Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-58/2020 01.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi X1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Ağdaş rayonu Güvəkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, , orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Güvəkənd kəndində qeydiyyatda olan və yaşayan -Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına xx xxxx 2020-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində həyat yoldaşı Ağdaş rayonu Güvəkənd kəndində yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə yaşadıqları evdə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunun sağ bud çanaq oynağının əzilməsi ilə nəticələnən qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək və ifadəsində Zərərçəkmiş şəxs ilə onun təxminən 7 il əvvəl ailə həyatı qurduğunu, əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin son bir neçə ildir ki, Aygün ilə aralarında tez-tez mübahisə və söz-söhbətlərin baş verdiyini, buna səbəb Aygünün onun qohumları və xüsusilədə qonşuluqda yaşayan qardaşım Pərvizin həyat yoldaşı Əfsanə ilə münasibətinin olmaması olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminə 20 radələrində yaşadığı evə gəldiyini, Aygünün ona həmin vaxt işıqlarının yanmadığını söylədiyini, onun da, Aygünə işıqlarını düzəldəcəyini söyləyərək həyətə çıxdığını, həmin vaxt qonşuluqlarında yaşayan Əfsanənin öz yaşadığı evin seyvanında olmasını gördüyünü, Əfsanədən işıqlarının yanıb-yanmamasını soruşduğunu və bir az onunla söhbət etdiyini, bundan sonra geri yaşadığı evə qayıtdığını, həmin vaxt Aygünün ondan nə üçün Əfsanə ilə danışmasını soruşduğunu, onun Əfsanə ilə küsülü olmasını söyləyərək ona Əfsanə ilə danışmasına görə irad tutmağa başladığını, onun da, Aygünə “sənlik deyil, sənə hesabat verməli deyiləm, Əfsanə mənim qohumumdur, ona görə onunla söhbət edirəm” deyə cavab verdiyini, lakin Aygünün ona “Əfsanə ilə mən danışmıramsa, səndə danışmayacaqsan” deyə söyləyərək yenə ona irad tutmağa davam etdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun Aygünün sözlərinə əsəbləşdiyini və qəsdən bir neçə dəfə yumruq ilə onun sifət və baş nahiyəsindən vurduğunu, daha sonra isə iki dəfə də, qəsdən təpiklə Aygünün sağ ayaq nahiyəsindən vurduğunu, bundan sonra isə oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadıqları evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onların bir-birilərinə nalayiq ifadələr işlətmədiklərini, dava-dalaş zamanı onun qəsdən bir neçə dəfə yumruq ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən, həmçinin də, qəsdən iki dəfə təpiklə onun sağ ayaq nahiyəsindən vurduğunu, həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və etdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə onun təxminən 7 il əvvəl ailə həyatı qurduğunu, onların ailə həyatı qurduqdan sonra əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin son bir neçə ildir ki, Şamo ilə aralarında tez-tez mübahisə və sözsöhbətlər baş verdiyini, buna səbəb Şamonun spirtli içki aludəçisi olması, onun qohumları və xüsusilədə qonşuluqda yaşayan eltisi Əfsanə ilə onun münasibətinin olmaması olduğunu, xx.xx.2020-ci il tarixdə saat təxminə 20 radələrində işıqlarının söndüyünü, həmin vaxt Şamonun yaşadıqları evə gəldiyini, onun da, Şamoya işıqlarının yanmadığını söylədiyini, Şamonun da ona işıqlarını düzəldəcəyini söyləyərək həyətə çıxdığını, aradan təxminən 10 dəqiqə keçdikdən sonra onun həyətə çıxan zaman Şamonun qonşuluqlarında yaşayan Əfsanə ilə onun Əfsanənin yaşadığı evin seyvanında söhbət etməsini gördüyünü, daha sonra Şamo geri evlərinə gələn zaman onun Şamodan nə üçün Əfsanə ilə danışmasını soruşduğunu, onun Əfsanədən küsülü olduğunu söyləyərək Şamoya Əfsanə ilə danışmasına görə irad tutmağa başladığını, Şamonun isə ona “sənlik deyil, sənə hesabat verməli deyiləm” deyə cavab verdiyini, onun yenə də, Şamoya irad tutmağa davam etdiyini, Şamonun isə ona nalayiq ifadə işlədərək “sən mənim işimə qarışa bilmərsən” deyə söylədiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Şamonun bir neçə dəfə yumruq ilə onun sifət və baş nahiyəsindən vurduğunu, iki dəfə təpiklə onun sağ ayaq nahiyəsindən vurduğunu, sonra isə Şamonun çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Şamonun ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruq ilə onun sifət və baş nahiyəsindən, həmçinin də, iki dəfə təpiklə sağ ayaq nahiyəsindən vurduğunu, həmin vaxt orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Zərərçəkmiş şəxs onun bacısı olduğunu, xx.xx.2020-ci il tarixdə Aygünün həyat yoldaşı Şamonun ona zəng etdiyini və onu evlərinə qonaq çağırdığını, onun da, xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində bacısı Aygünün yaşadığı evə getdiyini, onun bacısı Aygünün yaşadığı evdə olarkən onun baş nahiyəsində və sol ayaq nahiyəsində xəsarətlərin olmasını gördüyünü və Aygündən nə baş verməsini soruşduğunu, Aygünün də, ona xx.xx.2020-ci il tarixdə yaşadıqları evdə Şamo ilə aralarında mübahisə və dava-dalaş baş verməsini söylədiyini, həmçinin Aygünün ona artıq Şamonun yanında qalmaq istəmədiyini və onunla getmək istədiyini söylədiyini, onun da, Aygünü özü ilə yaşadığı evə apardığını bildirmişdir. Həmçinin Şahid1 ifadəsində bacısı Aygün ilə Təqsirləndirilən şəxs arasındakı mübahisə və dava-dalaşın bildiyinə görə xx.xx.2020-ci il tarixdə təxminən saat 20:30 radələrində onların yaşadığı evdə baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, bildiyinə görə Aygünün dava-dalaş zamanı Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, Aygün və Şamo marasındakı mübahisə və dava-dalaşın səbəbinin bildiyinə görə X6 ilə danışmasına görə irad tutması olduğunu, dava-dalaş zamanı orada olmadığına həmin vaxt orada Aygün və Şamodan başqa kimlərin olması barədə heç nə söyləyə bilməyəcəyini göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin təhqiqata verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs onun qaynı Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu, eltisi Aygün ilə qonşu olduqlarını, bir müddətditr ki, eltisi aygün ilə küsülü olduqlarını və bir-birilərini danışdırmadıqlarını, xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində yaşadığı evin seyvanında olan zaman Şamonun onun yanına gəldiyini və ondan işıqlarının yanıb-yanmamasını soruşduğunu, onun da, Şamoya işıqlarının yanmadığını söylədiyini, daha sonra Şamo ilə 5-10 dəqiqə söhbət etdikdən sonra Şamonun çıxıb getdiyini, sonradan isə Şamo və Aygün arasında elə həmin günü, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş baş verməsini öyrəndiyini, dava-dalaş zamanı orada olmadığından dava-dalaşın təfərrüatları barədə heç nə söyləyə bilməyəcəyini, lakin bilməsinə görə Aygün və Şamo arasındakı dava-dalaşın səbəbinin Şamonun onunla danışması olmasın göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində oğlu Təqsirləndirilən şəxs izahatında göstərdiyi xüsusatları təsdiq edərək xx.xx.2020-ci il tarixdə saat təxminən 20:30 radələrində oğlu Şamo ilə gəlini Aygün arasında dava-dalaş ba verdiyini, dava-dalaş zamanı isə oğlu Şamonun Aygünü döyərək ona xəsarət yetirdiyini, onlar arasındakı dava-dalaşın səbəbinin Şamonun Aygünün küsülü olduğu digər gəlini Əfsanə ilə söhbət etməsi olduğunu, dava-dalaş zamanı orada olmadığından dava-dalaşın digər təfərrüatları barədə konkret olaraq heç nə söyləyə bilməyəcəyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli, 285 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun bədənində olan xəsarətlər – sağ bud çanaq oynağının əzilməsi, küt-alət təsirindən yaranmış, törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddilər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2020-ci il tarixli, 304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Güvəkənd kənd kənd X4 üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsnın müsbət xarakterizə olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Güvəkənd kənd X4 üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Güvəkənd kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Zərərçəkmiş şəxs- yoldaşı; 2015-ci il təvəllüdlü Mütəllimova Cövhər Şamo qızı, 2016-ci il təvəllüdlü X3r. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlindən səmimi peşmançılığını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları,habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxsnın cəzasının əvvəli onun faktiki icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 ( üç yüz ) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnın cəzasının əvvəli hökm faktiki icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-58/2020
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-58/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver