Məhkəmə qərarları › İş №1(014)-6/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-6/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-6/2024 24.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Ağdaş rayonu, Kotavan kəndində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, о, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində “Qazel” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Zərdab-Ağdaş avtomobil yolunun Ağdaş rayonunun Qaraoğlan kəndindən keçən yolun döngəli hissəsində hərəkətdə olarkən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin ərazidə 50-60 km/saat sürətlə əks hərəkət zolağı ilə ona tərəf istiqamətdə gəldiyi vaxt idarəetməni itirib vətəndaş Təqsirləndirilən şəxs məxsus yük avtomobilinin qarşısına çıxmışdır. Həmin vaxt vətəndaş Təqsirləndirilən şəxs avtomobili toqquşma yerinə çatmadan tormozlama əməliyyatı aparmaqla dayandırmağa texniki imkana olsa da, bunu etmədiyindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərində nəzərdə tutulmuş “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər mümkün olan bütün tədbirləri görməlidir” kimi tələbini pozmaqla həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq göstərilən tələblərə riayət etməməsi səbəbindən nəqliyyat vasitələri arasında toqquşma baş vermiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs sol diz qapağı sümüyünün açıq sınığı, sağ diz qapağı sümüyünün qapalı kənarı qopmuş sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozlu sağlamlığın uzun müddət pozulmasına səbəb olan xəsarətləri yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 1983-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, evli olmaqla himayəsində üç övladı vardır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsində “Halal” marketin qarşısında olmuşdur. Evi üçün ərzaq məmulatı almışdır. Həmin gün iş prosesində köməkçisi Şahid1 yanında olmuşdur. İdarə etdiyi avtomobil “QAZEL” markalı, **-BE-*** dövlət qeydiyyat qeydiyyat nişanlı minik avtomobili olmuşdur. Həmin avtomobili 2008-ci ilin noyabr ayında Rusiya Federasiyası Kaluqa şəhərindən Azərbaycan Respublikasına gətirmişdir. xx.xx.2008-ci ildə həmin avtomobil 285523 nömrəli gömrük vəsiqəsi əsasında mülkiyyəti hesab edilmişdir. Həmin tarixdə və hal-hazırda AF 406179 nömrəli BC kateqoriyaları olan sürücülük vəsiqəsi qüvvədə olmuşdur. Həmin gün “Halal” marketdən çıxdıqdan sonra öz şəxsi avtomobilinə əyləşib Ağdaş rayonunun Ləki kəndi istiqamətində Ağdaş-Zərdab yolu boyunca hərəkətdə olmuşdur. Həmin zaman sərnişin qismində qeyd etdiyi kimi Şahid1 avtomobildə əyləşmişdir. Həmin zaman idarə etdiyi “Qazel” markalı avtomobilin sürət həddi təxmini 50-55 km/saat olmuşdur. Həmin günü hava şəraiti buludlu və yağışlı olmuşdur. Getdiyi yol asfalt örtüklü olmuşdur. Hərəkətdə olarkən təxminən 20-30 metr məsafədən “VAZ 2106” markalı avtomobilin qarşı tərəfindən öz hərəkət zolağı ilə yaxınlaşmasını görmüşdür. Lakin hərəkətdə olarkən həmin avtomobilin hərəkətinin ona doğru istiqamətlənməsini görmüşdür. Həmin zaman yolun döngə başlayan hissəsində avtomobili döngəyə doğru sürməyə çalışsa da, qarşıdan gələn “VAZ 2106” markalı avtomobilin ona doğru gəlməsi səbəbindən yolun döngə hissəsinə girməmişdir. “VAZ 2106” markalı avtomobil öz hərəkət zolağından çıxaraq onun hərəkətdə olduğu zolaqda avtomobilinə sol ön tərəfdən zərbə vurmuşdur. Hadisə saat 12 radələrində baş vermişdir. Zərbənin təsirindən avtomobilin sol ön tərəfindən zərbə almışdır. Avtomobilin kabinəsi yerindən çıxmışdır. Avtomobilinə ciddi zərər dəymişdir. “VAZ 2106” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin də zərbənin təsirindən ön hissəsi ciddi şəkildə deformasiyaya uğramışdır. Hadisədən dərhal sonra o və yanındakı sərnişin Cəbrayıl birlikdə avtomobildən düşmüşdür. Avtomobildən düşdükdən sonra həmkəndlisi Şahid2 təsadüfən həmin yol istiqamətində evinə doğru hərəkətdə olarkən hadisəyə şahidlik etmişdir. İlk öncə gözünün xəsarət almasını hiss etsə də, sonradan gözündə hər hansı bir xəsarətin olmadığını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs “VAZ 2106” markalı avtomobilin içində əyləşmişdi. Ayaq hissəsində ağrı olduğundan “mənə kömək edin” deyərək maşında tərpənməz vəziyyətdə oturmuşdur. Həmkəndlisi Şahid2 Zərərçəkmiş şəxs “Hyundai Tucson” markalı avtomobilinə əyləşdirərək Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hər iki avtomobil Ağdaş rayonunda fəaliyyət göstərən evakuatora qoyularaq Ağdaşa aparılmışdır. “VAZ 2106” markalı avtomobil Ağdaş rayon Polis şöbəsinin cərimə meydançasına aparılmış, onun avtomobili isə Yol idarəsinin qarajına aparılmışdır. Avtomobillər aparılmamışdan öncə polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı hər iki avtomobilin müxtəlif vəziyyətlərdə fotoşəkilləri çəkilərək baxış protokoluna əlavə edilmişdir. Hadisə yerinə baxış yekunlaşdıqdan sonra polis şöbəsinin əməkdaşları hadisə yerini tərk etmişdir. Həmin gün öz yaşadığı ünvana, yəni Ağdaş rayonunun Kotavan kəndində yerləşən evinə getmişdir. Evində ailə üzvlərinin köməkliyi ilə ağrıkəsici iynə vurulmuşdur. Həmçinin, köməkçisi Cəbrayıl isə Kotavan kəndində yerləşən öz evinə getmişdir. Həmin gün o və köməkçisi xəstəxanaya gedərək qeydiyyata düşməmişdir. Özünü təqsirli bilmir. Ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində N nömrəli hərbi hissədən N günlük növbəti məzuniyyətə buraxıldığı üçün hərbi hissənin nizami hissəsindən adına tərtib edilmiş məzuniyyət biletini götürərək istifadəsində və mülkiyyətində olan **-DM-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” markalı avtomobillə yaşadığı Ağdaş rayonunun Aşağı Ləki kəndinə doğru getmişdir. Yaşadığı evə getmək üçün Zərdab-Ağdam avtomobil yolundan istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Zərdab-Ağdaş avtomobil yolunun Ağdaş rayonunun Qaraoğlan kəndi ərazisindən keçərkən istifadəsində olan “VAZ 2106” markalı avtomobili ilə hərəkət etdiyi zaman saat 12:05 radələrində qoza baş vermişdir. Qəza baş verən zaman hava yağışlı olmuşdur. Avtomobilinin həmin vaxt surəti təxmini 50-60 km/saat həddində olmuşdur. Qəza baş verməzdən əvvəl Zərdab-Ağdaş avtomobil yolunun Ağdaş rayonunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində sərt döngə istiqamətində dönən zaman istifadəsində olan avtomobilin arxa hissəsinin sürüşdüyünü görmüşdür. Avtomobilin sürüşməsinin qarşısını almağa çalışsa da, idarəetməni itirmişdir. Həmin zaman qarşı tərəfdən Təqsirləndirilən şəxs idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobil öz hərəkət zolağı istiqamətində həmin yolun sərt döngəsinə çatmasına 20-25 metr məsafədən görmüşdür. Avtomobilini sürərkən idarəetməni itirməsi səbəbindən sərt döngəyə daxil olarkən qarşısındakı “Qazel” markalı avtomobilin artıq yaxınlaşdığını hiss etmişdir. Lakin “Qazel” markalı avtomobilin sürücüsünün idarəetməni itirib yolun əks hərəkət zolağına çıxmasını görməsinə baxmayaraq nə surətini azaltmış, nə də qəzanın baş verməməsi üçün avtomobili yolun kənar hissəsinə sürməyə çalışmasını müşahidə etməmişdir. Bununla da idarəetməni itirib öz hərəkət zolağından çıxaraq qarşıdan gələn “Qazel” markalı avtomobilin hərəkət yoluna çıxdığı üçün avtomobilin ön sol tərəfi “Qazel” markalı avtomobilin ön sol tərəfi ilə toqquşmuşdur. Qəzanın təsirindən avtomobili ciddi şəkildə deformasiyaya uğramışdır. Qəza nəticəsində ilk öncə bədənində ağrı hiss etməsə də, avtomobilin sükanı arxasında sıxılmış formada qalmışdır. Avtomobildən çıxmaq üçün ətrafa yığışan insanlara “kömək edin” deyə çağırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs avtmobildən təcili olaraq çıxmasını, həmçinin akmulyatorun 'klema”sını ayırmasını demişdir. Lakin avtomobilə yaxınlaşmamışdır. Hadisə baş verən zaman “Qazel” markalı avtomobildə sürücüdən başqa bir nəfər də sərnişin olmuşdur. Nə Təqsirləndirilən şəxs, nə də yanındakı sərnişinin avtomobilə yaxınlaşmadığını gördüyü və avtomobilin alışıb yanacağından ehtiyat etdiyi üçün avtomobilin sükanından yapışıb bütün gücü ilə özünü geriyə doğru itələmişdir. Əyləşdiyi oturacaq nəhayət geriyə doğru getdiyi və sıxıldığı yerdən çıxa bildiyi üçün arxa oturacağın üzərinə keçmişdir. Avtomobilin arxa qapısını açmağa çalışsa da, qəza nəticəsində deformasiya olunmasına və sıxılmasına görə qapının normal qaydada açılmayacağını başa düşdüyü üçün bütün gücü ilə avtomobilin arxa sağ qapısını itələyib qapını açmışdır. Bundan sonra avtomobilin arxa sağ qapısından yerə düşmək istəyərkən ayaqlarının onu saxlamadığını başa düşmüşdür. Lakin ayaq üstə dayanmağa çalışsa da, müvazinətini itirib yerə yıxılmışdır. Həmin vaxt artıq hadisə yerinə yoldan keçən insanlar yığışmışdır. Həmçinin Ağdaş rayonu Kotavan kəndində yaşayan və üzdən tanıdığı Şahid2 həmin vaxt istifadəsində olan “Hyundai Tucson” markalı avtomobili ilə həmin istiqamətdə evinə doğru getdiyi və hadisəni gördükdən sonra öz avtomobilindən düşərək avtomobilinə yaxınlaşıb özü və yanında olan tanımadığı şəxslə birlikdə köməkləşib onu avtomobilinə aparmışdır. Şahid2 öz avtomobili vasitəsi ilə onu Ağdaş Rayon Mərkəzi X3 Yardım Şöbəsinə aparmışdır. Həkimlər vəziyyətinin ağır olduğunu gördükləri üçün təcili olaraq əməliyyata aparılmalı olduğunu demişdir. O, Şahid2 avtomobilinə əyləşdikdən sonra əvvəlcə atası Məhəmmədəli Abdullazadəyə zəng edərək avtomobilinin qəzaya düşməsini Ağdaş RMX-na apardıqlarını, narahat olmamasını demişdir. Bunun ardınca isə hərbi qulluqçu olduğu üçün tabeliyində olduğu batareyanın komandiri, baş leytenant Nuhi Əliyevə zəng edərək baş vermiş hadisə barədə məruzə edib yuxarı komandanlığa məlumat verməsini xahiş etmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gedərkən Ləki kəndində atası M.Abdullazadə onların getdiyi avtomobilin arxasında onlarla birlikdə mərkəzi xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində hadisədən sonra özünə məxsus minik avtomobilini 850 (səkkiz yüz əlli) manata həmkəndlisinə ümumi etibarnamə əsasında satdığını, idarə etdiyi “VAZ 2106” markalı **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobilini texniki vəziyyətinin qəzadan əvvəl saz vəziyyətdə olduğunu, hadisədən əvvəl maşının texniki baxışdan keçirildiyini, “VAZ 2106” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən hərəkət sürətinin təxminən 50-60 km/saat olduğunu, çünki qəzanın baş verdiyi yolun dönən hissəsinə çatanadək avtomobili surətlər qutusunun 3-cü pilləsində idarə etdiyini, döngəyə çatdıqda isə surətlər qutusunu dəyişməklə 2-ci pilləyə keçirib surəti daha da azaltdığını, qəzadan əvvəl Zabilin idarə etdiyi “Qazel” markalı avtomobili təxminən 20-25 metr məsafədən gördüyünü, çünki elə xatırladığını, hadisə baş verən zaman hər hansı qadağanedici hərəkət işarəsi olmadığını, həmçinin xatırladığı qədəri ilə döngəyə çatmamış hər hansı xəbərdaredici nişan da olmadığını, qəza baş verən yerdə hərəkət sürətin maksimal 60 km/saat olduğunu, çünki həmin yolun kənd yolu olduğunu, lakin yolda sürət məhdudlaşdırıcı hansısa nişan olmadığını, hərəkətdə olduğu istiqamətin sağ tərəfinin yaşayış məntəqəsi olduğunu, qəza baş verən zaman 50-60 km/saat sürətlə hərəkət etdiyini, qəzadan əvvəl avtomobilin texniki cəhətdən saz olduğunu, avtomobilin əyləc sükanlı idarə etmə sistemi və yaxud digər hissələrində hər hansı nasazlıq olmadığını, qəza anından bir qədər əvvəl və qəza baş verərkən idarə etdiyi avtomobildə mobil telefonla danışmadığını və maşında musiqi cihazı ilə hər hansı iş görmədiyini, ümumiyyətlə, mobil telefonunun əlində olmadığını, hadisə zamanı və ya hadisədən əvvəl telefonla hər hansı danışıq heyata keçirmədiyini, hadisə zamanı öz şəxsi avtomobillində xidməti geyimində olduğunu, sükan arxasında guya mobil telefondan istifadə etməyi Təqsirləndirilən şəxs qurması olduğunu, Şahid1 Təqsirləndirilən şəxs işçisi olduğu, yəni maddi cəhətdən Zabildən asılı olduğu üçün Təqsirləndirilən şəxs qurduğu oyuna riayət etməklə yalan danışdığını, avtomobilin arxa hissəsi sürüşdüyü zaman əyləcdən istifadə edəcəyi halda avtomobilin daha çox sürüşəcəyini bildiyinə görə əyləcdən istifadə etməyib ayağını qaz pedalından çəkdiyini, lakin “Qazel” markalı avtomobillin heç bir tədbir görməməsini gördüyü üçün ona dəyməyə az qalmış əyləcdən istifadə etdiyini, yolda əyləcdən istifadə nəticəsində şinlərin izi qaldığını ehtimal etdiyini, hadisənin baş verməsinə səbəbin həmin vaxt havanın yağış olması səbəbindən yerin sürüşkən olması və onun avtomobillini idarə edərkən idarəetməni itirməyi və Təqsirləndirilən şəxs ona çırpılacağını görməsinə baxmayaraq heç bir tədbir görməməsi olduğunu bildirmişdir Məhkəmədən təqsirləndirilən şəxslə barışmadığının, ondan şikayətçi olduğunun nəzərə alınmasını və ona qanunvericiliyə uyğun yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq edərək analoji məzmunlu ifadə vermişlər. İşin materiallarında olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/356 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ 2106” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən QAZ-AFH-2775-1 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkət haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X2 13 may 2023-cü il tarixli, 183 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sol diz qapağı sümüyünün açıq sınığı, sağ diz qapağı sümüyünün qapalı kənarı qopmuş sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilər. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X2 05 dekabr 2022-ci il tarixli, 752 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olunan xəsarətlər – başın sol gicgah nahiyəsinin yumşaq toxumasının, sol dizoynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə meddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlər yol-nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilər. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Mingəçevir Asan xidmət mərkəzi tərəfindən xx.xx.2020-ci ildə verilmiş BC seriyalı AF406179 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2030-cu il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ RQİŞ Yevlax-7 tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ABN seriyalı 233997 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2004-cü il, **- BE-*** QAZ-AFN-2775-1 dövlət qeydiyat nişanlı yük maşını Təqsirləndirilən şəxs məxsusdur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub, hal-hazırda Ağdaş rayonu, Kotavan kənddə yaşayır və təsərrüfatbaşına kitaba əsasən ailə tərkibi anası - xx.xx.1958-ci il təvəllüdlü X6, arvadı - xx.xx.1989-cu il təvəllüdlü X5, oğu - xx.xx.2009-cu il təvəllüdlü X9, oğlu xx.xx.2017-ci il təvəllüdlü X8, qızı - xx.xx.2011-ci il təvəllüdlü X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon, Kotavan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Kotavan kəndində yaşadığı müddət ərzində səmimiliyi mehriban rəftarı, işə ciddi məsuliyyətinə görə kənd camaatı arasında özünü işgüzar tədbirli bir insan kimi tanıtmışdır. Ünsiyyətdə mehriban, kəndin ictimai. Mədəni həyatında, xeyir və şərində fəal iştirak edən Təqsirləndirilən şəxs kənd camaatının böyük hörmətini qazanmışdır. Kollektivdə özünə hörmət qazanan, ünsiyyətli təvazökar bir insan kimi göstərmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon Polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 236.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay (4 ayadək), yəni 01 avqust 2023-cü il tarixdən bərpa edilməklə 1 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2/8/1933 saylı ekspert rəyindən görünür ki, hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus tormoz izi qalmadığından hadisədən əvvəl nəqliyyat vasitələrinin real hərəkət sürətini yol-nəqliyyat ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Həmçinin toqquşmadan sonra “Qazel” markalı avtomobilin hərəkəti istiqamətində sağa istiqamətlənərək yolun sağ ehtiyyat hissəsinə çıxaraq dayanması nəzərə alınmaqla qeyd edilir ki, vəsatətə cavab məktubunda göstərilən “Qazel” markalı avtomobilə aid sağ təkərindən 2,1 metr, sol təkərindən isə 1,2 metr uzunluğunda qalmış izlər tormoz izi deyil toqquşma nəticəsində avtomobilin yolun sağına doğru yana sürüşməsi nəticəsində qalan təkər izləridi. Ümumiyyətlə toqquşma hadisələrində nəqliyyat vasitələrinin kinetik enerjisinin bir hissəsinin avtomobilin hissələrinin deformasiyasına sərf olunduğundan hətda tormoz izi qaldığı vəziyyətdə belə, tormoz izinə əsasən avtomobillərin tormozlamadan əvvəlki real hərəkət sürətini müəyyən etmək olmur. Təqdim olunan məlumatlardan məlum olduğu kimi, hadisədən əvvəl “VAZ 2106” markalı avtomobil və “Qazel” markalı avtomobil hadisə baş verən yolda icazə veriləndən (60 km/saatdan) artıq sürətlə hərəkətdə olmadığından qeyd olunan sual üzrə tədqiqat aparılmır.Vəsatətə cavab məktubunda sürücülərin ifadələrinə əsasən təhlükə yaranan anda nəqliyyat vasitələri arasında olan məsafə göstərilmişdir. Belə ki, sürücü Əhmədovun ifadəsinə əsasən təhlükə yaranan anda avtomobillər arasında 20 metr, sürücü Abdullayevin ifadəsinə əsasən isə təhlükə yaranan anda avtomobillər arasında 35 metr məsafənin olması göstərilmişdir. Lakin vəsatətə cavab məktubunda yolun görünüş məsafəsi konkret olaraq göstərilməmişdir. Həmçinin Azərbaycan Avtomobil X7 "xxxx" MMC-nin məktubundada yolun əyriliyinin uzunluğu göstərilmiş lakin yolun görünüş məsafəsi göstərilməmişdir. Ona görədə yolun görünüş məsafəsinə uyğun avtomobillərin hansı sürətlə hərəkət etməli olduqlarını, faktiki hərəkət sürətlərinin yolun görünüş məsafəsinə uyğun olub-olmamasını və həmçinin nəqliyyat vasitələrinin birinin digərinin görünüş dairəsinə hansı məsafədən düşməsini yol-nəqliyyat ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Aparılmış hesabatdan belə məlum olur ki, yolun döngəli hissəsində əyrilik radiusu və eninə malik bucağı nəzərə alınmaqla “Qazel” markalı və “VAZ 2106” markalı avtomobillər in kritik-yana sürüşmədən hərəkət sürəti 61 km/saat sürətə uyğundur. Yolun döngəli hissəsində əyrilik radiusu nəzərə alınmaqla “VAZ-2106” markalı avtomobilin yana aşmadan hərəkət edə bilməsi üçün kritik-maksimum hərəkət sürəti 85 km/saat sürətə uyğundur. Yolun döngəli hissəsində əyrilik radiusu nəzərə alınmaqla “Qazel” markalı avtomobilin yana aşmadan hərəkət edə bilməsi üçün kritik-maksimum hərəkət sürəti 80 km/saat sürətə uyğundur. Hadisə yerində qalan izlərə əsasən nəqliyyat vasitələrinin hansı istiqamətdə hərəkətdə olmalarının müəyyən edilməsi göstərilmişdir. Lakin iş materiallarından belə məlum olur ki, hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər izləri qalmamışdır. Həmçinin iş materiallarından belə məlum olur ki, hadisədən əvvəl avtomobillər qarşıqarşıya, “VAZ-2106” markalı avtomobil avtomobil Ağdaş rayonu istiqamətində, “Qazel” markalı avtomobil isə qarşıdan əks istiqamətdə hərəkətdə olmuşdur. Həmçinin, cinayət işi ekspertiza keçirilməsi ilə bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli, 1(014)-152/2023 saylı qərarının icrası bağlı ekspert İntiqam Babayev hadisənin baş verdiyi şəraitə uyğun konkret görünüş məsafəsi, “VAZ-2106” markalı və “Qazel” markalı avtomobillərdən qalmış tormoz izinin toqquşma yerinə kimi və toqquşma yerindən sonra qalan uzunluğu, hərəkət hissəsinin eninə maillik bucağı, yolun əyrilik radiusu, yolun dönmə radiusu və hadisənin baş verdiyi şəraiti bərpa olunmaqla eksperimentin keçrilməsini təmin etmək barədə vəsatət vermişdir. Həmin iş üzrə 03 iyun 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, vəsatətdə göstərilən suallar üzrə tədqiqat aparılmış və aşağıdakılar müəyyən edilmişdir: Hadisə baş verdiyi şəraitə uyğun konkret görünüş məsafəsi – Təqsirləndirilən şəxs dediyinə görə təhlükə hiss olunan andan “Qazel” markalı avtomobillə “VAZ-2106 minik” markalı avtomobil arasındakı görünüş məsafəsi 20 metr, Zərərçəkmiş şəxs dediyinə görə təhlükə hiss olunan andan “VAZ-2106 minik” markalı avtomobillə “Qazel” markalı avtomobil arasındakı görünüş məsafəsi 35 metrdir. “VAZ-2106” markalı və “Qazel” markalı avtomobillərdən qalmış tormoz izinin toqquşma yerinə kimi və toqquşma yerindən sonra qalan uzunluq - hadisə baş verən ərazidə hər iki avtomobil üzrə toqquşma yerinə kimi tormoz izləri aşkar edilməmişdir. “Qazel” markalı avtomobilin toqquşma yerindən sonrakı tormoz izi sağ təkər üzrə 2,10 metr, sol təkər üzrə 1,20 metr olmuşdur. “Qazel” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs dediyinə görə tormozlama etdiyi yerdən toqquşma yerinə qədər məsafə 3,60 metrdir. Eyni zamanda, hadisə yerinə baxış zamanı “VAZ-2106 minik” markalı avtomobilin sürücüsü hadisənin 1-2 saniyə ərzində baş verdiyini və tormozlama etmədiyini bildirmişdir. Hadisə yerində qalmış izlərin hansı avtomobilə aid olması, onların uzunluğu və hərəkət hissəsinə nəzərən koordinatları - “Qazel” markalı avtomobilin toqquşma yerindən sonrakı tormoz izi sağ təkər üzrə 2,10 metr, sol təkər üzrə 1,20 metr olmuşdur. Yolun hərəkət hissəsinin kənarlarına nəzərən “Qazel” markalı avtomobil sağ təkərinə qədər olan məsafə 2,40 metrdir. Toqquşmadan sonra “VAZ-2106 minik” markalı avtomobilin qabaq hissəsi “Qazel” markalı avtomobilin sağ təkərinədək olan məsafə təqsirləndirilən şəxsin göstərdiklərinə 3,5 metr, zərərçəkmiş şəxsin göstərdiyi məsafə 4 metrdir. Hadisə yerində “VAZ-2106 minik” markalı avtomobilə aid izlər yoxdur və Zərərçəkmiş şəxs dediyinə görə tormozlama etməmişdir. Əlavə olaraq bildirilir ki, yolun eni 6 metr, geniş hissəsi 6,10 metrdir. Hava şəraitinin obyektiv səbəblərdən bərpa edilməsi mümkün deyil. Hadisə günü çəkilərək işin materiallarına əlavə edilmiş fotoşəkillər və digər protokollarla bu barədə mümkün məlumatlardan istifadə edə bilməsi ekspertin diqqətinə çatdırılıb. Həmçinin, vəsatətdə göstərilmiş digər suallar Azərbaycan Avtomobil X7 "xxxx" MMC tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli, 11-1/2-xx-xx/2024 saylı məktubu ilə cavablandırılmışdır Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, onun təqsiri ibtidai və məhkəmə istintaq zamanı toplanmış işin materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və himayəsində ikisi azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması şəxsiyyətini müsbət səciyyələndirən, zərərçəkmiş şəxsə ziyanın tam ödənilməməsini isə onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – islah işləri növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar