Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-59/2023 18.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1970-ci ildə Ağdaş rayonu, Qaradeyin kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri, Üçqovaq küçəsi, nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə ümumi təmiz çəkisi 475,38 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, həmin narkotik vasitənin bir hissəsini, yəni 1,05 qramını xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində 27(iyirmi yeddi) manat müqabilində Şahid4 satmış, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Ağdaş şəhəri, M.İsayev küçəsində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra RPŞnin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 16:54-dən saat 17:07-dək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 3 ədəd kağız bükümdə ümümi təmiz çəkisi 1,05 qram, müvafiq olaraq 0,31 qram, 0,43 qram və 0,31 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirdilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospektində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildikdən sonra RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 18:24-dən 18:41-dək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 3 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 4,33 qram, müvafiq olaraq 1,36 qram, 1,47 qram və 1,50 qram, həmin tarixdə saat 19:14-dən 19:26dək sonuncunun yaşadığı Ağdaş şəhəri, Üçqovaq küçəsi, nömrəsiz evə keçirilən baxış zamanı, həmin evin yataq otağında olan sandığın üzərində olan qutunun içərisindən 1 ədəd sellofan torbada təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur. Evlidir. Əvvəllər məhkum olunmuşdur. Qan xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də narkotik vasitədən istifadə edir. Üzərindən aşkar edilmiş narkotik vasitə ona aid deyildir. Onun üzərinə polis əməkdaşı tərəfindən narkotik vasitə qoyulmuşdur. Vasif adlı şəxsi tanımır. Onunla hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində Vasif adlı şəxs ona zəng edərək Qəbələyə getmək istədiyini bildirdiyini, o da Vasifə hava soyuq olduğu üçün getmədiyini bildirmişdir. Bundan sonra əvvəldən də tanıdığı Ramin adlı polis əməkdaşı ona zəng etmiş, o da Raminə evə getdiyini bildimişdir. Küçəyə çatdıqda Ramin və digər polis əməkdaşlarını orada olduqlarını görmüş və avtomobili saxlamışdır. Bundan sonra polislər onun qollarına qandal taxaraq ona “narkotik vasitə satırsan” demişlər. O da polislərə narkotik vasitə satmadığını, taksi sürücüsü işlədiyini bildirmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təzyiq edərək üzərinə narkotik vasitə qoymuşlar. Hədə-qorxu gəldikləri üçün üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qış gödəkcəsinin sağ yan cibindən polis əməkdaşlarının qoyduğu narkotik vasitə aşkar edilmiş 3 ədəd kibrit qutusunun ona məxsus olduğunu bildirmişdir. Hətta müdafiəçisi gəlmədən onu öz evinə aparmışlar, evdə axtarış apardıqdan sonra, müdafiəçiyə zəng edərək müdafiəçinin iştirakı ilə evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin yataq otağında polislər tərəfindən qoyulmuş 1 ədəd sellofan torbada narkotik vasitə aşkar edilmişdir. Məhkəmədən onun bağışlanmasını xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində olan zaman Vasif adlı tanışının ona zəng edərək narkotik vasitəyə ehtiyacının olmasını bildirdiyini, özü də Vasaifə özü üçün saxladığı “nəşə”sinin olmasını bildirdiyini, Vasifin də ondan xahiş edərək ona 30 manat siqaret pulu verəcəyini və əvəzində də ona “nəşə” verməsini istədiyini, özü də Vasiflə razılaşdığını, bundan təxminən 10-15 dəqiqə sonra Vasifin onun olduğu yerə, yəni “Ləki dördyolu” deyilən yerə gəldiyini, özü də üzərində olan 3 baş nəşəni, 3 ədəd kağız bükümdə ona verdiyini, Vasifin də bunun əvəzində ona 27 manat pul verdiyini və çıxıb getdiyini, həmin gün saat 18 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, onlar özlərini təqdim edərək onun narkotik vasitələrin satışında şübhəli olduğunu və onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirdiklərini, özü də onlarla razılaşdığını və RPŞ-yə gəldiyini, RPŞ-yə gəldikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, daha sonra üzərinə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan qış gödəkcəsinin sağ yan cibindən 3 ədəd kibrit qutusu, 2042 manat nağd pul, siqaret və mobil telefon aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş kibrit qutuları açıldığını, həmin kibrit qutularının içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki küləsi aşkar edildiyini, polis əməkdaşının ondan həmin bitki kütləsinin nə olmasını soruşduğunu, özü də polis əməkdaşına həmin bitki kütləsinin “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyini, həmçinin polis əməkdaşının ona xx.xx.2023-cü il tarixdə üzərində narkotik vasitə saxlamasında və daşımasında şübhəli bilinən Şahid4 saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsini ona 27 manata aldığını bildirdiyini dediyini, polis əməkdaşına Vasif adlı şəxsi tanıdığını, xx.xx.2023-cü il tarixdə Vasifə 27 manat müqabilində narkotik vasitə satdığını, daha sonra üzərindən aşkar edilmiş kibrit qutuları elektron tərəzidə çəkildiyini və çəkilərinin müvafiq olaraq 2,3 qram, 2,3 qram və 2,4 qram olduğunu, üzərimdən aşkar edilmiş kibrit qutuları və mobil telefon kağız zərfdə qablaşdırldığını və üzərinə möhür vurulduğunu, daha sonra iona hazırda yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirdiklərini, özü də buna etiraz etmədiyini və bu barədə ərizə yazdığını, sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun hazırda yaşadığı Ağdaş şəhəri, Üçqovaq küçəsində yerləşən evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin yataq otağında saxladığı 1 ədəd sellofan torbada olan narkotik vasitə qurdulmuş marixuananı polis əməkdaşlarına təqdim etdiyini, bundan başqa yaşadığı evdən heç bir şey aşkar edilmədiyini, həmin sellofan torba da elektron tərəzidə çəkildiyini və çəkisinin 512 qram olduğunu, həmin sellofan torbada qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, onun üzərində şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokollar tərtib edildiyini və həmin protokollara imza etdiyini, üzərindən və yaşadığı evdən aşkar edilmiş, həmçinin Şahid4 satdığı narkotik vasitəni təxminən 3 ay əvvəl Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşədə yabanı halda bitən çətənə bitkisindən yığdığını və həmin bitkinin yarpaqlarının qurudaraq saxladığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını və heç kimdən narkotik vasitə almadığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qolqəti kəndində yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2023-cü il tarixdə 16 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində hərəkətdə olan zaman Vasifin piyada hərəkətdə olmasını görmüşlər, həmin zaman ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdirmişlər, bundan sonra Vasifi RPŞ-yə dəvət etmişlər. Vasif də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də Vasifə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Vasifin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Vasifin əynində olan göy rəngli cins şalvarın arxa cibindən 3 ədəd kağız büküm, həmin şalvarın sağ yan cibindən ona məxsus “Samsung J1” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra həmin kağız bükümlər açılmış və içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edilmiş aşkar edilmiş bitki kütlələri elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 0,3 qram, 0,3 qram və 0,4 qram olmuşdur. Vasifin həmin zaman üzərindən aşkar edilən bitki kütlələrinin “nəşə” adlandırılıan narkotiok vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində Ağdaş şəhəri, Ləki dörd yolu deyilən ərazidə Mübariz adlı şəxsdən ümumilikdə 27 manata satın aldığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar edilmiş 3 ədəd kağız büküm və 1 ədəd mobil telefon ayrı ayrı zərflərə qablaşdırlaraq üzərinə möhür vurulmuş və götürülmüşdür. Şəxsi axtarış video çəkiliş aparılmış, protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalamışdır. Şahid4 narkotik maddələrin satışı ilə məşğul olmasını barədə RPŞ-yə məlumat daxil olmuş, lakin həmin məlumatları realizə etmək mümkün olmamışdır. Şahid4 tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qaradeyin kəndində qeydiyyatda olan və Ağdaş şəhəri Üç Qovaq küçəsində yerləşən evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində, yaşadığı evində saxlaması, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparılmış, xx.xx.2023-cü il tarixdə 18 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman Mübarizin avtomobilində əyləşməsini görmüşlər. Dərhal ona yaxınlaşaraq özlərini təqdim edərək ona üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi, satması barədə məlumat daxil olduğunu bildirmişlər. Bundan sonra Mübarizi RPŞ-yə dəvət etmişlər. Mübariz də onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də Mübarizə dövlət hesabına müdafiəçi təyin edilmiş və o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında Mübarizin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Mübarizin əynində olan qış gödəkcəsinin sağ yan cibindən 3 ədəd kibrit qutusu, 2042 manat nağd pul, siqaret qutusu və mobil telefon aşkar edilmişdir. Daha sonra aşkar edilmiş kibrit qutuları açılmış, həmin kibrit qutularının içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki küləsi aşkar edilmişdir. Mübariz həmin bitki kütləsinin “nəşə” adlanan narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, eyni zamanda ondan Şahid4 adlı şəxsə narkotik vasitə satıb satmaması barədə soruşanda Mübariz Vasif adlı şəxsi tanıdığını, xx.xx.2023-cü il tarixdə Vasifə 27 manat müqabilində narkotik vasitə satdığını bildirmişdir. Daha sonra aşkar edilmiş kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 2,3 qram, 2,3 qram və 2,4 qram olmuşdur. Aşkar edilmiş kibrit qutuları və mobil telefon kağız zərfdə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Daha sonra ona hazırda yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmişlər, Mübariz də buna etiraz etməmiş, həmçinin bu barədə ərizə yazmışdır. Sonra müdafiəçinin iştirakı ilə onun hazırda yaşadığı Ağdaş şəhəri, Üçqovaq küçəsində yerləşən evə baxış keçirilmiş, baxış zamanı Mübariz yaşadığı evin yataq otağında saxladığı 1 ədəd sellofan torbada olan narkotik vasitə qurdulmuş marixuananı təqdim etmişdir. Bundan başqa onun yaşadığı evdən heç bir şey aşkar edilməmiş, həmin sellofan torba da elektron tərəzidə çəkilmiş və çəkisi 512 qram olmuşdur. Həmin sellofan torba qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və yaşadığı evə baxış videoçəkiliş vasitəsi ilə aparıldığını, bu barədə protokollar tərtib edildiyini və həmin protokollara imzalarla təsdiq edildiyini, Təqsirləndirilən şəxs üzərindən, yaşadığı evdən aşkar edilmiş, həmçinin Şahid4 satdığı narkotik vasitəni təxminən 3 ay əvvəl Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşədə yabanı halda bitən çətənə bitkisindən yığdığını və həmin bitkinin yarpaqlarından qurudaraq saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-yə əvvəllər məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmayıb. Mübariz onu polis əməkdaşları tərəfindən döyməsini, üzərinə və evinə narkotik vasitə qoyduğunu bildirməsi cinayət məsuliyyətindən yayınmaq üçündür. Cinayət işi üzrə şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 6-7 aydır ki, hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən “Oba” marketin qarşısında olan zaman polis əməkdaşlarının ona yaxınlaşdılar. Özlərini təqdim etdilər və onlarla birlikdə Ağdaş RPŞ-yə getməli olduğunu bildirdilər. Buna görə də polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmiş, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa cibindən 3 ədəd kağız büküm, həmin şalvarın sağ yan cibindən ona məxsus “Samsung J1” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra həmin kağız bükümlər açılmış və içərilərindən yaşıl rəngli, kəskin iyə malik bitki kütləsi aşkar edilmişdir. Aşkar edilmiş bitki kütlələri elektron tərəzidə çəkilmiş və çəkilərinin müvafiq olaraq 0,3 qram, 0,3 qram və 0,4 qram olmuşdur. Polis əməkdaşı ondan həmin bitki kütləsinin nə olmasını, hardan əldə etdiyini və nəyə görə üzərində saxladığını soruşmuş, o da polis əməkdaşına həmin bitki kütlələrinin “nəşə” adlandırılıan narkotiok vasitə qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində Ağdaş şəhəri, Ləki dörd yolu deyilən ərazidə Mübariz adlı şəxsdən ümumilikdə 27 manata satın aldığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmiş. Daha sonra üzərindən aşkar edilmiş 3 ədəd kağız büküm və 1 ədəd mobil telefon qablaşdırlaraq üzərinə möhür vurulmuş və götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağdaş şəhərində, Ləki dördyolu deyilən ərazidə Mübariz adlı şəxsdən ümumilikdə 27 manata satın almışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi sonra həmin maddədən istifadə etmək olub. Heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin sağ yan cibindən 3 ədəd kibrit qutusu, 2042 manat nağd pul, siqaret qutusu və mobil telefon aşkar edilmiş, aşkar edilmiş 3 ədəd kibrit qutusu açılan zaman içərilərində yaşıl rəngli, kəskin iyə malik bitki mənşəlli kütlə olması aşkar edilmiş, daha sonra həmin kibrit qutularında olan bitki külələri elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 2,3 qram, 2,4 qram və 2,3 qram olmuş, sonra həmin kibrit qutuları kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək təhqiqatçı tərəfindən iştirakçılara imzalatdırılmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan başqa sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Vasifə 27 manat müqabilində narkotik vasitə satdığını, həmçinin Şahid4 satdığı narkotik vasitəni təxminən 3 ay əvvəl Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən meşədə yabanı halda bitən çətənə bitkisindən yığdığını və həmin bitkinin yarpaqlarının qurudaraq saxladığını bildirmişdir. İşin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 19:14-dən 19:26-dək Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı Ağdaş şəhəri, Üçqovaq küçəsi, nömrəsiz evə keçirilən baxış zamanı, həmin evin yataq otağında olan sandığın üzərində olan qutunun içərisindən 1 ədəd sellofan torbada təmiz çəkisi 470 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/33 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid4 üzərindən aşkar edilmiş 3 ədəd kağız büküm ayrı-ayrılıqda təmiz çəkiləri – 0,31 qram, 0,43 qram və 0,31 qram, ümumi təmiz çəkisi 1,05 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/34 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda ayrı ayrılıqda təmiz çəkiləri 1,36 qram, 1,47 qram və 1,50 qram, ümumi çəkiləri 4,33 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotikvasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş sellofan büküm (torba).” yazısı, adlar və imzalar olan sellofan torbanın içərisindəki, təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 3 (üç) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar ilə 1 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar həm öz aralarında, həm də Şahid4 üzərindən aşkar olunmuş 3 (üç) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 208 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ/6-22-2-82-2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəlikləri üzrə qeydiyyatda deyil. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 10 fevral 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Üç-Qovaq küçəsində yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı – 1977-ci il təvəllüdlü X3r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:10da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 17:10-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədləri ilə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı üzünə qarşı bildirmişdir ki, ondan 27 manat müqabilində narkotik vasitə almışdır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 475,10 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdən 09 yanvar 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat, on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 475,10 qram narkotik maddə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-59/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-59/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver