Məhkəmə qərarları › İş №1(014)-58/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-58/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-58/2025 13.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1999-cu ildə Ukrayna Respublikasının Simferopol şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 8/3 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Azadlıq küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 246,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 01 may 2025-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, N.Nərimanov küçəsində saxlanılaraq həmin tarixdə saat 18:08-dən 18:15dək üstü yoxlanılan zaman əynində olan qara rəngli köynəyin arxa hissəsindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 246,25 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı ifadəsində göstəmişdir ki, o, təxminən 1- 2 ay əvvəl Ağdaş şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən qəbirstanlığın hasarının yaxınlığında 01 ədəd bağlama görüb, bağlamanın boş və ya dolu olduğunu yoxlamaq üçün ayağı ilə vurmuş, dolu olduğunu bildikdən sonra onu yerdən götürüb içərisinə baxdıqda içərisində yaşıl rəngli bitki kütləsi olduğunu görmüşdür. Həmin bitkinin nə olduğunu bilmək üçün onu iyləmiş və narkotik vasitələrdən istifadə etdiyi üçün onun “nəşə” olduğunu bilib başqa şəxslərin onu görməməsi üçün qəbirstanlığın həyətinə keçib həmin narkotik vasitədən gələcəkdə götürüb istifadə etməyi üçün onu qəbirstanlığın həyətində gizlətmişdir. 01 may 2025-ci il tarixdə həmin narkotik vasitədən istifadə etmək üçün bağlamanı qəbirstanlığın həyətindən götürüb yaşadığı evə gətirmək qərarına gəlmişdir. Həmin tarixdə saat 18 radələrində Ağdaş şəhəri, N.Nərimanov küçəsində yerləşən qəbirstanlığıa gedib içərisində narkotik vasitə “nəşə” olan bağlamanı gizlətdiyi yerdən götürüb əynində olan qara rəngli köynəyin arxa hissəsinə qoyub küçəyə çıxmışdır. Təxminən 50-60 metr oradan uzaqlaşdıqdan sonra 3 nəfər polis əməkdaşı videoçəkiliş vasitəsilə ona yaxınlaşıb özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağı və istifadə etməyi barədə RPŞ-yə məlumat daxil olduğunu, 01 may 2025-ci il tarixli qərar əsasında üstünü yoxlayacaqlarını ona bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, 01 may 2025-ci il tarixli qərarla tanış olmuş və ona hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim edilmişdir. Bundan sonra ona üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və ya sənədlər olubolmadığı, əgər varsa onları təqdim etməyi təklif edilmiş, əynində olan qara rəngli köynəyin arxa hissəsindən içərisində marixuana olmasını bildirmiş 01 ədəd sellofan bağlamanı təqdim etmiş, polis əməkdaşının ondan həmin bağlamanı haradan, nə vaxt əldə etmiş və onu haraya apardığını soruşmuş, həmin bağlamanı təxminən 1-2 ay əvvəl yaxınlıqda yerləşən qəbirstanlıqdan tapmış, hazırda isə yaşadığı evə aparmaq istədiyini bildirmiş, həmçinin polis əməkdaşlarının ondan həmin nakotik vasitədən hər hansı şəxsi satıbsatmadığını, eləcə də pay verib-vermədiyini soruşmuşlar, onlara həmin narkotik vasitədən heç bir şəxsə satmamış və pay vermədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bağlama polis əməkdaşı tərəfindən açılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar edilmiş, qurudulmuş marixuanaya bənzər bitki kütləsinin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 262 qram olduğu məlum olmuşdur. Polis əməkdaşı ondan nə qədər müddət narkotik vasitədən istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkumluğunun olub-olmamasını soruşmuş, polis əməkdaşına 2-3 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunduğunu bildirmişdir. Bundan sonra həmin bitki kütləsinin qablaşdırılaraq özü və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüş, sonra polis əməkdaşı tərəfindən üstü yoxlanılmış, yoxlama zamanı üzərindən hər hansı qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamış, polis əməkdaşları baxışı yekunlaşdırdıqdan sonra onu polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra videoçəkiliş vasitəsi ilə maddi sübutların təhvil-təslimi həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, video görüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıyaraq üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 01 may 2025-ci il tarixdə saat 18:08-də Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Ağdaş RPŞ-nin KQ-nun FDHÜ kiçik inspektor-təlimatçı, polis serjantı X9 ilə birlikdə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs Ağdaş şəhəri, N.Nərimanov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib daşıyaraq üzərində saxlaması ilə əlaqədar olaraq 01 may 2025-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərara əsasən üstünün yoxlanılacağını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri, müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin arxa hissəsindən içərsində marixuana olmasını bildirmiş və 01 ədəd sellofan bağlamanı təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bağlamanı haradan, nə vaxt əldə etdiyi və onu hara apardığı soruşulmuş, sonuncu həmin bağlamanı təxminən 1-2 ay əvvəl saxlanıldığı ərazinin yaxınlığında yerləşən qəbirstanlığın hasarının yaxınlığından tapmış, hazırda isə onu yaşadığı evə aparmaq istədiyini söyləmiş, həmçinin Təqsirləndirilən şəxs həmin nakotik vasitədən hər hansı şəxsə satıb-satmadığı, eləcə də pay verib-vermədiyi soruşulmuş, sonuncu həmin narkotik vasitədən hər hansı şəxsə satmadığını və pay vermədiyini bildirmişdir. Bundan sonra həmin sellofan bağlama özü tərəfindən açılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar edilmiş, qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 262 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs nə qədər müddət narkotik vasitədən istifadə etdiyi, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkumluğunun olub-olmamasını soruşulmuş, Təqsirləndirilən şəxs 2-3 ildir narkotik vasitə istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunduğunu bildirmişdir. Bundan sonra həmin bitki kütləsi qablaşdırılaraq Təqsirləndirilən şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən hər hansı qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə saat 18:20-də RPŞ-nin növbətçi nissəsinə təhvil verilmiş, rayon polis şöbəsində tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol tərtib olunaraq əməliyyat-axtarış tədbirlərinin gedişatı zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd disk və içərisində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlama olan 01 ədəd kağız zərflə birlikdə təhqiqatçıya təqdim edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan dərhal sonra müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin zərf təkrar açılaraq baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəki bitki kütləsinin narkotik vasitə “nəşə” olduğunu, istifadə etmək məqsədilə onu üzərində saxladığını, 2-3 ildir narkotik vasitə istifadə etdiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunduğunu, həmin narkotik vasitəni təxminən 1-2 ay əvvəl tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək göstərdiklərini təsdiq etdi. İş materiallarında olan 01 may 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə, saat 18:08-də Ağdaş şəhəri, N.Nərimanov küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin arxa hissəsindən içərsində marixuana olmasını bildirdiyi 01 ədəd sellofan bağlamanı təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bağlamanı haradan, nə vaxt əldə etdiyi və onu haraya apardığı soruşulmuş, sonuncu həmin bağlamanı təxminən 1-2 ay əvvəl saxlanıldığı ərazinin yaxınlığında yerləşən qəbirstanlığın hasarının yaxınlığından tapdığını, hazırda isə həmin narkotik vasitəni yaşadığı evə aparmaq istədiyini söyləmiş, həmçinin Təqsirləndirilən şəxs həmin nakotik vasitədən hər hansı şəxsi satıb-satmadığı, eləcə də pay verib-vermədiyi soruşulmuş, sonuncu həmin narkotik vasitədən hər hansı şəxsə satmadığını və pay vermədiyini bildirmiş, sonra həmin sellofan bağlama Şahid1 tərəfindən açılmış, içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması aşkar edilmiş, qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 262 qram olmuş, Təqsirləndirilən şəxs nə qədər müddət narkotik vasitədən istifadə etdiyi, əvvəllər narkoik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkumluğunun olub-olmaması soruşulmuş, sonuncu 2-3 ildir ki narkotik vasitə istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunduğunu bildirmiş, bundan sonra həmin bitki kütləsi qablaşdırılaraq Təqsirləndirilən şəxs, iştirakçılar və Şahid1 tərəfindən imzalanaraq götürülmüş, sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən hər hansı qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. İş materiallarında olan 01 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və diskdən görünür ki, 01 may 2025-ci il tarixdə saat 18:08-dən saat 18:15-dək olan müddət ərzində Ağdaş RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində də şübhəli şəxs X3 üstü yoxlanılan zaman aşkar edilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlamanın qablaşdırıldığı 01 ədəd kağız zərf təhqiqatçı tərəfindən təkrar açılaraq baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin bağlamanın içərisindəki bitki kütləsinin narkotik vasitə “nəşə” olduğunu, istifadə etmək məqsədilə onu üzərində saxladığını, 2-3 ildir ki, narkotik vasitə istifadə etdiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunduğunu, həmin narkotik vasitəni təxminən 1-2 ay əvvəl tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini bildirmiş, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X1 polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı güc tətbiq olunubolmadığını, aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsinin ona məxsus olubolmadığını soruşmuş. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı güc tətbiq olunmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsinin də özünə məxsus olduğunu bildirmiş, bundan sonra video görüntüdən ibarət 01 ədəd DVD disk “HP” markalı kompyuterin DVD-Romuna yerləşdirilmiş, daha sonra «My computer» pəncərəsində açıldıqda “00483.MTS” adlı video görüntü açılmış, 07 dəqiqə 45 saniyədən ibarət olan görüntünün 01:32 dəqiqəsində Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan qara rəngli köynəyin arxa hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan 01 ədəd sellofan bağlamanı təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan bağlama ilə birlikdə çəkisi 262 qram olmuş, həmin bitki kütləsi qablaşdırılaraq Məhəmmədli Əliyev, iştirakçılar və Ağdaş RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən imzalanaraq götürülmüş, daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 02 may 2025-ci il tarixli 17/316 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bağlama.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız bağlamanın içərisindəki digər 01 ədəd kağız bağlamanın içərisində olan 01 (bir ədəd sellofan bağlamada, təmiz çəkisi-246,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 may 2025-ci il tarixli 798 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 14 may 2025-ci il tarixli məktubdan görünür ki, X7 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsində “Epizodik metamfetamin qəbulu” diaqnozu ilə narkoloji profilaktik qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağdaş RİPŞ-nin 08 aprel 2020-ci il tarixli C/İ-90 nömrəli məktubuna əsasən cəzasını tam olaraq çəkib qurtarmışdır. 2) Ağdaş Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib hmin Məcəllənin 69.3-cü mddəsinə əsasən 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə saat 18:08-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 may 2025-cü il tarixli “Qətimkan tədbiri seçilməsi və MSYdən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən həmin gün saat 14:30-da azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: qardaşı 22 fevral 1997-ci il təvəllüdlü X11, qardaşı oğlu 20 iyul 2021-ci il təvəllüdlü X15, qardaşı oğlu 10 avqust 2023cü il təvəllüdlü X16 və qardaşının arvadı 25 mart 2002-ci il təvəllüdlü X10 qızından ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32-12/2-Ə-1044/2025 nömrəli 19 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Təqsirləndirilən şəxs «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağdaş Rayon Məhkəməsinin 1(014)- 17/2024 saylı 10 yanvar 2024-cü il tarixli hökmü Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icraatına 09 fevral 2024-cü il daxil olmuş və məhkumun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. 14 fevral 2024-cü il tarixdə məhkum Ağdaş Rayon İcra və Probasiya şöbəsinə gələrək qeydiyyatdan keçmişdir. Hal hazırda məhkum Təqsirləndirilən şəxs 08 avqust 2025-ci il tarixdə cəzasını tam olaraq çəkib qurtarmış və Ağdaş Rayon İcra və Probasiya şöbəsində heç bir öhdəliyi qalmamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, əməlindən səmimi peşman olmasını, İİ Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsini və buna görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən «Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2023-cü il tarixli sərəncamına əsasən “Vətən müharibəsi işirakçısı” medalı ilə təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını, azadlığın məhdudlaşdırılması növündə cəza çəkərkən yenidən eyni cinayəti qəsdən törətməsini islah olunmamasına dəlalət etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 01 may 2025ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, həbsə alındığı gündən, yəni 13 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 246,15 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 16 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 176 (yüz yetmiş altı) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzasının bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatının sonra qalan 246,15 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 16 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) hesabına 176 (yüz yetmiş altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar