Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-58/2021 20.05.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X22 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, oğlunun və Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun iştirakı ilə, xx.xx.2001-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri 20 yanvar küçəsi 64 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 07.01.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1-ci maddələri təqsirləndirilməsinə dair, xx.xx.1998-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri H.Hacıyev küçəsi 1/11-də qeydiyyatda olan və yaşayan, barəsində 21.02.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvələr məhkum olunmuş, H.Əliyev prospekti 67 ünvanında yaşayan, barəsində 10.03.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Ağdaş Rayon Məhkəməsinin 4(014)-33/2021 saylı, 01.05.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə 20 may 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 17.12.2020-ci il tarixdə gecə təxminən saat 00:00 radələrində Ağdaş şəhəri H.Hacıyev küçəsi 1/11-də yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 saxlanc yeri olmayan yaşadığı binanın giriş hissəsində olan 01 ədəd 120,00 manat dəyərində “Stels” markalı “720” modelli qara-yaşıl rəngli və 01 ədəd 100,00 manat dəyərində “Start” markalı “20” modelli göy-yaşıl rəngli istifadədə olmuş, cəmi 220,00 manat dəyərində velosipedləri oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 2021-ci ilin yanvar ayının əvvəllərində Ağdaş şəhəri Məşəd qəbirstanlığının yanından şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan paketdə təmiz çəkisi 1,334 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış, 05.01.2021-ci il tarixdə saat 12:20 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri 20 yanvar küçəsində saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsinin Növbətçi Hissəsində saat 13:05 radələrində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 -cü maddələri ilə 03.06.2020-cı il tarixdə Ağdaş rayon Məhkəməsi tərəfindən 01 il 4 ay müddətiə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş həmin hökmə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş 17.12.2020-ci il tarixdə gecə təxminən saat 00:00 radələrində Ağdaş şəhəri 20 yanvar küçəsi 64 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 saxlanc yeri olmayan yaşadığı binanın giriş hissəsində olan 01 ədəd 120,00 manat dəyərində “Stels” markalı “720” modelli qara-yaşıl rəngli və 01 ədəd 100,00 manat dəyərində “Start” markalı “20” modelli göy-yaşıl rəngli istifadədə olmuş, cəmi 220,00 manat dəyərində velosipedləri oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Daha sonra təkrarən Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş şəhəri H.Əliyev prospekti 67 ünvanında yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs2 məxsus Ağdaş şəhəri Z.Qənbərova 1/11 saylı evinin həyətinə dəmir setkadan ibarət olan hissədən qanunsuz daxil olmaqla həyətdə yerləşən saxlanc yeri olan hinindən 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində iki xoruz, üç fərə olmaqla cəmi 5 ədəd 280 manat dəyərində hind quşlarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 17.02.2021-ci il tarixdə Ağdaş rayon ərazisində Soyuqbulaq adlanan yerdən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd göy rəngli sellafon torbada təmiz çəkisi 465,00 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz olaraq tapıb əldə etmiş, həmin narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımış, 19.02.2021-ci il tarixdə saat 14:30 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən RMX-nın yaxınlığında Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 15:07 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Ağdaş şəhəri H.Hacıyev küçəsi 1/11-də yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs2 məxsus Ağdaş şəhəri Z.Qənbərova 1/11 saylı evinin həyətinə dəmir setkadan ibarət olan hissədən qanunsuz daxil olmaqla həyətdə yerləşən saxlanc yeri olan hinindən 18 dekabr 2020-ci il tarixdə saat 18 radələrində iki xoruz, üç fərə olmaqla cəmi 5 ədəd 280 manat dəyərində hind quşlarını oğurlamış, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvələr 3 dəfə məhkum olunduğunu, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 29.05.2019-cu il tarixdə Ağdaş rayon Məhkəməsi tərəfindən şərti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, 16.12.2020-ci il tarixdə günün ikinci yarısından sonra tanışı Ağdaş şəhəri H.Hacıyev küçəsində yaşayan Rəsul adlı şəxslə birgə olduğunu, 16.12.2020-ci il tarixdə saat 23:30 radələrində tanışı Rəsulla birgə yaşadıqları binanın qarşısına gəldiklərini və Rəsulun ona “sən həyətdə gözlə mən evdə çörək yeyib çıxacam” dediyini, binanın blokunun qaşısında gözlədiyini, 17.12.2020-ci il tarixdə gecə təxminən saat 00:00 radələrində Rəsulun yaşadığı binanın blokuna çıxan zaman ona “binanın blokunda olan iki ədəd göy və yaşıl rəngli velosipedlərin birini sən birinidə mən sürək aparıb sataq” dediyini, Rəsula “sonra bilərlər bizim oğradığımızı və sənində qonşularındı səhəri günü bizlərə problem olar” dediyini, Rəsulun da ona “narahat olam mənlikdir” dediyini, Rəsulun da velosipedləri satacaq yer tapacağını dediyini və böyük velosipedi Rəsul, balaca velosipedi isə özü sürərək oradan uzaqlaşdıqlarını, oradan öz yaşadığı evə Rəsulun da öz yaşadığı evə getdiyini, həmin velosipedləri Ağdaş RPŞ-in TBnə təqdim etdiklərini, bundan başqa 05.01.2021-ci il tarixdə təxminən saat 12-20 radələrində Ağdaş şəhər 20 Yanvar küçəsi ilə piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkildiyini, çəkisinin 1,61 qram olduğunu, sonra həmin sellafon büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni 4-5 gün əvvəl Məşəd qəbiristanlığının yaxınlığından tapdığını, lakin hal-hazırda həmin narkotik maddəni konkret olaraq haradan tapmağını xatırlamadığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, ona ifadəsinin alınmasında heç bir zor və ya təzyiq tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədən törətdiyi əmələ görə peşman olmasını və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, 16.12.2020-ci il tarixdə günün ikinci yarsından tanışı Ağdaş şəhəri Maşad küçəsində yaşayan Həbibxan adlı şəxslə birgə olduğunu, 16.12.2020-ci il tarixdə gecə saat 23:30 radələrində tanışı Həbibxanla birgə yaşadığı binanın qarşısına gəldiklərini və Həbibxana “sən həyətdə gözlə mən evdə çörək yeyib çıxacam” dediyini, 17.12.2020-ci il tarixdə gecə saat 00:00 radələrində yaşadığı binanın blokuna çıxan zaman tanışı Həbibxana binanın blokunda olan iki ədəd göy və yaşıl rəngli velosipedləri götürərək aparıb satmağı bildirdiyini, Həbibxanın da ona “sənin qonşularının velosipedidir sonra problem yaranar” dediyini, tanışı Həbibxana “narahat olma heç kim bilməz mənlikdir” dediyini, daha sonra yaşadığı binanın blokunda olan iki ədəd göy və yaşıl rəgli velosipedlərin bağlandığı kilidi dartaraq qırıb velosipdlərin böyüyünü özü balacasını isə Həbibxanın götürərək sürə-sürə binanın blokundan uzaqlaşdıqlarını, Həbibxanın oradan öz yaşadığı evə özünün də öz yaşadığı evə getdiyini, oğurladıqları velosipedləri sonra birlikdə Ağdaş RPŞ-nin TB-nə təqdim etdiklərini, bundan başqa tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Ağdaş şəhəri Z.Qənbərov küçəsində yaşayan Əlövsət adlı şəxsin həyətində olan hində hind quşları gördüklərini, Əlövsətin evinin yanlarının bir hissəsi daş hasar olduğununu, digər hissəsini isə dəmir setka ilə setkaladığını və dəmir profilə salınmış setka qapı qoyduğunu, həmin qapının isə arxadan qıfılla bağlandığını, həmin setkanın üzərindən keçib hind quşlarını oğurlaya biləcəklərini dəqiqləşdirdiklərini, buna görə də 18.12.2020-ci il tarixdə Elmirlə birlikdə həmin yerə getdiklərini, dəmir setkanın üzərindən aşıb içəri keçdiklərini və hindən 2 ədəd xoruz və 3 ədəd dişi hind quşunu qabaqlarına çörək atıb tutduqlarını və götürüb setkadan çıxdıqlarını və oradan birbaşa keçmiş SU-18 qəsəbəsinə getdiklərini, keçmiş SU- 18 qəsəbəsinin yaxınlığında tanışları Gülsabah adlı şəxsi gördüklərini və ona birlikdə Yevlax şəhərinə getməyi təklif etdiklərini, daha sonra orada taksi fəaliyyəti ilə məşğul olan Ruslan adlı şəxsə məxsus VAZ 21011 markalı avtomobilə mindiklərini və Yevlax şəhərinə getdiklərini, Yevlax şəhərində Elmir və Gülsabah avtomobildə oturduğunu, özü həmin hind quşlarını 85 manata satdığını, satdığı adamı tanımadığını, pulun 15 manatını taksi sürücüsü Ruslana verdiklərini, qalanını isə Elmirlə yarı böldüklərini, bundan sonra çıxıb Ağdaşa gəldiklərini, sürücü Ruslan adlı şəxsə və Gülsabaha isə həmin hind quşlarının oğurluq olduğunu bildirmədiklərini, onlara hind quşlarının özlərinə məxsus olduğunu dediklərini, daha sonra 19.02.2021-ci il tarixdə saat 14:30 radələrində Ağdaş şəhərində H.Əliyev prospektində, RMX-nın yaxınlığında olarkən polis əməkdaşlarının ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində ona müdafiəçi təyin etdiklərini, sonra onu tutduqlarını, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış apardıqlarını, şəxsi axtarışın mobil telefon vasitəsilə video qeydə alındığını, şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin içəri tərəfində gizlətdiyi 01 ədəd sellafon torba aşkar olunduğunu, bundan əlavə cibindən də 1 ədəd maska da aşkar olunduğunu, sellafon torba açıldıqda içərisində yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 487 qram olduğunu, sonra həmin sellafon torba qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, özü və digər iştirakçıların qablaşmaya imza etdiklərini, bundan sonra protokol tərtib olunduğunu, özü və digər iştirakçıların protokola imza etdiklərini bildirmişdir. Məhkəmədən torətdiyi cinayət əməlinə görə peşman olmasını və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, tanışı Rəsul ilə birlikdə Ağdaş şəhəri Z.Qənbərov küçəsində yaşayan Əlövsət adlı şəxsin həyətində olan hində hind quşları gördüklərini, Əlövsətin evinin yanlarının bir hissəsi daş hasar olduğunu, digər hissəsini isə dəmir setka ilə setkaladığını və dəmir profilə salınmış setka qapı qoyduğunu, həmin qapı isə arxadan qıfılla bağlandığını, həmin setkanın üzərindən keçib hind quşlarını oğurlaya biləcəklərini dəqiqləşdirdiklərini, buna görə də 18.12.2020-ci il tarixdə Rəsulla birlikdə həmin yerə getdiyini, dəmir setkanın üzərindən aşıb içəri keçdiklərini və hindən 2 ədəd xoruz və 3 ədəd dişi hind quşunu qabaqlarına çörək atıb tutduqlarını və götürüb setkadan çıxdıqlarını, oradan birbaşa keçmiş SU-18 qəsəbəsinə getdiklərini, keçmiş Su-18 qəsəbəsinin yaxınlığında tanışları Gülsabah adlı şəxsi gördüklərini və ona birlikdə Yevlax şəhərinə getməyi təklif etdiklərini, daha sonra orada taksi fəaliyyəti ilə məşğul olan Ruslan adlı şəxsə məxsus VAZ 21011 markalı avtomobilə mindiklərini və Yevlax şəhərinə getdiklərini, Yevlax şəhərində Rəsul və Gülsabah avtomobildə oturduğunu, özü isə həmin hind quşlarını 85 manata satdığını, satdığı adamı tanımadığını, pulun 15 manatını taksi sürücüsü Ruslana verdiklərini, Qalanını isə Rəsul ilə yarı böldüklərini, bundan sonra çıxıb Ağdaşa gəldiklərini, sürücü Ruslan adlı şəxsə və Gülsabaha isə həmin hind quşlarının oğurluq olduğunu bildirmədiklərini, onlara hind quşlarının özlərinə məxsus olduğunu bildiridiyini, oğurluq edən zaman onları görən olmadığını, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirmişdir. Məhkəmədən torətdiyi cinayət əməlinə görə peşman olmasını və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki evdə qaldığını, yaşadığı evin axırıncı mərtəbədə olduğundan özünə məxsus parlaq göy rəngli 22 razmerli “star” markalı və yaşıl rəngli 24 razmerli “stel” markalı velosipetlərini hər dəfə yaşadığı evin blokunun birinci mərtəbəsində blokun girəcəyində pilləkanın kənarında olan dəmir barmaqlıqlara tros kilidlə bağladığını, “COVİD 19” virusu ilə əlaqədar özünə məxsus velosipedləri istifadə etmədiyindən velosipetlərin blokda dəmir barmaqlıqlara bağlı vəziyyətdə olduqlarını, 16.12.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində yaşadığı evin həyətinə düşən zaman özünə məxsus iki ədəd velosipedlərin yerində kilidlə bağlı olduğunu, daha sonra 17.12.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində həyətə düşən zaman özünə məxsus iki ədəd “stel” və “star” markalı velosipedlərin bağladığı yerdə kilidlə birgə olmadıqlarını gördüyünü, lakin həmin velesopetləri bağladığı tros kilidin isə kənarda qırıq vəziyyətdə olduğunu, həmin kilidi də götürüb atdığını, səhəri gün yəni 18.12.2020-ci il tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət etdiyini, ona məxsus iki ədəd velosipedi bağladığı klidin ondan başqa heç kimdə açarı olmadığını, həmin kilidin qırılmış vəziyyətdə olduğunu, velosibetlərin dəqiq olaraq kimlərinsə oğurlaması barədə heç bir kəsdən şübhələnmədiyini, ona məxsus parlaq göy rəngli 22 razmerli “star” markalı velosipeti təxminən bir il öncə 150 manata və yaşıl rəngli 24 razmerli “stel” markalı velosipetidə təxminən bir il öncə 180 manata aldığını, həmin vaxtdanda bu vaxta hər ikisinin çox sürülmədiyini, ona ümumilikdə 330 manat maddi ziyan dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir.. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onlara yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus həyətdə 14 ədəd hind quşları saxladığını, həyətinin bir hissəsinin daş hasarla bağlandığını, bir hissəsininin isə dəmir setka ilə setkaladığını və orada hind quşları üçün hin tikdiyini, dəmir setka ilə hasarlanmış yerə dəmir setkadan qapı qoyduğunu, həmin qapının arxadan qıfılla bağlandığını, özünə məxsus hind quşlarını setkalanmış yerdə olan hində saxladığını, gündüzlər hind quşlarını setkalanmış yerə otlamağa buraxdığını, axşamlar isə hində yatdıqlarını, hind quşlarının hininin qapısının dəmirdən olduğunu, 18.12.2020-ci il tarixdə axşamüstü radələrində qonaq getdiyini, axşam saat 21 radələrində evə qayıdanda hində olan iki ədəd erkək üç ədəd dişi hind quşlarının yerində olmadığını gördüyünü, bu barədə oğlu İlhama bildirdiyini, oğlu İlhamın isə həmin vaxt küçədə Ağdaş şəhər sakinləri Elmir və Rəsul adlı şəxslər olduğunu, ola bilər ki, həmin şəxslərin hind quşlarını oğurladıqlarını bildirdiyini, buna görə də gəlib RPŞ-nə ərizə ilə müraciət etdiyini, daha sonra ona məxsus hind quşlarını doğurdanda Elmir və Rəsul adlı şəxslərin oğurladıqları məlum olduğunu, onların dəmir setkanın üzərində atlayaraq içəri daxil olduqlarını və hindən hind quşlarını oğurladıqlarını, ona məxsus həyətdən 18.12.2020-ci il tarixdə axşamüstü radələrində diri çəkisi 6kq olan iki xoruz və diri çəkisi 4kq olan üç ədəd dişi fərə quşları oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş olan ziyanın tam şəkildə ödənilməsini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onlara yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində bir azyaşlı qızı olduğunu, Elmir və Rəsul adlı şəxslərin onun tanışı olduğunu, 18.12.2020-ci il tarixdə axşam radələrində SU-18 qəsəbəsində olduğunu, həmin vaxt Elmir və Rəsulu gördüyünü, onların əlində torbada hind quşları olduğunu, Rəsulun ona onlarla birlikdə Yevlax şəhərinə getməyini dediyini, həmin hind quşlarını satacaqlarını dediyini, niyə hind quşlarını Yevlax şəhərində satmalarını soruşduğunu, Rəsulun da orada baha satacaqlarını dediyini, bundan sonra birlikdə orada taksi fəlaiyyət ilə məşğul olan Ruslan adlı şəxsin avtomobili ilə Yevlax şəhərinə getdiklərini, orada özü və Elmirin avtomobildə oturduqlarını, Rəsulun isə hind quşlarını satdığını, kimə və neçəyə satdığını bilmədiyini, bundan sonra həmin avtomobillə evə gəldiklərini, Elmir və Rəsul adlı şəxslərin əlində olan hind quşlarının oğurluq olduğunu özü və taksi sürücsüsü Ruslan adlı şəxsin bilmədiyini, Elmir və Rəsulun onla həmin hind quşlarının onların özünə məxsus olduğunu dediyini, Elmir və Rəsulun əlində cəmin 5 ədəd hind quşları olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində taksi sürücüsü olduğunu, özünə məxsus VAZ 21011 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, Təqsirləndirilən şəxs2 və Həsənov Elmir Aydın oğlunu tanıdığını, 19.12.2020-ci il tarixdə saat təxminən 20 radələrində onun istifadəsində olan mobil telefonuna Elmir adlı şəxsin zəng edərək ondan Ağdaş rayonu stroyka adlanan yerə gəlməyini istədiyini, özünə məxsus olan VAZ 21011 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş rayonu stroyka adlanan yerə getdiyini, orada onun avtomobilinə Elmir, Rəsul və Gülsabahın yaxınlaşdıqlarını, Elmir adlı şəxsin ona “bizi Yevlax rayonuna apar, orada hind quşlarını satıb, qayıdacayıq” deyə söylədi, mən də onlara “hind quşlarını oğurlamısınız?” deyə sualını verdiyini, Rəsulun isə “xeyr, mənim hind quşlarımdır” deyə söylədiyini, bundan sonra Elmiri, Rəsulu və Gülsabahı Yevlax rayonuna apardığını, orada onların 5 ədəd hind quşunu tanımadığı şəxsə satdıqlarını, daha sonra Elmiri, Rəsulu və Gülsabahı Ağdaş rayonuna gətirdiyini, Ağdaş RPŞ-nin TB-də izahatında Elmir və Rəsulun yanında Gülyaz adlı şəxsin olmağını bildirirməsi, lakin hazırki ifadəsində isə Gülsabah olmasını bildirirməsi barədə həmin qadının adının Gülsabah olduğunu sonradan bildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 19.02.2021-ci il tarixdə Ağdaş şəhəri H.Hacıyev küçəsi-1/11 ünvanında qeydiyyatda olan həmin ünvanında yaşayan, xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:30 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə Rəsulu Ağdaş şəhəri H.Əliyev prospektində RMX-nin yanında piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, bundan sonra onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Rəsulun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Rəsulun əynindəki gödəkçənin içəri tərəfində gizlətdiyi 01 ədəd sellafon torba aşkar olunduğunu, bundan əlavə cibindən də 1 ədəd maska da aşkar olunduğunu, sellafon torba açıldıqda içərisində yaşıl rəngli, xüsusi iyə malik, qurudulmuş bitki kütləsi aşkar olunduğunu, həmin bitki kütləsi elektron tərəzidə çəkildiyini, çəkisinin 487 qram olduğunu, sonra həmin sellafon torba qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, həmin torbanın üzəri imzalandığını, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddəni təxminən 2 gün bundan qabaq yəni 17.02.2020-ci il tarixdə Ağdaş rayon ərazisindən “Soyuqbulaq” deyilən yerdə arxın kənarından tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs2 narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və özündə bu barədə heç bir məlumat olmadığını, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparan zaman orada müdafiəçi və polis əməkdaşları olduğunu, həmçinin şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə aparıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid5 da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 05.01.2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞnə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12:20 radələrində CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Həbixanı yaşadığı Ağdaş şəhər 20 yanvar küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, bundan sonra onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Həbibxanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Həbibxanın əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, kristal halında maddə aşkar olunduğunu, Həbibxanın həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkildiyini, çəkisinin 1,61 qram olduğunu, sonra həmin sellafon bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu və zərfin üzəri imza edildiyini, bundan başqa Həbibxanın üzərindən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilmədiyini, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni 4-5 gün əvvəl Məşəd qəbiristanlığının yaxınlığından konkret olaraq xatırlamadığı yerdən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini və bu barədə heç bir məlumatın olmadığını, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, Həbibxanın Ağdaş şəhər sakini Rəsul adlı şəxslə birlikdə 18.12.2020-ci il tarixdə Ağdaş şəhəri H.Hacıyev küçəsi 1/19-də yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı binanın girişindən Zərərçəkmiş şəxs1 məxsus iki ədəd velosiped oğurladığını, Təqsirləndirilən şəxs1 bundan başqa cinayət törətməsindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid2 da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 19.02.2021-ci il tarixli 17/138 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış göy rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi- 465,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin 05.01.2021-ci il tarixli 17/5 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...büküm...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd kiçik sellofan paketdə, təmiz çəkisi- 1,334 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2020-ci il tarixli 9/5868 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş edilmiş 2 adda malların, orta bazar qiyməti təxminən istifadədə olmuş “Stels” markalı “720” modelli qara-yaşıl rəngli velosiped 120,00 manat, 01 ədəd istifadədə olmuş “Start” markalı “20” modelli göy-yaşıl rəngli velosiped 100,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2020-ci il tarixli 9/5869 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən quşların 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 280 manat müəyyən olunur. Diri çəkisi 6kq olan erkək hindquşu 1 ədədi 65 manat dəyərində, diri çəkisi 4 kq olan dişi hindquşu 1 ədədi 50 manat dəyərində İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 250 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2021-ci il tarixli 249 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ağdaş rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 1(014)-36/2019 saylı hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs1 Ağdaş rayon Məhkəməsinin 29 may 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzrində qəti olaraq 01 il 09 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanımışdır. Şəki Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 13 gün hissəsində vaxtından əvvəl şərti azad olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 13 günü hökmlə təyin edilmiş 01 il 09 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərinə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun 28 aprel 2021-ci il tarixli 576 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin 1(014)-36/2019 saylı 29.05.2019-ci il tarixli hökmü üzrə 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş cəzasından 01 il 06 ay 06 gününü çəkmiş, onun çəkilməmiş 05 ay 24 gün cəzası qalmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 14 yanvar 2021-ci il tarixli 252 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri, 20 Yanvar küçəsi 64 №li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 (atası), X5 (anası), X2 bacısıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şxsin direktoru N.Nuriyev tərəfindən verilmiş 16 yanvar 2021-ci il tarixli 55 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 yanvar 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 12:45-də Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ağdaş rayon Məhkəməsinin 03 iyun 2020-cı il tarixli 1(014)-31/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun 28 aprel 2021-ci il tarixli 577 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 1(014)-31/2020 saylı 03.06.2020-ci il tarixli hökmü üzrə 01 il 04 aymüddət azadlığın məhdudlaşdırılması cəzasından 07 ay 03 gününü çəkmiş, onun çəkilməmiş 08 ay 27 gün cəzası qalmışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsindən verilmiş 03 fevral 2021-ci il tarixli 67 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanda yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X6 (atası), X9 anasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şxsin direktoru N.Nuriyev tərəfindən verilmiş 27 fevral 2021-ci il tarixli 293 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 19 fevral 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 14:55-də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 21 fevral 2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və Ağdaş rayon Məhkəməsinin 31 yanvar 2019-cı il tarixli 1(014)-09/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş rayon Məhkəməsinin 31 yanvar 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun 28 aprel 2021-ci il tarixli 579 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş Rayon Məhkəməsinin 1(014)-09/2019 saylı 31.01.2019-ci il tarixli hökmü qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 03 fevral 2021-ci il tarixli 482 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs3 ünvan 9 ünvanda yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X10, X4, X14 və X7 ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şxsin direktoru N.Nuriyev tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli 131 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon PŞ-nin İQnun müstəntiqi, polis mayoru Azər Hüseynlinin 10 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilədüzgün tövsüf edilmiş və onlar törətdiyi cinayətə görə cəza almalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzasının ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 6-cı maddəsinə görə cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər. Həmin Məcələnin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi müttəhimin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri, məişətdə davranışı, məhkumluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxslərin cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağdaş rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 AR CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 02 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilməsi AR CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilsin, AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası əvvəlki hökmlə çəkilməmiş qalan 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs1 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 05 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 oğluna qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağdaş rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla ona təyin edilmiş 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla cəmi 04 (dörd) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli barəsində “həbs” qətimkan tədbiri seçildiyi vaxtdan yəni, 19 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli barəsində “həbsə” qətimkan tədbiri seçildiyi vaxtdan yəni, 20 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 464.95 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd zərfdə olan tədqiqata sərf edildikdən sonra qalıq qalan 1,234 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 01 ədəd “Stels” markalı “720” modelli qara-yaşıl rəngli və 01 ədəd “Start” markalı “20” modelli göyyaşıl rəngli velosipedlər Zərərçəkmiş şəxs1da saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 207 (iki yüz yeddi) manat 91 (doxsan bir) qəpik ekspertiza xərci müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi 50 (əlli) saat və məhkəmədə göstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 480 (dörd yüz səkksən) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilsin. Təqsirləndirilən şəxs2 Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi 27 (iyirmi yeddi) saat və məhkəmədə göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 252 (iki yüz əlli iki) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-58/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-58/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver