Məhkəmə qərarları › İş №1(014)-58/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-58/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-58/2022 29.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Qaradağlı kəndində yaşayan və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə 1,942 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, həmin psixotrop maddələrdən 8 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,028 qram, 0,049 qram, 0,038 qram, 0,030 qram, 0,029 qram, 0,034 qram, 0,052 qram ümumi təmiz çəkiləri 0,303 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə günortadan sonra Ağdaş şəhəri Mərkəzi Bazarın qarşısındakı çayxanada Şahid3 50 manata satmış, sonuncu isə ona əvvəlcədən 50 manat verən X3 çatdırmaq üçün şəxsi istehlak miqdarından artıq olan həmin psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq eyni qiymətə vermiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi psixotrop maddədə digər hissəsini - 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,639 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq üzərində saxayaraq daşımış və həmin psxiotrop maddə xx.xx.2022-ci il tarixdə saat 10:47 dəqiqədə ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə saat 18:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri Vaqif küçəsi 79-da yaşayan X2 RPŞ-yə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman 8 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,028 qram, 0,049 qram, 0,038 qram, 0,030 qram, 0,029 qram, 0,034 qram, 0,052 qram ümumi təmiz çəkiləri 0,303 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun üzərindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində ailəsi ilə bir yerdə yaşadığını, evli olduğunu və iki övladının olmasını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, oğlan övladı Nihadın 17 yaşı, qız övladı Lətifənin isə 13 yaşı olduğunu, narkotik aludəçisi olmadığını, lakin bir neçə dəfə psixotrop maddə olan “patı” adlı maddədən istifadə etdiyini, Ağdaş şəhərində yerləşən Kolxoz bazarı deyilən yerdə çayxana işlətdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 09:55 radələrində Ağdaş şəhərində yerləşən Kolxoz bazarı deyilən yerdə işlətdiyi çayxanada olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vastənin olması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirərək onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli “Samsung Duos” markalı smartfon mobil telefon, 1 ədəd bükülmüş vəziyyətdə bir manatlıq pul əsginası, əynində olan şabalıdı rəngli qış gödəkcəsinin sol yan cibindən üzərində “LD” yazılmış və içərisində siqaret dənələri olan siqaret qutusu və həmin qış gödəkcəsinin sol yan iç cibindən 1 ədəd sellofan bükümün aşkar olunduğunu, üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə “patı” deyilən psixotrop maddə olmasını, təxminən 2-3 gün öncə işlədiyi çayxananın qarşısını süpürən vaxt yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını, daha sonra həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 1,72 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm və 1 ədəd bükülmüş vəziyyətdə olan bir manatlıq pul əsginasının zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd “Samsung Duos” markalı mobil telefonun da ayrı kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, daha sonra polis əməkdaşları ilə birgə onun yaşadığı Ağdaş rayon Qaradağlı kəndində yerləşən evinə gedərək evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən heç nə aşkar olunmadığını və götürülmədiyini, baxış zamanı video çəkiliş aparıldığını və protokol tərtib olunduğunu, həmçinin daha sonra polis əməkdaşları ilə birgə Ağdaş şəhərində yerləşən kolxoz bazarı deyilən yerdə işlətdiyi çayxanaya gedərək oraya da baxış keçirildiyini, lakin baxış zamanı çayxanadan heç nə aşkar edilmədiyini və götürülmədiyini, baxış zamanı video çəkiliş aparıldığını və protokol tərtib olunduğunu, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddəni tutulmazdan təxminən 2-3 gün əvvəl işlədiyi Ağdaş şəhəri Kolxoz bazarı deyilən yerdə yerləşən çayxananın qarşısını süpürən zaman tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, heç vaxt heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, Sadiq adlı şəxsə psixotrop maddə satmadğını, Sadiqin yalan danışdığını, Sadiqin ondan əvvəllər narkotik vasitə və ya psixotrop maddə almadığını və ya Sadiqə narkotik vasitə və ya psixotrop maddə satmadığını, Sadiq ilə bir yerdə onlardan hər hansındasa narkotik vasitə və ya psixotrop maddə olan zaman narkotik vasitə və ya psixotrop maddə istifadə etdiklərini, Şahid3 istifadəsində ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə “Yaman dasliqdi 10 verene usdunde kivisi hediye kampaniyadi teles” məzmunlu mesaj yazması ilə bağlı mesajı hansı məqsədlə yazmasını xatırlamadığını, Sadiqin ifadəsində həmin mesajın onun tərəfindən Sadiqə təklif edərək “daşlıqdı”, yəni kasıbçılıqdı, alver yaxşı getmir, əgər müştəri olsa Sadiqə müraciət etsin, yəni ucuz qiymətdən narkotik vasitə verə bilər deməsi ilə bağlı Sadiqin yalan danışdığım bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində ailəsi ilə bir yerdə yaşadığını, evli olduğunu və iki övladının olmasını, özünün və yaxın qohumlarımın heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, oğlan övladı Nihatın artıq 18 yaşı, qız övladı Lətifənin isə 13 yaşı olduğunu, narkotik aludəçisi olmadığını, lakin bir neçə dəfə narkotik maddə olan qurudulmuş marixuanadan istifadə etdiyini, Ağdaş şəhərində yerləşən Kolxoz bazarı deyilən yerdə çayxana işlətdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 09:55 radələrində Ağdaş şəhərində yerləşən Kolxoz bazarı deyilən yerdə işlətdiyi çayxanada olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edərək üzərində narkotik vasitənin olması və qəbul etməsi barədə məlumatlarının olmasını bildirərərk onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-yə getdiyini, orada onu döyərək üzərinə narkotik vasitə qoyduqlarını, bundan sonra Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarımın sol yan cibindən 1 ədəd qara rəngli “Samsung Duos” markalı smartfon mobil telefon, 1 ədəd bükülmüş vəziyyətdə bir manatlıq pul əsginası, əynində olan şabalıdı rəngli qış gödəkcəsinin sol yan cibindən üzərində “LD” yazılmış və içərisində siqaret dənələri olan siqaret qutusu və həmin qış gödəkcəsinin sol yan iç cibinə polis əməkdaşları tərəfindən qoyulmuş 1 ədəd sellofan bükümün aşkar olunduğunu, videoçəkiliş zamanı həmin 1 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, həmin 1 ədəd sellofan bükümdə “patı” deyilən psixotrop maddə olmasını, videoçəkilişdən qabaq onu döydükləri üçün bu psixotrop maddəni guya təxminən 2-3 gün öncə işlədiyi çayxananın qarşısını süpürən vaxt yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra həmin 1 ədəd sellofan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 1,72 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı guya üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm və 1 ədəd bükülmüş vəziyyətdə olan bir manatlıq pul əsginasının zərflərə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd “Samsung Duos” markalı mobil telefonun da ayrı kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, onun və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, daha sonra polis əməkdaşları ilə birgə onun yaşadığı Ağdaş rayon Qaradağlı kəndində yerləşən evinə gedərək evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evdən heç nə aşkar olunmadığını və götürülmədiyini, baxış zamanı video çəkiliş aparıldığını və protokol tərtib olunduğunu, həmçinin daha sonra polis əməkdaşları ilə birgə Ağdaş şəhərində yerləşən kolxoz bazarı deyilən yerdə işlətdiyi çayxanaya gedərək oraya da baxış keçirildiyini, lakin baxış zamanı çayxanadan heç nə aşkar edilmədiyini və götürülmədiyini, baxış zamanı video çəkiliş aparıldığını və protokol tərtib olunduğunu, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan psixotrop maddənin ona məxsus olmadığını, onun cibinə qoyulduğunu, saxlanılarkən onu döydüklərini, ona görə də video çəkiliş zamanı həmin psixotrop maddələrin ona məxsus olduğunu dediyini, saxlanıldıqdan sonra isə bu barədə müstəntiqə məlumat verdiyini, özünün bununla bağlı heç bir yerə şikayət etmədiyini, əslində üzərindən şəxsi istifadəsi üçün saxladığı qurudulmuş marixuana aşkar olunduğunu, heç vaxt heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, Sadiq adlı şəxsə psixotrop maddə satmadğını, Sadiqin yalan danışdığını, Sadiqin ondan əvvəllər narkotik vasitə və ya psixotrop maddə almadığını və ya Sadiqə narkotik vasitə və ya psixotrop maddə satmadığını, Sadiq ilə bir yerdə onlardan hər hansındasa narkotik vasitə və ya psixotrop maddə olan zaman narkotik vasitə və ya psixotrop maddə istifadə etdiklərini, Şahid3 istifadəsində ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə “Yaman dasliqdi 10 verene usdunde kivisi hediye kampaniyadi teles” məzmunlu mesaj yazması ilə bağlı mesajı hansı məqsədlə yazmasını xatırlamadığını, Sadiqin ifadəsində həmin mesajın onun tərəfindən Sadiqə təklif edərək “daşlıqdı” yəni kasıbçılıqı alver yaxşı getmir, əgər müştəri olsa Sadiqə müraciət etsin, yəni ucuz qiymətdən narkotik vasitə verə bilər deməsi ilə bağlı Sadiqin yalan danışdığını bildirmişdir. Üzərində narkotik daşıdığı üçün əməlindən peşmandır. Ona narkotik istifadə etdiyi üçün yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı evində və işlətdiyi çayxanada saxlaması, satması və qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 09:55 radələrində CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhərində yerləşən Kolxoz bazarı deyilən yerdə işlətdiyi çayxanada olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vüqarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vüqarın əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Samsung Duos” markalı smartfon mobil telefon, 1 ədəd bükülmüş vəziyyətdə bir manatlıq pul əsginası, əynində olan şabalıdı rəngli qış gödəkcəsinin sol yan cibindən “LD” markalı içərisində siqaret dənələri olan siqaret qutusu və həmin qış gödəkcəsinin sol yan iç cibindən 1 ədəd sellofan büküm aşkar olunduğunu, həmin aşkar edilmiş sellofan bükümün açıldığını və içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, Vüqarın üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdəki maddənin “patı” deyilən narkotik maddə olmasını, təxminən 2-3 gün öncə işlədiyi çayxananın qarşısını süpürən vaxt yerdən tapdığını və özünün istifadəsi üçün özündə saxladığını bildirdiyini, həmin sellofan bükümdəki maddələrin elektron tərəzidə çəkildiyini və çəkisinin 1,72 qram olduğunu, sonra həmin sellofan bükümün və bükülmüş vəziyyətdə olan 1 manatlıq pul əsginasının 1 ədəd kağız zərfdə, mobil telefon isə ayrıca zərflərdə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparılaraq protokol tərtib olunduğunu, protokolun ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, şəxsi axtarış zamanı Vüqarın üzərindən aşkar edilmiş digər aşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, daha sonra Vüqarın yaşadığı evə baxış keçirildiyini və axtarış aparıldığını, Vüqarın evinə baxış keçirilən zaman onun evində qanunsuz olaraq saxladığı hər hansı əşyanın aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokolun ucadan oxunduqdan sonra baxışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, bundan sonra Vüqarın işlətiyi çayxanaya da baxış keçirildiyini və axtarış aparıldığını, baxış zamanı çayxanada Vüqarın qanunsuz olaraq saxladığı hər hansı əşyanın aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokolun ucadan oxunduqdan sonra baxışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni ilkin sorğu zamanı tutulmamışdan təxminən 2-3 gün əvvəl işlədiyi çayxananın qarşısını süpürən vaxt yerdən tapdığını və özünün istifadəsi üçün özündə saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə əvvəllər də məlumatların daxil olduğunu, lakin həmin məlumatları realizə etməyin mümkün olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində hal hazırda subay olduğunu, əvvəllər məhkum olunmadığını, ona qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilmədən sərbəst olaraq ifadə verdiyini, psixotrop maddə hesab edilən metamfetamindən arada bir istifadə etdiyini, Ağdaş şəhəri M.P.Vaqif küçəsi 79-da yaşayan X1 iki ay əvvəl tanıdığını, xx.xx.2022-ci il tarixdə günortadan sonra Mirdamətin ona psixotrop maddə hesab edilən metamfetamin yəni “patı” lazım olduğunu bildirdiyini, özünün də Mirdamətə təşkil edə biləcəyini bildirdiyini, bundan sonra Mirdamətin ona 50 manat pul verdiyini və həmin pulu ondan götürdükdən sonra əvvəllər tanıdığı Vüqar adlı şəxsin yanına getdiyini, ilkin olaraq Vüqarın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etdiyini və bundan sonra onunla Ağdaş rayon mərkəzi bazarın qarşısındakı çayxanada görüşdüyünü, Vüqar ilə görüşdükdə Vüqara 50 manat pul verdiyini və Vüqarın ona həmin vermiş olduğu pulun qarşılığında bir büküm psixotrop maddə metamfetamin verdiyini və həmin bükümü gətirib Mirdamətə verdiyini, Mirdamətə vermiş olduğu bükümün üzərindən bir qədər özü istifadə etmək məqəsdi ilə götürdüyünü, əvvəllər də Vüqar ilə görüşüb ondan psixotrop maddə metamfetamin alıb istifadə etdiyini, Mirdamət Məmmədova 50 manat pul qarşılığında Vüqar adlı şəxsdən aldığı bir büküm psixotrop maddə metamfetamin verdiyini, həmin bükümün icərisində ayrı-ayrılıqda bükümlər olduğunu, lakin sayını bilmədiyini, yalnız bir dəfə ümumi bükümün arxa tərəfini cıraraq oradan bir qədər metamfetamin götürdüyünü, Vüqardan əvvəllər də istifadə etmək məqsədi ilə psixotrop maddə olan metamfetamin aldığını, bunu etməkdə məqsədinin Mirdamətə köməklik etmək olduğunu, başqa heç bir məqsədi olmadığını, bir az da özü istifadə etdiyini, Vüqarla aralarında heç bir düşmən münasibəti və ədavəti olmadığını, mehriban münasibətdə olduğunu, ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, ona ifadəsinin alınmasında hər hansı bir psixoloji təzyiq və ya güc tətbiq olunmadığını bildirmişdir. Bundan başqa Şahid3 ifadəsində Təqsirləndirilən şəxs istifadəsində ***-***-**- ** saylı mobil nömrədən Təqsirləndirilən şəxs ona “Nagasan xaloglu, Yaman dasliqdi 10 verene usdunde kivisi hediye kampaniyadi teles” məzmunlu mesaj yazmasını, Vüqardan narkotik vasitə alıb Mirdamətə verdiyini, həmin mesajda Vüqar ona “daşlıqdı” yəni kasıbçılıqdı alver yaxşı getmədiyini, əgər müştəri olsa ona müraciət etməyini, yəni ucuz qiymətdən narkotik vasitə verə biləcəyini dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində ona qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilmədən sərbəst olaraq ifadə verdiyini, psixotrop maddə hesab edilən metamfetamindən istifadə etdiyini, Şahid3 tanıdığını, xx.xx.2022-ci il tarixdə Şahid3 ona psixotrop maddə hesab edilən metamfetamin yəni “patı” lazım olduğunu bildirdiyini, Sadiqin də ona təşkil edə biləcəyini bildirdiyini, psixotrop maddə hesab edilən metamfetaminin Vüqar adlı şəxsdə olduğunu, Vüqar adlı şəxsin psixotrop maddə hesab edilən metamfetaminin satışı ilə məşğul olduğunu bildirdiyini, onun üçün Vüqar adlı şəxsdən psixotrop maddə hesab edilən metamfetamin ala biləcəyini dediyini, Sadiqə 50 manat pul verdiyini, gedib onun üçün psixotrop maddə hesab edilən metamfetamin almasını dediyini, Sadiqdə gedib onun üçün 9 ədəd metamfetan aldığını, Sadiqin həmin psixotrop maddə hesab edilən metamfetaminin Vüqar adlı şəxsdən aldığını bildirdiyini, aldığı 9 ədəd metamfetamindən 1 ədədini istifadə etdiyini, 8 ədəd metamfetaminin qaldığını, polis əməkdaşları tərəfindən saxlanıldığını, şəxsi axtarış zamanı həmin 8 ədəd metamfetaminin onun üzərindən aşkar olunduğunu bildirmişdir. İşin materiallarında olan üç ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Vüqarın əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Samsung Duos” markalı smartfon mobil telefon, 1 ədəd bükülmüş vəziyyətdə bir manatlıq pul əsginası, əynində olan şabalıdı rəngli qış gödəkcəsinin sol yan cibindən “LD” markalı içərisində siqaret dənələri olan siqaret qutusu və həmin qış gödəkcəsinin sol yan iç cibindən 1 ədəd sellofan büküm aşkar olunmuş, həmin aşkar edilmiş sellofan büküm açılmış və içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, Vüqar üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdəki maddənin “patı” deyilən narkotik maddə olmasını, təxminən 2-3 gün öncə işlədiyi çayxananın qarşısını süpürən vaxt yerdən tapdığını və özünün istifadəsi üçün özündə saxladığını bildirmiş, həmin sellofan bükümdəki maddə elektron tərəzidə çəkilmiş və çəkisi 1,72 qram olmuş, sonra həmin sellofan büküm və bükülmüş vəziyyətdə olan 1 mantlıq pul əsginası 1 ədəd kağız zərfdə, mobil telefon isə ayrıca zərflərdə qablaşdırılaraq, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparılmış, şəxsi axtarış zamanı Vüqarın üzərindən aşkar edilmiş digər aşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, daha sonra Vüqarın yaşadığı evə baxış keçirilmiş və axtarış aparılmış, Vüqarın evinə baxış keçirilən zaman onun evində qanunsuz olaraq saxladığı hər hansı əşya aşkar edilməmiş, baxış videoçəkiliş vasitəsilə aparılmış, bundan sonra Vüqarın işlətiyi çayxanaya da baxış keçirilmiş və axtarış aparılmış, baxış zamanı çayxanada Vüqarın qanunsuz olaraq saxladığı hər hansı əşya aşkar edilməmiş, baxış videoçəkiliş vasitəsilə aparılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, № 402 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə “Yaman dasliqdi 10 verene usdunde kivisi hediye kampaniyadi teles” məzmunlu mesaj yazılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 22 yanvar 2022-ci il tarixli, 17/84 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,639 qram olan maddə “Azərbaycan Respublikasının ərazisində qadağan edilən psixotrop maddələrin siyahısına” (İ siyahı, İİ bənd sıra №27) daxil olan - metamfetamindir. Həmin zərfin içərisindəki 1 manatlıq pul əsginasının üzərində narkotik və psixotrop maddə qalıqları aşkar edilmədi. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 aprel 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 aprel 2022-ci il arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon, Qaradağlı kəndində yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır. Anası – X6 (xx.xx.1954-cü il təvəllüdlü), arvadı – X7 (xx.xx.1983-cü il təvəllüdlü), oğlu - X9 (xx.xx.2004-cü il təvəllüdlü), qızı – X8 (xx.xx.2009-cu il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:30da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 4(014)-12/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, işin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə dindirilmiş 4 şahidin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid3 həm məhkəmə iclasında, həm də istintaq zamanı birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, psixotrop vasitələri pul müqabilində Təqsirləndirilən şəxs almışdır. Digər şahid M.Məmmədov da həqiqətən Sadiqin ona Vüqar adlı şəxsdən psixotrop maddələr alaraq gətirməsini təsdiq etmişdir. Bundan başqa, narkoloji ekspertizanın rəyi ilə də Təqsirləndirilən şəxs kannabinoid (marixuana) deyil, metamfetamin istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə vasitəsi ilə Şahid3 istifadəsində olan mobil nömrəyə göndərilmiş SMS-in məzmununda istifadə olunmuş şərti sözlərlə də bu hallar öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs çayxana işlətməsinə baxmayaraq, “Yaman dasliqdi 10 verene usdunde kivisi hediye kampaniyadi teles” məzmunlu mesajında olan “kivi” sözü həqiqi mənasında deyil, məcazi mənasında işləndiyini təsdiq edir. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən döyülməsi ilə bağlı məsələyə məhkəmə qiymət verərək bildirir ki, Təqsirləndirilən şəxs saxlanılmasından artıq 4 aydan artıq müddət keçmiş, hazırda üzərində heç bir xəsarət yoxdur, saxlanılarkən döyülməsi barədə vəkilinə bildirməmiş, özü də bununla bağlı heç bir orqana şikayət etməmiş, penitensiar müəssisə də təqsirləndirilən şəxsi saxlamaq üçün qəbul edərkən onun üzərində hər hansı xəsarətin olmasına dair qeydiyyat və müvafiq prosessual hərəkət aparmamışdır. Həmçinin, üzərinə baxış keçirilməsinə dair videoçəkilişə də məhkəmə iclasında baxış keçirilərkən onun üzərində hər hansı xəsarətin olması aşkar edilməmişdir. Belə olan halda isə onun həqiqətən də döyülməsinə dair hər hansı ağlabatan və əsaslı şübhə mövcud deyil. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini qismən etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,589 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 1,589 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar