd sakini ümumi istifadə olan örüş otlaq sahəsinin 3,17 hektar (X-693999,52 Y-4491320,83) şumlaması və həmin ərazidə pambıq bitkisi əkməsi faktı aşkar edilmiş və Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan ərazidə ümumi istifadədə olan örüş otlaq sahəsini şumlayaraq pambıq bitkisinin əkilməsinə dair Təqsirləndirilən şəxs tərəfindən hüquqmüəyyənedici sənəd təqdim edilməmiş və onun tərəfindən Torpaq qanunvericiliyinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinin pozulması barədə məlumat verilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”yə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarətini təmin etmək məqsədi ilə keçirilmiş monitorinq zamanı ünvan 5ini Təqsirləndirilən şəxs ümumi istifadə olan örüş otlaq sahəsinin 3,17 hektar (X-693999,52 Y-4491320,83) şumlaması və həmin əraziyə pambıq bitkisi əkməsi barədə tərtib edilmiş Aktla tanış olmuş, lakin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Resbublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 07 oktyabr 2021-ci il tarixli, **********18 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Resbublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçiləri tərəfindən Ağdaş rayonu Eymur bələdiyyəsinin ərazisindəki Qaradeyin kəndinin torpaq sahələrində aparılmış monitorinq zamanı vətəndaş Təqsirləndirilən şəxs tərəfindən bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan təqribən 3,17 hektar (X-693999,52 Y-4491320,83) örüş torpaq sahəsinin torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq əkin məqsədi ilə şumlanması faktı aşkar edilmişdir. İş materiallarında olan ünvan 2 ünvanlanmış 21 dekabr 2021-ci il tarixli, 48 saylı məktubdan görünür ki, ünvan 5inləri Təqsirləndirilən şəxs 3,17 ha torpaq sahəsini, X13 3,04 ha torpaq sahəsini və X19 3,18 ha torpaq sahəsini qanunsuz olaraq Qaradeyin kənd Eymur bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt etmişlər. Həmin torpaq sahəsinin yuxarıda adları qeyd olunan şəxslər tərəfindən istifadə və ya icarə müqaviləsi əsasında bələdiyyəyə yazılı və ya şifahi müraciətləri daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayon Polis Şöbəsinə ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli, **********69 saylı məktubdan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri X23, X10, Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 və Ağdaş rayon eymur bələdiyyəsinin sədri Şahid3 iştirakları ilə sözügedən ərazidə torpaq sahısinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl-ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofota, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və Ağdaş rayon Eymur bələdiyyəsinin naturada göstərdiyi Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən torpaq sahələrinin döngə nöqtələri, koortdinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayon Eymur Bələdiyyəsinin xəritə materiallarına (DWG - torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən naturada təsbit edilmiş 3 hissəli 9,39 ha (3,17 ha, 3.04 ha və 3,17 ha) torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası örüş (ümumi istifadə olan), mülkiyyətçisi Eymur bələdiyyəsidir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində yerləşən örüş sahəsidir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini "xxxx" MMC-nin Yevlax şəhərində yerləşən filalı ilə aralarında bağlanmış olan müqavilə əsasınds "xxxx" MMC tərəfindən 2021-ci ilin fevral ayından 2021-ci ilin noyabr ayına kimi olan müddət ərzində şumlama, toxum səpmə və məhsul yığımı işləri həyata keçirildiyini bildirmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Dilqəm Məhərrəmov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 01 fevral 2024-cü il tarixli raportdan görünür ki, ünvan 5ini Təqsirləndirilən şəxs 2021-ci ilin fevral ayında Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid olan örüş torpaq sahəsini şumlatmış, 2021-ci ilin aprel ayında həmin torpaq sahəsinə pambıq toxumu səpdirməsi və 2021-ci ilin sentyabr ayının ortalarından 2021-ci ilin noyabr ayının ortalarına kimi həmin torpaq sahəsindən pambıq yığması müəyyən edilmiş, Təqsirləndirilən şəxs P-AGRO MMC ilə aralarında bağlanmış müqavilə əsasında həmin şumlama və əkin işlərini MMC-yə gördürtməsi müəyyən edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs şumlama və əkin işləri aparılması üçün hər hansı rəsmi icazəsinin olması, şumlama və əkin işləri apardığı torpaq sahələrinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 01 fevral 2024-cü il tarixli, 001/90 saylı məktubundan görünür ki, 2021-ci ilin təsərrüfat mövsümündə Təqsirləndirilən şəxs ilə 21 yanvar 2021-ci il tarixli 18/21-02 nömrəli, X13 ilə xx.xx.2021-ci il tarixli 18F/21-04 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən aqrotexniki xidmətlər göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Şübhəli şəxsi tutma haqqında” 13 yanvar 2022-ci il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2022-ci il tarixdə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 29 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuş və həmin tarixdə saat 10:50-də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Qaradeyin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı 1992-ci il təvəllüdlü X14, övladları 2016-cı il təvəllüdlü X3 və 2019-cu il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17 iyul 2019-cu il təvəllüdlü X18 qızı və 05 mart 206-cı il təvəllüdlü X5 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Qaradeyin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 18-1-22/2-110/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 23 iyul 2024-cü il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1,25 ÜİX, 1,208 stenokardiyanın digər forması diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək pambıq əkini üçün bələdiyyəyə müraciət etməsi, icra nümayəndəliyində iclas olduqdan sonra həmin torpaq sahəsində əkin işlərinin aparılmasına icazə verilməsi, həmin bələdiyyə torpağının istifadə olunması üçün şəhid ailəsinə verilməsi və onun həmin torpağı şəhid ailəsinə məxsus olduğunu bilib istifadə etməsi barədə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, onun ifadələri bir-birinə ziddiyyət təşkil edir, Təqsirləndirilən şəxs gah icra nümayəndəsindən və bələdiyyədən icazə alıb həmin torpaqda əkin işləri apardığını bildirir, gah da ki, həmin torpağın şəhid ailəsinə məxsus olduğunu və şəhidin qardaşı ilə həmin torpağı şərikli əkdiyini bildirir, bu hallar zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş materialları təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs bələdiyyənin və icra nümayəndəsinin razılığı əsasında bələdiyyə torpağını əkib becərdiyinə dair iş materiallarında olan 04 mart 2021-ci il tarixli “Baxış aktı”nı sübut kimi göstərsə də məhkəmə qeyd edir ki, həmin baxış aktı pambıq əkininə dair müraciət etmiş Təqsirləndirilən şəxs torpaq sahəsinə baxış keçirilməsi ilə bağlıdır, həmin akt Təqsirləndirilən şəxs və Qaradeyin kənd İƏD nümayəndəsi Şahid1 Rafiq oğlu tərəfindən imzalanmış və həmin aktda bələdiyyə torpağının icarəyə verilməsinə dair qeyd aparılmamışdır, həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsinin şəhid ailəsinə məxsus olduğunu və şəhidin qardaşı X17 ilə birlikdə əkib-becərdiyini bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş X17 həmin bələdiyyəyə məxsus torpaq sahəsinin istifadə edilməsi üçün onun anasına verildiyini, anasının isə rəhmətə getdiyini, sonra özünün də 09 fevral 2021-ci il tarixdə bələdiyyəyə torpaq almaq üçün müraciət etdiyini, lakin rəsmi sənəd ala bilmədiyini, həmin torpaq sahəsinə dair heç vaxt rəsmi sənədi olmadığını, Təqsirləndirilən şəxs də bunu bildiyini bildirmişdir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadələrini özünü müdafiə xarakterli ifadə kimi qəbul ediməli və təqsirləndirilən şəxs bu cür ifadələr verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür və onun bu ifadələri başqa heç bir sübutla öz təsdiqini tapmır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ürək xəstəsi olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, ilk dəfə cinayət törətməsi, himayəsində iki azyaşlı övladının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə uyğunluğunu nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, cəmi dörd gün həmin cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdən 15 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ümumilikdə 4 (dörd) gün müddət həmin cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-57/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-57/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver