Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-6/2021 27.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2020ci il tarixdə barəsində 03 ya müddətində “həbs”qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, 2020-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan mənbədən tapıb satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,577 qram narkotik vasitə olan heroini qanunsuz olaraq üzərində saxlayıb daşımış, xx.xx.2020-ci il tarixdə saat 14:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı ünvan 1ndə saxlanılaraq Ağdaş RPŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının ön sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində həbs edilməmişdən təxminən 2-3 gün əvvəl yaşadığı Məşəd küçəsi ilə getdiyini, yol ilə gedərkən qarşısına 01 ədəd sellofan büküm çıxdığını, həmin sellofan bükümü açıb baxan zaman içərisindən narkotik vasitə olan heroin olduğunu gördüyünü, özünün ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə etdiyini, buna görə də həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində saxladığını, daha sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində Məşəd küçəsi ilə gedən zaman polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim etdiklərini, ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsində şübhəli şəxs qismində tutulduğunu və ona müdafiəçi təyin edildiyini, bundan sonra iki hal şahidi və bir vəkilin iştirakı ilə polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyaları masanın üzərinə qoyması təklif olunduğunu, əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyduğunu, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında olan narkotik vasitə heroin aşkar edildiyini, həmin heroinin elektron tərəzidə çəkilən zaman 0,74 qram olduğunu, daha sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən imzalandığını, həmçinin də şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edildiyini, fotoşəkillər çəkildiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni həbs edilməmişdən təxminən 2-3 gün əvvəl yaşadığı Məşəd küçəsindən tapdığını, özü istifadə etmək məqsədilə də üzərində saxladığını, hazırda həmin yeri xatırlamadığını, heç bir vaxt narkotik vasitə satmadığını, həmçinin əməlindən peşman olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onun doğma oğlu olduğunu, Rəsul narkotik vasitələrin istifadəçisi olduğunu, Rəsulun narkotik vasitələrdən istifadə etdiyi üçün onları bezdirdiyini, Rəsulun narkotik vasitə almaq üçün ondan pul tələb etdiyini, onun da Rəsula verməyə pulu olmadığını, bunun üstündə aralarında mübahisə olduğunu, Rəsulun da evdəki əşyaları vurub sındırdığını, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Rəsul yenə evə gəlib ondan pul istədiyini, lakin ona pul vermədiyini, bunun üstündə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Rəsulu söyüb təhqir etdiyini, Rəsula qeyrətsiz olduğunu dediyini, Rəsulun da ona qeyrətsiz deməməyini bildirdiyini, mübahisə edərkən gəlini Aytəkin də evdə olduğunu, Aytəkinin Rəsul evi dağıtdığı üçün evdən çıxıb polisə məlumat verməyə getdiyini, yenə Rəsulu söydüyünü, buna görə də Rəsulun onu məni bir dəfə vurduğunu, bundan sonra polisə şikayət etdiyini, daha sonra isə xx.xx.2020-ci il tarixdə oğlu Rəsulun üzərində qanunsuz olaraq narkotik vasitə saxladığı üçün həbs edildiyini, Rəsulun narkotik vasitəni nə vaxt və haradan əldə etməsini bilmədiyini, Rəsulun himayəsində 6 azyaşlı uşağı olduğunu, gəlini Aytəkin Rəsulla evli olmamışdan əvvəl bir dəfə evli olduğunu, Aytəkinin ilkin evliliyindən 4 övladı olduğunu, sonra isə Rəsul Aytəkinlə ailə qurduqdan sonra iki övladları olduğunu, Aytəkinin ilkin evliliyindən olan 4 övladının da Rəsulun himayəsində olduğunu, ümumilikdə 6 azyaşlı övlada baxdığını, bütün bunları nəzərə alıb Rəsula qanun çərçivəsində köməklik göstərilməsini xahiş etdiyini, DİN-in “102” xidmətinə müraciət edərək Rəsulun onu döyməsini bildirməsi ilə bağlı Rəsulun ondan pul istədiyini, lakin ona pul vermədiyini, Rəsulun da əsəbləşib evdə olan əşyaları vurub dağıtdığını, Rəsulu söyüb təhqir etdiyini, Rəsula qeyrətsiz olduğunu dediyini, Rəsulun ona qeyrətsiz olduğu sözünü deməməyini bildirdiyini, lakin yenə dediyini, bunun üstündə Rəsulun onu təpiklə vurduğunu, hadisə zamanı orada gəlini Aytəkinin olduğunu, mübahisə edən zaman Aytəkin evdən çıxıb getdiyini. Rəsul onu vuran zaman isə evdə heç kəs olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən, Şahid3 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə səhər saatlarında xidmətdə olan zaman ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri saxlaması və ondan istifadə etməsi barədə məlumat daxil olduğunu, həmin məlumatla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etdiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini, daha sonra həmin gün, yəni xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində ünvan 1ndə Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid5 və Şahid4 ilə xidmətdə olan zaman Rəsulu gördüklərini, Rəsula yaxınlaşıb özlərini təqdim etdiklərini, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirdiklərini və polis şöbəsinə dəvət etdiklərini, Rəsulun da onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində vəkilin iştirakı ilə Rəsulun üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində olan əşyalar çıxardıb masanın üzərinə qoyması təklif olunduğunu, Rəsul da əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyduğunu, həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz halında olan narkotik vasitə heroin aşkar edildiyini, həmin heroinin elektron tərəzidə çəkilən zaman 0,74 qram olduğunu, daha sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar tərəfindən imzalandığını, həmçinin də şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edildiyini, fotoşəkillər çəkildiyini, Rəsulun özünün deməsinə görə həmin narkotik vasitəni həbs edilməmişdən təxminən 2-3 gün əvvəl yaşadığı Məşəd küçəsindən tapdığını və özü istifadə etmək məqsədilə də üzərində saxladığını bildirdiyini, Rəsulu Ağdaş şəhər sakini tanıdığını, onunla heç bir münasibətinin olmadığını, Rəsulun narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadə etməsi barədə eşitdiyini, onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini göstərmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 14:41-dən saat 14:19-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və öncə Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz və kristal halında narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Axtarış davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin heroin olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2020-ci il tarixli 17/502 saylı rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 0.577 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 914 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Heroin narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-388/2016 saylı, xx xxxxxx 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədovun xx xxxxxxx 2020-ci il tarixli №c/i-2296 saylı arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-388 saylı xx.xx.2016-cı il tarixli hökmü üzrə cəzasını tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 3911 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsindəki, evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şahid2 Vəliyyədin qızı, xx.xx.2008-ci il təvəllüdlü X1,xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü X4 və xx.xx.2004-cü il təvəllüdlü X3r.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlu barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, ona görə də o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəlar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlindən peşman olması,himayəsində dörd azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 10 gün həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli, höküm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu CM-nin 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 0.527 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən həbsdə saxlanıldığı 05 ay 10 gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 10 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 01 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müdəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində 22:00-dan 07:00-dək Ağdaş rayonu, Maşad küçəsində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətcə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək ” haqqında iltizam qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.527 qram heroin hökm qanuni qüvvəsini aldıqadan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müdətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə) Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-6/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-6/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver