Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-59/2022 25.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxx 2000-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 79 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 21 yanvar 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 xx xxxx 1986-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Maşad küçəsində qeydiyyatda olan və yaşayan, barəsində 23 yanvar 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Senindik oğlu 19 yanvar 2022-ci il tarixdə Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 50 manat pul verərək ondan istifadə etmək üçün psixotrop maddə istəmiş, sonuncu Ağdaş rayonu, Qaradağlı kəndində yaşayan X1 08 ədəd kağız bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,028 qram, 0,049 qram, 0,038 qram, 0,030 qram, 0,029 qram, 0,034 qram, 0,052 qram,ümumi təmiz çəkiləri 0,303 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq ona vermiş, yəni Təqsirləndirilən şəxs1 0,303 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin psixotrop maddə 19 yanvar 2022-ci il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 19 yanvar 2022-ci il tarixdə Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 79da yaşayan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ona 50 manat pul verərək istifadə etmək üçün metamfetamin istəmiş, o isə Təqsirləndirilən şəxs1 vermək məqsədilə Ağdaş rayonu, Qaradağlı kənd sakini 17.03.1982-ci il təvəllüdlü X1 Ağdaş şəhəri Mərkəzi Bazarın qarşısındakı çayxanada 50 manat pul qarşılığında şəxsi istehlak miqdarından artıq miqdarda 08 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,028 qram, 0,049 qram, 0,038 qram, 0,030 qram, 0,029 qram, 0,034 qram, 0,052 qram,ümumi təmiz çəkiləri 0,303 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin almış, yəni Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda 0,303 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq alaraq əldə etmiş, üzərində saxlayıb, daşımış və həmin psixotrop maddəni 19 yanvar 2022-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 vermişdir. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbayçan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 19 yanvar 2022-ci il tarixdə, təxminən saat 18:10 radələrində Ağdaş şəhəri, C.Cabbarlı küçəsində piyada yol ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qararəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız büküm və bir ədə pul qabı, əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərinə ”Vinçester” yazılmış siqaret qutusu, şalvarın arxa sol cibindən bir ədəd qara rəngli daraq, şalvarın sağ yan cibindən bir ədəd ətir qutusu və bir ədəd 20 qəpiklik və 2 ədəd 10 qəpiklik qəpiklik sikkə, sağ əlindən bir ədəd bilərzik və boynundan bir ədəd boyunbağı aşkar edildiyini, üzərindən aşkar edilmiş pul qabı açılarkən içərisindən bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və 2 ədəd bir manatlıq pul əskinasları və ona məxsus şəxsiyyət vəsiqəsinin aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusunun açıldığını və içərisindən siqaret dənələrinin aşkar edildiyini, bundan sonra üzərində aşkar edilmiş kağız bükümün açıldığını və içərisindən 08 ədəd kağız büküm aşkar edildiyini, həmin bükümlərin içərisində psixotrop maddə olan “Patı” maddəsinin olmasını bildirdiyini, daha sonra həmin kağız bükümlər açıldığını və içərilərindən ağ rəngli kristal halında maddə aşkar edildiyini, həmin maddələrin elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, həmin psixotrop maddəni hamısını 19 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Ağdaş şəhər sakini Sadiq adlı şəxsdən 50 manata satın aldığını və və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirdi. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbayçan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində psixotrop maddə hesab edilən metamfetamindən arada bir istifadə etdiyini, Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 79-da yaşayan Təqsirləndirilən şəxs1 iki ay olar tanıdığını, 19 yanvar 2022-ci il tarixdə günortadan sonra Mirdamətin ona psixotrop maddə hesab edilən metamfetamin, yəni patı, lazım olmasını bildirdiyini, Mirdamətə təşkil edə biləcəyini bildirdiyini, bundan sonra Mirdamətin ona 50 manat pul verdiyini və həmin pulu Mirdamətdən götürdükdən sonra əvvəllər tanıdığı Vüqar adlı şəxsin yanına getdiyini, ilkin olaraq Vüqarın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə zəng etdiyini və bundan sonra Vüqar ilə Ağdaş rayon mərkəzi bazarın qarşısındakı çayxanada görüşdüyünü, Vüqar ilə görüşdükdə Vüqara 50 manat pul verdiyini. Vüqarın da ona həmin pulun qarşılığında bir büküm psixotrop maddə metamfetamin verdiyini, həmin bükümü gətirib Mirdamətə verdiyini, Mirdamətə vermiş olduğu bükümün üzərindən bir qədər özü istifadə etmək məqəsdi ilə götürdüyünü, Vüqar adlı şəxslə aralarında heç bir ədavət və ya düşmənçiliyin olmadığını, əvvəllər də bir neçə dəfə Vüqar adlı şəxsdən psixotrop maddə olan metamfetamin aldığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 19 yanvar 2022-ci il tarixdə Ağdaş şəhəri, M.P.Vaqif küçəsi 79-da qeydiyyatda olan, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 18:10 radələrində Ağdaş RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 Ağdaş şəhəri, C.Cabbarlı küçəsində piyada yol ilə getməsini gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Mirdamətin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Mirdamətin əynində olan qararəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız büküm və bir ədəd pul qabı, əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərinə ”Vinçester” yazılmış siqaret qutusu, şalvarın arxa sol cibindən bir ədəd qara rəngli daraq, şalvarın sağ yan cibindən bir ədəd ətir qutusu və bir ədəd 20 qəpiklik və 2 ədəd 10 qəpiklik qəpik sikkə aşkar edildiyini, həmin aşkar edilmiş aşkar edilmiş kağız bükümün açıldığını və içərisindən 08 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərində ağ rəngli kristal halında maddə aşkar edildiyini, Mirdamətin həmin maddələrin narkotik vasitə olan “Patı” maddəsinin olmasını bildirdiyini, həmin maddələr elektron tərəzidə çəkildiyini və zərfə qablaşdırıldığını, şəxsi axtarış zamanı Mirdamətin üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 19 yanvar 2022-ci il tarixdə, səhər saatlarında Ağdaş şəhər sakini Sadiq adlı şəxsdən 50 manata satın aldığını və özü istifadə etməsi üçün üzərində saxlamasını bildirdiyini, Təqsirləndirilən şəxs1 narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini, şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 yanvar 2022-ci il tarixli 17/71 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” sözləri yazılmış zərfin içərisindəki gümüşü-ağ rəngli kağıza bükülmüş 08 ədəd qara-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.043 qram, 0.028 qram, 0.049 qram, 0.038 qram, 0.030 qram, 0.029 qram, 0.034 qram, 0.052 qram, ümumi təmiz çəkisi 0.303 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş 08 ədəd qara-ağ rəngli kağız bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 22.02.2022-ci il tarixli 228 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 07.04.2022-ci il tarixli 478 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış xəstəlikdən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində Ağdaş RPŞ-nin NHdə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qararəngli gödəkçənin sol yan cibindən bir ədəd kağız büküm və bir ədə pul qabı, əynində olan şalvarın sağ yan cibindən bir ədəd üzərinə ”Vinçester” yazılmış siqaret qutusu, şalvarın arxa sol cibindən bir ədəd qara rəngli daraq, şalvarın sağ yan cibindən bir ədəd ətir qutusu və bir ədəd 20 qəpiklik və 2 ədəd 10 qəpiklik qəpiklik sikkə, sağ əlindən bir ədəd bilərzik və boynundan bir ədəd boyunbağı aşkar edilmiş, üzərindən aşkar edilmiş pul qabı açılarkən içərisindən bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və 2 ədəd bir manatlıq pul əskinasları və ona məxsus şəxsiyyət vəsiqəsinin aşkar edilmiş, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusunun açılmış və içərisindən siqaret dənələri aşkar edilmiş, bundan sonra üzərində aşkar edilmiş kağız bükümün açılmış və içərisindən 08 ədəd kağız büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs1 oğlu həmin bükümlərin içərisində psixotrop maddə olan “Patı” maddəsinin olmasını bildirmiş, daha sonra həmin kağız bükümlər açılmış və içərilərindən ağ rəngli kristal halında maddə aşkar edilmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş və zərfə qablaşdırılmışdır. Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin məhkəmə iclasında verdikləri etirafedici ifadələrindən başqa, şahid ifadəsi, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətmələrini, təqsirlərini etiraf edərək əməllərindən peşman olmalarını bildirmələrini və Təqsirləndirilən şəxs1 cavanlığını cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyət üçün təhlükəli olmadıqları qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab edir, təqsirləndirildikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək, Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs2 yaşayış yeri hesab olunmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0.223 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 21 yanvar 2022-ci il tarixdən 23 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs2 yaşayış yeri hesab olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat doxsan dörd qəpik) müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0.223 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-59/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-59/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver